Məhkəmə qərarları › İş №2-2(102)-387/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-387/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-387/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi qaydaları, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Əhmədova Mehparə Tofiq qızının məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 mart tarixli 2-2(103)-18/2 024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında 2019-cu il 17 may tarixli 2019/00147-01 nömrəli kredit müqaviləsi bağlanmışdır.

2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin FİNOKO BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair tərəflər arasında 2019cu il 17 may tarixli 2019/00147-01İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır.

3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi müstəqil qiymətləndirici “FM Consuting” tərəfindən 2017-ci il 24 yanvar tarixində likvid dəyəri 240.000 man at məbləğində qiymətləndirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə 39.950 ABŞ dolları qalıq əsas borc, ona hesablamış 16.937,02 ABŞ dolları faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24.609,2 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 81.496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması, tələbin cavabdehə məxsus fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat mə bləğində pulun ona ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 39.950 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh mülkiyyətində olan fərdi yaşayış evini ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə 2019-cu il 17 may tarixli, 2019/00147-01İP nömrəli sonrakı ipoteka müqaviləsi (bundan sonra – “ipoteka müqaviləsi“) bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləs i 2019-cu il 23 may tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmiş, iddiaçını borcun ödənilməsi ilə bağlı müraciətləri nəticəsiz qalmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 mart tarixli 2-2(113)-98/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 39.950 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehin hesabına köçürülsə də, ona verilməmiş, razılığı olmadan yenidən iddiaçıya köçürülmüş və pul vəsaitinin köçürülməsində onun iradə ifadəsi mövcud olmamışdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məc əlləsinin (bundan sonra – “MM”) 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli 2-2(103)-734/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi qismən təmin edilərək cavabdehdən 39.950 ABŞ dolları əsas borc, 16.937,02 ABŞ dolları məbləğində faiz borcu və 3.900 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 60.78 7,02 ABŞ dollarının və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdehə məxsus fərdi yaşayış evin açıq hərracda satılması, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehin həmin evdən çıxarılması qət edilmişdir (məruzəçi hakim – R.Qurbanov, hakimlər – Nümayəndə1 və V.Baxışova).

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında daha əvvəl bağlanmış iki kredit müqaviləsi üzrə yaranmış borcun bağlanması məqsədilə yeni kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin 1.2-ci bəndində isə bu müqavilənin imzalanmasından keçən 5 bank günü ərzində hazırkı müqavilənin 1.1-ci bəndində göstərilən məbləğin borc alanın "xxxx" ASC-də (bundan sonra – “Bank”) olan hesabına köçürülməsi göstərilmişdir. Hazırkı halda cavabdehin adından olan 2019-cu il 17 may tarixli 2 1 nömrəli köçürmə ərizəsi əsasında onun "xxxx" ASC-də olan hesabından iddiaçının "xxxx" ASC-də olan hesabına köçürülmüş, bununla da əvvəlki kredit müqavilələri üzrə borclar bağlanaraq, göstərilən əməliyyatlar tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olmuşdur.

12. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə almış və 24.609,20 ABŞ dolları dəbbə pulunun tənasübsüz sürətdə yüksək olması səbəbindən kreditorun mənafeləri də nəzərə alınmaqla həmin məbləğin azaldılaraq əsas borcun 10% həddində, yəni 3.900 ABŞ dolları məbləğində müəyyənləşdirilməli olması nəticəsinə gəlmişdir.

13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM- in 269.5, 317, 462.1, 467, 739.1, 741-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü və MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(103)-734/2021 nömrəli əlavə qətnaməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən olunması qət edilmişdir (məruzəçi hakim – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

15. Əlavə qətnamədə kredit müqaviləsinin ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti halları da araşdırılaraq məhkəmə kollegiyası cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumiyyətlə heç bir ödəniş aparmamaqla müqavilə şərtlərini n əhəmiyyətli dərəcədə pozulması, bununla da iddiaçının kredit müqaviləsinin ləğvini tələb etməkdə haqlı olması nəticəsinə gəlmişdir.

16. Məhkəmə kollegiyası tərəfindən ipoteka müqaviləsinin 3.1-ci maddəsinə istinad olunmaqla fərdi yaşayış evinin ilkin satış qiymətini 240.000 manat müəyyən edilmişdir.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 421.2-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü və MPM-in 229.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh qətnamə və əlavə qətnamədən kassasiya şikayəti verərək onların ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 apre l tarixli 2-2(102)-246/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnamələri ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim – B.Məmmədli, hakimlər – B.Qəribov və İ.Dadaşov).

20. Ali Məhkəmə tərəfindən qətnamə və əlavə qətnamənin ləğvinin əsasını həmin qətnamələrin fərqli məhkəmə tərkibləri tərəfindən qəbul olunması, bunun isə MPM-in tələbləri baxımından məhkəmə baxışının bilavasitəliyi prinsipinin pozulması kimi qiymətləndirilməsi təşkil etmişdir.

21. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 175.3, 365, 416.2, 418.4, 418.4.1 və 418.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Ko mmersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli 2-2(103)-622/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin olunaraq tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 39.950 ABŞ dolları əsas, 16.937,02 ABŞ dolları faiz borcu və 3.900 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 60.787,02 ABŞ dolları borcun və iddia ərizəsi ilə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdehə məxsus fərdi yaşayış evinə yönəldilərək onun açıq hərracda satılması, satıldıqdan 1 ay sonra cavabdehin həmin evdən çıxarılması, fərdi yaşayış evin ilkin satış qiymətinin 240.000 man at müəyyən edilməsi və iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 253 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim - H.Həmidov, hakimlər - A.Tanrıverdiyev və C.Yusifov).

23. Məhkəmə kollegiyası işə birinci apellyasiya icraatında baxmış məhkəmə tərkibinin gəldiyi nəticəni və əsaslandırmanı təkrarlamışdır (§10-18).

24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(102)-14/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qis mən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 27 iyul tarixli qətnaməsi qismən – ipoteka predmeti fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim – K.Abiyeva, hakimlər – V.Həsənov və E.Şamayev).

26. Kollegiya qeyd etmişdir ki, cavabdehin kassasiya şikayətinin kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönədilməsi tələbi üzrə dəlilləri həm də apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşmış, lakin həmin qətnamənin ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmamışdır və həmin hissədə cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərinə istinadla göstərmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə ipoteka predmetinin likvid dəyəri 240.000 manat müəyyən edilmiş və tərəflər həmin məbləği mübahisələndirməmişlər. Məhkəmənin gəldiyi həmin nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarə t olmuşdur ki, ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş likvid dəyəri cavabdeh tərəfindən həm birinci dəfə kassasiya qaydasında baxılarkən kassasiya şikayətində, həm də işə yenidən apellyasiya qaydasında baxılarkən mübahisələndirilmiş, bununla bağlı məhkəmə prosesində ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün verilmiş vəsatət verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatətə qiymət verilməmişdir.

28. Baxılan iş üzrə məhkəmə iclasının protokollarında prosessual qanunvericiliyin (MPM-nin 272.4-1-ci maddəsi) tələbinə müvafiq olaraq fasiləsiz video-audio çəkilişin aparıldığı və kompakt diskin işin materiallarına əlavə ediləcəyi qeyd edilsə də, işin materiallarına belə disk əlavə edilməmişdir. Elektron işin materia llarından isə yeni apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə iclaslarının ümumiyyətlə video-audio çəkilişinin aparıldığı müəyyən edilməmişdir.

29. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən hazırki kommersiya mübahisəsinə baxılarkən, mülki prosessual qanunvericiliyin kommersiya mübahisələri üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılmasına dair imperativ tələbi pozulmuşdur.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 269.5, 317.1, 317.2, 421.2, 462.1, 467, 739.1, 741-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.3.3, 59.3, 59.3.1, 59.3.2-ci və MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

31. Bakı Apellyasiya Məhkəməsinin K ommersiya Kollegiyasının 2024-cü il 1 mart tarixli 2-2(103)-18/2024 nömrəli qətnaməsi ilə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir (məruzəçi – M.Tağızadə, hakimlər – K.Əkbərov və E.Kazımov).

32. Məhkəmə tərəfindən kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertin 2023-cü il 18 sentyabr tarixli məlumat xarakterli məktubunda məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsinin 2023-cü il 14 sentyabr tarixə təyin edildiyi, lakin iş üzrə tərəflərin tədqiqat obyektinə gəlməməsi səbəbindən tədqiq olunan obyektin yerləşdiyi ünvanın müəyyən edilməsi və məhkəmə tərəfindən qoyulmuş suallar üzrə tədqiqat aparılmasının mümkün olm adığı göstərilmişdir.

33. Məhkəmə MPM-in 97.5-ci maddəsinə istinad etməklə ekspertin məktubunda qeyd edilənləri və əvvəlki məhkəmə araşdırmaları zamanı ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün vəsatət cavabdeh tərəfindən verildiyindən ekspertizanın keçirilməsində marağı olan şəxsin cavabdeh tərəfin olduğunu, lakin ekspertizanın keçirilməsinə dolayı yolla (təyin olunmuş vaxtda iştirak etməyərək) cavabdeh tərəfin maneə törətdiyini qeyd etmiş və nəticədə ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.

34. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Məhkəmə apellyasiya şikayətinin dəlillərini cavablandırmamaqla, cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu, o cümlədən MM-in 63.2, 87.2, 97.5, 99.1, 102.2 və 382.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi müstəqil qiymətləndirici FM Consuting tərəfindən 2017-ci il 24 yanvar tarixində likvid dəyəri 240.000 manat məbləğində qiymətləndirilmişdir. Sözügedən qiymətləndirmənin həyata keçirildiyi tarixdən hazırkı tarixədək 5 il müddət ötmüş və həmin müddət ərzində əmlakın dəyəri əhəmiyyətli dərəcədə dəyişməlidir. Ekspertizanın keçirilməsi üçün təyin edilmiş vaxtda cavabdeh tərəfin iştirak etməməsi halına istinad etməklə mübahisə predmetinin dəyərinin 2019-cu ildə müəyyən edilmiş məbləğdə saxlanılması qənaətinə gələn apellyasiya məhkəməsi cavabdehin hansı səbəbdən iştirak etməməsi, ekspertin təqdim etdiyi məlumatın nə dərəcədə qanuni olması, təkrar ekpertizanın keçirilməsinə əsasların mövcud olub-olmaması hallarını araşdırmamışdır. Halbuki, əmlakın dəyərinin dəqiq müəyyən edilməsi və buna dair ekspert rəyinin olması işin ədalətli həlli üçün ən əsas meyarlardan biri olmuşdur. Həmçinin ekspertizanın keçirilməsinin yeri və vaxtı barəsində cavabdehə lazımı məlumatın verilməsi, belə məlumatın verildiyi halda cavabdehin iştirakının hansı səbəbdən mümkün olmaması (bədbəxt hadisə, fors-major hallar və sair) kimi məsələlər qətnamədə öz əksini tapmamışdır. Bu ndan əlavə, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə baxmayaraq, cavabdehin ekspertizada iştirak etməməsi halı əsas götürülməklə bunun səbəbləri araşdırılmadan yenidən əmlakın dəyəri 240.000 manat müəyyən edilməklə məhkəmə tərəfindən işin araşdırılmasına dair prosessual vəzifələrinin mahiyyətinin düzgün realizə olunmasında şübhə yaranmışdır.

36. MPM-in 101-ci maddəsinə görə ekspertizanın həyata keçirilməsi üçün məhkəmə tərəfindən bir aylıq müddət müəyyən edilir. Bu müddət ekspertin ünvana baxış keçirməsi, müvafiq araşdırmalar apararaq rəyini tərtib etməsi üçün uzun müddətdir. Hazırkı halda isə qeyd edilən müddət ərzində məhkəmənin cavabdehin cəmi bir dəfə ünvanda olmaması halına əsaslanaraq, bu hissədə cavabdehin qəsdən yoxsa başqa səbəblərlə əlaqədar bu cür araşdırmanın həyata k eçirilməsinə şərait yaratmaması məsələsini araşdırmadan qərar qəbul etməsi, məhkənin məsələyə səthi yanaşdığını, onu araşdırmaqda maraqlı olmadığını, bununla da maraqlı tərəfin hüquqlarının ciddi şəkildə pozulduğunu deməyə imkan vermişdir. Belə ki, ekspert tərəfindən təqdim edilmiş məktubda tərəfin ekspertizada iştirak etməməsi halı ilə əlaqədar qərardadda qoyulmuş suallar cavablandırılmamış kimi qeyd edilmişdir. Məhkəmə bu hissədə tərəfin hansı səbəblərlə əlaqədar araşdırmada iştirak etməməsi kimi halın üzrlü yoxsa üzrsüz səbəbdən baş verməsi məsələlərini araşdıraraq, zəruri olan ekspert rəyinin əldə edilməsi üçün öz prosessual hüquq və vəzifələrindən istifadə etməli, yenidən ekspertizanın keçirilməsi üçün qərardad qəbul etməli idi. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsində də qeyd edil diyi kimi əmlakın yenidən qiymətləndirilməsində maraqlı hesab edilən tərəf cavabdehdir. Göründüyü kimi, məhkəmə işə baxarkən MPM-in 9, 14, 77, 88 və 217-ci maddələrinin tələblərinini də pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

38. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hal larının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 40. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə

1. Əsas anlayışlar... 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla i poteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir...”

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadı Bənd

11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Bənd 21....kredit müqavil əsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınla şdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetini n ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır.

42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi... 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsin dən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır”. “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya, kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka redmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin bu sahədə müəyyən etiyi tələblərə (bax § 40-41) əməl edilmişdir.

45. Belə ki, kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla tərəflər arasında ipoteka predmeti olan əmlakın ipoteka müqaviləsində göstərilmiş dəyəri cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş, lakin tədqiq olunan obyektə baxış keçirilməsi təyin edilmiş ta rixdə (2023-cü il 14 sentyabr) iş üzrə tərəflərin gəlməməsi səbəbindən obyektin yerləşdiyi ünvanın müəyyən edilməsi və məhkəmə tərəfindən qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.

46. Apellyasiya məhkəməsi MPM-in 97.5-ci maddəsinə istinad etməklə ekspertin məktubunda qeyd edilənləri və ekspertizanın keçirilməsində marağı olan şəxsin cavabdeh tərəf olduğunu nəzərə alaraq qeyd etmişdir ki, cavabdeh tədqiqat obyektinə baxış keçirilməsi təyin olunmuş vaxtda iştirak etməyərək dolayı yolla ekspertizanın keçirilməsinə maneə olduğundan ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində göstərilmiş qiymətə əsasən müəyyən edilməlidir.

47. İstinad olunan maddənin tələbinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə m ane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin g əldiyi nəticə əsaslandırılmışdır.

49. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq, apellyasiya məhkəməsinin ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən FM Consulting şirkəti tərəfindən müəyyən edilmiş qiymətə uyğun 240.000 manat məbləğində müəyyən edilməsi barədə gəldiyi qənaəti qanuni və əsaslı sayır.

50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 mart tarixli 2-2(103)-1 8/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar