Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-386/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, sahibliyin qanunsuz sahibdən qaytarılması, daşınar əşyalar üzərində əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “nəqliyyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alı naraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 mart tarixli 2-2(103)-242/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X3 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan DQN 10 F 987 olan nəqliyyat vasitəsi 2024-cü il 19 yanvar tarixində AS 07/0124 saylı alqı-satqı müqaviləsi əsasında "xxxx" ASC (satıcı) tərəfindən ƏDV daxil olmaqla 2000 manata İddiaçı (alıcı) satılmışdır. Həmin müqavilənin: - 3.1-ci bəndinə görə, texnikanın təhvil-təslimi tərəflər arasında imzalanacaq təhviltəslim aktı əsasında satıcının bildirdiyi yerdə həyata keçirilir; - 3.2-ci bəndinə görə, texnika alıcıya təhvil verildiyi andan texn ikaya mülkiyyət hüququ və texnikanın zədələnməsi, korlanması və bütün digər risklər alıcıya keçir. 2. “X3 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngli texnika 1 saylı DAİM tərəfindən verilmiş AZ041765 saylı qeydiyyat şəhadətnaməsi əsasında 2024-cü il 8 fevral tarixində İddiaçı adına qeydiyyata alınmış, ekskavatora ** BA *** qeydiyyat nişanı təhkim olunmuşdur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvəqqəti təminat tədbirinin görülməsinə dair 2024-cü il 27 mart tarixli qərardadı ilə “X3 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan ** BA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə 4 ay müddətinə — 2024-cü il 28 iyul tarixinədək həbs qoyulması və nəqliyyat vasitəsinin BDYP-nin duracağına yerləşdirilməsi, “X4” QSC- nə və digər şəxslərə (avtoservisin əməkdaşlarına, orada fəaliyyət göstərən ustalara) həmin nəqliyyat vasitəsinə və onun ehtiyat hissələrinə müdaxilə hərəkətlərinin qadağan edilməsi qərara alınmışdır.
4. Cavabdeh MMC-nin "xxxx" ASC-nə qarşı Cavabdeh MMC və "xxxx" ASC arasında bağlanmış 2012-ci il 14 fevral tarixli AA308\0412 nömrəli müqavilə üzrə görülmüş təmir işlərinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 41.173,70 manat dəyərindəki borcun, 34.585,9 manat faizin və 318 manat dövlət rüsumunun cavabdehdən tutulması, həmçinin borc ödənilənədək əmlakın (nəqliyyat vasitəsinin) iddiaçıda saxlancda saxlanılması tələbi iddia müddətinin ötürülmüş olması əsas göstərilməklə Bakı Kommersiya Məhkəməsinin 2024-ci il 23 iyul tarixli qətnaməsi ilə rədd edilmişdir.
5. Həmin qətnamənin qəbul olunmasın a əsas təşkil edən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci il 8 noyabr tarixli 06120C saylı təmir aktına əsasən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid olan “NEW HOLLAND E-215B” markalı 10 F 987 DQN-lı ekskavatorun mühərrikinin və yanacaq sisteminin təmiri həyata keçirilmiş, beləliklə "xxxx" ASC-nin işçi haqqı ilə birlikdə ƏDV daxil 27 099.68 manatlıq borcu yaranmış, borcun 2913,28 manatlıq hissəsi ödənilmiş, 24 186.40 manat olan qalıq borc isə ödənilməmiş, texnikaya dair 2012-ci il 10 dekabr tarixli qüsur aktı tərtib edilmiş və "xxxx" ASC-nin nümayəndəsi tərəfindən imza ilə təsdiq edilmişdir. Bundan əlavə, 2013-cü il 16 may tarixli 06035C saylı təmir aktına əsasən "xxxx" ASC-nə aid olan “FOTOL FL 958G” markalı 10 A 614 DQN-lı frontal yükləyicinin təmiri üz rə, ümumi olaraq, ƏDV daxil 18 579,00 AZN borc yaranmış, həmin borcun 14 170,50 manatlıq hissəsi borclu tərəfindən ödənilmiş, 4408.50 manat olan qalıq borc isə ödənilməmiş olaraq qalmış, sözügedən borcu "xxxx" ASC “Faktiki görülmüş və nəzərdə tutulmuş təmir işlərinin ümumi smetası” haqqında sənədi 2014-cü il 3 iyul tarixində imzalamaqla təsdiq etmişdir. Həmçinin, 2014cü il 30 aprel tarixli 06222C saylı təmir aktına əsasən "xxxx" ASC-nə aid olan “NEW HOLLAND E 385B” markalı 10 H 710 DQN-lı texnikanın təmiri üzrə ümumi olaraq ƏDV daxil 12 578.80 AZN borc yaranmış, həmin borcun heç bir hissəsi ödənilməmişdir.
6. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin 2024-cü il 30 oktyabr tarixli aktında, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 oktyabr tarixli icra sənədinin icrasına əsasən Cavabdeh MM C-nin faktiki fəaliyyət göstərildiyi ünvanda olunduğu və “X3 E-215 BLC” markalı, ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngli, ** BA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ünvanda olduğunun müəyyən edildiyi qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZ041765 saylı nəqliyyat vasitəsinin Qeydiyat şəhadətnaməsinə əsasən Xüsusi mülkiyyətində olan X3 E215BLC markalı ban nömrəsi YN1147892, buraxılış ili 2007-ci il olan sarı rəngli ilkin qeydiyyat nömrəsi **-BA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi (bundan sonra – “ekskavator”) cavabdehin qanunsuz sahibliyindən alınmaqla ona təhvil verilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1 saylı X5 Mərkəzi tərəfindən verilmiş AZ041765 saylı qeydiyyat şəhadətnaməsinə əsasən, 2024-cü il 8 fevral tarixindən etibarən ekskavatorun mülkiyyətçisidir. Hazırda qeyd olunan nəqliyyat vasitəsi cavabdehin qanunsuz sahibliyindədir. Nəqliyyat vasitəsinin fotoları, qeydiyyat şəhadətnaməsi, iddiaçının şəxsiyyət vəsiqəsi və nümayəndənin etibarnaməsi əlavə olunmaqla, texnikanın mülkiyyətçisinə və ya nümayəndəsinə təhvil verilməsi tələbi ilə 2024-cü il 4 iyul tarixində cavabdehə həm email, həm də poçt vasitəsilə pretenziya məktubu göndərilmiş, lakin texnika geri qaytarılmamışdır. Əmlak üzərində xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq olmaqla, həmin nəqli yyat vasitəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi təmin edilməlidir. Daha əvvəl cavabdehə qarşı qaldırılmış iddiada da bu əmlakın onun faktiki saxlancında olduğu müəyyən edilmişdir. Bundan əlavə, Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş aktlarda da texnikanın cavabdehin faktiki istifadəsində olması öz təsdiqini tapmışdır.
9. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddiaçı texnikanın ona məxsus olduğunu və cavabdeh tərəfindən qanunsuz saxlandığını iddia etsə də, bunu əsaslandırmaq üçün yalnız bir neçə elektron məktub təqdim etmişdir. Halbuki, məsələnin mahiyyəti - nəqliyyat vasitəsinin kimə məxsus olduğu, cavabdehin ərazisində hansı hüquqi əsasla saxlanması və cavabdehin hüquqlarının pozulub-pozulmadığı araşdırılmalıdır. Texnika əvvəlcə "xxxx" ASC-yə məxsus olmuş, şirkət onu texniki xidmət üçün cavabdehə təqdim etmiş, cavabdeh isə xidməti tam göstərmişdir. Lakin "xxxx" ASC texnikanı müəssisənin ərazisindən geri götürməmiş və göstərilən xidmətin haqqını ödəməmişdir. Bu fakt müvafiq məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Cavabdeh isə Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 757-ci maddəsinə əsaslanaraq, həmin texnikanı girov hüququ ilə saxladığını bildirmişdir. Sonradan "xxxx" ASC həmin texnikanı iddiaçıya satmış, lakin cavabdehin girov hüququnu nəzərə almamışdır. İddiaçı texnikanı alarkən nə onun yerindən, nə də hüquqi vəziyyətindən xəbərdar olmuşdur. Eyni zamanda, "xxxx" ASC də texnikanın cavabdehin anbarında olduğunu və borc ödənilməyincə qaytarılmayacağını alıcıya bildirməmişdir. Bu səbəbdən iddiaçı və "xxxx" ASC vicdansız alıcı və satıcı qismində çıxış etmiş, texnika üzərində mövcud girov hüququnu nəzərə almadan əsassız alqı-satqı müqaviləsi bağlamışlar.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli e-2-2(113)7090/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, AZ041765 saylı nəqliyyat vasitəsinin Qeydiyat şəhadətnaməsinə əsasən iddiaçıya məxsus ekskavatorun cavabdehdən alınaraq iddiaçı verilməsi qət edilmişdir (hakim – G.Namazova).
11. Məhkəmə iş üzrə iddianın mahiyyətini əşyanın verilməsi ilə bağlı iddialar çərçivəsində qiymətləndirərək qeyd etmişdir ki, bu cür hallarda sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı aşağıdakı halları ardıcıllıqla sübuta yetirməlidir: əşyanın mövcudluğu, onun iddiaçıya məxsusluğu, cavabdehdə olması və cavabdehin həmin əşyanı qanu nsuz saxlaması. Məhkəmənin qənaətinə görə, iddiaçı bu ardıcıllığa əməl etmiş və sübutlar təqdim etməklə tələb olunan nəqliyyat vasitəsinin faktiki mövcudluğunu, ona məxsus olduğunu və cavabdeh tərəfindən saxlandığını inandırıcı şəkildə təsdiqləmişdir. Belə ki, iddiaçı məhkəməyə alqı-satqı müqaviləsini, qeydiyyat şəhadətnaməsini və Binəqədi rayon İcra şöbəsinin texnikanın cavabdehin ərazisində saxlandığını əks etdirən aktını təqdim etmişdir. Cavabdeh isə texnika üzərində girov hüququnun mövcudluğunu etirazında bildirsə də, bu hüququn mövcudluğunu təsdiqləyən heç bir hüquqi sənəd – xüsusilə girov müqaviləsi təqdim etməmişdir. Cavabdeh ilə əvvəlki mülkiyyətçi arasında bağlanmış xidmət müqaviləsinə istinad etsə də, həmin müqavilə əsasında yaranmış borcun girovla təmin olunduğuna dair heç bir h üquqi əsas sübuta yetirilməmişdir. Bundan başqa, cavabdehin əsaslandığı borc münasibətləri üzrə həmin borcun mövcudluğu artıq məhkəmə tərəfindən qiymətləndirilmiş və cavabdehin iş üzrə üçüncü şəxsə qarşı iddiası digər iş üzrə rədd edilmişdir. Bu hallar əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələb etdiyi əşya üzərində mülkiyyət hüququ mövcuddur, cavabdeh isə onu hər hansı hüquqi əsas olmadan saxlamışdır.
12. Məhkəmə gəldiyi nəticəni MM-in 157.1, 157.2, 157.8 və 164.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş dir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 mart tarixli 2-2(103)-242/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin olunmamışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və E.Həsənov).
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları tam və düzgün araşdırmamış, sübutlara obyektiv qiymət verməmiş və hüququn tətbiqində səhvə yol vermişdir.
16. Belə ki, iddiaçı ekskavatorun onun mülkiyyətində olduğunu və cavabdeh tərəfindən qanunsuz saxlandığını bildirərək onun qaytarılmasını tələb etmiş, cavabdeh isə texnika nı təmir etdiyini, bu səbəbdən əvvəlki sahibkar qarşısında ödənilməmiş borc müqabilində texnikanı saxladığını və girov hüququna əsaslandığını bildirmişdir. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyət hüququ və texnikanın cavabdehin faktiki sahibliyində olması tərəflər arasında mübahisələndirilmir. Bu halda isə əsas məsələ cavabdehin həmin əmlakı qanuni əsasla saxlayıb-saxlamamasıdır.
17. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən cavabdeh təmir xidmətlərinə görə borcun ödənilməməsi səbəbindən texnikanı özündə saxlamış, bu barədə rəsmi akt tərtib olunmuş və sənədlər imzalanmışdır. Məhkəmə bu hüququn yalnız müqavilə ilə deyil, birbaşa qanundan irəli gəldiyini, yəni cavabdehin özündə saxlama hüququnun təməlində mülki qanunvericiliyin müddəalarının dayandığını qeyd etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin cavabdehdən girov müqaviləsi tələb etməsi hüquqi əsası olmayan yanaşmadır. Eyni zamanda, əmlakın əvvəlki sahibi tərəfindən iddiaçıya özgəninkiləşdirilməsi cavabdehə bildirilməmişdir. Bu isə, sahibliyin cavabdeh üçün hüquqi baxımdan etibarlı şəkildə ötürülmədiyini göstərir. Lakin hətta sahibliyin etibarlı ötürüldüyü fərz edilsə belə, cavabdehin əmlakı əvvəlki sahibə verməkdən imtina etdiyi səbəblər, iddiaçıya da şamil oluna bilər.
18. Digər tərəfdən, cavabdehin eyni əsaslarla əvvəlki sahibə qarşı qaldırdığı iddianın rədd edilməsi, həmin iddianın mahiyyəti üzrə deyil, müddət ötürüldüyü üçün təmin olunmaması ilə bağlıdır. Bu isə öhdəliyin hüquqi nəticələrini aradan qaldırmır. Həmçinin girov hüququ müddətsiz xarakter daşıyır və istifa də edilməməsi onun avtomatik olaraq xitamına səbəb olmur.
19. Bu hallar nəzərə alınmaqla, kollegiya belə qənaətə gəlmişdir ki, cavabdehin texnikaya sahibliyi qanunsuz hesab oluna bilməz. Bu isə o deməkdir ki, iddiaçının əmlakın qaytarılması ilə bağlı tələbinin təmin edilməsi üçün zəruri hüquqi şərtlərdən biri mövcud deyil.
20. Sonda isə iddiaçıya izah olunmuşdur ki, əgər əmlakı cavabdehin hüququ ilə yüklü şəkildə almağa razı deyildisə, o, ya qiymətin azaldılmasını, ya da müqavilənin ləğvini tələb edə bilər.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, MM-in 157.2, 158.1, 158.2, 158.3, 158.4, 159, 160, 163.1, 163.2, 165.1, 181.1, 181.2, 181.4, 269.5, 385, 386.1, 406.1, 468.1, 468.2, 468.3, 469, 527.1, 572.1, 572.2, 752.1 və 757-ci maddələri, MPM-in 14.2, 77.1, 80, 81, 82.4, 88, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, MM-in 139.2, 144.1, 157.2, 269.4, 281.1, 560.1 və 650-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 12ci maddələri üzrə pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsində mübahisəli predmetin mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətində olduğu, faktiki olaraq isə cavabdehin sahibliyində olduğ u işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur. Cavabdehin əşyaya sahibliyinin qanuni olması isə heç bir mötəbər dəlillə sübut edilməmişdir. Məhkəmə cavabdehin qanun əsasında yaranmış öhdəliyi dedikdə üçüncü şəxsin hazırkı iş üzrə cavabdehə olan borcunu nəzərdə tutmuşdur. Lakin həmin borcla bağlı cavabdeh üçüncü şəxsə qarşı məhkəmədə iddia qaldırmış, iddia müddəti ötürüldüyündən iddia təmin edilməmiş və yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 11 fevral tarixli Qərarında ipoteka ilə yüklü edilmiş əmlak münasibətlərindən irəli gələn məsələləri tənzimləyir və hazırkı işlə heç bir əlaqəsi yoxdur. Məhkəmənin mövqeyi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələn mişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, satıcı üçüncü şəxs tərəfindən təqdim edilmiş daşınar əmlak faktiki olaraq borc öhdəliyi təmin olunmadan, üçüncü şəxsin hüquqları pozulmaqla iddiaçıya ötürülmüşdür. İddiaçı satıcının borclu olduğunu və texnikanın cavabdehin mühafizəsində saxlandığını bildiyi halda, bu əmlakı faktiki təhvil almadan almışdır. Bu isə öz növbəsində vicdanlı alıcı anlayışına ziddir və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini şübhə altına alır. İddiaçı satıcı tərəfindən düzgün məlumatlandırılmamış, hüquqa zidd hərəkətlərlə cavabdehə zərər vurulmuş və bu səbəbdən iddiaçı ilə satıcının davranışlarının nəticələrinə görə üçüncü şəxs məsuliyyət daşımır. Bundan əlavə, satıcı alıcıya üç üncü şəxslərin hüquqlarından azad əmlak təqdim etməli idi. Əgər bu edilməyibsə, alıcı yalnız qiymətin azaldılması və ya müqavilənin ləğvini tələb edə bilər. Lakin alıcı bu hüququ istifadə etmədən üçüncü şəxsdən, yəni cavabdehdən əmlak tələb etməkdə haqlı sayıla bilməz. Kassasiya baxışının hədləri
25. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” “Maddə
158. Mülkiyyətçi olmayan şəxs lərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” “Maddə
163. Sahibliyin verilməsi 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi h üquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.” “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının m əhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qo yanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.9. Girov və ipoteka hüququ başqasına verilə bilən bütün əşyalar və hüquqlar üçün verilir.” “Maddə
270. Girovun və ipotekanın əmələ gəlməsi əsasları 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.” “Maddə
274. Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsinin nəticələri 274.1. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. 274.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, girov qoyulmuş əşyanın mülkiyy ətçisinin dəyişməsi girov hüququnu dəyişdirmir.” “Maddə
288. Girov saxlayanın girov predmetinə hüquqlarını müdafiə etməsi 288.1. Girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə bilər. 288.2. Müqavilə şərtlərinə görə girov saxlayana ona verilmiş girov predmetindən istifadə hüququ verildikdə o digər şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını aradan qaldırmağı, bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmədikdə belə, tələb edə bilər.” “Maddə
527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsas lar üzrə tamamilə və ya qismən xitam verilir.” “Maddə
757. Podratçının hazırladığı daşınar əşyaya girov hüququ Əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər.”
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
30. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.
31. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakı nı geri tələb edə bilər.
32. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.
33. Hazırki işdə isə apellyasiya instansiya məhkəməsi tətəfindən müəyyən edilmişdir ki, birinci və ikinci şərtlər işin mübahisəsiz halları olsa da, üçüncü şərt, yəni cavabdehin mübahisəli ekskavator üzərində olan sahibliyi qanunsuz deyildir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən tətbiq etdiyi maddi hüquq normalarının tələblərinin poz ulmasına yol verməmişdir.
35. Belə ki, cavabdeh MM-in 757-ci maddəsinə əsaslanaraq, mübahisə predmeti olan ekskavatoru girov hüququ ilə saxladığını bildirmişdir.
36. Həmin maddənin tələblərinə görə, əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər.
37. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya podratçının sahibliyində olmalı və podratçının sifarişçiyə qarşı təmin edilməmiş tələbləri olmalıdır. Bu hallar mövcud olduqda podratçı həmin əşyaya girov hüququndan istifadə etmək hüququna malikdir.
38. Sonuncu ilə bağlı kollegiya qeyd edir ki, m ülki qanunvericilikdə girov hüququnun yaranmasının iki əsası nəzərdə tutulmuşdur. Birincisi müqavilə əsasıdır və əksər hallarda girov hüququ tərəflərin razılığı ilə, yəni girov müqaviləsi bağlanılmaqla yaranır. İkinci əsası isə qanunla müəyyən edilmiş hallar təşkil edir.
39. Girov hüququnun yalnız müqavilədən deyil, həm də digər əsaslardan yaranması həm MM-in “Əşya təminat hüququ. Girov və ipoteka hüququ” adlı 12-ci fəslinə aid 270.2ci maddəsində, həm də digər xüsusi münasibətləri tənzimləyən normalarda müəyyən edilmişdir.
40. Belə ki, MM-in 270.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.
41. MM-in 698, 702, 716, 757, 820, 830, 860, 869- cu maddələrində isə kirayəyə verənin, icarəçinin, icarəyə verənin, podratçının, komisyonçunun, mehmanxana və ya restoran sahibinin, daşıyıcının, renta alanın qanun girov hüquqları müəyyən edilmişdir.
42. Yuxarıda istinad edilən MM-in 270.2-ci maddəsində isə müəyyən edilmişdir ki, müqaviləyə əsasən əmələ gələn girov haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova da tətbiq edilir.
43. MM-in 269-cu maddəsində girov hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, girov hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov qoyanın (borclunun) girov saxlayan (kredito r) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girovla təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
44. MM-in 288.1 və 288.2-ci maddələrində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə bilər. Müqavilə şərtlərinə görə girov saxlayana ona verilmiş girov predmetindən istifadə hüququ verildikdə o digər şəxslərdən, o cümlədən girov qoyandan onun hüququnun hər cür pozuntularını aradan qaldırmağı, bu poz untular sahiblikdən məhrumetmə ilə birləşdirilmədikdə belə, tələb edə bilər.
45. MM-in qeyd olunan müddəalarını, yəni girov hüququ və girov saxlayanın girov qoyulmuş əşyaya olan hüquqlarını nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəli ekskavator üzərində olan sahibliyi qanunsuz sahiblik kimi qiymətləndirilə bilməz.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli “New Holland E-215 BLC” markalı ekskavator "xxxx" ASC-nin mülkiyyətində olduğu dövrdə cavabdeh tərəfindən onun təmiri həyata keçirilmiş, həmin təmir işlərinə görə "xxxx" ASC-nin cavabdehə borcu yaranmış, borcun bir hissəsi ödənilsə də, qalıq borc ödənilməmiş, texnikaya dair xx.xx.2012-ci il tarixdə qüsur aktı tərtib olunaraq "xxxx" ASCnin nümayəndəsi tərəfindən imza ilə təsdiq edilmişdir.
47. Göründüyü kimi cavabdehlə üçüncü şəxs "xxxx" ASC arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuş, podratçı olan cavabdehin təmir etdiyi və sifarişçi olan "xxxx" ASC-yə məxsus ekskavator cavabdehin sahibliyinə verilmiş və cavabdehin sifarişçiyə qarşı tələbləri tam təmin edilməmişdir. Belə olan halda isə cavabdehin həmin ekskavatora girov hüququ yaranmışdır.
48. Cavabdehin üçüncü şəxs "xxxx" ASC-yə qarşı irəli sürdüyü podrat müqaviləsi üzrə muzdun ödənilməsi barədə iddianın rədd edilməsi isə həmin girov hüququnun xitamına səbəb olmamışdır. Çünki həmin iddia tələbləri əsassız olduğuna görə deyil, iddia müddəti keçdiyinə görə rədd edilmişdir.
49. Öhdəliklərə xitam verilməsi əsasları isə MM-in 527-ci maddəsində göstərilmiş və həmin əsaslara iddia müddətinin ötürülməsi aid edilməmişdir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir.
51. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu 11 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, “...girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır....Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasın a səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir....Əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir”.
52. Məhkəmə kollegiyası MM-in 270.2-ci maddəsinə əsaslanaraq qeyd edir ki, MM-in girov və ipoteka ilə bağlı müddəaları və həmin müddəalara dair Konstitusiya Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqe qanunda göst ərilən əsaslara görə yaranan girov və ipoteka hüquqlarına da aiddir.
53. Mübahisə predmeti olan ekskavatorun iddiaçının mülkiyyətinə keçməsinə dair isə qeyd edilir ki, MM-in 274-cü maddəsinin tələblərinə görə ipoteka və girovla yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka və girov hüququnu dəyişdirmir.
54. Bundan əlavə, MM-in 163.2-ci maddəsində təsbit edilmişdir ki, əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.
55. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də müəyyən edilmişdir ki, "xxxx" ASC mübahisə predmeti olan ekskavatoru iddiaçıya özgəninkiləşdirərkən, bu barədə cavabdehə bildiriş verməmişdir.
56. MM-in 163.2-ci maddəsinin tələblərinə görə isə "xxxx" ASC tərəfindən sahibliyin iddiaçıya ötürülməsi cavabdeh üçün etibarlı deyildir.
57. Bununla yanaşı, sahibliyin iddiaçıya ötürülməsi etibarlı sayılsa belə, cavabdehin, mübahisə predmeti olan ekskavatoru "xxxx" ASC-nə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslar üzrə, yəni həmin ekskavatora yarandığı girov hüququna əsasən iddiaçıya verməkdən də imtina etmək hüququ vardır.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 6 mart tarixli 2-2(103)-242/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.