Məhkəmə qərarları › İş №2-2(102)-382/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-382/2022

21.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-382/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi, təbii qazdan istifadəyə görə borcun tutulması, sahibkarlıq sahəsində aparılan yoxlamalar, balans mənsubiyyəti, qaz sayğacına baxış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı MMCnin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” və birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı MMC-yə qarşı “təbii qazdan istifadəyə görə bor cun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(103)-94/2022 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" MMC ilə Cavabdeh İB arasında bağlanmış 2020-ci il 7 sentyabr tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AMX2556/20 saylı müqavilədən görünür ki, Cəlilabad rayonununda yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00000) istifadəsində olan müəssisənin qaz xətti üzərində Elster G250 RVG EK-229 tipli 80110367 nömrəli, G-4T diafraqma markalı 7908915, ******* və ******* nömrəli sayğaclar quraşdırılmışdır. 2. "Azəriqaz" İB tərəfindən İddiaçı MMC-yə 2021-ci il 12 ya nvar tarixli, EBAV seriyalı, 996229 saylı elektron qaimə göndərilərək 2020-ci ilin dekabr ayı üçün 74.642,21 manat vəsaitin ödənilməsi tələb olunmuşdur. 3. 2021-ci il 31 yanvar tarixli 4 nömrəli aktdan görünür ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən İddiaçı MMC-nin (abonent kodu **********00000) qaz xətti üzərində quraşdırılmış Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli qaz sayğacının elektron hissəsi işləmədiyi üçün 2021-ci il ilin yanvar ayının hesabatının sayğacın mexaniki göstəricisi fərqinə əsasən 2020-ci ilin dekabr ayının 2.5 əmsalına uyğun olaraq aparılması məqsədəmüvafiq hesab edilmiş, 3.760.978 kub m (yanvar mexaniki göstəricisi) – 3.696.903 kub m (dekabr mexaniki göstəricisi) = 64.075 kub m olması qeyd olunmuşdur. Bundan başqa, 64.075 kub.m x 2.5 = 160.188 kub.m – 64.075 kub m = 96.113 kub.m (əmsal fərqi). Cəmi fərq 64.075 kub.m + 96.113 kub.m = 160.188 kub.m olmuşdur. 4. 2021-ci il 11 fevral tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən İddiaçı MMC-yə xidmət edən ELSTER G-250 RVG EK-229 markalı 80110367 nömrəli sayğac çıxarılmış, ELSTER G-250 RVG EK-229 markalı 80108795 nömrəli sayğac quraşdırılmışdır. 5. 2021-ci il 11 fevral tarixli, ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı MMC-yə müvəqqəti xidmət üçün quraşdırılmış ELSTER G-250 RVG EK-229 markalı 80108795 nömrəli sayğacın mexaniki göstəricisi ******* kub.m olmuşdur.

6. Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyası tərəfində n tərtib edilmiş 2021-ci il 31 mart tarixli, SS seriyalı, 29/1640-00363 nömrəli “qeyriəhali qaz sayğacının yoxlanması haqqında” aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X00363 saylı, 2021-ci il 10 fevral tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Cəlilabad rayon xidmət sahəsinin İddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış ELSTER G-250 RVG EK-229 markalı 80110367 nömrəli turbin tipli qaz sayğacı 2021-ci il 11 fevral tarixində xətdən çıxarılmış (forma-2 ******* nömrəli), 2021-ci il 17 mart tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmişdir. Yoxlama nəticəsində sayğacda aşkar edilmiş xətaların normaya uyğun olduğu və batareya tələb olunduğu qeyd olunmuşdur. 7. 2021-ci il 17 may tarixli Abonentin Sald osundan görünür ki, **********00000 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsində yerləşən Elster G-250 RVG EK-229 tipli 80110367 nömrəli sayğac üzrə qalıq borcu 165.862,57 manat (2021-ci il 1 yanvar tarixə akt üzrə 19.222,6 manat, 2021-ci il 1 mart tarixə akt üzrə 15.993,80 manat daxil olmaqla) qeyd olunmuşdur. 8. 2021-ci il 15 may tarixli Abonentin Saldosundan görünür ki, **********00001 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-4T diafraqma markalı ******* nömrəli sayğac üzrə qalıq borcu 134.80 manat qeyd olunmuşdur. 9. 2021-ci il 15 may tarixli Abonentin Saldosundan görünür ki, **********00002 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsində yerləşən Elster G-4T diafraqma markalı ******* nömrəli sayğac üzrə qalıq borcu 335,2 manat qeyd olunmuşdur. 10. 2021-ci il 15 may tarixli Abonentin Saldosundan görünür ki, **********00003 nömrəli abonent İddiaçı MMC-nin Şirvan MQKS, Cəlilabad rayonu, Göytəpə kəndi, H.Aslanov küçəsi ünvanında yerləşən Elster G-4T diafraqma markalı ******* nömrəli sayğac üzrə qalıq borc 433,2 manat qeyd olunmuşdur.

11. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 2021-ci il 31 mart tarixli 29/1640-00363 nömrəli aktına əsasən Elster G250 RVG EK-229 tipli 80110367 nömrəli sayğacda (istehlakçı İddiaçı MMC, ünvan: ünvan 1odu: **********00000) korrektorun sönməsi nəticə sində arxivlər pozulmuş, mexaniki hissədən keçən 175.740 kub.m qaz həcminin elektron hissədə qeydə alınmaması aşkar olunmuşdur. Bununla əlaqədar, mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi müəyyənləşdirilmişdir. 12. 2021-ci il 31 mart tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasının 2021-ci il 31 mart tarixli SS seriyalı 29/1640-00363 nömrəli aktına əsasən korrektor 2020-ci il 9 dekabr tarixindən sönmüş, korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 175.740 kub m qaz həcmi ele ktron hissədə qeydə alınmamışdır.

13. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2021-ci il 3 mart tarixdə xəbərdarlıq göndərilərək 2021-ci il 2 fevral tarixdən sonra təbii qazdan istifadəyə görə 57.642,37 manat borcun 3 gün ərzində tam ödənilmədiyi təqdirdə təchizatın dayandırılacağı barədə məlumat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki ilk kommersiya icaatı üzrə

14. İlk iddia üzrə İddiaçı MMC (bundan sonra – “MMC”) ilk iddia üzrə Cavabdeh İB-yə (bundan sonra – “İB”) qarşı 2021-ci il 1 fevral tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 7 sentyabr tarixli, AMX-2556/20 saylı müqavilə üzrə MMC-nin Cəlilabad şəhərində yerləşən təsərrüfat sahəsinə əsassız yazılmış borcun silinib yenidən hesablanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 7 sentyabr tarixdə MMC ilə İB arasında AMX-2556/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, İB Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq MMC-ni keyfiyyətli qazla təmin etməli, MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İB tərəfindən təqdim edilən hesaba əsasən ödəmələdir. Müqavilə əsasında MMC-nin Cəlilabad şəhərində yerləşən təsərrüfat sahəsi qazla təmin edilmişdir.

16. Müqavilənin 2.2.7.3-cü bəndinə əsasən, İB-nin MMC-yə verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı MMC-yə İB tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, İB-nin MMC-yə verdiyi qazı dayandırmaq hüququ vardır. Eyni zamanda, həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab MMC-yə İB tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində MMC tərəfindən bank və ya poçt şöbələri vasitəsilə ödənilməlidir.

17. Sonuncu bildiriş, yəni elektron qaimə 2021-ci il 12 yanvar tarixində göndərilsə də, bir ay müddət tamam olmamış, yəni 2021-ci il 25 yanvar tarixdə İB əsassız olaraq qazın verilməsini dayandırmışdır. Bundan əlavə, İB dəfələrlə, ayrı-ayrı vaxtlarda qanunsuz olaraq qazın verilməsini dayandırmış və bu səbəbdən də MMC-nin təsərrüfatına ciddi ziyan dəymişdir. 2020-ci ilin dekabr ayında həmin qaz sayğacında naməlum nasazlıq yaranmış və sayğac sıradan çıxmışdır. İB-nin əməkdaşları isə göstərilən müddət üzrə obyektdəki qaz sərfiyyatını əsassız mexanizm lə təxmini hesablayaraq 74.642,21 manat borc yazmışlar. MMC həmin borc məbləği ilə razılaşmayaraq hesab etmişdir ki, məbləğin hesablanmasında səhvə yol verilmişdir.

18. MMC 2021-ci il 18 may tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci il 7 sentyabr tarixli, AMX-2556/20 saylı müqavilə üzrə MMC-nin ünvan 2 ünvanında yerləşən təsərrüfat sahəsinə əsassız yazılmış 44.642,21 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

19. İlk iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – "xxxx") 5.5-ci bəndinə istinad olunmuşdur.

20. İB MMC-nin iddia ərizəsinə qarşı 2021-ci il 8 iyun tarixdə etiraz təqdim edərək etirazında §§ 3-5-də göstərilənlərə istinad edərək bildirmişdir ki, İB-nin Metrologiya Departamentinin Sayğacların Müayinəsi Labaratoriyası tərəfindən verilmiş rəy əsasında sayğacın mexaniki hissədən keçən 175.740 kub.m qaz həcmi 3.52 korreksiya əmsalına vurularaq (175.750 m3x3.52=618605-7056=611549), dekabr və yanvar aylarında aparılan əmsal fərqi hesabatı çıxılaraq qalan qaz fərqi 79.969 m3 abonentin mart ayı üzrə abonent hesabına daxil edilmişdir. Qeydə alınmış qaz sərfinin hesblanaraq abonentin hesabına işlənməsi üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 2021-ci il 31 mart tarixli akt tərtib olunmuş və mart ayı üçün iddiaçının hesabına daxil edilmişdir. Etirazda qeyd olunmuşdur ki, G-250 markalı, 80110367 nömrəli q az sayğacı iddiaçının vəsaiti hesabına alınmış və təsərrüfat sahəsində quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 iyun tarixli Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. b) ikinci kommersiya icraatı üzrə

21. İB MMC-yə qarşı 2021-ci il 2 iyul tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən istehsalat sahəsində təbii qazdan istifadəyə görə yaranmış 166.765,77 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 166.7 96,17 manat məbləğində pul vəsaitinin MMC-dən tutularaq İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddia ərizəsində tələb §§ 1-11-də göstərilənlərə istinad olunaraq belə əsaslandırılmışdır ki, İB ilə MMC arasında bağlanmış 2020-ci il 7 sentyabr tarixli, AMX2556/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə”yə əsasən İB üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, MMC həmin müqavilənin şərtlərini pozaraq Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən istehsalat sahəsində istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və 2021-ci il 22 may tarixə İB-yə 166.765,77 manat məbləğində borcu yaranmışdır. İB tərəfindən MMC-yə borcun ödənilməsi barədə xəbərdarlıq olunmasına, hesab-faktura təqd im olunmasına baxmayaraq, o, borcunu ödəməmişdir.

23. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə 2021-ci il 24 may tarixli, SOCAR**********30490075X00649 saylı məktubla pretenziya qaydasında MMC-yə müraciət edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubunda istehlak olunmuş təbii qaza görə yaranmış 166.765,77 manat borcun 10 gün müddətində tam ödənilməsi bildirilsə də, MMC tərəfindən 166.765,77 manat borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir.

24. İB tərəfindən verilmiş iddia ərizəsində tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1-ci, 385.1, 425, 442, 443.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbayca n Respublikası Qanununun 4.2-ci maddəsinə, Qaydaların 2.2, 4.8-ci bəndlərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına istinad edilmişdir.

25. İB tərəfindən verilmiş iddia ərizəsinə MMC tərəfindən etiraz məhkəməyə təqdim olunmamışdır. c) birləşdirilmiş kommersiya icraatı üzrə

26. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 11 avqust tarixli, e-2-2(113)-3462/2021 saylı qərardadı ilə iddiaçı İB-nin cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iş onunla əlaqəli olan iddiaçı MMC-nin cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair e-2-2(113)-1168/2021 saylı işlə bir icraatda baxılması üçün birləşdirilmişdir (hak im – Ü.Həsənova).

27. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 sentyabr tarixli, e-2-2(113)-1168/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, MMC-yə hesablanmış 35.216,40 (otuz beş min iki yüz on altı manat qırx qəpik) manat borcun silinməsi vəzifəsinin İB-yə həvalə edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, İB-nin iddia tələbinin qismən təmin edilərək, MMC-dən təbii qazdan istifadəyə görə 131.549,37 (yüz otuz bir min beş yüz qırx doqquz manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və 0.4 (qırx qəpik) manat xidmət haqqının tutularaq İB-nin hesabına ödənilməsi, İB-nin iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – S.Nuriyeva).

28. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-11) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, MMC-nin nümayəndəsi 2021-ci il 23 sentyabr tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq “dekabr ayına hesablanmış 76.000 manat məbləğində borcu qəbul etmədiyini, aktların əsassız tərtib olunduğunu, eyni zamanda fevral, mart, aprel aylarında yazılan sərfiyyat ilə razılaşdığını” bildirmişdir. Belə olan halda, fevral, mart, aprel aylarında hesablanmış sərfiyyat həm ilk iddianın, həm də İB-nin iddia tələbinin mübahisəsiz halı olmuşdur.

29. İB tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan MMC-yə aid istehsalat sahəsində aparılmış yoxlamanın nəticəsi olan aktların tərtib edilməsi qaydası pozulmuşdur. Belə olan halda, ilkin iddia üzrə birbaşa mübahisələndirilən aktlar üzrə İB tərəfindən 2 021-ci il 17 may tarixli Abonentin Saldosu üzrə 2021-ci il 1 yanvar tarixə akt üzrə 19.222,6 manat və 2021-ci il 1 mart tarixə akt üzrə 15.993,80 manat olmaqla, cəmi hesablanmış 35.216,4 manat vəsait qanunvericiliyin tələblərinə zidd olaraq hesablanmışdır.

30. İB tərəfindən verilmiş iddia üzrə sərfiyyata görə tələb edilən 166.765,77 manat borc məbləğinin yalnız 131.549,37 manat hissəsi qazdan istifadəyə görə sərfiyyatdır. İlk iddia üzrə tərəflər arasında yaranmış mübahisənin predmetini isə dekabr ayı üzrə hesablanmış sərfiyyat təşkil edir. İB-nin iddiası üzrə tələbin ümumi dəyəri 166.765,77 manat olmasına baxmayaraq, həmin tələbin sərfiyyata aid olan hissəsi mübahisə predmeti deyildir. Odur ki, məhkəmə tərəflər arasında bağlanmış müqaviləni, habelə işin mübahisəsiz hallarını rəhbər tutaraq İB-nin iddia tələbi üzrə yalnız sərf olunmuş qaza görə hesablanmış 131.549,37 manat hisəsində birləşdirilmiş iddianı əsaslı hesab etmişdir.

31. Məhkəmə bu qənaətini MM-in 6.2, 385.1, 386.1, 389.1, 442, 567, 600.1-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2, 13.1, 17.3, 20.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 3.5-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.6-1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

32. Birinci instansiya məhkəməsinin qətnaməsindən MMC apellyasiya ş ikayəti verərək dəyişdirilərək, MMC-dən 131.549,37 manat borcun tutulması hissəsinin ləğv edilməsi və qaz sərfiyyatına görə yaranmış borcun yenidən hesablanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

33. Qətnamədən həmçinin İB tərəfindən də apellyasiya şikayəti verilərək onun ləğv, ilk iddia tələbinin rədd, birləşdirilmiş iddia tələbinin tam təmin edilməsi barədə, MMC isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, MMC-dən 131.549,37 manat borcun tutulması hissəsinin ləğv edilməsi və qaz sərfiyyatına görə yaranmış borcun yenidən hesablanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(103)-94/2022 saylı qətnaməsi ilə MMC və İB-nin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (Sədrlik edən hakim – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

35. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 13.1, 17.2, 20.1-ci maddələrinə əsasən İB tərəfindən MMC-yə 2020-ci ilin yanvar ayı üzrə 19.222,6 manat, mart ayı üzrə 15.993,8 manat əlavə sərfiyyat hesablanması barədə tərtib edilmiş aktlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlama nəticəsində tərtib ed ildiyindən etibarsızdır.

36. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda (bundan sonra – "xxxx") və “Qaz təchizatı” haqqında Qanunda istehlakçının təqsiri olmadan qaz sayğacının yararsız vəziyyətə düşdüyü dövr üçün əmsallar əsasında əlavə sərfiyyat hesablanması nəzərdə tutulmamışdır. İB apellyasiya şikayətində hesablamanın qeyd edilən qaydada həyata keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etmiş, bu hesablamanın hansı normativ hüquqi akta istinad edərək həyata keçirildiyini əsaslandıra bilməmişdir.

37. MMC iddia ərizəsində və əlavələrdə aktlar əsasında hesablanmış 35.216,4 manat məbləğdən əlavə silinməsini xahiş etdiyi, sayğac göstəricisi əsasında hesablanmış 9.425,81 manat borcu hansı əsasla mübahisələndirdiyini əsaslandırmamış, MMC-nin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən 2021-ci il 15 sentyabr tarixdə keçirilmiş məhkəmə iclasında, eyni zamanda işə apellyasiya qaydasında baxılarkən 2020-ci il 31 dekabr tarixədək yaranmış borc məbləğini mübahisələndirmədiklərini bildirmişdir.

38. MMC-nin apellyasiya şikayətində qaz sərfiyyatına görə 2021-ci il 12 yanvar tarixdə göndərilmiş elektron qaimədə qazın sərfiyyat miqdarının 63.256,11 kub metr, borcun miqdarının 74.642.21 manat məbləğində qeyd olunduğu, Abonentin saldosunda isə ümumiyyətlə 2021-ci ilin yanvar ayının sonuna borcun 76.036,17 manat kimi göstərildiyi bildirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hesab faktura ilə abone nt saldolarının göstəriciləri arasında heç bir uyğunsuzluq yoxdur. Belə ki, 2021-ci il 12 yanvar tarixdə MMC-yə təqdim edilmiş elektron qaimədə MMC-nin 2020-ci ilin dekabr ayı üçün 4 abonent kodu üzrə borcları toplanaraq (**********00000 saylı kod üzrə 74278,4 manat, **********00001 saylı kod üzrə 42,40 manat, **********00002 saylı kod üzrə 12,40 manat, **********00003 saylı kod üzrə 309 manat) bir qaimə ilə cəmi 76.642,20 manat tələb edilmişdir.

39. Apellyasiya məhkəməsi Qaydaların 5.5-ci bəndinə istinad edərək hesab etmişdir ki, sayğac göstəriciləri əsasında MMC-yə hesablanmış təbii qazdan istifadəyə görə borcun silinməsi üçün qanuni əsaslar olmadığından, qeyd edilən borc məbləğinin MMC-dən İB-nin xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, MM C-nin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Qaydaların 5.4 və 5.5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

41. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 25 fevral tarixdə tərəflərə məxsus elektron kabinetlərdə yerləşdirilmişdir.

42. Həmin qətnamədən İB tərəfindən 2022-ci il 12 aprel tarixdə kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, işin təkrar araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1 və 386-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətində İB-nin ilk iddiaya qarşı etirazında v ə qarşılıqlı iddia ərizəsində qeyd olunanlar təkrarlanmaqla əlavə olaraq bildirilmişdir ki, məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. Belə ki, qeydə alınmamış qaz sərfinin hesablanaraq abonentin hesabına işlənməsi üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2021-ci il 31 mart tarixli ******* nömrəli akt tərtib olunmuş və mart ayı üçün MMC-nin hesabına daxil edilmiş, MMC-nin nümayəndəsi aktı imzalamışdır. MMC-nin nümayəndəsinin aktı imza etməsi qaz sayğacının elektron hissəsinin qaz sərfiyyatını qeydə almamasını təsdiq edir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus müəssisədə hesabat tərəflərin qarşılıqlı surətdə tərtib etdiyi akta əsasən aparılmışdır. Tərəflər arasında imzalanmış “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın sərfiyyatı haqqında” aktlar mücərrəd müqavilə xarakteri daşıyır və tərəflərin sərbəst iradəsini ifadə edir.

44. Məhkəmə əsassız olaraq tərəflər arasında qarşılıqlı razılaşma əsasında aparılmış hesabatı və tərtib olunmuş aktı yoxlama kimi qiymətləndirmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin İB tərəfindən pozulması barədə düzgün olmayan qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respub likası Qanununun 2.1-ci maddəsinə əsasən, Qanunun tətbiq dairəsi yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. İB-nin nümayəndələri tərəfindən isə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirilir. Beləliklə, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

46. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətna məsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

47. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəmə sinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

49. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, ö hdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”

50. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: M a d d ə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.2. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar y oxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-1. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-2. Ələt azad iqtisadi zonasında sahibkarlıq sahəsində aparılan yoxlamalar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyə tinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. M a d d ə

3. Yoxlamaların qanuniliyi “3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bil məz.” “ M a d d ə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır....” “M a d d ə

17. Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi... 17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir....” 51. “Qaz təchizatı haqqında” Azərbay can Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “ M a d d ə

3. Ümumi tələblər...

5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının sə lahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər....”

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qay daların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və et irazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

54. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

55. İB-nin kassasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəaları ilə yalnız elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması ilə bağlı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi istisna hal kimi nəzərdə tutulmuş, digər bütün hallarda yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qey diyyata alınmalı olması müəyyənləşdirilmişdir.

56. Belə ki, yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlər yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Həmçinin, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və mü qavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

57. Göründüyü kim i, qanunvericilik sahibkarlıq subyektlərinin qaz sayğacları ilə bağlı yoxlamaların da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməli olmasını müəyyən etmişdir.

58. Hazırkı halda, cavabdeh onun tərəfindən yoxlama deyil, qaz sayğacının göstəricilərinə baxışın keçirildiyi qeyd olunsa da, iş materiallarından göründüyü kimi iddiaçının istifadəsində olan sayğac yoxlanılması üçün çıxarılmışdır. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə müvafiq qanunun tələblərinin tətbiq olunması qanuni və əsaslı olmuşdur.

59. Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanu nun 31.7-ci maddəsinə görə, yoxlama aktının sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması sahibkarın yoxlama aktının məzmunu ilə tanış olması faktını təsdiq edir. Yoxlama aktının sahibkar və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması faktı sahibkarın yoxlama aktının məzmunu və ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) razılığını bildirmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası İB-nin kassasiya şikayətinin “2021-ci il 31 mart tarixli ******* nömrəli aktın MMC-nin nümayəndəsi tərəfindən imzalanmasının qaz sayğacının elektron hissəsinin qaz sərfiyyatını qeydə almamasını təsdiq etməsi, həmin aktın mücərrəd müqavilə xarakteri daşımaqla, tərəflərin sərbəst iradəsini ifadə etm əsi” barədə dəlilləri ilə razılaşmır.

60. Bundan başqa, iş materiallarında olan 2021-ci il 11 fevral tarixli “Qaz sayğacının çıxarılması haqqında” aktlarda "xxxx" bölməsində MMC-nin adının, həmçinin 2021-ci il 31 mart tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda "xxxx" bölməsində MMC-yə məxsus Cəlilabad rayonu, Qurtuluş küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qeyd edildiyi nəzərə alındıqda, kassasiya şikayətinin “İB-nin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirməsi” ilə bağlı dəlilləri də əsaslı hesab edilə bilməz.

61. İşə baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, İB tərəfindən verilmiş kassas iya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(103)94/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

62. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

63. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İB tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(103)-94/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar