Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-388/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: kredit müqavilələri üzrə borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hCavabdehim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hCavabdehimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “kredit müqavilələri üzrə pul tutulması, kredit müqavilələrinin ləğv edilməsi” tələblərinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli 2-2(107)-28/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan 2005-ci il 8 iyun tarixli 1857/665/08 №li kredit müqaviləsindən (bundan sonra – “2005-ci il müqaviləsi”) görünür ki, Cavabdeh ASC-yə (bundan sonra – “Cavabdeh”) İKB ASC-dən (bundan sonra – “NB”) illik 7 %-lə 60 ay müddətinə 2.449.161.000 manat (489.832,2 AZN) məbləğində kredit verilmişdir.
2. İş materiallarında olan 2006-ci il 31 mart tarixli 1817/859/10 №li kredit müqaviləsindən (bundan sonra – “2006-cı il müqaviləsi”) görünür ki, Cavabdeh-ya NB-dan illik 20 %-lə 12 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. İş materiall arında olan 2017-ci il 26 aprel tarixli 6-BİZ-4-0-36-17 №li kredit müqaviləsindən (bundan sonra – “2017-ci il müqaviləsi”) görünür ki, Cavabdehə NB-dan illik 16 %-lə 60 ay müddətinə 99.000 AZN məbləğində kredit verilmişdir.
4. İş materiallarında olan 2018-ci il 4 iyul tarixli 6-BİZ-5-0-50-18 №li kredit müqaviləsindən (bundan sonra – “2018-ci il müqaviləsi”) görünür ki, Cavabdehə NB-dan illik 16 %-lə 45 ay müddətinə 92.000 AZN məbləğində kredit verilmişdir.
5. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, NB 1994-cü il 25 fevral tarixində qeydiyyata alınmış, sonradan adı dəyişilərək İddiaçı ASC (bundan sonra-“İddiaçı”) adlandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə Cavabdehtları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 2020-ci il 2 mart tarixində Cavabdehə qarşı iddia ərizəsi və 2020-ci il 14 avqust tarixində “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək 2005-ci il müqaviləsi üzrə 44.222,84 AZN faiz, 160.975,1 AZN cərimə olmaqla cəmi 205.197,94 AZN, 2006-cı il müqaviləsi üzrə 293.926,42 ABŞ dolları faiz, 61.110,89 ABŞ dolları cərimə, cəmi 355.037,31 ABŞ dolları, 2017-ci il müqaviləsi üzrə 98.764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98.940,07 AZN, 2018-ci il müqaviləsi üzrə 92.000 AZN əsas, 26.414,9 AZN faiz, cəmi 118.414,9 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 2017 və 2018-ci il müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi on unla əsaslandırılmışdır ki, 2005 və 2006-cı il müqavilələri üzrə əsas borc məbləği tam ödənilsə də, birinci müqavilə üzrə Cavabdehin 44.222,84 AZN faiz, 160.975,1 AZN cərimə olmaqla cəmi 205.197,94 AZN məbləğində borcu, ikinci müqavilə üzrə isə 293.926,42 ABŞ dolları faiz, 61.110,89 ABŞ dolları cərimə olmaqla, cəmi 355.037,31 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin müqavilələr üzrə Cavabdeh tərəfindən ödənişlər edildikdə bank tərəfindən güzəştlər edilərək ödənilən borc məbləği faiz və cərimələrdən tutulmalı olduğu halda, əsas borcdan tutulmuşdur. Göründüyü kimi, bank tərəfindən Cavabdehə lazımi güzəştlər edilmişdir. Tərəflər arasında əməkdaşlıq davam etdirilmiş, 2017-ci il müqaviləsi üzrə ödənilməmiş 98.764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98.940,07 AZN, 2018-ci il müqavi ləsi üzrə isə ödənilməmiş 92.000 AZN əsas, 26.414,9 AZN faiz, cəmi 118.414,9 AZN borcu qalmışdır.
8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 279, 295, 442, 445.1, 445.2.1, 449, 450, 462-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
9. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdehin nümayəndələri izahatlarında iddia tələbini qismən etiraf edərək bildirmişlər ki, 2017-ci il müqaviləsi üzrə 98.764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98.940,07 AZN, 2018-ci il müqaviləsi üzrə 92.000 AZN əsas, 26.414,9 AZN faiz, cəmi 118.414,9 AZN borc mövcuddur. İddia tələbinin qalan hissədə iddia müddətinin tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.
10. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 13 avqust tarixli 2-2(117)-281/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 2020-ci il 29 dekabr tarixində məhkəməyə “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məktub ünvanlayaraq ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün tələb olunan əlavə sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasının mümkün olmamasını bildirmişdir.
11. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli 2-2(117)-3/2021 saylı qətnaməsi ilə aşağıdCavabdehılar qət edilmişdir (hCavabdehim – M.Hüseynov): 11.1. iddianın qismən təmin edilməsi; 11.2. Cavabdehdən 2017-ci il müqaviləsi üzrə 98.764,48 AZN əsas, 175,59 AZN faiz olmaqla, cəmi 98.940,07 AZN, 2018-ci il müqaviləsi üzrə 92.000 manat əsas, 26.414,9 AZN faiz, cəmi 118.414,9 AZN borc və 30 AZN dövlət rüsumunun tutulub İddiaçıya ödənilməsi; 11.3. 2017 və 2018-ci il müqavilələrinin ləğv edilməsi; 11.4. iddianın qalan hissədə rədd edilməsi.
12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdı kimi olmuşdur: 12.1. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 2005-ci il müqaviləsinə əsasən 60 ay müddətinə illik 7% olmaqla 489.832,3 manat, 2006-cı il müqaviləsinə əsasən 12 ay müddətinə illik 20%-lə 500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 12.2. Qeyd edilən müqavilələr üzrə əsas borc məbləği tam ödənilmiş, birinci müqavilə üzrə 44.223 manat faiz, 160.975 manat cərimə, ikinci müqavilə üzrə isə 293.926 manat faiz, 61.111 manat cərimə borcu qalmışdır. 12.3. Cavabdehin nümayəndəsi qeyd edilən müqavilələ r üzrə “İddia müddətinin tətbiq edilməsi barədə” ərizə verdiyindən, məhkəmə həmin müqavilələr üzrə tələblərə iddia müddəti tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı həmin müqavilələr üzrə faiz və cərimə borclarının qaytarılmasını tələb etməkdə haqlı deyildir və iddia tələbi həmin hissədə rədd edilməlidir. 12.4. 2005-ci il müqaviləsi üzrə edilən son ödəniş 2012-ci il 31 avqust tarixində, 2006-cı il tarixli müqavilə üzrə 2012-ci il 7 fevral tarixində həyata keçirildiyindən, iddia müddətinin axımı müvafiq olaraq 2012-ci ilin 31 avqust və 7 fevral tarixlərindən başlamış və qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. 12.5. Məhkəmə iddia tələbinin 2017 və 2018-ci il müqavilələr üzrə borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, Cavabdeh tərəfindən iddia təl əbi həmin hissədə etiraf edildiyindən və məhkəmə tərəfindən etiraf qəbul edildiyindən, bu hal tərəflərin və digər şəxslərin hüquq və qanuni mənafelərinə zidd olmadığından iddia tələbi həmin hissədə təmin edilməlidir. 12.6. İddia tələbinin 2017 və 2018-ci il müqavilələrinin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 2017-ci il müqaviləsinin 7-ci, 2018-ci il müqaviləsinin 8-ci hissəsində öhdəliyin vaxtından əvvəl xitamı halları qeyd edilmişdir. Həmin müqavilələr üzrə borc məbləğinin İddiaçı-nin xeyrinə tutulması məhkəmə tərəfindən qət edildiyindən faktiki olaraq tərəflər arasında müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verilmişdir. Odur ki, həmin müqavilələrin formal olaraq qüvvədə qalması gələcəkdə Cavabdeh üçün əlavə öhdəliklər yaranmasına, lüzumsuz faiz və cərimə bor clarının hesablanmasına səbəb ola biləcəyindən, həmçinin İddiaçı da tələbində israrlı olduğundan həmin müqavilələr ləğv edilməlidir.
13. Məhkəmə bu qənaətini MM-in 371.2, 372.1, 373.2, 375.2, 377.2, 380, 384.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarına istinad edərək əsaslandırmışdır.
14. İddiaçı 2021-ci il 13 fevral tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instans iyası məhkəməsindəki icraat
15. Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli 2-2(107)28/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 26 yanvar tarixli e-2-2(117)-3/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – G.Abbasov, hCavabdehimlər – Ə.Məcidov və V.Məlikov).
16. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdCavabdehı kimi olmuşdur: 16.1. 2005-ci il müqaviləsi üzrə edilən son ödəniş 2012-ci il 31 avqust tarixində, 2006-cı il müqaviləsi üzrə 2012-ci il 7 fevral tarixində həyata keçirildiyindən, iddia müddətinin axımı müvafiq olaraq 2012-ci ilin 31 avqust və 7 fevral tarixlərindən başlamış və qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. 16.2. Kollegiya iddia tələbinin 2017 və 2018-ci il müqavilələri üzrə borcun tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh tərəfindən iddia tələbi həmin hissədə etiraf edilmiş və birinci instansiya məhkəməsi tərəfindən etiraf qəbul edilərək bu hal tərəflərin və digər şəxslərin hüquq və qanuni mənafelərinə zidd olmadığından iddia tələbi həmin hissədə təmin edilmişdir. 16.3. Apellyasiya şikayətində “iddia tələbinin təmin olmayan hissəsi üzrə 2005 və 2006-cı il müqavilələri üzrə Cavabdeh tərəfindən sonuncu ödəniş 2012-ci il tarixində aparılmışdır. Bundan sonra Cavabdeh ilə İddiaçı arasında məhkəmədənkənar qaydada borcun ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilmiş və bu səbəbdən Cavabdehdən kredit borcunun tutulması ilə ba ğlı iddia tələbi ilə tərəfimizdən məhkəməyə müraciət edilməmişdir. Lakin Cavabdeh bundan sonrakı müddət ərzində də borcunu ödəməmişdir. Ona görə də hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir” dəlili ilə bağlı qeyd edilir ki, İddiaçı Cavabdeh ilə məhkəmədənkənar qaydada borcun ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilməsi ilə bağlı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına təqdim etmişdir. Ona görə də apellyasiya şikayətinin həmin dəlili əsassızdır. 16.4. Bundan əlavə kollegiya apellyasiya şikayətində “Cavabdehin nümayəndəsi kimi məhkəmədə iştirak edən və Cavabdehin baş direktoru vəzifəsini icra edən şəxs qismində tanıdığı Şəxs (bundan sonra – “X1”) məhkəmə baxışı dövründə Cavabdehin nümayəndəsi qismində məhkəmədə iştirak etmək hüququnun olub-olmaması aydınlaşdırmamışdır” barədə dəlili ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab etmişdir. 16.5. İşdə olan “iddia müddətinin tətbiq edilməsinə dair” ərizədən görünür ki, ərizə Cavabdehin baş direktoru X1 tərəfindən imza edilərək möhürlə təsdiq edilmişdir. 16.6. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdehın qanuni təmsilçisi X1-dir. 16.7. Göründüyü kimi, Cavabdehin qanuni təmsilçisi X1-in “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəni imzalamaq sələhiyyəti olmuşdur.
17. Məhkəmə bu qənaətini MM-in 371.2, 372.1, 375.2, 380-ci, MPM-in 14.2, 77.1, 88, 217, 220.4, 384.0.1-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barəd ə 2004-cü il 11 iyun tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə Cavabdehtlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – “AMP”) KMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli 04 nömrəli qərarına, İnsan Hüquqları Avropa Məhkəməsinin (bundan so nra – “İHAM”) “Delkart Belçikaya qarşı” iş üzrə 1970-ci il 17 yanvar tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 1982-ci il 1 oktyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
18. İddia tərəfi 2021-ci il 3 iyun tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
19. MM-in 372.2, 375.2, 379 və 382-ci maddələrinin təfsirindən belə məna hasil olur ki, burada şəxs dedikdə yalnız fiziki şəxslərdən söhbət gedir. Bunu da onunla əsaslandırırıq ki, hüquqi şəxslərə münasibətdə fiziki şəxslər zəif tərəfdir və qanunvericilik onların hüqu qlarını hüquqi şəxslərə nisbətdə bir addım öndə sayaraq, sanki öz müdafiəsi altına almış olur. Bu da fiziki şəxslər üçün hüquqi şəxslərin qarşısında dayanıqlılıq yaradır və onlar öz hüquqlarını daha rahat şəkildə müdafiə etmək imkanı əldə edirlər. Bu işdə cavabdeh tərəf hüquqi şəxsdir və Cavabdeh-nin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməklə fiziki şəxslərə aid edilən hüquqdan sui-istifadə etməklə öz mənafelərini qoruya bilməz, ona görə də onun bu ərizəsi nəzərə alınmamalıdır. Necə ki, iddiaçı olaraq bankın müddətin ötürülməsinin üzrlü hesab olunmasına dair ərizə vermək hüququ dar çərçivəyə alınmış, eynilə bu vəziyyət iddia müddətinin tətbiqi ilə bağlı ərizənin də verilməsinə şamil edilir.
20. MM-in 399.3-cü maddəsinin tələbindən çıxış edərək deyə bilərik ki, nə qədər borclu müqa vilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərtdə nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur, onda, Cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur (MM-in 399-cu maddəsinin 3-cü bəndi, KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarı). Ümumi qayda belədir ki, tərəflər müqavilənin qüvvədə olma müddəti bitənədək müqavilə üzrə öhdəliklərini lazımınca icra edirlər. Belə halda öhdəliyin lazımınca icra edilməsi anı ilə müqavilənin qüvvəd ə olma müddətinin başa çatması məqamı bir-birinə uyğun gəlib üst-üstə düşür. Göstərilən vəziyyətdə müqavilənin qüvvədə olma müddətinin başa çatması avtomatik olaraq müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verir (şübhəsiz ki, hər hansı bir şərtdən asılı olmayaraq). Göründüyü kimi, nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya instansiya məhkəməsi bu məsələni araşdırmışdır.
21. Cavabdeh-nin Nizamnaməsinin 6-cı bəndinə əsasən, səhmdarların ümumi yığıncağı 6 aydan gec olmayaraq keçirilməlidir. Həmin Nizamnamənin 8.3-cü bəndinə əsasən Cavabdehin Baş direktoru səhmdarların ümumi yığıncağı tərəfindən 3 il müddətinə seçilir. Son 2 il ərzində Cavabdehin səhmdarlarının ümumi yığıncağı keçirilməmşidir və baş direktorun səlahiyyət müddətinin bitməsinə baxmayaraq, yeni baş direktor təyin edilməmişdir. Məhkəmədə Cavabdeh-nin nümayəndəsi və baş direktoru kimi iştirak etmiş X1 məhkəməyə təqdim etdiyi 2015-ci il 12 yanvar tarixli 02/k saylı əmrdən çıxarışa əsasən Cavabdehə direktor təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi bildirir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh-nin qanuni təmsilçisi X2. Lakin məhkəmə nəzərə almamışdır ki, sözügedən çıxarışın vaxtı bitmiş, yəni həmin çıxarışdakı məlumatlar 2018-ci ilədək olan son 3 ilin məlumatları olmuşdur. Həmin dövrdən sonrakı zaman kəsiyində isə Cavabdehin direktorunun kim olması, ən əsas da X1 olması bilinmir. Ona görə də bu məsələ araşdırılmalı və bunun nəticəsindən asılı olaraq iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə baxılamlıdır.
22. Kassator kassasiya şikayətini MM-in 372.2, 375.2, 379, 382-ci, MPM-in 14, 165, 220.4, 386, 417.1.4, 418.1, 418.2-ci maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirCavabdehçılarının izahatları
24. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İddia tərəfi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə Cavabdehtının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM- in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
28. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Mülki qanunvericiliyin şəxslərə görə qüvvəsi 9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir....” “Maddə
371. Müddətin sonuncu günündə hərəkətlərin yerinə yetirilməsi qaydası... 371.2. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tə rəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir”. “Maddə
384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:... 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;...” “Maddə
399. Müqavilənin qüvvəsi... 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır....”
29. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirCavabdeh edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual h üquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hCavabdehim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
220. Qətnamənin məzmunu... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirCavabdeh edən şəxslərin istinad etdiyi qanun və hüquqi Cavabdehtları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi Cavabdehtlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hiss əsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər....” “Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;...”
30. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarında qeyd edilmişdir ki: “Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətini n axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.”
31. KMP-nin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli qərarının izahında qeyd edilmişdir ki: “İstənilən məhkəmə Cavabdehtının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühCavabdehiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.”
32. KMP-nin “N.Məmmədovanın şikayəti üz rə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli qərarında qeyd edilmişdir ki: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.”
33. KMP-nin “MM-nin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında qeyd edilmişdir ki......kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinə əsasən, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
34. AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarında qeyd edilmişdir ki: “Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.”
35. İHAM-ın “Delkart Belçikaya qarşı” iş üzrə 1970-ci il 17 yanvar tarixli və “Piersack Belçikaya qarşı” iş üzrə 1982-ci il 1 oktyabr tarixli qərarlarında vurğulamışdır ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir.
37. Məhkəmə kollegiyası MM-in iddia müddətinin tətbiqinə dair müddəalarının yalnız fiziki şəxslərə aid olmasına dair dəlilini (bax yuxarıda § 19) tamamilə əsassız hesab edir.
38. MM-in 9.1-ci maddəsinə (bax yuxarıda § 28 ) görə, mülki qanunvericilik bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir.
39. Bu o anlama gəlir ki, MM-in ayrı-ayrı normalarında onların aid olduğu subyektlər konkretləşdirilmirsə, daha doğrusu, normaların məhz fiziki və ya hüquqi şəxslərə yönəlməsi fərdiləşdirilmirsə, belə normalar müvafiq mülki hüquq münasibətlərinin bütün subyektlərinə şamil olunur.
40. Konkret olaraq iddia müddətinin tətbiqini nəzərdə tutan MM-in 375-ci maddəsində (bax yuxarıda § 28) “mübahisə tərəfi” ifadəsi işlədildiyindən həmin maddə mübahisə tərəfi olan bütün subyektləri, daha doğrusu, istər fiziki, istərsə də hüquqi şəxsləri özündə ehtiva etmişdir.
41. Qeyd etmək lazımdır ki, KMP-nin kredit münasibətlərindən yaranan mübahisələrə iddia müddətinin tətbiqi məsələlərinə dair hüquqi mövqeyini əks etdirən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edil məsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da kredit alanlar kimi hüquqi və fiziki şəxslərin bir-birindən fərqləndirilməməsi, iddia müddətinin tətbiqi institutunun məxsusi olaraq fiziki şəxslərə şamil edilməsi qənaətinə gəlinməməsi yuxarıda qeyd olunanları bir daha təsdiq edir.
42. Bundan başqa, KMP-nin həmin qərarının nəticə hissəsinin 1-ci bəndində birbaşa müəyyən olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində (bax yuxarıda § 28) nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
43. Kredit münasibətlərindən yaranan mübahisələrin tərəfləri kimi isə həm fiziki, həm də hüquqi şəxslər çıxış edə bildiyindən, habelə MM-in 372 və ya 375-ci maddələrində hər hansı subyektlərə istisna qoyulmadığından istər fiziki, istərsə də hüquqi şəxslər idd ia müddətinin tətbiqi institutundan eyni dərəcədə yararlana bilərlər.
44. Eyni zamanda, onu da bildirmək lazımdır ki, uzun illər ərzində mülki mühakimə icraatı üzrə məhkəmə təcrübəsi məhz bu istiqamətdə formalaşmışdır.
45. Bununla əlaqədar məhkəmə kollegiyasının mövqeyinə görə, kassatorun hazırkı dəlilində göstərilmiş məsələ ilə bağlı apellyasiya instansiya məhkəməsi maddi hüququn tətbiqində hər hansı pozuntuya yol verməmişdir.
46. Məhkəmə kollegiyası mübahisə predmeti olan kredit müqaviləsinin hazırda qüvvədə olmasına dair kassatorun dəlili (bax yuxarıda § 20) ilə razılaşmır.
47. Kassatorun hazırkı iş üzrə iddia müddətinin istənilən halda ötürülməməsi ilə bağlı öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi MM-in 399.3-cü maddəsindən (bax yuxarıda § 28) aydın olur ki, müqavilədə, müqavilə nin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olmasına dair şərt nəzərdə tutulmamışdırsa, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
48. Həmçinin kassatorun istinad etdiyi KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndinə (bax yuxarıda § 33) görə, kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinə əsasən, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
49. Bununla belə, MM-in 377.2-ci maddəsinə (bax yuxarıda § 28) görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
50. Eləcə də KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarının 2-ci bəndində müəyyən edilmişdir ki, MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
51. Hazırda mübahisə predmeti olan kredit müqavilələrində öhdəliklərin icra müddəti konkret müəyyən olunmuşdur. İşin materiallarından görünür ki, öhdəliklərin icra müddəti 2005-ci il 8 iyun tarixli müqavilə üzrə 2010-cu il 8 iyun tarixində, 2006-cı il 31 mart tarixli müqavilə üz rə 2007-ci il 31 mart tarixində bitmişdir.
52. Kassatorun özünün də qeyd etdiyi kimi, 2005-ci il 8 iyun tarixli müqavilə üzrə son ödəniş 2012-ci il 31 avqust tarixində, 2006-cı il 31 mart tarixli müqavilə üzrə isə 2012-ci il 7 fevral tarixində həyata keçirilmişdir.
53. Ona görə də sözügedən kredit müqavilələri üzrə iddia müddətinin axımı müvafiq olaraq 2012-ci il 7 fevral və 31 avqust tarixlərində başlamışdır.
54. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hər iki müqavilə üzrə 3 illik iddia müddəti məhkəməyə iddia verildiyi tarixədək (2020-ci il 23 iyul) başa çatmışdır, ona görə də məhkəmə hazırkı iş üzrə Cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq edərkən hər hansı maddi hüquq pozuntusuna yol verməmişdir.
55. Məhkəmə kollegiyası X1 Cavabdehin qanuni təmsilçisi olub-olma masının bilinməməsinə, bu məsələnin araşdırılaraq nəticəsindən asılı olaraq iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə baxılmalı olmasına dair dəlilini (bax yuxarıda § 21) də əsassız hesab edir.
56. Belə ki, işin materiallarında olan (İ cild, i/v 108) 2020-ci il 5 avqust tarixində çap edilmiş internet vergi idarəsinin kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatından aydın şəkildə görünür ki, Cavabdehin qanuni təmsilçisi X1 olmuşdur.
57. Bu baxımdan, 2020-ci il 17 avqust tarixində, yəni internet vergi idarəsinin kommersiya qurumlarının dövlət reyestri haqqında həmin məlumatının çap edildiyi tarixdən cəmi 12 gün sonra, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin Cavabdehin Baş direktoru kimi X1 tərəfindən imzalanması və Cavabdehin möhürü ilə təsdiq olunması, habelə Azərbaycan Re spublikası Vergilər Nazirliyi Dövlət Reyestrindən Çıxarışda Cavabdehin qanuni təmsilçisi kimi X1-in göstərilməsi həmin sənədin həqiqiliyinə əminlik yaradır.
58. Ona görə də məhkəmə kollegiyasının qənaəti belədir ki, bu məsələ ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və yenidən araşdırma aparılması üçün hüquqi əsas(lar) yoxdur.
59. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 aprel tarixli 22(107)-28/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.