Məhkəmə qərarları › İş №2-2(102)-401/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-401/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-401/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi x1nun Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi x1nun Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə G əncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 noyabr tarixli 2-2(104)-162/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2013-cü il 21 iyun tarixli 74 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən sahibkar Cavabdeh müasir heyvandarlıq kompleksinin yaradılması məqsədilə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 10.000.000 manat kredit verilmişdir. 2. 2019-cu il 1 iyul tarixli maliyyə arayışında Cavabdeh 2019-cu il 19 aprel tarixinə 9.998.835,75 manat əsas borc, 864.230,43 manat faiz borcu olmaqla, cəmi 10.863.066,18 manat borcunun olması qeyd edilmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən 1(102)-15/2022 nömrəli iş üzrə X2 və qeyrisinin tə qsirləndirilməsinə dair 2022-ci il 18 fevral tarixli hökm çıxarılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi x1 (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2013-cü il 21 iyun tarixli 74 nömrəli kredit müqaviləsi (bundan sonra-“kredit müqaviləsi”) üzrə əsas borc 9.998.835,75 manat, faiz borcu 864.230,43 manat, cərimə borcu 0,00 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış faiz borcu 0,00 manat olmaqla, cəmi 10.863.066,18 manat pulun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması b arədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 21 oktyabr tarixli 2-2(83)-736/2016 nömrəli qətnaməsi ilə İddiaçı ASC (bundan sonra – “bank”) müflis elan olunmuş və həmin məhkəmənin 2016-cı il 27 oktyabr tarixli 22(83)-736/2016 nömrəli qərardadı ilə hazırki iş üzrə iddiaçı banka ləğvedici qismində təyin edilmişdir. 2013-cü il 21 iyun tarixində bank və cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə, cavabdehə bank tərəfindən müqavilə üzrə 10.000.000 manat məbləğində ilik 6 % olmaqla, 60 aylıq güzəştlə, 120 ay müddətinə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli olduğu halda, krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günədək borcunu ödəməmişdir. Hazırki iddia ilə cavabdehin 2019-cu il 1 iyul tarixinə olan borcu tələb edilmişdir.

6. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 5 noyabr tarixli 2-2(115)-878/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim R.Məmmədov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yet irməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara (bax yuxarıda § 1-3) məcmu halda hüquqi qiymət verərək iddianın əsaslı olması qənaətinə gəlmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 6.2, 385.1, 386.1, 442, 445.1 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilmiəsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 noyabr tarixli 2-2(104)-1 62/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər A.Hüseynzadə və L.Süleymanov).

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 21 iyun 2013-cü il tarixində İddiaçı ASC və Cavabdeh arasında 74 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh bank tərəfindən, müasir heyvandarlıq kompleksinin yaradılması məqsədilə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 10.000.000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən Cavabdeh kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Amma borclu Cavabdeh kredi ti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmiş, 2019-cu il 19 aprel tarixinə 9.998.835 manat 75 qəpik əsas borcu, 864.230 manat 43 qəpik faiz borcu, cəmi 10.863.066 manat 18 qəpik məbləğində borcu qalmışdır. Borclu Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 18 fevral tarixli 1(102)-15/2022 saylı iş üzrə X1 və qeyrisinin təqsirləndirilməsinə dair hökmü ilə də təsdiq olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit olaraq 10.000.000 manat pul vəsaitinin verilməsi ilə bağlı 2013-cü il 21 iyun tarixli 74 saylı kredit müqaviləsi bağlanmış və müqavilə bağland ıqdan sonra həmin pul məbləği Cavabdeh tərəfindən hissə-hissə Bankın xəzinəsindən götürülməklə onlara (Pərvanə Novruzovaya və X4) verildikdən sonra Pərvanə Novruzova və əri Anar Həsənov tərəfindən Samux rayonu Sarıqamış kəndi ərazisində inşa edilmiş heyvandarlıq kompleksinin tikintisinə sərf edilmişdir.

13. Həmin hökmlə həm də müəyyən edilmişdir ki, X2 2015-ci il 7 oktyabr tarixində qalan öhdəliyin ailəvi münasibəti olan X3 adına keçirmiş və 2015-ci il 12 oktyabr tarixində sonuncu ilə illik 06 % dərəcəsi ilə 33 aylıq güzəştlə 92 ay müdddətinə ödənilməklə 10.000.000 manat miqdarında kreditin verilməsinə dair 105 nömrəli sonrakı kredit müqaviləsinin bağlanmasını formal olaraq rəsmiləşdirmişdir.

14. Göründüyü kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün cavabdehə ayrılmış 10.000.000 man at kredit vəsaitinin təyinatı üzrə - cavabdehə məxsus Samux rayonu Sarıqamış kəndi ərazisində inşa edilmiş heyvandarlıq kompleksinin tikintisinə sərf edildiyi təsdiq olunur. Belə olduğu halda məhkəmə ı apellyasiya şikayətinin qeyd olunan məbləğin onun tərəfindən bankdan götürdüyünə və ya hesabına köçürüldüyünə dair sənədin mövcud olmaması, Mərkəzi Bankda həmin kreditlə bağlı borcunun olduğuna dair uçot qeydinin olmamasına dair dəlillərini əsassız sayır.

15. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 449.4 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 386.1 və 739-cu maddələri üzrə-cavabdehin adına verilmiş bank kreditlərin mərkəzləşdirilmiş qeydiyyatı sistemindən təqdim olunmuş “Azərbaycan kredit bürosundan çıxarış”da bank ilə cavabdeh ara sında kredit müqaviləsinin mövcudluğu, həmin kredit müqaviləsi əsasında ona 10.000.000 manat kredit verilməsi və həmin kredit üzrə borcu qaldığı müəyyən edilmir. İş materiallarında iddiaçının adına kredit müqaviləsinin əslini, eləcə də həmin müqavilə əsasında bankdan hər hansı məbləğin alınmasına dair maliyyə sənədlərinin əsli mövcud deyil. Bu baxımdan, apellyasiya məhkəməsi qeyd olunan müqavilənin mövcudluğunun əsası kimi, cavabdehin bankda vəzifəli şəxsləri olmuş valideynləri barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 18 fevral tarixli 1(102)-15/2022 saylı hökmünə istinad etmişdir. Qətnamədə bəhs edilən hissə sözügedeən hökmün 43-45-ci səhifələrində şərhi verilmiş və sıralama ilə 4-cü epizod kimi qeyd olunmuşdur. Lakin qeyd edilən həmin hallar məhkəmənin h ökmü ilə müəyyən olunmuş deyil, ibtidai istintaq tərəfindən verilmiş nəticədir və məhkəmədə təsdiqini tapmadığından, adı çəkilən hökmlə ittihamdan xaric edilmişdir (hökmün həmin səhifələri əlavə olunur). Apellyasiya məhkəməsi tərəflər arasında kredit müqaviləsinin mövcudluğunun əsası kimi istinad etdiyi hökmdə müəyyən edilmiş halın tam əksini qətnamədə şərh etmiş, maddi hüquq normasını da buna uyğun tətbiq etmiş, bu da düzgün olmayan qənaətə gəlməsinə səbəb olmuşdur.

19. Bu baxımdan, şikayət olunan qətnamənin hüquqi əsası kimi qeyd edilmiş müqavilənin anlayışı və forması təsbit olunmuş MM-nin 739-cu maddəsi, eləcə də öhdəliklərin icra edilməməsi ilə bağlı 442 və 443, həmçinin öhdəliklərin icra olunmaması üçün məsuliyyətlə bağlı 448 və 449-cu maddələri yanlış tətbiq edilmişdir. Həmin maddi hüquq normaları tərəflər arasında müqavilə mövcud olduğu təqdirdə tətbiq edilə bilərdi. 10.000.000 manat kreditlə bağlı kredit müqaviləsi isə X3 adına olmuş və hal-hazırda da onun adındadır. MM-nin 386.1-ci maddəsinin birbaşa tələbindən göründüyü kimi, iddiaçının cavabdehdən hər hansı məbləğdə pul tələb etməsi üçün, kredit borcu ilə bağlı münasibətlər baxımından, tərəflər arasında kredit müqaviləsi mövcud olmalı və iddia verilən zaman qüvvəsində olmalı idi.

20. Digər tərəfdən, müqavilənin mövcud olduğu təqdirdə belə, iddiaçının cavabdehdən tələb etdiyi məbləğin yaranması ilə bağlı kredit müqaviləsindən başqa, cavabdehə bankdan 10.000.000 manat pulun verildiyi və cavabdehin həmin məbləğdə vəsaiti aldığına dair maliyyə sənədləri mövcud olmalıdır. Əks təqdirdə, cavabdehin iddiaçı qarşısında ö hdəliyinin yaranması üçün hüquqi əsası mövcud deyil. İş üzrə müəyyən edilən halların hüquqi həlli üçün tətbiq edilməli olan maddi hüquq norması deyil, tətbiq edilməli olmayan maddi norması tətbiq edilmişdir.

21. MPM-nin 54.1, 77.1 və 217.3-cü maddələri üzrə - işdəki kredit müqaviləsi kserosurətdir və cavabdehin malik olduğu imzaya nisbətdə açıq şəkildə uyğunsuzdur. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş adı çəkilən müqavilədə qeyd olunan 10.000.000 manat məbləğin cavabdehə verildiyi, onun tərəfindən qəbul edildiyi və ya hesab üzrə sərəncam verdiyinə dair mütləq mövcud olmalı maliyyə sənədlərinin iş üzrə mövcudluğu müəyyən olunmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından sübut etmə yükünə görə, kredit müqaviləsinin əslinin, eləcə də verildiyi iddia edilən mə bləğin cavabdeh tərəfindən qəbul olunmasına dair maliyyə sənədlərin məhkəməyə təqdim edilməsi vəzifəsi iddiaçıya aiddir. Lakin iddiaçı irəli sürdüyü tələbin əsası kimi istinad etdiyi kredit müqaviləsini, həmçinin kredit məbləğinin cavabdehin aldığına dair maliyyə sənədlərini təqdim edə bilməmişdir. Bu baxımdan, apellyasiya məhkəməsi iş üzrə tələblə bağlı sübut etmə yükünü düzgün müəyyən etməmiş, həmçinin əsli mövcud olmayan sənədin kserosurətini sübut kimi qəbul etmişdir.

22. Bundan başqa, işin hallarından aşkar şəkildə görünür ki, iddia ilə müqavilə üzrə tələb olunan 10.000.000 manat məbləğdə kredit cavabdehin adına deyil, X3 adındır. Bu baxımdan iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı yönəldilmişdir. Krediti geri tələb etmək hüququna malik olduğundan, irəli sürdüyü iddia tələb inə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin oluna bilməz.

23. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçı nın razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. MPM-nin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bü tövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsiplər i... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ g əlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecik dirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 449.1-ci maddənin ikinci cümləsində “Faizlərin” sözü “Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin” sözləri ilə, üçüncü cümləsində “ödəyə” sözü isə “təmin edə” sözləri ilə əvəz edilmişdir.)... 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 449.4-cü maddəyə “müqavilədə” sözündən əvvəl “bu Məcəllədə və ya” sözləri əlavə edilmişdir.” “Maddə

739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) 739.1. Borc müqaviləsinə görə, işti rakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır....”

28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipi nə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

31. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə cavabdehə bank tərəfindən 10.000.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və hesablanmış faizləri ödəməmiş, bank qarşısında öhdəliyini icra etməmişdir.

32. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində onunla cavabdeh arasında belə bir kredit müqaviləsinin mövcud olmadığına, bank qarşısında öhdəliyinin olması ilə bağlı hər hansı təsdiqedici sənədin (kassa məxaric orderi, bank çıxarışı və s). olmamasına, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında kredit müqaviləsinin mövcudluğunun əsası göstərilən hökmdə müəyyən edilən halın tam əksinin qətnamədə şərh olunmasına, bununla da düzgün olmayan nəticəyə gəlinməsinə istinad olunmuşdur.

33. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 18 fevral tarixli 1(102)15/2022 saylı iş üzrə X1 və qeyrisinin təqsirləndirilməsinə dair hökm ü ilə müəyyən edilən halların hər hansı təhrif olunmadan göstərilməsini və həmin hökmlə iddia olunan kredit borcunun sözügedən müqaviləyə əsasən cavabdehə verilməsinin təsdiq olunmasını nəzərə alaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

34. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (МPМin 82.4-cü maddəsi)

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şi kayəti isə təmin edilməməlidir.

36. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 noyabr tarixli 2-2(104)-162/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar