Məhkəmə qərarları › İş №2-2(102)-384/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-384/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-384/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRAR 2-2(102)-384/2022 Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və X2 ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(107)-28/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Tərəflər arasında 2015-ci il 24 noyabr tarixli, 230/06 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən ("xxxx" KB ASC) borc alana (Cavabdeh) ətliyin (maldarlığın) inkişafı məqsədilə 36 (otuz altı) ay müddətinə 15.000 manat məbləğində kredit verməyi, borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə vaxtında qaytarmağı öhdəsinə götürmüşdür.

2. Ödəniş qrafikinə əsasən ilk 18 ay güzəşt olmaqla yalnız faiz məbləği olan 75 manat qalan aylar isə əsas faiz borcu ilə birlikdə ödəməklə 15.000 manat əsas, 2.063 manat faiz borcu olmaqla cəmi 17.063 manat ödəməli idi.

3. Həmin müqavilənin: - 5.1 -ci və 5.3-cü bəndlərinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün üçün illik 6 %-lə hesablanır və kredit müqaviləsinə əlavədə göstərilən qrafik üzrə ödənilir; - 6.4-cü bəndinə əsasən borc alan borc verəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitini 2018-ci il 24 noyabr tarixə qədər ödəməlidir; - 9.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə və yaxud lazımınca icra etmədikdə kredit və kreditə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün 0,1 % hesablanmaqla, borc verənə dəbbə pulu ödəməlidir.

4. Kredit müqaviləsinə 1 nömrəli əlavə üzrə qrafiklərə uyğun olaraq borc alan Cavabdeh ilk 16 ay üçün güzəş t müddətilə 75 manat, sonrakı aylarda müvafiq məbləğdə ödəmələr etməklə sonuncu 2018-cu il 29 noyabr tarixdə kredit və faizlər üzrə ümumilikdə 200 manat ödəniş etmişdir.

5. Cavabdeh öhdəliyini tam şəkildə icra etməmiş və onun ödənilməmiş borcu yaranmış və bu 2022-ci il 1 sentyabr tarixli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Maliyyə arayışı üzrə cavabdehin 2022-ci il 29 avqust tarixə əsas borcu 8.988,94 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 175,29 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz borcu 1.680,2 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) 2022-ci il 5 dekabr tarixində Cavabdeh (bundan sonra – “cavabde h”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cəmi 12.172,52 manat məbləğində kredit borcunun - bundan 8.988,94 manat əsas borc, 175,29 manat faiz borcu, 1.328,09 manat məbləğində cərimə və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1.680,20 manat faiz borcu və 200 manat mediasiya xərcinin cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh 2022-ci il 20 dekabr tarixdə məhkəməyə “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 24 noyabr tarixli, 230/06 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə kənd təsərrüfatı üzrə ətliliyin (maldarlığın) inkişafı məqsədilə 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********296 saylı 2022-ci il 1 sentyabr tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə Şəki şəhər 1 saylı Mediasiya təşkilatına təklif göndərilsə də,cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, bu barədə 2022-ci il 10 noyabr tarixli arayış verilmişdir. 2022-ci il 1 sentyabr tarixə cavabdehin kredit üzrə c əmi borcu 12.172.52 manat təşkiİ edir. Bundan 8.988.94 manat əsas, 175.29 manat müqavilə müddətinin sonuna hesablanan faiz, 1.328.09 manat cərimə və kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.680.20 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh t ərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 427.3, 442, 445.2.1, 445.2.2, 445.3, 448.1, 449.1, 449.4, 465, 739.1-ci maddələrinə istinad etmişdir.

10. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 10 yanvar tarixli, e-2-2(117)-36/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, 126,52 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – M.Hüseynov).

11. Birinci instansiya məhkəməsində işin araşdırılması zamanı §3-də qeyd olunanları müəyyən etmiş və bildirmişdir ki, iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatına görə iddia müddəti ərzində iddiaçı hazırki mübahisə ilə bağlı daha əvvəl Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və sonuncu məhkəmənin 2021-ci il 3 noyabr tarixli qərardadı ilə geri qaytarılmışdır. Qeyd edilən qərardad isə Əmanətlərin Sığortalanması Fonunun rəhbəri olan Nümayəndə2 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir.

12. İddiaçının nümayəndəsi məhkəmə prosesində qeyd etmişdir ki, onun elektron kabinetində yerləşdirilmədiyindən həmin qərardan məlumatları olmamış, sonradan müraciətləri əsasında məhkəmədən verilmiş məlumat əs asında belə qərarın qəbul edildiyi məlum olmuşdur.

13. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Mingəçevir şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilən qeyd edilən iş üzrə iddia ərizəsinin və sənədlərin qaytarılması barədə Şəki Kommersiya Məhkəməsinin 2021ci il 3 noyabr tarixli qərardadı 1 saylı Bakı İnzibati Məhkəməsinin 2016-cı il 22 iyul tarixli qərarı ilə iddiaçının ləğvedicisi qismində təyin edilmiş Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Nümayəndə2 müvafiq elektron kabinetində 2021-ci il 3 noyabr tarixində yerləşdirilmişdir. Qeyd edilən şəxsin həmin qərarı oxumaması və ya məlumatlı olmaması qanunvericiliyin tələbini inkar edə bilməz. Belə ki, həmin şəxs buna görə məsuliyyət daşıyır və iddiaçı tərəfin yanaşması Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-3-cü maddəsinin tələblərinə uyğun deyildir.

14. Bundan əlavə, iddia tələbi üzrə iddia müddəti 2021-ci il 29 noyabr tarixində bitmiş, məhkəmə tərəfindən iddia ərizəsi və sənədlər geri qaytarıldıqdan sonra mediasiya prosesi ilə bağlı hər hansı bir hərəkət edilməmiş, yəni ən azı qərardaddan şikayət vermə müddəti ərzində hər hansı bir prosessual addım atılmamışdır. İddiaçı mediasiya üçün 2022-ci ilin oktyabr ayında Şəki 1 saylı mediasiya Təşkilatına müraciət etmiş, mediator 2022-ci il 10 noyabr tarixində müvafiq arayış vermişdir.

15. Göründüyü kimi, iddiaçı Şəki Kommersiya məhkəməsi tərəfindən iddia ərizəsi və sənədlər qaytarıldıqdan və iddia müddəti ötürüldükdən təxminən 1 ilə yaxın müddətdə hər hansı bir prosessual hərəkət həyata keçirməmiş, müdd ətin ötürülməsinə şərait yaradılmışdır. Əgər iddiaçı iddia müddəti ərzində mediasiya sessiyası üçün müraciət etsəydi, iddia müddətinin axımı dayandırılardı. Hazırkı halda isə iddia müddəti ötürüldükdən sonra mediasiya təşkilatına müraciət edilmişdir.

16. Digər tərəfdən, iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi üçün iş üzrə iddia ərizəsi və sənədlər geri qaytarılmış və bu səbəbdən mahiyyəti üzrə işə baxılmamışdır. Bu hallarda qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı kəsilmir və ümumi qaydada davam edir.

17. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 21 iyun tarixli, 22(102)-395/2022 saylı qərarında, həmçinin Şəki Apellyasiya Məhkəməsinin 2022-ci il 4 fevral tarixli qətnaməsində bu məsələ ilə bağlı hüquqi mövqelərdən görünür ki, müvafiq məhkəməyə müraciət edərkən işə mahiyyəti üzrə baxılmadıqda, MM-in 381.1-ci maddəsinə istinad edilərək iddia müddətinina axımı kəsilmir və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyi faktı qəbul edilir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, kredit müqaviləsi 36 ay müddətinə, yəni 2015ci il 24 noyabr tarixindən 2018-ci il 24 noyabr tarixə qədər bağlanmışdır. Lakin cavabdeh tərəfindən sonuncu tarixdə 2018-ci il 29 noyabr tarixində 200 manat ödəniş edilmişdir ki, iddia müddətinin axımı sonuncu ödənişin olunduğu tarixdən başlayaraq hesablanır. İddia müddətinin axımı sonuncu ödənişin 2018-ci il 29 noyabr tarixindən başlanılmış hesab edilərsə, qanunla müqavilə münasibətləri üçün müəyyən olunmuş 3 illik iddia müddəti 2021-ci il 29 noyabr tarixin də bitmişdir. İddiaçı isə məhkəməyə iddia müddətini ötürərək, 2022-ci il 5 dekabr tarixində müraciət etmişdir.

19. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab etmişdir ki, hazırkı tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir.

20. Məhkəmə bu qənaətini MM-in 372.1. 372.2, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 381.1, 381.2-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1, 35.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, MPM-in 119-cu maddəsinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki i craat

22. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 2-2(107)-28/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Hüseynov, hakimlər – V.Məlikov və G.Cavadova).

23. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsinin bağlanması, cavabdehin həmin kredit müqaviləsindən irəli gəldiyi öhdəlikləri icra etməməsi işin mübhisə edilməyən halları olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin əsas dəlilləri mahiyyəti etibarı ilə ondan ibarətdir ki, iddiaçı iddia müddətini ötürməmişdir, cavabdehin verdiyi ərizə əsasında iddia müddətinin tətbiq edi lməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur.

24. İş materiallarına əsasən, iddiaçı aidiyyət qaydalarını pozaraq, hazırkı mübahisə ilə bağlı öncə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.

25. Birinci instansiyası məhkəməsinin 2021-ci il 3 noyabr tarixli, 2-2(117)-613/2021 saylı qəradadından (i/v78-80) görünür ki, iddiaçının cavabdehə qarşı “11.446,1 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi həmin ərizəyə əlavə edilən sənədlər natamam olduğundan (mediasiya, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması ilə bağlı tələblərə riayyət edilməməsi və s) geri qaytarılmışdır.

26. İddiaçı qeyd edilənləri əsas gətirərək belə hesab etmişdir ki, onun iddia ərizəsinin məhkəməyə daxil olduğu gün 2021-ci il 13 sentyabr tarixdə iddia müddətinin axımı kəsilmişdir. Mingəçevir Şəhər Məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti üzrə göndərildikdən sonra da müddət axımının kəsilməsi davam etmişdir. Halbuki, heç də bütün iddiaların verilməsi deyil, MM-in 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddianın verilməsi iddia müddətinin kəsilməsinə səbəb olur.

27. İddiaçının nümayəndəsinin verdiyi izahatında qeyd edilmişdir ki, iddia müddəti ərzində iddiaçı hazırkı mübahisə ilə bağlı əvvəlcə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və sonuncu məhkəmənin 2021-ci il 3 noyabr tarixli qərardadı ilə geri qaytarılmışdır. Qeyd edilən qərardad isə Əmanətlərin Sığortalanm ası Fonunun rəhbəri olan Nümayəndə2 Elektron Məhkəmə İnformasiya Sitemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, onun elektron kabinetində yerləşdirilmədiyindən həmin qərardan məlumatları olmamış, sonradan müraciətləri əsasında məhkəmədən verilmiş məlumat əsasında belə qərarın qəbul edildiyi məlum olmuşdur.

28. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilən qeyd edilən iş üzrə iddia ərizəsinin və sənədlərin qaytarılması barədə Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 3 noyabr tarixli qərardadı 1 saylı Bakı İnzibati Məhkəməsinin 2016-cı il 22 iyul tarixli qərarı ilə iddiaçının ləğvedicisi qismində təyin edilmiş Əmanətlər in Sığortalanması Fondunun rəhbəri Nümayəndə2 müvafiq elektron kabinetində 2021-ci il 3 noyabr tarixində yerləşdirilmişdir. Qeyd edilən şəxsin həmin qərarı oxumaması və ya məlumatlı olmaması qanunvericiliyin tələbini inkar edə bilməz. Belə ki, həmin şəxs buna görə məsuliyyət daşıyır və iddiaçı tərəfin yanaşması MPM-in 10-3-cü maddəsinin tələblərinə uyğun deyildir. Bundan əlavə iddia tələbi üzrə iddia müddəti 2021-ci il 29 noyabr tarixində bitmiş, məhkəmə tərəfindən iddia ərizəsi və sənədlər geri qaytarıldıqdan sonra mediasiya prosesi ilə bağlı hər hansı bir hərəkət edilməmiş, yəni ən azı qərardaddan şikayət vermə müddəti ərzində hər hansı bir prosessual addım atılmamışdır. İddiaçı mediasiya üçün 2022-ci ilin oktyabr ayında Şəki 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, mediator 2022-ci il 10 noyabr tarixində müvafiq arayış vermişdir.

29. Göründüyü kimi, iddiaçı Şəki Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi və sənədlər qaytarıldıqdan və iddia müddəti ötürüldükdən təxminən 1 ilə yaxın müddətdə hər hansı bir prosessual hərəkət həyata keçirməmiş, müddətin ötürülməsinə şərait yaradılmışdır. Əgər iddiaçı iddia müddəti ərzində mediasiya sessiyası üçün müraciət etsəydi, iddia müddətinin axımı dayandırılardı. Hazırki halda isə iddia müddəti ötürüldükdən sonra mediasiya təşkilatına müraciət edilmişdir.

30. Digər tərəfdən, iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi üçün iş üzrə iddia ərizəsi və sənədlər geri qaytarılmış və bu səbəbdən mahiyyəti üzrə işə baxılmamışdır. Bu hallarda qanunvericiliyin tələbinə görə iddia müddətinin axımı kəsilmir və ümumi qaydada davam edir.

31. Bundan başqa, kredit müqaviləsi 36 ay müddətinə, yəni 2015-ci il 24 noyabr tarixindən 2018-ci il 24 noyabr tarixə qədər bağlanmışdır. Lakin cavabdeh tərəfindən sonuncu tarixində 2018-ci il 29 noyabr tarixində 200 manat ödəniş edilmişdir ki, iddia müddətinin axımı sonuncu ödənişin olunduğu tarixdən başlayaraq hesablanır. İddia müddətinin axımı sonuncu ödənişin 2018-ci il 29 noyabr tarixdən başlanılmış hesab edilsə qanunla müqavilə münasibətləri üçün müəyyən olunmuş 3 illik iddia müddəti 2021-ci il 29 noyabr tarixində bitmişdir. İddiaçı isə məhkəməyə iddia müddətini ötürərək, 2022-ci il 5 dekabr tarixində müraciət etmişdir.

32. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayan məhkəmə kollegiyası qeyd etmişdir ki, ilkin iddia ərizəsi düzgün verilmədiyindən məhkəmə aiddiyyəti üzrə göndərilmiş, səlahiyyətli məhkəmə tərəfindən isə sənədlərin natamamlığı səbəbindən geri qaytarılmışdır. Beləliklə, ilk dəfə iddia ərizəsi müəyyənləşdirilmiş qaydada verilməmişdir. İddiaçı bundan sonra nöqsanları düzəldərək ikinci dəfə artıq 2022-ci il 5 dekabr tarixində yəni iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir.

33. Məhkəmə kollegiyasının qənaətinə görə, ilk olaraq iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada verilmədiyindən iddia müddəti MM-in 380.1-ci maddəsinin tələbinə görə, kəsilməmişdir.

34. Əslində, MPM-in 152.4-cü maddəsinin tələbləri də göstərilən halı təsdiq edir. Belə ki, həmin maddədə geri qaytarılmış iddia ərizəsindəki nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmənin mümkünlüyünün vurğul anmasına da eyni konteksdən yanaşılmalıdır.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia ərizəsindəki nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə edilən müraciət mahiyyət etibarilə yeni müraciətdir. Bu mənada, “ümumi qaydada ikinci dəfə müraciət edilməsi”nə dair prosessual qayda MM-in 380.1-ci maddəsində nəzərdə tutulmuş “müəyyənləşdirilmiş qaydada iddianın verilməsi” anlayışına tamamilə uyğundur.

36. Odur ki, bu məsələ ilə bağlı məhkəmə kollegiyasının yekun mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini ötürmüş, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 385.1, 386.1, 425.1, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 449.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 2000-ci il 25 yanvar tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 152.4, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 30 mart tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

39. İddiaçı tərəfindən 2023-cü il 26 may tarixdə kassasiya şikayəti verilərək qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

40. MM-in 372.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qanunvericiliyin tələbinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılsa da, məsələyə for mal olaraq yanaşmaq düzgün deyil. Belə ki, iddiaçı tərəfindən iş üzrə iddia ərizəsi ilə birinci dəfə məhkəməyə 2021-ci il 21 sentyabr tarixində müraciət edilmişdir. Lakin buna baxmayaraq məhkəmə tərəfindən həmin iddia ərizəsi heç bir əsas olmadan nəzərə alınmamış, iddia ərizəsinin 2022-ci il 5 dekabr tarixində verilməsi əsas götürülərək iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd edilmişdir. Halbuki, iddia müddəti qanunvericilikdə birmənalı şəkildə iddiaçı tərəfindən süni şəkildə süründürməçiliyin qarşısını almaq üçün tətbiq edilən normadır. Amma hazırki mülki iş üzrə iddiaçı iddia müddəti bitməmiş məhkəməyə müraciət etmiş, lakin ümumi məhkəmə mübahisənin kommersiya icraatı qaydasında baxılması qənaətinə gələrək aidiyyəti üzrə işi Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. Şəki Kom mersiya Məhkəməsi isə iddianın 2021ci ilin sentyabr ayında verilməsini nəzərə almayaraq iddia ərizəsini bu əsasla geri qaytarmışdır. Sözügedən qərardadın mövcudluğu isə 2022-ci il 24 avqust tarixində iddiaçıya məlum olmuşdur.

41. MM-in 385.1-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərilən halda cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə öhdəlik lazımınca icra edilmədiyi və ya öhdəlik pozulduğu halda birinci instansiya məhkəməsi tərəfindən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun qarşısı süni şəkildə alınmışdır. Belə ki, əsassız olaraq iddia müddəti tətbiq edildiyi halda, kreditor müqavilə üzrə verdiyi pul vəsaitinin geri qaytarılmasını (öhdəliyinin icrasını) təmin edə bilmir.

