Məhkəmə qərarları › İş №2-2(102)-388/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-388/2024

25.06.2024 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-388/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İmişli rayon Məzrəli Bələdiyyəsinin cavabdeh X1 qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İmişli rayon Məzrəli Bələdiyyəsinin cavabdeh X1 qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(106)-39/2023 nömrəli qəra rdadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İmişli rayonu Məzrəli Bələdiyyəsi (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin zəbt etdiyi iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması, həmin ərazidə inşa etdiyi quyunun öz hesabına ləğv edilməsi və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli 2-2(121)-112/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Şirvan Apellya siya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli 2-2(106)-39/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və P.Əhmədov).

4. Cavabdeh müddətin bərpasına dair ərizə və kassasiya şikayəti verərək, prosessual müddətin bərpa olunaraq, işin kassasiya şikayəti əsasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 2 may tarixli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və P.Əhmədov).

6. Məhkəmə kollegiyası ca vabdehin müddəti ötürməsini etiraf etməsi və qətnamənin surətinin ona rəsmi qaydada təqdim olunmaması ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti tərəflərin iş materiallarında olan ünvanlarına 2023-cü il 18 may tarixində göndərilmişdir.

7. Bundan başqa məhkəmə vurğulamışdır ki, cavabdeh tərəf üzrlü səbəbdən prosessual müddəti ötürməsini bildirmiş, lakin həmin halları təsdiq edəcək müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda da, prosessual müddət bərpa oluna bilməz.

8. Eyni zamanda məhkəmə kollegiyası cavabdehə izah etmişdir ki, qətnamənin surətini almadığını cavabdeh tərəf iddia edirsə, bu barədə qətnamənin surətininin ona çatdırılmaması ilə bağlı məhkəməyə rəsmi qaydada müraciət etməlidir. Qətnamənin rəsmi qaydada çatdırılmadığı öz təsdiqini tapdığı halda, cavabdehə qətnamənin surəti təqdim edilə bilər. Qətnamənin surətini rəsmi qaydada aldıqdan sonra, prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət edə bilər. Qətnamənin tərəfə çatdırılmaması isə prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün əsas hesab edilə biləməz.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 133.1, 133.3, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. MPM-in 128.1, 133.1, 405.0.1-ci maddələri üzrə - Məhkəmənin mövqeyindən belə nəticə hasil olur ki, qətnamə tərəfə çatdırılmasa və iş üzrə tərəf həmin qətnaməni almasa belə həmin qətnamədən şikayət verməlidir. Halbuki, qətnamənin tərəfə rəsmi qaydada çatdırılması MPM-lə imperativ qaydada məhkəmənin üzərinə qoyulub. Belə olan halda qətnamə tərəfə rəsmi qaydada çatdırılmadığından və tərəf həmin qətnaməni əldə etmədiyindən kassasiya şikayəti verilməsi üçün müddət bərpa edilməli və iş kassasiya şikayəti əsasında baxılması üçün Ali Məhkəməyə göndərməli idi.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 25 noyabr tarixli Qərarı üzrə - Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsini n İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hazırkı halda isə məhkəmə şikayət vermə müddətini bərpa etməməklə cavabdehin pozulmuş hüquq və azadlıqların bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

14. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi ü çün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.... 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)....” “Maddə

405. Kassasiya ş ikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri[609] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası m əhkəməsinin mövqeyi

16. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Belə ki, prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Yəni şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və prosessual mü ddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

20. Lakin kollegiya hesab edir ki, hazırkı işdə MPM-in 133.1-ci maddəsinin tətbiq edilməsi və qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsi üçün əsaslar mövcud deyildir.

21. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının heç bir üzrlü səbəbi göstərilməmiş və yalnız qeyd olunmuşdur ki, qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir.

22. Halbuki, iş materialları ilə müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli qətnaməsinin surəti 2023-cü il 18 may tarixdə cavabdehin iş mate riallarında olan və hazırki kassasiya şikayətində də qeyd olunan ünvanına göndərilmişdir.

23. Bundan başqa işin hallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 may tarixli qətnaməsi cavabdehin hazırda da nümayəndəsi və vəkili olan Vəkil iştirakı ilə keçirilən məhkəmə iclasında qəbul edilmişdir. 24. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, həmin nümayəndə və vəkilin 2019-cu il 15 noyabr tarixdən elektron kabineti mövcuddur və apellyasiya icaatı zamanı məhkəmə bildirişi həm də həmin nümayəndə və vəkilin elektron kabinetinə yerləşdirilmişdir (i/v 291).

25. Belə olan təqdirdə, həmin nümayəndə və vəkilin elektron kabineti mövcud olduğu üçün apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsas mətni “Elektron Məhkəmə İnformasiya Sist emi”nə yerləşdiyi anda avtomatik olaraq nümayəndə və vəkilin elektron kabinetinə yerləşdirilir.

26. Bundan əlavə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 17 may tarixli qətnaməsi 2023-cü il 28 avqust tarixdə elektron qaydada icraya yönəldilmişdir.

27. Hazırki ərizə və kassasiya şikayəti isə 2024-cü il 19 aprel tarixdə, yəni qətnamənin icraya yönəldiyi tarixdən 8 ay sonra verilmişdir. Halbuki, cavabdehin bu müddət ərzində qətnamənin mövcudluğundan və icra hərəkətlərindən xəbərsiz olması inandırıcı deyildir.

28. Qeyd olunanlar isə cavabdehin həmin qətnamənin mövcudluğundan kifayət qədər məlumatlı olmasına dəlalət edir. 29. “Akif Həsənov Azərbaycana qarşı" məhkəmə işi üzrə qəbul etdiyi Qərarında da Avropa insan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apelly asiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

30. Belə olan təqdirdə kollegiya hesab edir ki, hazırki qərarın §8-də göstərilən apellyasiya instansiyası məhkəməsinin etdiyi izaha lüzum qalmır.

31. Bu baxımdan kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən qərardadın ləğvin ə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

32. Həmçinin kollegiya qeyd edir ki, yuxarıda qeyd olunanlara əks yanaşma həm MPMin prosessual müddətlərlə bağlı tələblərinə, həm də hüquqi müəyyənlik prinsipinə ziddir, həmçinin işlərin prosessual qanunvericiliklə müəyyən edilən və ümumiyyətlə ağlabatan müddətlərin pozulması ilə baxılmasına səbəb ola bilər.

33. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

34. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 22(106)-39/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar