Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-39/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: təqdim olunmuş malların dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, Əliyev Zaur Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs8, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs7 qarşı təqdim olunmuş malların dəyərinin ödənilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 sentyabr tarixli 2-2(106)-98/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Masallı Rayon Məhkəməsinin 2(050)-1420/2019 saylı, 2019-cu il 31 iyul tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 33.840 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı Hacıağa oğluna verilməsi, cavabdeh tərəfindən ödənilməli olan 33.840 ABŞ dolları qətnamə icra olunduğu günə olan məzənnəsi ilə hesablanması, iddianın pulun ödənilməsinin gecikdirilməsinə görə 4.974 ABŞ dolları və əldən çıxmış faydaya görə 10.000 manat tələbi, həmçinin X3 münasibətdə təmin edilməməsi, ekspertiza xərcinin Cavabdeh aid edilməklə, ondan 185,52 manat tutularaq X1 hesabı na köçürülməsi qət edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3418/2019 saylı, 2019-cu il 25 noyabr tarixli qətnaməsi ilə, Masallı Rayon Məhkəməsinin 2019-cu il 31 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2592/2020 saylı, 2020-ci il 19 may tarixli qərarı ilə, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 25 noyabr tarixli qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
4. Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqinin 2019-cu il 2 oktyabr tarixli qərarı ilə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4, İddiaçı Hacıağa oğlu, Maraqlı şəxs1, X5, X2 i lə Maraqlı şəxs8 və Cavabdeh arasında borc münasibətləri yarandığından Maraqlı şəxs8, X8 və Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətləri şikayətçi tərəflərə göndərilməklə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüquqları onlara izah edilmişdir.
5. Masallı RPŞ-nin TB-nin təhqiqatçısının 2020-ci il 29 avqust tarixli qərarın surətinə əsasən, Masallı RPŞ-də toplanmış 2020-ci il 19 avqust tarixli, HK-1/1739 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
6. Masallı RPŞ-nin TB-nin təhqiqatçısının 2022-ci il 25 mart tarixli qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında Masallı RPŞ-də toplanmış 2022-ci il 15 mart tarixli, HK-1/619 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir
7. Azərbaycan Respublikası Dövlət Göm rük Komitəsinin cavabdehə ünvanladığı 2023-cü il 28 fevral tarixli məktubuna əsasən, araşdırma zamanı şikayət etdiyi İddiaçı Hacıağa oğlu tərəfindən 2008-ci il 1 yanvar tarixindən 2021-ci il 12 oktyabr tarixinədək xarici iqtisadi fəaliyyətlə məşğul olmadığı müəyyən edilmişdir.
8. İş materiallarında olan məktuba əsasən, İran Respublikasından Kərbəlayi Qulam Azərbaycanın Masallı şəhərindən olan Mahir və Fikrət ilə... ci ildən... cı ilə kimi topdan ip alveri etmişlər. Onun onlarla ümumi ticarətləri isə... ilə kimi davam etmişdir. O, onlarla hər həftə... ton olmaqla xebe (kanaf), kapron, jilka, press pambıq işləri göndərmişdir. Bütün gələn... konteyner (... kon... ton =... ton) xebe ipinin hamısını bir kiloqrama qədər çəkdirib Fikrətə yollamışdır. Ona heç vaxtı əksik mal yollamamışdır. Bu malları da o, onlara İranın Ərdəbil şəhərindən olan "xxxx" Şirkətinin sahibi Kərbəlayi Salman və başqabaşqa adlara məxsus Karqo Şirkətləri ilə yollayırdı. Hətta Mahir ilə Fikrət malların seçimi üçün bir neçe dəfə İrana gəlib onun yanında olmuşlar. Aralarında razılıq olmuşdur ki, bu mallar Azərbaycanda ancaq təkcə Fikrətə yollanılacaqdır. O, bu malları Azərbaycanda təkcə Mahir və Fikrətə göndərdiyinə görə, onlar da hər... həftədən bir vaxtı-vaxtında ona... min dollar pul göndərirdilər. Onun onlara ümumi yolladığı mallar aşağıdakı kimidi: (... Xebe (kanaf) ipi... kon...). (... Rəngli jilka ipləri... ton...). (... Ağ kapron ipi... ton...). (... Pambıq ipi qarışıq... ton...). Ümumiyətlə onun Mahir və Fikrət ilə... ci ildən... cı ilə kimi... milyon... min dollar və sonra əlav ə... cı ildən... ci ilə kimi isə... milyon... min dollar alverləri olmuşdur. Onun axrıncı dəfə yolladığı malların pulundan isə onların ona... dollar borcu qalmışdır. Bu borcdan... ci ilə kimi Mahir ona... (min... dollar) ödəmiş və... borcları qalmışdır. Sonra da Mahirlə Fikrətin ona qalan borclarından... ci ilə kimi az-az olmaqla Mahir ödənişlər etmişdir. Onun Fikrətdə olan mallarından isə, Fikrət və Mahir ona yalnız bir dəfə olmaqla... kq yox,... kq pambıq ipi geri qaytarmışlar. Bu günə kimi də onların ona ödənilməmiş borcları qalmışdır. Həmin məktub Golam Mohammadi tərəfindən və "xxxx" Şirkətinin nümayəndəsi tərəfindən imzalanaraq, möhürlə təsdiq edilmişdir.
9. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-488/2023 saylı, 2023-cü il 7 fevral tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı-40 ton çəkidə sarı XB ip malının naturada cavabdehdən alınaraq iddiaçıya verilməsi barəsində iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-37/2023 saylı, 2023-cü il 3 may tarixli qətnaməsi ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-488/2023 saylı, 2023cü il 7 fevral tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs7 və Maraqlı şəxs1 məhkəməyə ərizələrlə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı 2023-cü il 4 aprel tarixli məktuba əsasən, İddiaçı Hacıağa oğlu və Cavabdeh adlar ına ip materiallarının idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Həmçinin, “X15.”, “X14 Ltd.” və “Abazar Hamedi Trading” şirkətləri tərəfindən ip materiallarının idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4 (bundan sonra – “Maraqlı şəxs4”), Maraqlı şəxs8 (bundan sonra – “Maraqlı şəxs8”), Maraqlı şəxs6 (bundan sonra – “Maraqlı şəxs6”), Maraqlı şəxs3 (bundan sonra – “Maraqlı şəxs3”), Maraqlı şəxs5 (bundan sonra – “Maraqlı şəxs5”), Maraqlı şəxs1 (bundan sonra – “Maraqlı şəxs1”), Maraql ı şəxs2 (bundan sonra – “Maraqlı şəxs2”) və Maraqlı şəxs7 (bundan sonra – “Maraqlı şəxs7”) qarşı - iddia ərizəsi ilə müraciət edərək, ödəniş gününə qüvvədə olan Azərbaycan manatının məzənnəsinə uyğun ümumi dəyəri 96.750 ABŞ dolları olan 45 ton XEBE (kanaf) ipinin, ümumi dəyəri 41.284,30 ABŞ dolları olan 19 ton 202 kq rəngli jilka ipinin, ümumi dəyəri 40.000 ABŞ dolları olan 10 ton ağ kapron ipinin və ümumi dəyəri 20.000 ABŞ dolları olan 10 ton qarışıq pambıq iplərinin naturada və yaxud dəyərinin, 400 manat mediasiya xərcinin və 260 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs4 ilə təxminən 2010-cu ildən İran İslam Respublikasından ip alaraq Azərbaycan Respublikasında satışını həyat a keçirmişlər. Lakin cavabdeh Maraqlı şəxs4la aralarında olan ip alqı-satqısına şərik olmaq istədiyini bildirmişdir. O, bu barədə Maraqlı şəxs4 bildirmiş, lakin Maraqlı şəxs4 3-cü şəxsin şərik olmasına razılıq verməmiş, onunla olan şəriklik münasibətlərinə son qoymuş və cavabdehlə şərik ola biləcəyini bildirmişdir. Maraqlı şəxs4 əhatəsi İran İslam Respublikasında böyük olduğundan cavabdehlə Azərbaycana gətiriləcək iplərin hər tonunda ona 50 manat pul verməkləri barədə razılığa gəlmişlər. Cavabdehlə şərikliyi ondan ibarət olmuşdur ki, o, maliyyə dəstəyi verəcək, İran İslam Respublikasından ip alaraq Azərbaycan Respublikasına gətirib cavabdehə təhvil verəcək, cavabdehdə iplərin hər kiloqramından ona 0,30 manat verəcək. Həmin puldan Maraqlı şəxs4 hər ton üçün 50 manat pul ayıracaqdılar. Cavab dehlə aralarında olan razılaşmaya uyğun olaraq hər ay ipləri gətirib cavabdehin Masallı şəhərində yerləşən anbarında ona təhvil vermiş və onun anbardarı işləyən Maraqlı şəxs6 ipləri tərəzidə çəkərək cavabdehlə birlikdə təhvil almışdırlar. Bütün iplərin caavbdehə təhvil verilməsində Maraqlı şəxs6 şəxsən iştirak etmişdir. Cavabdehə təxmini hesablamalarına görə 300500 ABŞ dolları məbləğində XEBE (kanaf) ipi, rəngəli jilka ipi, ağ kapron ipi və pambıq ipi qarışıq təhvil verilmişdir. Bundan da 10200000 ABŞ dolları qazancı olmuşdur. Hal-hazırda cavabdeh tərəfindən ona 96,750 dollar dəyərində 45 ton XEBE (kanaf) ipi, 41284,30 dollar dəyərində 19 ton 202 kq rəngli jilka ipi, 40.000 dollar dəyərində 10 ton ağ kapron ipi, 20.000 dollar dəyərində 10 ton pambıq ipi qarışıq iplərin dəyəri ödənilməmiş qalmışdır. Cavabdehdən dəfələrlə ona ipləri geri qaytarmasını və yaxud onların dəyəri olan 198.034,43 ABŞ dolları məbləğində pulunu verməsini tələb etsə də, bugün ki, tarixə kimi nə ipləri, nə də ki, onların dəyərini qaytarmaqdan imtina etmişdir. Qaytarmaq əvəzinə barəsində hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Cavabdeh əgər ipləri qaytarsaydı, o, ipləri satmaqla İran İslam Respublikasında yaranmış borcunu ödəyərdi. Belə ki, İran İslam Respublikası vətəndaşı olan Qulam adlı şəxs ondan iplərin dəyərini istəmiş, o da məcbur olub, əlində olan əmlakları sataraq Qulama olan borcunu qismən ödəmiş, lakin 20000-30000 ABŞ dollara yaxın borcu qalmışdır. Cavabdehlə birlikdə dəfələrlə İran İslam Respublikasına Qulam adlı şəxsin yanına gedib ipləri birlikdə seçmişdirlər. Sonra mallar orda yü k avtomobillərinə yüklənərək Azərbaycana yola salınmışdır. Bütün maliyyə dəstəyini o, etmiş, malların cavabdehin anbarında çəkilərək təhvil verilməsi öhdəliyi onda olmuşdur. Malların cavabdehə təhvil verilməsində Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs4 adlı şəxslər iştirak etmiş və malları daşıyıb cavabdehin anbarına təhvil vermişdirlər. Maraqlı şəxs6 cavabdehin işçisi, yəni anbardarı olmuşdur. İddiaçı cavabdehə qarşı Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin iddiası məhkəmənin 2019-cu il 31 iyul tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehdən 33.840 ABŞ dollarının tutulması qət edilmişdir. Həmin iddia ondan ibarət olmuşdur ki, 30.000 ABŞ dolları "xxxx" ASC-dən, 8.000 ABŞ dollar "xxxx" ASC-dən kredit, 17.000 ABŞ dolları pulu isə başqa bir şəxsdən borc alıb cavabdehə vermişdir ki, 45 ton malın pulunu və gömrük haqqını ödəsin. Ondan borc aldığı 55.000 ABŞ dollar pulu, 2 ay müddətində qaytaracağına söz vermişdir. Masallı Rayon Məhkəməsində olan sənədlərdə həqiqətən onun bankdan kredit götürməyi təsdiq olunur. İddiaçının məhkəmədə qaldırdığı iddiası ip alverindən yaranmış borc deyil, bankdan kredit və başqa şəxsdən borc alıb cavabdehə verdiyi pulu geri tələb etməyi olmuşdur. Cavabdehlə 2020-ci ilə kimi ip alveri ilə məşğul olmuş, cavabdeh onun məlumatı olmadan Qulamdan ip almış, onun pulunu isə ödəməkdən imtina etmiş, Qulamda ona görə cavabdehə ip verdiyini, ona görə də cavabdehin ödəmədiyi pulu ondan tələb etmiş və cavabdehin yerinə iplərin pulunu vermişdir. Yəni bir sözlə iddiaçı, cavabdehdən rayon məhkəməsində qaldırdığı iddiasında bankd an kredit götürüb verdiyi pul tələbindən ibarət olmuşdur. Ondan ip və yaxud onun dəyəri tələbi ilə bağlı müraciət etməmişdir. Cavabdehə ipləri təhvil vermiş, həmin iplərini geri tələb etmiş və yaxud ipləri qaytarmaq imkanı yoxdursa onun dəyərini ödəməsini tələb etmişdir. Tələbini əsaslandıran faktlar ondan ibarətdir ki, cavabdeh Masallı Rayon Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsində və polis orqanlarında verdiyi izahatlarında həqiqətən ondan ip almasını etiraf edir. Həmçinin öz xətti ilə yazdığı qəbzlərdə ondan ip almasını və borclu qaldığı məbləğlər özü tərəfindən qeyd edilmişdir. Eyni zamanda İran İslam Respublikası vətəndaşı olan Qulamın yazdığı və imzaladığı qəbzdə də, həqiqətən ona yüz tonlarla ip verməsi və həmin ipləri cavabdehə göndərməyi sübuta yetirilir. Həmin qəbzdə də, Qul ama borclu qalmağı göstərilmişdir. Həmçinin cavabdehin onda səs yazıları vardır. Həmin səs yazılarında ipləri təhvil götürməsi və iplərin dəyərindən nə qədər borcu qalmasını etiraf edir. Bundan əlavə xüsusi olaraq qeyd etmişdir ki, 2017-ci ilin axırı və 2018-ci ilin əvvəlində cavabdeh iddiaçıya bəzi malları qaytarmaq istədiyini bildirmişdir. Ondan səbəbini soruşanda, cavabında bildirmişdir ki, Qulamla danışmış, bəzi satılmayan malları Qulam iddiaçıdan geri götürəcəkdir. İddiaçı Qulama zəng etmiş, Qulam ona bildirmişdir ki, malları geri götürə bilər. X13 rayonununa gələrək, özünə aid olan sadəcə 1 ton 500 kq pambıq ipini geri götürmüşdür. Qalan iplərin ona aid olmadığını iddiaçı və cavabdehə bildirmişdir. Ondan sonra cavabdehlə aralarında mübahislər yaranmağa başlamışdır.
14. İddiaçı tələ binin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 443, 448.1, 448.2, 448.3, 448.4, 567, 581.1, 581.2, 581.3, 581.4, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 587.3, 588.1, 589.1, 589.2, 589.3, 589.6, 589.7, 595.1, 595.2, 595.3, 598.1, 598.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2-ci maddəsinə istinad etmişdir.
15. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.
16. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 6 iyun tarixli e-2-2(121)-488/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – N.Misirzadə).
17. Məhkəmə qeyd etmişdir ki, sözügedən iplər İran İslam Respublikasından Azərbaycan Respublikasına iddiaçı tərəfindən deyil, başqa şəxs(lər) t ərəfindən göndərilmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçının malın cavabdehdən naturada, yaxud dəyərinin alınaraq ona verilməsini tələb etməsi əsassızdır. Həmçinin həmin iplər Golam Mohammadiyə məxsus olmuşdur. Həmçinin iplərin cavabdehə təhvil verilməsi də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunmamışdır.
18. Mülki qanunvericiliyin normalarına əsasən məhkəmə hesab etmişdir ki, iplər İran İslam Respublikasından Azərbaycan Respublikasına iddiaçı tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən göndərildiyindən, o cümlədən, həmin iplər iddiaçıya deyil, Golam Mohammadiyə məxsus olduğundan, iddiaçının mövcud iddianı qaldırmaq hüququ olmamışdır.
19. Belə olan halda, iddiaçının həmin mala (ipə) dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
20. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozu lması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
21. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Mübahisəli mallar (iplər) iddiaçının mülkiyyətində deyildir (iddiaçıya məxsus deyildir). Azərbaycan Respublikasının qanunvericiliyi isə iddiaçının mülkiyyətində olmayan əmlaka (əşyaya) dair cavabdeh(lər)ə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir.
22. Məhkəmə öz mövqeyini MM-in 152.1, 157.2, 157.8-ci maddələrinə, MPM-in 4.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Şirvan Apellyasiya Məhkəməsinin 2023-cü il 28 sentyabr tarixli 2-2(106)-98/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 6 iyun tarixli, e-2-2(121)-4 88/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və P.Əhmədov).
25. İddiaçının nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, 2023-cü il 28 senyabr tarixdə, saat 10:00-a təyin edilmiş məhkəmə prosesində səhhətimdə yaranmış ani narahatçılıq səbəbilə iştirak edə bilməyəcək. Həmçinin bildirilir ki, iş üzrə mübahisənin həlli baxımından vacib əhəmiyyət daşıyan Qulam Muhammedi və Salman Hamidi adlı İran İslam Respublikası vətəndaşları məhkəmədə şahid qismində dindirilmələri üçün Azərbaycan Respublikasına səfər edəcəklər. Sadəcə olaraq İran İslam Respublikasında yerləşən Azərbaycan Respublikası səfirliyi bağlandığı üçün həmin şəxslərin ölkəmizə gəlmək üçün viza alma prosedurası 3-cü ölkə - Türkiyə Respublikası üzərindən həyat a keçirilməsi səbəbilə uzanmaqdadır. Odur ki, həmin şəxslərin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə prosesinin 21 gün sonraya təxirə salınması məhkəmə kollegiyasından xahiş etmişdir.
26. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, iddiaçı tərəf Qulam Muhammedi və Salman Hamidi adlı şahidlərin dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsində vəsatət verməmişdir. Buna görə də məhkəmə kollegiyası həmin şahidlərin məhkəmə iclasında dindirilməsinə zərurət görməmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir.
28. Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsa sən hesab etmişdir ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir, ona görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni qanuni və əsaslı hesab etmişdir.
29. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Mülki işin müəyyən olunmuş hallarına əsasən kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Re spublikası Konstitusiyasının 13, 26, 29-cu maddələrinə, MM-in 157.1, 157.2, 157.4, 560.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 152.1, 157.2-ci maddələrinin tələbləri pozulmuşdur. Qeyd edilmişdir ki, məhkəmələr iddiaçının mülkiyyət hüququnu heçə sayaraq iş üzrə ədalətsiz qətnamələr çıxarmışlar. İstər daxili qanunvericiliyin normalarının mənasına görə, istərsə də Avropa İnsan haqları Məhkəməsinin presedent hüququnda təsbit edilmişdir ki, mülkiyyət hüququ dar çərçivəli deyil, geniş bir anlayışdır. Məhkəmələr iddiaçının mülkiyyət hüququnu təsd iqləyən dəlil və sübutlara heç bir münasibət bildirməmişdir.
33. Məhkəmələrin çıxarmış olduqları əsassız qətnamələr ucbatından iddiaçı nə mülkiyyətini, nə də onun dəyərini əldə edə bilməmişdir. Bundan başqa məhkəmə təqdim olunan sübutlara əsasən qətnamə çıxarmalı olduğu halda, sübutların heç bir əsaslandırma olmadan nəzərə alınmaması kifayət qədər şübhəlidir. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmamışdır. Belə ki, apellyasiya şikayətində əsas dəlillərdən olan polis bölməsinə verilmiş izahata məhkəmə münasibət bildirməmiş, sadəcə olaraq filan tarixli və filan nömrəli qərarla cinayət işinin başlanmasının rədd edilməsini qətnaməyə köçürmüşdür. Məhkəmə iddiaçının dəlilinə arqument gətirmək əvəzinə əsas məsələnin üzərindən keçməklə ədalət mühakiməsini həyata keçirmədiyini təsdiq etmişdir.
35. Qeyd olunmuşdur ki, cavabdehlə bir neçə məhkəmə çəkişmələri olmuş, əvvəlki məhkəmə iclaslarında iddiaçı ilə şərikli olduğunu etiraf etmişdir. Lakin cavabdeh məhkəmə iclasında isə iddiaçı ilə şərikli olmadığını qeyd edir. Yəni özü-öz izahatını təkzib edir. Bu da yalan izahata gətirib çıxarır. Tonlarla ip cavabdehin anbarına yığılmış və cavabdehdə iplərin alışı və satışı barədə qeydlərin olmasına baxmayaraq, məhkəmə ədalətsizcəsinə iplərin cavabdehə təhvil verilməsini qəbul etməmişdir. Həmçinin cavabdeh ilə iddiaçının şərikli olmağını cavabdehin işçisi Maraqlı şəxs6 də Masallı Rayon Polis şöbəsində izahat verərkən bu şərikliyi təsdiq etmişdir. Bu barədə polisin qərarı məhkəməyə təqdim edilmiş, lakin məhkəmə həm in qərarı da mötəbər sübut kimi qiymətləndirməmişdir. Subyektiv hüquqa gəldikdə isə məhkəmə kobud səhvə yol verərək iddianı həmin əsasla rədd etmişdir. Malları kimin tərəfindən Azərbaycan Respublikasına göndərilməsindən asılı olmayaraq Azərbaycanda iddiaçı təhvil almış və şəriki olan cavabdehin anbarında yerləşdirmişdir. İddiaçı tərəfindən malların daşınması və yüklənməsi barədə şahidlərin olması məhkəməyə bildirilmişdir. Bundan başqa qeyd olunmuşdur ki, malları iddiaçı şəxsən sifariş etmiş və karqo şirkəti olmadığından şirkət rəhbərləri malları Azərbaycanda iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür.
36. Azəbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası qətnaməsində iplərin Golam Mohammadiyə aid olmasını göstərən heç bir sübuta istinad etməmişdir. İşə baxan məhkəmə gömrüyə verilmiş sorğu və onun əsasında alınmış iddiaçı və cavabdehin adına heç bir malın gəlməməsini mötəbər sübut kimi qiymətləndirmişdir. İddiaçı dəfələrlə cavabdehlə birlikdə İran İslam Respublikasına gedərək malların şifarişini birlikdə etmiş, malların Azərbaycan Respublikasına göndərilib təhvil verilməsi isə İran şirkətlərinin öhdəsində olmuşdur. Malların kimin adına rəsmiləşdirilməsindən isə iddiaçının məlumatı olmamışdır. Məhkəmələr cavabdehin etirazını və izahatını qəbul edərək əsassız bir qətnamə qəbul etmişdir.
37. MPM-in 88, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmələr heç bir araşdırma aparmadan iplərin iddiaçının olmadığı qənaətinə gəlmişdir. İpləri Azərbaycan Respublikasına iddiaçının sifarişi ilə İran İslam Resp ublikasından Golam Mohammadi və Salman Hamedi müxtəlif karqo şirkətləri ilə göndərmişlər. İddiaçı Azərbaycan Respublikasında şirkət rəhbərləri olan Golam Mohammadi və Salman Hamedinin nümayəndəsi Nurəddin adlı şəxs tərəfindən Biləsuvar rayonunda ipləri təhvil almışdır. Məhkəmələr mütləq şəkildə qeyd etmişdir ki, hökmən iplər İran İslam Respublikasından karqoyla iddiaçının adına gəlməli idi. Lakin bunu məhkəmələr qətnamələrində əsaslandıra bilməmiş, bundan başqa, məhkəmə iclasının təxirə salınması ilə bağlı iddiaçının xahişi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
39. Hazırkı icraat çərçivəsində kassasiya şikayətinin dəlillərinə əsasən qətnamə bütövlükdə mübahisələndirildiyin dən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq
41. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.” “Maddə
26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.” “Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyy ət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.”
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Ali Məhkəmənin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 sentyabr tarixli 2-2(106)-98/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, məhkəmələr iddiaçının mülkiyyət hüququnu heçə sayaraq iş üzrə ədalətsiz qətnamələr çıxarmışlar, “tonlarla ip cavabdehin anbarına yığılmış və cavabdehdə iplərin alışı və satışı barədə qeydlərin olmasına baxmayaraq, məhkəmə ədalətsizcəsinə iplərin cavabdehə təhvil verilməsini qəbul etməmişdir”.
46. Kassasiya qaydasında işə baxan məhkəmə koll egiyası bununla bağlı qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən sözügedən iplər İran İslam Respublikasından Azərbaycan Respublikasına iddiaçı tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən göndərildiyindən, o cümlədən, həmin iplər iddiaçıya deyil, Golam Mohammadiyə məxsus olduğundan, bunun əksini təsdiq edən sənədlər isə məhkəməyə təqdim olunmadığından hazırkı iş üzrə iddiaçının malın cavabdehdən naturada, yaxud dəyərinin alınaraq ona verilməsini tələb etməsi əsassızdır. X6 məxsus olmuş həmin iplərin iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi barədə də məhkəməyə zəruri və mötəbərliyi şübhə doğurmayan sübutlar təqdim edilməmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı 2023-cü il 4 aprel tarixli məktuba əsasən isə İddiaçı Hacıağ a oğlu və Cavabdeh adlarına ip materiallarının idxalı haqqında, həmçinin, “X15.”, “X14 Ltd.” və “Abazar Hamedi Trading” şirkətləri tərəfindən ip materiallarının idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur.
47. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin “Subyektiv hüquqa” aid dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə iddiaçının həmin mala (ipə) dair hər hansı bir hüququ təsdiq olunmadığından, onun iddia tələbi məhkəmələr tərəfindən düzgün olaraq təmin edilməmişdir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürməklə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
48. Həmçinin apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəf Qulam Muhammedi və Salman Hamidi adlı şahidlərin dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsində vəsatət verməmiş və buna görə də məhkəmə kollegiyası həmin şahidlərin apelyasiya məhkəməsinin iclasında dindirilməsinə zərurət görməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin buna dair mövqeyini prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edir. 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevra l tarixli Qərarı).
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etmişdir.
51. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 sentyabr tarixli 2-2(106)-98/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 sentyabr tarixli 2-2(106)-98/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.