Məhkəmə qərarları › İş №2-2(102)-390/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-390/2022

25.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-390/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İdarəyə qarşı iddia ərizəsinə dair iş üzrə Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 16 Saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair verilmiş çıxarışların etibarsız hesab olunması, şirkətə məxsus torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılmaları” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 2022-ci il tarixli 11 aprel tarixli 2-2(117)420/2022 saylı qərardadına əsasən, Zərdab Rayon Məhkəməsi ilə Şəki Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “Şirkət”) 2021-ci il 25 oktyabr tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavab deh3 (bundan sonra – müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh3”) və Dövlət Xidmətinin (bundan sonra – “DX”) 16 Saylı Ərazi İdarəsinə qarşı “Cavabdeh1 adına DƏDRX-nın 16 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0,02 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat nömrəli 2017-ci il 26 may tarixli, Cavabdeh3 adına DX-nın 16 Saylı Ərazi İdarəsi tərəfindən 0,0050 ha torpaq sahəsinə dair verilmiş **********13 reyestr nömrəli 2014-cü il 4 iyul tarixli çıxarışların etibarsız hesab olunması, şirkətə məxsus Z şəhəri, Dörd Yol ərazisində yerləşən 0,10 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, T.Ə və Cavabdeh2 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə Zərdab Ray on Məhkəməsinə müraciət etmişdir.

2. Zərdab Rayon Məhkəməsi hazırki işin ümumi məhkəməyə aid olmaması qənaətinə gələrək 2022-ci il 28 fevral tarixli 2(035)-163/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərmişdir (hakim – T.Qubadov).

3. Zərdab Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, DX-dən alınmış sənədlərə əsasən torpaq sahəsi hər üç cavabdehə sahibkarlıq məqsədi ilə verildiyindən mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır.

4. Zərdab Rayon Məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 44.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

5. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 11 aprel tarixli 2-2(117)-420/2022 saylı qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – R.Məcidov).

6. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı tələbə tərəflərin subyektiv tərkibinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır.

7. Əvvəla, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaqla vergi orqanında qeydiyyata alınmamışdır. DX-nin 16 saylı Ərazi İdarəsi isə inzibati orqan olmaqla mübahisə predmeti olan çıxarışlar onun xidməti fəaliyyətinin nəticəsində verilmişdir.

8. Bundan başqa, digər cavabdehlər Cavabdeh2 və T.Ə isə fərdi sahibkar statusuna malik fiziki şəxslər olmasına baxmayaraq mübahisənin kommersiya məhkəməsinə aid olması üçün tək subyekt tərkibi deyil, həmçinin mübahisə predmeti də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlı olmalıdır. Belə ki, hazırkı işin aidiyyətinin kommersiya məhkəməsi olması üçün cavabdehlərlə iddiaçının aralarındakı mübahisə onların birgə sahibkarlıqla bağlı fəaliyyətlərindən irəli gəlməlidir. Lakin hazırkı mübahisə tərəflərə ayrılmış torpaq sahələri ilə bağlı yaranmışdır.

9. Cavabdeh2 və T.Ə-ninnın fərdi sahibkar olması işə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmasına dəlalət etmir və mübahisə ümumiyyətlə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.

10. İddia tələbinin predmeti çıxarışların mübahisələndirilməsindən ibarət olduğundan və mübahisə predmeti olan çıxarışlar alqı-satqı müqaviləsinin nəticəsi olduğundan hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında ümumi (ray on, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır.

11. Şəki Kommersiya Məhkəməsi bu qənaətini MPM-in 24.1, 24.2, 24.3, 26.1, 31.1, 32.3, 32.7ci maddələrinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 12, 13, 25-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının m əhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhk əmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu ha llarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.” müddəalarında

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı bi ri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşyahüquqi münasibətlərdən irəli gələn istifadə, s ahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçir ilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır....

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya müb ahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəməl ərdə baxılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

14. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı işdə aidiyyət qaydalarının yenidən müəyyən edilməsi üçün Zərdab Rayon Məhkəməsinə göndərilməlidir.

15. Belə ki, iddia ərizəsində qoyulmuş tələblər mahiyyət etibarilə əşya hüquqlarının müdafiəsindən irəli gələn tələblərdir və əsas cavabdehlərin hər üçü fiziki şəxslərdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqelə rə (bax yuxarıda § 13) görə, iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsindən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Fiziki şəxslərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyət i üzrə ümumi məhkəmədə baxılacaqdır.

17. Beləliklə, həmin hüquqi mövqelərdən aydın olur ki, əşya hüquq münasibətlərindən irəli tələblərə kommersiya məhkəmələrində baxılması üçün 2 şərtin mövcudluğu zəruridir: 1) hər iki mübahisə tərəfinin sahibkarlıq subyekti olması; 2) hər iki tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirilməsi.

18. İş materiallarından görünür ki, iddiaçı kommersiya hüquqi şəxsidir. Cavabdehlər Cavabdeh2 və T.Ə-yə fərdi sahibkar statusuna malik fiziki şəxslərdir. Digər Cavabdeh1 isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaqla vergi orqanında qeydiyyata alınmayan fiziki şəxsdir.

19. Beləliliklə, hazırkı mübahisə çərçivəsində Cavabdeh1 qarşı kommersiya məhkəməsində iddia qaldırılması istisna olunur, bir şərtlə ki, MPM-in 30-cu maddəsinə (bax y uxarıda § 12) uyğun olaraq, ümumi və kommersiya məhkəmələrinə aid olan bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirmək mümkün olmasın.

20. İş materiallarından cavabdehlər Cavabdeh2 və T.Ə-yə qarşı irəli sürülmüş tələblərlə Cavabdeh1 qarşı irəli sürülmüş tələblərin bir-biri ilə əlaqəli hesab edilməsi və bu tələblərin hamısına kommersiya icraatında baxılması üçün kifayət qədər obyektiv şərtlərin və hüquqi əsasların mövcud olması müəyyən edilmir.

21. Zərdab Rayon Məhkəməsi isə sözügedən şərtlərin və əsasların mövcudluğunun müəyyən edilməsi istiqamətində hər hansı araşdırma və qiymətləndimə aparmadan işi kommersiya məhkəməsinə göndərmişdir.

22. Bununla belə, digər cavabdehlər Cavabdeh2 və T.Ə-yə yuxarıda qeyd olunduğu kimi, fərdi sahibkar statusuna malik fiziki şəxslərdir və iş materia llarından görünür ki, mübahisə predmeti olan torpaq sahələri onlara məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmişdir.

23. Beləliklə, qarışıq məhkəmə tərkibinin qənaətinə görə, Cavabdeh2 və T.Ə-yə münasibətdə əşya hüquqlarının müdafiəsindən irəli gələn tələblərə MPM-in 24.2 və 26.1-ci maddələrinə (bax yuxarıda § 12) və Ali Məhkəmə Plenumunun yuxarıda istinad olunan hüquqi mövqeyinə uyğun olaraq, kommersiya məhkəməsində baxılması mümkündür. Belə ki, həmin cavabdehlər və iddiaçı sahibkarlıq subyektləridir və mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin ayrı-ayrılıqda həyata keçirilməsindən yaranmışdır.

24. Odur ki, hazırkı iş Zərdab Rayon Məhkəməsinə qaytarılmalı, həmin məhkəmə Cavabdeh1 münasibətdə yuxarıda (bax §§ 19-21) qeyd olunan nöqsanları aradan qaldırmal ı və araşdırmanın nəticəsinə uyğun olaraq məhkəmə aidiyyətinin həlli istiqamətində müvafiq prosessual hərəkətləri həyata keçirməlidir.

25. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.9.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4-ə qarşı “torpaq sahəsinə dair verilmiş çıxarışların etibarsız hesab olunması, şirkətə məxsus torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılmaları” tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar