Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-395/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(104)-22/2 024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC (icraçı) ilə “X1” MMC (sifarişçi) arasında bağlanmış 2019-cu il 28 oktyabr tarixli QSZX 236/1019 nömrəli “Xidmət Müqaviləsi” ilə (bundan sonra – “müqavilə”) icraçı sifarişçinin verdiyi sifarişlərə uyğun olaraq əlavədə göstərilən şərtlərlə mal-materialların, xammalın daşınması, yükləmə, boşaltma, üstaçma, əhəng daşlarının xırdalanması, anbarlaşma və s. xidmətləri göstərməyi, sifarişçi isə icraçının göstərdiyi xidmət müqabilində ona bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə xidmət haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. 2. 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika üçün 1 ayı 14.000 manat (ƏDV xaric, yanacaq xaric) olmaqla müqaviləyə 3 nömrəli Əlavə imzalamışlar (2020-ci il 22 sentyabr tarixli “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair” qiymət razılaşma protokolu). Həmin Əlavənin 2-ci bəndində göstərilir ki, İcraçı Texnikanın idarə edilməsi üçün sürücü-operatoru öz hesabına təyin edir. 3-cü bəndində isə göstərilir ki, Texnikanın sürücü-operatorunu yeməklə (gündə 3 dəfə) Sifarişçi təmin edir. 3. "xxxx" ASC-yə məxsus 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika son istifadə olunma tarixi 2021-ci il 29 oktyabrdan 2022-ci il 28 fevrala qədər “X1” MMC-də istifadə olunmamış və "xxxx" ASC tərəfindən geri götürülməmişdir. Texnikal ar “X1” MMC-yə son təhvil verildiyi kimi saz vəziyyətdədir (2022-ci il 28 fevral tarixli maşın və mexanizmlərin təhvil verilməsi haqqında təhvil-təslim aktı). 4. 1 ədəd “Rokson” markalı texnikaya dair aylıq 14.000 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV hər ay üçün 2.520 manat olmaqla müəyyənləşmiş icarə haqqı 2020-ci ilin avqust, dekabr ayları üçün, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr ayları üçün və 2022-ci ilin yanvar ayı üçün cəmi 148.680 manat icarə haqqı üzrə borcunun olmasına dair "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə qaimə ötürülmüş, lakin qaimə sonuncu tərəfindən təsdiq edilməmişdir (2022-ci il 13 dekabr tarixli 532863 nömrəli elektron qaimə).
5. Borcluya pretenziya göndərilərək yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq e dimişdir.
6. Tərəflər arasında bağlanmış müqavilənin 3 nömrəli Əlavəsinə əsasən: - 2021-ci il 8 yanvar tarixli təhvil-təslim aktına görə - 2020-ci ilin dekabr ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 4 gün Cavabdeh MMC-yə icarədə olmuşdur. Həmin aktı hər iki tərəf imzalamışdır. - 2021-ci il 19 mart tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin fevral ayında Cavabdeh MMC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 8 gün Cavabdeh MMC-də icarədə olmuşdur. - 2021-ci il 17 may tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin mart ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 1 gün Cavabdeh MMC-də icarədə olmuşdur. - 2021-ci il 6 iyul tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin iyun ayında "xxxx" ASCnin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 “ROKSON” markalı nəqliyyat vasitəsi 29 gün Cavabdeh MMC-də icarədə olmuşdur. - 2021-ci il 5 avqust tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin iyul ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 ROKSON markalı nəqliyyat vasitəsi 31 gün Cavabdeh MMC-də icarədə olmuşdur. - 2021-ci il 13 oktyabr tarixli təhvil-təslim aktına görə - 2021-ci ilin iyun ayında "xxxx" ASC-nin sərəncamında olan dövlət nömrə nişanı 05-T-387 ROKSON markalı nəqliyyat vasitəsi 11 gün Cavabdeh MMC-də icarədə olmuşdur. 7. "xxxx" ASC tərəfindən “ROKSON” markalı nəqliyyat vasitəsi ilə görülmüş xidmətlərə görə Cavabdeh MMC-yə göndərilmiş: - 2021-ci il 25 noyabr tarixli E BBY seriyalı elektron qaiməyə görə - 2021-ci ilin iyun ayı üzrə 14.000 manat, iyun ayı üzrə 13.533,33 manat, 2020-ci ilin oktyabr ayı üzrə 8.580,64 manat, 2020-ci ilin sentyabr ayı üzrə 2.800 manat; - 2022-ci il 31 avqust tarixli EBCC seriyalı elektron qaiməyə görə - 2021-ci ilin aprel ayı üzrə 10.769,20 manat; - 2022-ci il 29 avqust tarixli EBBY seriyalı elektron qaiməyə görə - 2021-ci ilin yanvardekabr ayları üzrə 11.307,66 manat; - 2022-ci il 29 avqust tarixli EBCC seriyalı elektron qaiməyə görə - 2021-ci ilin oktyabr ayı üzrə 12.384,58 manat; - 2022-ci il 29 avqust tarixli EBCC seriyalı elektron qaiməyə görə - 16.692,26 manat; - 2022-ci il 29 avqust tarixli EBBY seriyalı elektron qaiməyə görə - 2020-ci ilin noyabr ayı üzrə 9.692,28 manat; - 2022-ci il 29 avqust tarixli EBCC seriyalı el ektron qaiməyə görə - 2021-ci ilin may ayı üzrə 12.923,04 manat ödəniş hesablamışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 8. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 1 mart tarixində Cavabdeh MMCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 148.680 manat pulun, ödənilmiş 400 manat mediasiya xərcinin və 39 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 28 oktyabr tarixində imzalanmış xidmət müqaviləsinə (bax § 1) 2020-ci il 22 sentyabr tarixli 3 nömrəli Əlavəyə əsasən, 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 1 ayı 14.000 manat olmaqla cavabdehə verilmişdir. 2020-ci ilin oktyabr və noyabr ayları üzrə ödənişlər 2022-ci ilin avqust ayında edilsə də, 2020-ci ilin dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayları üzrə ödənişlər edilməmişdir ki, bu da ƏDV daxil olmaqla 148.680 manat təşkil edir. Lakin cavabdeh texnikanın az istismar edildiyini esas gətirərək ödənişlərin aparılmasından imtina etmiş, göndərilmiş elektron qaimələri isə qəbul etməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda göstərilmişdir ki, 2020-ci ilin dekabr ayından sərəncamlarında olan 05-T-387 dövlət qeydiyyat nişanlı “Rokson” markalı nəqliyyat vasitəsi 4 gün, 2021-ci ilin fevral ayında 8 gün, 2021-ci ilin mart ayında 1 gün, 2021-ci ilin sentyabr ayında 11 gün isti smar edilmişdir. Cavabdeh 2022-ci ildə 28 fevral tarixdə maşın və mexanizmlərin təhvil verilməsi barədə akt tərtib edərək iddiaçıya məxsus, cədvəldə adı qeyd olunan nəqliyyat vasitəsinin son istifadə olunma tarixi 2021-ci il 29 oktyabr tarixindən 2022-ci il 28 fevral tarixinə qədər cavabdehdə istifadə olunmadığı və iddiaçı tərəfindən geri götürülmədiyi göstərilmişdir. Texnikalar cavabdehə son təhvil verildiyi kimi saz vəziyyətdə olmuşdur ki, texnikanın cavabdeh tərəfindən istismar olunmaması onu aylıq ödənişdən azad edə bilməzdi. Texnikanın geri qaytarılması üçün isə iddiaçıya bununla bağlı xəbər verilməli və rəsmi sənədlərlə məlumatlandırılmalı idi. Texnikanın qaytarılması isə yalnız 2022-ci il 28 fevral tarixdən sonra baş tutmuşdur. Tərəflər arasında bağlanmış bir neçə qiymət razılaşma p rotokolları mövcud olmuş, xidmətlərin növü və qiyməti fərqli müəyyənləşdirilmişdir. 2019-cu il 28 oktyabr tarixli protokolda konkret görüləcək işin 1 ton mala görə 10, 13 və 18 manat, 2020-ci il 22 sentyabr tarixli protokola görə 1 ədəd “Rokson” texnikasının 1 ayı 14.000 manat müəyyənləşdirilmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyun tarixli e-2-2(115)-436/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilmiş, tərəflər arasında bağlanmış müqavilə üzrə 115.640 manat borc, ödənilmiş 400 manat mediasiya xərci və 39 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 366,64 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – G.Quliyeva).
11. Məhkəmə §§ 1-3-də göstrilənlərə istinadla qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanmış, 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 2020-ci il 22 sentyabr tarixli qiymət razılaşma protokoluna əsasən cavabdehə təhvil verilmiş və həmin texnikadan istifadə olunması və son istifadə müddəti 2021-ci il 29 oktyabr göstərilmiş, həmin müddətdən texnikanın iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevrala qədər istifadə olunmaması barədə akt tərtib edilmiş və tərəflərin hər ikisi tərəfindən təsdiq edilmişdir.
12. Tərəflər arasında xidmət müqaviləsi bağlansa da, texnikanın 2021-ci il 29 oktyabr tarixədək istifadə olunması, həmin tarixdən isə iddiaçıya təhvil verilənədək, 2022-ci il 28 fevrala qədər istifadə olunmaması cavabdehin tərtib etdiyi aktla təsdiqini tapır. Çünki cavabdeh tərtib etdiyi aktda həmin texnikanın son istifadə etmə müddətini göstərməklə texnikanı iddiaçıya təhvil vermişdir. Müqavilənin xidmət müqaviləsi olması əsası ilə cavabdeh tərəfindən 2021-ci il 29 oktyabr tarixədək istifadə olunmuş texnikaya görə iddiaçının haqq tələb edə bilməməsi və iddianın həmin əsasla təmin edilməməsi qanuni və əsaslı hesab edilə bilməz.
13. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan müqavilə və qiymət razılaşma protokoluna əsasən ödənişin aylıq ödənilməli olması nəzərə alınmaqla texnikanın cavabdehin istifadəsində olduğu 2021-ci il 29 oktyabr tarixədək ödənilməyən 7 ay üzrə, yəni 2020-ci ilin avqust, dekabr, 2021-ci ilin fevral, mart, iyun, iyul, sentyabr ayları üçün hər ay 14.000 manat olmaqla (ƏDV daxil 16.520 manat) cəmi 115.640 manat məbləğində pul cavabdehdən tutu laraq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə həmçinin texnikanın son istifadə müddətinin 2021-ci il 29 oktyabr tarixi olmasını və həmin tarixdən texnikanın iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevrala qədər istifadə olunmadığını nəzərə alaraq iddia tələbinin həmin müddət, yəni 2021-ci ilin noyabr, 2022-ci ilin yanvar ayı üçün ödənişin tələb olunduğu hissədə təmin edilməli olmaması nəticəsinə gəlmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 752.1, 753.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 77.1, 88, 119.1, 119.2, 124.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən mübahisələndirilən 33.040 manat məbləğində pulun cavabdehdən tutulmasının rədd edildiyi hissədə ləğv, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmin edildiyi hissədə ləğv, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 8 dekabr tarixli 9/8644 nömrəli rəyinə əsasən, iddiaçı tərəfindən təqdim edilmiş 16 sayda elektron qaimələrə əsasən 237.154,21 manat (ƏDV daxil), tərəflə r arasında təhviltəslim aktları imzalanmış, lakin elektron qaimə təqdim edilməmiş 12.707,66 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 249.861,87 manat ödənilməli məbləğin olduğu, cavabdeh tərəfindən ödənilmiş ümumi məbləğin isə 290.031,18 manat (ƏDV daxil) olduğu müəyyən edilmiş, cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətlərin dəyərindən artıq ümumilikdə 290.031,18 manat (ƏDV daxil) məbləğində ödəniş aparılmışdır ki, iş materiallarında olan ödəniş sənədlərinin təyinat hissəsində aparılmış ödənişlərin ümumilikdə 2019-cu il 28 oktyabr tarixli QSZX 236/1019 nömrəli Xidmət müqaviləsinə əsasən ödənildiyi qeyd edildiyindən ödənilmiş vəsaitlərin hansı məbləğin icarə haqqı kimi, hansı məbləğin isə çınqıl-qum-atsep daşınması üçün ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqdim e dilmiş iş materiallarında tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş maşın və mexanizmlərin təhvil verilməsi haqqında aktda öz əksini tapmışdır ki, həmin aktda iddiaçıya məxsus “ROKSON” markalı 2021-ci il 28 oktyabr olmaqla, 2021-ci il 29 oktyabrdan 2022-ci il 28 fevrala qədər cavabdehdə istifadə olunmadığı və iddiaçı tərəfindən geri götürülmədiyi qeyd olunmuşdur. Bu hala məhkəmə tərəfindən qiymət verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(104)-22/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 2021-ci il 29 oktyabr tarixdən iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevrala qədər istifadə olunmadığından birinci instansiya məhkəməsi 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək hesablanmış icarə haqqı borcunu təmin etməməkdə haqlı olmuşdur.
21. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunduğu hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, kollegiyaya təqdim edilmiş təhvil -təslim aktlarından və həmin aktlar əsasında tərtib edilmiş elektron qaimələrdən 2020-ci il 22 sentyabr tarixli 3 nömrəli Əlavəyə əsasən 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnikanın işlədiyi günlərə əsasən cavabdehə borcun hesablandığı aydın olmuş, məhkəmə kollegiyası müqavilənin məzmunundan onun icarə müqaviləsi deyil, podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi olması qənaətinə gəlmişdir. İddiaçı tərəflər arasındakı münasibətlərin icarə münasibətləri olduğunu qeyd edərək texnikanın cavabdehdə olduğu müddətdən hər bir ay üçün 14.000 manat ödənilməsini xahiş etmiş, bu isə onlar arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Bu səbəbdən, iddiaçı cavabdehə yalnız texnikanı yox, həmçinin həmin texnikanı idarə edən sürücü-operatoru da v ermiş, sürücü-operatora əmək haqqını iddiaçı özü ödəmişdir.
22. Qanunvericiliyə görə icarə müqaviləsi ilə podrat müqaviləsi arasında oxşar cəhətlər olsa da, həmin müqavilələr mahiyyətcə fərqlənir. İcarə müqaviləsinə əsasən icarə obyektindən istifadə edərək gəlir götürürsə, podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Odur ki, kollegiya iddiaçının apellyasiya şikayətinin tərəflər arasında bağlanmış xidmət müqaviləsinin icarə müqaviləsi kimi izah olunmasını əsassız saymışdır.
23. Bundan başqa, ekspert rəyi ilə iddiaçı tərəfindən təqdim edilmiş 16 sayda elektron qaimələrə əsasən 237.154,21 manat (ƏDV daxil), tərəflər arasında təhvil-təslim aktları imzalanmış, lakin elektron qaimə təqdim edilməmiş 12.707,66 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 249.861,87 manat ödənilməli məbləğin olduğu, cavabdeh tərəfindən ödənilmiş ümumi məbləğin isə 290.031,18 manat (ƏDV daxil) olduğu müəyyən edilmişdir.
24. Apellyasiya instansiyası gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 700.1, 700.2, 752.1, 753.1-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. İddiaçı kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 390.1, 390.4, 404.1, 404.2, 404.5, 700.1, 752.1, 752.3-cu maddələri üzrə Tərəflər arasında imzalanmış müqavilə yükdaşıma və texnikanın icarəyə verilməsi şərtlərini özündə əks etdirən qarışıq müqavilədir. Həmin müqavilədə podrat münasibətlərinə uyğun gələn heç bir müddəa yoxdur. Tərəflər arasında yükdaşıma ilə bağlı öhdəliklər icra olunmuş və bu barədə mübahisə yoxdur. Mübahisə yalnız iddiaçıya məxsus 1 ədəd “ROKSON” markalı, 05-T-387 dövlət qeydiyyat nişanlı texnikadan istifadə ilə bağlıdır. İddiaçı bildirmişdir ki, həmin texnika ayı 14.000 manat olmaqla cavabdehə icarəyə verilmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilə icarə müqaviləsi yox, özündə podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsidir. Lakin məhkəmə gəldiyi bu nəticəni əsaslandıra bilməmişdir. Belə ki, görülmüş işlər podrat hesab edilirsə, MM-in 752-ci maddəsinin tələbinə görə podratla bağlı smeta tutulmalı, görülmüş işlərin hə cmini, qiymətini və s. təsdiq edən sənədlər olmalıdır. Cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ən azı, iş materiallarında tərəflər arasındakı münasibətlərin podrat olmasını ehtiva edən, məhkəmənin qeyd etdiyi elementlərin heç biri mövcud deyildir. Heç cavabdehin özü də şikayətində müqavilənin podrat müqaviləsi olmasını iddia etmir. Cavabdeh yalnız işlərin tələb edilən həcmdə görülmədiyini iddia edir və bunu müqavilənin 2.2-ci bəndinə uyğun təhvil aktı ilə əsaslandırmağa çalışır. Baxmayaraq ki, həmin bənddə yalnız daşıma xərclərinin icra olunması ilə bağlı akt tərtib edilməsi nəzərdə tutulmuşdur. Doğrudur, tərəflər qeyd edilən nəqliyyat vasitəsinin müqavilə dövründə aylar üzrə neçə gün istifadə edilməsinə dair aktlar tərtib ediblər, lakin bu aktlar yalnız tərəfləri n işçilərə veriləcək əmək haqqının hesablanması və digər öz daxili hesablaşmaların aparılması üçün tərtib edilibdir. Müqavilədən görünür ki, bir il müddətinə bağlanıb, xitam verilməsi təşəbbüsü olmadığı təqdirdə eyni müddətə uzadılması, işin həcmindən asılı olmayaraq 14.000 manat sabit olaraq aylıq haqq nəzərdə tutulub. Müqavilə bağlanarkən cavabdehin həmin texnikadan texnikanın onda qalması şərtilə, lazım olanda istifadə edəcəyinə dair heç bir şərt yoxdur. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi, texnika bütün müqavilə müddətində cavabdehin istifadəsində və sahibliyində olmuşdur. Başqa sözlə, iddiaçı həmin müddət ərzində müqavilənin şərtinə əsasən sahiblik və istifadə hüququndan mərhum olmuşdur. Cavabdeh ilə iddiaçı arasında bağlanmış bir neçə qiymət razılaşma protokolları m övcuddur, ancaq xidmətlərin növü və qiyməti fərqli müəyyənləşdirilmişdir. Belə ki, 2019-cu il 28 oktyabr tarixli protokolda konkret görüləcək işin 1 ton mala görə 10, 13 və 18 manat qiymət müəyyən edilmişdir. Ancaq 2020-ci il 22 sentyabr protokola görə 1 ədəd “Rokson” texnikasının 1 ayı 14.000 manat müəyyənləşdirilmişdir. Bütün bu qeyd edilənlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli normaları tətbiq etməli olduğu halda icarə münasibətlərindən irəli gələn münasibətlərə tamam başqa bir norma tətbiq edərək bizim tərəflər arasında bağlanmış xidmət müqaviləsinin icarə müqaviləsi kimi izah etməyimizi əsassız saymışdır. Hesab edirik ki, MMin 404.5-ci maddəsinə görə müqavilənin geniş təsviri onu deməyə əsas verir ki, qeyd olunan müqavilə mahiyyət etibarı ilə icarə müqavilə sidir. Ona görə də mübahisəyə icarə haqqında müqaviləyə uyğun gələn normalar tətbiq edilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qanun səhv təfsir edərək cavabdehin apellyasiya şikayətini rədd etməli olduğu halda bunu etməmiş və nəticədə qanunun tələblərinə zidd qətnamə qəbul etmişdir.
27. MPM-in 217.1, 217.4, 386-ci maddələri üzrə - Məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmışdır. İş materiallarında olan sübutlardan da göründüyü kimi, tərəflər arasında olan münasibətlər icarə münasibətlərindən yaranan münasibətləri olmasına baxmayaraq məhkəmə qanunu səhv təfsir etmiş və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
29. Apellyasiya məhkə məsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutul ur: “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzər də tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə
404. Müqavilənin təfsiri... 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməy ə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....”
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir.
34. İşi n məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, 2020-ci il 22 sentyabr tarixli “Böyük əhəng daşlarının xırdalanması üçün texnika ilə xidmətə dair” qiymət razılaşma protokoluna uyğun olaraq 1 ədəd “Rokson” markalı 05-T-387 dövlət qeydiyyat nişanlı texnika 1 ayı 14.000 manat olmaqla cavabdehə verilmiş, icraçı texnikanın idarə edilməsi üçün sürücü-operatoru öz hesabına təyin etmiş, onun əmək haqqını ödəmiş, texnika 2022-ci il 28 fevral tarixli təhvil-təslim aktı ilə cavabdehdən geri götürülmüşdür.
35. İşə baxan məhkəmələr həmin təhvil-təslim aktında qeyd olunanlara əsasən müəyyən etmişlər ki, sözügedən texnika son istifadə olunma tarixi 2021-ci 29 oktyabr olmaqla, həmin tarixdən 2022-ci il 28 fevral tarixinə qədər MMC-də istifadə olunmamış və iddiaçı tərəfindən geri götürülməmişdir. Texnika cavabdehə son təhvil verildiyi kimi saz vəziyyətdə olmuşdur.
36. Hazırda iddiaçı tərəflər arasındakı münasibətlərin icarə münasibətləri olduğunu qeyd edərək texnikanın cavabdehdə olduğu müddətin (texnikanın cavabdeh tərəfindən faktiki istifadə edilib-edilməməsindən asılı olmayaraq) hər bir ay üçün 14.000 manat ödənilməsini xahiş edir.
37. Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, mübahisəli müqavilə icarə müqaviləsi yox, özündə podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsidir. Hazırda isə iddiaçı tərəflər arasındakı münasibətlərin icarə münasibətləri olduğunu qeyd edərək texnikanın cavabdehdə olduğu müddətdən hər bir ay üçün 14.000 manat ödənilməsini xahiş edir. Bu isə onlar arasında bağlanmış müqavilənin şərtl ərinə uyğun deyildir. Ona görə ki, iddiaçı cavabdehə yalnız texnikanı yox, həmçinin həmin texnikanı idarə edən sürücü-operatoru da vermiş, sürücü-operatora əmək haqqını iddiaçı özü ödəmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilənin məzmunu barədə tam düzgün nəticəyə gəlmədiyindən maddi hüququn tətbiqində səhvə yol vermişdir, bu səbəbdən qəbul etdiyi qətnamə qanunun tələblərinə zidd olmuşdur.
39. Əvvəla, hüquq nəzəriyyəsində podrat müqaviləsi ilə xidmət müqaviləsi arasında əsas fərq ondan ibarətdir ki, podratçının sifarişçi üçün konkret maddiləşmiş yeni məhsul, məmulat hazırlaması nəzərdə tutulur, xidmət müqaviləsinin predmetini isə maddiləşmiş yeni məmulatın hazırlanması tələb olunmadan müəyyən müddət ərzində icraçı tərəfindən sifarişçi üçün mü əyyən işlərin görülməsi təşkil edir.
40. Təsadüfi deyildir ki, MM-də xidmət müqaviləsinə dair müddəalar mövcud olmadığından, bir qayda olaraq həmin müqaviləyə, formalaşmış məhkəmə təcrübəsində hüququn analogiyası qaydasında tapşırıq müqaviləsinə dair müddəalar tətbiq edilir. MM-in 777.1-ci maddəsində (bax § 31) tapşırıq müqaviləsinə verilmiş anlayışa görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
41. Məhkəmə kollegiyasının mövqeyinə görə, istinad olunan normada “xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür” ifadəsinin işlədilməsi yuxarıda qeyd olunduğu kimi, xidmət müqaviləsində məhz işin özünün (bu işin maddiləşmiş nəticəsinin deyil) sifarişçi üçün önəm kəsb etməsinə dəlalət edir.
42. Baxılan işdə tərəflər arasında bağlanmış müqavilədə icraçı tərəfindən sifarişçi üçün hər hansı konkret maddiləşmiş, fərdi əlamətlərinə görə müəyyən edilə bilən əşyanın, məmulatın hazırlanması nəzərdə tutulmadığından məhkəmə kollegiyası mübahisəli müqavilənin apellyasiya instansiyası məhkəməsi tərəfindən “özündə podrat müqaviləsinin elementlərini ehtiva edən xidmət müqaviləsi” kimi qiymətləndirilməsini qanunun tələblərinə uyğun şəkildə əsaslandırılmış hesab etmir.
43. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəli müqavilənin xidmət müqaviləsi olmasına dair mövqeyi ilə də tam razılaşmır və hesab edir ki, hazırkı müqavilə özündə eyni zamanda həm icarə müqaviləsinin, həm də xidmət müqaviləsinin ayrı-ayrı elementləri ehtiva edən qarışıq müqavilədir.
44. Əvvəla, MM-in tapşırıq müqaviləsinə dair müddəaları ilə tənzimlənən xidmət müqaviləsindən fərqli olaraq, qanun icarə müqaviləsi üçün ayrıca müddəalar müəyyən etmişdir.
45. MM-in 700.1-ci maddəsinə (bax § 31) görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. MM-in 675-ci maddəsində (bax § 31) müəyyən edilmişdir ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
46. Məhkəmə kollegiyasının mövqeyinə görə, xüsusi texnika o zaman icarəyə verilmiş hesab olunmalıdır ki, sifarişçi üçün məhz həmin texnikanın fərdi keyfiyyətləri önəm kəsb etmiş olsun. Lakin ə gər sifarişçi üçün önəmli olan işin, xidmətin özüdürsə, bu müqavilə xidmət müqaviləsi kimi qiymətləndirilməlir.
47. Bu səbəbdən də, fərdi əlamətlərlə müəyyən olunan (konkret marka, model, dövlət qeydiyyat nişanı və s. fərdiləşdirici göstəricilərlə xarakterizə olunan) texnika təhvil-təslim aktı ilə istifadəyə təqdim edilərək istifadədən geri alınırsa və aradakı bütün müddət ərzində sifarişçidə qalırsa, bu element müqaviləni icarə müqaviləsi kimi dəyərləndirməyə imkan verir.
48. Digər mühüm fərq ondan ibarətdir ki, klassik xidmət müqaviləsi üzrə sifarişçi icraçının gördüyü işin əvəzi olaraq həmin işin həcminə görə xidmət haqqı ödəyir. Ona görə də xidmət haqqının həcmi belə müqavilədə aylarla deyil, bir qayda olaraq günlərlə (günhesabı), hətta saatlarla (saathesabı) müəyyən edilir.
49. Klas sik icarə müqaviləsi üzrə isə icarəyə götürən icarəyə götürdüyü əmlakdan faktiki istifadə edib-etməməsindən asılı olmayaraq həmin əmlakın icarəyə götürənin istifadəsində olduğu bütün müddət üçün icarə haqqını ödəməyə borcludur.
50. Məhkəmə kollegiyasının qənaətinə görə, texnikanın bilavasitə sürücü-operator ilə birlikdə istifadəyə verilməsi və sürücü-operatorun əmək haqqının onu işə cəlb etmiş texnikanın mülkiyyətçisinin özü tərəfindən ödənilməsi xidmət müqaviləsinə xas olan elementlər kimi qiymətləndirilməlidir.
51. Eyni zamanda, texnikanın geri qaytarılması haqqında aktda onun konkret tarixlər ərzində istifadə olunmamasının xüsusi olaraq qeyd edilməsi də müqaviləni müəyyən mənada xidmət müqaviləsi kimi xarakterizə etməyə imkan verir. Belə ki, həmin qeyd əsasında müvafiq dövr(lər)də texni ka ilə xidmət göstərilmədiyinin məxsusi olaraq müəyyən edilməsi həm texnikanın mülkiyyətçisi, həm də texnikanın işindən yararlanan subyekt üçün xidmət üzrə işlərin görülüb-görülməməsinin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Əks halda, sözügedən qeydin edilməsinin hər hansı mənası da olmazdı.
52. Həmçinin xidmət göstərildiyi dövr ərzində hər təqvim ayının sonunda həmin xidmət ayı üzrə göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktının imzalanması da konkret zaman kəsiyində xidmət göstərilib-göstərilməməsinin müəyyən edilməsinin vacibliyi baxımından müqaviləni müəyyən mənada xidmət müqaviləsi kimi səciyyələndirməyə imkan verir.
53. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və MM-in 390.4-cü maddəsini (bax § 31) nəzərə alaraq hesab edir ki, tərəflər ö zündə yuxarıda qeyd olunan icarə və xidmət müqavilələrinin ünsürlərini ehtiva edən qarışıq müqavilə bağlamışlar.
54. MM-in 404.5-ci maddəsinin (bax § 31) tələbi ondan ibarətdir ki, qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
55. Hazırkı halda isə hansı müqavilənin ünsürlərinin üstünlük təşkil etdiyini dəqiq müəyyən etmək mümkün olmadığından, hazırkı mübahisənin düzgün həlli üçün mübahisəli müqaviləyə MM-in icarə müqaviləsinə və tənzimləyən tapşırıq müqaviləsinə dair normaları (xidmət müqavilələrinə dair ayrıca müddəalar olmadığından) işin müəyyən edilmiş hallarına uyğun olaraq tətbiq edilməlidir.
56. Apellyasiya instansiyası məhkəməsi isə mübahisəli müqaviləni yalnız “özündə podrat müqaviləsinin e lementlərini ehtiva edən xidmət müqaviləsi” kimi qiymətləndirməklə, onun icarə elementlərinə də malik olmasını nəzərə almamaqla maddi hüququn tətbiqində səhvə yol vermiş, bununla da iş üzrə yanlış nəticəyə gəlmişdir. Ona görə də mübahisələndirilən qətnamənin tam olaraq qüvvədə saxlanılması mümkün deyildir.
57. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 2021-ci il 29 oktyabr tarixinədək mübahisəli texnika cavabdehin istifadəsində olmuş və ona xidmət göstərmişdir. Tərəflər arasında olan qiymət razılaşma protokoluna əsasən, həmin texnikadan istifadəyə görə ödənişin aylıq (14.000 manat olmaqla, ƏDV daxil 16.520 manat) ödənilməli olması müəyyən edilsə də, cavabdeh 2021-ci il 29 oktyabr tarixinədək 7 ay üzrə, yəni 2020-ci ilin avqust, dekabr, 2021-ci ilin fevr al, mart, iyun, iyul, sentyabr ayları üçün hər ay cəmi 115.640 manat məbləğində xidmət haqqını iddiaçıya ödəməmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən dövrdə cavabdehə iddiaçı tərəfindən faktiki xidmət göstərildiyi müəyyən edildiyindən həmin xidmətin haqqı tərəflərin yazılı razılaşmasında nəzərdə tutulan aylıq ödəniş (14.000 manat olmaqla, ƏDV daxil 16.520 manat) dəyərində ödənilməlidir.
59. Odur ki, apellyasiya instansiya məhkəməsi həmin məsələ ilə bağlı düzgün nəticəyə gəlməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 32) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.
60. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə, texnikanın 2021-ci il 29 oktyabr tarixindən iddiaçıya təhvil verildiyi 2022-ci il 28 fevral tarixinədək faktiki istifadə olunmadığı, yəni hər hansı xidmət gös tərilmədiyi müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsi 2021-ci ilin noyabr ayından 2022-ci ilin yanvar ayınadək hesablanmış borcu təmin etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
61. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, texnikanın 2021-ci il 29 oktyabr tarixindən iddiaçıya təhvil verilənədək, 2022-ci il 28 fevral tarixinədək istifadə olunmaması hər iki tərəfin rəsmiləşdirdiyi aktla təsdiqini tapmışdır.
62. İddiaçı müqavilənin icarə müqaviləsi olmasını və texnikanın istifadə olunmamasının müəyyənləşdirilmiş haqqın ödənilməsi öhdəliyindən azad etmədiyini bildirsə də, tərəflərin aktda məhz hansı səbəbdən texnikanın son faktiki istifadə tarixini dəqiqləşdirdiklərinə və hansı səbəbdən texnikanın həmin tarixdən sonra istifadə olunma masını qeyd etdiklərinə dair işə baxan məhkəmələrə hər hansı ağlabatan izahat verilməsi iş materiallarından görünmür.
63. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə qanuni və əsaslı olması qənaətindədir.
64. O da qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iddiaçıya ümumilikdə 249.861,87 manat ödənilməli olduğu halda, cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətlərin dəyərindən artıq ümumilikdə 290.031,18 manat (ƏDV daxil) məbləğində ödəniş aparılmışdır.
65. Odur ki, işə yenidən baxarkən apellyasiya instansiyası məhkəməsi cavabdehin borcunun məbləğini faktiki ödənişlərin hamısını nəzərə almaqla dəqiq müəyyən etməlidir.
66. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(104)-22/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edildiyi hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
67. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, həmçinin cavabdehin həyata keçirdiyi faktiki ödənişləri nəzərə almaqla sözügedən hissədə iddiaçıya olan borcunu dəqiq müəyyən etməli, yuxarıda göstərilən mövqelərə uyğun olaraq iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
68. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 fevral tarixli 2-2(104)-22/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən – birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.