Məhkəmə qərarları › İş №2-2(102)-389/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-389/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-389/2025 23.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina ( vəkil orderi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 fevral tarixli, 2-2(106)-4/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC (bundan sonra-“iddiaçı”) Cavabdeh1 və Cavabdeh3 MMCy ə (bundan sonra birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1” və ”MMC”) qarşı məhkəməyə müraciət edərək, 177.914,69 manat əsas, 14.205,64 manat faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 6.276,34 manat faiz borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra-“DƏDRX”) 2018-ci il 16 may tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 103 nömrəli mənzilə (bundan sonra-“103 nömrəli mənzil”) yönə ldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 5 may tarixli e-2-2(121)-96/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-dən 171.970,27 manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 3.654,37 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat və ipoteka predmetinə tutman ın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum olmaqla, ümumilikdə 175.691,64 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan 103 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 510.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 171.970,27 manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 3.654,37 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ke çirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 150 manatının MMC-dən, 50 manatın isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim – E.Abdullayev). Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-ipoteka predmetinin ilkin satış qiyməti və cavabdehdən tutulmalı olan pul kredit borcunun məbləği hissəsində ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən-iddia tələbinin təmin olunmuş hissəsi ndə ləğv edilərək yeni qətnamə qəbul edilməsi, apellyasiya instansiyasında əlavə məhkəmə mühasibatlıq və tikinti-texniki ekspertizasının keçirilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli 2-2(106)-98/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim -T.Heydərov, hakimlər-Z.Zeynalov və Z.Allahyarov). Qətnamədən iddiaçı və cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tar ixli, 2-2(102)-30/2023 saylı qərarı ilə iddiaçı və cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, işin yenidən həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır ( məruzəçi hakim-B.Məmmədli, hakimlər A.Abbasov və B.Qəribov). Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 fevral tarixli, 2-2(106)-4/2025 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiyanın baxışının predmeti - ipoteka predmeti olan mənzilin ilkin satış qiymə tinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim P.Əhmədov, hakimlər T.Kərimov və C.İmanov). Qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin tam ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə vəkilin orderi əlavə olunur. Hazırki halda, kassasiya şikayətinə onu imzalayan vəkilin kassasiya instansiyası məhkəməsində cavabdehin hüquqlarının müdafiəsi üçün order əlavə edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Vəkillər X2 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə vəkil orderi-müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassa siya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 fevral tarixli, 2-2(106)-4/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar