Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-382/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-382/23 Açar sözlər: kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun qaytarılmas ı və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(104)74/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2018-ci il 4 sentyabr tarixli, RH-00007-06/18A saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 illik 21 faizlə, 60 ay müddətinə 146.200 manat məbləğində kredit verilmişdir. 2. 2018-ci il 4 sentyabr tarixli, RHMG-00007-06/18A (iki tərəfli) sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 verilmiş kredit müqaviləsinin təmini kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşa yış binası ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 248.000 manat məbləğində qiymətləndirilmişdir. 3. 2018-ci il 7 sentyabr tarixli, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Bank "xxxx" ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. 4. 2011-ci il 11 noyabr tarixli, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Cavabdeh1 adına qeyd edilmişdir. 5. 2018-ci il 4 sentyabr tarixdə Cavabdeh2 tərəfindən yazılmış və 2 saylı notarial qaydada təsdiq edilmiş ərizədə, həyat yoldaşı Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının Bank "xxxx" ASC-nə sonrakı ipotekaya qoyulmasına razılıq vermişdir. 6. 2019-cu il 12 aprel tari xdə Bank "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 2019-cu il 12 aprel tarixə olan əsas borcu 146.159.85 manat, faiz borcu 18.586.67 manat, dəbbə 4.856.95 manat, cəmi 169.603.47 manat təşkil edir.
7. Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 2018-ci il 4 dekabr tarixli, GNCF-2018/401 nömrəli xəbərdarlıqdan görünür ki, tərəflər arasında bağlanmış 2018-ci il 4 sentyabr tarixli müqaviləyə əsasən Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 21 faiz olmaqla 60 ay müddətində 146.200 manat məbləğində kredit ayrılaraq ünvan 1 ünvanında yerləşən qeyri – yaşayış binası Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank "xxxx" ASC həmin müqavilə üzrə yaranmış 154.406,94 manat məbləğində borcun 5 gün müddətində Cavabdeh1 tərəfindən ödənilməsini xahiş etmiş, əks tə qdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 2019-cu il 15 fevral tarixli, GNCF-2019/023 nömrəli bildirişdən görünür ki, tərəflər arasında bağlanmış 2018-ci il 4 sentyabr tarixli müqaviləyə əsasən Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 21 faiz olmaqla 60 ay müddətində 146.200 manat məbləğində kredit verilmişdir. 2018-ci il sentyabr tarixli, RHMG – 00007 – 06/18A saylı “sonrakı ipoteka” müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri – yaşayış binası Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank "xxxx" ASC həmin müqavilə üzrə yaranmış 162.342,94 manat məbləğində borcun Cavabdeh1 tərəfindən ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. Bank "xxxx" ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) qarşı 2019-cu il 25 iyun tarixdə iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 4 sentyabr tarixli RH-00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 2019-cu il 12 aprel tarixinə olan 146.159,85 manat əsas borc, 18.586,67 manat faiz borcu, 4.856,95 manat dəbbə borcu, cəmi 169.603,47 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun, 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Ca vabdeh1 iddiaçının xeyrinə tutulması, Cavabdeh1la bağlanmış 2018-ci il 4 sentyabr tarixli, RHMG – 00007 – 06/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyriyaşayış binasının açıq hərracda satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait borcu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Gəncə filialı ilə Cavabdeh1 arasında 2018-ci il 4 sentyabr tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 biznes məqsədilə 60 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 146.200 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 295, 317, 319.1, 442, 443.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39, 59-cu maddələrinə istinad etmişdir.
12. Daha sonra iddiaçı 2020-ci il 17 mart tarixdə iddia tələbinin həcminin artırılması ilə bağlı məhkəm əyə ərizə təqdim edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 4 sentyabr tarixli RH00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 2020-ci il 5 mart tarixinə olan 146.159,85 manat əsas borc, 18.586,67 manat faiz borcu, 36.293,03 manat dəbbə borcu, cəmi 201.039,55 manat vəsaitin, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, 30 manat məbləğində ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əmlak satıldıqdan sonra ə ldə edilən vəsait borcu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir
13. Cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
14. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il 22 iyul tarixli, 2(044)-2438/2019 saylı qərardadı ilə məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 15. "xxxx" MMC-nin 2019-cu il 2 sentyabr tarixli, 0509/19/BTB nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında istifadədə olan 0.009 ha torpaq sahəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 199.2 m2 ümumi sahədən ibarət qeyri – yaşayış binasının hazırkı ilkin satış (real bazar) dəyəri 220.000 manat məbləğində dəyərləndirilmişdir.
16. Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət edərək yenidən qiymətləndirmə ekspertizasının təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
17. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il 4 noyabr tarixli, 2(044)-2438/2019 saylı qərardadı ilə məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. 18. "xxxx" MMC-nin 2020-ci il 10 fevral tarixli, ƏQ-35/2020 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında istifadədə olan 0.009 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 2 mərtəbəli, ümumi sahəsi 199.2 m2-dən ibarət, qeyri – yaşayış binasının bazar dəyəri 220.000 manat məbləğində təşkil etmişdir. 19. 2020-ci il 10 iyun tarixli, 2(044)-148/2020 saylı protokola əsasən Cavabdeh1 məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə ərizəsi təmin olunmamışdır (i/v 134, 1-ci cild).
20. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 2 noyabr tarixli, 2 (044)-148/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2018-ci il 4 sentyabr tarixli, RH – 00007 – 06/18A saylı kredit müqaviləsi ləğv olunmuş, Cavabdeh1 iddiaçının xeyrinə 165.146,52 manat və 30 manat dövlət rüsumu, 40 xidmət haqqı, 30 manat bildirişin qeydə alınması xeyrinə tutulmuş, ipoteka predmetinin açıq hərracda satılması və ilkin satış qiyməti 220.000 manat məbləğində müəyyən olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – G.Şirinov).
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 18 mart tarixli, 2(104)-1261/2021 saylı qərardadı ilə məhkəmə - mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin olunmuşdur.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 7 iyul tarixli, 9/2986 nömrəli rəyinə əs asən, Cavabdeh1 2019cu il 12 aprel tarixə Bank "xxxx" ASC-yə olan borcu 164.682,43 manat məbləğində müəyyən olunmuş, o cümlədən əsas borc üzrə 146.103 manat, faiz borcu isə 18.579,43 manat məbləğində təşkil etmişdir. 23. "xxxx" MMC-nin 2021-ci il 30 avqust tarixli, 283/BTB/21 saylı rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri – yaşayış binasının bazar qiyməti 250.000 manat, likvid qiyməti isə 225.000 manat məbləğində müəyyən olunmuşdur.
24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 28 oktyabr tarixli, 2(104)-1261/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 2 noyabr tarixli, 2(044)-148/2020 saylı qətnaməsi “ipoteka predmeti olan qeyri – yaşayış binasının ilkin satış qiymətinin 220.000 manat məb ləğində müəyyən edilməsi” hissəsində deyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 225.000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Mamedov, hakimlər – A.Bayramov və Ə.Abdullayev).
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2022-ci il 14 iyun tarixli, 2(102)-2753/2022 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qət edilmişdir (sədrlik edən hakim – Ə.Əliyev, hakimlər – M.Əhmədova və İ.Xəlilov).
26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 22 sentyabr tarixli, 2(104)-2335/2022 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəm əsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – R.Muradov, hakimlər – F.Mehtiyev və Ç.Məmmədov).
27. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 6 dekabr tarixli, 2-2(115)2293/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 4 sentyabr tarixli, RH – 00007 – 06/18A saylı kredit müqaviləsinin ləğv olunması, tərəflər arasında yaranmış 165.182,43 manat və ödənilmiş 60,40 manat məbləğində rüsuma və bildirişə görə pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, qeyri–yaşayış binasının ilkin satış qiymətinin 225.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satıldıqdan sonra vəsaitin iddiaçının hesabına ödənilməsi, məbləğ yetərli olmadıqda qalan borc məblə ğinin Cavabdeh1 yönəlməsi, açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh1 qeyriyaşayış binasından çıxarılması və boşaldılması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 150 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – G.Quliyeva).
28. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı verdiyi kredit məbləğini və kredit məbləğinə hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlı olmuşdur. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbi n əsaslı olduğunu təsdiq etmişdir. Dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Belə ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etməmişdir. Kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq olunmasını onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq qeyd etmişdir ki, 36.293,03 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək hesablanmışdır. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilmişdir.
29. Məhkəmə öz mövqey ini MM-in 269.1, 269.4, 319.1, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 462.1, 467, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 217.3, 218.1-ci maddələrinə istinad etmişdir.
30. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, əmlakın qiymətləndirilməsi və mühasibatlıq ekspertizasının təyin olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(104)-74/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinc i instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
29. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin və əvvəlki apellyasiya icraatında olan zaman mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, həmçinin ipoteka predmetinin yenidən qiymətləndirilməsi həyata keçirilmişdir ki, ekspert rəyi ilə tələb olunan borc məbləğinin əsaslı olması müəyyən edilmişdir. Həmçinin, ipoteka predmetinin dəyəri iki müxtəlif qiymətləndirici tərəfindən müəyyən olunmuşdur ki, həmin rəylər arasında da hər hansı bir ziddiyyət yaranmamış, ipoteka müqaviləsində göstərilən dəyərə də uyğun olmuşdur. Cavabdeh1 isə ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna d air hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmidşir. İpoteka predmetinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən deyil, başqa müstəqil qiymətləndiricilər tərəfindən qiymətləndirilməsi “İpoteka haqqında” qanunun tələbinə uyğun olmuşdur.
30. Həmçinin qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin ipoteka predmetinin yenidən qiymətləndirilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassız olmuşdur. Məhkəməyə təqdim edilmi ş Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə hesabından çıxarışda da hazırkı kredit müqaviləsi bağlandıqdan sonra yəni, 2018ci il 4 sentyabr tarixdən sonra ödənişlərin olması müəyyən olunmamışdır. Cavabdeh1 isə müqavilə bağlandıqdan sonra 32.000 manat ödədiyini iddia etmiş olsa da buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəməyə təqdim olunmuş Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə hesabından çıxarışdan isə görünür ki, cavabdeh tərəfindən edilmiş ödənişlər 2018-ci il 4 sentyabr tarixdən əvvəlki dövrə aid olmuşdur ki, həmin tarixədək təxminən iddiaçının iddia etdiyi məbləğdə ödənişlərin olması müəyyən edilmişdir. Həmin məbləğlər BKN-A0010-06/17A saylı kredit müqaviləsi üzrə silinmiş məbləğlər olmaqla, RH-00007-06/18A saylı hazırkı kredit (restruktruzasiy a olunmuş) müqaviləsi üzrə edilmiş ödənişlər olmamışdır.
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 317.1, 319.1, 385.1, 386.1, 428.4, 442, 448.1, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 39.3, 39.3.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 376.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 23 fevral tarixdə iş üzrə tərəflərə göndərilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 12 mart tarixdə Cavabdeh1 təqdim edilmişdir.
34. Cavabdeh1 2023-cü il 11 may tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. MPM-in 9.1, 9.2, 9.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti mənzilin hazırkı bazar dəyərindən dəfələrlə aşağı hesablanmış və iş materiallarında olan müxtəlif qiymətləndiricilər tərəfindən verilmiş rəylərdə ipoteka predmetinin dəyərində az miqdarda artım olmuşdur. Qiymətləndirmə keçirilmək üçün "xxxx" MMC-yə deyil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilərək likvid dəyərinin və bazar dəyərinin yenidən müəyyən edilməsi təmin olunmamışdır. Həmçinin kredit məbləği ilə bağlı məhkəmə tərəfindən mühasibatlıq ekspertiza sı təyin edilməmişdir.
36. Belə ki, mühasibatlıq ekspertizası keçirilsə də kredit məbləğində əsas məbləğ azaldılmamışdır. Pandemiya başlayanadək 13 ay müddətində hər ay 2.500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Həmçinin mühasibatlıq ekspertizası keçirilərkən bankdan hesabdan çıxarış tələb edilməmiş, yalnız bankın vermiş olduğu maliyyə arayışı ilə kifayətlənərək ekspert rəy vermişdir. Məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, kredit müqaviləsi məhkəməyə verilənədək Cavabdeh1 tərəfindən 32.000 manatdan artıq məbləğ ödənilmişdir. Lakin ekspertiza rəyində bununla bağlı heç bir hesablama öz əksini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxıla rkən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olduğu halda dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas mövcud olmamışdır. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
38. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tə rəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyini n icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilmə məsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər b u Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsin in icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edi lən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 42. “İpoteka haqqında” Azərbaycan Respublikası 2005-ci il 15 aprel tarixli, 883 nömrəli Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması... 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...” “Maddə
36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edild iyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır....” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …”
43. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli ol an nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖV QEYİ
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(104)-74/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, ipoteka predmetinin ilkin satış qiyməti bazar dəyərindən dəfələrlə aşağı hesablanmışdır.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
47. Belə ki, işdən göründüyü kimi ipoteka predmetinin dəyəri iki müxtəlif qiymətləndirici tərəfindən müəyyən edilmişdir ki, həmin rəylər arasında da hər hansı bir ziddiyyət olmamış, ipoteka müqaviləsində göstərilən dəyərə də uyğun olmuşdur. Cavabdeh isə ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmidşir. İpoteka predmetinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən deyil, başqa müstəqil qiymətləndiricilər tərəfindən qiymətləndirilməsi “İpotek haqqında” qanunun 39.3.3-cü maddəsinin tələbinə uyğun olmuşdur. Bununla yanaşı, cavabdeh ipoteka predmetinin likvid və bazar qiymətinin Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən müəyyən edilməli olması dəlili ilə çıxış etsə də, bunun hansı maddi hüquq normalarının tələblərindən irəli gəldiyini də əsaslandırmamışdır.
48. Məhkəmə kollegiyası şikayətin ipoteka predmetinin satış qiymətinin çox aşağı müəyyən olunması ilə bağlı dəlilinə münasibətdə vurğulayır ki, Ali Məhkəmənin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli Qərarında göstərilmişdir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
49. Kassasiya şikayətinin digər dəlili məhkəmənin cavabdeh tərəfindən həyata keçirilmiş 32.000 manat məbləğində ödənişin nəzərə alınmaması ilə bağlı olmuşdur.
50. Məhkəmə kollegiyası göstərilən dəlilə münasibətdə qeyd edir ki, apellyasiya məhkəməsi müvafiq məsələ ilə bağlı lazımi qiymətləndirmə apararaq Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə hesabından çıxarışda da hazırkı kredit müqaviləsi bağlandıqdan sonra yəni, 2018-ci il 4 sentyabr tarixdən sonra ödənişlərin olmasının müəyyən edilmədiyini vurğulamış, həmin ödənişlərin 2018-ci il 4 sentyabr tarixdən əvvəlki dövrə aid olması nəticəsinə gəlmişdir. Cavabdeh isə müqavilə bağlandıqdan sonra 32.000 manat ödədiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
51. MPM-in 76-cı maddəsinin tələblərinə əs asən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
52. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
53. MPM-nin sübutetmə yükü ilə bağlı müəyyənləşdirdiyi qaydalar ba xımından məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
54. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi).
55. O da vurğulanmalıdır ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və q ərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
57. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya inst ansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(104)-74/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
58. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 fevral tarixli, 2-2(104)-74/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar