Məhkəmə qərarları › İş №2-2(102)-384/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-384/2024

22.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-384/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-384/2024 Açar sözlər: Birgə fəaliyyət haqqında müqavilə, şəriklikdən çıxma nəticəsində birgə fəaliyyətə qoyulmuş pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlundan və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə fəaliyyətə qoyulmuş pulun qaytarılması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 yanvar tarixli, 2-2(106)-22/2024 nömrəli q ətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı və Cavabdeh arasında telefon alqı-satqısı ilə bağlı birgə fəaliyyətlə bağlı münasibətlər mövcud olmuş, bir müddət birlikdə fəaliyyət göstərdikdən sonra İddiaçı şəriklikdən çıxmışdır.

2. İddiaçı, Cavabdeh tərəfindən birgə fəaliyyətə qoyduğun pulun qaytarılmaması barədə ərizə polisə müraciət etmiş, aparılmış araşdırma nəticəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 2021-ci il 19 mart tarixli qərarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən qazanc əldə etmək m əqsədi ilə şərikli biznes fəaliyyəti ilə məşğul olmaları, birgə biznes fəaliyyətində qazanc əldə etmələri, daha sonra birgə biznes fəaliyyətlərin iflasa uğraması, bu səbəbdən İddiaçı şərikli qoyduğu pul vəsaitini geri tələb etməsi xüsusatı cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan öz həllini mülki qaydada məhkəmədə tapmalıdır.

3. Polis şöbəsində araşdırma zamanı Cavabdeh 2021-ci il 20 yanvar tarixli izahatında İddiaçı 55000 manat borcunun qaldığını və hissə-hissə ödəyəcəyini bildirmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı 2023-cü il 24 may tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55000 manat əsas borc, əldən çıxmış fayda olaraq 4400 manat, vəkilə ödənilən 150 manat, mediasiya xərci üçün ödənilmiş 400 manat olmaqla, ümumilikdə 59950 manat pul vəsaitinin alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının tələbə yoldaşı olmuş, aralarında səmimi münasibət olmuşdur. 2018-ci ilin əvvəllərində cavabdeh iddiaçıya “28 May” metro stansiyasının yaxınlığında icarəyə mağaza götürüb mobil telefonların alqısatqısı ilə məşğul olmağı, telefon satışında yaxşı qazanc olduğunu bildirərək ortaqlıq təklif etmişdir. İddiaçı cavabdehin səmimiyyətinə inanaraq 2018-ci ilin əvvəllərində “28 May” metro stansiyasının yaxınlığında işlədiyi mağazada cavabdehə 7000 manat pul vermiş, həmin vaxtdan şərik kimi onun yanında olmuşdur. Cavabdeh ona işlərin yaxşı getdiyi üçün əlavə pul qoyub, alveri daha da böyütmək istədiyini bildirmişdir. İddiaçı cavabdehin sözlərinə inanaraq, mağazada telefon və aksessuar çeşidinin çoxalması üçün iki ay ərzində cavabdehə ümumilikdə 60000 manat pul verdikdən sonra cavabdeh mağazaya müxtəlif çeşidli telefonlar gətirmişdir. Mağazada bütün satış işlərini cavabdeh özü həyata keçirmişdir. Bundan sonra təxminən 6 ay ərzində ümumi qazancdan 2000 manat olmaqla, təxminən 15000 manat pul götürmüş və götürdüyü pulun hesabı cavabdeh tərəfindən aparılmaqla, öz hesabat kitabında tarixlərin qeydini aparmışdır. 2020-ci ilin əvvəllərində “Covid-19” pandemiyası ilə bağlı mağazada satış azalmış və iddiaçı cavabdehdən heç bir qazanc tələb etməmişdir. Cavabdehə şərikli iş fəaliyyətinin zəif olduğunu görüb, iddiaçı müstəqil fəaliyyətlə məşğul olmuş, geyim əşyaları mağazası açmışdır. Cava bdeh şərik olmaq üçün verdiyi 60000 manat pulu hissə-hissə qaytaracağını iddiaçıya söz vermişdir. Şəriklikdən ayrılarkən hər-hansı məbləğin cavabdehin ona qaytarması barədə danışığı olmamış və oturub haqq-hesab etməmişlər. Lakin, cavabdeh 60000 manat borcunu müxtəlif vaxtlarda qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Nəticədə cavabdeh aralarında yaranmış səmimi münasibətdən istifadə edərək onu aldatmış və pulu qaytarmaq fikrindən yayınmışdır. İddiaçı bu məsələ ilə əlaqədar məcbur olaraq, Bakı şəhəri Baş Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş, onun ərizəsi əsasında araşdırma aparılmış, izahatları alınmışdır. Cavabdeh izahatında iddiaçının dediklərini təsdiq edərək bildirmişdir ki, 2000-ci ildən Bakı şəhərində sahibkar kimi mobil telefonların satışı ilə məşğul olmuş, yax ın münasibətləri olduğu üçün o, iddiaçıya telefon satışında yaxşı qazanc olduğunu bildirmiş pul qoyaraq şərik kimi fəaliyyət göstərməyi təklif etmiş, iddiaçı da bununla razılaşaraq ilkin olaraq telefonların gətirilməsi üçün 7000 manat pul vəsaiti vermiş, bir müddət sonra dövriyyə artsın deyə əlavə olaraq 48000 manat olmaqla ümumilikdə ona 55000 manat pul vəsaiti vermişdir. İzahatda daha sonra qeyd edilmişdir ki, bir il ərzində hər biri 23000 manat qazanc əldə etsələr də, iddiaçının ona verdiyi əsas borc yəni, 55000 manat yerində qalmış, 2020-ci ilin əvvəllərində pandemiya ilə əlaqədar ticarət azalmış və iddiaçı şərikli fəaliyyət göstərməkdən imtina etmişdir. Ən yaxın zaman ərzində iddiaçıya olan 55000 manat borcunu hissə-hissə qaytarmağı söz versə də lakin, bu günə qədər həmin borcu qaytar mamışdır.

6. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 sentyabr tarixli, e-2-2(121)1190/2023 nömrəli qətnaməsi ilə (hakim E.U.Abdullayev) iddia qismən təmin edilmiş, Cavabdeh 55000 manat məbləğində əsas borc, 100 manat məbləğində vəkilə ödənilən pul və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat olmaqla, ümumilikdə 55500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəflər arasında olan şifahi razılaşma əsasında birgə sahibkarıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə iddiaçıdan pul alsa da, sonradan sözügedən ortaqlıq alınmamış və cavabdeh həmin pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh qeyd olunan şifahi razılaşma əsasında iş görmək məqsədilə iddiaçıdan pul almasına dair hüququndan istifadə e tmiş, lakin həmin pulu ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia həmin hissədə təmin edilərək, 55000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

8. Bununla yanaşı, cavabdehin iddiaçıya 55000 manat məbləğində borcunun mövcudluğu Bakı şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı özünün verdiyi izahatı ilə təsdiq olunmuş və həmin idarənin 2021-ci il 19 mart tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21, 385.1, 386.1, 390.4, 404.5, 442 və 449.1-ci; Mülki Prosessual Məcəllənin 82.1, 82.4, 107, 115.0.5, 115.0.6 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 yanvar tarixli, 2-2(106)-22/2024 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və P.T.Əhmədovdan ibarət tərkibdə) iddiaçı və cavabdeh tərəfindən ve rilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 5 sentyabr tarixli, e-2-2(121)-1190/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. İddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyən apellyasiya kollegiyası hesab etmişdir ki, tərəflər arasında yazılı razılaşma olmamış, həmçinin cavabdehin qeyd edilən pul vəsaitindən hər hansı gəlir əldə etməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda, cavabdehin də mənafeləri nəzərə alınmalıdır və ondan pul vəsaitlərinin tutulması əsassızdır.

14. Cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh tərəf 19 mart 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını indiyədə k mübahisələndirməmiş, bu barədə digər dövlət orqanlarına da şikayət ərizəsi ilə müraciət etməmişdir. Cavabdeh izahatı təzyiq altında vermişdirsə, ən azından həmin qərardan şikayət verə bilərdi. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: - “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi - birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh əməliyyat olunmuş və məhkəmə icraatından xəbərsiz olmuşdur. Həmin məhkəmə, məhkəmə iclasının vaxtı və yeri barədə onu lazımi qaydada xəbərdar etməmiş, bildirişlər səhv ünvana göndərilmiş, məhkəmə onun iştirakını təmin etmədən qətnamə çıxarmışdır; - Mülki Məcəllənin 740.2-ci maddəsi - tərəflər arasında yazılı formada heç bir müqavilə mövcud deyil; - Mülki Prosessual Məcəllənin 14.2, 76, 77, 217.1, 217.2, 217.3 və 385.1-ci maddələri – apellyasiya instansiyası məhkəməsi yalnız Bakı şəhər Baş Polis İdarəsində təzyiq altında yazılmış, borcun etirafını özündə əks etdirən 2021-ci il 20 yanvar tarixli izahatını nəzərə almaqla kifayətlənmiş, həmin idarədə araşdırma aparılmadığı halda tarixi məlum olmayan izahatın hansı səbəbdən o idarədə alındığını və Nəsimi RPİ-nin 22-ci PŞnin icraatında olan HK-293 nömrəli materialı tələb edib araşdırmamış, bu s əbəbdən həqiqətə nail olmaq üçün faktları və mübahisə ilə bağlı halları tam dəqiqliklə müəyyən etməmiş, buna görə də, həqiqətə nail ola bilməmişdir.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissədə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən bu hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.”...” “Maddə

442. Öhdəliyin icra e dilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri https://e-qanun.az/framework/46945 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin iddiaçı qarşısında icra olunmamış öhdəliyinin qalması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

25. Kassasiya şikayətinin də lilləri sübutetmə ilə bağlıdır. Belə ki, kassator məhkəmələrin istinad etdiyi, borcu etiraf etməsinə dair təhqiqat orqanına verdiyi izahatı təzyiq altında verildiyini göstərir.

26. Lakin, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh həmin izahatın təzyiq altında almasını təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmiş, iddiaçının tələbinin sübutu kimi təqdim etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 mart 2021-ci il tarixli qərarı mübahisələndirməmişdir.

27. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrini n köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

28. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən his sədə ləğvi üçün qanuni əsas deyildir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 yanvar tarixli, 2-2(106)-22/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar