Məhkəmə qərarları › İş №2-2(102)-388/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-388/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-388/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Kəndli (Fermer) Təsərrüfatı" MMC-yə qarşı iş üzrə Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “iddiaçı”) cavabdeh Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı borc tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarixli 2-2(104)-09/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən v erilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2012-cü il 24 iyul tarixli 026 nömrəli kredit müqaviləsinin şərtlərinə görə, cavabdehə bank tərəfindən illik 7% olmaqla, 60 ay müddətinə 200.000 manat məbləğində borc pul verilməsi nəzərdə tutulmuşdur.

2. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2013-cü il 25 iyul tarixli 024 nömrəli kredit müqaviləsinin şərtlərinə görə, cavabdehə bank tərəfindən illik 8% olmaqla, 60 ay müddətinə 24 aylıq güzəştlə 2.000.000 manat məbləğində borc pul verilməsi nəzərdə tutulmuşdur.

3. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2014-cü il 16 sentyabr tarixli 204 nömrəli kredit müqaviləsinin şərtlərinə görə, cavabdehə bank tərəfindən illik 6% olmaqla, 36 ay müddətinə 18 aylıq güzəştlə 15.000 manat məbləğində borc pul verilməsi nəzərdə tutulmuşdur. 4. 2017-ci il 23 iyun tarixli müəssisədəki payın alğı-satqısı müqaviləsinin şərtlərinə görə, H.S.M oğlu (bundan sonra – “S.H”) cavabdehdəki payını H.İ.A oğluna satmışdır.

5. H.İ.A oğlunun iddiaçının rəhbərliyinə ünvanladığı ərizənin surətindən görünür ki, heyvandarlığın inkişafı üçün cavabdehin adına olan 2012-ci il 24 iyul tarixində verilmiş 200.000 manat, 2013-cü il 25 iyul tarixində verilmiş 800.000 manat, 2013-cü il 26 iyul tarixində verilmiş 800.000 manat, 2013-cü il 29 iyul tarixində verilmiş 400.000 manat, 2014-cü il 17 sentyabr tarixində verilmiş 15.000 manat və müasir heyvandarlıq kompleksinin yaradılması üçün Y.H.Q qızının adına olan 10.000.000 manat öhdəliklərin ona ötürülməsi üçün lazımi sərəncam verilməsini xahiş et mişdir. Kreditin vaxtında ödənilməsi məsuliyyətini bilmiş və bununla tam razı olmuşdur. MMC, müəssisəsinin kapitalının alqı-satqı müqaviləsinə əsasən ona məxsusdur. 6. 2018-ci il 9 avqust tarixli məktubdan görünür ki, cavabdehə məktubun ona çatdığı vaxtdan etibarən 5 gün müddətində borcun iddiaçıya ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 2019-ci il 13 sentyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 2012-ci il 24 iyul tarixli 026 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 105.555,48 manat, hesablanmış faiz 2.674,79 manat, cərimə borcu 2.572,07 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına ə sasən hesablanan faiz borcu 14.490,42 manat, cəmi 125292.76 manat, 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 1.995.215,31 manat, hesablanmış faiz 261.761,16 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 152.966,51 manat, cəmi 2.409.942,98 manat və 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 14.909,72 manat, hesablanmış faiz 1.424,87 manat, cərimə borcu 593,23 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1.622,67 manat, cəmi 18.550,49 manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxa rılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il 24 iyul tarixli 026 nömrəli, 2013cü il 25 iyul tarixli 024 nömrəli və 2014-cü il 16 sentyabr tarixli 204 nömrəli kredit müqavilələri (bax yuxarıda §§ 1-3) üzrə yaranmış borcun ödənilməsi barədə cavabdehə müraciət olunsa da, borc məbləği ödənilməmişdir.

9. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 317, 319, 442, 443, 445, 448, 449, 465-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 34, 36, 39, 41.2, 47.5, 59.3, 59.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 33, 149, 150-ci maddələrinə istinad olunmuşdur.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

11. Gəncə İnziba ti-İqtisadi Məhkəməsinin 2019-cu il 23 oktyabr tarixli e-2-2(083)628/2019 saylı qətnaməsi ilə iddia (bax yuxarıda § 7) təmin olunmuşdur (hakim – K.Rzayev).

12. Məhkəmə qeyd etmişdir ki, 2014-cü il 24 iyul, 2013-cü il 25 iyul və 2014-cü il 16 sentyabr tarixli kredit müqavilələri üzrə bank tərəfindən cavabdehə kredit verilmiş, cavabdeh isə müqavilələrin şərtlərini pozmuş, ona olunmuş xəbərdarlığa baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 2 nömrəli Qərarına, MPM-in 14.2, 77.1, 80, 81, 88, 106.1, 216.1, 217, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışd ır.

14. Cavabdeh 2019-cu il 25 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 2 mart tarixli 2-2(104)-28/2020 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 2013-cü il 25 iyul tarixli 024 saylı, 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqavilələrindəki H.S.M oğlu adının qarşısındakı imzalar H.S.M oğlu tərəfindən icra edilmişdirmi?

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 11 noyabr tarixli 4/376 saylı ekspert rəyindən görünür ki, 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsinin 2- ci vərəqində “Borcalan” qrafasında “H.S.M oğlu” yazılarının önündəki imza H.S.M oğlu tərəfindən icra olunmuşdur. 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsinin 1-ci vərəqinin aşağı sağ tərəfindəki imza və 2-ci vərəqində “Borcalan” qrafasında “H.S.M oğlu” yazılarının önündəki imza H.S.M oğlu tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

17. Gəncə Apellyasiya Məhkəməsinin 2021-ci il 9 iyul tarixli 2-2(104)-09/2021 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - İş materiallarında olan 501501 nömrəli çekin ön səhifəsindəki “İmzalar” sözünün qarşısındakı və həmin çekin arxa səhifəsindəki “İmzalar” sözünün və “çekdə göstərilən məbləği aldım” cümləsinin qarşısındakı imzalar H.H.S oğlu və ya H.S.M oğlu tərəfindən icra edilmişdirmi? - İş materiallarında olan 785907 nömrəli çekin ön səhifəsindəki “İmzalar” sözünün qarşısındakı və həmin çekin arxa səhifəsindəki “İmzalar” sözünün və “çekdə göstərilən məbləği aldım” cümləsinin qarşısındakı imzalar H.H.S oğlu və ya H.S.M oğlu tərəfindən icra edilmişdirmi?

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 20 oktyabr tarixli 4/1340 saylı rəyindən görünür ki, işin 216-cı vərəqəsində H.S.M oğlunun adına olan 2014-cü il 26 sentyabr tarixli 785907 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar H.S.M oğlu tərəfindən icra olunmuşdur. İşin 215-ci vərəqəsində H.H.S oğlunun adından olan 2012-ci il 24 iyul tarix li 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar H.H.S oğlu tərəfindən yox, başqa şəxs tərəfindən imza edilmişdir. İşin 215-ci vərəqəsində H.H.S oğlunun adından olan 2012-ci il 24 iyul tarixli 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imza, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalar H.S.M oğlu tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin “3” bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Həmin bənddə göstərilmişdir ki, tədqiq olunan imzalar, ekspertizaya təqdim edilmiş mülki işin 215-ci vərəqələrində H.H-ın adından olan 2012-ci il 24 iyul ta rixli 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imzadan, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzalardan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaları S.H-ın xətt və imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, tədqiq olunan imzanın oxşadılmaqla icra olunması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların S.H tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, həmin imzaların S.H tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı.

19. G əncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarixli 2-2(104)-09/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, cavabdehdən 14.909,72 manatın tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmiş, məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 299 manatın iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuş, apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir (sədrlik edən– A.Hüseynzadə, hakimlər – L.Süleymanov və Ş.Rzaquliyev).

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə 2012-cü il 24 iyul tarixli 026 nömrəli kredit müqaviləs inə əsasən, illik 7% olmaqla, 60 ay müddətinə 200.000 manat, 2013-cü il 25 iyul tarixli 024 nömrəli kredit müqaviləsinə əsasən, illik 8% olmaqla, 60 ay müddətinə 24 aylıq güzəştlə 2.000.000 manat və 2014-cü il 16 sentyabr tarixli, 204 nömrəli kredit müqaviləsinə əsasən, illik 6% olmaqla, 36 ay müddətinə 18 aylıq güzəştlə 15.000 manat məbləğində borc pul verildiyini iddia etsə də, iddiaçının iddiası öz təsdiqini tapmamışdır.

21. Belə ki, məhkəmə kollegiyasının iclasında müstəqil tələb sürməyən üçüncü şəxs H.Hüseynov izahat verib bildirmişdir ki, 2012-ci il 24 iyul tarixli kredit müqaviləsindəki imza ona məxsus olsa da, bank tərəfindən ona kredit müqaviləsində göstərilən pul məbləği verilməmişdir. Buna görə də həmin kredit müqaviləsi üzrə pulun götürülməsini təsdiq edən çekdəki imzanın H.H-a məxsus olması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 20 oktyabr tarixli 4/1340 saylı rəyi ilə 2012-ci il 24 iyul tarixli 501501 nömrəli çekin üz tərəfində “İmzalar” qrafasındakı imzanın, həmin çekin arxa tərəfində “İmzalar” və “Çekdə göstərilən məbləği aldım” qrafalarındakı imzaların H.H tərəfindən yox, başqa şəxs tərəfindən imza edilməsi müəyyən edilmişdir. Beləliklə, 2012-cü il 24 iyul tarixli 026 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bağlanılması müəyyən edilsə də, müqavilədə nəzərdə tutulan 200.000 manat pul məbləğinin cavabdehə verilməsi sübut olunmamışdır. Buna görə də iddianı həmin müqavilə üzrə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

22. Bundan başqa, Məhkəmə Ek spertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 2020-ci il 11 noyabr tarixli 4/376 saylı ekspert rəyi ilə 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsindəki imzanın S.Hüseynov tərəfindən icra olunması müəyyən edilsə də, həmin kredit müqaviləsi üzrə 2.000.000 manat vəsaitin cavabdehə verilməsi ilə bağlı kassa məxaric çeki iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin iddiaçının nümayəndəsi hazırkı iş üzrə sənədlərin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürüldüyünü bildirdiyindən 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə kassa məxaric çeklərinin əsli olduğu təqdirdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Apellyasi ya Məhkəməsinə təqdim edilməsi tələb edilmiş, lakin həmin orqan tərəfindən də qeyd olunan kassa məxaric çeklərinin əsli və ya surəti məhkəməyə təqdim edilməmişdir. Hərçənd ki, iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2017-ci il 26 dekabr tarixli götürmə protokolundan 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə hər hansı bir kassa məxaric çekinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən götürülməsi müəyyən edilməməkdədir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında çek kitabçasına əsasən, 800.000, 80.000 və 400.000 olmaqla, 3 dəfəyə həmin pulun nağd şəkildə hesabdan çıxarılması görünməkdədir. Lakin həmin pulun cavabdehin səlahiyyətli şəxslərinə verilməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Buna görə də iddianı həmin müqavilə üzrə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

23. Bundan başqa, 2020-ci il 11 noyabr tarixli 4/376 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsindəki imzanın S.Htərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilsə də, S.H adına olan 2014-cü il 26 sentyabr tarixli 785907 nömrəli çekdəki imzanın S.H tərəfindən icra olunması müəyyən edilmişdir ki, məhkəmə kollegiyası qeyd olunan çekdəki məbləğin müqavilədən yaranan öhdəlik üzrə deyil, əsassız varlanmadan irəli gələn tələb üzrə təmin edilməli olması qənaətinə gəlmişdir. Belə ki, 2020-ci il 11 noyabr tarixli 4/376 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə tərəflər arasında 2014-cü i l 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsinin bağlanması istisna olunmaqdadır. Lakin həmin kredit müqaviləsində 10 gün sonra, yəni 2014-cü il 26 sentyabr tarixində 785907 nömrəli çeklə cavabdehin rəhbəri S.H-ın bankdan 15.000 manat pulu götürməsi təsdiq olunmaqdadır. Tərəflər arasında 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsinin bağlanması müəyyən edilmədiyindən həmin müqavilə üzrə hesablanmış 1.424,87 manat faiz, 593,23 manat cərimə öhdəliyin icrasının gecikdirilməsinə görə 1.622,67 manat faiz məbləğinin tutulması əsassız hesab olunur. Buna görə də iddiaçının tələb etdiyi 14.909.72 manat əsassız varlanma qaydalarından irəli gələrək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 739, 1091, MPM-in 1 4.2, 77.1, 119.1, 217.2, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 31 yanvar tarixində iddiaçıya, 2022-ci il 3 yanvar tarixində cavabdehə çatdırılmışdır.

26. İddiaçı 2022-ci il 18 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Cavabdeh 2022-ci il 1 aprel tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri

28. MM-in 386.1-ci maddəsi üzrə - Keçirilən ekspertizalarda 2012-ci il 24 iyul tarixli (200.000 AZN) kredit müqaviləsindəki imzanın cavabdehin həmin dövrdəki rəhbəri H.Hüseynova məxsus olması müəyyən edilmiş, həmçinin məhkəmə prosesində də cavabdehin keçmiş direktoru H.H bunu etiraf etmişdir. Ekspert rəyində 200.000 manat məbləğin alınmasına dair kassa məxaric orderində H.H-ın imzasının olmadığı, sonrakı direktor S.H-ın imzasının isə olub-olmaması müəyyən edilməmişdir. Ekspert rəyində 2013cü il 25 iyul tarixli (2.000.000 AZN) kredit müqaviləsindəki imzaların cavabdehin direktoru S.H-a məxsus olduğu müəyyən olunmuş, lakin məbləğin məxaricinə dair kassa məxaric orderi aşkar olunmadığına görə isə məbləğin kimə verilməsi müəyyən olunmamışdır. Ekspert rəyində 2014-cü il 16 sentyabr tarixli (15.000 AZN) kredit müqaviləsindəki imzanın S.Hüseynova məxsus olmadığı, kassa məxaric orderindəki i mzanın isə S.Hüseynova məxsus olduğu müəyyən edilmişdir. Bütün sübutlar kreditin faktiki olaraq mövcudluğunu göstərmişdir. Məhkəmə qərar qəbul edərkən ekspert rəylərini əsas götürərək həm kredit müqaviləsində, həm də kassa məxaric qəbzindəki imzaların cavabdehin direktoru S.H-a məxsus olması əsası ilə iddia tələbini rədd etmiş, lakin həmin imzaların altında cavabdehin möhürünün də mövcudluğunu nəzərə almamış, onun həqiqiliyini müəyyən etmək üçün ekspertiza təyin etməmişdir. Həmçinin cavabdeh kreditin xeyli hissəsini iddiaçıya davamlı olaraq ödəməsindən cavabdehin xeyrinə kredit verilməsi müəyyən olunur. Kassa məxaric orderindəki imzalar cavabdehin direktoruna məxsus olmasa belə, faktiki olaraq həmin kredit cavabdehə verilmiş, o da ödənişlər həyata keçirərək bu əqdi bəyənmişdir. Məhkəmələr bu ödənişlərin kim tərəfindən, hansı formada və nə vaxt aparıldığı, kredit müqaviləsinin onlar tərəfindən imzalanmadığı halda müəssisəyə məxsus və əsli olduğu mübahisələndirilməmiş, möhürlərin kredit müqaviləsinə və kassa mədaxil, məxaric orderlərinə kim tərəfindən vurulduğunu araşdırmamış, davamlı olaraq həyata keçirilən ödənişlərin kim tərəfindən aparılması, kassa mədaxil orderlərinin üzərindəki imzaların kimə məxsusluğu müəyyən edilməmişdir.

29. MM-in 324.5 və 357-ci maddələri üzrə - Məhkəmə kredit müqaviləsinin cavabdeh tərəfindən imzalandığını, lakin kassa məxaric orderində onun imzasının olmaması əsası ilə iddianı rədd edərkən cavabdehin kredit müqaviləsini imzalamaqla, müqavilə üzrə ödənişlər həyata keçirərək iradə ifadəsini bildirməsi və əqdi bəyənməsi halını araşdırmamışdır. Bütün sübutlar - kredit müqaviləsi, kassa mədaxil orderləri və s. kreditin faktiki olaraq mövcudluğunu, kassa məxaric orderi imzalanmasa belə, daha sonra ödənişlər həyata keçirildiyindən əqdin cavabdeh tərəfindən bəyənildiyini göstərmişdir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı üzrə - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsini n özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

31. MPM-in 101 və 101-1.3-cü maddələri üzrə - İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Çünki kredit müqavilələri üzrə imzaların cavabdehin nümayəndələrinə aid olması müəyyən olunmuşdur. Əgər kredit cavabdehə verilməsəydi o zaman 2012-ci ildən bəri kreditin niyə verilməməsi məsələsi cavabdeh tərəfindən mübahisələndirilərdi. Mühasibatlıq ekspertizası təyin edilməli və məbləği almadığını iddia edən cavabdehdən həmin dövrə aid olan balansından çıxarışlar və digər mühasibatlıq sənədləri tələb olunmalıdır. Cavabdeh hüquqi şə xsdir. Onun apardığı bütün əməliyyatlar, götürdüyü və ödədiyi kreditlər öz maliyyə hesabatında əks olunur. Bu sənədlər tələb olunaraq mühasibatlıq ekspertizası keçirilərsə, o zaman cavabdehin həqiqətən də kredit vəsaitindən istifadə edib-etməməsi aşkar olunacaqdır. Ekspert rəyi məhkəmənin gəldiyi nəticə üçün digər sübutlar ilə eyni hüquqi qüvvəyə malikdir, həmçinin ekspert rəyi əsassız olduğu halda təkrar ekspertiza təyin edilə bilər. Yəni, məhkəmə ekspert rəyini araşdırmadan onu mötəbər sübut kimi qiymətləndirib, hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutub, gəldiyi nəticədə tək ekspert rəyinə əsaslanmaqda haqlı olmamışdır.

32. MPM-in 102.2-ci maddəsinin tələbi pozulmuşdur. 2012-ci il 24 iyul tarixli (200.000 AZN) kredit müqaviləsində cavabdehin direktoru H.Hüseynovun imzasının o lduğu təqdirdə, kassa məxaric orderində H.H-ın imzasının olmaması müəyyən olunsa da, sonrakı direktor S.H-ın imzasının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu halda təkrar məhkəmə ekspertizasının keçirilməsinə ehtiyac yaranmışdır. Çünki həmin kredit üzrə cavabdeh tərəfindən 100.000 manatdan çox ödəniş həyata keçirilmişdir. Ekspertiza keçirilən zaman həmin mədaxil orderlərindəki imzaların da kimə məxsusluğu müəyyən olunmalıdır.

33. Digər məsələlər üzrə - Məhkəmənin araşdırmalı olduğu məsələlərdən biri də cavabdehlərin ziddiyyətli ifadələrinin olmasıdır. Onlar öz apellyasiya şikayətlərində ümumiyyətlə müqavilələri imzalamadıqlarını və bankdan pul götürmədiklərini bildirsələr də, ekspertiza keçirilərkən bunun düzgün olmadığı müəyyən olunmuşdur. Bundan başqa, cavabdehin direktoru 2 014-cü il 16 sentyabr tarixli müqavilə üzrə 15.000 məbləği götürmədiyini desə də, ekspert rəyində kassa məxaric orderindəki imzanın ona məxsus olduğu müəyyən edilmişdir. O, öz ifadəsində 15.000 manat məbləğində kredit ödənişi etdiyini, həmin ödənişi də 2013-cü il tarixli müqavilə üzrə apardığını məhkəmədə etiraf etmişdir (proses iştirakçılarının izahatı). Kredit şəxslərə deyil, cavabdehə verilmişdir. Hər bir hüquqi şəxsin maliyyə sənədlərində istifadə etdiyi kredit məbləğləri əks olunur. Vergi, maliyyə və mühasibatlıq sənədlərini tələb etməklə kreditdən istifadə olunub olunmaması müəyyənləşdirilə bilərdi. Ekspertin bütün imzaları müəyyən edib 2012-ci il 24 iyul tarixli kassa məxaric çekindəki imzanı müəyyən etməməsi ağlabatan olmamışdır. Həm H.Hüseynov, həm də S.H cavabdehə aidiyyəti olan şəxslərdir və kassa məxaric orderindəki imzalar onların hər ikisinə məxsus ola bilər. Məhkəmənin kassa məxaric orderinin tapılmadığı 2013-cü il 25 iyul tarixli (2.000.000 AZN) kredit müqaviləsi üzrə kreditin verilməməsi qənaətinə gəlməsi düzgün olmamış, iş üzrə digər sübutlar kredit müqaviləsinin imzalanması, kredit münasibətlərinin mövcudluğunu göstərmişdir. Məxaric orderinin tapılmaması ilə iddianı rədd etmək düzgün olmamışdır. Kreditin verilməsini cavabdehə məxsus mühasibatlıq sənədləri ilə də müəyyən etmək mümkün olmuşdur. Həmçinin cavabdeh apellyasiya şikayətində cavabdehin payının 2017-ci ildə Həsənov İsmət Anar oğluna satdığını bildirmişdir. Buna səbəb cavabdehin Banka olan borcunun əvəzi olaraq etməsi də mümkündür və bu hal da araşdırılmalıdır. b) Cavabdehin kassasiya şikayətinin d əlilləri

34. MM-in 385.1, 386.1, 386.2, 442, 739, 1091, 1092, 1095-ci maddələri üzrə Cavabdehin iddiaçı qarşısında iddia edilən hər hansı müqavilə öhdəliyi olmamış, cavabdeh tərəfindən iddiaçıdan hər hansı məbləğdə kredit müqaviləsi əsasında və ya digər əsaslarla pul götürülməmişdir. Məhkəmənin əsassız varlanmaya dair maddi hüquq normalarını əsas götürərək iddianı qismən təmin etməsi düzgün olmamışdır. İddiaçı özü də belə bir əsasla cavabdehə pul verildiyini iddia etməmişdir. Məhkəmə isə yuxarıda qeyd edilən maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə iddianı qismən təmin etmişdir.

35. MPM-in 14, 77, 81, 82, 88, 102, 103, 106, 217-ci maddələri üzrə - Apellyasiya məhkəməsi sübutlara düzgün qiymət verməməklə prosessual hüquq normalarını pozmuş və cavabdehin iddiaçıdan pul göt ürməsi qənaətinə gəlmiş, nəticədə maddi hüquq normasını da düzgün tətbiq etməyərək məsələyə əsassız varlanma kimi qiymət verməklə iddianı qismən təmin etmişdir. Belə ki, cavabdehin səlahiyyətli şəxsləri bağlanılması iddia edilən hər üç müqavilə üzrə iddiaçıdan heç bir məbləğdə pul götürülmədiyini, müqavilə və kassa məxaric orderlərinə (çeklərə) imza edilmədiyini bildirmişlər. Bu faktlar müvafiq ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. 204 saylı müqavilə üzrə isə ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin müqavilədəki cavabdehin təmsilçisi S.H-ın adı qarşısındakı imzalar onun tərəfindən icra olunmamışdır. Kassa məxaric orderindəki pulu alan şəxsin imzası ilə bağlı S.Hbildirmişdir ki, həmin imza ona məxsus deyildir, ona məxsus olduğu halda isə kredit verilməsi üçün banka müraciət etdikdə bankın əməkdaşları tərəfindən sənədlərə imza etdirilərkən xəbəri olmadan həmin sənədə də imza etdirmişlər. Belə ki, onun özünün bankda digər, yəni 2013-ci il 1 avqust tarixli 92 saylı kredit müqaviləsi əsasında 15.000 manat kredit öhdəliyi olmuş və o, kreditini bağlamışdır. Cavabdehin nümayəndəsinin bu barədə verdiyi izahat məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Lakin həmin izahat işin hallarına daha uyğun olmaqla inandırıcı olmuşdur. Çünki digər iki müqavilə ilə hər hansı məbləğdə pulun cavabdeh tərəfindən götürülməməsi müəyyən edilmiş, hətta həmin pulun başqa şəxslər tərəfindən götürülməsinə ehtimal olduğundan və məsələdə cinayətin əlamətləri aşkara çıxarıldığından məhkəmə xüsusi qərardad çıxararaq araşdırılması üçün prokurora göndərilməsini qərara almışdır. Belə olan halda 204 saylı müqavilə üzrə də pulun həqiqətən cavabdeh tərəfindən götürülməsini demək, sübutlara düzgün yanaşmamaq və ziddiyyətli mövqe olacaqdır. Qeyd edilən kassa məxaric orderi 204 saylı müqavilənin tərkib hissəsi olduğundan müqavilə kimi heç bir hüquqi qüvvəsi yoxdur. S.Hüseynovun iddiaçıdan müqavilə olmadan hər hansı məbləğdə pul götürməsi də qeyri mümkündür. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. S.Hüseynov 2022-ci il 4 iyun tarixində teleqram ilə müraciət edərək, qarşı tərəfin kassasiya təmin edilməməsini və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində veril miş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnamənin tam ləğvini tələb etsə də, onu faktiki olaraq yalnız iddia tələbinin təmin edildiyi hissədə, iddiaçı tərəf isə həmin qətnaməni bütövlükdə mübahisələndirmişdir. Odur ki, hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-nin 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq tam şəkildə yoxlanılacaqdır.

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məs ələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula v ə ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”

41. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın t əmin olunub-olunmadığını müəyyən edir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini (bax yuxarıda §§ 28-35) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin kassasiya şikayəti tam, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarixli 2-2(104)-09/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, 2012-cü il 24 iyul tarixli 026 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bağlanılması müəyyən edilsə də, müqavilədə nəzərdə tutulan 200.000 manat pul məbləğinin cavabdehə verilməsi sübut olunmamışdır. Belə ki, ekspert rəyinə görə, 2012-ci il 24 iyul tarixli 501501 nömrəli çekdəki HHS oğlunun adından edilmiş imzalar həmin şəxs tərəfindən yox, başqa şəxs tərəfindən edilmişdir.

44. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, həmin çekin üzərində cavabdehin möhürü də vurulmuşdur.

45. İşgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin adından imzalanan sənədlərin üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşların imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur.

46. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qap alı yerlərdə (xüsusi möhürlənən şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər.

47. Bu mənada, məhkəmə kollegiyasınin qənaəti belədir ki, hazırkı işdə mübahisə predmeti olan çekin üzərində müvafiq şəxsin imzası ilə yanaşı cavabdehin möhürünün vurulması cavabdehin rəhbərliyinin həmin aktdan məlumatlı olmasının, sənəddə göstərilənlərə etirazının olmadığının, habelə cavabdehin adından aktı imzalamış şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.

48. Cavabdeh tərəf həmin möhürün həqiqiliyini mübahisələndirməmiş, habelə möhürün çekə vurulmasının səbəbləri barədə hər hansı izahat verməmişdir. Ümumiyy ətlə, sözügedən çek imzalanan dövrdə möhürün oğurlandığı, itirildiyi, aidiyyəti dövlət orqanları tərəfindən götürüldüyü və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi iş materialları ilə müəyyən olunmur. 49. 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həmin müqavilə üzrə pulun cavabdehin səlahiyyətli şəxslərinə verilməsi məhkəmədə öz təsdiqini tapmamışdır.

50. İş materiallarında olan iddiaçı tərəfin məhkəməyə verdiyi 2019-cu il 10 iyul tarixli maliyyə arayışından (i/v 6) görünür ki, həmin tarixə cavabdehin 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.995.215,31 manat təşkil edir.

51. İddiaçı tərəf hə min müqavilə üzrə cavabdeh tərəfindən əsas borcdan 4.784,69 manat (2.000.000 – 1.995.215,31 manat) ödənildiyini bildirmiş, müqavilə üzrə məhkəməyə hesabdan çıxarışlar da təqdim etmişdir.

52. Əgər ASC-nin bildirdiyi kimi, 2013-cü il 25 iyul tarixli 024 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən həqiqətən də müəyyən məbləğdə banka borc ödənişləri həyata keçirilmişdirsə, bu ödənişlər kreditin cavabdeh tərəfindən alındığına dəlalət edir.

53. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən borc üzrə ödənişlərin həyata keçirilb-keçirilməməsinə öz qətnaməsində ümumiyyətlə qiymət verməmişdir.

54. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadən, 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsindəki imzanın Hüseynov Surxay Məmməd oğlu tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasını, 2014-cü il 26 sentyabr tarixli 785907 nömrəli çekdəki imzanın isə Hüseynov Surxay Məmməd oğlu tərəfindən icra olunmasını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, çekdəki məbləğlə bağlı tələb müqavilədən yaranan öhdəlik üzrə deyil, əsassız varlanmadan irəli gələn tələb üzrə təmin edilməlidir.

55. Halbuki iş materiallarında olan iddiaçı tərəfin məhkəməyə verilmiş 2019-cu il 12 iyul tarixli maliyyə arayışından (i/v 19) görünür ki, həmin tarixə cavabdehin 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsi üzrə əsas borcu 14.909,72 manat təşkil edir.

56. Göründüyü kimi, iddiaçı tərəf həmin müqavilə üzrə cavabdeh tərəfindən əsas borcdan 90,28 manat (15.000 – 14.909,72 manat) ödənildiyini bildirmiş, müqavilə üzrə məhkəməyə hesabdan çıxarışl ar da təqdim etmişdir.

57. Bundan başqa, iş materiallarında olan ASC-nin İdarə Heyətinin sədri VMİE Elnur Həmidovun imzası ilə verilmiş və ASC-nin möhürü ilə rəsmiləşdirilmiş 2015-ci il 15 iyul tarixli arayışın surətindən (i/v 116) görünür ki, həmin arayışa görə Hüseynov Surxay Məmməd oğluna 2013-cü il 1 avqust tarixli 92 saylı kredit müqaviləsinə əsasən 15.000 manat kredit verilmişdir, Hüseynov Surxay Məmməd oğlunun və MMC-nin ASC-də başqa heç bir öhdəliyi yoxdur.

58. İş materiallarına olan apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 15 fevral tarixli iclasının protokolundan görünür ki, cavabdeh həmin məsələni sözügedən iclasda da məhkəmənin diqqətinə çatdırmış və bu müqavilənin surətini məhkəməyə təqdim etmiş (i/v 171-172), sənəd iş materiallarına əlavə olunmuşdur (i/v 168-169).

59. Eyni zamanda, iş materiallarında olan ASC-nin İdarə Heyətinin sədri VMİE EH imzası ilə Göygöl rayon DSMF-yə göndərilmiş və ASC-nin möhürü ilə rəsmiləşdirilmiş 2015-ci il 15 iyul tarixli məktubun surətindən (i/v 116) görünür ki, HSM oğluna 2013-cü il 1 avqust tarixli kredit müqaviləsinə əsasən 15.000 manat kredit verilmiş, lakin borcalan hazırda kredit müqaviləsi üzrə öhdəliyi icra etmir.

60. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin materiallara heç bir qiymət verməmiş, onlara ümumiyyətlə istinad belə etməmişdir.

61. Belə olan halda, iddia ilə tələb olunan 15.000 manat vəsaitin hazırda mübahisə predmeti olmayan 2013-cü il 1 avqust tarixli 92 saylı kredit müqaviləsi və ya mübahisə predmeti olan 2014-cü il 16 sentyabr tarixli 204 saylı kredit müqaviləsi əsasında, yaxud da müqavilədənkənar qaydada verildiyi, həmin borcun qaytarılıb-qaytarılmadığı barədə birmənalı nəticəyə gəlmək olmur.

62. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan məsələlərlə bağlı işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, beləliklə MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 41) tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinin (bax yuxarıda § 41) tələblərinə uyğun olmayan əsassız qətnamə qəbul etmişdir.

63. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin kass asiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 dekabr tarixli 2-2(104)-09/2021 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar