Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-383/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh MTK-ya qarşı (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 müstəqil tələb irəli sürməyən şəxslər olmaqla) borcun tutulması tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)-528/2023 saylı qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" ASC (İddiaçı ASC) (Bank) ilə Cavabdeh MTK (kooperativ) arasında bağlanmış 2015-ci il 6 fevral tarixli (əməkdaşlıq və ya birgə fəaliyyət haqqında) müqaviləyə əsasən ünvan 2 və ünvan 1 ünvanlarında tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faiz dərəcəsi ilə 5-7 il müddətinədək (istisna hallarda – 10 ilədək) kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.
2. Cavabdeh MTK 2015-ci il 31 mart tarixli, 33 nömrəli məktubla "xxxx" ASC-yə (İddiaçı ASC) müraciət edərək, Cavabdeh MTK ilə "xxxx" ASC (İddiaçı ASC) arasında bağlanılmış 2015-ci il 6 fevral tarixli (əməkdaşlıq və ya birgə fəaliyyət) müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 26 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində İ blok İX mərtəbədə yerləşən 40 saylı, ümumi sahəsi 83,04 kv.m olan mənzilin alqı-satqısı ilə əlaqədar X4 10 il müddətinə 12% dərəcəsi ilə 76.396 manat qarşılığında 73.457 ABŞ dolları məbləğində kredit vəsaitinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-355/2019 saylı 2019-cu il 23 yanvar tarixli qərarına əsasən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X1 qarşı kredit borcunun tutulması tələbinə dair ilkin, X3 LPO İddiaçı ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıq lı iddiası üzrə ilkin iddia üzrə cavabdeh X3 Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 7 sentyabr tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə olan 2018-ci il 7 sentyabr tarixli, 2(103)-8108/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərara əsasən müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2018-ci il 15 mart tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı ASC ilə X5 arasında bağlanmış 2015-ci il 31 mart tarixli, 1887/15 saylı kredit müqaviləsi üzrə X2 70.824,93 ABŞ dolları əsas borcu, 7.148,67 ABŞ dolları faiz borcu və 651 ABŞ dolları cərimə olmaqla, cəmi 78.625,24 ABŞ dollarının (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası manatına məzənnə ilə manatla), 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, ekspertiza xərci 50 manat məbləğində pulun X2 tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 7 sentyabr tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2018-ci il 15 mart tarixli, 2(008)233/2018 nömrəli qətnaməsi ilkin iddia üzrə cavabdeh X4 münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X5 arasında 2015-ci il 31 mart tarixli kredit müqaviləsinə əsasən 120 ay müddətinə, illik 12% ödəmək şərti ilə 73.457 ABŞ dolları istehlak krediti verilməsi üçün kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsa sən bank həmin məbləğdə pulu cavabdehə verməyi, cavabdeh isə üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı götürmüşdür. Cavabdeh, kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, banka olan kreditin ödənilməsini təmin etməmiş, bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
5. İddiaçı ASC tərəfindən Cavabdeh MTK-ya pretenziya (xəbərdarlıq) məktubu ünvanlanaraq yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC(bundan sonra-“iddiaçı” və ya “bank”) 2022-ci il 16 dekabr tarixində Cavabdeh MTK-ya(bundan sonra-“cavabdeh” və ya “MTK”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Maraqlı şəxs3(bundan sonra“Maraqlı şəxs3”) arasında bağlanmış 2015-ci il 25 fevral tarixli kredit müqaviləsi üzrə 2018-ci il 14 avqust tarixli, 2(008)-4282/2018 saylı qətnamə ilə müəyyən edilən 83.175,32 ABŞ dolları əsas, 21.990,21 ABŞ dolları faiz borcu, cəmi 105.165,53 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; -İddiaçı ilə X5(bundan sonra-“S.Feyzullayeva”) arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 2018-ci il 15 mart tarixli, 2(008)-233/2018 qətnamə ilə müəyyən edilən 70.824,93 ABŞ dolları əsas, 7.148,67 ABŞ dolları faiz, 651 ABŞ dolları cərimə borcu, cəmi 78.625,24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun; -İddiaçı ilə Maraqlı şəxs2(bundan sonra-“Maraqlı şəxs2”) arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 2021-ci il 29 iyun tarixli, 2(008)-489/2021 qətnamə ilə müəyyən edilən 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcu, cəmi 92.909,54 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 276.700,31 ABŞ dolları məbləğində borc və 90 manat dövlət rüsumunun, həmçinin hazırki iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və 361 manat dövlət rüsumunun cavabdeh MTK-dan tutularaq ləğv prosesində olan iddiaçı banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə MTK arasında ünvan 2 və ünvan 1 ünvanlarında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin bank tərəfindən kreditləşdirilməsi barədə 2015-ci il 6 fevral tarixində müqavilə imzalanmışdır. Bundan sonra müştərilərə kreditlər verilmişdir. Aşağıdakı borc alanlar kredit üzrə borclarını ödəmədiyindən barələrində borcun tutulması barədə məhkəmə qətnamələri qəbul edilmişdir. Belə ki: 1) iddiaçı bank ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli kredit müqaviləsinə əsasən Maraqlı şəxs3 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 87.136 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Maraqlı şəxs3 tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən ləğv prosesində olan iddiaçı ba nkın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu(bundan sonra-“ləğvedici”) Maraqlı şəxs3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia qismən təmin olunaraq 2018-ci il 14 avqust tarixli, 2(008)-4282/2018 saylı qətnaməyə əsasən cavabdeh Maraqlı şəxs3 iddiaçının xeyrinə 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 83.175,32 ABŞ dolları əsas, 21.990,21 ABŞ dolları faiz cəmi 105.165,53 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 2) iddiaçı bank ilə S.Feyzullayeva arasında bağlanmış 1887/15 saylı kredit müqaviləsinə əsasən S.Feyzullayevaya 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 73.457 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri S.Feyzullayeva tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən iddiaçı bankın ləğvedicisi S.Feyzullayevaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia qismən təmin olunaraq 2018-ci il 15 mart tarixli, 2(008)-233/2018 saylı qətnaməyə əsasən cavabdeh S.Feyzullayevadan iddiaçının xeyrinə 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 70.824,93 ABŞ dolları əsas, 7.148,67 ABŞ dolları faiz, 651 ABŞ dolları cərimə cəmi 78.625,24 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 3) iddiaçı bank ilə Maraqlı şəxs2 arasında bağlanmış 1890/15 saylı kredit müqaviləsinə əsasən Maraqlı şəxs2 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 91.211 ABŞ dolları manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələb ləri Maraqlı şəxs2 tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bu səbəbdən iddiaçı bankın ləğvedicisi cavabdeh Maraqlı şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia qismən təmin olunaraq 2021-ci il 29 iyun tarixli, 2(008)-489/2021 saylı qətnaməyə əsasən cavabdeh Maraqlı şəxs2 iddiaçının xeyrinə 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcunun cəmi 92.909,54 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bankın ləğvedicisi tərəfindən cavabdehə qeyd edilən borcların ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 2022-ci il 2 dekabr tarixli xəbərdərlıq göndərilməsinə baxmayaraq, cavabdeh qeyd edilən kredit müqavilələri üzrə borcun qaytarılmasını təmin etməmişdir. 2015-ci il 6 fevral tarixli müqavilənin 5.1-ci maddəsinə əsasən, satılmış mənzilin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi halında, MTK müştəriyə ayrılmış həmin kredit vəsaitinin banka tam ödənilməsinə görə məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci maddəsinə əsasən, mənzil dövlət qeydiyyatından keçdikdən (çıxarış alındıqda) və ipoteka qismində bankın xeyrinə yüklü edildikdən sonra kooperativ bu öhdəlikdən azad olunur. Müqavilənin 5.6-cı maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, bu Müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Kooperativ bütün borcu v ə hesablanmış faizləri 5 (beş) iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ Kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri bank təqdim etməlidir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər.
8. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 385.1, 442, 445.2.1, 445.2.2, 445.3, 449.1, 449.4, 465, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 4.6, 82.3-cü, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun( bundan sonra-“KMP”) “MM-in 449-cu maddəsinin bəzi müdəalarının şərh olunmasına dair” 2009cu il 9 iyul tarixli qərarına istinad edilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli, e-2-2(113)-571/2023 saylı qərardadı ilə “iddiaçı ilə Maraqlı şəxs3 arasında bağlanmış 2018-cü il 14 avqust tarixli müqavilə və iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli müqavilə üzrə borcun tutulması” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir (hakim-L.Əliyeva).
10. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ləğvedicisi Maraqlı şəxs2 və cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılm ası barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli, 1890/15 saylı kredit müqaviləsinə əsasən, 63.802,21 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə hesablanmış 18.366,96 ABŞ dolları faiz, 25.749,07 ABŞ doları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenumunun qərarına əsasən hesablanmış 9.878,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 117.797,14 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutmanın Maraqlı şəxs2 mülkiyyətində olan ünvan 2 ünvanında çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 9-cu mərtəbədə yerləşən, ümumi sahəsi 118.86 kv.m olan 3 otaqlı 54 saylı mənzilə(bundan sonra-“54 saylı mənzil”) yönəldilməsi, həmin mənzilin ilki n satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehərdən tutulması, Maraqlı şəxs2 mülkiyyətində olan 54 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Maraqlı şəxs2 və evdə yaşayan digər şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan banka təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-489/2021 saylı, 2021-ci il 29 iyun tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Maraqlı şəxs2 iddiaçı LPO bankın xeyrinə 2015-ci il 31 mart tarixli 1890/15 saylı kredit müqaviləsi üzrə 63.663,68 ABŞ dolları əsas, 18.366,96 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 9.878,90 ABŞ dolları faiz borcunun, cəmi 92.909,54 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ekspertiza xərci 145 manat məbləğində pulun Maraqlı şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 2021-ci il 25 oktyabr tarixli qətnaməsi ilə iddiaçı LPO bankın Ləğvedicisi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2 (008)-489/2021 saylı işi üzrə 2021-ci il 29 iyun tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1711/2022 saylı 2022-ci il 19 aprel tarixli qərarına əsasən iddiaçının ləğvedicisinin cavabdehlər Maraqlı şəxs2 və MTK-ya qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9968/2021 nömrəli iş üzrə 2021-ci il 25 oktyabr tarixli qətnaməsindən iddiaçının ləğvedicisi tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)9968/2021 nömrəli iş üzrə 2021-ci il 25 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmışdır.
14. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçının ləğvedicisi cavabdehlər Maraqlı şəxs3 və MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 83.175,32 ABŞ dolları əsas və 21.990,21 ABŞ dolları faiz olmaqla, cəmi 105.165,53 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdeh Maraqlı şəxs3 məxsus Sabunçu rayonu, ünvan 3 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2018-ci il 14 avqust tarixli 2(008)4282/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Qasımov) idd ia qismən təmin edilmiş, Maraqlı şəxs3 iddiaçı bankın xeyrinə 83.175,32 ABŞ dolları məbləğində əsas kredit borcu, 21.990,21 ABŞ dolları kreditə görə faiz borcu, cəmi 105.165,53 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) borcun, 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2019-cu il 26 avqust tarixli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4282/2018 saylı iş üzrə 2018-ci il 14 avqust tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8243/2019 saylı 2019-cu il 26 dekabr tarixli qərarına əsasən iddiaçının ləğvedicisinin cavabdehlər Maraqlı şəxs3 və MTK-ya qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 2019-cu il 26 avqust tarixli qətnaməsindən iddiaçının ləğvedicisi tərəfindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 2019-cu il 26 avqust tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Göründüyü kimi iddiaçının ləğvedicisi əvvəllər MTK-ya və Maraqlı şəxs2 qarşı iddiaçı bank ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə borcun tutulması, MTK-ya və Maraqlı şəxs3 qarşı iddiaçı bank ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddialar qaldırmış və qanuni qüvvədə olan yuxarıda göstərilən məhkəmə aktları ilə MTK-ya qarşı olan hissədə həmin iddialar rədd edilmişdir.
19. Beləliklə, eyni tərəflər (iddiaçı bank və MTK), eyni predmet (iddiaçı bank ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli və İddiaçı bank ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqavilələri borcun tutulması) və eyni əsaslar (MTK-nın əməkdaşlıq müqaviləsinə əsasən kredit müqavilələri üzrə öhdəliklərə zamin durması, əsas borcluların isə həmin müqavilələr üzrə öhdəliklərini icra etməməsi) üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.
20. Yuxarıda göstərilən işlər üzrə məhkəmə araşdırması zamanı iddiaçı bank ilə MTK arasında bağlanmış 2015-ci il 6 fevral tarixli əməkdaşlıq barədə müqavilənin məhkəməyə təqdim edilməməsi səbəbindən MTK-ya qarşı hissədə iddiların rədd edilməsi (Maraqlı şəxs2 qarşı olan işdə həmin müqavilə apellyasiya instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş, lakin sübut qismində qəbul edilməmişdir), hazırda isə həmin müqavilənin məhkəməyə təqdim edilməsi, göstərilən halın iddianın qaldırılması üçün yeni əsas qismində çıxış etməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddianın əsası dedikdə iddia tələbinin irəli gəldiyi və iddiaçının həmin tələbi əsaslandırdığı faktiki halların məcmusu başa düşülür. Sübutlar özü-özlüyündə iddia tələbinin əsasını təşkil etmir, onlar yalnız iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi faktiki halları təsdiq edən vasitədir. Odur ki, yeni sübutların təqdim edilməsi iddia tələbinin əsasının dəyişdirilməsi demək deyildir.
21. Hazırkı halda hər iki işdə iddiaçı bank MTK-ya qarşı olan hissədə iddia tələblərinin əsası kimi tərəflər arasında bağlanmış 2015-ci il 6 fevral tarixli əməkdaşlıq barədə müqaviləyə əsasən MTK-nın mübahisəli kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icra edilməsinə görə məsuliyyəti üzərinə götürməsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı bankın MTK-ya qarşı bank ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli və bank ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqavilələri üzrə borcun tutulması üzrə borcun tutulması barədə hissədə hazırkı iddia yeni əsasla qaldırılmamışdır.
22. Əvvəlki mə hkəmə araşdırmaları zamanı iddia tələblərinin əsasını təşkil edən faktiki halları təsdiq etmək üçün iddiaçının istinad etdiyi, lakin hər hansı səbəbdən məhkəməyə təqdim etmədiyi sübutun yeni iddia qaldırılarkən təqdim edilməsi isə eyni tərəflər arasında və eyni predmet barəsində iddia qaldırılmasının yeni əsası kimi çıxış edə bilməz. Əks yanaşma qanuni qüvvədə olan məhkəmə aktlarında əks olunmuş və tərəflər üçün preyudisial əhəmiyyət kəsb edən hallara məhkəmələr tərəfindən yenidən baxılmasına səbəb olmaqla hüquqi müəyyənlik prinsipinə də ziddir.
23. Odur ki, iddiaçı bankın cavabdeh MTK-ya qarşı bank ilə Maraqlı şəxs3 arasında bağlanmış 2018-cü il 14 avqust tarixli müqavilə və bank ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair h issədə iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.
24. Məhkəmə öz qərardadını MPM-in 233.3, 261.0.2, 262.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli, e-2-2(113)-571/2023 saylı qətnaməsi ilə İddiaçının ləğvedicisinin cavabdeh MTK-ya qarşı “bank ilə S.Feyzullayeva arasında bağlanmış 2015-ci il 31 mart tarixli müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası rədd edilmişdir (hakim L.Əliyeva).
26. İddiaçı şikayət verərək qərardadın (bax yuxarı §8) ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
27. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 12 aprel tarixli, e-2-2(113)-571/2023 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət işlə birli kdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim-L.Əliyeva). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)-528/2023 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 mart tarixli, e-2-2(113)-571/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarı §§10-23) ilə razılaşmış, eyni normalara istinad etmiş və bildirmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyildir, iddiaçının əvvəllər MTK-ya, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarş ı qaldırdığı iddiaların predmeti və əsası eyni olduğundan həmin hissədə iddiaya yenidən baxılması prosessual normaların tələlərinə ziddir.
30. Qərardad 2023-cü il 19 may tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
31. İddiaçının nümayəndəsi və vəkili 2023-cü il 26 may tarixində qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
32. MPM-in 261.0.2-ci maddəsi üzrə: iddiaçı bankın ləğvedicisi əvvəllər MTK-ya və Maraqlı şəxs2 qarşı bank ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə borcun tutulması, MTK-ya və Maraqlı şəxs3 qarşı bank ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddialar qaldırılmış və qanuni qüvvədə olan məhkəmə aktları ilə MTK-ya qarşı olan hissədə həmin iddialar rədd edilmişdir. Apellyasiya instansiyası həmin qətnamələri əsas götürərək, Bankın hazırkı iddiasına MPM-nin 261.0.2-ci maddəsi ilə xitam vermişdir. Məhkəmələr bildirmişlər ki, iddia tələblərinin əsasını təşkil edən faktiki halları təsdiq etmək üçün iddiaçının istinad etdiyi, lakin hər hansı səbəbdən məhkəməyə təqdim etmədiyi sübutun yeni iddia qaldırılarkən təqdim edilməsi isə eyni tərəflər arasında və eyni predmet barəsində iddia qaldırılmasının yeni əsası kimi çıxış edə bilməz. Əks yanaşma qanuni qüvvədə olan məhkəmə aktlarında əks olunmuş və tərəflər üçün preyudisial əhəmiyyət kəsb edən hallara məhkəmələr tərəfindən yeni dən baxılmasına səbəb olmaqla hüquqi müəyyənlik prinsipinə də ziddir. Məhkəmə nəzərə almamışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2018-ci il 14 avqust tarixli 2(008)-4282/2018 nömrəli və 2021-ci il 29 iyun tarixli 2(008)-489/2021 nömrəli qətnamələri ilə bankın iddiası bank ilə MTK arasında bağlanılmış əməkdaşlıq müqaviləsi məhkəməyə təqdim edilmədiyinə görə təmin edilməmişdir. Hazırki iş üzrə əməkdaşlıq müqaviləsinə qiymət verilmədiyindən həmin hissədə preyudisiya tətbiq edilə bilməz. Əvvəlki icraatlar zamanı faktiki əsas olan əməkdaşlıq müqaviləsinə qiymət verilməmişdir. Bildirmək istəyirik ki, qanunvericiliyin tələblərinə görə eyni tərəflər arasında, eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması başqa əsasla məhkəməyə təkrar müraciət etmək imkanını istisna etmir. Belə ki, ilk dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində işə baxılarkən bankdan asılı olmayan səbəblərdən əməkdaşlıq müqaviləsi təqdim edilmədiyi üçün iddia tələbimiz cavabdeh MTK-ya olan hissədə təmin olunmamışdır. İddiaçı Bank ilə MTK arasında bağlanılmış “Əməkdaşlıq müqaviləsi”nə yuxarıda adı çəkilən məhkəmə qətnamələri ilə hüquqi qiymət verilməmişdir. Məhkəmə sadəcə Bank tərəfindən iddia ərizəsində adı çəkilən “Əməkdaşlıq müqaviləsi” sübut kimi məhkəməyə təqdim edilmədiyinə görə (iddiada göstərilən hal sübut olunmadığına görə) o hissədə iddianı təmin etməmişdir. Hazırki iddiada isə Bank yeni əsaslarla məhkəməyə müraciət etmişdir. Belə ki, iddianın əsasını təşkil edən müqavilə aşkar olunduğuna görə, məhkəməyə yenidən müraciət olunmuşdur. Və qəbul edilmiş qətnamələrdə bu m üqaviləyə hüquqi qiymət verilmədiyinə görə hazırkı iddialar üzrə “Əməkdaşlıq müqaviləsinə” hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyasının 261.0.2cı maddəni tətbiq etməklə icraata xitam verməsi qanunvericiliyin tələblərinə ziddir. Çünki eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair qətnamə olduqda icraata xitam verilə bilər. Hazırki mübahisə də isə “əsas” dəyişmişdir. Digər məhkəmə qətnamələrində sadəcə sübutlara qiymət verilərək iddia o hissədə rədd edilmişdir. 2021-ci il 2 avqust tarixli AKT-dan göründüyü kimi MTK ilə bank arasında bağlanmış 2015-ci il 6 fevral tarixli əməkdaşlıq müqaviləsinin əsli təkrarən Bankın arxivində axtarılaraq, həmin müqavilə hüquqi şəxslərlə bağlanmış müqavilələr qovluqlarında aşkar edilməmiş, lakin fiziki şəxslərlə bağlanm ış müqavilələr qovluqlarına nəzər yetirərkən həmin müqavilənin əsli aşkar edilmişdir (AKT Bakı Kommersiya məhkəməsinə təqdim edilmişdir). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 10 fevral tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə iddiaçı bankın ləğv prosesinə başlanmışdır. Məhkəmə qərarına əsasən ləğv prosesinə başlandıqdan sonra bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici "xxxx" MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. "xxxx" MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 2016-cı il 13 aprel tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi "xxxx" MMC dəyişdi rilərək Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməməsində özünü göstərməkdədir. Məhkəmə bu hissədə qanunvericilikdə olan prosessual məsələyə hüquqi münasibət bildirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən, məhkəmələr isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessua l hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş fak tlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apelly asiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 32) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(103)-528/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, əvvəlki məhkəmə araşdırmaları zamanı iddia tələblərinin əsasını təşkil edən faktiki halları təsdiq etmək üçün iddiaçının istinad etdiyi, lakin hər ha nsı səbəbdən məhkəməyə təqdim etmədiyi sübutun yeni iddia qaldırılarkən təqdim edilməsi eyni tərəflər arasında və eyni predmet barəsində iddia qaldırılmasının yeni əsası kimi çıxış edə bilməz. Əks yanaşma qanuni qüvvədə olan məhkəmə aktlarında əks olunmuş və tərəflər üçün preyudisial əhəmiyyət kəsb edən hallara məhkəmələr tərəfindən yenidən baxılmasına səbəb olmaqla hüquqi müəyyənlik prinsipinə də ziddir.
40. İş materiallarına əsasən iddiaçının ləğvedicisi əvvəllər MTK-ya və Maraqlı şəxs2 qarşı iddiaçı bank ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə borcun tutulması, MTK-ya və Maraqlı şəxs3 qarşı iddiaçı bank ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddialar qaldırmış və qanuni qüvvədə olan yuxarıda göstərilən məhkəmə aktları ilə MTK-ya qarşı olan hissədə həmin iddialar rədd edilmişdir.
41. Beləliklə, eyni tərəflər (iddiaçı bank və MTK), eyni predmet (iddiaçı bank ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli və İddiaçı bank ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqavilələri üzrə borcun tutulması) və eyni əsaslar (MTK-nın əməkdaşlıq müqaviləsinə əsasən kredit müqavilələri üzrə öhdəliklərə zamin durması, əsas borcluların isə həmin müqavilələr üzrə öhdəliklərini icra etməməsi) üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.
42. Hazırkı iddia ərizəsindən də görünür ki, iddiaçı bank ilə Maraqlı şəxs3 arasında bağlanmış 2015-ci il 25 fevral tarixli, S.Feyzullayeva arasında bağlanmış 2015-ci il 3 1 mart tarixli, Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli kredit müqavilələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə tutulmuş borcların ödənilməsini tələb edir və birinci instansiya məhkəməsinin qərardadı ilə “iddiaçı ilə Maraqlı şəxs3 arasında bağlanmış 2018-ci il 14 avqust tarixli müqavilə və iddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış 2015-ci il 31 mart tarixli müqavilə üzrə borcun tutulması” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmiş, apellyasiya məhkəməsi tərəfindən həmin qərardad dəyişdirilmədən saxlanılmışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ləğvedicisi əvvəllər MTK-ya və Maraqlı şəxs2 qarşı 2015-ci il 31 mart tarixli kredit müqaviləsi üzrə borcun tutulması, həmçinin MTK-ya və Maraqlı şəxs3 qarşı 2015-ci il 25 fevral tarixl i kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddialar qaldırmış və qanuni qüvvədə olan məhkəmə aktları ilə MTK-ya qarşı olan hissədə həmin iddialar rədd edilmişdir.
44. Mülki prosessual qanunvericiliyin tələbləri baxımından iddiaçının əvvəllər MTK-ya, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı qaldırdığı iddiaların predmeti və əsası eyni olduğundan həmin hissədə iddiaya yenidən baxılması MPM-in 261.0.2-ci maddəsinin tələlərinə ziddir.
45. Bundan başqa, iddiaçı tərəfindən əvvəlki məhkəmə araşdırmaları zamanı iddia tələblərinin əsasını təşkil edən faktiki halları təsdiq etmək üçün istinad etdiyi, lakin hər hansı səbəbdən məhkəməyə təqdim etmədiyi sübutun yeni iddia qaldırılarkən təqdim edilməsi eyni tərəflər arasında və eyni predmet barəsində iddia qaldırılmasının yeni əsası kimi çıxış edə bilməz.
46. İddiaçı kassasiya şikayətində qeyd etdiyi dəlilləri apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, qanuni və əsaslandırılmış qərardad qəbul etmişdir.
48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR:
49. İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 22(103)-528/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.