42. MPM-in 217.4-cü maddəsinin tələbi pozulmuşdur. Bu normanın tətbiqinə düzgün yanaşılm amış, məhkəmə tərəfindən iddia müddətinin keçməsi qənətinə gəlinməsi əsassızdır.

43. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X4 Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

45. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

46. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müə yyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

48. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi...” 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:... 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəy yənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....”

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, MM-in 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır....”

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsin ə dair” 2013-cü il 3 iyun tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.... kredit münasibətlərindən yaranan münasibətlərə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.... kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş m üqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur....”

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır....”

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sü butların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

152. İddia ərizəsinin qaytarılması... 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iş üzrə iddia ərizəsi ilə birinci dəfə məhkəməyə 2021-ci il 21 sentyabr tarixində müraciət olunsa da məhkəmə bunu nəzərə almamış, iddia ərizəsinin 2022-ci il 5 dekabr tarixində verilməsinə istinadla iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd edilmişdir. Hazırkı halda, iddiaçı iddia müddəti bitməmiş məhkəməyə müraciət etmiş, lakin ümumi məhkəmə mübahisənin kommersiya icraatı qaydasında baxılması qənaətinə gələrək aidiyyəti üzrə işi Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. Şəki Kommersiya Məhkəməsi isə iddianın 202 1-ci ilin sentyabr ayında verilməsini nəzərə almamışdır.

55. Məhkəmə kollegiyası apellyasiya məkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

56. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar ü zrə çıxarılır.

57. Hazırkı halda işdən göründüyü kimi iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “11.446,1 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tələbi”nə dair iddia ərizəsi Mingəçevir şəhər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə işi məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərmiş, sonuncu məhkəmənin 2021-ci il 3 noyabr tarixli qərardadı ilə ərizəyə əlavə edilən sənədlərin natamam olması əsası ilə iddia ərizəsi geri qaytarılmışdır.

58. MM-in 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddianın verilməsi iddia müddətinin kəsilməsinə səbəb olur.

59. İddia ərizəsindəki nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə edilən müraciət mahiyyət etibarilə yeni müraciətdir. Bu mənada, “ümumi qaydada ikinci dəfə müraciət edilməsi”nə dair pro sessual qayda MM-in 380.1-ci maddəsində nəzərdə tutulmuş “müəyyənləşdirilmiş qaydada iddianın verilməsi” anlayışına tamamilə uyğundur.

60. Bundan əlavə, iddiaçı tərəfindən işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi və ya iddia ərizəsinin geri qaytarılmasına dair məhkəmə qərardadlarından öz prosessual hüquqlarından istifadə edərək yuxarı instansiya məhkəmələrinə şikayət verilməmiş, iddia müddəti 2021-ci il 29 noyabr tarixində bitmiş, məhkəmə tərəfindən iddia ərizəsi və sənədlər geri qaytarıldıqdan sonra mediasiya prosesi ilə bağlı hər hansı bir hərəkət edilməmiş, yalnız 2022-ci ilin oktyabr ayında Şəki 1 saylı mediasiya Təşkilatına müraciət edilmişdir.

61. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya si steminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz (MPM-in 10-1.5-ci maddəsi).

62. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halına əsasən, Şəki Kommersiya Məhkəməsinin iddianın geri qaytarılmasına dair 2021-ci il 3 noyabr tarixli qərardadı ƏSF-nin rəhbəri olan Nümayəndə2 elektron məhkəmə informasiya sistemində yaradılmış elektrin kabinetində yerləşdirilmişdir. Apellyasiya məhkəməsi haqlı ola raq qeyd etmişdir ki, sənədin elektron kabinetinə yerləşdirilən şəxsin qərarı oxumaması və ya məlumatlı olmaması qanunvericiliyin tələbini inkar edə bilməz.

63. Göründüyü kimi, iddiaçı Şəki Kommersiya məhkəməsi tərəfindən iddia ərizəsi və sənədlər qaytarıldıqdan və iddia müddəti ötürüldükdən təxminən 1 ilə yaxın müddətdə hər hansı bir prosessual hərəkət həyata keçirməmiş, bununla da iddia müddəti ötürülmüşdür.

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürüldüyündən və müddətin üzrlü səbəbdən ötürülməsi və ya onun axımının dayandırılması barədə hər hansı sübutlar mövcud olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsinə dair qətnaməsini qüvvədə saxlanılması qanuni və əsaslı olmuşdur.

65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdıraraq düzgün hüquqi nəticəyə gəlmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən olunmuş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə MPM-nin 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

66. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilə n dəlillər Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(107)-28/2023 saylı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

67. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 22(107)-28/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar