Məhkəmə qərarları › İş №2-2(102)-393/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-393/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-393/2023 30.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRAR 2-2(102)-393/2023 Açar sözlər: borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tələbin ipote ka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(103)-305/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ

1. İddiaçı ASC ilə "xxxx" MMC arasında 2018-ci il 12 aprel tarixdə bağlanmış RBLLF371 saylı kredit müqaviləsinə əsasən borc verən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində Borc alana ("xxxx" MMC) ticarət və xidmət məqsədilə 500.000 manat məbləğdə kredit verməyi, borc alan isə krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesabla nmış faizləri ödəməyi öhdəsinə götürür. Kredit 12 ay müddətinə verilir. Kreditə görə illik 18% (on səkkiz) faiz hesablanır. Müqavilə üzrə illik faiz dərəcəsi (FİFD) 19% təşkil edir. 2. 2018-ci il 13 aprel tarixli sərəncamdan görünür ki, 500.000 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 3. 2018-ci il 12 aprel tarixli RBLLF-371 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 ilə 2018-ci il 12 aprel tarixli RBLLF-371 saylı zaminlik müqaviləsi bağlanmışdır.

4. Cavabdeh3 məxsus ünvan 1 ünvanındakı evə dair 2018-ci il 12 aprel tarixli, RBLLF371 saylı ipoteka müqaviləsi bağlanmış, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 12 aprel tarixli RBLLF-371 saylı kredit müqaviləsinə əsasən i llik 18% olmaqla, 12 ay müddətinə verilən 500.000 manat məbləğində kredit və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin və digər tutma və ödəmələr üzrə yaranmış öhdəliklərin təminatı olaraq qeyd edilmiş əmlak İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. Tərəflər arasında bağlanılan “Baş kredit müqaviləsinin (kredit müqaviləsinin) müddətinin uzadılması” haqqında 2019-cu il 12 aprel tarixli Əlavə razılaşmaya əsasən tərəflər razılıq əldə etmişlər ki, 2018-ci il 12 aprel tarixli, RBLLF-371 nömrəli kredit müqaviləsinin müddəti 2019-cu il 12 aprel tarixindən 12 ay müddətinə uzadılsın. Əlavə razılaşma 2018-ci il 12 aprel tarixli RBLLF nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılır və 2019-cu il 12 aprel tarixdən qüvvəyə minir. 6. 2019-cu il 29 aprel tarixli İpoteka müqaviləsinə Əlavə Sazişlə 2018-ci il 12 aprel tarixli, RBLLF-371 saylı ipoteka müqaviləsinin müvafiq bəndlərinə dəyişikliklər (kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 2020-ci il 29 aprel tarixədək uzadılır) edilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər. Eyni zamanda ipoteka müqaviləsi üzrə tərəflər 2018-ci il 12 aprel tarixdə RBLLF-371 saylı kredit müqaviləsinə edilmiş əlavələrlə tanış olmuş və razılığını bildirmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər "xxxx" MMC (bundan sonra – “MMC”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”), Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) və Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə 2022-ci il 1 fevral tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, MMC-dən və Cavabdeh1 iddiaçının xeyrinə 2018-ci il 12 aprel tarixli, RBLLF-371 saylı kredit müqaviləsi, ona əlavələr və razılaşmalar üzrə 305.279,5 manat əsas, illik 18 faizlə hesablanmış faiz borcuna görə 208.417,6 manat, cərimə borcuna görə 100.000 manat olmaqla, ümumilikdə 613.697,10 manat, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 457,68 manat məbləğində pulun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, 13 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın h ərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh MMC-nin 2018-ci il 12 aprel tarixli, RBLLF-371 saylı kredit müqaviləsi və ona əlavələr üzrə cəmi 613.697,10 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 897,68 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, 13 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və yetkinlik yaşına çatmayan X1 Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, 13 saylı fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qey d olunan 2018-ci il 12 aprel tarixli, RBLLF371 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun MMC-dən və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" filialı ilə cavabdeh MMC arasında bağlanmış 2018-ci il 12 aprel tarixli, RBLLF-371 saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 500.000 manat limitində kredit xətti ayrılmışdır (kredit müqaviləsinin 1.1, 2.2 və 2.3-cü bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 2018-ci il 12 aprel tarixdə iddiaçının Lənkəran filialı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 2018-ci il 12 aprel tarixli, RBLLF-371 say lı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Daha sonra iddiaçının Lənkəran filialı ilə cavabdeh MMC arasında 2018-ci il 12 aprel tarixli, RBLLF-371saylı kredit müqaviləsinə 2019-cu il 12 aprel tarixli əlavə razılaşma bağlanmışdır. Həmin əlavə müqaviləyə əsasən müqavilənin müddəti 2019-cu il 12 aprel tarixindən 12 ay müddətinə 2020-ci il 12 aprel tarixinədək uzadılmışdır. Daha sonra iddiaçının Lənkəran filialı ilə cavabdehlər MMC, Cavabdeh1 və Cavabdeh3 arasında 2018-ci il 12 aprel tarixli, RBLLF371 saylı kredit müqaviləsinə 2020-ci il 21 avqust tarixli əlavə razılaşma bağlanmışdır. Həmin əlavə müqaviləyə əsasən müqavilənin müddəti sonuncu ödəniş tarixindən 6 ay müddətinə uzadılmışdır. 2018-ci il 12 aprel tarixli, RBLLF-371 saylı kredit müqav iləsinin şərtlərinə görə cavabdeh MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. 2018-ci il 12 aprel tarixli, RBLLF-371 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, 13 saylı fərdi yaşayış evi iddiaçının qarşısında 2018-ci il 12 aprel tarixli, RBLLF371 nömrəli ipoteka müqaviləsi və 2019-cu il 29 aprel tarixli ipoteka müqaviləsinə əlavə saziş ilə yüklü edilmişdir. İpoteka müqaviləsi və əlavə saziş notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 279, 295, 385.1, 427.3, 442, 445.1, 445.2.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 36, 37.2, 39.1, 59.3-cü maddələrinə istinad edilmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 fevral tarixli e-2-2(113)-1130/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 fevral tarixli e-2-2(113)-1130/2022 nömrəli qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.

13. Məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 5 may tarixli 9/1926 nömrəli rəyinə əsasən MMC-nin 2020-ci il 12 aprel tarixə əsas borcu 488.352,72 manat, faiz borcu 21.556,99 manat, 2020-ci il 21 avqust tarixə əsas borcu 458.159,71 manat, faiz borcu 0,0 manat, 2021-ci il 20 fevral tarixə əsas borcu 404.552,13 manat, faiz borcu 11.459,74 manat, 2022-ci il 11 yanvar tarixə əsas borcu 242.623,37 manat, faiz borcu 0,0 manat müəyyən edilmişdir. 14. "xxxx" MMC yərəfindən verilmiş 2022-ci il 14 aprel tarixli 075/RB/22 nömrəli qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanında yerləşən ipoteka predmetinin bazar dəyəri 1.100.000 manat, likvid dəyəri isə 935.000 manat məbləğində müəyyən olunmuşdur.

15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 iyun tarixli e-2-2(113)-1130/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

16. Məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 13 iyul tarixli 9/4603 nömrəli rəyinə əsasən MMC-nin 2020-ci il 12 aprel tarixə əsas borcu 500.000 manat, faiz borcu 22.250 manat, 2022-ci il 16 iyun tarixə əsas borcu 217.041,5 manat, faiz borcu 0,0 manat, faiz borcu 5% ilə 37.646,29 manat müəyyən edilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 sentyabr tarixli e-2-2(113)-1130/2022 nömrəli qərardadı ilə iş üzrə təkrar komisyon məhk əmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

18. Təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 17 oktyabr tarixli 9/6859 nömrəli rəyinə əsasən MMC-nin 2020-ci il 12 aprel tarixə əsas borcu 500.000 manat, faiz borcu 22.250 manat, 2022-ci il 16 iyun tarixə əsas borcu 217.041,5 manat, kredit müqaviləsinin bitdiyi 2020-ci il 12 aprel tarixdən illik 5% hesablanmaqla faiz borcu 37.646,29 manat müəyyən edilmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli e-2-2(113)-1130/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə MMC arasında bağlanmış 2018-ci il 12 aprel tarixli RBLLF-371 saylı kredit müqaviləsi üzrə 217.041,50 mana t əsas borc və 10.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 227.041,50 manat məbləğində pulun, əsas borca illik 5 faiz hesablanmaqla 37.646,29 manat məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 457,68 manat məbləğində pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 40 manat məbləğində pulun MMC-dən tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kaspiysk küçəsi, 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Kaspiysk küçəsi, 13 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 935.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 217.041,50 ma nat əsas borc, 10.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 227.041,50 manat borcun, əsas borca illik 5 faiz hesablanmaqla 37.646,29 manat pulun, mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 457,68 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 40 manat pul məbləğinin ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Kaspiysk küçəsi, 13 nömrəli fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 həmin evdən çıxarılmaqla boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xərcinin əvəzi olaraq 150 manat məbləğində pulun MMC-dən, 300 manat məbləğində pulun iddiaçıdan tutularaq Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

20. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin mübahisəsiz hallarına əsasən, kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən MMC-yə 500.000 manat məbləğində kredit verilmişdir. Həmçinin bu halı məhkəmə iclasında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 təsdiq etmişdir. Yəni cavabdeh tərəf ekspert rəyində qeyd edilmiş əsas borc məbləği ilə razı olmuş ancaq, faiz borcu məbləğini mübahisələndirmişdir.

21. Məhkəmə hesab etmişdir ki, əsas borcun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, təyin edilmiş ekspert rəylərindən də göründüyü kimi, MMC-nin 2022-ci il 16 iyun tarixə əsas borcu 217.041,5 manat təşkil edir. İddiaçı tərəf isə qey d edilən borcun əsassız olmasına dair hər hansı bir dəlil təqdim edə bilmədiyindən, 217.041,5 manat məbləğində əsas borc MMC-dən tutularaq iddiaçıya verilməlidir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən işə əlavə edilmiş 2018-ci il 12 aprel tarixli RBLLF-371 saylı kredit müqaviləsinə 2020-ci il 21 avqust tarixli Əlavə razılaşma etibarsız əqddir. Belə ki, müqaviləyə əlavə və dəyişiklik müqavilə müddəti ərzində edilməlidir. Hazırkı halda isə müqaviləyə edilmiş 2019-cu il 12 aprel tarixli əlavənin müddətinin 2020-ci il 12 aprel tarixdə bitməsinə baxmayaraq, ondan təxminən 4 ay keçdikdən sonra müqaviləyə əlavə imzalanmışdır. Qeyd edilən əlavə isə nə müstəqil müqavilənin, nə də müqaviləyə əlavənin şərtlərinə cavab vermədiyindən etibarsız əqddir. Bundan başqa, 2018-ci il 12 a prel tarixli RBLLF-371 saylı kredit müqaviləsinə 2019-cu il 12 aprel tarixli əlavə bağlanarkən, zamin Cavabdeh1 nə razılığı alınmış, nə də onunla zaminlik müqaviləsinə əlavə və dəyişiklik bağlanmışdır.

22. Tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli RBLLF-371 saylı kredit müqaviləsində gələcəkdə bağlanacaq kredit sazişlərinin predmeti, müddəti, tərəflərin, o cümlədən də zaminlərin hüquq və vəzifələri öz əksini təfsilatı ilə tapmamış və kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə müəyyən ediləcəyi əksini tapmamışdır. Bununla da, sözügedən kredit xətti üzrə bağlanacaq kredit sazişləri bağlandıqda zaminlərlə hər dəfə müqavilənin bağlanması nəzərdə tutulur. Məhkəmə, zaminliyə xitam verilməsinin əsaslarından bəhs edən MM-in 477-ci maddəsinin tələblərinə istinadən belə qən aətə gəlmişdir ki, tutulmalı olan borc məbləği ancaq MMC-dən tutulmalıdır.

23. Məhkəmə iddianın illik 18 faizlə hesablanmış faiz borcuna görə 208.417,6 manat tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi qeyd edilən faiz borcunun həm müqavilə müddəti ərzində, həm də müqavilə müddəti bitdiyi tarixdən sonra hesablandığını bildirmiş və əlavə olaraq da müqavilə müddətindən sonra borca hesablanmalı olan illik 5 faiz pulun qeyd edilən məbləğin daxilində, yəni onunla əhatə olunduğunu qeyd etmişdir. Cavabdeh tərəf faiz borcunun olmadığını və illik 5 faiz pulun tələb edilməsinin aydın olmadığını bildirmişdir.

24. Məhkəmə iclasında iddiaçı tərəf iddiasında tələb etdiyi faiz borcuna görə 208.417,6 manat məbləğin həm müqavilə müddəti üçün, həm də müqavilə müddətin dən sonra da müqavilənin 5.2-ci bəndinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında qeyd olunmuş digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmək imkanlarının olduğuna istinad edərək, illik 18 faizlə hesablandığı və illik 5 faiz məbləğin də onunla əhatə olunduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddia faiz məbləğinin tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, ekspert rəylərindən də göründüyü kimi müqavilə üzrə faiz borcu “0” manat təşkil edir. Ancaq cavabdehin öhdəliyinin icrasını gecikdirməsi işin mübahisəsiz halı olduğundan, müqavilədən sonra hesablanmalı faiz məbləği 18 fai zlə deyil, məhz əsas borca 5 faizlə hesablanmalıdır. Həmçinin yuxarıda qeyd edilmiş ekspert rəyindən də göründüyü kimi, MMC-nin 2022-ci il 16 iyun tarixə (iddianın dəyişdirildiyi tarix) kredit müqaviləsinin bitdiyi tarixdən (2020-ci il 12 aprel tarixdən) əsas borca illik 5% hesablanmaqla faiz borcu 37.646,29 manat təşkil edir. Ona görə də, məhkəmə hesab etmişdir ki, MMC-dən iddiaçının xeyrinə əsas borca illik 5% hesablanmaqla 37.646,29 manat faiz borcu tutulmalıdır.

25. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdehin 217.041,5 manat əsas borcuna münasibətdə iddiaçı 100.000 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildi r və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 10.000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

26. Məhkəmə iddianın borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3 ilə iddiaçı arasında ipoteka müqavilə bağlanaraq, Cavabdeh3 məxsus ünvan 3 ünvanındakı ev iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ev ipoteka ilə yüklü edilərkən həmin ünvanda qeydiyyatda olan Cavabdeh4, Cavabdeh1 ərizə verərək, əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş də qanunvericiliyin tələbinə uyğun olaraq qeydə alınmışdır. İşə əlavə edilmiş ipoteka müqaviləsinin 3.1-ci bəndindən görünür ki, ipoteka ilə yüklü ed ilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 700.000 manat manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 14 aprel tarixli 075/RB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Kaspiyskiy küçəsində yerləşən 13 nömrəli evin bazar dəyəri 1.100.000 manat, likvid dəyəri isə 935.000 manat müəyyən edilmişdir. Göründüyü kimi qanunveriliyin tələblərinə əməl edilərək ipoteka müqaviləsi bağlanmış və tutmanın yönəldilməsinə dair bildiriş də qeydə alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində pul da, MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirməmişdir. Belə ki, ipoteka predmeti satıldıqdan sonra vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır.

27. Məhkəmə öz mövqeyini MM-in 269.5, 317.1, 445.7, 462.1, 467, 470.1, 472.1, 477.0.4, 739.1, 741-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbayca n Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

28. Cavabdeh MMC 2023-cü il 12 yanvar tarixində apellyasiya şikayəti verməklə, həmin qətnamənin illik 5 faizlə hesablanmış faiz borcu və cərimə borcu hissələrində ləğv edilərək, həmin hissələrdə iddia tələbinin rədd edilməsini, 897,68 manat dövlət rüsumunun tutulması hissəsində qətnamənin dəyişdirilərək, dövlət rü sumunun 317,42 manat müəyyənləşdirilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli 2-2(103)-305/2023 saylı qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, iddiaçı pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faizlə faiz tutulmasını tələb etmədiyi halda, məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehdən 37.646 manat 29 qəpik məbləğində pul tutulmasını xahiş etmişdi r. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına uyğun olmuşdur. Sözügedən qərarda qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı halda bank borcludan öhdəliyin icra müddəti bitdikdən sonra da faiz tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq öhdəliyin icra müddəti bitdikdən sonra əsas borc məbləğinə faizləri MM-nin 445.7-ci maddəsinə əsasən hesablamaqla illik 5%-lə təmin etmişdir.

31. Hakimin qətnaməni elan edərkən dəbbə pulu tutulmas ı barədə hissəni elan etməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı araşdırma aparılaraq (sonuncu məhkəmə iclasının audio-video yazısına baxış keçirilərək) müəyyən edilmişdir ki, hakim qətnamənin “qət etdi” hissəsini oxuyarkən tutulmuş dəbbə pulunun məbləği ilə bağlı hissəni unutsa da, iclas bağlı elan edilmədən dəbbə pulu ilə bağlı hissəni çıxarışdan oxumadığı üçün tərəflərdən üzr istəyərək cavabdehdən eyni zamanda 10.000 manat dəbbə pulu tutulduğunu elan edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində qeyd edilmiş bu hal cərimə hissəsində iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

32. MPM-in 119.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab etmişdir ki, mübahisə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması ilə bağlı yar andığından cavabdehdən tutulmuş dövlət rüsumunun məbləği dəyişdirilmədən saxlanılmalıdır.

33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.5, 317.1, 445.7, 462.1, 467, 739.1, 741-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

34. Həmin qətnamə 2023-cü il 12 aprel tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

35. Cavabdeh MMC 2023-cü il 5 may tarixində kassasiya şikayəti verməklə, həmin qətnamənin illik 5 faizlə hesablanmış faiz borcu və cərimə borcu hissələrində ləğv edilərək, həmin hissələrdə iddia tələbinin rədd edilməsi, 897,68 manat dövlət rüsumunun tutulması hissəsində qətnamənin dəyişdirilərək, dövlət rüsumunun 317,42 manat müəyyənləşdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

36. MM-in 445.7 və 462.2-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçı tərəfindən iddia irəli sürülərkən kredit müqaviləsinin müddəti bitmiş, iddiaçının illik beş faizlə faizlərin tutulması barədə tələbi olmamışdır. Belə olan halda isə məhkəmə qərar çıxararkən qanunsuz və əsassız olaraq əsas borca illik 5 faiz hesablanmaqla 37.646 manat 29 qəpik məbləğində pulun MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qərar vermişdir. Məhkəmə kollegiyası qətnamədə göstərmişdir ki, hazırkı halda bank borcludan öhdəliyin icra müddəti bitdikdən sonra da faiz tələb etdiyindən, məhkəmə iddia tələbindən kən ara çıxmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq öhdəliyin icra müddəti bitdikdən sonra əsas borc məbləğinə faizləri MM-in 445.7-ci maddəsinə əsasən hesablamaqla illik 5%-lə təmin etmişdir. Konstitusiya Məhkəməsinin Qərarında birmənalı olaraq göstərilmişdir ki, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçı əsassız olaraq illik 18 faizlə borc tələb etmiş, bu isə illik beş faiz ödənilməsi barədə tələbin olması anlamına gəlmir. Bununla yanaşı bütün dünyada “COVİD-19” virusunun yayılması ilə bağlı pandemiya elan edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bütün banklara bu d övr ərzində müştərilərə dəbbə pulunun və gecikmə günlərinin hesablanmaması barədə tövsiyələr olmuşdur. Bununla yanaşı, məhkəmə qərarı elan olunarkən məhkəmə tərəfindən dəbbə pulu tutulmamışdır. Məhz iddiaçının nümayəndəsinin “bəs dəbbə pulu təmin olunmadı” sualına cavab olaraq məhkəmə qanunvericiliyin tələblərinə zidd olaraq dəbbə pulunun 10.000 manat təmin edildiyini bildirmişdir.

37. MPM-in 119.1, 119.3, 218.3, 229.1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən iddia irəli sürülərkən kredit müqaviləsinin müddəti bitmişdir. Bitmə tarixinə cavabdehin iddiaçıya faiz borcu olmamışdır, bank tərəfindən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında müqavilə müddəti bitdikdə n sonra illik beş faiz dərəcəsi ilə borcun nə qədər təşkil etməsi barədə sual qoyulsa da, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək həmin borc tələb edilməmişdir. Hazırkı iş üzrə iddiaçı (kreditor) gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququndan istifadə etməmiş, yalnız əsas, faiz və dəbbə borcunun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq əsassız və qanunsuz olaraq iddiaçının xeyrinə illik 5 faizlə 37.646 manat 29 qəpik məbləğində pulun tutulmasını qət etməyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə əsaslandırmağa çalışmışdır, lakin qərarın mətnində birmənalı olaraq göstərilmişdir ki, kreditor gecikdiri lmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir, hazırkı iş üzrə isə belə tələb olmamışdır.

38. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi qətnaməni elan edərkən dəbbə pulunu tutmamışdır, bu hal məhkəmə iclasının audio-video yazısı ilə də tanış olarkən açıq-aşkar görünür, hakim iddianın qalan hissədə rədd edildiyini elan etmişdir. Məhkəmə qərarının nəticəsi elan olunduqdan sonra iddiaçının nümayəndəsinin “bəs dəbbə pulu təmin olunmadı” sualına cavab olaraq hakim qanunvericiliyin tələblərinə zidd olaraq dəbbə pulunun 10.000 manat təmin edildiyini bildirmişdir. Göründüyü kimi, məhkəmə dəbbə pulunun tutulması hissəsində iddianı rədd etmişdir, əgər bununla bağlı məhkəmə qərar qəbul etmək istəyirdisə, bunu göstərilən prosessual hüquq normasın a əsasən əlavə qətnamə çıxarmaqla həll edə bilərdi, lakin məhkəmə buna əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu pozuntunu aradan qaldırmamışdır.

39. Hazırkı qətnamə ilə 613.697,10 manat iddia tələbinin 264.687.79 manat, yəni 43.13 % hissəsi təmin edildiyi halda, məhkəmə ödənilmiş 897.68 manat dövlət rüsumunun hamısını cavabdehin üzərinə qoymuşdur. Halbuki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 897.68 manat dövlət rüsumunun ancaq 387.17 manat hissəsi cavabdehdən tutula bilərdi, qalan 510.51 manat hissəsi isə iddiaçıya aid olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında, yəni apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fakti ki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

44. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kred itor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəy yənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vax tda ödənilməlidir.” 45. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “M a d d ə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar....”

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert lərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətin də irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(103)305/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

48. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı (kreditor) gecikdirilmiş vaxt ü çün illik beş faiz ödənilməsini tələb etmək hüququndan istifadə etməmiş, yalnız əsas, faiz və dəbbə borcunun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq əsassız və qanunsuz olaraq iddiaçının xeyrinə illik 5 faizlə 37.646 manat 29 qəpik məbləğində pulun tutulmasını qət etmiş, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni yoxlayarkən bunu nəzərə almamışdır.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını qeyd edir.

50. Belə ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iddiaçı tərəf iddiasında tələb etdiyi faiz borcuna görə 208.417,6 manat məbləğin həm müqavilə müddəti üçün, həm də müqavilə müddətindən sonra da müqav ilənin 5.2-ci bəndinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında qeyd olunmuş digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmək imkanlarının olduğuna istinad edərək, illik 18 faizlə hesablandığı və illik 5 faiz məbləğin də onunla əhatə olunduğunu bildirmiş, məhkəmə isə ekspert rəyində faiz borcunun “0” manat göstərilməsinə istinadla müqavilədən sonra hesablanmalı faizi 18 faizlə deyil məhz əsas borca 5 faizlə hesablamaq iddianı faiz tələbi hissəsinə münasibətdə qismən təmin etmişdir.

51. Göründüyü kimi bank borcludan öhdəliyin icra müddəti bitdikdən sonra da faiz tələb etdiyindən məhkəmə iddia t ələbindən kənara çıxmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi nəzərə alaraq öhdəliyin icra müddəti bitdikdən sonra əsas borc məbləğinə faizləri MM-nin 445.7-ci maddəsinə əsasən hesablamaqla illik 5%-lə təmin etmişdir.

52. Bununla yanaşı, işə birinci instansiya məhkəməsində baxılarkən 2022-ci il 9 dekabr tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi müqavilə üzrə faiz borcunun illik 18 faizlə hesablandığını, faiz borcu olaraq 18 faizlə hesablanan məbləğin illik 5 faiz məbləğini də əhatə etdiyini, yəni ekspertin rəyində 5 faizlə hesablanan 37.646,29 manat faiz borcunun tələb etdikləri 208.417,6 manat məbləği ilə əhatə olunduğunu bildirmiş, cavabdehin nümayəndəsi və vəkili isə rəyə etirazının olmadığ ını bildirmişdir.

53. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində qətnamə elan olunarkən dəbbə pulunun tutulması elan olunmamış, lakin qətnamədə 10.000 manat dəbbə pulunun tutulması da qeyd olunmuşdur.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, hakimin qətnaməni elan edərkən dəbbə pulu tutulması barədə hissəni elan etməməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırılma aparılaraq (sonuncu məhkəmə iclasının audio-vido yazısına baxış keçirilərək) hakim qətnamənin “qət etdi” hissəsini oxuyarkən tutulmuş dəbbə pulunun məbləği ilə bağlı hissəni unutsa da, iclas bağlı elan edilmədən dəbbə pulu ilə bağlı hissəni çıxarışdan oxumadığı üçün tərflərdən üzr istəyərək cavabdehdən eyni zamanda 1 0.000 manat dəbbə pulu tutulduğunu elan etməsi müəyyən olunmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi göstərilən dəlillə bağlı lazımi qaydada araşdırmasını aparmış və bu halın cərimə hissəsində iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməməsinə dair əsaslı nəticəyə gəlmişdir.

55. Kassasiya şikayətinin digər dəlili rüsumların iddia tələbinin təmin olunan hissəsinə münasibətdə tərəflərdən proporsional olaraq tutulmaması ilə bağlı olmuşdur.

56. Bununla bağlı qeyd olunmalıdır ki, MPM-in 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirs ə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Qeyd edilən normanın tələbinə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması ilə bağlı yarandığından cavabdehdən tutulmuş dövlət rüsumunun məbləğinin dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də qanuni olmuşdur.

57. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMnin 416.1-ci maddəsi). 58. “Kassasiya məhkəməsi sübut və fak tlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qər arı).

59. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

60. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

61. MPM-nin sübutetm ə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə ya naşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

63. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-2(103)-305/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

64. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər.

65. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 22(103)-305/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar