Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-400/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3, X2 və "xxxx" Kiçik Müəssisəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu (Ali Məhkəmənin Mülki Kollegiyası) və Kərimov Səyyad Əli oğlundan (Ali Məhkəmənin İnzibati Kollegiyası) ibarət qarışıq tərkibdə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3, X2 və "xxxx" kiçik müəssisəsinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 14 may tarixli e-2-2(119)-451/2024 nömrəli qərardadından cavabdeh "A&T MOBİLE” MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, Cavabdeh3, X2 və "xxxx" kiçik müəssisəsinə (bundan sonra birlikdə - “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC”, “İ.Azər”, “İ.Rövşən”, “İ.Tahir” və "xxxx") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə arasında bağlanmış 2017-ci il 18 yanvar tarixli sm5567_DEV nömrəli kredit müqaviləsi və ona edilmiş əlavələr üzrə 337011,66 manat məbləğind ə əsas borc, 51025,57 manat məbləğində faiz borcu, 133942,35 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 521979,58 manat pul vəsaitinin, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişlərin müvafiq reyestrdə qeydə alınması üçün ödənilmiş 540 manat məbləğində dövlət rüsumunun və xidmət haqlarının əvəzinin, 812 manat məbləğində dövlət rüsumunun əvəzinin MMC-dən iddiaçının xeyrinə tutulması, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş cavabdeh İ.Azərə məxsus olan ünvan 1a yerləşən 2 otaqlı 7 nömrəli mənzilə, ünvan 1a yerləşən 2 otaqlı 6 nömrəli mənzilə, ünvan 2şən, xüsusi mülkiyyətdə olan, 56,26 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə (kimyəvi təmizləmə sexi), İ.Rövşənə məxsus olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, 12 mənzilə (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, B akı küçəsi, 193, M3, m4), X1 məxsus olmuş, hazırda isə İ.Azər və İ.Tahirə məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına və Kiçik müəssisəyə məxsus Sumqayıt şəhəri, 13-cü mkr., Babək küçəsi 1 ünvanında, 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyriyaşayış binasına yönəldilərək, həmin ipoteka obyektlərinin açıq hərracda satılması və əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya borcun ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində əmlakların boşaldılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehlər MMC-dən və İ.Azərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh MMC “Elektron məhkəmə” İnformasiy a sistemində yaradılmış elektron kabinet vasitəsilə aidiyyət haqqında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmadığını, kreditin hüquqi şəxsə biznes məqsədləri üçün deyil, şəxsi istehlak məqsədləri üçün verildiyini göstərmiş və bununla əlaqədar işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 14 may tarixli 2-2(119)-451/2024 nömrəli qərardadı ilə aidiyyət haqqında ərizə rədd edilmişdir (hakim – F.Həmidli).
4. Məhkəmə iddiaçı ilə cavabdeh MMC arasında bağlanan 2017-ci il 18 yanvar tarixli sm5567_DEV nömrəli baş kredit müqaviləsinin “Kreditin verilməsi” adlanan hissəsinin 2.5ci bəndinə istinadən qeyd etmişdir ki, kredit ticarət və xi dmət məqsədilə istifadə olunmaq üçün verilmişdir.
5. Digər tərəfdən, məhkəmə vurğulamışdır ki, həmin müqavilənin, eyni zamanda hazırkı mübahisənin tərəfləri olan iddiaçı və cavabdeh "A&T MOBİLE” təşkilati-hüquqi baxımından, müvafiq olaraq açıq səhmdar cəmiyyət və məhdud məsuliyyətli cəmiyyətdirlər, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malikdirlər və sahibkarlıq fəaliyyətinin subyekti hesab edilirlər. Sözügedən kredit müqaviləsi üzrə verilmiş kreditin məbləği isə 749.392 manat təşkil edir.
6. Məhkəmə iddia ərizəsinə və digər iş materiallarına istinadən qeyd etmişdir ki, hazırkı mübahisə ticarət və xidmət məqsədilə istifadə edilmək üçün sahibkarlıq fəaliyyətinin bir subyekti tərəfindən digər subyektinə verilmiş 749.392 manat məbləğində kreditin vaxtında qaytarılması səbəbindən yaranmı şdır. Başqa sözlə, qanunverilikdə göstərilən meyarlar üzrə qiymətləndirmə apardıqda, mübahisənin iştirakçılarının subyektiv tərkib baxımından sahibkarlıq subyekti olması, o cümlədən mübahisənin predmetinin və hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu müəyyən edilməkdədir və bu səbəbdən işə kommersiya məhkəməsində baxılmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 1, 24.2, 25.1, 26.1, 32.4-cü maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyə tlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına (bundan sonra – "xxxx") istinad edərək əsaslandırmışdır.
8. Cavabdeh MMC şikayət verərək, həmin qərardadın ləğv olunması və işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin tərəflərin arasındakı hüquq münasibətinin xarakterinə qiymət verərkən istinad etdiyi 2017-ci il 18 yanvar tarixli baş kredit müqaviləsinin müddəti 36 ay olmaqla bitmiş, bağlanmış sonrakı müqavilələrdə isə kredit məbləğinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi barədə hər hansı müddəa öz əksini tapmamışdır. Üstəlik, 2017-ci il 18 yanvar tarixli baş kredit müqaviləsinin 1.3-cü bəndində, xüsu si müqavilə ilə baş müqavilə arasında ziddiyyət olarsa, xüsusi müqavilənin əsas götürüldüyü qeyd edilmişdir. Kredit müqaviləsi iddiaçı və MMC arasında bağlansa da, tələb həmin hüquqi şəxsə qarşı deyil, fiziki şəxslərə və onların ipoteka ilə yüklü edilmiş əmlaklarına qarşı yönəlmiş və həmin əmlaklarla bağlı ipoteka müqavilələri bağlanmış, hazırkı iddia tələbi də ipoteka müqavilələri ilə əlaqədar olmuşdur və belə olan təqdirdə işə ümumi məhkəmədə baxılmalıdır. Kredit müqaviləsinin iddiaçı və cavabdeh MMC arasında bağlanmasına baxmayaraq, hazırkı iddia tələbinin, faktiki olaraq həmin hüquqi şəxsin qanuni təmsilçisinin şəxsi əmlakına qarşı yönəlməsi qanunsuzdur və bu hal, yəni tələbin fiziki şəxsin mülkiyyətində olan və kommersiya fəaliyyətinə aidiyyəti olmayan əmlaklarına qarşı yönəlməsi işin kommersiya deyil, mülki xarakterli olduğunu göstərməkdədir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 24 may tarixli 2-2(119)451/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir...” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılm alıdır”. “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər....” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsa sında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır; Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər...” 13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərin ə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm m übahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbə bindən işə ümumi məhkəmədə baxılmalıdır. Ali Məhkəmənin mövqeyi
14. Belə ki, MPM-in “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
15. MPM-in 24.2, və 26.1-ci maddələrinin (bax yuxarıda § 12) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
16. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisənin predmeti və hü quq münasibətlərinin xarakterini müəyyən etməklə yanaşı, tərəflərin subyektiv tərkibini araşdırmaq da, diqqətdən kənarda qalmamalıdır. Bu cür qayda həm MPM-in yuxarıda göstərilən maddələrinin məzmunundan, həm də Plenum Qərarındakı nizamlamadan qaynaqlanır.
17. Belə ki, Plenum Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilm əsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
18. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
19. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh M MC sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslər olmaqla onlar arasında bağlanan 2017-ci il 18 yanvar tarixli sm5567_DEV nömrəli baş kredit müqaviləsi üzrə kredit də məhz ticarət və xidmət məqsədilə, yəni sahibkarlıq fəaliyyətində istifadə üçün verilmişdir. İş materiallarında bunun əksini təsdiq edən hər hansı sübut mövcud deyildir.
20. Bundan başqa digər cavabdehlərin (fiziki şəxslərin) sahibkarlıq fəaliyyəti ilə məşğul olmamaları isə hazırki işin kommersiya məhkəməsində baxılmasını istisna edən hal sayıla bilməz.
21. Belə ki, MPM-in 30-cu maddəsinə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
22. Bu baxımdan qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırki işə kommersiya məhkəməsi baxmaqda səlahiyyətlidir.
23. Odur ki, qarışıq məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 14 may tarixli e-2-2(119)-451/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara və MPM-in 14, 24, 25, 26, 31 və 403-1.8.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "A&T MOBİLE” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 14 may tarixli e-2-2(119)-451/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.