Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-395/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı QSC BOKT-un cavabdeh MMC-yə, Cavabdeh1 və Cavabdeh2-yə qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələb hüququnun ötürülməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı QSC BOKT-un (bundan sonra – “iddiaçı”) cavabdehlər MMC (bundan sonra – “cavabdeh”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və cavabdeh2 (bundan sonra – “M.Abuşov”) qarşı “kredit borcunun tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 fe vral tarixli 2-2(107)-13/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2013-cü il 1 avqust tarixli 9895 nömrəli kredit müqaviləsinə əsasən ASC (bundan sonra – “ASC”) tərəfindən cavabdehə istifadə müddəti 36 ay olan 50.000 manat kredit verilmiş, cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 18% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış 2013-cü il 1 avqust tarixli 35 saylı ipoteka müqaviləsi ilə Cavabdeh3 və M.Abuşovun mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sağ sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi ASC-nin xeyrinə ipote ka ilə yüklü edilmişdir.
3. Azərbaycan Respublikası Prezidentinin Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhimlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” 2015-ci il 15 iyul tarixli Fərmanının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101 s nömrəli Sərəncamının tələblərinə əsasən 2017ci il 12 mart tarixli təhvil-təslim aktına əsasən həmin müqavilə üzrə bütün tələblər və hüquqlar iddiaçıya keçirilmişdir
4. ASC ilə iddiaçı arasında imzalanmış S-KUR xx.xx.2017- ci il tarixli AKT-a əsasən hazırkı kredit müqaviləsi üzrə əsas borc 40.104,56 manat, faiz borcu 8.121,19 manat olmaqla cəmi 48.225,75 manat məbləğində vəsait üzrə tələb hüququ hazırkı iddiaçıya keçmişdir. 5. 2021-ci il 30 aprel tarixinə olan maliyyə arayışından gör ünür ki, həmin tarixə cavabdehin iddiaçıya 40.104,56 manat əsas borc üzrə, 8.121,19 manat faizlər üzrə olmaqla, ümumilikdə 48.225,75 manat məbləğində borcu mövcuddur.
6. Cavabdehin 2009-cu il 1 yanvar tarixindən 2017-ci il 24 sentyabr tarixinədək olan dövrdə hesabdan çıxarışından görünür ki, onun tərəfindən 2013-cü il 30 sentyabr tarixində 829 manat, 2013-cü il 27 dekabr tarixində 2.007,47 manat, 2014-cü il 31 yanvar tarixində 2.707,47 manat və 992,53 manat, 2014-cü il 9 aprel tarixində 297 manat, 2014-cü il 22 aprel tarixində 2.458,01 manat və 1.641,99 manat, 2014-cü il 29 may tarixində 3.240,56 manat və 8.29,44 manat, 2014-cü il 21 iyul tarixində 1.000 manat, 2014-cü il 30 sentyabr tarixində 1.249,42 manat, 2015-ci il 31 mart tarixində 200 manat, 2015-ci il 29 iyun tarixində 5.600 manat, 2015-ci il 16 noyabr tarixində 1.489,40 manat və 2015-ci il 16 noyabr tarixində 2.910,60 manat məbləğində ödənişlər ******************** nömrəli hesaba, yəni kredit müqaviləsi üzrə kredit məbləği ilə bağlı hesablaşma hesabına ödənilmişdir.
7. İddiaçı tərəfindən cavabdehə, Cavabdeh1 və Cavabdeh2-yə 2018-ci il 4 oktyabr tarixli “kredit borcunun ödənilməsi barədə” Bildiriş göndərilərək 48.225,75 manat qalıq borcun 10 gün ərzində ödənilməsinin təmin olunması xahiş edilmişdir.
8. İddiaçı tərəfindən cavabdehə 2020-ci il 28 fevral tarixli pretenziya göndərilərək ümumilikdə 48.225,75 manat borcun 5 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
9. İddiaçı tərəfindən cavabdehə və Cavabdeh1 2021-ci il 7 iyun tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilərək tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı tərəfindən 2021-ci il 11 iyun tarixində A Xidmətinin (bundan sonra – “DƏDRX”) 14 saylı Ərazi İdarəsinə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə” ərizə ilə müraciət olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı 2021-ci il 15 iyul tarixində cavabdehə, Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 40.104,56 manat əsas borc, 8.121,19 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 və Cavabdeh2-nin mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayın ın sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksi kimi müəssisəyə (şirə emalı zavoduna) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan pul vəsaiti kifayət etmədikdə borcun qalan məbləğinin cavabdehə məxsus olan daşınar və daşınmaz əmlaklara yönəldilməsi (o cümlədən nəqliyyat vasitələrinə), həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və yeni mülkiyyətçi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İd dia tələbi yuxarıda §§ 1-10-da göstərilən hallarla, tərəflər arasında bağlanmış kredit müqaviləsinin bəndlərinə istinad olunmaqla əsaslandırılmış və bildirmişdir ki, cavabdehlərə xəbərdarlıq olunmasına baxmayaraq ümumilikdə 48.225,75 manat borcu ödənilməmişdir.
13. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 43.1, 52.1, 203, 193.1, 194, 442, 443, 448, 279, 281.1, 317-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 36.1, 37.1, 39.1-ci maddələrinə istinad olunmuşdur.
14. İddia ərizəsinə qarşı tərəflər etiraz təqdim etməmişdirlər.
15. Cavabdeh3 2021-ci il 23 avqust tarixdə məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək, iddia ərizəsinə iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
16. Ərizə bununla əsaslandırılmışdır ki, iddia ərizəsində istinad olunan müqavilələrdə kredit və ipoteka öhdəliklərinin yerinə yetirilməsi üçün 2016-cı il 1 avqust tarixinədək müddət müəyyən olunmuşdur. Lakin iddia ərizəsi müvafiq hüquqların iddiaçıdan əvvəl digər hüquqi şəxsə mənsub olması ilə izah olunaraq 5 ilə yaxın müddət keçdikdən sonra verilmişdir. Halbuki öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Həmçinin borc öhdəlikləri hüquqlarının gec ötürülməsi iddia müddətinin axımının dayandırılması hallarına aid edilməmişdir. Hətta 2017-ci il 12 mart tarixindən iddia ərizəsinin imzalandığı gün – 2021-ci il 6 iyul tarixi arasında dörd il dörd aya yaxın müddət keçmişdir. Beləliklə iddia tələbi 2013cü il 1 avqus t tarixli 9895 saylı kredit müqaviləsi və həmin tarixli 35 nömrəli ipoteka müqavilələrinin qüvvədə olma müddəti bitəndən 3 ildən sonra verildiyindən, iddia ərizəsinə həm kredit, həm ipoteka öhdəlikləri üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd olunmalıdır.
17. Cavabdeh3 ərizədə MM-in 378, 379,373.2, 375.2, 376-cı maddələrinə istinad etmişdir.
18. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 10 avqust tarixli e-2-2(117)-535/2021 saylı məktubuna cavab olaraq Əmlak Ekspert Mərkəzi tərəfindən təqdim edilmiş əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Ağsu şəhərində (Ağsu çayının sag sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksinin torpaq sahəsi ilə birlikdə 2021-ci il 27 sentyabr tarixinə likvid dəyəri 102.000 manat müəyyən edilmişdir (İİ cild, i/v 86).
19. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 30 sentyabr tarixli e-2-2(117)-535/2021 saylı qətnaməsi ilə iddia qismən – cavabdehdən 40.104,56 manat əsas borc, 8121,19 manat məbləğində faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin Cavabdeh1 və Cavabdeh2-nin mülkiyyətində olan Ağsu şəhərində (Ağsu çayının sağ sahilində) 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 659,8 kv.m olan əmlak kompleksinə yönəldilməsi hissəsində təmin edilmiş, ipoteka predmeti olan əmlak kompleksinin likvid dəyəri 102.000 manat məbləğində müəyyən edilməklə açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi qət edilərək, iddia tələbi qalan hissələr də təmin edilməmişdir (hakim – M.Hüseynov).
20. Məhkəmə ilk növbədə iddiaçının hazırkı tələblə bağlı subyektiv hüququnun olubolmamasına münasibətdə bildirmişdir ki, hazırda tələb edilən borc ASC-nin Kürdəmir filialı ilə cavabdeh arasında bağlanmış 2013-cü il 1 avqust tarixli kredit müqaviləsi üzrə yaransa da, Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli Fərmanının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 101 s nömrəli Sərəncamının tələblərinə əsasən, 2017-ci il 12 mart tarixli təhvil-təslim aktına əsasən həmin müqavilə üzrə bütün tələblər və hüquqlar iddiaçıya keçirilmişdir.
21. Məhkəmə iddia müddətinin tətbiq e dilməsi barədə Cavabdeh1 nümayəndəsinin 2021-ci il 23 avqust tarixli ərizəsinə münasibətdə bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə bilavasitə kredit müqaviləsini bağlamış cavabdeh tərəfindən verilə bilərdi. Cavabdeh1 isə ipoteka müqaviləsi üzrə tərəf olmaqla, əsas borcla bağlı bağlanan kredit müqaviləsi üzrə iddia müddətinin tətbiqini tələb etmək üçün subyektiv hüququ mövcud olmadığından belə tələblə çıxış edə bilməzdi. Belə ki, məhkəmədə iddia qaldırmış şəxslə yanaşı, cavabdeh olan şəxsin də subyektiv hüququnun mövcudluğu zəruri element olaraq, həmin şəxsin hansı tələbə münasibətdə hansı etirazla çıxış etmək hüququ da araşdırılmalıdır. Yəni cavabdehin hazırkı tələb üzrə kredit və ya ipoteka müqaviləsi ilə bağlı müvafiq etiraz tələbi ilə çıxış edə bilər. Cavabdeh imzalamadığ ı və tərəf olmadığı kredit müqaviləsi üzrə hər hansı bir tələblə çıxş etmək hüququ məntiqə və qanuna əsasən mövcud deyil, o, yalnız öz səlahiyyəti dairəsində olan məsələlərlə bağlı iddia müddətinin tətbiq edilməsini tələb edə bilər. Çünki məhkəmə qeyd edilən ərizəni verən cavabdehdən hər hansı bir kredit borcunun tutulması barədə qərar qəbul etmir. İddia müddətinin tətbiqi barədə Cavabdeh1 və Cavabdeh2 üzrə ipoteka müqaviləsi üzrə tələb irəli sürə bilərdi, həmin müqavilə isə kredit müqaviləsinin təminatı üçün bağlandığından və kredit müqaviləsindən asılı olduğundan ipoteka müqaviləsi üzrə iddia müddəti tətbiq edilə bilməz. Çünki qanunvericiliyin tələbinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
22. B ununla yanaşı, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə verənin belə səlahiyyətinin olmasını qəbul edib həmin ərizəyə mahiyyəti üzrə baxsa belə qeyd edir ki, qanunvericiliyin tələbinə görə müqavilə tələblərinə görə iddia müddəti 3 il nəzərdə tutulmuşdur və icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırkı iddia tələbi üzrə tərəflər arasında 2013-cü il 1 avqust tarixində 36 ay müddətinə kredit müqaviləsi bağlanmışdır və 2016-cı il 1 avqust tarixi həmin müqavilə üzrə öhdəliklərin son icra tarixidir. Müqavilə üzrə sonuncu dəfə 2017-ci il 12 mart tarixində ödəniş edilmiş, həmin vaxtdan etibarən qanunvericiliklə müqavilə öhdəlikləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətinin axımı başlanmışdır. Məhkəmə araşdırılması zamanı v ə iddiaçı tərəfindən 2021-ci il 29 sentyabr tarixində məhkəməyə təqdim edilən məktubdan və bank hesabından çıxarışdan 2017-ci il 12 mart tarixində cavabdeh tərəfindən kredit ödənişi edildiyi müəyyən olunmuşdur ki, bu da cavabdeh tərəfindən borcun etiraf edildiyini və qanunvericiliyə əsasən iddia müddətinin axımının yenidən başlanıldığını göstərmişdir. Hazırkı iddia ərizəsi bu tarixdən sonra, yəni, 2021-ci il 15 iyul tarixində verilsə də, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən eyni tələblə eyni cavabdehə qarşı Ağsu Rayon Məhkəməsində 2020-ci ilin yanvar ayında iddia qaldırıldığı müəyyən olunmuşdur. Odur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş, iddiaçı vaxtında məhkəmələrə müraciətlər etmiş, lakin məhkəmələr həmin iddialara müvafiq prosessual manelər olması səbəbindən mahiy yəti üzrə baxmamışdır.
23. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin kredit müqaviləsinə əsasən iddiaçıya borcunun olması işin halları ilə öz təsdiqini tapdığından iddiaçı cavabdehdən kredit borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.
24. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 8.121,19 manat məbləğində faizin tutulmasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi 36 ay müddətinə 18%-lə bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə 27.452,89 manat ödəniş edilmiş, 40.104,6 manat əsas borcu qalmış, müqavilə üzrə bu borcun ödənilməsinin 4 ilə yaxın müddət gecikdirilməsi səbəbindən həmin məbləğə 8.121,19 manat faiz borcunun hesablanması, dəqiq hesablanma aparılmadan belə ağlabatan və tələb edilmə ehtimalı olan faiz borcundan azdır. Belə ki, kredit məbləğini 50.000 manat deyil, 40.000 manat olduğu qəbul edilsə belə 36 ay müddət üçün ödənilməli olan faiz məbləği 21.600 manat təşkil edər, ödənilən məbləğ isə təxminən 27.452 manat təşkil etsə də, əsas borc nəzərə alındıqda iddiaçının faiz məbləğində artırılmış rəqəmlərlə tələb etmədiyi aydın görünür. İddiaçı cavabdehlərə münasibətdə kredit üzrə tələb hüququnu qəbul etdiyi dövrdən, yəni 2017-ci il 12 mart tarixindən hər hansı bir əlavə vəsait hesablamamışdır. Bu səbəbdən məhkəmə iddia tələbinin faiz borcu hissəsində də əsaslı olması və əlavə olaraq məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasının vaxt itkisinə və əlavə xərclərə səbəb olacağı qənaətinə gəlmişdir. Həmçinin hesablanmış faiz məbləğinin artıq və əsassız olması ilə bağlı cavabdeh hər hans ı bir dəlil irəli sürməmişdir.
25. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
26. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına münasibətdə məhkəmə vurğulamışdır ki, həmin tələb əsasən icra mərhələsində həll edilməli məsələ, yəni, ipotekanın predmetinin hansı qiymətə satışından asılı olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan iddia həmin hissədə təmin oluna bilməz.
27. İddia tələbinin cavabdehə məxsus olan daşınar və daşınmaz əmlaklar üzərində sonuncunun mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçının həmi n əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və yeni mülkiyyətçi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin DƏDRX-in üzərinə qoyulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, əvvəla, cavabdehin adına hansı daşınar və daşınmaz əmlakın olması barədə sübutlar verilməmiş, belə bir sübut olsa belə, ipoteka qoyulan əmlakın likvid dəyərində satılıb-satılmaması qətnamənin icrasından asılı olan məsələ olmaqla əvvəlcədən həmin əmlakın hansı məbləğə satılmasını müəyyənləşdirmək mümkün olmadığından, məhkəmənin fərziyyələrə əsaslanaraq gələcəkdə mövcud ola biləcək qeyrimüəyyən vəziyyətlə bağlı qətnamə qəbul etməsi əsassız və qanunsuz olardı.
28. Məhkəmə gəldiyi nəticəni MM-in 193, 269.1, 373.2, 377.1, 377.2, 380.1, 380.2, 385.1, 386.1, 445.7, 449.1, 470.1, 472. 1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Cavabdeh3 2021-ci il 12 noyabr tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinə iddia müddəti tətbiq olunmaqla təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 fevral tarixli 2-2(107)-13/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).
31. Apellyasiya məhkəməsi bildirmişdir ki, tərəflər arasında kredit və ipotek a müqavilələrinin bağlanması, kredit müqaviləsi üzrə yaranmış borc öhdəliklərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi işin mübahisələndirilməyən hallarıdır.
32. İddiaçı tərəfindən 2021-ci il 29 sentyabr tarixdə məhkəməyə ünvanlanan 3-11/2219 nömrəli məktubdan 2017-ci il 12 mart tarixindən hazırkı vaxtadək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyi görünmüşdür.
33. Birinci instansiya məhkəməsi əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçməsini göstərsə də, yanlış olaraq ipoteka qoyanın əsas öhdəlik üzrə tələbə şamil olunan iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək səlahiyyətinə malik olmadığını bildirmişdir. Halbuki həm kreditor (iddiaçı), həm borc alan (cavabdeh), həm də ipoteka qoyan (digər cavabdeh) eyni münasibətlərin iştirakçılarıdırlar. Ona görə də əsas borca şamil olunan iddia müddətinin keçməsi əlavə öhdəliyə də şamil edilməlidir. Belə olan halda ipoteka qoyanın da əsas tələb üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə vermək hüququ olduğundan iddia müddəti keçdiyi təqdirdə həmin ərizə nəzərə alınmalıdır.
34. Birinci instansiya məhkəməsi qətnamədə ziddiyyətli nəticəyə gələrək həm ipoteka qoyanın iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək hüququnun olmadığını, həm də hazırkı tələblə əlaqədar ümumiyyətlə iddia müddətinin keçmədiyini bildirmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaməsi ilə razılaşmayaraq həmin nəticənin işin hallarına uyğun olmadığını bildirmişdir. Belə ki, araşdırma nəticəsində tərəflər arasında bağlanmış h azırkı müqavilə üzrə son ödənişin 2015-ci il 16 noyabr tarixində 2.910,60 manat məbləğində olduğu müəyyən edilmiş, həmin tarixdən sonra ödənişin olması iş materilları ilə təsdiq olunmamışdır. Yəni, birinci instansiya məhkəməsinin iddiaçının bəyanına əsaslanaraq 2017-ci il 12 mart tarixində kredit ödənişi edildiyi barədə göstərdikləri də həqiqəti əks etdirməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi də 2015-ci il 16 noyabr tarixindən sonra ödənişin olduğunu bildirsə də, bunu təsdiq edən sübutları təqdim edə bilməmişdir. 2017-ci il 12 mart tarixində kredit müqaviləsi üzrə ödəniş edilmiş olsaydı belə, həmin tarixdən hazırkı iddianın verildiyi 2021-ci il 15 iyul tarixədək iddia müddəti 1 ildən artıq müddətə keçmiş olardı.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməs inin iddiaçı tərəfindən eyni tələblə eyni cavabdehə qarşı Ağsu Rayon Məhkəməsində 2020-ci ilin yanvar ayında iddia qaldırılması ilə bağlı qənaəti ilə əlaqədar qeyd etmişdir ki, iş materiallarından Ağsu Rayon Məhkəməsinin 2020-ci il 21 yanvar tarixli 2(016)-168/2020 saylı qərardadı ilə iddiaçının cavabdehə, Cavabdeh1 və Cavabdeh2-yə qarşı kredit borcunun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarıldığı müəyyən olunmuşdur.
37. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 29 sentyabr tarixli e-2-2(117)-288/2020 saylı qərardadı ilə hazırkı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddianın baxılmamış saxlanılmasına səbəb iddiaçının məhkəmə iclasında təmsil olunmaması olmuşdur.
38. Kredit müqaviləsinin müddəti 2016-cı i l 1 avqust tarixində bitdiyindən və həmin tarixdən müqavilə üzrə heç bir ödəniş olmadığından (sonuncu ödəniş 2015-ci il 16 noyabr tarixində baş vermişdir) yuxarıda sadalanan bütün hallarda iddia müddəti keçmişdir.
39. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışı və ödəmə məlumatlarında cavabdeh tərəfindən arxırıncı 2015-ci il 16 noyabr tarixdə 2.910,60 manat məbləğində ödəniş edildiyi öz əksini tapır. Göründüyü kimi, cavabdehin banka axırıncı dəfə etdiyi ödəniş 2015-ci il 16 noyabr tarixindən iddia ərizəsinin məhkəməyə təqdim olunduğu 2021ci il 15 iyul tarixinədək təxminən 6 il, həmçinin kredit müqaviləsinin bitdiyi 2016-cı il 1 avqust tarixindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 2021-ci il 15 iyul tarixinədək isə təxminən 5 il, müqavilə üzrə bütün tələb və hüquqların iddiaç ıya keçdiyi 2017-ci il 12 mart tarixindən isə təxminən 4 il müddət keçmişdir. Buna görə də iddiaçı cavabdehdən kredit borcunu tələb etməkdə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
40. İddiaçı 2019-cu il 7 sentyabr tarixinə kimi M.T-ya qarşı iddia tələbi irəli sürməli olduğu halda, həmin müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş üzrə cavabdeh iddia müddətinin keçməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
41. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 193, 378, 6.2, 385.1, 38 6.1, 739.1, 739.2, 442, 445.2.1, 448.1, 448.2, 449.1, 373.2, 377.2, 381.1, 372.1, 372.2, 373.3, 377.2, 375.1, 375.2, 376-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
42. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 14 fevral tarixində iş üzrə tərəflərə göndərilmiş, iddiaçı qətnaməni 2022-ci il 23 fevral tarixdə əldə edərək ondan 2022-ci il 31 mart tarixində kassasiya şikayəti verərək onun ləğv olunması və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia t ələblərinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
43. MM-in 372.1, 372.2, 373.1, 373.2, 375.1, 375.2, 399.3, 399.4, 405.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007ci il 4 may tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” 2014 -cü il 24 dekabr tarixli, “Azərbaycan Respublkası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarları üzrə - İddia müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün və mülki qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, cavabdehlərdən yalnız biri – Cavabdeh1 nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, digər cavabdehlər - borclu və ipotekaqoyan Cavabdeh2 tərəfindən isə iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. Yəni kredit müqaviləsinin əsas tərəfi - borclu MMC iddiaçının borcla bağlı iddia tələbinə etiraz etməmiş, həmin iddianı faktiki olaraq qəbul etmişdir. Hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi MM-in 372.1, 372,2, 373.2, 375.1, 375.2, 373.2 və 377.2-ci maddələrinə düzgün istinad etməmiş, iddia müddətinin tətbiqi barədə ərizə vermiş şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını obyektiv araşdırmamışdır. Cavabdehin imzalamadığı və tərəf olmadığı kredit müqaviləsi üzrə hər hansı bir tələblə çıxış etmək hüququ məntiqə və qanuna əsasən mövcud deyil, o yalnız öz səlahiyyəti dairəsində olan məsələlərlə bağlı iddia müddətinin tətbiq edilməsini tələb edə bilər. Verilmiş iddiaya münasibətdə məhkəmə qeyd edilən ərizəni verən cavabdehdən hər hansı bir kredit borcunun tutulması ilə bağlı qərar qəbul etmir. İddia müddətinin tətbiqi barədə ərizə biləvasitə kredit müqaviləsini bağlamış cavabdeh tərəfindən verilə bilər. Cavabdeh1 ipoteka müqaviləsi üzrə tərəflərdən biridir və əsas borcla bağlı bağlanan kredit müqaviləsi üzrə i ddia müddətinin tətbiqini tələb etmək üçün sübyektiv hüququ mövcud olmadığından belə tələblə çıxış edə bilməzdi. MM-in 405.1, 399.3, 399.4-cü maddələrinin tələblərinə görə, müqavilənin qüvvəsi bitməmişdir, hazıradək davam edir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını pozmuşdur.
44. MPM-in 88, 372.1, 372.6, 372.7, 386-cı maddələri üzrə - Apellyasiya məhkəməsi iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmadan və həmin sübutlara obyektiv qiymət vermədən qətnamə qəbul etmişdir, halbuki tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında işə mahiyyəti üzrə baxmalı idi. Prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Cavabdeh2 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə araşdırma nəticəsində müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə son ödəniş 2015-ci il 16 noyabr tarixdə 2.910,60 manat məbləğində olmuş, bundan sonra ödənişin olması iş materialları ilə təsdiqini tapmamışdır. Yəni, birinci instnasiya məhkəməsinin iddiaçının bəyanına əsaslanaraq 2017-ci il 12 mart tarixində kredit ödənişi edildiyi barədə göstərdikləri həqiqəti əks etdirməmişdir. İddiaçı da 2015-ci il 16 noya br tarixdinən sonra ödənişi təsdiq edən sübutları təqdim etməmişdir. 2017-ci il 12 mart tarixində kredit müqaviləsi üzrə ödəniş edilmiş olsaydı belə, həmin tarixdən hazırkı iddianın verildiyi 2021-ci il 15 iyul tarixədək iddia müddəti 1 ildən artıq müddətə keçmiş olardı.
46. Kredit müqaviləsinin müddəti 2016-cı il 1 avqust tarixində bitdiyindən və həmin tarixdən müqavilə üzrə heç bir ödəniş olmadığından iddia müddəti keçmişdir. İddiaçı iddia müddətinin ötürülməsini müvafiq hüquqların əvvəllər digər hüquqi şəxsə mənsub olması ilə izah etmişdir. Halbuki öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
47. Cavabdehlər tərəfindən 2017-ci il 12 mart tarixində heç bir ödəniş həyata keçirilməmiş və ödəniş qəbzinin surəti təqdim olunmamışd ır. Bu səbəbdən iddia müddətinin axımı məhz 2016-cı il 1 avqust tarixindən başlamışdır və Cavabdeh2 iddia müddətinin tətbiqinə dair ərizə verməkdə subyektiv hüququ mövcud olmuşdur. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
48. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
51. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri 51.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün b u əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır....” “Maddə
52. Hüquqi şəxsin məsuliyyəti 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir....” “Maddə
193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verm əlidir. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. Maddə
194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. 194.5. Adlı sənədli qiymətli kağız, habelə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı ilə bağlı tələbin güzəşti həmin qiymətli kağızlar üzrə indossament yolu ilə həyata keçirilir.” “Maddə
279. Girovla təmin edilən tələb Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğ u həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.” “Maddə
281. Girov hüququnun əmələ gəlməsi 281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.“ “Maddə
372. İddi a müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilmə yibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli o lduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə
378. Öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmu r.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərt ləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıd akı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərə kətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
739. Borc müqaviləs i 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.”
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmən in qətnaməsi qanuni və əsaslı olmalıdır....”
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 tarixli Qərarında göstərilmişdir ki: “Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.”
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında göstərilmişdir ki: “... Cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda i ddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.... kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.... kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişlə ri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur....”
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında göstərilmişdir ki: “... İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır....”
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 2000-ci il 25 yanvar tarixli Qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
57. İnsan Hüquqları üzrə Avropa Mə hkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 43-44) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 fevral tarixli 2-2(107)-13/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Kassatorun əsas dəlilləri mahiyyəti etibar ilə ondan ibarətdir ki, kredit müqaviləsinin tərəfi olan MMC iddia tələbinə etiraz etmədiyi halda, ipoteka müqaviləsinin tərəfi olan ipoteka qoyanın iddia müddətinin tətbiq edilməsini tələb etmək hüququ olmamış, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizə vermiş həmin şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını obyektiv araşdırmamışdır.
60. MM-in 375.2-ci maddəsinin (bax yuxarıda § 51) məzmununa görə, iddia müddətinin tətbiqi barədə ərizəni mübahisə tərəfi vermək hüququna malikdir.
61. Göründüyü kimi, MM iddia müddətinin tətbiqi barədə ərizənin məhz hansı mübahisə tərəfinin, yəni əsas tələb üzrə borclunun və ya əlavə tələb üzrə borclunun verə bilməsini konkretləşdirməmişdir.
62. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi ipoteka qoyanın iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququna malik olmasına dair düzgün nəticəyə gəlmişdir.
63. Kassatorun digər dəlili isə ondan ibarətdir ki, MM-in 405.1, 399.3, 399.4cü maddələrinin tələblərinə görə, müqavilənin qüvvəsi bitməmişdir, hazıradək davam edir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 53) görə, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alınaraq həmin müqavilələr üzrə iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.
65. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edi lmiş hallarından məlum olur ki, mübahisə predmeti olan müqavilə üzrə kredit öhdəliyinin müddəti 2016cı il 1 avqust tarixində bitmiş, həmin tarixdən müqavilə üzrə heç bir ödəniş olmamışdır (sonuncu ödəniş 2015-ci il 16 noyabr tarixində baş vermişdir).
66. Odur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia ərizəsi məhkəməyə verilərkən iddia müddətinin ötürülmüş olması barədə düzgün nəticəyə gəlmişdir.
67. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 52) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmiş, kassasiya şikayətinin dəlillərində göstərilmiş hüquq pozuntularına yol verməmişdir.
68. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası QƏRARA ALİR: İddiaçı QSC BOKT-un kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 fevral tarixli 2-2(107)-13/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.