Məhkəmə qərarları › İş №2-2(102)-398/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-398/2023

13.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-398/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" QSC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-398/23 Açar sözlər: yüklərin saxlanması, dalan xidmətləri, müqavilə, iddia müddəti, sübutlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh ASC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli 2-2(105)-40/2023 saylı qətnaməsindən iddiaçı tərə findən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" QSC ilə Cavabdeh ASC arasında bağlanmış 2015-ci il 15 aprel tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqavilədən görünür ki, Cavabdeh ASC-yə məxsus dalan yolu “dəmir yolu”nun Sumqayıt stansiyasının Sumqayıt çay parkına 15 nömrəli yoldəyişdirici ilə birləşir. Dalan yoluna “dalan yolu sahibi”nə məxsus lokomotivlə xidmət edilir və dəmir yolları Nizamnaməsinə, yüklərin daşıma qaydalarına, müqavilənin şərtlərinə uyğun olaraq istismar edilir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı və qeydə alındığı tarixdən 3 təqvim ili müddətinə qüvvədədir. 2. "xxxx" QSC tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 2018ci il 1 mart – 2022-ci il 1 apr el tarixləri ərzində "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 2022-ci il 21 aprel tarixli 164985 nömrəli arayışdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə 2018-ci ilin mart ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 2.429,19 manat, 2018-ci ilin aprel ayı üçün boş vaqonun (özəl, icarəli) dayanmasına və yüklərin mühafizəsinə görə 141,60 manat, ADDY-na məxsus vaqonun (konteynerin) istifadəsinə görə 15.522,04 manat, dalan yolundan istifadəyə görə 708 manat, dalan yolundan istifadə zamanı cəriməyə görə 37.099,20 manat, vaqonların dalan yoluna verilib götürülməsinə görə 4.025,57 manat, 2018-ci ilin may ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 6.088,80 manat, 20 18-ci ilin iyun ayı üçün vaqonların dalan yoluna verilib götürülməsinə görə 3.603,72 manat, 2018-ci ilin iyul ayı üçün dalan yolundan istifadəyə görə 1.121 manat, vaqonların dalan yoluna verilib götürülməsinə görə 3.413,15 manat, 2018-ci ilin avqust ayı üçün yol dəyişilməsinə görə 472 manat, vaqonların dalan yoluna verilib götürülməsinə görə 1.437,83 manat olmaqla, cəmi 76.062,10 manat məbləğində yığım hesablanmışdır. 3. 93 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə 2018-ci il 1 mart tarixdən – 2018-ci il 31 mart tarixinə olan dövrədək 3.116,38 manat məbləğində yığım hesablanmışdır. 4. 2018-ci il 23 aprel tarixli HS seriyalı 459235 nömrəli elektron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə mart ayı üçün 3.116,38 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. 5. 139 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə 2018-ci il 1 aprel tarixdən – 2018-ci il 30 aprel tarixinə olan dövrədək 57.496,41 manat məbləğində yığım hesablanmışdır. 6. 2018-ci il 22 may tarixli HS seriyalı 869982 nömrəli elektron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə aprel ayı üçün 57.496,40 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. 7. 183 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə 2018-ci il 1 may tarixdən – 2018-ci il 31 may tarixinə olan dövrədək 18 8.605,75 manat məbləğində yığım hesablanmışdır. 8. 2019-cu il 29 noyabr tarixli EBAD seriyalı 180743 nömrəli elektron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə may ayı üçün 6.088,80 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. 9. 232 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92) görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə 2018-ci il 1 iyun tarixdən – 2018-ci il 30 iyun tarixinə olan dövrədək 63.976,15 manat məbləğində yığım hesablanmışdır. 10. 2018-ci il 18 iyul tarixli HT seriyalı 673035 nömrəli elektron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə iyun ayı üçün 3.603,72 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. 11. 288 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92 arayışı) görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə 2018-ci il 1 iyul tarixdən – 2018-ci il 31 iyul tarixinə olan dövrədək 95.106,27 manat məbləğində yığım hesablanmışdır. 12. 2018-ci il 21 avqust tarixli HU seriyalı 130186 nömrəli elektron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə iyul ayı üçün 4.534,15 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. 13. 339 nömrəli əlavə yığımlar üçün yığım vərəqəsindən (Forma FDU-92 arayışı) görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə 2018-ci il 1 avqust tarixdən – 2018-ci il 31 avqust tarixinə olan dövrədək 36.895,50 manat məbləğində yığım hesablanmışdır. 14. 2018-ci il 24 sentyabr tarixli HU seri yalı 645244 nömrəli elektron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə avqust ayı üçün 1.909,83 manat dəyərində stansiya və daşıma xidmətləri göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. 15. 2022-ci il 23 iyun tarixli, MŞB/6-1303 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ASC sessiyanın tarixi, saatı və yeri barədə 6 gün öncə post vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. "xxxx" QSC tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir. 16. "xxxx" QSC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 2022-ci il 21 iyul tarixli, 200295 nömrəli pretenziya məktubundan görünür ki, 2022-ci il 1 iyun tarixinə Cavabdeh ASC tərəfindən "xxxx" QSC-yə 76.062,10 manat məbləğində borcu yaranmışdır. "xxxx" QSC yaranmış borcun ödənilməsini xahiş etmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 17. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 5 avqust tarixdə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 76.062,10 manat məbləğində borc və 400 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 76.462,10 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 2018-ci il 1 mart tarixdən – 2018-ci il 1 sentyabr tarixinə kimi stansiya xidmətləri göstərilmiş, eyni zamanda tərəflər arasında bağlanmış 2015-ci il 15 aprel tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqaviləyə əsasən dalan dəmir yolu sahibi olan cavabdehə iddiaçı tərəfindən lokomotivlə xidmət göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. İddiaçının Xırdalan stansiyasında göstərilmiş xidmətlərə görə (yüklərin qorunub saxlanılması, vaqonların dalan yoluna verilib-götürülməsi, dalan yolundan istifadə, yüklərin mühafizəsi, iddiaçıya məxsus vaqonun (konteynerin) istifadəsi və s.) cavabdehə 76.062,10 manat yığım hesablanmışdır. Bununla bağlı cavabdehə 2022-ci il 21 iyul tarixdə pretenziya ünvanlanmış, lakin tələb icr a olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" QSC-nin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. Bundan əlavə hazırkı mübahisə ilə bağlı 2022-ci il 23 iyun tarixdə Bakı 6 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və həmin tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.

19. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə istinad etmişdir.

20. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 2015-ci il 15 aprel tarixli müqavilənin müddəti 2018-ci il 15 aprel tarixində bitmişdir (müqavilənin 7.3-cü bəndi). Belə ki, müqavilə müddəti bitdikdən sonra 2018-ci il 15 aprel tarixdən – 2018-ci il 1 sentyabr tarixinə kimi olan dövr üçün iddiaçının cavabdehdən hər hansı məbləğ tələb etməsi anlaşılan olmamışdır. Həmin müddət ərzində iddiaçı tərəfindən cavabdehə hər hansı bir xidmət göstərilməmişdir. Müqavilə müddəti bitdikdən sonra dalan yolunun istismar edilməsi və iddiaçı tərəfindən hər hansı xidmətin göstərilməsi barədə heç bir şərt nəzərdə tutulmamış və iddiaçı tərəfindən xidmətin göstərilməsi ilə bağlı sübut təqdim olunmamışdır. Müddət bitdikdən sonra cavabdeh tərəfindən dəmir yolu vasitəsi ilə yükdaşımaları həyata keçirilməmiş və cavabdehə belə bir xidmət göstərilməmişdir. Həmçinin iddiaçı hazırkı tələblə bağlı məhkəməyə 2022-ci ilin 2 avqust tarixində məhkəmədə iddia irəli sürmüşdür.

21. Daha sonra cavabdeh 2022-ci il 5 oktyabr tarixdə AZB 01/101 nömrəli “iddia müddətinin tətbiq edilməsinə” dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, iddia ərizəsi üzrə iddia müddətinin tətbiq olunmasını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 5 dekabr tarixli, e-22(119)-1332/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edil məmişdir (hakim – H.Alıyeva).

23. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi əlavə yığımlar üçün yığım vərəqələri (Forma FDU-92) xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlər olmuşdur. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş 04/S nömrəli Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatının 3.1.2-ci bəndinə əsasən vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparı lır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. İddiaçının nümayəndələri də izahatlarında həmin yığım vərəqələrinin QU-45 formalı yaddaş vərəqəsi əsasında tərtib olunduğunu bildirmişlər. Lakin iddiaçı tərəfindən sübut qismində həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 2018-ci il 1 mart tarixdən – 2022-ci il 1 aprel tarixədək olan müddət ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 2022-ci il 21 aprel tarixli 164985 nömrəli arayışda qeyd olunan 76.062,10 manat yığım məbləğini təsdiq edən sənədləri iddiaçı tərəf məhkəməyə təqdim edə bilm əmişdir. Belə ki, həmin arayışda aylar üzrə göstərilmiş yığım məbləğləri məhkəməyə təqdim olunmuş 6 ədəd əlavə yığımlar üçün yığım vərəqəsində (Forma FDU-92) qeyd olunan məbləğlərlə üst-üstə düşmür. Bununla yanaşı yığım vərəqələrində göstərilən məbləğlər ilə həmin aylar üzrə təqdim edilmiş elektron qaimələrin birindən başqa digər qaimələrdə qeyd olunan məbləğlər uyğun gəlməmişdir (yalnız 139 nömrəli “əlavə yığımlar üçün yığım vərəqəsi” üzrə hesablanan 57.496,41 manat məbləğində yığım üçün təqdim edilmiş 2018-ci il 22 may tarixli HS seriyalı 869982 nömrəli elektron qaimədə göstərilən məbləğ uyğun gəlir).

24. Həmçinin qeyd olunan əlavə yığımlar üçün yığım vərəqələrinin kim tərəfindən imza edilməsi müəyyən olunmamışdır. Belə ki, həmin yığım vərəqələrində imza edən şəxsin adı, soyadı, vəzifəsi və ya səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatlar göstərilməmişdir. İddiaçının nümayəndələri həmin imzaların cavabdehin işçilərinə məxsus olduğunu bildirmiş olsalar da, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişlər. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 2018-ci il 15 aprel tarixdə bitməsinə baxmayaraq iddiaçı 2018-ci ilin aprel, may, iyun, iyul və avqust aylarında da cavabdehə xidmətlər göstərdiyini qeyd etsə də, cavabdehin nümayəndəsi onlara hər hansı xidmət göstərilmədiyini qeyd etmişdir. İddiaçı həmin aylar üzrə cavabdehə xidmətlər göstərilməsinə dair elektron qaimələr təqdim etmiş olsa da, həmin xidmətlərin göstərilməsinə dair məhkəməyə hər iki tərəfin və ya cavabdehin səlahiyyətli nümayəndəsinin təsdiq etdiyi hər hansı sənədi və ya digər ilkin sənə dlər təqdim olunmamışdır. Tərəflər arasında 3 il müddətinə bağlanmış 2015ci il 15 aprel tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqavilənin müddəti 2018-ci il 15 aprel tarixində başa çatmışdır. Eyni zamanda iddiaçının təqdim etmiş olduğu sənədlərə görə iddiaçı cavabdehə sonuncu dəfə 2018-ci ilin avqust ayında xidmət göstərmişdir. Lakin iddiaçı hazırkı mübahisə üzrə məhkəməyə müvafiq iddia ərizəsi ilə 2022-ci ildə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən həm müqavilənin müddətinin başa çatdığı, həm də sonuncu xidmətin göstərildiyi vaxtdan 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur.

25. Məhkəmə öz mövqeyini MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan so nra – “MPM”) 14.2, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir.

26. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli, 2-2(105)-40/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və A.Süleymanova).

28. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi əlavə yığımlar üçün yığım vərəqələri (Forma FDU-92) xidmətlər göstərilərkən tərtib edilən ilkin sənə dlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlər olmuşdur. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixində təsdiq edilmiş 04/S nömrəli Yük və baqaj qəbul-təhvilçisinin vəzifə Təlimatının 3.1.2-ci bəndinə əsasən vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. İddiaçının nümayəndələri də izahatlarında həmin yığım vərəqələrinin QU-45 formalı yaddaş vərəqəsi əsasında tərtib olunduğunu bil dirmişlər. Lakin iddiaçı tərəfindən sübut qismində həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 2018-ci il 1 mart tarixdən – 2022-ci il 1 aprel tarixədək olan müddət ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 2022-ci il 21 aprel tarixli 164985 nömrəli arayışda qeyd olunan 76.062,10 manat yığım məbləğini təsdiq edən sənədləri iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd olunan əlavə yığımlar üçün yığım vərəqələrinin kim tərəfindən imza edilməsi müəyyən olunmamış, həmin yığım vərəqələrində imza edən şəxsin adı, soyadı, vəzifəsi və ya səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatlar göstərilməmişdir. İddiaçının nümayəndələ ri həmin imzaların cavabdehin işçilərinə məxsus olduğunu bildirsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

29. İddia müddətinin tətbiqi ilə bağlı apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında müqavilə 2015-ci ilin 15 aprel tarixində 3 illik müddət ərzində bağlanmışdır. İddiaçı cavabdehə sonuncu dəfə 2018-ci ilin avqust ayında xidmət göstərmiş olsa da, iddiaçı müvafiq iddia ərizəsi ilə 3 illik iddia müddətini ötürməklə (iddia müddəti bitdikdən 4 ilə yaxın vaxt keçdikdən sonra) 2022-ci ilin 5 avqust tarixində məhkəməyə müraciət etmişdir.

30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.2, 373.2, 375.2, 377.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi 2023-cü il 26 aprel tarixdə iş üzrə tərəflərə göndərilmişdir.

32. İddiaçı 2023-cü il 18 may tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

33. MM-in 373.2, 385.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qra fasında təbii inhisara aid edilən fəaliyyət növü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri göstərilmişdir. Göründüyü kimi stansiya xidmətlərinin göstərilməsi Azərbaycan Dəmir Yollarının təbii inhisar fəaliyyəti olmuşdur. İşin faktiki halı ondan ibarət olmuşdur ki, iddiaçının Sumqayıt stansiyasında göstərilmiş xidmətlərə görə (“yüklərin qorunub saxlanılması”, “vaqonların dalan yoluna verilib- götürülməsi”, “dalan yolundan istifadə”, “yüklərin mühafizəsi”, “ADY”-yə məxsus vaqonun (konteynerin) istifadəsi” və s.) cavabdehə 76.062,10 manat yığım hesablanmışdır. Bununla bağlı, cavabdehə 2020-ci il 16 no yabr tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Tərəflər arasında stansiya ərazisində stansiya xidmətlərinin göstərilməsinə dair yazılı müqavilə olmasa da, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh tərəf xidmət müqabilində yaranmış borcunu iddiaçıya ödəməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə sonuncu xidmət 2018-ci ilin avqust ayında göstərilmişdir. Məhkəməyə isə iddiaçı iddia ərizəsi ilə 2022-ci il tarixində müraciət etmişdir. Belə olduğu halda hazırkı iddia üzrə iddia müddəti ötmüşdür. Belə ki, iddiaçı tərəfindən cavabdehə stansiya xidmətləri müqavilə əsasında deyil, ümumi normativ sənədlər əsasında hə yata keçirilmişdir. Tərəflər arasında xidmətlərin göstərilməsinə dair hər hansı müqavilə mövcud olmadığına görə hazırkı iddiaya müqavilə üzrə iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq olunmamışdır.

34. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar obyektiv dəyərləndirilməmişdir. Cavabdehə stansiya xidmətlərinin göstərilməsini təsdiq edən yığım vərəqələri (FDU92), elektron qaimələr, maliyyə arayışı sübut qismində məhkəməyə təqdim olunmuşdur. Yığım vərəqələrində (FDU-92) olan “müəssisə, təşkilat, idarə nümayəndəsinin imzası” qrafasında cavabdeh təşkilatın nümayəndəsinin imzası olsa da, məhkəmə buna hüquqi qiymət verməmiş, imzanın kim tərəfindən icra olunması istiqamətində hər hansı araşdırma aparmamışdır. Həmçinin stansiya xid mətlərinin göstərilməsi üzrə ilkin sənədlər kimi “təhvilçinin yaddaş vərəqəsi” (QU-45) çıxış etsə də, həmin sənədlərin saxlama müddəti bitdiyindən məhv olunduğu üçün məhkəməyə təqdim etmək mümkün olmamışdır. Cavabdehə stansiya xidmətlərinin göstərilməsini təsdiq edən yığım vərəqələri (FDU-92) cavabdeh təşkilatın nümayəndəsi tərəfindən imzalandığından və yığım vərəqəsi üzrə göstərilmiş stansiya xidmətlərini və hesablanmış məbləği təsdiq olunduğundan ilkin sənəd olan “təhvilçinin yaddaş vərəqəsi”nə (QU-45) ehtiyac olmamışdır. Lakin məhkəmə tərəfindən qeyd edilən dəlillərə hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış 2015-ci il 15 aprel tarixli müqavilənin müddəti 2018-ci il 15 aprel tarixdə bitmiş və tərəflər arasında müqavilənin müddəti uzadılmamışdır. Həmçinin həmin müqavilədə, müqavilə müddəti bitdikdən sonra dalan yolunun istismar edilməsi və iddiaçı tərəfindən hər hansı bir xidmətin göstərilməsi barədə heç bir şərt nəzərdə tutulmamışdır. Müqavilə müddətinin bitməsindən sonra iddiaçı tərəfindən hər hansı bir xidmətin göstərilməsi barədə heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, müddət bitdikdən sonra cavabdeh tərəfindən dəmiryolu vasitəsi ilə yükdaşımalar həyata keçirilməmiş və cavabdehə belə bir xidmət göstərilməmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə əsassız olaraq göstərilən xidmətlərə görə anlaşılmayan yığımlar haqda birtərəfli sənəd tərtib etmiş, cavabdehə müqavilədən irəli gəlməyən öhdəlik yaratmışdır.

36. Göründüyü ki mi iddiaçı tələbini tərəflərin deyil, yalnız öz şəxsi tərtib etmiş olduğu və imzaladığı “Əlavə yığımlar üçün yığım vərəqəsi” kimi birtərəfli sənədlə sübut etməyə çalışmışdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi birtərəfli qaydada tərtib olunmuş “Əlavə yığımlar üçün yığım vərəqəsi” (FDU-92) və elektron qaimələr hərtərəfli araşdırılmış, onlar arasındakı uyğunsuzluqlar müəyyən olunmuş, həmçinin qeyd olunan sənədlərin tərtib olunmasına əsas verən ilkin sənədləri təqdim edilməsi tələb olunmuşdur. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən dəfələrlə məhkəmə baxışı təxirə salınmış, sənədlərin təqdim olunması üçün iddiaçıya kifayət qədər vaxt verilmişdir. Lakin həmin sənədlər təqdim edilməmişdir. İV. KASSASİYA HƏDLƏRİ Ş İKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

37. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən e dilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxar ılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” 41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh e dilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2013-cü il 3 iyun tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi ə sasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır....”

42. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli, 2-2(105)-40/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

44. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair hər hansı müqavilə mövcud olmadığına görə hazırkı iddiaya müqavilə üzrə iddia müddəti deyil, ümumi iddia müddəti tətbiq olunmamışdır.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə razılaşmayaraq qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından da göründüyü kimi

46. Məhkəmə kollegiyası kassasiya şikayəti nin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə tərəflər arasında 3 il müddətinə bağlanmış 15 aprel 2015-ci il tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqavilənin müddəti 15 aprel 2018-ci il tarixdə başa çatmış, eyni zamanda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlərə görə iddiaçı cavabdehə sonuncu dəfə 2018ci ilin avqust ayında xidmət göstərmişdir. Lakin, iddiaçı hazırkı mübahisə üzrə məhkəməyə müvafiq iddia ərizəsi ilə 2022-ci ildə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən həm müqavilənin müddətinin başa çatdığı, həm də sonuncu xidmətin götərildiyi vaxtdan 3 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur.

47. Məhkəmə kollegiyası Məhkəmə kollegiyas ı qanunvericiliyin tələbini(bax §40,41), tərəflər arasında 3 il müddətinə bağlanmış 2015-ci il 15 aprel tarixli hüq: 488 nömrəli “Dalan dəmir yolunun istismar edilməsi barədə” müqavilənin müddəti 15 aprel 2018-ci il tarixdə başa çatmasını, eyni zamanda iddiaçının cavabdehə sonuncu dəfə 2018-ci ilin avqust ayında xidmət göstərməsini, iddiaçının hazırkı mübahisə üzrə məhkəməyə müvafiq iddia ərizəsi ilə 2022-ci il 5 avqust tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq qanunla müəyyən olunmuş 3 illik iddia müddətininin ötürülmüş olmasına dair qanuni və əsaslı nəticəyə gəlmişdir.

48. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar obyektiv dəyərləndirilməmişdir. Cavabdehə stansiya xidmətlərinin göstərilməsini təsdiq edən yığ ım vərəqələri (FDU92), elektron qaimələr, maliyyə arayışı sübut qismində məhkəməyə təqdim olunmuşdur. Yığım vərəqələrində (FDU-92) olan “müəssisə, təşkilat, idarə nümayəndəsinin imzası” qrafasında cavabdeh təşkilatın nümayəndəsinin imzası olsa da, məhkəmə buna hüquqi qiymət verməmiş, imzanın kim tərəfindən icra olunması istiqamətində hər hansı araşdırma aparmamışdır.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə də razılaşmayaraq qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi əlavə yığımlar üçün yığım vərəqələri (Forma FDU-92) xidmətlər göstərilərkən tərtib edilən ilkin sənədlər deyil, xidmətlərin göstərilməsi faktını təsdiq etmək üçün sonradan tərtib edilən hesabat xarakterli sənədlərdir. Belə ki, Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş 04/S nömrəli “Yük və baqaj qəbultəhvilçisinin vəzifə Təlimatı”nın 3.1.2-ci bəndinə əsasən vaqon və konteynerlərin qeyriümumi istifadə yerlərinə (və ya yerlərindən) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul təhvilçisinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Həmin Təlimatın 6 saylı əlavəsi ilə vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı yaddaş vərəqəsinin tərtib olunma qaydası göstərilmişdir. Bununla belə, QU-45 formalı yaddaş vərəqələri iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı, nə də apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı təqdim olunmamışdır.

50. Bundan əlavə iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 2018-ci il 1 mart tarixində n 2022-ci il aprel tarixləri ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq olunmuş yığımlardan yaranan debitor borc barədə 2022-ci il 21 aprel tarixli 164985 nömrəli arayışda qeyd olunan 76062,10 manat yığım məbləğini təsdiq edən sənədləri iddiaçı aşağı instansiya məhkəmələrinə təqdim edə bilməmişdir. Bununla yanaşı, qeyd olunan əlavə yığımlar üçün yığım vərəqələrinin kim tərəfindən imza edilməsi müəyyən olunmamış, həmin yığım vərəqələrində imza edən şəxsin adı, soyadı, vəzifəsi və ya səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatlar göstərilməmişdir. İddiaçının nümayəndələri həmin imzaların cavabdehin işçilərinə məxsus olduğunu bildirsə də, bunu təsdiq edən sənədləri də məhkəməyə təqdim edə bilməmişdir.

51. Bununla bağlı qeyd olunmalıdır ki, MPM- in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri, çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir (MPM-in 165, 167.1 və 167.1.2-ci maddələri).

52. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran hal ların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

53. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

54. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

55. Mülki prosessual qanunvericiliyin tələblərinə görə həmçinin işdə iştirak edən şəxslər də prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 47, 77.1, 78.1-ci maddələri).

56. Bununla belə, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (MPM-in 184.1-ci maddəsi).

57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri üzrə yuxarıda göstərilən müvafiq hüquqi qiymətləndirmə aparıldığından kassasiya şikayətinə qarşı etirazın dəlillərinə münasibət bildirilməsinə zərurət aradan qalxmışdır.

58. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə işə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə də zərurətin aradan qalxması qənaətinə gəlir.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirildiyindən, iddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının po zulmasına dair dəlilləri də əsaslı hesab edilmir.

60. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli, 2-2(105)-40/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 aprel tarixli, 2-2(105)-40/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar