Məhkəmə qərarları › İş №2-2(102)-387/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-387/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-387/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, pul tələbi 07.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər Kəmalə Nəbi qızı Abiyeva və Abiddin Qabil oğlu Hüseynovdan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(103)-196/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı Macarıstan Respublikasında qeydiyyatda olmaqla həmin ölkədə fəaliyyət göstərir.

2. Cavabdeh Azərbaycan Respublikasında qeydiyyatda olmaqla fəaliyyət göstərir. 3. 2021-ci il sentyabrın 7-də iddiaçı ilə cavabdeh arasında “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə (bundan sonra – “müqavilə”) bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh iddiaçıya 60.000 (altmış min) avro məbləğində borcun olmasını bəyan, etiraf və təsdiq etmiş, həmin borcun 2022-ci il 1 mart tarixindən etibarən 18 (on səkkiz) ay ərzində hər ay 3333,33 (üç min üç yüz otuz üç avro otux üç sent) avro olmaqla tam həcmdə borc verənə qaytarılmasını öhdəsinə götürmüşdür. Müqavilədə həmçinin, aylıq ödənişlər gecikdirildiyi təqdirdə iddiaçının borcu dərhal tələb etmək hüququna malik olması nəzərdə tutulmuşdur.

4. İddiaçının adından müqaviləni iddiaçının icraçı direktoru Gabor Vörösun imzaladığı və iddiaçının möhürü ilə təsdiqləndiyi 2021-ci il 31 avqust tarixli “Etibarnamə” əsasında Nümayəndə1 imzalamışdır. 5. 2022-ci il mayın 11-də iddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda cavabdehin müqavilə öhdəliklərinin yerinə yeitirməməsi qeyd edilərək, müqavilənin ləğv olunması və borcun 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

6. Mübahisəyə məhkəmədə baxılan dövrdə 2022-ci il 26 avqust tarixli 33-2022 nömrəli ödəniş tapşırığına əsasən, cavabdeh tərəfindən hər biri 10.000 avro olmaqla iki dəfə vəsait iddiaçının şirkətinə məxsus bank hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı 2022-ci il iyulun 14-də iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilənin ləğv edilməsini, 60.000 (altmış min) avro məbləğində borcun və 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 421.2, 424.5, 448.1, 882.1 və 882.2-ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək, aylıq ödənişlər etməmiş və bununla öhdəliklərin icrasını təmin etməmişdir.

9. İşə məhkə mədə baxılan dövrdə cavabdeh tərəfindən ümumi borcdan 20.000 (iyirmi min) avro ödənilmiş və bu barədə ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, ümumi borcun 20.000 (iyirmi min) avro hissəsinin ödənilməsi faktını təsdiq edərək, bu halın məhkəmə baxışında məlum oluğuna əsaslanaraq iddia tələbinin həcmini həmin məbləğdə azaltmışdır.

10. Bakı Kommersiya Məhkəməsinin (hakim X5) 2022-ci il 21 oktyabr tarixli e-2-2(113)4023/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, müqavilənin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 40.000 (qırx min) avro (ödəniş gününə avronun Azərbaycan manatına olan rəsmi məzənnəsinə uyğun olaraq) və 400 manat mediasiya xərcinin tutulması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsində gös tərilmişdir ki, “tərəflər arasında imzalanmış müqavilənin 5.4-cü bəndində birbaşa olaraq nəzərdə tutulmuşdur ki,... bu müqavilənin 4.1-ci bəndində şərtləşdirilmiş aylıq ödənişlər gecikdirildiyi təqdirdə borc verən borcu dərhal tələb etmək və bunun üçün məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən borcun razılaşma üzrə müəyyən edilmiş şəkildə ödənilməməsi öz təsdiqini tapmış, eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında mövcud borcun maliyyə problemləri ilə bağlı ödənilmədiyi qeyd edilmişdir.”.

12. Məhkəmə qətnaməsi MM-in 385.1, 386.1, 421.1, 421.2, 423.2 və 882.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

13. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya qətnamənin ləğv edilərək yeni qətnamə qəbul olunm ası xahiş edilmişdir. şikayətində b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdehin apellyasiya şikayətində MPM-in 88-ci maddəsinə və 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya (bundan sonra – “Haaqa Konvensiyası”) istinadən bildirilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən müqaviləni imzalamaq səlahiyyəti vermiş etibarnaməni yoxlamamışdır. Cavabdeh xüsusilə bildirmişdir ki, “məhkəmə müqaviləni borclu tərəfindən imzalamış direktor Murad Sadıqovu dindirməməklə işin hallarını tam və hərtərəfli araşdırmamışdır.”.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən və məruzəçi X3, hakimlər X4 və X7) 2023-cü il 15 mart tarixli 2-2(103)-196/2023 nömrəli qətn aməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilmişdir: “19. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, müqavilə bağlanılarkən iddiaçının nümayəndəsi qismində özünü təqdim etmiş şəxsin etibarnaməsi Azərbaycan Respublikasının qoşulduğu 1961-ci il tarixli Haaqa Konvensiyasının tələblərinə uyğun təsdiq edilməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqaviləni iddiaçının adından imzalamış Nümayəndə1 "xxxx" MMC tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC nümayəndəsinə "xxxx" MMC ilə borcun eti rafı barədə müqavilə bağlamaq səlahiyyəti verilmişdir. Həmin müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalandığı apellyasiya şikayəti verilənədək nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

21. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat verərkən nə müqaviləni, nə də müqavilə ilə təsdiq edilmiş borcun məbləğini mübahisələndirməmiş, maddi çətinliklə əlaqədar borcu tam ödəyə bilmədiklərini, müqavilə üzrə cəmi 20.000 avro ödəniş edə bildiklərini göstərmiş, apellyasiya şikayətində qeyd edilən hal ümumiyyətlə birinci instansiya məhkəməsində mübahisə predmeti olmamışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixli “Mövcud borcun etirafı haqqında” müqaviləni i mzalamış nümayəndə iddiaçının iradə ifadəsinə uyğun hərəkət etdiyindən, bunun əksi barədə işdə sübutlar olmadığından nümayəndəyə verilmiş etibarnamənin tərcüməsinin apostil edilməməsi MM-nin 362-ci maddəsinin və “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin tələbləri nəzərə alındıqda həmin etibarnamə əsasında imzalanmış müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsinə əsas ola bilməz.

23. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əqdin səlahiyyətsiz şəxs tərəfindən imzalandığı müəyyən edilmiş olsaydı belə cavabdeh iddiaçıya öhdəlik üzrə 40.000 avro borcu olduğunu mübahisələndirmədiyindən apellyasiya şikayətinin dəlilləri borcun tutulması barədə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, cavabdeh borcun etirafı barədə müqavilə bağlanarkən qarşı tərəfin nümayəndəsinin səlahiyyətlərinin düzgün rəsmiləşdirilmədiyini iddia etsə də, öz qanuni təmsilçisinin imzasını və həmin tarixə iddiaçıya olan borc məbləğini mübahisələndirmir.”

17. Məhkəmə öz qətnaməsini MM-in 362.1, 362.2, 421.2, 423.2, 882.1-ci maddələri, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. Kassasiya şikayətində cavabdeh apellyasiya şikayətində irəli sürdüyü dəlilləri təkrarlamışdır (bax yuxarıda 14-cü paraqrafa).

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti MPM-in tələblərinə uyğun verildiyi üçün mümkün hesab edilmiş və Məhkəmə kollegiyasının 2023-cü il 14 iyun tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

22. MPM-in 416-cı maddəsinə müvafiq olaraq, hazırkı icraat çərçivəsində işə kassasiya şikayəti həddində baxılıb, kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi yoxlanılacaqdır.

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edib-etməmə si yoxlanılarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

24. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.... 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətl i dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası... 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.” 25. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 595-İİQ nömrəli Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının qoşulduğu Haaqa Konvensiyasında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1 X6 gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəy yən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).... Maddə 2 Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Maddə 3 İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.” 26. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası 2000-ci il 6 iyun tarixli 889-İQ nömrəli Qanununun 18-ci maddəsində nəzərdə tutulur ki, “etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun.”

27. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini bildirərək, apellyasiya şikayətində irəli sürdüyü dəlilləri təkrarlamışdır (bax yuxarıda 14 və 19-cu paraqraflara).

29. X2 istinadən bildirmişdir ki, müqavilənin iddiaçı tərəfindən buna səlahiyyəti olmamış şəxs tərəfindən bağlanmas ı məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamışdır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin qeyd edilən dəlillərini işdə olan sübutlar əsasında araşdırmış, müvafiq qaydada qiymətləndirmiş və düzgün nəticəyə gəlmişdir (bax yuxarıda 16-cı paraqrafa).

31. Məhkəmə kollegiyası razılaşır ki, kassasiya şikayətində istinad edilən dəlildən cavabdeh ilk dəfə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən istifadə etmişdir. Lakin istinad edilən dəlil birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılan dövrdə səsləndirilməməklə yanaşı, müqavilə və borc məbləği mübahisələndirilməmişdir. Bununla da, cavabdeh faktiki olaraq müqaviləni bəyəndiyini, borcu isə eti raf etdiyi halda apellyasiya şikayətində formal mülahizələrlə qətnamənin ləğvinə nail olmağa çalışmışdır.

32. Həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh məhkəmələrin müqaviləni borclu tərəfindən imzalamış direktor Murad Sadıqovu dindirməməklə işin hallarını tam və hərtərəfli araşdırmadığını, həmin şəxsin etibarnamənin mətninin anlamadığını bildirsə də, bu halı təsdiq etmək üçün heç bir sübut təqdim etməmişdir. Halbuki, adıçəkilən şəxs cavabdeh hüquqi şəxsin vəzifəli şəxsidir və onunla bağlı hər hansı sübutları məhkəməyə təqdim etmək məhz cavabdehin vəzifəsini təşkil etmişdir.

33. Bununla bağlı Məhkəmə kollegiyası MPM-in 14.2-ci maddəsindəki məhkəmənin “yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli” olduğuna da ir müddəaya diqqəti çəkərək bildirir ki, məhkəmə prosesinin iştirakçısı məhkəməyə sübut təqdim etmədiyi və ya sübutsuz dəlil irəli sürdüyü halda, buna münasibətdə onun məhkəmə tərəfindən MPM-in 88-ci maddəsinin tələblərinin pozulmasına dair şikayəti istisna edilir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir

35. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(103)-196/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar