Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-394/2021 27.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Abiyeva Kəmalə Nəbi qızı İddiaçı "xxxx" Şirkəti cavabdeh "xxxx" ASC-yə qarşı "borcun tutularaq iddiaçıya ödənilməsi" tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 1 avqust tarixli, 2-2(103)-349/2019 nömrəli qətnaməsindən "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını nəzərdən keçirib m ü ə y y ə n e t d i m: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 mart tarixli 2-2(81)496/2019 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 avqust tarixli 2-2(103)-349/2019 nömr əli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. "xxxx" Şirkəti həmin qətnamədən kassasiya şikayəti vermişdir. Hüquqi məsələlər: İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): - 402-ci maddəsinə əsasən, Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin gö stərilən müddəasının tələbindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayətinin verilməsi mümkündür. Digər qərardadlardan kassasiya şikayətlərinin verilməsi isə nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məkhəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 may tarixli 2-2(103)-349/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün ötürtülmüş müddətin bərpasına dair ərizə təmin edilməmişdir. İddiaçı isə məhkəmənin müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə qərardadını mübahisələndirmişdir. Bu növ qərardadlardan isə kassasiya şikayətinin verilməsi mülki prosessual qa nunvericiliklə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti mümkün hesab edilə bilməz. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 may tarixli, 2-2(103)-349/2021 nömrəli qərardadından iddiaçı "xxxx" Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Hakim Kəmalə Abiyeva
Məhkəmə qərarları › İş №2-2(102)-394/2021
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-394/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver