Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-388/2023 08.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər "xxxx" ASC-ə, "xxxx" Şirkətinə, Cavabdeh4 Azərbaycan-Rusiya MMM və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-388/2023 Bakı şəhəri Açar sözlər: kredit müqavilələrinin ləğv edilməsi, tələbin daşınmaz əmlaka yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim X1 məruzəsi ilə, hakimlər Abiddin Qabil oğlu Hüseynov və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-10/2023 say lı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. 2009-cu il dekabrın 10-da İddiaçı ASC (bundan sonra –“iddiaçı”) ilə Cavabdeh4 Azərbaycan-Rusiya MMM (bundan sonra – “birinci cavabdeh”) arasında AK/M/038/2009 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən birinci cavabdehə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 1.000.000 (bir milyon) manat məbləğində kredit verilmişdir. 2. 2010-cu il mayın 14-də eyni tərəflər arasında AK/M/020/2010 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən birinci cavabdehə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 1.000.000 (bir milyon) manat məbləğində kredit verilmişdir. 3. 2011-ci il iyunun 14-də iddiaçı il ə Cavabdeh2 (bundan sonra - “ikinci cavabdeh”) arasında AK141/2011 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən ikinci cavabdehə 60 ay müddətinə, 6% dərəcəsi (24 ay güzəşt müddəti) ilə 500.000 (beş yüz min) manat məbləğində kredit verilmişdir.
4. Həmin müqavilələr üzrə alınmış kreditlərin təminatı olaraq iddiaçı ilə Cavabdeh3 (bundan sonra – “üçüncü cavabdeh”) arasında 2009-cu il 10 dekabr tarixli ZM/M/008/2009 saylı, 2010-cu il 14 may tarixli ZM/M/003/2010 saylı və 2012-ci il 3 oktyabr tarixli ZM035/2012 saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zamin üçüncü cavabdeh borclular birinci və ikinci cavabdehin iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onlarla birgə məsuliyyət daşımışdır.
5. Həmin müqavil ələr üzrə alınmış kreditlərin təminatı olaraq iddiaçı ilə "xxxx" ASC (bundan sonra – “dördüncü cavabdeh”) arasında 2009-cu il 24 dekabr tarixli AK/M/039/2009 saylı ipoteka müqaviləsi və 2010-cu il 14 may tarixli razılaşma, habelə, 2011-ci il 14 iyun tarixli AK145/2011 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqavilələrə əsasən dördüncü cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi iddiaçının xeyrinə ipoteka ilə yüklü olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat 6. 2014-cü il fevralın 7-də iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək birinci cavabdehlə bağlanmış 2009-cu il 10 dekabr və 2010-cu il 14 may tarixli, ikinci cavabdehlə bağlanmış 2011-ci il 14 iyun tarixli kredit müqavilələrinin ləğv edilməsi, sonradan iddia tələbinin həcmini faiz və cərimə borcu hissəsində artıraraq 2009-cu il 10 dekabr tarixli, AK/M/038/2009 saylı müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat (dörd yüz bir min doqquz yüz doğsan doqquz manat əlli bir qəpik), faiz borcu üzrə 47.526,59 manat (qırx yedi min beş yüz iyirmi altı manat əlli doqquz qəpik), cərimə borcu üzrə 1.377.043,30 manat (bir milyon üç yüz yetmiş yeddi min qırx üç manat otuz qəpik), 2010-cu il 14 may tarixli, AK/M/020/2010 saylı müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat (doqquz yüz səksən iki min beş yüz yetmiş iki manat iki qəpik), faiz borcu üzrə 100.498,78 manat (yüz min dörd yüz doğsan səkkiz manat yetmiş səkkiz qəpik), cərimə borcu üzrə 2.404.746,11 manat (iki milyon dörd yüz dörd min yeddi yüz qırx altı manat on bir qəpik), ikinci və üçüncü cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə 2011-ci il 14 iyun tarixli, AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 (beş yüz min) manat, faiz borcu üzrə 104.417,60 manat (yüz dörd min dörd yüz on yeddi manat altmış qəpik), cərimə borcu üzrə 591.399,63 manat (beş yüz doğsan bir min üç yüz doğsan doqquz manat altmış üç qəpik) və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin dördüncü cavabdehə məxsus olan ünvan 2 ünvanda yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına birinci və ikinci cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı sə bəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda, borcun qalıq hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında iddiaçının nümayəndəsi tərəfindən müqavilə şərtlərinin pozulması, borcun mövcudluğu, tələbin əsasları, cavabdehlərin nümayəndəsi tərəfindən isə borcun ödənilməməsi səbəblərinin nədə ifadə olunması istiqamətində izahatlar verilmiş, borcun mövcudluğu mübahisələndirilməmişdir.
8. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 2 iyun tarixli 2(81)-32/2015 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, birinci və üçüncü cavabdehdən müştərək qaydada 2009-cu il 10 dekabr tarixli müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat (dörd yüz bir min doqquz yüz doğsan doqquz manat əlli bir qəpik), faiz borcu üzrə 47.526,59 manat (qırx yedi min beş yüz iyirmi altı manat əlli doqquz qəpik), 2010-cu il 14 may tarixli müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat (doqquz yüz səksən iki min beş yüz yetmiş iki manat iki qəpik), faiz borcu üzrə 100.498,78 manat (yüz min dörd yüz doğsan səkkiz manat yetmiş səkkiz qəpik), ikinci və üçüncü cavabdehdən müştərək qaydada 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 (beş yüz min) manat, faiz borcu üzrə 104.417,60 manat (yüz dörd min dörd yüz on yeddi manat altmış qəpik) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, birinci cavabdehlə bağlanmış 2009-cu il 10 dekabr tarixli AK/M/038/2009 saylı və 2010-cu il 14 may tarixli AK/M/020/2010 saylı, ikinci cavabdehlə bağlanmış 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı kredit müqavilələrinin ləğv edilməsi, borc məbləğlərinin dördüncü cavabdehə məxsus olan əmlak kompleksinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına birinci və ikinci cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun cavabdehlərin başqa əmlaklarına yönəldilməklə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi göstərmişdir ki, “cavabdeh müqavilə öhdəliklərinə əməl etmədiyindən, qaytarılması nəzərdə tutulan məbləğləri vaxt ı çatanadək qaytara bilmədiyindən tələb olunan əsas borclar və ona hesablanmış faizlər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Borclunun öhdəliyin icra olunmamasında təqsiri işin materialları ilə sübut olunmadığından, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Belə ki, iddiaçı lazımi anda cavabdehə ödəyəcəyi pulları vaxtında ödəmədiyindən, cavabdeh lazımi malları satışın pik vaxtında bazara çıxara bilmədiyindən xeyli ziyan çəkməli olmuşdur ki, bu da öhdəliyi vaxtında yerinə yetirməyə imkan verməmişdir. Bu səbəb cavabdehin kreditin vaxtında qaytarılmasında təqsirli hesab olunmamasına əsas verir.”
10. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 445.5, 448.1, 458.1, 458.2 və 462.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Birinci, ikinci və üçüncü cavabdehlər tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 sentyabr tarixli 2-1(103)-8/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmiş, iddia rədd olunmuşdur (sədrlik edən hakim C.Yusifov, hakimlər V.Ağayev və M.Tağızadə).
13. Apellyasiya məhkəməsində icraat zamanı ikinci cavabdehin nümayəndəsi məhkəmə kollegiyasına ödəniş qəbzlərini təqdim edərək məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməs ini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 5 may tarixli qərardadı ilə kredit borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspert rəyi tədqiq edilərkən ödəniş kimi nəzərə alınan 10 ədəd ödəniş qəbzi iddiaçı tərəfindən mübahisələndirilmiş, cavabdehlər tərəfindən məhkəmə kollegiyasına bank hesabından çıxarışlar, ödəmə qəbzlərinin təqdim edilməsi, onlarda olan göstəricilərin tərəflər arasında mübahisələrin yaranmasına səbəb olması, Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 23 dekabr tarixli, 2-2(103)-251/16 saylı yeni qərardadı ilə iş üzrə “əlavə-komisyon, kompleks məhkəmə mühasibatlıq və sənədlərin məhkəmə-texniki ekspertizası” təyin edilmişdir.
15. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2017-ci il 15 fevral tarixli və 2017-ci il 21 iyun tarixli “sənədlərin texniki ekspertizası” rəyləri ilə cavabdeh tərəfindən sonradan təqdim edilən 10 ədəd ödəmə qəbzlərinin müxtəlif üsul və vasitələrin köməyi ilə yaradılan saxta qəbzlər olması təsdiq olunmuşdur.
16. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2017-ci il 15 avqust tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, 10 ədəd qəbzlərdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim olunmadığından ödəmə kimi öz əksini tapmasını müəyyən etmək mümkün olmadı. İş materiallarında yalnız bankın həmin qəbzlərdəki ödənişlərə dair bir qisim qeydiyyat kitabından çıxarışları (kserosurətlər) mövcuddur. Həmin qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilmir. Bundan əlavə qeydiyyat kitab ından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də, 10 ədəd qəbzlərdəki pul məbləğlərinin həmin məbləğlərə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır. Məhkəmə 2017-ci il 15 avqust tarixli rəyi əsas götürərək vurğulamışdır ki, mübahisəli ödəmə qəbzlərinin mötəbər sübut kimi qəbul edilməsi istisna olunsa da, məhkəmə ekspertizasının - bank çıxarışlarına, o cümlədən, cari, ssuda, faiz və cərimə hesablarından çıxarışlar - müştərilərlə bağlanmış kredit müqavilələri üzrə kredit verilməsini, ödənilməsini, faizin, cərimənin hesablanmasını və silinməsini əks etdirən gücə malik bankdaxili ilkin mühasibat sənədlərinə əsasən cavabdehlərin mübahisələndirilən üç kredit müqavi ləsi üzrə iddiaçı banka borclarının müəyyən olunmadığını əks etdirən nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməlidir.
17. İddiaçı kassasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 fevral tarixli, 2-2(102)-63/2018 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim K.Bədəlov, hakimlər İ.Dadaşov və A.Hüseynov).
19. Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin m ötəbər sübut kimi qəbul etdiyi ekspert rəyində ümumi şəkildə saxta qəbzlərdəki məbləğlərin hesabdan çıxarışlarda ödəniş kimi öz əksini tapması göstərilmişdir. Lakin məhz hansı qəbzlərdəki, hansı məbləğlərin və nə vaxt ödənilməsi göstərilməmiş, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlara konkret istinad edilməmişdir. Ekspert qarşısına qoyulan suallarla bağlı bildirilmişdir ki, qəbzlərdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitabları təqdim edilmədiyindən onların ödəmə kimi öz əksini tapmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında yalnız bankın həmin qəbzlərdəki ödənişlərə dair bir qisminin qeydiyyat kitabından çıxarışları mövcud olmuşdur. Həmin qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğlərinin kim tərəfindən mədaxil olması göstərilm işdir. Qeydiyyat kitabından çıxarışlarda mədaxil məbləğləri göstərilsə də 10 ədəd qəbzdəki pul məbləğlərinin həmin məbləğlərə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin iş materiallarında olan hesabdan çıxarışlarda 10 ədəd ödəmə qəbzindəki ödəmələrin əksər hissəsi öz əksini tapmışdır. Rəydə ümumi olaraq saxta qəbzlərdəki ödəmələrin əksər hissəsinin öz əksini tapmasına heç bir aydınlıq gətirilməmiş, “əksər hissə” dedikdə, məhz hansı qəbzlərdəki ödənişlərin hesabdan çıxarışlarda öz əksini tapdığı göstərilməmiş, bundan əlavə, ödənişi öz əksini tapmayan qəbzlərlə bağlı da konkret heç bir məlumat qeyd edilməmişdir. Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş mütəxəssis rəyi də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Halbuki, hə min rəydə birmənalı olaraq göstərilir ki, mübahisələndirilən on ədəd qəbzdəki ödənişlər bank hesabından çıxarışlarda öz əksini tapmamışdır. Sadalanan xüsusatlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən ziddiyyətli məqamları aydınlaşdırmamış, ekspertin ümumi olaraq yazdıqlarını mötəbər sübut olaraq qəbul etmişdir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyində istinad edilən saxta qəbzlərdə olan məbləğlərin heç biri nə bankın əməliyyat sistemində, nə də kassa kitablarında mövcud deyildir. Qeyd edilənlər isə sözügedən ekspert rəyinin obyektivliyini şübhə altına almağa kifayət qədər əsas verir. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara əhəmiyyət verməmişdir. Ekspert rəyində olan çatışmazlıqların və ziddiyyətlərin aradan qaldırılması məq sədilə iş üzrə yenidən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə edilməlidir.
21. Məhkəmə qərarında öz qənaətini MPM-in 88, 101.2, 102.1, 102.2, 103, 418.1-ci maddələrinə və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli, 2-2(103)-84/2019 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçının cavabdehlərə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası tə min olunmamışdır (sədrlik edən hakimlər K.Abiyeva, hakimlər Ü.Mayılov və A.Nuriyeva).
23. Kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası olaraq iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış, ekspertiza qarşısında həm həmin qəbzlərdəki ödəmələr nəzərə alınmaqla, həm də nəzərə alınmamaqla hər üç kredit müqaviləsi üzrə iddianın qaldırıldığı və müqavilələrin müddətinin bitdiyi tarixlərə borcunun miqdarının müəyyən edilməsinə dair suallar qoyulmuşdur.
24. Məhkəmə araşdırması ilə işin materiallarına, o cümlədən Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsasən tərəflər arasında bağlanmış hər üç kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən alınmış öhdəliklərin yerinə yetirildiyi, kredit məbləğlərinin və ona hesablanmış faizlərin iddiaçıya qaytarıldığı, bununla da müqavilə öhdəliklərinin icra edildiyi sübuta yetirilmişdir.
25. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 527.1 və 528-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Qərarına istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 2019cu il 24 iyul tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. d) kassasiya instansiya məhkəməsində ikinci icraat
27. Azərbaycan Respublikası Ali M əhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 fevral tarixli, 2-2(102)-15/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli, 2-2(103)-84/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev).
28. Məhkəmə hesab etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, kassasiya instansiyası məhkəməsinin 2018-ci il 28 fevral tarixli, 2-2(102)-63/18 nömrəli qərarı ilə müəyyən edilmiş göstərişlərin icrası məqsədilə, məhkəmənin qərardadı ilə iş üzrə təkrar-əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert rəyində, eləcə də həmin rəylə Palatanın rəyi arasındakı ziddiyyətlər ar adan qaldırılmamışdır.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində gəldiyi nəticənin əsası kimi istinad etdiyi ekspert rəyində təkrarən ümumi olaraq saxta qəbzlərdəki ödəmələrin əksər hissəsinin öz əksini tapmasına heç bir aydınlıq gətirilməmiş, “əksər hissə” dedikdə, məhz hansı qəbzlərdəki ödənişlərin hesabdan çıxarışlarda öz əksini tapdığı göstərilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi əlavə-təkrar komisyon ekspertizanın Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə keçirilməli olduğu qərarına gəlmişdirsə, deməli, Palatanın mütəxəssisinin rəyini də digər sübutlarla birgə tədqiq etməli və qiymətləndirməli idi. Palatanın rəyindən aşkar görünür ki, Palatanın mütəxəssisi ilə Məhkəmə Ekspertizası Mərkəzinin eks pertləri məhkəmə tərəfindən qoyulmuş suallarla bağlı tədqiqat üzrə fərqli nəticələrə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi isə borcun tam ödənilməsinin təsdiqi kimi yalnız Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin gəldikləri nəticəyə əsaslanmış, mütəxəssis rəyi ilə razılaşmamasının səbəblərini qətnamədə göstərməli olduğu halda onları əsaslandırmamışdır. Ekspert rəyinə görə, 2019-cu il 27 mart tarixində məhkəmə tərəfindən ekspertizaya 225 ədəd əlavə ödəniş qəbzləri göndərilsə də, həmin ödəniş qəbzlərinin tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə olunmadığı və onların X3 Bazarlarına Nəzarət Palatasının 2019-cu il 7 mart tarixli rəyindən sonra təqdim edildiyi, buradan, həmin sənədlərin Palatanın mütəxəssisi tərəfindən tədqiq olunmadığı nəzərə alındıqda, həmin sənədlərə münasibətdə ekspertiza tədqiqatının Palatanın mütəxəssisinin iştirakı olmadan keçirildiyi, ekspertizanın təyin olunması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadının həmin hissədə icra olunmadığı aşkardır.
30. Məhkəmə bu qənaətini MPM-in 88, 101.3, 103.1. 103.2, 217.1, 217.3, 365, 420-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci 28 fevral tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. e) apellyasiya instansiya məhkəməsində üçüncü icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli, 2-2(103)-369/2020 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin iddian ın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən hakim R.Qurbanov, hakimlər R.Həsənov və V.Baxışova).
32. Apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2019-cu il 7 iyun tarixli ekspert rəyinin Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin rəyi ilə əlaqəli surətdə tədqiq edilib qiymətləndirilməsi, iş üzrə mütəxəssis və ekspert rəyləri arasında ziddiyyətlərə aydınlıq gətirilməsi üçün məhkəmə iclasında mütəxəssis və ekspertin izahatları alınaraq, cavabdeh tərəfindən təqdim edilmiş qəbz və çıxarışların kserosurətlərinin ödənişlərin həyata keçirildiyini təsdiq edən sübut kimi qəbul edilməməsi qənaətinə gəlinmişdir.
33. Məhkəmə həmçinin bildirmişdir ki, həmin qəbzlərin əsli təqdim edilsəydi belə bu mötəbər sübut kimi qəbul oluna bilməzdi. Belə ki, hazırki iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 197/474 saylı 15 fevral 2017-ci il tarixli və 11774 saylı 21 iyun 2017-ci il tarixli sənədlərin texniki ekspertizası rəylərinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 10 ədəd ödəmə qəbzləri – onların mətni, imzalar və ştamp əksləri çap üsulu vasitəsilə, elektrofotoqrafik aparatlardan istifadə edilməklə və başqa sənəddən köçürülmə yolu ilə, tarix göstəricilərinin rəqəmləri isə kompüter qrafik təminatından istifadə olunmaqla icra olunmuşdur. Kollegiya hesab etmişdir ki, 2019-cu il 7 mart tarixli mütəxəssis rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin mütəxəssis rəyində saxtalaşdırıldığı iş üzrə verilmiş ekspert rəyləri ilə təsdiq olunmuş 10 ədəd qəbzə və cavabdeh tərəfindən təqdim edilmiş və bank qanunvericiliyinin tələblərinə uyğun tərtib olunmamış kserosurət olan hesabdan çıxarışlara deyil, əsilləri iş materiallarında olan və bank qanunvericiliyinə əsasən mötəbərliyi və həqiqiliyi tam təsdiq olunan hesabdan çıxarışlara istinad olunmuş və müəyyən edilmişdir ki, kredit müqavilələri üzrə əsas və faiz borc məbləğləri iddiaçı tərəfindən tutulması tələb olunan əsas və faiz borc məbləğlərindən də artıqdır.
34. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269,5, 317, 421.2, 470.1, 472.1, 472.2, 739, 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. İkinci cavabdehin Bakı Apellyasiya Məhkəməsini n 2020-ci il 27 oktyabr tarixli 2-2(103)-369/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, yeni qətnamə çıxarılması xahiş edilmişdir. ə) kassasiya instansiya məhkəməsində üçüncü icraat
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-2(102)-151/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 oktyabr tarixli, 2-2(103)-369/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim B.Qəribov, hakimlər E.Şamayev və B.Məmmədli).
37. Məhkəmə hesab etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ekspert rəyinin məhz nə üçün mütəx əssis rəyi ilə müqayisədə mötəbər sübut kimi qəbul edilməməsi kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya instansiya məhkəməsinin 2018-ci il 24 sentyabr tarixli qərardadı ilə təyin edilmiş təkrar əlavə komisyon məhkəmə mühasibatlıq ekspertizası, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmənin qənaətinə görə, həmin ekspertiza ayrı-ayrılıqda deyil, yalnız vahid ekspertiza rəyinin tərtib olunmasını (mütəxəssisin mövqeyi də nəzərə alınmaqla vahid ekspertiza rəyinin) ehtiva etmişdir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, Maliyyə Bazarlarının Nəzarət Palatasının 2019-cu il 7 mart tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən isə 2019-cu il 7 iyun tarixli ayrı-ayrı rəylər tərtib olunmuşdur. Mütəxəssis rəyi isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi, hakimin razılığı əsasında bankdan mübahisələndirilən ödəniş qəbzləri tarixlərinə tələb etdiyi bütün bank hesablarının və sair sənədlər əsasında tərtib edilmişdir. Qeyd edilən rəylər isə biri digəri ilə ziddiyyət təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi kompleks mühasibatlıq ekspertizasının keçirilməsi zərurətini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, qərəzsizlik və obyektivlik prinsiplərinə uyğun olaraq təkrar ekspertizanın keçirilməsi və vahid rəy əsasında mübahisənin həlli ədalətli məhkəmə aktının çıxarılmasına xidmət etmiş olar.
38. Məhkəmə kollegiyası həmçinin onu da vurğulamışdır ki, hazırkı iş üzrə məhkəmə ekspertizası keçirilməsi zamanı tərəflərin razılığına və seçiminə əsasən audit rəyinin verilməsi ilə bağlı həmin şirkətlərdən birinin cəlb edilməsi məsələsi də müzakirə edilə bilər. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsində tərəflərin iştirakı ilə müzakirə olunmaqla və onların mövqeyi nəzərə alınmaqla ümumiyyətlə ekspertiza keçirilmədən auditor rəyinin alınması məqsədi ilə Azərbaycan Respublikasında xarici audit şirkətlərin filiallarından birinə də həvalə edilə bilər.
39. Ekspertiza və ya audit keçirilməsi zamanı hazırkı iş üzrə hər üç müqavilə ilə bağlı (mübahisələndirilən ödəniş qəbzləri tarixləri də daxil olmaqla) gündəlik aparılmış kassa əməl iyyatlarına, gündəlik giriş, çıxış hesab qalıqları əks olunmaqla, mədaxilməxaric əməliyyatları üzrə bütün bank hesablarından rəsmi çıxarışlar 10 ədəd qəbzdəki pul məbləğlərinin kassa və operator əməliyyatları üzrə qeydiyyat kitablarının həmin dövrə aid olan bank əməliyyatlarının alt sistem çıxarışlarının da tədqiq olunması mübahisənin doğru həllinə zəmin yaratmış olar.
40. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269,5, 317, 385.1, 421.2, 470.1, 472.1, 472.2, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.1-ci və MPM-in 88, 89.3, 103.1, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. f) apellyasiya instansiya məhkəməsində dördüncü icraat
41. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-10/2023 nömrə li qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 2009-cu il 10 dekabr tarixli kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, birinci və üçüncü cavabdehlərdən müştərək qaydada 2009-cu il 10 dekabr tarixli müqaviləyə əsasən faiz borcu üzrə 25.388,73 manat tutulması qət edilmişdir (sədrlik edən hakim A.Hüseyn, hakimlər R.Səmədov və P.Hüseynov).
42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən audit yoxlamasının keçirilməsi “Deloitte & Touche” X4 Cəmiyyətinə tapşırılsa da, səlahiyyətlərinin olmaması, müvafiq ixtisas və ekspertizaya malik iş çilərinin olmaması əsasları ilə rəyin verilməsindən imtina edilmişdir. 43. 2022-ci il tarixli 11 aprel tarixli məktubla audit yoxlamasının aparılması ilə bağlı iş materialları yenidən Auditorlar Palatasına göndərilərək, audit yoxlamasının aparılmasının Ali Məhkəmənin qərarının 87-ci bəndində göstərilən audit şirkətlərindən birinə həvalə edilməsi məsələsinin müzakirə edilməsi qeyd edilmişdir.
44. Palatanın 2022-ci il 29 aprel tarixli sərəncamı ilə auditor yoxlamasının və ekspertizanın keçirilməsinin audit şirkətinin filialına tapşırıldığı qeyd edilmişdir.
45. Şirkətin filialı tərəfindən Auditorlar Palatasına göndərilmiş 2022-ci il 28 aprel tarixli məktubda 45.000 AZN xidmət haqqının ödənilməsi halında rəy verə biləcəkləri bildirilsə də, iddiaçı audit xərcinin yarısını ödəməyə, qarşı tərəfin imtina etdiyi təqdirdə audit xərcini tam olaraq ödəməyə hazır olduqlarını bildirmiş, üçüncü cavabdeh məhkəməyə ünvanlanmış ərizədə audit şirkətinin əməkdaşının qanunsuz hərəkətlərə yol verdiyini bildirərək yoxlamanın aparılmasına etiraz etmişdir. 46. 2022-ci il sentyabrın 22-də iş materialları icra edilmədən geri qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 sentyabr tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
47. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, rəy verilməsi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
48. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “İş materiallarında olan 165,49 manat məbləğinə dair 437 nömrəli xx.xx.2011-ci il tarixli, 4166,67 manat məbləğə dair 437 nömrəli xx.xx.2011-ci il tarixli, 401999,51 manat məbləğə dair 1113 nömrəli xx.xx.2013-cü il tarixli, 998374,99 manat məbləğə dair 437 nömrəli xx.xx.2012-ci il tarixli, 4000 manat məbləğə dair 437 nömrəli xx.xx.2011-ci il tarixli, 52916,67 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 500000 manat məbləğə dair nömrəsiz xx.xx.2012-ci il tarixli, 13889,00 manat məbləğə dair nömrəsiz xx.xx.2013-cü il tarixli, 49583,34 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli, 13885,00 manat məbləğə dair nömrəsiz xx.xx.2015-ci il tarixli 10 ədəd qəbzlərin surətlərində göstərilən məbləğlər və cavabdeh tərəfindən kserosurətləri təqdim edilmiş bir günlük bank çıxarışlarındakı məbləğlər nəzərə alınmadan, yalnız əsli və bankın möhürü ilə təsdiq edilmiş ödəniş sənə dləri nəzərə alınmaqla 10 dekabr 2009, 14 may 2010 və 14 iyun 2011-ci il tarixli kredit müqavilələri üzrə borcalanın, həmin kredit müqavilələrinin müddətinin başa çatdığı və hazırkı iddianın qaldırıldığı tarixə (hər bir dövr üzrə ayrı-ayrılıqda göstərilməklə) əsas, faiz və cərimə borcu nə qədər təşkil edir?”
49. Məhkəmə ekspertizası mərkəzinin 2023-cü il 17 fevral tarixli 9/7970 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, “Ekspert qarısında qoyulan sual üzrə tədqiqat yalnız əsli və bankın möhürü ilə təsdiq edilmiş ödəniş sənədləri əsasında aparılmışdır. xx.xx.2009-cu il tarixli AK/M/038/2009 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2009 -cu il tarixli, AK/M/038/2009 saylı kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli razılaşmanın şərtlərini nəzərə alaraq cavabdeh MMM-in iddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2014-cü il tarixə (müqavilə müddətinin sonuna) 441.552,77 manat; əsas borc üzrə 416.163,77 manat; faiz borcu üzrə 25.388,73 manat; xx.xx.2015-ci il tarixə (iddia tarixinə) 450.916,18 manat; əsas borc üzrə 416.163,77 manat; faiz borcu üzrə 34.752,41 manat; xx.xx.2010-cu il tarixli AK/M/020/2010 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK/M/020/2010 saylı kredit müqaviləsinin şərtlərini nəzərə alaraq cavabdeh MMM-in iddiaçı ASC-yə o lan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2015-ci il tarixə (iddia tarixinə) 1.086.252,95 manat; əsas borc üzrə 985.523,71 manat; faiz borcu üzrə 100.729,24 manat; xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin sonuna) 1.088.388,25 manat; əsas borc üzrə 985.523,71 manat; faiz borcu üzrə 102.864,54 manat; xx.xx.2011-ci il tarixli AK141/2011 saylı kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, AK141/2011 saylı kredit müqaviləsinin şərtlərini nəzərə alaraq cavabdeh Şirkətin iddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2015-ci il tarixə (iddia tarixinə) 605.908,44 manat; əsas borc üzrə 500.000,00 manat; faiz borcu üzrə 105.908,44 manat; xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin sonuna) 639.658,44 manat; əsas borc üzrə 500.000,00 manat; faiz borcu üzrə 139.658,44 manat.”
50. Məhkəmə bildirmişdir ki, cavabdehlər tərəfindən təqdim edilən və ekspert rəyinə əsasən saxta olduğu müəyyən edilən qəbzlərdə göstərilən məbləğlər nəzərə alınmadığı halda iddia tələbinin qismən (müqavilə müddətlərinin sonuna) əsaslı olması iş materialları, ekspert rəyi ilə sübuta yetirilmiş və həmin qəbz və çıxarışların kserosurətləri ödənişlərin həyata keçirildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
51. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi həmin qəbzlər və gündəlik çıxarışların da nəzərə alınaraq kredit müqavilələri üzrə borcun olmamasını müəyyən edən məhkəmə mühasibatlıq ekspertizasına dair ekspe rt rəyləri iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
52. Kollegiya hesab etmişdir ki, 2023-cü il 17 fevral tarixli ekspert rəyi ilə qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilən 25.388,73 manat faiz borcu tutulmalıdır.
53. Həmçinin kollegiya hesab etmişdir ki, əsas və faiz borc məbləğləri borclularla yanaşı zamindən də müştərək qaydada tutulmalıdır.
54. Kollegiya qeyd etmişdir ki, cavabdehlər kredit müqavilələri üzrə öz üzərilərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqlarından kredit müqavilələrinin ləğv edilməsi, həmçinin borcun ipoteka predmeti olan əmlak kompleksinə yönəldilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
55. Məhkəmə öz qətnaməsini MM-in 269.5, 317.1, 317.2, 385.1, 421.2, 4 70.1, 472.1, 472.2, 739.1-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
56. Qətnamədən ikinci cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
57. Kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsi, MM-in 5.3, 269.5, 295, 317, 421.2, 425.1, İpoteka haqqında Qanunun 33 və 34.1.1-ci maddələrinin, “Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin pozulması ilə əsaslandırmışdır.
58. Kassator hesab etmişdir ki, apellyasiya in stansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərinə tam əməl etməmiş, qərardadla audit yoxlaması təyin etsə də, cəmiyyət tərəfindən audit yoxlamasının keçirilməsindən imtina edildiyi halda, cavabdehin qərardadda əks olunmuş suallar çərçivəsində müqavilə bağlayaraq aldığı rəyə ümumiyyətlə qiymət verməmişdir.
59. MPM-in 2.1, 77.1, 88, 217.1, 420-ci maddələrinin tələbləri pozulmaqla, cavabdehin öhdəliyini tam icra etməsi ilə bağlı dəlillər işdə olan digər sübutlarla əlaqəli şəkildə araşdırılmamış, iddianın əsaslığını müəyyən etmək üçün digər sübutlara hüquqi qiymət verilməmişdir.
60. Apellyasiya məhkəməsinə kompleks mühasibatlıq ekspertizası keçirilməsinə dair göstəriş verilməsinə baxmayaraq, məhkəmə mühasibatlıq ekspertizası təyin etməklə göstərişə əməl olunmamış və heç b ir araşdırma aparılmamışdır.
61. Ekspert qarşısında işin mahiyyətinə hər hansı bir təsiri olmayan hər bir dövr üzrə ayrı-ayrılıqda göstərilməklə, əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsi ilə bağlı cəmi bir sual qoymaqla iş üzrə yanlış nəticəyə gəlinmişdir.
62. Kassator girov məbləği ilə bağlı qeyd etmişdir ki, həmin məbləğ bank tərəfindən əsassız və qanunsuz olaraq Mərkəzi Banka verilən hesabatlarda öz əksini tapmayan kredit məbləğinə silinmişdir.
63. Kassasiya instansiya məhkəməsinin göstərişi olaraq ekspertizanın keçirilməsi zamanı 10 ədəd mübahisələndirilən qəbzin nəzərə alınmaqla bank əməliyyatlarının alt sistemi çıxarışlarının tədqiq olunması bildirilsə də, apellyasiya instansiya məhkəməsi bu göstərişə də əməl etməmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi qəbzlərin sa xta olmasını əsas gətirərək, ödənişlərin hansı əsasla bankın hesablarında öz əksini tapmasına dair dəlillərə münasibət bildirməmişdir. b) kassasiya şikayətinə qarşı etirazının dəlilləri
65. İddiaçının kassasiya şikayətinə etirazında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğu, kassasiya instansiyası məhkəməsinin bütün göstərişlərinə əməl olunduğu, kassasiya şikayətinin məzmununun prosessual tələblərə uyğun olmadığı, dəlillərinin əsassız olduğu, formal olaraq maddi hüquq normalarının pozulmasına istinad olunduğu, digər cavabdehlərin kassasiya şikayəti vermədiyi halda, İkinci cavabdehin qətnaməni bütövlükdə mübahisələndirmək hüququnun olmadığı qeyd edilmişdir. Həmçinin bildirilmişdir ki, işdə olan sübutlar tam şəkildə borcun möv cudluğunu təsdiq edir, birinci instansiya məhkəməsində işə baxılması zamanı cavabdehlər banka borcun olması faktını mübahisələndirməmiş, hətta borcun olmaması barədə sübutlar təqdim etməmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
66. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
67. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə, yəni ikinci cavabdehə aid hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İşin hallarına görə iddiaçı ilə ikinci cavabdeh arasında mövcud olan kredit münasibəti bir müqavilədə ifadə olunmaqla cəmi 500.000 (beş yüz min) manat təşkil edir (bax 3-cü paraqrafa) ki, bu da öz növbəsində iş üzrə digər üç cavabdehlə olan münasibətlər üzrə kassasiya yoxlamasını istisna edir.
68. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
69. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
269. Girov və ipoteka hüququ... 269.5. Girov və ipoteka gi rov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Ma ddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazı mınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul v ə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” 70. “İpoteka haqqında” Azərbaycan müddəalarında nəzərdə tutulmuşdur: Respublikası Qanununun müvafiq “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: tutmanın yönəldilməsi 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...”
71. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
72. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin d əlilləri əsassız olduğundan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 22(103)-10/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər (iddiaçı və ikinci cavabdeh) arasında müqavilə münasibətlərinin mövcud olması, iddiaçının üzərinə düşən öhdəliyi yerinə yetirməsi işin mübahisəsiz halıdır.
74. İşdə olan sübutlar tam şəkildə borcun mövcudluğunu təsdiq edir. Birinci instansiya məhkəməsində işə baxılması zaman cavabdehlər banka borcun olması faktını mübahisələndirməmişlər, borcun olmaması və ya ödənilməsi barədə sübutlar təqdim etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi götürülmüş kredit vəsaiti ilə görülmüş işlər barədə məlumat verərək borcun ödənilməməsinin onlardan asılı olmayan səbəblərdən olduğu yönümdə izahat vermişdir.
75. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılıb qurtararkən qəbul olunmuş qətnamədə cavabdehlərin iddiaçıya olan borcunun birinci və üçüncü cavabdehlərdən müştərək qaydada 2009-cu il 10 dekabr tarixli müqaviləyə əsasən əsas borc üzrə 401.999,51 manat, faiz borcu üzrə 47.526,59 manat, 2010-cu il 14 may tarixli müqaviləyə əsasən əsas borc üzrə 982.572,02 manat, faiz borcu üzrə 100.498,78 manat, ikinci və üçüncü cavabdehlərdən müştərək qaydada 2011-ci il 14 iyun tarixli AK141/2011 saylı müqaviləyə əsasən əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 104.417,60 manat olmaqla, cəmi əsas borcun 1.884.571,53 manat olması müəyyən edilmişdir.
76. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti versələr də, borcun olmadığını və ya tam ödənildiyini deyil, yalnız kiçik bir hissədə şişirdilmiş məbləğ kimi ifadə edərək narazılıq bildirmişlər.
77. Borcun olmaması və ya ödənilməsi barədə dəlil ilk dəfə işə apellyasiya instansiyası məhkəməsində baxılarkən 2016-cı ilin avqust və oktyabr aylarında hər dəfə 5 (beş) qəbz olmaqla iki dəfəyə, cəmi 10 (on) ədəd saxta qəbzləri məhkəməyə təqdim etməklə ifadə edilmişdir.
78. Apellyasiya instansiyası məhkəməsində birinci icraat dövründə işə baxılan zaman MPM-in qüvvədə olmuş 371-ci maddəsinin tələbinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilirdi ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmay an səbəblərə görə mümkün olmadığını əsaslandırmış ola idilər. Maddənin müddəasına görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Lakin birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehlərdən heç biri borcunun olmaması və ya ödənilməsi barədə sübut məhkəməyə təqdim etməmişlər, təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadan isə sübutları apellyasiya instansiya məhkəməsinə təqdim etmişlər.
79. Kassasiya instansiya məhkəməsinin audit keçirilməsi ilə bağlı verdiyi göstərişin yerinə yetirilmədiyinə dair kassasiya şikayətinin dəlilinin əsasının məhz kserosurət olan 10 ədəd qəbz təşkil etdiyini nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlərin kserosurət olması, habelə birinci in stansiya məhkəməsində təqdim edilməsinin cavabdehlərdən asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslandırılmaması qəbzlərin sübut kimi qəbulunu istisna edir (MPM-in 89, 371-ci maddələri).
80. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin verdiyi tapşırıqla bağlı prosessual hərəkətləri yerinə yetirmiş, audit yoxlamasının keçirilməsini özəl şirkətə tapşırmış, həmin şirkət tərəfindən səlahiyyətlərinin olmaması, müvafiq ixtisasa və ekspertizaya malik işçilərin olmaması əsası ilə rəyin verilməsindən imtina edilmiş, bundan sonra məhkəmə tərəfindən 2022-ci il 11 aprel tarixli məktubu ilə audit yoxlamasının aparılması ilə bağlı iş materiallarını Auditorlar Palatasına göndərmişdir.
81. Şirkətin filialı 45.000 AZN xidmət haqqının ödənilməsi halında rəy verə biləcəklərini bildirmişdir. İddiaçı audit xərcinin yarısını ödəməyə, qarşı tərəfin imtina etdiyi təqdirdə audit xərcini tam olaraq ödəməyə hazır olduqlarını bildirmiş, üçüncü cavabdeh ərizə ünvanlayaraq audit şirkətinin əməkdaşının qanunsuz hərəkətlərə yol verdiyini bildirərək yoxlamanın aparılmasına etiraz etmişdir.
82. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu hərəkətləri onun sine diligentia davranmasına dəlalət edir. Belə ki, cavabdeh özü əksinə auditin keçirilməsində maraqlı olmalı idi.
83. Ona görə də kollegiya hesab edir ki, cavabdehin auditin keçirilməsinə etiraz etməsi və maraqlı olmaması işin süni surətdə uzadılmasına yönələn hərəkətlər kimi qiymətləndirilməlidir.
84. Bundan başqa, kassasiya məhkəməsinin son qərarında, apellyasiya instansiyası məhkəməsində tərəflərin iştirakı ilə müzakirə olunmaqla və onların mövqeyi nəzərə alınmaqla ümumiyyətlə ekspertiza keçirilmədən auditor rəyinin alınması məqsədi ilə Azərbaycan Respublikasında xarici audit şirkətlərin filiallarından birinə həvalə edilə bilməsi məsələsi qoyulmuşdur.
85. Həmçinin cavabdehin audit yoxlamasından imtina etməsi iş üzrə sonuncu 2022-ci il 21 oktyabr tarixli məhkəmə ekspertizasının keçirilməsini zəruri etmişdir.
86. Sonuncu ekspert rəyində ekspert qarşısında qoyulan sual üzrə tədqiqat yalnız əsli və bankın möhürü ilə təsdiq edilmiş ödəniş sənədləri əsasında aparılmışdır. Cavabdeh tərəfindən təqdim edilən 10 ədəd ödəmə qəbzlərinin saxta olmasına görə həqiqiliyinə və mötəbərliyinə şübhə olduğundan onlar rəyin araşdırma predmeti olmamışlar. (Həmin qəbzlərin həqiqiliyi nə 2017-ci il 15 fevral və 2017-ci il 21 iyun tarixli sənədlərin texniki ekspertizası rəyləri ilə hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən 10 ədəd ödəmə qəbzləri-onların mətni, imzalar və ştamp əksləri çap üsulu vasitəsilə, elektrofotoqrafik aparatlardan istifadə edilməklə və başqa sənəddən köçürülmə yolu ilə, tarix göstəricilərinin rəqəmləri isə kompüter qrafik təminatından istifadə olunmaqla icra olunmuşdur).
87. Kassasiya şikayətinin digər dəlili – apellyasiya məhkəməsi tərəfindən “10 ədəd mübahisələndirilən qəbzin nəzərə alınmaqla bank əməliyyatlarının alt sistemi çıxarışlarının tədqiq olunması göstərişinə əməl olunmaması” barədə dəlili də əsassızdır.
88. Belə ki, əgər şirkət mütəxəssisləri tərəfindən audit yoxlaması keçirilsə idi, yoxlamanın keçirilməs i üçün materiallar – məhz bankın alt sənədləri olmalı idi. Lakin cavabdeh özü məhz yoxlamaya etiraz etməklə həm də alt sənədlərin tədqiq olunmasına süni əngəl yaratmışdır.
89. Həmçinin kassasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, pozuntunun nədən ibarət olması əsaslandırılmamışdır.
90. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
91. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquq lu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.
92. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-10/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdı r.
93. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-10/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.