Məhkəmə qərarları › İş №2-2(102)-382/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-382/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-382/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X4 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 aprel tarixli, 2-2(103)-73/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 2021-ci il 11 fevral tarixli *** nömrəli əsas kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh3 MMC-yə 60 ay müddətində (11 fevral 2026-cı il tarixədək) 3.000.000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə çərçivəsində borc alana verilən kreditlərin qaytarılması şərtləri və dövriliyi, o cümlədən kreditlərin məbləğinə hesablanmış faizlərin miqdarı, hesablanma qaydası və ödənilməsi dövriliyi əlavə kredit müqavilələri ilə müəyyən olunur. 2. 2021-ci il 11 fevral tarixli *** nömrəli əsas kr edit müqaviləsinin təminatı kimi aşağıdakı müqavilələr bağlanmışdır: - iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 2021-ci il 11 fevral tarixli ***/Z-001 nömrəli zaminlik müqaviləsi; - iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 8.00 ha və Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi 1 ünvanında 0,79749 ha torpaq sahələrinin ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə 2021-ci il 11 fevral tarixli ***/İP-002 nömrəli (ipoteka predmetinin bazar qiyməti 250000 manat, likvid dəyəri isə 170000 manat məbləğində müəyyən edilmişdir) və 2021-ci il 15 fevral tarixli ***/İP-001 nömrəli (ipoteka predmetinin bazar qiyməti 2.000.000 manat, likvid dəyəri isə 1.400.000 manat məbləğində müəyyən edilmişdir) ipoteka müqavilələri; - iddiaçı ilə cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 arasında bağlanmış ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən 252,7 kv.m ümumi sahədən ibarət bağ evinin ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə 2021-ci il 11 fevral tarixli ***/İP-003 nömrəli ipoteka müqaviləsi. İpoteka predmetinin bazar qiyməti 341000 manat, likvid dəyəri isə 289900 manat məbləğində müəyyən edilmişdir); - iddiaçı ilə cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 arasında bağlanmış ünvan 4 ünvanında yerləşən 0,12 ha və ünvan 5 ünvanında yerləşən 0,12 ha torpaq sahələrinin ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə 2021-ci il 11 fevral tarixli ***/İP-004 (ipoteka predmetinin bazar qiyməti 120000 manat, likvid dəyəri isə 102000 manat məbləğində müəyyən edilmişdir ) və ***/İP005 (ipoteka predmetinin bazar qiyməti 120000 manat, likvid dəyəri isə 102000 manat məbləğində müəyyən edilmişdir) nömrəli ipoteka müqavilələri. 3. 2021-ci il 11 fevral tarixli *** nömrəli əsas kredit müqaviləsi çərçivəsində iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 2021-ci il 18 fevral tarixli RQ-491 nömrəli əlavə kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə ******* (bir milyon) manat məbləğində kredit verilmişdir. 4. 2021-ci il 11 fevral tarixli *** nömrəli əsas kredit müqaviləsi çərçivəsində iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanılmış 2021-ci il 23 fevral tarixli x nömrəli qarantiya verilməsi şərtləri barədə sazişə əsasən Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun “Holcim (Azərbaycan)” ASC qarşısında öhdəliklərinin icrasını təmin et mək məqsədilə sonuncuya 31 dekabr 2021-ci il tarixinədək ******* (bir milyon) manat məbləğində ödəniş qarantiyası verilmişdir. 5. 2021-ci il 11 fevral tarixli *** nömrəli əsas kredit müqaviləsi çərçivəsində iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanılmış 2021-ci il 23 fevral tarixli xx nömrəli qarantiya verilməsi şərtləri barədə sazişə əsasən Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun "xxxx" ASC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya 31 dekabr 2021-ci il tarixinədək 500000 (beş yüz min) manat məbləğində ödəniş qarantiyası verilmişdir. 6. 2021-ci il 11 fevral tarixli *** nömrəli əsas kredit müqaviləsi çərçivəsində iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanılmış 2021-ci il 22 aprel tarixli** nömrəli qarantiya verilməsi şərtləri barədə sazişə əsasən Cavabdeh3 MMC-nin müraciəti əsasında, onun "xxxx" MMC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə sonuncuya 31 avqust 2021-ci il tarixinədək 433.566 (dörd yüz otuz üç min beş yüz altmış altı) manat məbləğində ödəniş qarantiyası verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat Bu icraatdakı məlumatlar, iş üzrə qəbul edilmiş qətnamənin hazırki kassasiya baxışının predmetini təşkil edən hissəsinə uyğun olaraq qeyd edilmişdir (bax § 24) 7.İddiaçı "xxxx" ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 (bundan sonra-cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 M MC-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə *** nömrəli, xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində verilmiş kreditlərə əsasən: RQ-491 nömrəli, xx.xx.2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111.11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 280678.38 manat cərimə borcu olmaqla, cəmi 1451789.49 manat; x nömrəli, xx.xx.2021-ci il tarixli qarantiya verilməsi şərtləri barədə saziş üzrə ******* manat əsas, 30000 manat faiz və 391500 manat cərimə borcu, 109305,56 manat manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 1530805,56 manat; xx nömrəli, xx.xx.2021-ci il tarixl i qarantiya verilməsi şərtləri barədə saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 199000 manat cərimə borcu olmaqla, cəmi 769277,78 manat;** nömrəli, xx.xx.2021-ci il tarixli qarantiya verilməsi şərtləri barədə saziş üzrə 175995.11 manat əsas, 14984,03 manat faiz və 71571,35 manat cərimə borcu olmaqla, cəmi 262550,49 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2397.21 manat dövlət rüsumunun və 3.88 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 322.78 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 400 manat ödənilmiş mediasiya xərcin in tutulması, tutmanın ipoteka müqavilələrinə əsasən - Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri-yaşayış binasına və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh3 MMC-nin əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpa q sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlak hərracdan satıldıqdan sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 əmlaka dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etmələri və boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) və ünvan 8 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklara ilkin satış qiymə ti (likvid qiymət) müəyyən edilməklə, əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, həmçinin əmlaklar hərracdan satıldıqdan sonra Cavabdeh1 Yəvər oğlunun əmlaklara dair istifadə hüququna xitam verilməklə, ən geci bir ay ərzində boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi qaydada boşaldılaraq təhvil verilməsi, ipoteka predmetlərinin satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC müqavilədə və sazişdə nəzərdə tutulmuş qaydada kred iti və ona hesablanmış faizləri qaytarmamaqla müqavilə şərtlərini pozmuşdur. Əsas kredit müqaviləsi çərçivəsində bağlanılmış əlavə müqavilə və sazişlər üzrə öhdəliklər yerinə yetirilmədiyindən borc alana, zaminə və ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər göndərilmiş və həmin bildirişlər hər bir ipoteka predmeti üzrə ayrılıqda xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində, xx.xx.2022-ci il tarixdə isə 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Eyni zamanda mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə, iddiaçı tərəfindən cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdehlər mediasi ya sessiyasında iştirak etmədiyindən, baş tutmamış və bu səbəbdən mediator tərəfindən xx.xx.2022-ci il tarixli, MŞB/4-01722 nömrəli ilkin mediasiya sessiasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bundan başqa, cavabdehlərə kreditlərin qaytarılması haqqında iddiaçı tərəfindən həm Elektron Məhkəmə Sistemi, həm də poçt vasitəsi ilə 05 sentyabr 2022-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli 9/6265 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22 aprel 202 1 -ci il tarixli, RQLG-609 nömrəli «Qarantiya verilməsi şərtləri barədə» Sazin şərtləri nəzərə alınmaqla və müqavilə dövrünədək illik 24%-lə faizlər hesablanmaqla Cavabdeh3 MMC-nin 02 oktyabr 2022-ci il tarixinə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 442.237,32 manat (əsas borc üzrə 433.566,00 manat, faiz borcu üzrə 8.671,32 manat) məbləğində, 26 oktyabr 2022-ci il tarixinə (sualda göstərilən tarix) və 11 noyabr 2022-ci il tarixinə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu tam ödənilmiş və 13.617,75 manat məbləğində artıq ödəniş müəyyən edilir. "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış, 22 aprel 2021-ci il tarixli,** nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən cər imə hesablanmamışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli 9/1504 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22 aprel 2021-ci il tarixli,** nömrəli «Qarantiya verilməsi şərtləri barədə» Sazin şərtləri nəzərə alınmaqla və müqavilə dövrünədək illik 24%-lə faizlər hesablanmaqla Cavabdeh3 MMC-nin 02 oktyabr 2021-ci il tarixinəə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 442.237,32 manat məbləğində, 26 oktyabr 2022-ci il tarixinə (sualda göstərilən tarix) və 09 aprel 2024-cü il tarixinədək (rəy verilən tarix) banka olan əsas və faiz borcu tam ödənilmiş və 13.617,75 manat məbləğində artıq ödəniş müəyyən edilir.

11. Bakı Ko mmersiya Məhkəməsinin 2024-cü il 21 may tarixli, e-2-2(113)-51/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 birgə (müştərək) qaydada RQ-491 nömrəli, 18 fevral 2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111.111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 50000 manat cərimə borcu; x nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz, 109305,56 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 50000 manat dəbbə pulu; xx nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üz rə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 25000 manat dəbbə pulu, 2397,21 manat dövlət rüsumu, ümumilikdə 3.008.091,66 (üç milyon səkkiz min doxsan bir manat altmış altı qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında, 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri-yaşayış binasına (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 5.800.000 (beş milyon səkkiz yüz min) manat müəyyən edilməklə, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəs inə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat müəyyən edilməklə, Cavabdeh4 məxsus ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən 252.7 kv.m ümumi sahədən ibarət bağ evinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 480000 (dörd yüz səksən min) manat müəyyən edilməklə, Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 204000 (iki yüz dörd min) manat müəyyən edilməklə, ünvan 8 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) – ilkin satış qiyməti 264000 (iki yüz altmış dörd min) manat müəyyən edilməklə yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına xxx nömrəli, xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsi üzrə ******* manat əsas, 60000 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz, 111111,11 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc və 50000 manat cərimə borcu; x nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə ******* manat əsas, 30000 manat faiz, 109305,56 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 50000 manat dəbbə pulu; xx nömrəli, xx.xx.2021-ci il tarixli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə 500000 manat əsas, 15000 manat faiz, 55277,78 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc, 25000 manat dəbbə pulu, 2397,21 manat dövlət rüsumu, ümumilikdə 3.008.091,66 (üç milyon səkkiz min doxsan bir manat altmış altı qəpik) manat məbləğində borcun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, satışdan artıq qalan vəsaitin ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılması, çəkilmiş məhkəmə xərcləri - 3,88 manat bank xidmət haqqının, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına ödənilmiş 322,78 manat xidmət haqqının, 400 manat mediasiya xərcinin iddiaçı "xxxx" ASC-nin özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatları ilə bağlı ümumilikdə 500 (beş yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim X3).

12. Birinci instansiya məhkəməsi iddia tələbini** nömrəli, xx.xx.2021-ci il tarixli «Qarantiya verilməsi şərtləri barədə Saziş» üzrə əsas, faiz və dəbbə pulunun tələb edilməsi hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, iş üzrə verilmiş ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərində həmin müqavilə üzrə cavabdehlərin hər hansı ödənilməli əsas və faiz borcunun olmadığı, 13617,75 manat artıq ödənişin olduğu göstərilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 317.1, 319.1, 319.5, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 462.1, 467, 470.1, 472.1, 472.2.2, 478, 489.1, 739.1, 739.2 və 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34, 39.3 və 41.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.1, 14.2, 77.1, 119.1, 217.1 və 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bu icraatdakı məlumatlar da iş üzrə qəbul edilmiş qətnamənin hazırki kassasiya baxışının predmetini təşkil edən hissəsinə uyğun olaraq qeyd edilmişdir (bax § 24)

14. İşə apellyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 fevral 2025-ci il tarixli, 9/413/2025 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 22 aprel 2021-ci il tarixli,** nömrəli «Qarantiya verilməsi şərtləri barədə Saziş» şərtləri nəzərə alınmaqla müqavilə dövründə illik 24%-iə, müqavilə müddəti bitdiyi tarixdən sonra isə dövrün faiz borcu 5%-lə hesablanmaqla Cavabdeh3 MMC-nin 02 oktyabr 2021-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas və faiz borcu 442.237,32 manat məbləğində, 13 may 2024-cü il tarixədək (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu tam ödənilmiş və 13.617,75 manat məbləğində artıq ödəniş müəyyən edilir. Həmçinin cavabdehə 19.553,87 manat məbləğində əldən çıxmış fayda borcu (5%lə) hesablanmışdır. 02 oktyabr 2021-ci il tarixinə: əsas borc üzrə 433.566,00 manat, faiz borcu üzrə 8.671,32 manat. 13 may 2024-cü ii tarixinəə: əsas borc üzrə 0,00, faiz borcu üzrə 0,00, artıq ödəniş 13.617,75 manat, əldən çıxmış fayda 5%-lə 19.553,87 manat müəyyən edilmişdir. Hesabdan çıxarış təqdim edilmədiyi üçün cərimə hesablanmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının (hakimlər X2 (sədrlik edən, məruzəçi), X5 və X1) 2025-ci il 3 aprel tarixli 2-2(103)-73/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-51/2024 nömrəli qətnaməsi qismən, iddianın 2021-ci il 22 aprel tarixli,** nömrəli «Qarantiya verilməsi şərtləri barədə saziş üzrə illik 5 faiz borcu hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, həmin hissədə iddianın qismən təmin edilməsi, 2021-ci il 22 aprel tarixli,** nömrəli Qarantiya verilməsi şərtləri barədə saziş üzrə Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1366,28 manat (14984,03-13617,75=1366,28) illik 5 faiz borcunun tutulması, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-22(113)-51/2024 nömrəli qətnaməsinin ipoteka predmetinin (Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/s 1 ünvanında 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri-yaşayış binasının) ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD23 y/s 1 ünvanın da 0.79749 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 7898.1 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 3.300.000 (üç milyon üç yüz min) manat müəyyən edilməsi, 100 manat ekspertiza xərcinin iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, 850 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddiaçının apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumunun özünə aid edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməsi** nömrəli, 22 aprel 2021-ci il tarixli «Qarantiya verilməsi şərtləri barədə Saziş» üzrə tələbin illik 5 faiz hi ssəsini araşdırmamaqla həmin tələbə hüquqi qiymət verməmişdir. Ona görə bu hissədə gəldiyi nəticə qanunaziddir.

17. Bununla yanaşı məhkəmənin əldə etdiyi rəylərdə** nömrəli, 22 aprel 2021-ci il tarixli «Qarantiya verilməsi şərtləri barədə Saziş» üzrə əsas və faiz borcunun və cərimənin olmaması müəyyən edilmiş və bu hissə apellyasiya icraatı zamanı keçirilmiş ekspert tədqiqatında əldə edilmiş nəticə ilə təsdiqlənmişdir. Həmin müqavilə üzrə cüzi borc olduğuna görə tələbin cərimə hissəsi də tutula bilməz. Qətnamənin bu hissələri qanuni və əsaslıdır.

18. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarındakı hüqu qi mövqelərə və MM-in 445.7-ci maddəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, 22 aprel 2021-ci il tarixli,** nömrəli Qarantiya verilməsi şərtləri barədə saziş üzrə Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1366,28 manat (14984,0313617,75=1366,28) illik 5 faiz borcu tutulmalıdır.

19. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 445.7, 739, 743-cü maddələrinə istinadla əsaslandırmışdır.

20. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddianın 2021-ci il 22 aprel tarixli** nömrəli qarantiya verilməsi şərtləri barədə saziş üzrə kredit borcunun cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmçinin 3.88 manat bank xidmət haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 322.78 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 400 manat ödənilmiş mediasiya xərcinin tutulması hissəsində də tam təmin edilməsinə, habelə 100 manat apellyasiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinin, eyni zamanda apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ümumilikdə ödənilmiş 2797.22 manat dövlət rüsumlarının əvəzinin cavabdehlərdən tutulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 432.4, 462.1-ci və MPM-in 102.2-ci maddələri üzrə - iddia ərizəsindən və ona əlavə edilən materiallardan da göründü yü kimi, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu cərimə məbləği aşkar şəkildə müqavilədə qeyd edilmişdir. Lakin birinci və apellyasiya instansiya məhkəmələri və ekspertlər həmin halı nəzərə almamışlar. Belə ki, hər iki instansiya məhkəməsi hazırki iş üzrə verilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini əsas götürərək, hesab etmişdir ki, 22 aprel 2021-ci il tarixli** nömrəli «Qarantiya verilməsi şərtləri barədə Saziş» üzrə cavabdehlərin hər hansı ödənilməli əsas və faiz borcu yoxdur. Lakin məhkəmələr nəzərə almamışdır ki, rəy verərkən ekspertlər ödənilmiş məbləğlərin silinməsində səhvə yol verərək yekunda yanlış nəticəyə gəlmişlər. Bununla yanaşı, ekspertlərə işin materialları daxilində m aliyyə arayışları və əlavə olaraq hesabdan çıxarışlar təqdim edilməsinə baxmayaraq, rəylərdə ekspertlər yanlış olaraq qeyd etmişlər ki, Bank tərəfindən cərimə hesablanmamışdır. Eyni zamanda ekspertlər nəzərə almamışlar ki,** nömrəli xx.xx.2021-ci il tarixli «Qarantiya verilməsi şərtləri barədə Saziş»in 3.9-cu bəndində qeyd edilmişdir ki, Prinsipal tərəfindən kredit məbləğinin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, Prinsipal Qaranta ödənilməsi gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün bu Sazişin 3.7-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin (24%) 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanan penya ödənilməlidir. Həmçinin, həmin Sazişin 3.11.2-ci bəndi ilə müəyyən edilmişdir ki, kredit üzrə həyata keçirilən ödənişlər ikinci növbədən penyaların öd ənilməsinə yönəldilir. İddiaçı Bank isə Sazişin qeyd edilən müddəalarına istinadən ödənilmiş məbləğlərdən cəriməyə silinmələr etmiş, lakin ekspertlər tərəfindən cəriməyə silinmələr nəzərə alınmamış, ödənilmiş məbləğlərin faiz və əsas kredit borcunun silinməsinə yönəldərək yekunda səhvə yol vermişlər. Cərimə borcunun hesablanması həm birinci instansiya məhkəməsi zamanı alınan məhkəmə-mühasibatlıq ekspertizalarının rəyində, həm də ki, apellyasiya instansiyası tərəfindən alınan məhkəmə-mühasibatlıq ekspertizasının rəyində öz əksinin tapmamışdır. Habelə Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin cərimə borcuna dair müstəqil rəy verə bilməmələrini əsas gətirərək, birinci və apellyasiya instansiyası məhkəmələrində** nömrəli xx.xx.2021-ci il tarixli «Qarantiya verilməsi şərtləri barədə Saziş» üzrə rəyin verilməsində Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisləri də cəlb olunmaqla məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün tərəfimizdən vəsatətlər verilsə də, vəsatət məhkəmələr tərəfindən təmin edilməmişdir. Beləliklə hər iki instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli** nömrəli Qarantiya verilməsi şərtləri barədə Saziş üzrə kredit borcuna yalnız ekspert rəylərinə əsaslanaq qiymət verdiyindən, mübahisələndirilən hissədə yekunda səhv nəticəyə gəlmişlər.

22. MPM-in 88-ci maddəsi üzrə - hazırkı mübahisədə məhkəmə sübutlara hərtərəfli və düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən 2021-ci il 22 aprel tarixli** nömrəli qarantiya verilməsi şərtləri barədə saziş üzrə kredit borcunun cavabdehlər Cavabdeh3 MMC-dən və Cavabdeh4 müştərək qaydada tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissələrində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin i şin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədərki redaksiya) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, malla rda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti... 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

478. Qarantiya anlayışı Qarantiyaya əsasən qarant (bank, digər k redit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.” “Maddə

489. Qarantın prinsipiala qarşı reqres tələbləri 489.1. Qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə

743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandı qdan sonra məlum olduqda da qüvvədədir.”

27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 2 18.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.”

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli qərarında göstərilmişdir ki, birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu mə suliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). 31.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.

32. Qeyd olunmaladır ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçının şikayətinin dəlili nəzərə alınmaqla, təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, yuxarıda qeyd olunan məzmunda rəy verilərək, sözügedən 2021-ci il 22 aprel tarixli** nömrəli qarantiya verilməsi şərtləri barədə saziş üzrə sonuncu maliyyə arayışının tərtib edildiyi 2024-cü ilin 13 may tarixinə əsas və faiz borcunun olmadığı, hesabdan çıxarış təqdim olunmadığı üçün cərimənin hesablanmadığı müəyyən edilmişdir. Apellyasya instansiyası məhkəməsi tərəfindən həmin rəy mötəbər sübut kimi qiymətləndirilmişdir.

33. İddiaçı hazırki kassasiya şikayətində işə mahiyyəti üzrə baxılarkən verilmiş ekspert rəylərini mötəbərliyini mübahisələndirsə də, bununla bağlı mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

35. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisə li hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 aprel tarixli, 2-2(103)-73/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar