Məhkəmə qərarları › İş №2-2(102)-389/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-389/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-389/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-389/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 fevral tarixli, 22(103)-143/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icr aat qaydasında baxılmışdır. İşin halları

1. Notariat qaydasında bağlanmış 2022-ci il 31 oktyabr tarixli öhdəlik müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən özünə məxsus dəyəri 20000 manat təşkil edən dizayn avadanlıqlarını, mebelləri və digər əşyaları Cavabdeh sahibliyinə və istifadəsinə verməyi, sonuncu isə həmin əşyaları qəbul edib, bunun müqabilində İddiaçı 20000 manat məbləğində pulu 6 ay müddətinə hissə-hissə olmaqla notariusun depozit hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat pulun, ödənilmiş 150 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsasl andırılmışdır ki, tərəflər arasında müqavilə bağlandığı vaxtdan iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş avadanlıqları cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, ödəməli olduğu 20000 manat məbləğində pulu ödəməmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz verərək, müqavilə üzrə ona təhvil verilmiş malların faktiki dəyərinin realda müqavilə ilə müəyyən edilmiş qiymətdən aşağı olduğunu, bundan əlavə tərəfindən iddiaçıya artıq 2520 manat ödənildiyini, iddiaçının mağazada olan malların bir hissəsini (4000 manat dəyərində olan ayaqqabıları) geri aldığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli, e-2-2(113 )4460/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.İddiaçı) iddia qismən təmin edilərək, cavabdehdən 17480 manat məbləğində pulun, ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 17630 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

7. İddiaçı iddia ərizəsində müqavilə üzrə ödənilməli olan borcun 20000 manat olduğunu bildirmiş, cavabdeh həmin borcun bir qisminin (2.520 manat) artıq ödənildiyini göstərmiş, bununla bağlı ödəniş qəbz lərini məhkəməyə təqdim etmişdir.

8. İddiaçı ödənilmiş 2.520 manat pulun cavabdehin ona olan digər borcları üzrə ödənildiyini bildirsə də, cavabdehin iddiaçı qarşısında hazırkı müqavilə üzrə götürdüyü öhdəlikdən başqa icra edilməli öhdəliyinin olması barədə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab etmişdir. Bununla da, məhkəmə cavabdehdən tutulmalı olan borcun məbləğini 17480 manat (20000 manat – 2520 manat) müəyyən etmişdir.

9. Eyni zamanda, məhkəmə göstərmişdir ki, cavabdeh ona satılmış malların bir qisminin (ümumilikdə 4000 manat dəyərində) iddiaçı tərəfindən geri alındığını bildirsə də, bununla bağlı mötəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim edə bilməmişdir.

10. Bundan əlavə, cavabdehin ona satılmış malların dəyərinin real bazar qiymətindən yüksək olması barədə dəlilinə cavab olaraq məhkəmə qeyd etmişdir ki, müqavilə cavabdeh tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmiş, müqavilə üzrə mallar ona təhvil verildikdən sonra bununla bağlı iddiaçıya hər hansı irad bildirilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4-cü; Mülki Prosessual Məcəlləsinin 77, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 fevral tarixli, 2-2(103)-143/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və A.Ə.Hüseyndən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli, e-2-2(113)-4460/2023 nömrəli qətnaməsi dəyişdirilərək, 13480 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 76,65 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.

14. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında 31 oktyabr 2022-ci il tarixli öhdəlik müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Həmin müqavilə ad olaraq öhdəlik müqaviləsi adlandırılsa da, onun şərtlərinin məzmunundan, eyni zamanda tərəflərin məhkəmə iclasındakı izahatlarından müəyyən o lunur ki, müqavilə mahiyyəti üzrə nisyə alqı-satqı müqaviləsidir. Bu mənada, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

15. İddiaçı tərəfindən cavabdehə müqavilədə göstərilən malların təhvil verilməsi işin mübahisəsiz halıdır. Çünki həmin halı cavabdeh mübahisələndirməmişdir. Bununla belə cavabdeh birinci instansiya məhkəməsində iddiaçının ona təhvil verilmiş əşyalardan 4000 manat dəyərində ayaqqabını geri götürdüyünü bildirmişdir. İddiaçı da mağazadan 4000 manat dəyərində ayaqqabını götürdüyünü, lakin bunun hazırkı müqavilə münasibətlərinə hər hansı aidiyyətinin olmadığını, tərəflər arasında olan başqa bir razılaşma ilə bağlı olduğunu bildirmişdir.

16. Göründüyü kimi iddiaçının mağazadan 4000 manat dəyərində ayaqqabını götürməsi faktı da işin mübahisəsiz halını təşkil etməklə sözügedən halın sübutetmə vəzifəsi isə məhz iddiaçının üzərinə düşmüşdür. Lakin, iddiaçı tərəflər arasında hazırkı müqavilədən başqa müqavilə münasibətlərinin olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

17. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, 4000 manat dəyərində əşyaların iddiaçı tərəfindən hazırkı müqavilə üzrə geri götürüldüyü qəbul edilməli və həmin məbləğ də ümumi borcdan çıxılmalıdır.

18. Beləliklə, qeyd olunan 4000 manat məbləğində əşyaların dəyərini birinci instansiya məhkəməsinin qət etdiyi 17480 manat məbləğində borc məbləğindən çıxdıqda cavabdehin cəmi borcunun 13480 manat təşkil etdiyi (17480-4000=13480) müəyyən olunur.

19. Bundan başqa, məhkəmə kollegiyası 4000 manat və məhkəmə xərclərinə dair dəlillər istisna olmaqla a pellyasiya şikayətinin digər dəlillərinin əsassız olması nəticəsinə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ad olaraq öhdəlik müqaviləsi adlandırılsa da, onun şərtlərinin məzmunundan, eyni zamanda tərəflərin məhkəmə iclasındakı izahatlarından həmin müqavilənin mahiyyəti üzrə nisyə alqı-satqı müqaviləsi olduğu müəyyən edilmişdir ki, belə olan halda birinci instansiya məhkəməsi də düzgün olaraq mübahisəyə həmin müqavilə müddəalarını tətbiq etmişdir. Bundan başqa, müqavilə üzrə təhvil verilən əşyaların dəyərinin 20000 manat təşkil etməməsi və həmin əşyaların maksimum dəyərinin 4000-5000 manat təşkil etməsi barədə dəlillər də əsassız olmuşdur və apellyasiya baxışı zamanı həmin əşyaların qiymətləndirilməsi üçün ekspertizanın keçirilməsinə zərurət olmamışdır.

20. Eyni zamanda mağazanın VÖEN-i iddiaçının adına rəsmiləşdirildiyindən, satış zamanı edilən nağdsız ödənişlərin iddiaçıya məxsus bank kartına köçürülməsi və həmin məbləğlərin müəyyən edilməsi üçün müvafiq sorğunun verilməsi ilə bağlı qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh həmin fakta istinad etməklə kassa aparatı ilə cəmi 1900 manatın ödənildiyini qeyd etmiş, məhkəmə də həmin məbləği ödənilməli olan borcdan çıxmışdır. Cavabdeh həmin məbləğin daha artıq olmasını bildirməklə yeni hallara istinad etmişdir. Halbuki, MPM-in 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan olunduqdan sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Bu səbəbdən m əhkəmə kollegiyasının qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslana bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: - Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə - cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı öz izahatında iddiaçıya onun adına olmuş VÖEN hesabına ödənişlərin edildiyini və həmin ödənişlərin qarşılıqlı razılaşmaya əsasən iddiaçıya verilməsi halını qeyd etməsinə, o cümlədən, bununla bağlı cavabdehin əlində olan qəbzlərin məhkəməyə təqdim edilməsinə, hətta həmin qəbzlərə əsasən iddia tələblərinin bir hissəsinin əvəzləşdirilməsinə baxmayaraq, məhkəmə VÖEN hesabına edilmiş digər ödənişlər barədə müvafiq sorğu verilməsi üçün tərəfə təklif etməmiş, apellyasiya instansiyası məhkəməsi isə cavabdeh tərəfindən bununla bağlı vəsatət verilməsinə baxmayaraq vəsatəti təmin etməmişdir. - MPM-in 14.1-ci maddəsi üzrə - obyektiv həqiqətə nail olmaq üçün tərəfimizdən məhkəməyə verilmiş vəsatətlər təmin edilməmiş, məhkəmə işin tədqiqinə lazımi şərait yaratmamışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat q aydasında baxılmışdır.

24. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyindən, iddiaçının isə həmin qətnamədən verdiyi kassasiya şikayəti geri qaytarıldığından (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 07 may tarixli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 08 iyul tarixli qərarı), hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olm ayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətini n dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

31. Belə ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq qeyd etmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh həmin müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.

32. Cavabdehin müqavilə üzrə satılan malların dəyərinin düzgün müəyyən olunmaması dəlili əsassız olmuşdur: müqavilə bağlanılan zaman və ya sonra, cavabdeh bununla bağlı hər hansı pretenziya ilə iddiaçıya müraciət etməmişdir.

33. H əmçinin müqavilə üzrə öhdəliyin tam icrası ilə kassasiya şikayətinin dəlili əsassızdır: cavabdeh öhdəliyin məhkəmələrin müəyyən etdiyi həddən artıq icrası ilə bağlı sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

34. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

35. İşin fakti ki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 fevral tarixli, 2-2(103)-143/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar