Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-391/2023 17.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 may tarixli, 2-2(103)-595/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər "xxxx" MMC (bundan sonra“cavabdeh MMC”) və Cavabdeh2 (bundan sonra - “Cavabdeh2, birlikdə işlədikdə“cavabdehlər”) qarşı 2022-ci il 28 mart tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən DC00278993-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 95.038,25 manat əsas borc, 23.022,46 manat faiz borcu, 11.050,75 manat cərimə borcu olmaqla, cəmi 129.111,46 manat məbləğində borcun, DCS00278993-02 saylı kredit müqaviləsinə əsasən 12.060 manat əsas borc, 5.291,38 manat faiz borcu, 1.336,24 manat cərimə borcu olmaqla, cəmi 18.867,62 manat məbləğində borcun birgə qaydada iddiaçının xeyrinə tutulması, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 39 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 aprel tarixli, e-2-2(113)-64/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur (hakim K.Hüseynov).
3. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 may tarixli, 2-2(103)-595/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab olunmuşdur (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).
5. Həmin qərardaddan cavabdehlər tərəfindən kassasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinə baxılmasının mümkünlüyü barədə qərardad qəbul olunması xahiş edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 may tarixli, 2-2(103)-595/2023 saylı qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).
7. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 10-1.7, 407.3, 408.1.1-ci maddələrinə istinadla, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, şikayəti elektr on imzalamış cavabdehlərin nümayəndəsi və vəkili Vəkil eyni nöqsana yol verərək şikayəti öz şəxsi elektron kabinetindən deyil, rəhbəri olduğu Bakı şəhəri 6 X2nın elektron kabinetindən yükləmişdir. Belə olan halda şikayət 6 X2 tərəfindən verilmiş hesab olunur.
8. Həmin qərardaddan Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinə baxılmasının mümkünlüyü barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci maddələrinin tələbləri pozulmuş, həmin maddələrin tələblərinə riayət olunmamışdır.
10. MPM-in 76, 77.1, 267, 357.1, 361.2, 363.1.1 və 364-cü maddələrini n tələbləri pozulmuşdur- apellyasiya şikayəti verildikdən sonra Bakı Kommersiya Məhkəməsi apellyasiya şikayətini yoxlamış və işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin pozuntusu ilə bağlı heç bir halı qeyd etməmişdir. Həmin şikayət Vəkil tərəfindən imzalanmış və fərdi olaraq ASAN imzadan istifadə olunmuşdur. Həmin şikayətin Bakı şəhəri 6 X2 ilə bağlılığı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
12. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kas sasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən apellyasiya məhkəməsinin iş üzrə qərardadı cavabdehin kassasiya şikayətinin qaytarılması hissəsində yoxlanılacaqdır. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.... 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində el ektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tər əfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialı ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin kassasiya şikayətinin qaytarılması hissəsində ləğv edilməlidir.
16. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2, məhkəmənin 2023-cü il 24 may tarixli qərardadından verdiyi kassasiya şikayətini geri qaytararkən ona əsaslanmışdır ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil şikayəti öz şəxsi elektron kabinetindən deyil, rəhbəri olduğu Bakı şəhəri 6 X2nın elektron kabinetindən yükləmişdir.
17. Məhkəmənin həmin nəticəsini mübahisələndirən cavabdehin dəlili ondan ibarə tdir ki, şikayətin Bakı şəhəri 6 X2 ilə hər hansı bağlılığı mövcud deyil, şikayət Vəkil tərəfindən imzalanmışdır.
18. Şikayətin dəlili nəzərə alınaraq, «Elektron məhkəmə» informasiya sisteminə texniki dəstəyi göstərən müvafiq şöbəyə sorğu verilmişdir. Məhkəmənin «Elektron məhkəmə və İnformasiya texnologiyaları şöbəsi»nin verdiyi 2023-cü il 10 iyul tarixli arayışında göstərilmişdir ki, 2-2(102)-391/2023 saylı iş üzrə elektron qaydada yüklənən kassasiya şikayətləri və apellyasiya şikayəti hüquqi şəxs kimi deyil, məhz vəkil (Vəkil) tərəfindən imzalanaraq icra edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Vəkil eyni zamanda hüquqi şəxsin (Bakı 6 X2) direktorudur və hüquqi şəxs sertifikatı da mövcuddur.
19. Göründüyü kimi, Cavabdeh2 kassasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 408.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən «Elektron məhkəmə» informasiya sisteminə aid texniki məsələyə aydınlıq gətirilmədən qərardad qəbul edilməsi, qeyd olunan prosessual hüquq normasının pozulmasına gətirib çıxarmışdır.
20. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı).
21. Həm milli, həm də beynəlxalq-hüquqi aktla rda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020ci il 16 oktyabr tarixli Qərar).
22. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, a pellyasiya instansiyası məhkəməsinin 2023-cü il 26 may tarixli qərardadı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması hissəsində ləğv edilməlidir. Cavabdeh2 tərəfindən həmin məhkəmənin 2023-cü il 24 may tarixli, 2-2(103)-595/2023 saylı qərardadından verilmiş kassasiya şikayəti MPM-in 407-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verdiyindən, həmin şikayət üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.
23. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 may tarixli 22(103)-595/2023 saylı qərardadı qismən-Cavabdeh2 kassasiya şikayətinin geri qaytarılması hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2023-cü il 24 may tarixli, 22(103)-595/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov V.M.Məmmədov