Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-390/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kommersiya işi üzrə QƏRARİ İş № 2-2(102)-390/2024 Açar sözlər: kredit borcunun tutulması, iddia müddətinin tətbiq edilməsi, iddia müddətinin axımının kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə Şirvan Apellya siya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 mart tarixli, 2-2(106)-7/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh1 heyvandarlığın inkişafı məqsədi ilə: 1.1. 2013-cü il 27 noyabr tarixli 86 saylı kredit müqaviləsi ilə 24 ay müddətinə illik 21%-lə 20000 manat, 1.2. 2014-cü il 7 noyabr tarixli 85 saylı kredit müqaviləsi ilə 36 ay müddətinə illik 6%-lə 15000 manat, 1.3. 2014-cü il 11 dekabr tarixli 101 saylı kredit müqaviləsi ilə 36 ay müddətinə illik 6%-lə 15000 manat kredit vermişdir.
2. Kredit müqavilələrin təminatı olaraq aşağıdakı ipoteka müqavilələri bağlanm ışdır: 2.1. 2013-cü il 27 noyabr tarixli 86 saylı kredit müqaviləsi üzrə həmin tarixli 86 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evi, 0,19 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmiş; 2.2. 2014-cü il 7 noyabr tarixli 85 saylı kredit müqaviləsi üzrə eyni tarixli 85 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 məxsus Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi, 0,61 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmiş; 2.3. 2014-cü il 11 dekabr tarixli 101 saylı kredit müqaviləsi üzrə həmin tarixli 101 saylı ipoteka müqaviləsi ilə Cavabdeh2 məxsus Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evi, 0,59 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir.
3. Hər üç ipoteka müqavilələri notarial qaydada təsdiqlənmiş və daşınmaz əmlakların dövlət reyestrində iddiaçının ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 2022-ci il 14 mart tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il 27 noyabr tarixli 86 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5464,35 manat, faiz borcu üzrə 9758,18 manat olmaqla, cəmi 15.222,53 manat, 2014-cü il tarixli 7 noyabr 85 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 7902,77 manat olmaqla, cəmi 21563,65 manat və 2014-cü il 11 dekabr tarixli 101 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 11839,43 manat, faiz bor cu üzrə 8151,76 manat olmaqla, cəmi 19991,19 manat, hər 3 müqavilə üzrə ümumilikdə 56777,37 manat borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi; borc tələbinin ipoteka qoyulmuş Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə 0,61 ha torpaq sahəsi ilə birlikdə, Sabirabad rayonu, Qalağayın kəndində yerləşən fərdi yaşayış evinə 0,19 ha torpaq sahəsi ilə birlikdə, habelə Saatlı rayonu, Azadkənd kəndində yerləşən fərdi yaşayış evinə 0,59 ha torpaq sahəsi ilə birlikdə yönəldilməklə, həmin əmlakların açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 56777,37 manat borcun və ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, kredit müqavilələrin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürmüş, lakin cavabdeh öhdəliyini lazımi qaydada icra etməmiş və iddiaçıya tələbdə göstərilən məbləğlərdə borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır.
6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 26 iyul tarixli rəyindən görünür ki, tərəflər arasında bağlanmış 86 saylı müqavilə üzrə Cava bdeh1 2015-ci il 18 dekabr tarixinə əsas borc üzrə 9894,88 manat, faiz borcu üzrə 2031,75 manat, 2021-ci il 20 aprel tarixinə əsas borc üzrə 9894,88 manat, faiz borcu üzrə 7589,91 manat borcu vardır.
7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 21 oktyabr tarixli rəyindən görünür ki, tərəflər arasında bağlanmış 86 saylı müqavilə üzrə birinci cavabdehin 2015-ci il 18 dekabr tarixinə əsas borc üzrə 9894,88 manat, faiz borcu üzrə 2031,75 manat, 2021-ci il 20 aprel tarixinə əsas borc üzrə 9894,88 manat, faiz borcu 7589,91 manat, 2021-ci il 20 aprel tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına əs asən 5% hesablandığı halda əsas borc üzrə 7973,12 manat, faiz borcu üzrə 795,1 manat, tərəflər arasında bağlanmış 85 saylı müqavilə üzrə birinci cavabdehin 2017-ci il 21 noyabr tarixinə əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 1897,5 manat, 2021-ci il 20 aprel tarixə əsas borc üzrə 13660,88 manat, faiz borcu 4809,75 manat, 2021-ci il 20 aprel tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına əsasən 5% hesablandığı halda əsas borc üzrə 13660,88 manat, faiz borcu üzrə 4324,38 manat, tərəflər arasında bağlanmış 101 saylı müqavilə üzrə birinci cavabdehin 2017-ci il 26 dekabr tarixinə əsas borc üzrə 13632,5 manat, faiz borcu üzrə 1231,47 manat, 2021-ci il 20 aprel tarixinə əsas borc üzrə 12471,5 manat, faiz borcu 3805,4 manat, 2021-ci il 20 aprel tarixinədək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına əsasən 5% hesablandığı halda əsas borc üzrə 12471,5 manat, faiz borcu üzrə 3376,42 manat olması müəyyən olunur.
8. Cavabdehlər 2022-ci il 13 dekabr, 2023-cü il 10 yanvar tarixli ərizələrlə və 2022-ci il 14 dekabr tarixli teleqramla birinci instansiya məhkəməsinə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli, e-2-2(121)12/2023 nömrəli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış 2013-cü il 27 noyabr tarixli müqavilə ü zrə icra müddəti 2015-ci il 18 dekabr tarixində, 2014-cü il 07 noyabr tarixli müqavilə üzrə icra müddəti 2017-ci il 21 noyabr tarixində və 2014-cü il 11 dekabr tarixli müqavilə üzrə icra müddəti 2017-ci il 26 dekabr tarixində bitmişdir. Cavabdeh1 2018-ci il 20 iyun tarixində kredit müqavilələri üzrə öhdəliklərindən 5000 manat məbləğində ödəniş etmiş, bununla da, kredit müqaviləsi üzrə icra müddəti 2018-ci il 20 iyun tarixində bitərək, iddia müddətinin axımı 2018-ci il 20 iyun tarixindən başladığından, iddia müddəti 2021-ci il 20 iyun tarixində bitmişdir. Cavabdehin borcundan 2019-cu il 22 aprel tarixində silinmiş 3035,34 manat məbləğində pul vəsaiti isə kompensasiya hesabına silinmişdir. Yəni, həmin tarixdə cavabdeh(lər) tərəfindən hər hansı ödəniş edilməmişdir. Bununla da, məhkəmə hesab e tmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 376, 377.2, 380.1, 380.2, 399-cu; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələ binin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 mart tarixli, 2-2(106)-7/2024 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və S.İ.Mayılovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli, e-2-2(121)-12/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Birinci instansiya məhkəməsi doğru qənaətə gələrək iddia müddətini tətbiq etmişdir.
15. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mövcud iddia ərizə si 2022-ci il 14 mart tarixində məhkəməyə verilmiş və iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
17. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: - Mülki Məcəllənin 37 2.1, 372.2, 373.2, 375.1 375.2 və 380.1-ci maddələri üzrə kredit borcundan 2019-cu il 22 aprel tarixində 3035,34 manat ödəniş olmuşdur ki, bu ödənişlər də borclunun gecikdirilmiş kredit borclarının ödənilməsinə yönəldilmişdir. Məhkəmə həmin ödənişə qiymət verərkən, bu ödənişi əsassız olaraq borcun ödənişi kimi deyil, səhvən borcun silinməsi kimi nəzərə almışdır. Birinci cavabdehin 2019-cu il 22 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının icrası ilə əlaqədar kompensasiya kimi ona ödənilməli olan 3035,34 manat məbləğin onun kredit borcundan azaldılmasına heç bir etirazı olmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri cava bdehin borcundan aparılmış ödənişlə bağlı MM-in 380.1-ci maddəsini tətbiq etməli olduğu halda, bunu etməmişlər. Bundan başqa cavabdeh dəfələrlə iddiaçının baş ofisinə gələrək kredit borcunu etiraf etməklə, ona təsərrüfatında yaranmış çətinliklərlə bağlı vaxt, möhlət verilməsini xahiş etmişdir. Bu halları təsdiq edən iddiaçının müvafiq aktı məhkəməyə təqdim edilmişdir. Lakin, apellyasiya məhkəməsi cavabdehin kredit borcunu etiraf edən hərəkətlərinin olmasını, bunun da iddia müddətinin axımının kəsilməsinə səbəb olmasını nəzərə almamış, buna hüquqi qiymət verməmişdir. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı və Mülki Məcəllənin 5. 3, 16, 399.3, 399.4, 405.1, 425.1, 425.2, 445 və 449-cu maddələri üzrə - müqavilənin qüvvəsi bitməmiş, hal-hazıradək davam edir. Birinci instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə, mülki qanunvericiliyin normalarını pozmuşdur. Bundan başqa, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir. - Mülki Prosessual Məcəllənin 88, 372.1, 372.6, 372.7, 386-cı maddələri üzrə məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün mü ddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, iştirakçı lardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 24. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında göstəril mişdir ki: “...İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hü quqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı) Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün h üququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür....”
26. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlu matlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
29. Apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq qeyd etmişdir ki, iddia müddətinin axımı cavabdehin kredit müqavilələri üzrə öhdəliyin icra m üddəti bitdikdən sonra borcun etiraf edilməsinə əsas verən hərəkətləri yerinə yetirdiyi tarixdən (2018-ci il 20 iyun tarixində 5000 manat məbləğində ödəniş) hesablanmalıdır. Hazırki iddia 2022-ci ilin 14 mart tarixində məhkəməyə təqdim edildikdə isə iddia müddəti ötürülmüş və cavabdehlər iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər.
30. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının icrası ilə əlaqədar kompensasiya kimi cavabdehə ödənilməli olan 3035,34 manat pulun kredit müqavilələri üzrə borcdan silinməsi ilə iddia müddətinin axımının yenidən başlanmasına dair kassasiya şikayətinin dəlili ilə məhkəmə tərkibi razılaşmır.
31. Belə ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki,... müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur.... Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
32. Kassasiya kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının icrası ilə əlaqədar cavabdehin borcundan müəyyən məbləğin silinməsində cavabdehlərin müddətin kəsilməsi ilə bağlı iradəvi xarakterli hərəkətləri müəyyən olunmadığından, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının hesablanmasında maddi hüquq normaların pozulmasına yol verməmişdir.
33. Digər tərəfdən, qeyd olunmalıdır ki, iddiaçı cavabdehin borcun etiraf etməsinə dair başqa sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etmədiyindən, kassasiya şikayətinin bununla bağlı digər dəlili (cavabdehin iddiaçının baş ofisinə gələrək, kredit borcunu etiraf etməklə, ona təsərrüfatında yaranmış çətinliklərlə bağlı vaxt, möhlət verilməsini xahiş etməsi) də qətnamənin lə ğvi üçün əsas ola bilməz.
34. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 28 mart tarixli, 2-2(106)-7/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.