Məhkəmə qərarları › İş №2-2(102)-385/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-385/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-385/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, "xxxx" firması (Cavabdeh7 MMC), Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-385/2023 Açar sözlər: kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, kredit xətti müqaviləsi, kredit razılaşması, zaminlik və ipoteka müqavilələri, ayrılmaz tərkib hissəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin cavab dehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, "xxxx" firması (Cavabdeh7 MMC), Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı “kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7 MMC tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 mart tarixli, 2-2(107)17/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Müqavilənin: -1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, yəni 2024-cü il 19 may tarixindən gec olmayaraq verilməlidir; -1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. 2. 2014-cü il 27 iyun tarixli, 15K000000022 nömrəli kredit razılaşmasının 1-ci bəndinin 1 və 2-ci yarımbəndlərinə əsasən Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100. 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 3. 2014-cü il 10 oktyabr tarixli 015K**********87 nömrəli kredit razılaşmasının 1-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 17% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. 4. “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2015-ci il 14 oktyabr tarixli 015K**********87S nömrəli saziş üzrə 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2014-cü il 10 oktyabr tarixində bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. 5. 2015-ci il 3 aprel tarixli 015R********** nömrəli kredit razılaşmasına əsasən bank kredit xətti müqaviləsi üzrə kredit alana kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60.000 ABŞ Dolları məbləğində kredit verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəssi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan Ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 %-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. 6. 2014-cü il 22 may tarixli 15S000005233 nömrəli, 2014-cü il 6 iyun tarixli 15S000005303 nömrəli və 2015-ci il 31 ma rt tarixli 015S**********02 nömrəli zaminlik müqavilələrindən görünür ki, cavabdehlər ‘Nigar" firması, Cavabdeh2 və Cavabdeh8 kredit xətti müqaviləsi üzrə Cavabdeh1 1.000.000 ABŞ dolları dəyərində kredit öhdəliklərini, 120 ay müddətinə icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. 7. 2014-cü il 23 may tarixli 15M00000635 nömrəli ipoteka müqaviləsindən görünür ki, ‘‘Nigar” firmasına (Cavabdeh7 MMC) məxsus Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətində olan 0.0374 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m - əsas, 46.24 kv/m köməkçi sahədən ibarət mərtəbəli qeyri yaşayış binası (YDM) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 156880 manat məbləğində qiymətləndirilmişdir. 8. 2015-ci il 1 aprel tarixli 015M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti 64000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

9. RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 nömrəli fərdi yaşayış evi Cavabdeh8 xüsusi mülkiyyətindədir. RX ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan 2 nömrəli fərdi yaşayış evi Cavabdeh8 tərəfindən İddiaçı QSC-nə ipoteka ilə yüklü edilmişdir.

10. MH ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, "xxxx" firmasının (Cavabdeh7 MMC) Şəki şəhəri, X3 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi, 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə "xxxx" firmasının adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 128 nömrəli vərəqində qeydiyyata alınmışdır.

11. RX ******* seriya nömrəli çıxarışdan görünür ki, "xxxx" firmasının mülkiyyətində olan Şəki şəhəri, X3 prospektində olan qeyri-yaşayış binası YDM 0.374 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC tərəfindən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.

12. Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən Şəki şəhər Notariat Kontorunda yazılmış ərizələrdən görünür ki, onlar Cavabdeh8 məxsus olan və ünvan 2 ünvanında yerləşən evin İddiaçı QSC-yə və ya onun hər hansı filialı na kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. 13. “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2016-cı il 11 iyul tarixli15K000000022S nömrəli saziş üzrə 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2014-cü il 27 iyun tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2016-cı il 14 dekabr tarixli 15K000000022SA nömrəli 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2014-cü il 27 iyun tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planın a dəyişiklik edilməsi” haqqında 2017-ci il 10 may tarixli 15K000000022SB nömrəli saziş üzrə 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2014-cü il 27 iyun tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2018-ci il 9 yanvar tarixli 15K000000022SC nömrəli sazişdən görünür ki, 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2014-cü il 27 iyun tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2016-cı il 4 may tarixli 015K**********87S nömrəli saziş üzrə, 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2014-cü il 10 oktyabr tarixdə bağ lanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2016-cı il 14 dekabr tarixli 015K**********87SA nömrəli saziş üzrə, 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2014-cü il 10 oktyabr tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2017-ci il 15 may tarixli 015K**********87SB nömrəli sazişdən görünür ki, 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2014-cü il 10 oktyabr tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2018-ci il 9 yanvar tarixli 015K**********87SC nöm rəli sazişdən görünür ki, 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2014-cü il 10 oktyabr tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2016-cı il 11 iyul tarixli 015R**********SA nömrəli sazişdən görünür ki, 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2015-ci il 3 aprel tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2016-cı il 14 dekabr tarixli 015R**********SB nömrəli sazişdən görünür ki, 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2015-ci il 3 aprel tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödə niş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2017-ci il 4 may tarixli 015R**********SC nömrəli sazişdən görünür ki, 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2015-ci il 3 aprel tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2018-ci il 31 yanvar tarixli 015R**********SE nömrəli sazişdən görünür ki, 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2015-ci il 3 aprel tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında 2016-cı il 4 mart tarixli 015R**********S nömrəli sazişdən görünür ki, 2014-cü il 19 may tarixli 15L000 002872 nömrəli Kredit Xətti Müqaviləsi üzrə 2015-ci il 3 aprel tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. İİ. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı QSC(bundan sonra-“iddiaçı”) 2020-ci il 18 avqust tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, "xxxx" firması (Cavabdeh7 MMC), Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6(bundan sonra-“cavabdehlər” və ya “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh8”, “Firma”, “Cavabdeh3”,, “Cavabdeh5”, “Cavabdeh4” və “Cavabdeh6”) qarşı iddia ərizəsi ilə Şəki rayon məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8 və Firmadan müştərək qaydada iddiaçının xeyrinə: - 2014-cü il 19 may tarixli 15K000000022 nömrəli kredit razılaşması(bundan sonra“15K000000022 nömrəli kredit razılaşması”) üzrə 68.370,21 ABŞ dolları kredit borcu, 39.994,04 ABŞ dolları faiz borcu və 63.478,03 ABŞ Dolları cərimə olmaqla, cəmi 171.842,28 ABŞ dolları, - 2014-cü il 10 oktyabr tarixli 015K**********87 nömrəli kredit razılaşması(bundan sonra“015K**********87 nömrəli kredit razılaşması”) üzrə 79.802,55 ABŞ Dolları kredit borcu, 44.943,57 ABŞ dolları faiz borcu, 70.979,01 ABŞ dolları cərimə olmaqla, cəmi 195.725,13 ABŞ dolları, - 2015-ci il 3 aprel tarixli 015R********** nömrəli kredit razılaşması(bundan sonra“015R********** nömrəli kredit razılaşması”) üzrə 36.737,01 ABŞ dolları kredit borcu, 23.177,30 ABŞ dolları faiz borcu və 34.523,36 ABŞ dolları cərimə olmaqla, cəmi 94.437,67 ABŞ dolları, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 462.005,08 A BŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, - tələbin ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.8 kv/m, yaşayış sahəsi 59.4 kv/m, yardımçı sahəsi 40.4 kv/m, 3 otaqlı fərdi yaşayış evinə(bundan sonra-“fərdi yaşayış evi”) və Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (YDM)(bundan sonra-“0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası”) yönəldilməsinə, ipoteka predmetlərinin açıq hərracdan satılması və 462.005,08 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, -hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh8 və Firmadan müştərək qaydada tutulması, - fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticəl əri üzrə alıcıya təhvil verilməsi, - 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (YDM) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini §§ 1-14 də göstərilən hallarla əsaslandırmışdır.

16. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 21, 317.1, 442, 445.2.1, 448.1, 465.2, 472.1, 472.2, və 501-ci “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun(bundan sonra-“İpoteka haqqında” Qanun 4, 36.1, 36.2, 39.1, 59.3 və 59.4-cü maddələrinə istinad edilmişdir.

17. Şəki rayon Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli, 2(075)-1245/2020 say lı qərardadı ilə iş üzrə əmlakların qiymətləndirilməsi qərara alınmış, qiymətləndirmə "xxxx" MMC-yə həvalə edilmişdir. 18. "xxxx" MMC-nin tərəfindən 2021-ci il 7 yanvar tarixli, ƏEM/Y 10-010/21 nömrəli rəyindən görünür ki, Cavabdeh8 mülkiyyətində olan yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 2021-ci il 7 yanvar tarixinə bazar dəyəri: 70.000 manat, likvid dəyəri: 65.000 manat təşkil edir. Firmanın mülkiyyətində olan 0,0374 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasının (YDM) hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 2021-ci il 7 yanvar tarixə bazar dəyəri: 264.000 manat, likvid dəyəri: 250.000 manat təşkil edir.

19. Şəki Rayon Məhkəməsinin 2021-ci il 16 fevral tarixli, 2(075)-51/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ek spertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir(hakimC.İmanov).

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2021-ci il 13 iyul tarixli, 9/1360 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki: - iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 27 iyun tarixli 15K000000022 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 2019-cu il 17 may tarixinə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 68.370,212 ABŞ dolları əsas, 15.839,87 ABŞ dolları faiz olmaqla, cəmi borcu 84.210,08 ABŞ dolları məbləğində müəyyən olunur. - iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2014-cü il 10 oktyabr tarixli 015K**********87 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 2019-cu il 17 may tarixinə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 79.802,55 ABŞ dolları əsas, 18.582,69 ABŞ dolları faiz olmaqla cəmi borcu 98.385,24 ABŞ dolları məbləğində müəyyən olunur. - iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il 3 aprel tarixli 015R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 2019-cu il 17 may tarixinə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 36.737,01 ABŞ dolları əsas, 8.608,42 ABŞ dollar faiz olmaqla cəmi borcu 45.345,43 ABŞ dolları məbləğində müəyyən olunur. Kredit razılaşmaları üzrə cərimə məbləği hesablanmamışdır.

21. Şəki Rayon Məhkəməsinin 2021-ci il 26 avqust tarixli, 2(075)-51/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir(hakim –C.İmanov).

22. Şəki rayon məhkəməsinin qətnaməsindən apellyasiya ş ikayəti verilmiş, işə apellyasiya icraatında baxılan zaman 2022-ci il 28 aprel tarixli qərardadla Cavabdeh8 vəfat etdiyindən onun hüquqi varisinin müəyyən edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmış, lakin Cavabdeh8 adına vərəsəlik işi ilə əlaqədar notariat hərəkətlər aşkar edilmədiyindən 2022-ci il 16 may tarixli qərardadla icraat təzələnmişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 26 may tarixli, 2(107)426/2022 saylı qərardadı ilə Şəki rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir(sədrlik edən hakimM.Əsədli, hakimlər- A.Mahmudov və Ə.Məcidov).

24. İddiaçı 2022-ci il 16 avqust tarixində icrada dönüş haqqında ərizə ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına m üraciət etmişdir.

25. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2022-ci il 8 sentyabr tarixli, 2(107)426/2022 saylı qərardadı ilə iddiaçının icrada dönüş barədə ərizəsi təmin edilmiş, hazırki qərardad fərdi yaşayış evi barəsində olan ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 2022-ci il 17 fevral tarixli, № 717/1/21 saylı protokolun, 2022-ci il 17 fevral tarixli müqavilənin və həmin evin iddiaçının adına mülkiyyət kimi qeyd alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 2022-ci il 5 mart tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, fərdi yaşayış evinin əvvəlki mülkiyyətçi Cavabdeh8, 0,0374 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının əvvəlki mülkiyyətçi Firmanın mülkiyyətinə qaytarılması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatın, fərdi yaşayış evinin və 0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binasının üzərində iddiaçının ipoteka hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlakların üzərində iddiaçının xeyrinə əvvəlki ipoteka yüklülüyünün qeydiyyatının yenidən aparılması üçün əsas hesab edilmişdir.

26. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli, e-2-2(117)-866/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, -Cavabdeh1, Cavabdeh2 və Firmadan 15K000000022 nömrəli kredit razılaşması üzrə 68.370,212 ABŞ dolları əsas, 15.839,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 84.210,082 ABŞ dolları borc, 015K**********87 nömrəli kredit razılaşması üzrə 79.802,55 ABŞ dolları əsas, 18.582,9 ABŞ dolları faiz borcu olmaq la, cəmi 98.385,24 ABŞ dolları borc, 015R********** nömrəli kredit razılaşması üzrə 36.737,01 ABŞ dolları əsas, 8.608,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 45.345,43 ABŞ dolları borc, ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh8 məxsus fərdi yaşayış evinin likvid dəyəri olan 65.000 manat olmaqla və Firmaya məxsus olan qeyri-yaşayış binasının açıq hərracda satışı üçün likvid dəyəri 250.000 manat olmaqla açıq hərracda satılması, Satışdan əldə edilən pul vəsaitinin göstərilən tələblərin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 400 manat Cavabd eh1 alınaraq Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməsi, 145 manat mühasibatlıq ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir(hakim-M.Hüseynov).

27. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 2014-cü il 19 may tarixli 15L000002872 nömrəli kredit xətti müqaviləsi ilə bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bax yuxarı §§-2,3 və 5-də göstərilən kredit müqavilələri üzrə kredit verilmiş, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı Əlavələrdə göstərilmiş Ödəniş planlarına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğlərini, ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. 28. 2014-cü il 22 may tarixli 15S000005233 nömrəli, 2014-cü il 6 iyun tarixli 15S000005303 nömrəli və 2015-ci il 31 mart tarixli 015S**********02 nömrəli zaminlik müqavilələri(bundan sonra"xxxx") ilə cavabdehlər Firma, Cavabdeh2 və Cavabdeh8 kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. 29. 2014-cü il 23 may tarixli 15M00000635 nömrəli ipoteka müqaviləsi ilə Firmaya məxsus 0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binası (YDM) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 156.880 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda 2015-ci il 1 aprel tarixli 015M**********01 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh8 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini id diaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti 64.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

30. İş materiallarından müəyyən edilir ki, tərəflərin razılaşmaları əsasında tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə bağlanmış kredit sazişlərinə qeyd edildiyi kimi, kreditin müddətinin uzadılması, faizlərin azaldılması və digər yüngülləşdirici hallarla bağlı hər üç kredit sazişinə əlavə və dəyişikliklər edilmiş, buna baxmayaraq cavabdehlərin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh Firmanın adı dəyişdirilərək Cavabdeh7 MMC adlandırılmış, lakin eyni VÖEN əsasında fəaliyyət göstərir.

31. Məhkəmə əsas və faiz borcları üzrə aparılmış ekspert rəyinin nəticələrini istisna ed ə biləcək arqument və sübutlar məhkəməyə təqdim edilməyindən ekspert rəyini kredit sazişləri üzrə əsas və faiz borcuna münasibətdə mötəbər sübut olaraq qəbul edir.

32. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı razılıq əldə edilsə də məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini "xxxx" MMC-yə həvalə etmiş və Cavabdeh8 mülkiyyətində olan yaşayış evinin likvid dəyəri 65000 manat, Firmanın mülkiyyətində olan qeyri-yaşayış binasının (YDM) ilkin qiyməti kimi müəyyən edilmiş likvid dəyəri 250.000 manat müəyyən edilmişdir. Bu halı tərəflər mübahisələndirməmişdir.

33. Bundan əlavə MM-in 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

34. Cavabdehlərin vəkil və nümayəndəsinin irəli sürdüyü yəni zamin və ipoteka qoyan şəxs olaraq bağlanmış kredit sazişlərindən məlumatlı olmaması ilə bağlı irəli sürülmüş arqumentə münasibətdə məhkəmə qeyd edilməlidir ki, iş üzrə yaşayış evini ipoteka qoyan şəxs Cavabdeh8, həmçinin digər zaminlər Cavabdeh2 və Firma (qanuni təmsilçi Cavabdeh1 şəxsində) sonradan bağlanmış kredit sazişləri ilə bağlı ödəniş cədvəlləri ilə tanış olmaları, kreditin məbləği, müddəti və faiz dərəcəsi ilə tanış olmaları, öhdəlikdən məlumatları olmaları barədə imza və möhürlərlə təsdiq etmişlər.

35. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarma lı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq, Cavabdeh1 Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı ödənilməyən kredit borcunu bütövlükdə qaytarılmasını tələb edir və bu da müqavilə şətlərinin qüvvədə qalması üçün hər hansı bir əsas qoymur. Eyni zamanda, borclunun öhdəliklərini icra etməməkdə davam etməsi, kreditoru özündən asılı edir. Ona görə iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.

36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun(bundan sonra-“KMP”) 2014-cü il 24 dekabr tarixli qərarında qey d olunmuşdur ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.

37. Bundan əlavə iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadət namədən müəyyən edilmişdir ki, Cavabdeh8 2022-ci il 3 aprel tarixində vəfat etmişdir.

38. KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından MM-in 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra“MPM”) 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, MM-in 1243 və 1306.1-ci maddələrinə, MPM-in 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Eyni zama nda, qeyd edilən şəxsin vərəsələri- arvadı Cavabdeh3, Cavabdeh4 iş üzrə icraata cəlb edilmişdir.

39. İddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Firmadan(Cavabdeh7 MMC), Cavabdeh2 və Cavabdeh8 müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələbin məhkəmə tərəfindən təmin edilməsi qanunsuz və ədalətsiz olardı. Belə ki, ipoteka predmetinin satışından hərrac nəticəsində əldə olunacaq vəsaitin məbləği və həmin vəsait borcun tam ödənilməsinə kifayət edib-etməyəcəyi hazırkı vəziyyətdə məlum olmadığından gələcəkdə baş verə biləcək hallarla bağlı məhkəmə fərziyyələrə əsaslanan qərar qəbul edə bilməz.

40. İddia tələbinin “ipoteka predmeti olan yaşayış və qeyri yaşayış sahələrinin 1 ay ərzində boşaldı lması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə əsasən bu halda məhkəmə qərarı tələb edilmir.

41. Məhkəmə öz qətnaməsini MM-in 317.1, 386.1, 385.1, 425.1. 442, 448.2, 460.1, 465.2, 472.1, 472.2, 472.3, 739, 741-ci, “İpoteka haqqında” Qanunun 33, 39.3, 39.3.2, 39.3.3, 39.3.4, 59.4-cü maddələrinə, KMP-nin 2014-cü il 24 dekabr tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

42. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi və 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binasına (YDM) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində ləğv olunmasını və iddianın həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilən hissədə ləğv olunması və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

44. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 mart tarixli, 22(107)-17/2023 saylı qərardadı ilə hazırkı iş üzrə Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 15 dekabr tarix li, e-2-2(117)-866/2022 saylı qətnaməsi qismən - fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh8, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (YDM) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində ləğv edilərək həmin hissə üzrə işin icraatına xitam verilmişdir(hakimlər: sədrlik edən məruzəçi hakim-E.Hüseynov, hakimlər – G.Cavadova və E.Mehdiyev).

45. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 mart tarixli 22(107)-17/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi – Cavabdeh1, Firma və Cavabdeh2 kredit razılaşmaları üzrə borcun tutulması hissəsində “müştərək qaydada” müddəası artırılmaqla dəyişdirilmiş, qətnamə mübahisələndirilən iddianın təmin edilən qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən məruzəçi hakim – E.Hüseynov, hakimlər – G.Cavadova və E.Mehdiyev).

46. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin §§ 27-38-də göstərilən mövqeyi ilə razılaşmış, habelə kredit razılaşmaları üzrə borcun tutulması hissəsində qətnamənin dəyişdirilməli olması qənaətinə gəlmişdir.

47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum umunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Qanunun 10.5, 14 və 48-ci maddələrinin və MM-in 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli qərarına əsasən MM-in 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və MM-in 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam ver ilir. “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və MM-in 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər g östərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır.

48. Cavabdeh tərəfin apellyasiya şikayətində irəli sürülmüş cavabdehlərin zamin və ipoteka qoyan şəxslər olaraq bağlanmış kredit sazişlərindən məlumatlı olmaması barədə dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yaşayış evini ipoteka qoyan şəxs Cavabdeh8, həmçinin digər zaminlər Cavabdeh2 və Firma (qanuni təmsilçi Cavabdeh1 şəxsində) sonradan bağlanmış kredit sazişləri ilə bağlı ödəniş cədvəlləri, kreditin məbləği, müddəti və faiz dərəcəsi ilə tanış olmuş, öhdəliklərdən məlumatları olmuş, bu barədə imza və möhürlərlə təsdiq etmişlər.

49. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin tutmanın ipoteka predmetlərinə yönəldilməsinin yolverilməz olması barədə dəlilləri əsassızdır.

50. Birinci instansiya məhkəməsinin kredit borcu üzrə tutmanın ipoteka predmeti olan yaşayış evinə və qeyri-yaşayış evinə yönəltməsi və həmin əmlakların likvid dəyərlərinin müəyyən etməsi barədə gəldiyi nəticə doğrudur.

51. Tərəflərin razılaşmaları əsasında tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə bağlanmış kredit sazişlərinə qeyd edildiyi kimi, kreditin müddətinin uzadılması, faizlərin azaldılması və digər yüngülləşdirici hallarla bağlı hər üç kredit sazişinə əlavə və dəyişikliklər edilmiş, buna baxmayaraq cavabdehlərin iddiaçıya ödənilməmiş borcu qalmışdır.

52. Məhkəmə kollegiyası işin hallarını və tərəflər ar asındakı qarşılıqlı münasibətləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, iş üzrə qətnamədə Cavabdeh1, Firma (Cavabdeh7 MMC) və Cavabdeh2 kredit borcu vəsaitinin tutulması hissəsində borcun “müştərək qaydada” müddəasını əlavə etməməklə səhvə yol vermişdir.

53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, cavabdehlər Cavabdeh1 və Firmanın (Cavabdeh7 MMC-nin) nümayəndəsi, eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin qətnaməsi – Cavabdeh1, Firma (Cavabde h7 MMC) və Cavabdeh2 kredit razılaşmaları üzrə borcun tutulması hissəsində “müştərək qaydada” müddəası artırılmaqla dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə öz qətnaməsini MM-in 14.2.1, 385.1, 386.1, 425.1, 442, 448.2, 460.1, 465.2, 472.1, 472.2, 472.3, 739, 741-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.3cü maddələrinə, KMP-nin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Qanunun 10.5, 14 və 48-ci maddələrinin və Mülki Məcəllənin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli qərarına, KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Mülki Məcəllənin 1243-cü maddəsinin və Mülki Prosess ual Məcəllənin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin(bunan sonra“İHAM”) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana” qarşı 2008-ci il 6 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

55. Qətnamə 2023-cü il 10 mart tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

56. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7 MMC-nin nümayəndəsi və vəkili 2023-cü il 22 may tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Apellyasiya instansiyası məhkəməsin ə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İİİ. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

57. MM-in 402.6-cı maddəsi üzrə - Uzunmüddətli Kredit Müqaviləsi üzrə zamin və ipoteka qoyan tərəflərin hansı bir öhdəliyi mövcud deyil. Həmin müqavilə müştəri kredit almaq üçün İddiaçı QSC-yə müraciət edə bilər, İddiaçı QSC isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur. «İpoteka haqqında» Qanunun normalarına istinadən hesab edirik ki, iddiaçı ilə aramızda bağlanmış ipoteka müqaviləsi, əsas öhdəlik müqaviləsinin təminatı kimi bağlanmadığından, eləcə də Cavabdeh1la iddiaçı arasında bağlanmış kredit razılaşması əsas müqavilə sayılmadığından, tələbin ipoteka ilə yüklü edilmiş fərdi ya şayış evinə yönəldilməsi yolverilməzdir. “İpoteka haqqında” Qanunun 10-cu maddəsinin tələbi pozulmuşdur. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış ipoteka müqaviləsi isə bu tələblərə cavab vermir. Qeyd edilməsi zəruridir ki, uzunmüddətli kredit müqaviləsində tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqddir. İş materiallarında olan tərəflər arasında bağlanmış ipoteka müqavilələrində isə yalnız uzunmüddətli kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilməklə yuxarıda sadalanan qanunun müddəalarında tələb olunan şərtlər öz əksini tapmamışdır. Məhkəmə isə qanunun bu normalarına nəzər yetirməmişdir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu mad dələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarının tələbləri pozulmuşdur: İş materiallarında olan uzunmüddətli kredit müqaviləsində, ipoteka müqaviləsində və zaminlik müqaviləsində kreditin məbləği, müddəti və faiz dərəcəsi kimi əsas öhdəliklər təsvir edilməmişdir. Bu hallar da məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Uzunmüddətli Kredit Müqaviləsi adlanan sənədin mahiyyətindən görünür ki, tərəflər qanunda nəzərdə tutulan öhdəliklə bağlı normalarda müəyyən edilmiş, yəni hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməmişlər. Başqa sözlə mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, dəyişdirilməsinə və ya xitamı haqqında müqavilə bağlamamışlar. Həmin müqavilədə tərəflər hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməyibsə, deməli sözügedən müqavilə tərəflər üçün məcburiyyət yaratmır. Deməli, tərəflər arasında hər hansı öhdəlik yoxdur. Nə qədər ki, həmin müqavilədə kreditin konkret məbləği, müddəti və faiz dərəcəsi göstərilməyib həmin müqavilə zamin və ipoteka qoyan üçün məsuliyyət müəyyən edə bilməz. Hətta müqaviləyə əsas öhdəliyi yaradan müqavilə kimi baxsaq belə həmin müqavilə yalnız Cavabdeh1la iddiaçı arasında bağlanmış, zamin tərəfindən imzalanmamışdır. Çünki nə kredit xətti nə də kredit razılaşmasında zaminin imzası olmamışdır. Zaminlik müqaviləsinə gəlincə də həmin müqavilədə yalnız uzunmüddətli kredit müqaviləsinin formal şərtləri göstərilmiş, mühüm şərtləri göstərilməmişdir. Bu hal da öz-özlüyündə onu təsdiq edir ki, zamin onun üçün öhdəlik yaradan kredit razılaşmasından xəbərsiz olmuşdur. Kreditin hansı faizlə (ay lıq və yaxud illik) verilməsindən, neçə ay müddətinə verilməsindən xəbərsiz olmuşdur. Belə olan halda onun üzərinə maliyyə məsuliyyətinin qoyulması ədalətsiz yanaşmadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də MM-in 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarının tələbləri pozulmuşdur: İşdə olan zaminlik müqaviləsindən aşkar görünür ki, kredit razılaşmasının əsas şərtlərinin heç biri bu müqavilədə əks olunmamışdır. Eyni zamanda ödəniş planlarında da zaminin imzası mövcud deyildir. Lakin, məhkəmə kollegiyası qanunvericiliyin bu tələblərini nəzər ə almadan qeyri obyektiv və düzgün olmayan nəticəyə gəlmişdir.

59. MPM-in 9.3-cü maddəsinin tələbi pozulmuşdur: Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin, bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçıların mövqeyinə münasibətdə icra edərək qeyri mötəbər dəlillərə əsaslanmamışdır.

60. MPM-in 217.1-ci maddəsinin tələbi pozulmuşdur: Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.

61. MPM-in 218.1-ci maddəsinin tələbi pozulmuşdur: Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

63. Kassasiya şikayətləri vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

64. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən e dilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

460. Öh dəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələ b edə bilər....” “Maddə

472. Zaminin məsuliyyəti... 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”

68. KMP-nin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Qanunun 10.5, 14 və 48-ci maddələrinin və Mülki Məcəllənin 307.4, 405.1 və 477.0.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli qərarınsa qeyd edil mişdir ki: MM-in 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.

69. KMP-nin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Mülki Məcəllənin 1243-cü maddəsinin və MPM-in 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, MM-in 1243 və 1306.1-ci maddələrinə, MPM-in 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 mart tarixli, 2-2(107)-17/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

71. Kassasiya şikayətinin dəlillərinin ma hiyyəti bundan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrində isə yalnız uzunmüddətli kredit xəttinin ümumi müddəti və ümumi məbləği qeyd edilmiş, lakin qanunvericiliklə tələb olunan şərtlər öz əksini tapmamışdır. Uzun müddətli kredit müqaviləsində isə tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqddir.

72. Məhkəmə kollegiyasə kassasiya şikayətinin bu qərarın §57,58-də göstərilən dəlillərinə münasibətdə qeyd olunmasını zəruri hesab edir ki, işdə olan 15L000002872 saylı kredit xətti müqaviləsinin 1.3-cü bəndində verilən hər bir kreditin məbləğinin, faiz dərəcəsinin, müddəti, məqsədi və digər şərtlərinin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşma ları ilə müəyyən edildiyi öz əksini tapmış, habelə 1.6-cı bəndində bu müqavilə əsasında verilən bütün kreditlərin qaytarılmalı məbləğinin 100%-dən aşağı olmayan girovlarla təmin edildiyi göstərilmişdir (İ cild, iş.v149).

73. Bununla yanaşı bankla Cavabdeh1 arasında bağlanmış 2014-cü il 27 iyun tarixli, 15K00000022 saylı kredit razılaşmasında onun 2014-cü il 19 may tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsindən irəli gəldiyi, bankla Cavabdeh8, Cavabdeh2 və "xxxx" Firmasının direktoru Cavabdeh1 arasında ayrı-ayrılıqda bağlanmış zaminlik müqavilələrinin də hər birində, həmçinin 15M000000635 saylı ipoteka müqaviləsində də onların 2014-cü il 19 may tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasının təm in olunması məqsədi ilə bağlanıldığı qeyd olunmuşdur (İ cild, iş.v149-173).

74. Həmçinin işdən göründüyü kimi Cavabdeh1 kredit 2014-cü il 27 iyun tarixli kredit razılaşmasından irəli gələn ödəniş planı və ödəniş planına dəyişiklik sənədlərini tanış olaraq öz imzası ilə təsdiq etmiş, göstərilən hal işə aşağı instansiya məhkəmələrində baxılarkən mübahisələndirilməmişdir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

76. Həmçinin, MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

77. Hazırkı iş üzrə yaşayış evini ipoteka qoyan Cavabdeh8, həmçinin digər zaminlər Cavabdeh2 və "xxxx" Firması (qanuni təmsilçisi Cavabdeh1) sonradan bağlanmış kredit sazişləri ilə bağlı ödəniş cədvəlləri, kredit məbləği, müddəti və faiz dərəcəsi ilə tanış olmuş, öhdəliklərdən məlumatları olmuş, bu barədə imza və möhürlə təsdiq edilmişdir.

78. Məhkəmə kollegiyası kassasiya şikayətinin müvafiq dəlilinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 79. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

80. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

81. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında isə aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

82. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

83. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks e tdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmışdır.

85. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə prosessual hüqu q normalarının pozuntusuna yol verilməmişdir.

86. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 mart tarixli, 2-2(107)-17/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

87. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

88. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh7 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 mart tarixli, 22(107)-17/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar