Məhkəmə qərarları › İş №2-2(102)-392/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-392/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-392/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 19 aprel 202 4-cü il tarixli, 22(104)-247/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)416/2023 nömrəli qətnaməsi ilə (hakim R.S.Məmmədov) İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, 23233,34 manat əsas borc, 3933,61 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 27466,95 manat məbləğində borcun və ödənilmiş 169,92 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın müştərək qaydada cavabdehlər Cavabdeh1 və X2 tutularaq iddiaçıya ödən ilməsi, tələb üzrə tutmanın cavabdeh X3 məxsus Gəncə şəhəri, Zərifə Əliyeva küçəsi, döngə 1-də yerləşən 11 saylı evin 11 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 40000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh X1ytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və X2 tutularaq iddiaçıya ödənilməsi, cavabdeh X2 200 manat məbləğində qiymətləndirmə haqqının tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, Cavabdeh1 200 manat məbləğində ekspertiza xərcinin tutular aq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 01 dekabr 2023cü il tarixli, 2-2(104)-247/2023 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovdan və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) İddiaçı ASC və cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2-2(115)-416/2023 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin qətnamədən cavabdeh X4 kassasiya şikayəti vermiş və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 19 aprel 2024-cü il tarixli, 2-2(104)-247/2023 nömrəli qərardadı ilə (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Q.Rzaquliyevdən və L.S.Süleymanovdan ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 01 dekabr 2023cü il tarixli, 2-2(104)-247/2023 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsinin surəti 14 dekabr 2023-cü il tarixdə həm cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, həm də cavabdehin özünün elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) tərəfindən verilmiş kassasiya şikayəti və müddətin bərpası barədə ərizə isə 03 aprel 2024cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti 13 dekabr 2023-cü il tarixdə həm cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili), həm də cavabdehin özü tərəfindən rəsmi qaydada qəbul edilmişdir.

6. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh X3 məxsus +994 kodlu mobil nömrə, habelə adına asan imza vardır. Həmçinin, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış teleqram mövcuddur (İİ cild, iş. v 33). Digər tərəfdən cavabdeh tərəf qətnamədən kassasiya şikayə ti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət bitdikdən 2 aya yaxın müddət keçdikdən sonra (03 aprel 2024) məhkəməyə müraciət etmişdir. Ərizədə göstərilən hallar özü-özlüyündə prosessual müddətin bərpası üçün əsas ola bilməz. Çünki qətnamənin surəti cavabdehlə yanaşı onun nümayəndəsinin də elektron kabinetinə rəsmi qaydada yerləşdirilmiş və cavabdeh Belarus Respublikasının vətəndaşı olsa da belə, hansı səbəbdən qanunla müəyyən olunmuş müddət ərzində nümayəndəsinə müvafiq tapşırıq verməməsi əsaslandırılmamışdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.3, 130, 133.1, 133.2, 135.5-135.6 və 405.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

8. Cavabdeh X4 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 19 aprel 2024-cü il tarixli, 2-2(104)-247/2023 nömrəli qərardadının ləğv edilməsi və müddətin buraxılmasının üzrlü hesab edərək, kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 133, 405.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, kassator Belarus Respublikası vətəndaşıdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ümumiyyətlə onun ünvanına göndərilməmişdir. Həmin qətnamə cavabdehin elektron kabinetinə yerləşdirilsə belə, onun kabinetin mövcudluğundan xəbəri olmamışdır. Vəkil yalnız apellyasiya şikayəti ilə bağlı cavabdehlə müqavilə bağlamış, kassasiya ş ikayəti verilməsi üçün səlahiyyətləndirilməmişdir. Belə olan halda, qətnamənin vəkilin elektron kabinetinə yerləşdirilməsi heç bir əhəmiyyət daşımamışdır. Kassatorun Belarus Respublikası vətəndaşı olması, Azərbaycan dilini ümumiyyətlə bilməməsi, qətnamənin surətini almaması, həmçinin adına olan elektron kabinetinin işlək vəziyyətdə olmaması üzrlü səbəb hesab edilməli və kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət bərpa edilməlidir.

10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

11. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “ele ktron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 402.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

13. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot R usiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. 14. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəs ində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

16. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti b uraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

17. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

18. Hazırki işin materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 01 dekabr 2023-cü il tarixli qətnaməsi cavabdehin nümayəndəsi, Vəkil2 iştirakı ilə elan edilmiş və qətnamənin əsaslandırılmış sur əti 14 dekabr 2023-cü il tarixdə həmin vəkilin, həmçinin cavabdehin özünün “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, onlara rəsmi qaydada təqdim olunmuşdur. Yəni, qətnamədən cavabdehin nümayəndəsinin xəbəri olmuş, habelə surəti həm cavabdehin özünə, həm də nümayəndəyə təqdim olunmuşdur.

19. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin verilməsi üçün prosessual müddətinin axımını məhz 14 dekabr 2023-cü il tarixdən hesablamalı olması və cavabdehin qətnamədən kassasiya şikayətinin 03 aprel 2024-cü il tarixdə apellyasiya məhkəməsinə verildiyi üçün prosessual müddətin ötürülməsi və müddətin bərpası üçün üzrlü səbəbin müəyyən olunmaması barədə düzgün nəticəyə gəlmişdir.

20. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiya sı qeyd edir ki, cavabdeh 17 aprel 2023-cü il tarixli etibarnamədə Vəkil2 Mülki Prosessual Məcəllənin 74-cü maddəsi ilə nəzərdə tutulan səlahiyyətləri, o cümlədən məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması) səlahiyyətini vermişdir. Belə olan halda, cavabdehin kassasiya şikayətinin verilməsi üçün vəkillə yeni müqavilənin vaxtında bağlamamasının mənfi hüquqi nəticələrinə görə məsuliyyət özü daşımalı və bu hal buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz.

21. Məhkəmə kollegiyası bunun davamı olaraq qeyd edir ki, kassatorun müvafiq səlahiyyətləri vəkilə ötürməsi nəzərə alınmaqla, onun xarici dövlətin vətəndaşı olması, Azərbaycan dilinin bilməməsi əhəmiyyət kəsb etmir.

22. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən prosessual müddə tinin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.

23. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası Qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 19 aprel 2024-cü il tarixli, 2-2(104)-247/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar