Məhkəmə qərarları › İş №2-2(102)-399/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-399/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-399/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh7 və Əliyeva (Lahıczadə) Günel Elçin qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh9 MMC-yə, Cavabdeh4 MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh1 MMC-yə, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, C avabdeh2, Cavabdeh7 və Əliyeva (Lahıczadə) Günel Elçin qızına qarşı “kreditlər və qarantiyalar üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimələrin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 mart tarixli 2-2(103)4/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh9 MMC və Cavabdeh1 MMC arasında 2018-ci il 27 sentyabr tarixli GTC-549LE/2018 nömrəli və 2018-ci il 10 dekabr tarixli GTC-993LE/2018 nömrəli Bank Xidmətlərinin Göstərilməsinə dair X1 imzalanmışdır.

2. Həmçinin İddiaçı ASC ilə Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında 2018-ci il 28 noyabr tarixli GL2912 nömrəli Kredit Limiti müqaviləsi imzalanmış və bank tərəfindən borcalanlara 2021-ci il 28 noyabr tarixinədək illik faiz dərəcəsi 25% (gecikdirilmiş əsas məbləğə tətbiq olunan faiz 40%-dək, gündəlik faiz dərəcəsi 0.1111%) olmaqla, 10.000.000 manat məbləğində krеdit limiti açılmışdır.

3. GL2912 nömrəli kredit limiti müqaviləsi çərçivəsində İddiaçı ASC ilə Borcalanlar Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında 2018-ci il 3 dekabr tarixli K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsi imzalanmış və borcalanlara 2021-ci il 31 dekabr tarixinədək illik faiz dərəcəsi 25% (gecikdirilmiş əsas məbləğə tətbiq olunan faiz 40%-dək, gündəlik faiz dərəcəsi 0.1111%) olmaqla, 4.000.000 manat məbləğində maks imal borclanma limiti xətti açılmışdır.

4. Daha sonra tərəflər arasında K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsinə 2020-ci il 29 yanvar tarixli 1 nömrəli əlavə imzalanaraq kreditin məbləği 5.000.000 manat məbləğinədək artırılmışdır. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə bank arasında 2019-cu il 21 iyun tarixli 1 nömrəli kredit razılaşması imzalanmış, razılaşmaya əsasən bank tərəfindən borcalana 2021-ci il 21 iyun tarixədək Kareliya şəhərində yerləşən DSP zavodunun əsas vəsaitlərinin artırılması məqsədi ilə illik faiz dərəcəsi 13% (illik cərimə faizi 15% ) olmaqla, 1.000.000 manat məbləğində krеdit verilmişdir.

5. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsi çərçivəsində Cavabdeh9 MMC il ə Bank arasında 2020-ci il 29 yanvar tarixli 2 nömrəli Kredit Razılaşması imzalanmış, razılaşmaya əsasən bank tərəfindən borcalana 2021-ci il 29 yanvar tarixədək dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik faiz dərəcəsi 13% (illik cərimə faizi 15%) olmaqla, 3.000.000 manat məbləğində krеdit verilmişdir.

6. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə “Bank” arasında imzalanmış 2019-cu il 26 dekabr tarixli 20191051LG nömrəli Maliyyələşdirmə üçün ərizə formasına əsasən bank borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 2020-ci il 26 dekabradək illik faiz dərəcəsi 3%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 18%, illik cərimə faizi 33%, gündəlik dəbbə pulu 0.0917%) olmaqla 50.000 ma nat məbləğində bank qarantiyası vermişdir.

7. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsi çərçivəsində Cavabdeh1 MMC-yə aşağıdakı Bank qarantiyaları verilmişdir: - 2019-cu il 2 iyul tarixli 2019-547LG nömrəli Maliyyələşdirmə üçün ərizə formasına əsasən bank borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 2020-ci il 2 iyuladək illik faiz dərəcəsi 2%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3%, illik cərimə faizi 18%) olmaqla 200.000 manat məbləğində bank qarantiyası, - 2019-cu il 2 iyul tarixli 2019-548LG nömrəli Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 2020-ci il 2 iyuladək illik faiz dərəcəsi 2%, ticarətin maliyyələ şdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik cərimə faizi 18%) olmaqla 200,000 manat məbləğində bank qarantiyası, - 2019-cu il 2 iyul tarixli 2019-549LG nömrəli Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti 2019-cu il 31 dekabradək illik faiz dərəcəsi 2 % (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% kreditin illik cərimə faizi 18%) olmaqla 300,000 manat məbləğində bank qarantiyası vermiş, sonradan 2019-549LG nömrəli Maliyyələşdirmə üçün ərizə formasına 2019-cu il 28 dekabr tarixli 1 saylı əlavə imzalanaraq, ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti isə 2020-ci il 31 dekabr tarixədək uzadılmışdır. 8. 2018-ci il 28 noyabr tarixli GL2912 nömrəli Kredit Limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 2018-ci il 3 dekabr tarixli İ2657 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" MMCnin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi, 46B/ saylı əmlak kompleksi kimi müəssisə və İddiaçı ASC ilə Əliyeva (Lahıczadə) Günel Elçin qızı arasında bağlanmış 2019-cu il 24 iyun tarixli İ2917 nömrəli ipoteka müqaviləsi müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

9. Həmçinin 2018-ci il 28 noyabr tarixli GL2912 nömrəli Kredit Limiti müqaviləsi üzrə borcalanların bank qarşısında olan ö hdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh10 arasında 2018-ci il 28 noyabr tarixli Z3011 nömrəli, Cavabdeh6 arasında 2018-ci il 3 dekabr tarixli Z3012 nömrəli, Cavabdeh8 arasında 2018-ci il 3 dekabr tarixli Z3013 nömrəli, Cavabdeh2 arasında 2018-ci il 3 dekabr tarixli Z3022 nömrəli və Cavabdeh7 arasında 2020-ci il 7 aprel tarixli Z3946 nömrəli zaminlik müqavilələri bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh7 və Əliyeva (Lahıczadə) Günel Elçin qızına (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq Cavabdeh9 MMC”, Cavabdeh4 MMC”, "xxxx" MMC”, “Cavabdeh1 MMC”, “Cavabdeh10”, “Cavabdeh6”, “Cavabdeh8”, “Cavabdeh2”, “Cavabdeh7”, “G.Əliyeva (Lahıczadə)”) qarşı 2020-ci il 6 avqust tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (iddia tələbi sonuncu dəfə 2021-ci il 23 dekabr tarixdə dəyişdirilmişdir), cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 2021-ci il 17 dekabr tarixədək hesablanmış K2019-547LGm01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 23.379,89 manat əsas borc, 194,83 manat faiz borcu, 7.111,38 manat cərimə borcu olmaqla, cəmi 30.686,10 manat borcun, K2019547LG_02 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 4.035,60 manat əsas borc, 10,43 manat faiz borcu, 889,94 manat cərimə borcu olmaqla, cəmi 4.935,97 manat borcun, 2019- 549LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 393,31 manat borcun, K2019-549LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 manat əsas borc, 2.500 manat faiz borcu, 116.458,33 manat cərimə borcu olmaqla, cəmi 418.958,33 manat borcun, K2912/01 nömrəli kredit müqaviləsinə əsasən 693.436,24 manat əsas borc, 110.391,55 manat faiz borcu, 53.076,33 manat cərimə borcu olmaqla, cəmi 856,904.12 manat borcun, K2912/02 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borc, 379.978,13 manat faiz borcu, 176.674,21 manat cərimə borcu olmaqla, cəmi 3.556.652,34 manat borcun, 2019-1051LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 1.100 manat borcun iddiaçının xeyrinə tutulması, tutmanın "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi, 46B/ nömrəli əmlak kompleksi kimi müəssisəyə və G.Əliyevanın (Lahıczadə) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Kənar Dairəvi küçəsi, 46B/ nömrəli əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiymətinin 4.400.000 manat məbləğində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 253 nömrəli fərdi yaşayış evinə hərracdan ilkin satış qiymətinin 250.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışın dan əldə olunan pul vəsaitlərinin cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə borcalanlar müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişlər və onları n 2021-ci il 17 dekabr tarixədək K2019-547LGm01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 23.379,89 manat əsas borc, 194,83 manat faiz borcu, 7.111,38 manat cərimə borcu olmaqla, cəmi 30.686,10 manat borcu, K2019-547LG_02 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 4.035,60 manat əsas borc, 10,43 manat faiz borcu, 889,94 manat cərimə borcu olmaqla, cəmi 4.935,97 manat borcu, 2019-549LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 393,31 manat borcu, K2019-549LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 manat əsas borc, 2.500 manat faiz borcu, 116.458,33 manat cərimə borcu olmaqla, cəmi 418.958,33 manat borcu, K2912/01 nömrəli kredit müqaviləsinə əsasən 693.436,24 manat əsas borc, 110.391,55 manat faiz borcu, 53.076,33 manat cərimə borcu olmaqla, cəmi 856,904.12 manat borcu, K2912/02 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borc, 379.978,13 manat faiz borcu, 176.674,21 manat cərimə borcu olmaqla, cəmi 3.556.652,34 manat borcu, 20191051LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 1.100 manat borcu yaranmışdır.

12. Cavabdeh "xxxx" MMC iddiaya etiraz etmiş və bildirmişdir ki, bank tərəfindən kreditin ayrılmasının təyinatı dövriyyənin artırılması məqsədilə olmuşdur. Lakin kredit müqaviləsi təyinatı üzrə verilməmişdir. Bununla bağlı Baş Prokurorluğa müraciət olunmuş, müraciətə baxıldıqdan sonra araşdırılması üçün materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Belə ki, ayrılmış kreditlər Rusiyada yerləşən zavodun dövriyyəsinin artırılması ilə bağlı verilsə də, heç bir dövriyyə artımı olmamış, nəticədə zavod iflas etmiş, bağlanmış müqavilələr ləğv olunmuşdur. Hazırda bununla bağlı Rusiya Federasiyasında da məhkəmə çəkişmələri davam etməkdədir. Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, ayrılan kredit məbləği bank tərəfindən başqa bank hesablarına yox, elə birbaşa kredit alan şəxslərin iddiaçıda olan hesablarına köçürülmüşdür. Əlavə olaraq ayrılan kredit məbləğləri ofşor şirkətlərə göndərilən zaman Türkiyədən həmin şirkətlərin ofşor şirkətlər olması və heç bir fəaliyyət göstərməmələri barədə məlumat verilsə də, pulların köçürülməsi davam etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və 2021-ci il 26 aprel tarixli 9/5222 nömrəli ekspert rəyində qeyd olu nmuşdur ki, 2019-cu il 2 iyul tarixli 2019-547LG nömrəli bank qarantiyası üzrə, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 2019-cu il 2 iyul tarixli 2019-547LG nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla, Cavabdeh1 MMC-nin 2020-ci il 3 iyul tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 95.171,13 manat məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 3 iyul tarixə: əsas borc üzrə 94.496,93 manat, faiz borcu üzrə 674,20 manat. 2020-ci il 3 mart tarixli K2019-547LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyası üzrə Cavabdeh1 MMCnin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 2019-cu il 2 iyul tarixli 2019-547LG nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2020-ci il 3 mart tarixli K2019-547LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyası üzrə 2020-ci il 3 iyul tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz və cərimə borcu 25.523,04 manat məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 3 iyul tarixə: əsas borc üzrə 23.379,89 manat, faiz borcu üzrə 194,83 manat, cərimə borcu üzrə 1.948,32 manat. 2020-ci il 13 aprel tarixli K2019547LG_02 nömrəli kreditə çevrilmiş bank qarantiyası üzrə. Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 2019-cu il 2 iyul tarixli 2019-547LG nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2 020-ci il 13 aprel tarixli K2019-547LG 02 nömrəli kreditə çevrilmiş bank qarantiyası üzrə 2020-ci il 3 iyul tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz və cərimə borcu 4.126,74 manat məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 3 iyul tarixə əsas borc üzrə 4.035,60 manat, faiz borcu üzrə 10,43 manat, cərimə borcu üzrə 80,71 manat. 2019-cu il 2 iyul tarixdə 2019-548LG nömrəli bank qarantiyası üzrə. Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 2019-cu il 2 iyul tarixdə 2019-548LG nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2020ci il 3 iyul tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 201.344,44 manat məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci i l 3 iyul tarixə: əsas borc üzrə 200.000,00 manat, faiz borcu üzrə 1.344,44 manat. 2019-cu il 2 iyul tarixdə 2019-549LG nömrəli bank qarantiyası üzrə. Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 2019-cu il 2 iyul tarixdə 2019-549LG nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2020ci il 3 iyul tarixə (sualda göstərilən tarixə) banka olan faiz borcu 393,31 manat məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 3 iyul tarixə: əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 393,31 manat. 2020-ci il 1 may tarixli K2019-549LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyası üzrə. İş materiallarından göründüyü kimi, Cavabdeh1 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 2019-cu il 2 iyul tarixdə 2019-549LG nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 2020-ci il 1 may tarixli K2019-549LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyası üzrə 2020-ci il 3 iyul tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz və cərimə borcu 309.166,67 manat məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 3 iyul tarixə: əsas borc üzrə 300.000,00 manat, faiz borcu üzrə 2.500,00 manat, cərimə borcu üzrə 6.666,67 manat. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, Cavabdeh9 MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2018-ci il 3 dekabr tarixli K2912 nömrəli kredit xətti müqaviləsi, 2019-cu il 21 iyun tarixli 1 №-li Kredit Razılaşması şə rtləri nəzərə alınmaqla Cavabdeh9 MMC-nin 2020-ci il 3 iyul tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz cərimə borcu 728.675,11 manat məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 3 iyul tarixə: əsas borc üzrə 693.866,24 manat, faiz borcu üzrə 32.129,52 manat, cərimə borcu üzrə 2.679,35 manat. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, Cavabdeh9 MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, 2018-ci il 3 dekabr tarixli K2912 nömrəli kredit xətti müqaviləsi, 2020-ci il 29 yanvar tarixli 2 №-li Kredit Razılaşması şərtləri nəzərə alınmaqla Cavabdeh9 MMC-nin 2020-ci il 3 iyul tarixə (sualda göstərilən tarixə) banka olan əsas, faiz cərimə borcu 3.156.811,46 manat məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 3 i yul tarixə əsas borc üzrə 3.000.000,00 manat, faiz borcu üzrə 156.811,46 manat. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, Cavabdeh9 MMC-nin qarantiyası üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, maliyyə arayışı, 2019-cu il 26 dekabr tarixli 2019-1051LG nömrəli maliyyələşdirmə üçün ərizə şərtləri nəzərə alınmaqla Cavabdeh9 MMC-nin 2020-ci il 3 iyul tarixə (sualda göstərilən tarixə) banka olan əsas və faiz borcu 50.379,17 manat məbləğində müəyyən edilir, o cümlədən: 2020-ci il 3 iyul tarixə əsas borc üzrə 50.000 manat, faiz borcu 379,17 manat.

14. İş üzrə əmlakların qiymətləndirilməsi keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 27 yanvar tarixli rəydə "xxxx" MMC-yə məxsus ünvan 2/ Əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 4.550.000 manat, l ikvid dəyəri 4.400.000 manat, G.Əliyevaya (Lahıczadə) məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin bazar dəyəri 380.000 manat, likvid dəyəri 338.000 manat qeyd olunmuşdur. İş üzrə əmlakın təkrar qiymətləndirilməsi keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 25 avqust tarixli rəydə G.Əliyevaya (Lahıczadə) məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin bazar dəyəri 280.000 manat, likvid dəyəri 250.000 manat qeyd olunmuşdur.

15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 yanvar tarixli 2-2(113)-33/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 K2019-547LGm01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 23.379,89 manat əsas borc, 194,83 manat faiz borcu, K20 19-547LG_02 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 4.035,60 manat əsas borc, 10.43 manat faiz borcu, 2019-549LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 393,31 manat, K2019549LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 manat əsas borc, 2.500 manat faiz borcu, K2912/01 nömrəli kredit müqaviləsinə əsasən 693.436,24 manat əsas borc, 110.391,55 manat faiz borcu, K2912/02 nömrəli kredit müqaviləsinə əsasən 3.000,000 manat əsas borc, 379.978,13 manat faiz borcu, 2019-1051LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 1100 manat, K2019-547LGm01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 2.337,90 manat cərimə borcu, K2019-547LG_02 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 889,94 manat cərimə borcu, K2019549LG_01 nömrəli kreditə ç evrilmiş bank qarantiyasına əsasən 30.000 manat cərimə borcu, K2912/01 nömrəli kredit müqaviləsinə əsasən 53.076,33 manat cərimə borcu, K2912/02 nömrəli kredit müqaviləsinə əsasən, 176.674,21 manat cərimə borcunun iddiaçının xeyrinə tutulması, "Sfera-96” MMC-yə məxsus ünvan 2/ Əmlak kompleksi, G.Əliyevaya (Lahıczadə) məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması, "Sfera96” MMC-yə məxsus ünvan 2/ Əmlak kompleksinin ilkin satış qiymətinin 4.400.000 manat, G.Əliyevaya (Lahıczadə) məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 250.000 manat məbləğində müəyyənləşdirilməsi, Cavabdeh1 MMC, Cavabdeh2, G.Əliyeva (Lahıczadə), Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 MMC, Cavabdeh10 iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat məbləğində xidmət haqqının müştərək qaydada iddiaçının, iş üzrə keçirilmiş 2021-ci il 26 aprel tarixli 9/5222 nömrəli məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manat Məhkəmə Ekspertiza Mərkəzinin, 2021-ci il 25 avqust tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilmə li olan 150 manat və 2021-ci il 27 yanvar tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilməli olan 600 manat "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim – A.Əliyeva).

16. Birinci instansiya məhkəməsi Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh8 kredit və zaminlik müqavilələri üzrə iddiaçıya borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq hesab etmişdir ki, müqavilələr üzrə yaranmış əsas və faiz borcunun cavabdehlərdən tutulması tələbinə dair iddia əsaslı olmaqla təmin edilməlidir.

17. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 467-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə K2019-547LGm01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 2.337,90 manat, K2019-547LG_02 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 889.94 manat, K2019-549LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 30.000 manat, K2912/01 nömrəli kredit müqaviləsinə əsasən 53,076.33 manat, K2912/02 nömrəli kredit müqaviləsinə əsasən 176,674,21 manat cərimə borcunun tutulmasını ədalətli hesab etmişdir.

18. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, ipoteka müqaviləsi ilə təmin olunmuş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş "xxxx" MMC-yə məxsus ünvan 2/ Əmlak kompleksi, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evi açıq hərrac vasitəsilə satılmalı və satış dan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır.

19. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə "xxxx" MMC-yə məxsus ünvan 2/ Əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi zamanı müəyyən olunmuş məbləğdə, yəni 4.400.000 manat, G.Əliyevaya (Lahıczadə) məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin dəyəri isə 250.000 manat məbləğində müəyyənləşdirilməlidir.

20. Qeyd olunan əmlaklar açıq hərrac vasitəsilə satılmalı, satışdan artıq qalan məbləğ cavabdehlərə qaytarılmalı, əml aklar satıldıqdan 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməlidir.

21. Həmçinin məhkəmə iddia tələbinin ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun borcalan və zaminlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi hissəsində təmin olunmaması nəticəsinə gəlmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində "İcra haqqında" Qanunun tələblərinə uyğun olaraq həyata keçirilə bilər.

22. Məhkəmə öz mövqeyini MM-in 269.1, 269.4, 269.7, 319.1, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 422.1, 425.1, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3, 39.3.3, 47.4, 59.3.1-ci, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 43.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh10 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini üsulu olan ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmək məqsədilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini və onunla bağlı zaminliyə xitam verilməsini, həmçinin cavabdehlər siyahısından çıxarılmağı ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Cavabdeh6 də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, kredit müqavilələri üzrə ö hdəliklərin icrasının təmini üsulu olan ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmək məqsədilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini və faizlərin yenidən hesablanması ilə yanaşı cərimə məbləğlərinin ləğvi ilə əlaqədar qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Cavabdeh "xxxx" MMC də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni yalnız "Sfera-96” MMC-yə məxsus ünvan 2/ Əmlak kompleksi və G.Əliyevaya (Lahıczadə) məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinə tutmanın yönəldilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 mart tarixli 2-2(103)-4/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar dairəvi küçəsi 46 B əmlak kompleksinin ilkin satış qiymətinin 4.830.000 manat müəyyən olunması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

27. İşə apellyasiya qaydasında baxılarkən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün iş üzrə əlavə məhkəmə mühasibatlıq və təkrar əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

28. Məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit xətti müqavilələri əsasında bağlanmış kredit razılaşmaları üzrə borcların öhdəliklərin icra müddəti bitdiyi tarixə dək hesablanması barədə sual qoyulmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 2 mart tarixli 9/6992 nömrəli rəyinə əsasən 2019-cu il 21 iyun tarixli 1 nömrəli müqavilə üzrə qalıq əsas borcun 693.436,24 manat, faiz üzə borcun 110.391,55 manat olduğu, 2020-ci il 29 yanvar tarixli kredit razılaşması üzrə əsas borcun 3.000.000 manat, qalıq faiz borcunun 379.978,13 manat olduğu müəyyən edilmişdir.

29. Həmin rəyi nəzərə alan məhkəmə kollegiyası qeyd olunan müqavilələr üzrə öhdəliyin icra müddəti bitdiyi tarixə mübahisələndirilən faiz məbləğləri düzgün müəyyən edildiyindən faiz borcu ilə bağlı hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv olunması üçün əsaslar müəyyən etməmişdir.

30. Həmçinin "xxxx" MMC-yə məxsus ünvan 2/ əmlak kompleksi və G.Əliyevaya (Lahıczadə) məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin ilkin satış qiyməti cavabdehlər tərəfindən mübahisələndirildiyindən işə apellyasiya qaydasında baxılarkən təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 9 fevral tarixli 10/2938-9/3138 nömrəli rəyinə əsasən müəyyənləşdirilmişdir ki, bazar qiymətlərinə uyğun təqribi dəyəri 6.040.650 manat, likvid dəyəri isə 4.830.000 manat təşkil edir. G.Əliyevaya (Lahıczadə) məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinə baxış keçirməsi mümkün olmadığından həmin hissə ilə bağlı tədqiqat aparılmamışdır.

31. Məhkəmə G.Əliyevanın (Lahıczadə) məhkəmə qətnaməsinin ona aid hissəsindən apellyasiya şikayəti vermədiyini, o cümlədən MPM-in 97.5-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin ilkin satış q iyməti ilə bağlı hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə 2018-ci il 3 dekabr tarixli ipoteka müqaviləsində ünvan 2/ Əmlak kompleksinin dəyərinin 4.458.890 manat qiymətləndirildiyini, daşınmaz əmlak bazarında qiymətlərin hər il yüksəldiyini nəzərə alaraq hesab etmişdir ki, həmin obyektin bazar dəyərinin 2021-ci il tarixdə 4.550.000 manat olduğuna dair "xxxx" MMC-nin rəyi mötəbər sübut kimi qəbul oluna bilməz.

33. Məhkəmə eyni zamanda hesab etmişdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 2014-cü il 17 oktyabr tarixli ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin dəyərinin 18.522.500 manat olması barədə rəyi həmin rəydəki qiymətin əmlakın 2018-ci ildə ipoteka müqaviləsi bağlanarkən müəyyən olunmuş dəyərindən 4 dəfə artıq olduğ undan mötəbər hesab edilə bilməz. Bundan əlavə rəydən görünür ki, qiymətləndirmə aparılarkən eyni zamanda əmlak kompleksində olan əsas vəsaitlərin (maşın, mexanizm və avadanlıqların) qiyməti də nəzərə alınmışdır. Halbuki, əsas vəsaitlər ipoteka ilə yüklü edilmədiyindən onlara tutma yönəldilməmişdir.

34. Eyni zamanda məhkəmə Cavabdeh10 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, sonuncunun zamin olduğu kredit xətti müqaviləsində həm kredit məbləğinin son həddi (10.000.000 manat), həm faiz (ilik 25 faiz) nəzərdə tutulduğundan, həmin kredit xətti çərçivəsində bağlanmış sazişlərdə faiz dərəcəsi artmadığından, o cümlədən valyuta dəyişmədiyindən zaminin məsuliyyətinin artması müəyyən edilmir. Zaminliyə xitam verilməsi üçün qanuni əsaslar olmadığından apellyasiya şikayəti bu hissədə də əsassız hesab edilir. 35. "xxxx" MMC-nin bankın kredit vəsaitindən təyinatı üzrə istifadə olunmasına nəzarət etməli olmasına dair dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işdə bu barədə hər hansı sübut mövcud deyil. Əgər sübut olsaydı belə, kredit vəsaitindən təyinatı üzrə istifadə etmək müqavilə şərtlərinə əsasən borcalanın vəzifəsi, buna nəzarəti həyata keçirmək isə bankın hüququ olduğundan borcalan bu əsasa istinadən öhdəliyin icrasından imtina edə və ya ipotekaya xitam verilməsini tələb edə bilməz.

36. Apellyasiya instansiyası məhkəməsinin öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin qeyd etdiyi normalarla eynilik təşkil etmiş, əlavə olaraq MM-in 317.1, 477, 500.1, 500.2-ci və MPM-in 97.5-ci maddələrinə və K onstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına istinad etmişdir.

37. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və işin hərtərəfli araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş e tmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Şikayətin “işin faktiki halları” hissəsində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tərəfindən verilən rəyə əsasən əmlakın qiyməti 4.830.000 manat məbləğində qiymətləndirilmişdir. Halbuki, həmin qeyri-yaşayış sahəsinin 2013-cü il tarixdə 18.000.000 manat məbləğində qiymətləndirilməsinə dair ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə bunu nəzərə almadan yekun aktını çıxarmışdır.

39. MM-in 470.1, 472.1 və 472.2-ci maddələri üzrə - Bank tərəfindən kreditin ayrılmasının təyinatı dövriyyənin artırılması məqsədilə olmuşdur. Lakin kredit müqaviləsi təyinatı üzrə verilməmişdir. Bununla bağlı olaraq Baş Prokurorluğa müraciət olunmuş, ona baxıldıqdan sonra araşdı rılması üçün materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Belə ki, ayrılmış kreditlər Rusiyada yerləşən zavodun dövriyyəsinin artırılması ilə bağlı verilsə də, heç bir dövriyyə artımı olmamış, nəticədə zavod iflas etmiş, bağlanmış müqavilələr ləğv olunmuşdur. Hazırda bununla bağlı Rusiya Federasiyasında da məhkəmə çəkişmələri davam etməkdə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılmaqdadır. Araşdırma zamanı məlum olmuşdur ki, ayrılan kredit məbləği bank tərəfindən başqa bank hesablarına yox, elə birbaşa kredit alan şəxslərin iddiaçıda olan hesablarına köçürülmüşdür. Əlavə olaraq ayrılan kredit məbləğləri ofşor şirkətlərə göndərilən zaman Türkiyədən həmin şirkətlərin ofşor şirkətlər olması və heç bir fəaliyyət göstərməmələri barədə məlumat verils ə də, pulların köçürülməsi davam etmişdir.

40. MM-in 422.2.3, 477.0.1-ci maddələri üzrə - Kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi nəticəsində zamanı əlverişsiz vəziyyətə gətirib çıxarmaqla, onun əmlakına külli miqdarda ziyan vurma təhlükəsi yaratmışdır. Beləliklə, müqavilənin icrası zamanı zaminin əmlak mənafeləri pozulmaqla onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin ləğvinə əsasdır.

41. MPM-in 106.1, 106.2 və 88-ci maddələri üzrə - onun tərəfindən sübut kimi maliyyə arayışı, bank çıxarışları, ekspertiza rəyləri təqdim edilmiş, həmin sənədlərdə Rusiya Federasiyasında yerləşən zavodun dövriyəsinin artırılması üçün nəzərdə tutulan kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması aç ıq-aşkar görünməsi ilə yanaşı, digər respublikalarda (Türkiyə və s.) olan ofşor hesablara vəsaitin vurulmaqla nağdlaşdırılmasına məhkəmə tərəfindən ümumiyyətlə qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin 2014-cü il 17 oktyabr tarixli ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin dəyərinin 18.522.500 manat olması barədə rəyi ondakı qiymətin əmlakın 2018-ci ildə ipoteka müqaviləsi bağlanarkən müəyyən edilmiş dəyərindən 4 dəfə artıq göstərilmişdir. Bu səbəbdən də həmin rəy mötəbər hesab edilə bilməz. Bundan əlavə rəydən görünür ki, qiymətləndirmə aparılarkən eyni zamanda əmlak kompleksində olan əsas vəsaitlərin (maşın, mexanizm və avadanlıqların qiyməti də nəzərə alınmışdır. Halbuki, əsas vəsaitlər ipoteka ilə yüklü edilmədiyindən onlara tutma yönəldilməmişdir. Kassator həmçinin bankın kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi faktının mövcudluğunu göstərmişdir. Hesab edir ki, bu hissədə də kassasiya şikayəti əsassızdır. Çünki ilk əvvəl işdə bu barədə hər hansı sübut mövcud deyil. Digər tərəfdən, əgər sübut olsaydı belə, kredit vəsaitindən təyinatı üzrə istifadə etmək müqavilə şərtlərinə əsasən borcalanın vəzifəsi, buna nəzarəti həyata keçirmək isə bankın hüququ idi. Bu səbəbdən də borcalan bu əsasa istinadən öhdəliyin icrasından imtina edə və ya ipotekaya xitam verilməsini tələb edə bilməz. Kassasiya baxışının hədləri

43. MPM-in 403 və 416-cı maddəl ərinin tələblərini və kassasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslığı qismən – yalnız ipoteka predmeti olan "Sfera-96” MMC-yə məxsus ünvan 2/ Əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində yoxlanılacaqdır.

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndiril məməlidir. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya b aşqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 46. “İpoteka haqqında” Azərbaycan müddəalarında nəzərdə tutulmuşdur: Respublikası Qanununun “Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: müvafiq 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;...” “Maddə

30. İpoteka predmetinə sərəncam verilməsi... 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsi nə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir.” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi....” “Maddə

36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutul an məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.... 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır....” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”

47. Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, cavabdehə məxsus ünvan 2/ əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı işə apellyasiya qaydasında baxılarkən təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 9 fevral tarixli rəyinə əsasən əmlakın likvid dəyəri 4.830.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətində istinad etdiyi ipoteka predmetinin 18.000.000 manat məbləğində dəyərləndirilməsinə dair rəydə əmlakın qiymətinin ipoteka müqaviləsi bağlanarkən müəyyən olunmuş dəyərdən 4 dəfə artıq olduğunu nəzərə alaraq, həmin rəyi mötəbər hesab etməmiş, həmçinin qeyd etmişdir ki, qiymətləndirmə aparılarkən eyni zamanda əmlak kompleksində olan əsas vəsaitlərin (maşın, mexan izm və avadanlıqların) qiyməti də nəzərə alınmış, halbuki, əsas vəsaitlər ipoteka ilə yüklü edilmədiyindən onlara tutma yönəldilməmişdir.

50. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin bu mövqeyini təkzib edən əlavə tutarlı dəlillərə istinad edilmədiyini nəzərə alaraq, həmin məhkəmənin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşır və cavabdeh "xxxx" MMC-nin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlilləri, habelə kassasiya şikayətinə qarşı etirazın dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparmır.

51. Məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin tələbini rəhbər tutaraq kassasiya şikayətinin hazırkı qərarın 39-40-cı bəndlərində qeyd edilən dəlilləri ilə bağlı isə qeyd edir ki, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər MPM-in 385-ci maddəsinin tələbinə görə apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə də razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

53. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələb lərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

54. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 mart tarixli 22(103)-4/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar