Məhkəmə qərarları › İş №2-2(102)-397/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-397/2025

23.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-397/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X4 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh X1rşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 mart tarixli 2-2(103)-125/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh X5 arasında “K jAr 2-1 hava ayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlarla bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisə Azərbaycan Respublikasının Ali Məhkəmənin 2022-ci il 13 sentyabr tarixli 2(102)-2408/2022 nömrəli qərarı ilə yekunlaşmışdır. Yekun olaraq “KjAr 2-1 hava ayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların İddiaçı MMC-yə məxsus olması müəyyən olunmuş və qeyd edilmiş avadanlığın qurğuları ilə birgə Cavabdeh X2 alınaraq İddiaçı MMC-yə qaytarılması qərara alınmışdır.

2. Bununla bağlı icra sənədi verilmiş və 2022-ci il 26 oktyabr tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

3. Cavabdeh İKF, İddiaçı MMC, "xxxx", "xxxx" MMC arasında 2023-cü il 1 sentyabr tarixli barışıq sazişinin bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən, tərəflər b ir neçə məhkəmə qərarlarını və Azərbaycan Respublikasının Ali Məhkəmənin 2022-ci il 13 sentyabr tarixli 2(102)-2408/2022 nömrəli qərarının icrasını barışıq yolu ilə həll etmə barədə razılığa gəlmişlər. 4. 2023-cü il 1 sentyabr tarixli barışıq sazişinin 6, 7 və 8-ci bəndlərinin məzmunundan görünür ki, tərəflər “KjAr 2-1 hava ayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların sökülmədən birgə fəaliyyət göstərmək üçün Cavabdeh İKF-də saxlanması barədə razılığa gəlmişlər.

5. Cavabdeh İKF, İddiaçı MMC, "xxxx", "xxxx" MMC arasında 2022-ci il 1 dekabr tarixli akt tərtib olunmuş və həmin aktda qeyd olunmuşdur ki, qurğular sökülmədən Cavabdeh İKF-ya məxsus olan istehsal xəttində saxlanılmışdır.

6. İddiaçı MMC, Cavabdeh İKF, "xxxx" və "xxxx" MMC arasında 2022-ci il 27 dekabr tarixin də birgə fəaliyyətin şərtləri müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərtib edilmiş 2022-ci il 1 dekabr tarixli aktla Ali Məhkəmənin 2(102)2408/2022 nömrəli qərarı icra olunaraq, Kjar-2-1 hava ayırıcı qurğusuCavabdeh X2 alınaraq İddiaçı MMC-də istifadə oluna bilən hava ayırıcı blok sökülmədən Cavabdeh İKFya məxsus olan istehsal xəttində saxlanılmaqla İddiaçı MMC-yə təhvil verilmişdir. Bundan sonra 2022-ci il 27 dekabr tarixli təhvil-təslim barədə akt tərtib edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh X3 (bundan sonra – “cavabdeh”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İKF-nin öhdəliyinin icra etməməsi nəticəsində dəymiş zərər in (əldən çıxmış fayda) 2022-ci il 13 sentyabr tarixindən hazırkı günədək hər ay 100.000 manat olmaqla, cəmi 2.500.000 manat pulun (25 ay x100.000 manat) və icra olunan günədək hər ay 100.000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.790 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, “KjAr 2-1 hava ayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar iddiaçıya məxsusdur. Qeyd olunan avadanlıqlarla bağlı cavabdehlə məhkəmə mübahisəsi olmuş və yekun məhkəmə qərarlarından sonra avadanlığın iddiaçıya məxsus olduğu müəyyənləşdirilmişdir. 2022-ci il 13 sentyabr tarixindən hazırkı günədək KjAr 2-1 hava ayırıcı qurğusu iddiaçıya təhvil verilməmiş, eyni zamanda həmin avadanlıqdan istifadə edən cavabdeh kifayət qədər böyük məbləğlərdə gəlir əldə etmişdir.

9. Cavabdeh iddiaya etiraz edərək, onun rədd olunmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 oktyabr tarixli e-2-2(113)3024/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov).

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf özü barışıq sazişi bağlamaqla “KjAr 2-1 hava ayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların sökülmədən üçün cavabdehdə saxlanması ilə razı olmuşdur. Hazırda isə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2018-ci il 11 yanvar tarixli qətnaməsinin cavabdeh tərəfindən icra olunmadığını bildirməklə, əldən çıxmış fayda tələb etmişdir.

12. Məhkəmə hesab etmişdir ki, artıq tərəflər 2023-cü il 1 sentyabr tarixli barışıq sazişi bağladığından, məhz Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2018-ci il 11 yanvar tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı əldən çıxmış fayda tələbi istisna olunmuşdur. Belə ki, iddiaçının özünün bağlamış olduğu barışıq sazişi ilə qaytarılması qət edilmiş əmlak cavabdehdə qalmışdır.

13. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan 2023-cü il 1 sentyabr tarixli aktdan görünür ki, iddiaçının qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlu özü ərizə ilə icra şöbəsinə müraciət etmiş və icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. 2023-cü il 1 sentyabr tarixli barışıq sazişinin şərtlərinin kim tərəfindən əməl olunmaması və bunun nəticəsində də kimin maddi ziyana uğraması və gəlirdən məhrum olmasının müəyyən e dilməsi isə hazırkı mübahisənin predmeti olmamışdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2 və 443.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 mart tarixli 2-2(103)-125/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – E.Həsənov və L.Əl iyeva).

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının tələbi qətnamənin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində ona zərərin vurulmasıdır. Belə ki, iddiaya görə iddiaçının əşyası cavabdehin sahibliyində qalaraq ona qaytarılmamış, nəticədə iddiaçı gəlirdən əldə çıxmış formasında məhrum olmuşdur. İşin hallarından isə görünür ki, tərəflər qətnamənin icrası üzrə icraat zamanı barışıq sazişi imzalamış və tələbkar olan iddiaçı icraatın dayandırılmasını xahiş etmişdir. Barışıq sazişində tərəflər bir-birilərinə qarşı tələblərinin olmaması, qətnamənin icrasının saziş qüvvədə olduğu müddətdə dayandırmağı üzərlərinə öhdəlik götürmələri barədə razılığa gəlmişlər. İddiaçı avadanlığın cavabdehin sahibliyində qalm asına razılıq vermişdir. Beləliklə tərəflər sazişlə mübahisənin davam etməməsinə razılıq vermişlər. İddiaçı apellyasiya şikayətində sazişin şərtlərinin cavabdeh tərəfindən pozulmasına istinad etsə də, hazırkı tələb barışıq sazişinin mübahisələndirilməsinə yönəlməmişdir. Qeyd olunanlara əsasən iddiaçının tələbi əsaslı olaraq məhkəmə tərəfindən təmin edilməmişdir.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 386.1, 443.4 və 1096.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 21.1 və 21.2-ci maddələri üzrə - məhkəmənin istinad etdiyi 2022-ci il 27 dekabr tarixli müqavilə faktiki olaraq mövcud olsa da, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Məhkəmənin tərəflər arasında qeyd etdiyi müqavilə şərtləri formal xarakter daşıyır, yəni elə müqavilədə göstərilən şərtlər yalnız kağız üzərində mövcud olmuşdur. Buna səbəb isə cavabdehin avadanlığı özündə saxlamaqdan ibarət olmuşdur. İddiaçının qeyd etdiyi halların sübutu tərəflər arasında bağlanılmış eyni məzmunlu 2023-cü il 1 sentyabr tarixli müqaviləsidir. Belə ki, 2023-cü il 1 sentyabr tarixli müqavilənin təkrar eyni məzmunla bağlanması onu göstərir ki, 2022-ci il 27 dekabr tarixli müqavilə qüvvədə olmamışdır. Hazırkı iddianın əsası ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilə formal xarakter daşıyı r. Cavabdehin məqsədi isə bu müqaviləni bağlamaqla onun istehsal xəttində saxlanılan avadanlıqdan istifadə etmək olmuşdur. Ali Məhkəmənin qərarı qəbul edildiyi andan cavabdeh maye oksigen və digər qazların satışını həyata keçirtməklə böyük miqdarda gəlir əldə edir. Cavabdeh sadəcə iddiaçı ilə fərqli tarixlərdə müqavilə bağlamaqla zaman əldə edir və maye oksigenin satışını həyata keçirir. İddia ərizəsində də göstərilmişdir ki, cavabdeh ilə iddiaçı arasında müqavilə olsa belə müqavilə şərtləri icra olunmamışdır. Cavabdeh iddiaçı ilə əlavə alqı-satqı müqaviləsi də bağlamışdır. Əgər tərəflər arasında mübahisənin barışıq yolu nəzərdə tutulmuşdursa, əlavə alqı-satqı müqaviləsinin nə məqsədlə bağlandığı sual olunur. Qətnamənin əsaslandırma hissəsində iddiaçının özünün bağlamış olduğu barışıq sazi şinə istinad olunmuş və həmin barışıq sazişinə əsasən əmlak iddiaçının özünün razılığı ilə cavabdehdə qalmasına istinad olunmuşdur. Lakin tərəflər arasında bağlanmış müqavilə mövcud idisə, hansı səbəbdən bu müqavilədən irəli gələn hər hansı addımın atılmadığı və yaxud icra mərhələsində olan icra işinin illərlə təxirə salındığı, həmin müqavilə şərtlərinə əsasən icra sənədi üzrə icraata xitam verilmədiyi sual olunur. Bu onu göstərir ki, tərəflər arasında barışıq sazişi bağlansa belə, bu sazişin şərtlərinə əməl olunmamışdır və aralarında mübahisənin mövcudluğundan xəbər verir. Həmçinin, məhkəmənin “iddiaçının qanuni nümayəndəsinin ərizə ilə icra şöbəsinə müraciət etməsi və icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etməsi”ni qeyd etməklə, hansı əsasla iddiaçının avadanlığın cavabdehdə qalmasına razılıq verməsi qənaətinə gəlməsi sual yaradır. Belə ki, iddiaçının qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlunun icra şöbəsinə qeyd edilən məzmunda ərizə ilə müraciəti olmamışdır. Məhkəmənin istinad etdiyi bu ərizənin mətni əslində başqa məzmunda yazılmışdır. Göründüyü kimi, hazırkı mübahisədə zərərçəkmiş iddiaçı tərəfdir. Azərbaycan Respublikasının Ali Məhkəmənin 2022-ci il 13 sentyabr tarixli 2(102)-2408/2022 nömrəli qərarı ilə qurğunun iddiaçıya verilməsi nəzərdə tutulsa da, hələ də məhkəmə qərarı icra olunmamışdır. İddiaçı tərəf cavabdeh ilə müqavilə bağlamaqla hər dəfə barışıq mövqeyini göstərsə də, cavabdeh bu mövqedən öz maraqları naminə istifadə etmişdir. Məhkəmə qətnaməsində işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdiri lməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyil. Belə ki, mübahisəli avadanlığın cavabdehdə qalması işin halları ilə öz əksini tapır. İddiaçı maye oksigeni və digər qazları istehsal edib gəlir əldə edə biləcəyi halda, cavabdehdən maye oksigenin 1 tonunu 300 manata alır. O zaman bu barışıq sazişinin hansı müsbət cəhətlərinin olması sual olunur. Məhkəmə iş üzrə bütün halları araşdırmadan və zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Nəticə yalnız cavabdehin təqdim etdiyi əsassız sübutlar əsasında qətnamə qəbul edilmişdir.

21. MM-i n 443.1-443.8-ci maddələri üzrə - məhkəmələr tərəfindən işin halları ətraflı şəkildə araşdırılmamış və yekunda məhkəmə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halından məlum olanlara görə, Ali Məhkəmənin 2(102)2408/2022 nömrəli qərarı ilə “KjAr 2-1 hava ayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların hazırki iş üzrə iddiaçıya məxsus olmasının müəyyən edilmiş və həmin avadanlığın qurğuları ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması qərara alınmışdır. Digər mübahisələndirilməyən hal odur ki, “KjAr 2-1 hava ayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar hazırki iş üzrə cavabdehin istifadəsindədir. Birinci instansiya, eləcə də apellyasiya məhkəməsi tərəflər arasında barışıq sazişinin olmasına istinad edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişlər. Lakin iş materiallarında olan sənədlər və məhkəmə iclasında iddiaçının səsləndirdiyi hallar araşdırılmamışdır. Hazırkı mübahisə ilə bağlı qanuni qüvvəsini almış olan analoji məhkəmə qətnaməsi mövcud olmuşdur. Belə ki, mübahisəli avadanlıq ilə bağlı əldən çıxmış fayda olaraq hazırki iş üzrə cavabdehdən pul tutulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli 2-2(113)-17/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 2.800.000 manat pul tutularaq ikinci iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmçinin, həmin qətnamə ilə artıq müəyyən olunmuş hallar mövcud idi. Lakin məhkəmələr tərəflər arasında icra olunmayan yalnız formal olaraq bağlanmış barışıq sazişinə istinad edərək məlu m nəticəyə gəlmişlər. Barışıq sazişinin formal olduğunu təsdiq edən hal isə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 14 yanvar tarixli 2-2(113)-144/2025 nömrəli qətnaməsidir. Həmin qətnamə ilə "xxxx" MMC-nin hazırki iş üzrə Cavabdeh İKF-ya qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş, sonuncudan 5.000.000 manat dəbbə pulu, 3.290 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.003.290 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, həmin iddia qalan hissədə təmin olunmamışdır. Birləşdirilmiş iş üzrə Cavabdeh İKF-nın "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" MMC-dən 196.082,30 manat pul, 10.826 manat faiz borcu, 496,91 manat dövlət rüsumu olmaqla, ümumilikdə 207.405,21 manat pulun tutularaq “Çinar Servis” İKF-ya ödənilmə si qət edilmiş, hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirilməklə, "xxxx" MMC-nin xeyrinə tutulmalı olan ümumilikdə 5.003.290 manat pul məbləğindən Cavabdeh İKF-nın xeyrinə ödənilməli olan ümumilikdə 207.405,21 manat pul çıxıldıqdan sonra, yerdə qalan 4.795.884,79 manat pulun “Çinar Servis” İKF-dan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

22. MPM-in 14.2, 77.1 və 217.4-cü maddələri üzrə - məhkəmə mübahisəli avadanlığın cavabdehdə olmasını qəbul etsə də, barışıq sazişinə istinad edərək pul tələbi ilə bağlı iddianı əsassız hesab etmişdir. Halbuki, iş materiallarında kifayət qədər iddiaçı tərəfindən təqdim edilmiş dəlillər mövcuddur, lakin onlar araşdırılmamışdır.

23. Azərbaycan Respublikasının Konstitusiyasının 12 7-ci maddəsi, MPM-in 9, 14.2, 217.4, 218.1 və 220.4-cü maddələri üzrə - apellyasiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamışdır. Hətta birinci və apellyasiya instansiya məhkəmələri iş materiallarında 2023-cü il 1 sentyabr tarixli akta istinad edərək, iddiaçının qanuni nümayəndəsi (direktoru) Hacıyev Nizami Babaşah oğlunun özünün ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etdiyini göstərilmişdir. Məhkəmələr ərizənin məzmunu ilə tam tanış olmamışlar. Məhkəmə MPM-in və “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərini pozaraq, işin bütün hallarına diqqət yetirməmiş və düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə

157. Mülkiyyətin müdafiəsi 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə mə hkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.” “Maddə

531. Öhdəliyə novasiya nəticəsində xitam verilməsi 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.”

27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcə lləsinin müvafiq “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

30. MM-in 21.1, 21.2, 443.1-443.8-ci maddələrinin tələblərinin pozulması barədə dəlillər isə əsassızdır.

31. Belə ki, hazırki iddianın əsası ondan ibarətdir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək iddiaçıya məxsus avadanlıqları iddiaçıya təhvil verməmiş və onların istifadəsindən gəlir əldə etmiş, nəticədə iddiaçıya maddi zərər dəy mişdir. İddianın predmetini isə həmin zərərin əvəzinin ödənilməsi təşkil edir.

32. Kollegiya qeyd edir ki, iddianın əsası və predmetinə görə iddia tələblərinin qanuni əsasını iddiaçının istinad etdiyi MM-in 21.1, 21.2, 443-cü maddələri deyil, MM-in 157.5-ci maddəsi təşkil edir.

33. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin i ddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

34. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə istər vicdansız sahib, istərsə də vicdanlı sahibin mülkiyyətçiyə məxsus əmlakın geri qaytarmaq öhdəliyi mövcüd olmalıdır. Yalnız belə öhdəlik mövcud olduğu və yerinə yetirilmədiyi halda mülkiyyətçinin həmin maddədə nəzərdə tutulmuş hüquqları yaranmış olur.

35. Məhkəmə tərəfindən müəyyən edilmiş hallar isə ondan i barətdir ki, iddiaçının istinad etdiyi əmlakın geri qaytarılması barədə məhkəmə qərarı qüvvəyə mindikdən sonra tərəflər arasında 2023-cü il 1 sentyabr tarixli barışıq sazişi bağlanmış və həmin barışıq sazişinin 6, 7 və 8-ci bəndlərinə əsasən tərəflər “KjAr 2-1 hava ayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların sökülmədən birgə fəaliyyət göstərmək üçün Cavabdeh İKF-də saxlanması barədə razılığa gəlmişlər.

36. Həmçinin, İddiaçı MMC, Cavabdeh İKF, "xxxx" və "xxxx" MMC arasında 2022-ci il 27 dekabr tarixində birgə fəaliyyətin şərtləri müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, tərtib edilmiş 2022-ci il 1 dekabr tarixli aktla Ali Məhkəmənin 2(102)-2408/2022 nömrəli qərarı icra olunaraq, Kjar-2-1 hava ayırıcı qurğusuCavabdeh X2 alınaraq İddiaçı MMC-də istifadə oluna bilən hava ayırıcı blok sökülmədən Cavabdeh İKFya məxsus olan istehsal xəttində saxlanılmaqla İddiaçı MMC-yə təhvil verilmişdir. Bundan sonra 2022-ci il 27 dekabr tarixli təhvil-təslim barədə akt tərtib edilmişdir.

37. Göründüyü kimi MM-in 157.5-ci maddəsinin dispozisiya şərti olan cavabdehin əmlakı qaytarmaq öhdəliyi mövcud deyildir. Çünki tərəflər arasında qeyd olunan barışıq sazişi və birgə fəaliyyət haqqında müqavilə bağlanılmaqla MM-in 531.1-ci maddəsinə əsasən cavabdehin həmin öhdəliyinə novasiya qaydasında xitam verilmişdir.

38. Belə ki, həmin maddənin tələblərinə görə öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə x itam verilir.

39. Eyni zamanda, nəzərə alınır ki, tərəflər arasında bağlanmış barışıq sazişi və birgə fəaliyyət haqqında müqavilə ləğv olunmamış və ya etibarsız hesab edilməmişdir. İddianın əsasını da həmin saziş və müqavilə üzrə öhdəliklərin pozulması təşkil etmir və bununla bağlı məhkəmə düzgün olaraq qeyd etmişdir ki, həmin hallar hazırkı mübahisənin predmeti deyildir.

40. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbləri özü-özlüyündə əsassız olduğuna görə apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad olunan maddi hüquq normalarının tələblərinin pozulması barədə nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir.

41. Kassasiya şikayətində sübutlara və işin hallarına düzgün qiymət verilməməsi, işin tam və hərtərəfli araşdırılmamasına istinad edilməsi isə əsassızdır.

42. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

43. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin hallarının və sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və top lanması, onların tədqiq edilməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə pr osessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

45. Bundan əlavə, kollegiya qeyd edir ki, özü-özlüyündə əsassız olan iddia üzrə araşdırmanın aparılması və sübutların qiymətləndirilməsi tələb olunmur.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 4 mart tarixli 2-2(103)-125/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar