Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-394/2025 25.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin xitamı əsasları, öhdəliyin icra edilməsinə görə, qarşılıqlı əvəzləşdirmə yolu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 fevral tarixli 2-2(103)-26/2025 nömrəl i qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC-nin "xxxx" Firması, "xxxx" MMC, X13, X11, X16, X2, X14, Abdıyeva (Qasımova) Asiman İlham qızı və Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən 2016-cı il 16 dekabr tarixli 2(103)-937/2016 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, daha sonra ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "xxxx" MMC arasında 2021-ci il 19 yanvar tarixində barışıq sazişi imzalanmış, "xxxx" MMC ona məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0. 1753 ha torpaq sahəsinin 0.03 ha hissəsini borclu Cavabdeh borcu əvəzində tələbkarın mülkiyyətinə verməyi, tələbkar isə həmin mülkiyyətinə verilmiş torpaq sahəsinin əvəzinə borclu Cavabdeh yuxarıda qeyd olunan qətnamə üzrə ləğv prosesində olan "xxxx" ASC-ə olan qalıq 602.000 manat məbləğində borcunu silməyi öhdəsinə götürmüşdür. Həmin barışıq sazişi məhkəmə qərardadı ilə 2022-ci il 1 dekabr tarixində təsdiqlənmişdir.
2. Cavabdeh tərəfindən müvafiq olaraq 65.000 manat və 55.000 manat məbləğində ödənişlər edilərək qalıq borc 602.000 manat təşkil etmişdir. Bir neçə il sonra "xxxx" MMC tərəfindən "xxxx"-nin ləğvedicisinə müraciət edilmiş və 602.000 manat borcun əvəzində öz mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsini tələbkarın mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış “torpaq sahəsinin bölgü sxemi”nə əsasən, qeyd olunan torpaq sahəsinin 300.0 kv.m hissəsi tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə tələbkara təhvil verilmiş və ipoteka qoyan ("xxxx" MMC) həmin torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən yeni çıxarış almışdır. Həmin Xidmət tərəfindən təqdim edilən 2021-ci il 6 oktyabr tarixli ********** qeydiyyat nömrəli çıxarış sənədinə əsasən, "xxxx" MMC-nin mülkiyyətində olan 0.1753 ha torpaq sahəsi (2010-cu il 17 avqust tarixli ********** qeydiyyat nömrəli köhnə çıxarışa əsasən) 300.0 kv.m azaldılaraq 0.1453 ha həcmində qeydə alınmışdır. 3. 2011-ci il 25 yanvar tarixli qarantiya müqaviləsi və 2011-ci il 30 may tarixli kredit müqaviləsi üzrə ipoteka qoyan "xxxx" MMC borclu Cavabdeh tələbkar "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında olan 602.000 manat borc öhdəliyinin müqabilində özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsini tələbkarın mülkiyyətinə vermişdir və Cavabdeh banka olan borcu bağlanılmışdır.
4. Barışıq sazişi imzalandıqdan sonra "xxxx" MMC-nin direktoru X15 tərəfindən girov olaraq qoyulmuş əmlakı və Cavabdeh tərəfindən götürdüyü 211.500 dollar pulun təminatı olaraq ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli mənzil (əvvəllər Cavabdeh 2019-cu il 27 iyul tarixində alınmış etibarnamə əsasında) girovdan azad etmiş və həmin əmlakı (ipoteka predmeti olan və 2016-cı il 16 dekabr tarixli qətnamə ilə ilkin satış qiyməti 448.000 manat müəyyən edilmiş) 2021-ci il 20 avqust tarixində 260.000 manat dəyərində Cavabdeh adından başqa şəxsə satmışdır. Etibarnamə 2022-ci il 27 iyul tarixinədək qüvvədə olmuşdur. İşdə olan ərizədən görünür ki, Cavabdeh arvadı X4 notarial qaydada əmlakın satılmasına razılıq vermişdir.
5. Cavabdeh və arvadı X4 ayrı-ayrılıqda müxtəlif tarixlərdə "xxxx" MMC-nin direktoru X7 ümumi əmlakın idarə edilməsi və sərəncam verilməsi barədə səlahiyyətləri vermişlər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 30 sentyabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 nömrəli icr a sənədi üzrə cavabdehin yerinə ödənilmiş 602.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış barışıq sazişi əsasında iddiaçı cavabdehin bank qarşısında olan öhdəliyini özünün əmlakı ilə onun əvəzinə icra etmiş, lakin cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə iddiaçı reqres qaydada cavabdehdən 602.000 manat pulun ona ödənilməsini tələb etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 23 dekabr tarixli e-2-2(113)-5928/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – A.Əliyeva).
9. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı müəyyən olunanlara görə, "xxxx" ASC-nin hazırkı iş üzrə iddiaçı və cavabdehə, həmçinin "xxxx" Firmasına, X8, X5, X12, X1, X9 və Abdıyeva (Qasımova) Asiman İlham qızına qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən 2016-cı il 16 dekabr tarixli 2(103)-937/2016 nömrəli qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, daha sonra "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və hazırkı iş üzrə iddiaçı arasında barışıq sazişi imzalanmış, sonuncu ona məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 0.1753 ha torpaq sahəsinin 0.03 ha hissəsini borclu, yəni hazırkı iş üzrə cavabdehin borcu əvəzində tələbkarın mülkiyyətinə verməyi, tələbkar isə həmin mülkiyyətinə verilmiş torpaq sahəsinin əvəzinə borclunun Bakı Apelly asiya Məhkəməsinin 2016-cı il 16 dekabr tarixli 2(103)937/2016 nömrəli qətnaməsi üzrə "xxxx" ASC-yə olan qalıq 602.000 manat borcunu silməyi öhdəsinə götürmüşdür. Qeyd olunan barışı sazişi məhkəmə qərardadı ilə təsdiqlənmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2016-cı il 16 dekabr tarixli 2(103)-937/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə hazırkı işdəki cavabdeh yararlanan şəxs olmuş, bunun əsasında 2011-ci il 25 yanvar tarixli qarantiya müqaviləsinin 2012-ci il 10 fevral tarixli təminatlı kredit müqaviləsinə keçirilməsi nəzərə alınmaqla, həmin müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulması təsdiqlənmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan öhdəliyin üçüncü şəxs tərə findən icra edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.
11. İş materiallarında olan tərəflər arasında imzalanmış barışıq sazişi ilə iddiaçı cavabdehin bank qarşısında olan öhdəliyini özünün əmlakı ilə onun əvəzinə icra etmişdir. Belə olan halda isə iddiaçının icra etdiyi öhdəliyinin əvəzini tələb etmək hüququ yaranmışdır. Qeyd olunan halları nəzərə alan məhkəmə iddiaçının tələbinin əsaslı olmasının iş materialları ilə öz təsdiqini tapmaması qənaətinə gəlmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 387.2 və 431-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddian ın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 2024-cü il 12 sentyabr tarixli 17/0859 nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136.6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 nömrəli mənzilin 2021-ci il tarixinə bazar dəyəri 421.000 manat, 2024-cü il 12 sentyabr tarixinə bazar dəyəri 525.000 manat təşkil edir. Həmin ərazidə oxşar yaşayış sahəsinin 1 kv.m orta bazar dəyəri 3843 manat, qeyriyaşayış sahəsinin 1 kv.m orta bazar dəyəri isə 4.832 manat təşkil edir.
15. Cavabdeh tərəfin təqdim etdiyi “Yeni Dövr” qiymətləndirmə mərkəzinin 2024-cü il 17 may tarixli hesabatda göstərilmişdir ki, Bakı şəhə ri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136.6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 nömrəli mənzilin 2021-ci il tarixinə bazar dəyəri 505.000 manat, rəy verilən tarixə bazar dəyəri 655.700 manat təşkil edir.
16. Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 2025-ci il 13 fevral tarixli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli 1 mərtəbəli binada 136.6 kv.m ümumi, 100 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 19 nömrəli mənzilin 2021-ci il tarixinə bazar dəyəri 635.000 manat, rəy verilən tarixə bazar dəyəri 758.000 manat təşkil edir. Həmin ərazidə oxşar yaşayış sahəsinin 1 kv.m orta bazar dəyəri 2.000-3.000 manat, qeyri-yaşayış sahəsinin 1 kv.m orta bazar dəyəri isə 5.00 0-6.000 manat təşkil edir.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 fevral tarixli 2-2(103)-26/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, iddia ərizəsinə görə ödənilən dövlət rüsumu və mediasiya xərcinin iddiaçının özünə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 1.000 manat pulun iddiaçıdan tutularaq "xxxx" MMCnin bank hesabına ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun iddiaçıdan tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – M.Məmmədov və L.Əliyeva).
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh və arvadı X4 ayrı-ayrılıqda müxtəlif tarixlərdə iddiaçı şirkətin direktoru X7 ümumi əmlakın idarə edilməsi və sərəncam verilməsi barədə səlahiyyətləri vermişlər. Qeyd edilənlərdən aydın olur ki, cavabdeh ilə iddiaçı şirkətin direktoru arasında sahibkarlıq sahəsində əməkdaşlıq olmuşdur.
19. İddiaçı reqres qaydada cavabdehdən 602.000 manat pulun ona ödənilməsini tələb etmişdir. Lakin cavabdeh iddiaçı qarşısında borcun qaytarılması öhdəliyini icra etdiyi üçün öhdəliklərin əvəzləşdirilməsi qaydası tətbiq edilməli olduğundan, hazırkı tələb təmin oluna bilməz. Belə ki, iddiaçının cavabdeh qarşısında satılan mənzilin dəyərinin qaytarılması öhdəliyi icra edilmədiyindən, cavabdehin iddiaçıy a olan borcu ilə həmin öhdəlik əvəzləşdirilməlidir (MM-in 540.1-ci maddəsinin mətni 15-ci bənddə qeyd olunmuşdur).
20. Cavabdeh iddiaçı tərəfindən onun borcunun ödənilməsi müqabilində idarəsini etibar etdiyi mənzilin satılmasına razılıq vermişdir. İddiaçı cavabdehin mənzilini satdıqdan sonra əldə edilmiş pulu cavabdehə qaytarmamışdır. İddiaçı birinci instansiya məhkəməsinə mənzili satması barədə məlumat verməmişdir. İddiaçı belə razılaşmanın olmasını inkar etsə də, işin gedişatı və işin halları belə bir şifahi razılaşmanın olmasını göstərmişdir. Həmçinin cavabdehin arvadının əmlakın satılmasına razılıq verməsi belə bir razılaşmanın baş verdiyini təsdiq etmişdir.
21. Tərəflərin belə bir razılaşması olmasaydı, öhdəliklərin əvəzləşdirilməsi qaydası hazırkı işə tətbiq edilə bilərdi. Öhdəliklər in əvəzləşdirilməsi qaydası cavabdehin ayrıca iddia tələbini irəli sürməsini şərtləndirmir.
22. Bundan başqa alqı-satqı müqaviləsindəki qiymətin qətnamə ilə müəyyən edilən ilkin satış qiymətindən iki dəfə aşağı olması onu deməyə əsas vermişdir ki, cavabdehin satılmağa səlahiyyət versə də, belə qiymətlə satılmağa razılıq verməmişdir. Bu hal iddiaçının direktorunun vicdanlı rəftar etmədiyini göstərmişdir.
23. Məhkəmə kollegiyası mübahisənin ədalətli həll edilməsi üçün Bakı şəhəri, Səbail rayonu, X17 küçəsində yerləşən 19 nömrəli mənzilin satılan və hazırkı dövrlərdə bazar dəyərinin müəyyən olunması məqsədi ilə əmtəəşünaslıq ekspertizaları keçirmişdir. Belə ki, alqı-satqı müqaviləsindəki qiymət real bazar qiymətini əks etdirmədiyinə görə öhdəliklərin əvəzləşdirilməsi tətbiq edilərkən cavabdeh in adından başqa şəxsin adına özgəninkiləşdirilən mənzilin qiyməti alqı-satqı müqaviləsi deyil, ekspert rəyi ilə müəyyən edilən real bazar qiyməti əsas götürülməlidir. Sonuncu rəy, yəni "xxxx" MMC-nin 2025-ci il 13 fevral tarixli ekspert rəyi daha obyektiv və hərtərəfli olduğuna görə əsas götürülməlidir.
24. İddiaçının nümayəndəsi vəsatət verərək təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İlk iki rəy arasında fərq olduğundan, məhkəmə kollegiyası təkrar ekspertiza keçirilmişdir. Məhkəmə qətnaməsi ilə ilkin satış qiymətinin müəyyən olunmasını, iş üzrə mənzilin qiyməti barədə 3 rəyin olmasını nəzərə alan kollegiya hesab etmişdir ki, aralarında kəskin fərq olmadığına görə yeni rəyin alınması işin uzadılmasına səbəb olacaq. Ona görə də vəsatətin təmin olunması üçün əsa slar müəyyən edilməmişdir.
25. Cavabdehin apellyasiya şikayətinin iştirakla bağlı dəlilləri ilə razılaşan kollegiya onlara münasibətdə bildirmişdir ki, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırma vəzifəsi məhkəmə tərəfindən natamam icra edilmişdir. Belə ki, cavabdeh hazırlıq mərhələsi barədə məlumatlandırılmasına və iştirak etməsinə baxmayaraq, məhkəmə sonuncu məhkəmə iclası barədə cavabdehə nə sms, nə ünvanına bildiriş göndərmişdir. Həmçinin cavabdehin elektron kabineti olmasına rəğmən, bildiriş kabinetə yüklənməmişdir. MPM-in 135-ci maddəsində nəzərdə tutulmuş prosessual imkanlardan lazımınca istifadə edilməmişdir. Məhkəmə tərəfə sms göndərilməsi və ya elektron kabinetlə məlumat verilməsi imkanlarından yararlanmamış, nəticədə cavabdeh məhkəmə iclası barədə xəbərs iz olmuş və məhkəmə iclasında iştirak etmək imkanından məhrum olmuşdur. Bu isə çəkişmə və bərabərlik prinsiplərinin pozulması deməkdir.
26. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin keçməsi barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmamışdır. İşdən görünür ki, hazırlıq mərhələsində keçirilən proseslərdə cavabdeh iştirak etmiş və müddətin tətbiqi barədə ərizə təqdim etməmişdir.
27. İddiaçının etirazında alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən mübahisələndirildiyini qeyd etsə də, işdən görünür ki, cavabdeh iddia ərizəsinin geri qaytarılması barədə ərizə vermiş və məhkəmə ərizəni geri qaytarmışdır.
28. İddiaçı hüquqi şəxs və direktorun (X15) ayrı-ayrı tərəflər olmasını əsas gətirərək apellyasiya şikayətinə etiraz etmişdir. Halbuki direktor hüquqi şəxsin rəhbəri olmaqla ipotek a müqaviləsini imzalamış və cavabdehin əsas borcuna təminat vermişdir. Barışıq sazişi və digər sənədləşmələr də direktorun imzası ilə həyata keçirilmişdir. İşin hallarından görünür ki, direktor mənzili satarkən iddiaçı olan hüquqi şəxsin mənafeyini güdmüşdür. Qeyd edilənlərə əsasən kollegiya iddiaçının etirazını əsassız hesab etmişdir.
29. Qeyd edilənlərdən aydın olur ki, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə həmçinin tətbiq etməli olduğu normanı (MM-in 540.1-ci maddəsini) tətbiq etməmiş, bundan başqa cavabdehin iştirakını təmin etməmişdir (MPM-in 387.2.2-ci maddəsi).
30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 387.1, 431, 443.1, 442, 540.1 və 543-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. İddiaçı həm in qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 87.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi cavabdehin iddiaçı qarşısında olan öhdəliyini İlqar Məcidovun cavabdeh qarşısında ehtimal olunan öhdəliyi ilə əvəzləşdirmiş və bu əsasla iddianı rədd etmişdir. Məhkəmənin “direktorun mənzili satarkən iddiaçının mənafeyini güdməsi” ilə bağlı əsaslandırması tam əsassızdır. Qeyd olunan mənzil İlqar Məcidova məxsus olmuşdur. Əgər məhkəmə bunu qəbul etməsə belə, İlqar Məcidovun öhdəliyini cavabdehin öhdəliyi ilə əvəzləşdirə bilməzdi. Belə ki, MM-ə görə, məhdud məsuliyyətli cəmiyyət öz iştirakçılarının öhdəliklərinə görə heç bir məsuliyyət daşımır. Məhkəmə i sə qanunun tələblərini pozmaqla MMC-nin iştirakçısının cavabdeh qarşısında olan öhdəliyini cavabdehin iddiaçı qarşısında olan öhdəliyi ilə əvəzləşdirmişdir. Əgər cavabdehin belə iddiası mövcud idisə, İlqar Məcidova qarşı ayrıca icraat çərçivəsində öz iddiasını irəli sürə bilərdi. Cəmiyyətlə İ.Məcidov arasında mövcud olan hüquq və öhdəliklərə münasibətdə Cavabdeh üçüncü şəxs hesab olunur və belə olan halda İ.Məcidovun cavabdehin qarşısında olan öhdəliklərinə görə iddiaçı məsuliyyət daşıya bilməz.
33. MM-in 540.1-ci maddəsi üzrə - normanın məzmunundan da göründüyü kimi, qanunverici öhdəliklərin iki şəxs arasında olduğu halda əvəzləşdirilməsinə icazə verir. Lakin hazırkı işdə məhkəmə cavabdehin iddiaçı qarşısında olan öhdəliyini heç bir əsas olmadan İlqar Məcidovun cavabdeh qarşısında ehtim al olunan öhdəliyi ilə əvəzləşdirmişdir. Həmin mənzil X7 məxsus olmuşdur. Əgər məhkəmə bunu qəbul etməsə belə, subyekt dairəsi fərqli olduğundan fiziki şəxsin öhdəliyi ilə hüquqi şəxsin öhdəliyini bərabər hesab etməsi qanuni deyil. İlqar Məcidovun cavabdeh qarşısında olan öhdəliyinə görə iddiaçı hər hansı məsuliyyət daşımır. MM-in 87.1-ci maddəsi belə əvəzləşmənin yolverilməz olduğunu birmənalı olaraq qeyd edir.
34. MM-in 560-cı maddəsi üzrə - Təqdim edilmiş etiraz və çıxışlardan görünür ki, iddiaçı mübahisəli mənzilin cavabdehə deyil, X7 aid olduğunu bildirmiş və bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, X15 ilə cavabdehin arvadı X4 arasında 2010-cu il 14 avqust tarixində alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə H.Əliyev prospektində yerl əşən torpaq sahəsinin 0,07 ha hissəsi X3 mülkiyyətinə keçirilmişdir. Cavabdeh də həmin torpaq sahəsinin qarşılığında İlqar Məcidova 2 mənzil vermişdir. Lakin torpaq sahəsinin əvəzində cavabdeh tərəfindən verilən mənzillərin X6 adına qeydiyyata alınması mümkünsüz olmuşdur. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehlə "xxxx" ASC arasında bağlanmış 2008-ci il 25 iyul tarixli 081/F-08 nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Səbail rayonu, X17 küçəsi, ev 19, mənzil 19 ünvanında yerləşən mənzil isə "xxxx" ASC tərəfindən kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Cavabdeh "xxxx" ASC-yə olan borcunu ödəmədiyindən, 1 saylı Yerli İqtisad Məhkəməsinin 2-“81”682/2010 nömrəli qətnaməsi ilə Lev Tolstoy küçəsi bina 131, mənzil 20 ünvanın da yerləşən mənzilin hərracda satılması və satışdan əldə olunan vəsait hesabına bankın borcunun ödənilməsi qərara alınmışdır. 2021-ci il 18 fevral tarixində Səbail rayonu, X17 küçəsində yerləşən mənzil İlqar Məcidov tərəfindən yüklülükdən azad edilmiş və bununla bağlı ləğv prosesində olan Texnika Bank tərəfindən ipotekanın dövlət qeydiyyatının ləğv olunması ilə bağlı sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi səlahiyyətlərinin verilməsi barədə etibarnamə verilmişdir. Mübahisə predmeti olan mənzilin X7 məxsus olmasını sübut edən digər hal ondan ibarətdir ki, mənzil satılmamışdan öncə X15 tərəfindən gəlir əldə edilməsi məqsədilə icarəyə verilməsidir. Təqdim olunmuş 2020-ci il 2 iyul tarixli 3M-16 reyestr nömrəli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, X17 küçəsi, ev 19, mənzil 19 ünvanında yerləşən mənzil "xxxx" MMC-yə icarəyə verilmişdir. Digər sübutedici hal ondan ibarətdir ki, mənzil ipoteka ilə yüklü olduğu üçün İ.Məcidovun adına özgəninkiləşdirilməsi mümkünsüz olmuşdur. Bu səbəbdən torpaq sahəsinin mübahisəli mənzil ilə əvəzləşdirilməsi barədə razılıq əldə edildikdən sonra iddiaçı və həyat yoldaşı S.Babayeva davamlı olaraq həmin mülkiyyətin idarə edilməsi ilə bağlı cavabdeh İ.Məcidova etibarnamələr vermişdir. Təqdim olunmuş 2010-cü il 12 avqust, 2011-ci il 4 noyabr, 2014-cü il 9 yanvar, 2014-cü il 30 dekabr, 2017-ci il 14 yanvar, 2018-ci il 25 iyul və 2019-cu il 27 iyul tarixli etibarnamələrlə cavabdeh, 2014cü il 9 yanvar və 2015-ci il 4 fevral tarixli etibarnamələrlə iddiaçının həyat yoldaşı S.Babayeva özlərinə məxsus əmlakların idarə edilməsi və sərəncam verilməsini cavabdeh X7 etibar etmişdir. Həmçinin S.Babayeva 2018-ci il 25 iyul tarixində notariat qaydada ərizə verərək əri – hazırkı iş üzrə cavabdehə məxsus bütün daşınmaz əmlakların satılmasına və ya ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir.
35. Məhkəmənin “cavabdehlə iddiaçının direktoru arasında sahibkarlıq sahəsində əməkdaşlığın olması” ilə bağlı kassator bildirir ki, tərəflər arasında sahibkarlıqla bağlı heç bir əməkdaşlıq olmamışdır. Cavabdehin öz arvadı ilə birlikdə 2010-cu ildən 2021-ci ilədək Məcidov İlqara hər il etibarnamə verməsinin səbəbi torpaq sahəsinin əvəzində verilən mənzillərdir. Həmin mənzillər bankda girov predmeti olduğundan, özgəninkiləşdirilməsi mümkün olmadığı üçün həmin əmlakların idarə edilməsi məqsədilə 11 il fasiləsiz etibarnamə vermişlər. Bu da həmin etibarnamələrin hər hansı tapşırığın yerinə yetirilməsi üçün yox həmin əmlakların Məcidov İlqara məxsus olduğunun aşkar sübutudur. Bundan başqa həmin mənzilin elektrik, su və qaz təchizatı ilə əlaqədar müqavilələr, həmçinin telefon xətti X6 adınadır. 2012-ci il 11 oktyabr tarixli su sayğacının istismara qəbul aktından görünür ki, həmin tarixdən bu günə qədər sayğac İ.Məcidovun adına qeydiyyata alınmışdır. Belə olan halda əgər İ.Məcidovun mübahisəli mənzil ilə heç bir bağlılığı olmamışdırsa, hansı səbəbdən mənzilə məxsus kommunal xidmət müqavilələri və sayğacların cavabdehin adına qeydiyyata alınması sual olunur. Kassator hesab edir ki, öhdəliklərin icrası qanunsuzdur. Belə ki, həmin mənzil cavabdehə məxsus olmamışdır və hazırda həmin mənzilin dəyərinin ə vəzləşdirilməsinin tələb edilməsi hüquqdan sui-istifadə hesab edilməlidir. İkincisi, Məhdud Məsuliyyətli Cəmiyyət öz iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımadığından, öhdəliklərin əvəzləşdirilməsi 2 şəxs arasında olan münasibətlərə şamil edildiyindən bu əvəzləşmə qanunsuzdur.
36. MPM-in 361.4-cü maddəsi üzrə - Cavabdehin apellyasiya şikayətinin dəlillərinin hamısını apellyasiya baxışı dövründə təqdim olunmuş yeni sübutlar təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsində təyin olunmuş məhkəmə iclaslarında iştirak etsə də, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya baxışında təqdim olunarkən həmin sübutların birinci instansiya məhkəməsində hansı səbəbdən təqdim edilməməsi isə əsaslandırıla bilməmişdir. Məlum olduğu kimi, həmin sübutlar yeni yaranmış sübutlar d a hesab oluna bilməzdi. Lakin qətnamədə bu hallara qiymət verilmədən, qanuni əsas olmadan həmin sübutlar qəbul edilərək iş materiallarına əlavə olunmuşdur.
37. MPM-in 88-ci maddəsi üzrə - Mənzilin alqı-satqı müqaviləsi real qiymət əsasında bağlanmışdır. Apellyasiya instansiyasında iddiaçı bildirmişdir ki, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi (4-Ə 564) imzalandıqdan bir ay sonra eyni ünvanda yerləşən qonşu mənzilə dair başqa şəxslər arasında alqı-satqı müqaviləsi (4- Ə 657) imzalanmışdır. Alqısatqı müqavilələrinə baxış keçirərkən müəyyən olunur ki, mübahisəli mənzilin 1 kv.m 1.903,36 manata, qonşu mənzilin 1 kv.m isə 1.864,97 manata satılmışdır. Əgər müqavilədə mənzilin real qiyməti əks edilməmişdirsə, hansı səbəbdən həmin ünvanda yerləşən digər mənzillərin də oxşar qiymətlərə satı ldığı sual olunur. Bundan başqa, mənzilin həm satılan dövrə, həm də satıldıqdan sonra yeni mülkiyyətçi tərəfindən olunmuş təmir bərpa işləri aparıldıqdan sonrakı dövrə aid fotoşəkillər təqdim edilmişdir. Müqayisə üçün həm qonşu mənzilin alqı satqı müqaviləsi, həm də həmin fotoşəkillər məhkəməyə və ekspertizaya təqdim edilmişdir. Lakin nə bu sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, nə də ekspertiza tərəfindən müqayisəli tədqiqat aparılmamışdır.
38. MPM-in 102.2-ci maddəsi üzrə - İş üzrə 3 qiymətləndirilmə rəyi alınmışdır. Məhkəmə kollegiyasının isə necə sonuncu rəyin daha obyektiv qənaətinə necə gəlməsi sual olunur. Alınan ekspert rəyləri arasında kəskin ziddiyyətlər mövcuddur. Rəylər arasında olan məbləğ fərqi 214.000 manatdır və bu olduqca əhəmiyyətli haldır. Belə olan hald a məhkəmə heç bir əsas göstərmədən ən yüksək qiymət təyin olunmuş rəyi hansı səbəbdən daha ədalətli hesab etməsi sual olunur.
39. Rəylərdən göründüyü kimi, birinci ekspert rəyi ilə ikinci rəy arasında 214.000 manat fərq mövcuddur. Apellyasiya instansiyası bu hallara qiymət verərkən isə hesab etmişdir ki, bu kəskin fərq deyil. Belə olan halda “kəskin fərq” dedikdə nəyin nəzərdə tutulması sual olunur. İddiaçı bu halları əsaslandıraraq təkrar ekspertiza təyin edilməsi barədə məhkəməyə vəsatətlə müraciət etsə də, vəsatət təmin olunmamışdır. Bu arqumentlərin heç birinə hüquqi qiymət verilməmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Plenum Qərarı üzrə - Apellyasiya baxışından əvvəl birinci instansiya məhkəməsinin aktı qanuni qüvvəyə mindikdən sonra cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab olunaraq bərpa edilməsi barədə ərizə vermişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 18 avqust tarixli 2-2(103)787/2023 nömrəli qərardadı ilə ərizə rədd olunmuş, apellyasiya şikayətinin geri qaytarılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla da buraxılmış prosessual müddətin bərpası ilə bağlı qanuni qüvvəsini almış yekun məhkəmə aktı olduğundan, məsələ artıq öz həllini tapmışdır. Daha sonra cavabdeh müddətin bərpası ilə bağlı təkrar ərizə ilə müraciət etmiş və bu məsələyə artıq baxıldığından, Bakı Kommersiya Məhkəməsi ərizəni təmin etməmişdir. Bakı Apelly asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 yanvar tarixli 2-2(103)-188/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa olunmuşdur. Məlum olduğu kimi, yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən olunmuş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Müddətin bərpası ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsi artıq bir dəfə hüquqi mövqeyini bildirmişdir. Bununla bağlı artıq qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. Lakin təkrarən eyni tərəflər ara sında mövcud olan eyni məzmunlu ərizəyə münasibət bildirən digər tərkib prosessual pozuntuya yol verərək, qanunları və Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 18 avqust tarixli 2-2(103)-787/2023 nömrəli qərardadını görməzdən gələrək prosessual müddəti bərpa etmişdir. Həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından, iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi mümkünsüz olmuşdur. Bu səbəbdən iddiaçı kassasiya şikayəti ilə birlikdə məhkəmə kollegiyası tərəfindən bu xüsusata da hüquqi qiymət verilməsi, məhkəmə təcrübəsinin və qanunların pozulmasının qarşısının alınmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamışd ır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
387. Öhdəliyin tərəfləri 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur....” “Maddə
431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
540. Öhdəliklərin əvəzləşdirilməsinin mümkünlüyü 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, h əmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər....” “Maddə
543. Əvəzləşdirilən tələblər Əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.”
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 47. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübah isələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
49. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntus una dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya də yişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
51. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 fevral tarixli 2-2(103)-26/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.