Məhkəmə qərarları › İş №2-2(102)-402/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-402/2019

25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-402/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh1nə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-402/19 Bakı şəhəri 25 sentyabr 2019-cu il 25.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Əli Rüstəmov və Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin vəkili Ramiz İbrahimovun iştirakları ilə, iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin vəkili Ramiz İbrahimov və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli, 2-2(107)-25/2019 saylı qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh1nə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - tərəflər arasında bağlanmış 08 iyul 2014-cü il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən 70.000 manat məbləğində əsas borc, 8.000 manat məbləğində faiz borcunun, 65.115 manat – ümumilikdə 143.115 manat vəsaitin, 18 sentyabr 2014-cü il tarixli, *********** saylı kredit müqaviləsinə əsasən 40.000 manat məbləğində əsas borc, 5409 manat faiz borcu, 29.025 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 74.434 manat məbləğində vəsaitin v ə 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması; - borc tələbinin borc öhdəliyinin 08 iyul 2014-cü il tarixli, ********** saylı “ipoteka müqaviləsi”nə əsasən təminat üsulu olaraq yüklü edilmiş, cavabdehin mülkiyyətində olan, ünvan 1 ünvanında 2 mərtəbəli, 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10 kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; - ipotekaya qoyulmuş əmlaka tutma yönəldildikdə cavabdehin ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasına mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və binadan bir ay ərzində çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Dah a sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək: - tərəflər arasında bağlanmış 08 iyul 2014-cü il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən 2018-ci ilin sentyabr ayının birinədək iddiaçıya 69.242 manat məbləğində əsas borc, 10.390 manat məbləğində faiz borcunun, 92.098 manat dəbbə pulu – ümumilikdə 171.730 manat vəsaitin, 18 sentyabr 2014-cü il tarixli, *********** saylı kredit müqaviləsinə əsasən 2018-ci ilin may ayının 15-dək 39.908 manat məbləğində əsas borc, 6433 manat faiz borcu, 42.803 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 89.144 manat məbləğində vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması; - borc tələbinin borc öhdəliyinin 08 iyul 2014-cü il tarixli, ********** saylı “ipoteka müqaviləsi ”nə və 2014-cü il 18 sentyabr tarixli ********** saylı sonrakı ipoteka müqaviləsinə əsasən təminat üsulu olaraq yüklü edilmiş, cavabdehin mülkiyyətində olan, ünvan 1 ünvanında 2 mərtəbəli, 741.24 kv.m ümumi, 78.14 kv.m əsas və 663.10 kv.m köməkçi sahəsindən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin 140.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; - ipotekaya qoyulmuş əmlaka tutma yönəldildikdə cavabdehin - ipotekaya qoyulmuş əmlaka tutma yönəldildikdə cavabdehin ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasına mülkiyyət hüququna, bu ünvanda fəaliyyətinə və bu binadan istifadə hüququna xitam verilməsi və binadan bir ay ərzində çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraa ta qəbul olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2-1(84)-234/2018 saylı qərardadı ilə (hakim Vidadi Qasımov) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 21 noyabr 2018-ci il tarixli, *********** saylı rəy tərtib olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2-2(84)-2/2019 saylı qətnaməsi ilə (hakim Vidadi Qasımov) iddia qismən təmin edilmişdir. Məhkəmə qətnaməsi ilə: - 08 iyul 2014-cü il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən 01 sentyabr 2018-ci il tarixə 69.242 manat məbləğində əsas borc, 9812,66 manat məbləğində faiz borcu, 60.000 manat məbləğində dəbbə pulu, 18 sentyabr 2014-cü il tarixli *********** saylı kredit müqaviləsinə əsasən 15 may 2018-ci il tarixə 39.908 manat m əbləğində əsas borc, 5602,74 manat məbləğində faiz borcu, 30.000 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 214.565,40 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması; - həmin 214.565,4 manat məbləğində borcun ödənilməsi üçün 08 iyul 2014-cü il tarixli, ********** saylı ipoteka müqaviləsinə və 18 sentyabr 2014-cü il tarixli ********** saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında 2 mərtəbəli 741,24 kv.m ümumi, 78,14 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldilmiş və həmin ipoteka predmetinin açıq hərracda satılaraq borcun satılması; - ipoteka predmetinin ilkin satış qiymətinin 239.732,50 manat müəyyən edilməsi qət edilmişdir. İddia tələb olunan 46.308,6 manat vəsaitin tutulmas ı, tutma əmlaka yönəldildikdə cavabdehin ipotekaya qoyulmuş binaya mülkiyyət hüququna, həmin ünvanda fəaliyyətinə və binadan istifadə hüququna xitam verilməsi və bir ay ərzində binadan çıxarılması hissəsində təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli, 2-2(107)-25/2019 saylı qətnaməsi ilə (sədrlik edən Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - 08 iyul 2014-cü il tarixli ********** saylı kredit müqaviləsi üzrə 20.000 manat dəbbə pulu, 18 sentyabr 2014-cü il tarixli *********** saylı kredit müqaviləsi üzrə 10.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi borc 154.565,4 manat məbləğində müəyyən edilməklə, ipoteka predmetinin satışından əldə edilən cəmi 154.565,4 manat məbləğində borc müəyyən edilməklə dəyişdirilmişdir. Həmçinin məhkəmə qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsinin yeddinci abzasının 3-cü cümləsində “1,07” manat söz və rəqəmlərində rəqəmlər dəyişdirilərək “31,07 manat” kimi qeyd olunmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 08 iyul 2014-cü il tarixli ********** №-li kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 7 faizlə 60 ay müddətinə 70000 manat məbləğində kred it verilməsini, cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı, dəbbə pulu məbləğini ödəməyi və digər öhdəlikləri təmin etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə 01.09.2018-ci il tarixə cavabdeh cəmi 10634 manat ödəniş etmişdir ki, onun da 173,62 manatı əsas borca, 10460,38 manat faiz borcuna silinmişdir. Tərəflər arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli *********** №-li digər kredit müqaviləsinə əsasən iddiaçı cavadehə illik 7 faizlə 60 ay müddətinə 40.000 manat məbləğində kredit verilməsini, cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı, dəbbə pulu məbləğini ödəməyi və digər öhdəlikləri təmin etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə cavabdeh 15.05.2018-ci il tarixə cəmi 4663 manat ödəniş etmişdir ki, həmin məbləğin 4633,78 manat məbləği faiz borcuna, 29,22 manat məbləği isə faiz borcuna silinmişdir. Tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən cavabdehə 2014-cü ilin iyul və sentyabr aylarında cəmi 110.000 manat məbləğində nağd pul verilmişdir. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin borcu yaranmış, bununla bağlı iddiaçı tərəfindən cavabdehə kredit borcunun ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı 2016-cı ilin 09 dekabr tarixindən müqavilə üzrə borcunu tələb etməyə başlam ışdır. Tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrinin mövcudluğu, pul məbləğinin verilməsi, borcun yaranması mübahisələndirilmir. Cavabdeh tərəf apelyasiya şikayətində borc məbləği ilə bağlı konkret dəlillər irəli sürməmişdir. Cavabdeh şikayətində kredit borcunun ödənilməsində sahibkarlıq fəaliyyətində baş vermiş böhranı irəli sürməklə faktiki olaraq borcun ödənilməsini gecikdirmişdir ki, bu da nəticə etibarı ilə kreditorun ziyana düşməsinə səbəb olmaq deməkdir. Tərəflər arasında bağlanmış tərəflər arasında bağlanmış 08 iyul 2014-cü il tarixli ********** №-li kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə, kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesa blanmaqla ümumi məbləğin 0,5 faizi məbləğində borcverənə dəbbə pulu ödəməlidir. Eyni hal tərəflər arasında bağlanmış 18 sentyabr 2014-cü il tarixli, *********** nömrəli müqaviləsinin 10-cu bəndində də nəzərdə tutulmuşdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, kredit borcunun sahibkarlıq fəaliyyətində baş vermiş böhranı irəli sürməklə gecikdirmiş, bununla da iddiaçının ziyana düşməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçıya borcunun olmadığını bildirsə də, bunu hər hansı sübutla təsdiq edə bilməmiş, habelə ödəniş cədvəlləri, kredit borcunun qalıqları barədə arayışlar və məhkəmə-mühasibatlıq ekspertizasının rə yləri ilə borcun olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin bildirmişdir ki, cavabdehin öhdəliklərini yerinə yetirə bilməməsi iddiaçıya ən gec 2016-cı ilin dekabr ayında məlum olmuş, lakin iddiaçı tərəflər arasında bağlanmış müqavilənin müddəaları, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş borcun məhkəmə qaydasında tələb edilməsi hüququndan istifadə etməmiş, məhkəməyə yalnız 03 avqust 2018-ci il tarixdə müraciət etməklə cavabdehin borcunun artmasına bir növ şərait yaratmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş dəbbə pulu müqavilələrin şərtlərinə görə hesablansa da, işin hallarına uyğun olmamaqla tənasübsüz surətdə yüksəkdir. Belə ki, cavabdehin ümumilikdə əsas borcunun 109.797,16 manat təşkil etdiyi halda, cərim ənin miqdarının da təxminən əsas borc qədər olması borclunun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədə müvafiq olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 425.1, 442, 445.1, 445.2, 462.1.2, 467, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4, 372.1, 372.6, 372.7, maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Apellyasiya məhkəməsinin qətnaməsindən həmçinin iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində dəbbə pulun un hesablanması qaydası müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında şərtləndirilmişdir ki, göstərilən şərt beynəlxalq təcrübədə də kredit müqavilələrinin qəbul edilmiş seqmentidir. Cavabdeh müqavilələrin göstərilən şərtləri ilə razılaşaraq imzalamış və bu şərtlərə uyğun müəyyən ödənişlər etmişdir. İddiaçı hesab edir ki, onun dəbbə pulu ilə bağlı tələbləri qanunauyğun və obyektiv olmuşdur. Lakin, apellyasiya məhkəməsi cavabdehin borcunu etiraf etməməsinə baxmayaraq 350 manat miqdarında ödəniş etməsini, cavabdehin ipoteka predmetindən istifadə etməklə gəlir əldə etməsini, müqavilə üzrə öhdəliklərinin icrasından bilərəkdən yayınmasını, habelə qanunvericiliyin dəbbə pulunu kreditorun zərərinin aradan qaldırılması məqsədilə müəyyən etməsini nəzə rə almayaraq dəbbə pulunun məbləğini əsassız olaraq külli məbləğdə - 44.901 manat azaltmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 6.2, 739.2, 430.1, 385.1, 462, 463.1, 448.1-ci maddələrinə istinad etmişdir. Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, qanunvericilik kreditorun öhdəliklərin icra olunmaması nəticəsində dəyən zərərin əvəzini tutulmalı olan cərimənin minimum məbləği qədər tələb etmək hüququnu təsbit etmişdir. Cavabdeh hesab etmişdir ki, göstərilən müddəaya əsasən, hazırkı halda iddiaçı cavabdehdən dəbbə pulun u dəymiş zərərin minimum məbləği kimi tələb etməli idi. Apellyasiya məhkəməsi dəbbə pulunu tərəflər arasında bağlanmış 08 iyul 2014-cü il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 20.000, 18 sentyabr 2014-cü il tarixli, *********** saylı kredit müqaviləsi üzrə isə 10.000 manat müəyyən etmiş, lakin həmin məbləğin işin hallarına uyğun olub-olmaması, iddiaçının zərərinin minimum məbləğinin nə qədər olması barədə heç bir araşdırma aparmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 465.1, 417.1.3, 418.1, 418.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlill ərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasının xahiş etmişdir. 24 sentyabr 2019-cu il tarixdə daxil olmuş teleqramla cavabdehin vəkili bildirmişdir ki, eyni vaxt başqa məhkəmə iclası təyin edildiyindən, məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Cavabdeh tərəfindən göstərilmiş hal müvafiq sənədlə təsdiq olunmadığından, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən onların aşağıdakı qaydada pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv h üquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İfadə edilmiş bu mövqeyi əsas tutmaqla, iddiaçının adından iddia qaldırmış şəxsin belə hüquqa malik olub-olmaması yoxlanılarkən məhkəmə kollegiyası aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin: - 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə ya zılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; - 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; - 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin vəya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir; - 74.2-ci maddəsinə əsaəsn, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; - 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Müddəaların tələblərindən göründüyü kimi, iddia ərizəsi buna səlahiyyəti olan nümayəndə tərəfindən imzalanmalıdır. Hüquqi şəxs nümayəndəsi vasitəsilə təmsil olunduqda bu barədə etibarnamə onun rəhbərinin və ya ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası və möhürü vurulmaqla təsdiq olunmalıdır. Müvafiq qaydada təşkilatın rəhbərinin səlahiyyətinin də təsdiq olunması müəyyən edilmi şdir. İddia ərizəsinin imzalanması səlahiyyəti həmin etibarnamədə xüsusi göstərilməlidir. İddia ərizəsi iddiaçının etibarnamə əsasında nümayəndəsi kimi Z6 adlı şəxs imzalamışdır. Onun səlahiyyətini təsdiq edən sənəd kimi işin İ cildin 75-ci səhifəsində olan etibarnamə təqdim edilmişdir ki, həmin etibarnamə ilə nümayəndənin hüquqi şəxsin işcisi olması göstərilmiş və etibarnamə hüquqi şəxsin direktoru kimi E6 tərəfindən imzalanmışdır. Lakin işin 100-ci səhifəsində olan “Kommersiya qurumunun Dövlət reyestrdən Çıxarışa” əsasən iddiaçının qanuni təmsilçisi kimi X6 adlı şəxs müəyyən edilmişdir. İşin sənədlərinə iddiaçının nizamnaməsi əlavə edilməmişdir. Qeyd edillənlər isə o nəticəni yaradır ki, iddiaçının nümayəndəsinə etibarnamə vermiş şəxsin səlahiyyətləri qeyri-müəyyəndir. Çünki həmin şəxs iddiaçının qanini təmsilçisi deyildir, habelə iddiaçının nizamnaməsi təqdim edilmədiyindən, E6 hansı səlahiyyətlərə malik olması aydın deyiıdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Bu normadan göründüyü kimi, hüquqi şəxsin adından səlahiyyət verilmiş şəxs mütləq qaydada həmin hüquqi şəxsin işçisi olmalıdır. Müddənın tələbinə riayət edilməsinin əsası kimi işin İ cildin 248-ci vərəqində olan Z6 əmək kitabçasından çıxarış əlavə olunmuşdur. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqdim edilm iş sənədlər iddiaçının nümayəndəsinin səlahiyyətini təsdiq edən sənəd kimi qəbul etmək üçün yetərli deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; - 3-cü maddəsnin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi - (...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin v ə ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir; - 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-cu maddəsinin 1-ci bəndinə əsaəsn, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasi ya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanmış maddələrin mənasından isə məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, lakin həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. Beləliklə, qanunvericiliyin göstərilmiş tələblərinə görə, yalnız elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatına dair təqdim edilmiş sənəd hüquqi şəxsin nümayəndəsinin həqiqətən onun işçisi olduğunu təsdiq edir. Lakin belə sənəd məhkəmələrə təqdim edilməmiş, halbuki məhkəm ələr təqdim edilmiş iddiaya və onun dəqiqləşdirilməsinə dair iddia tələblərinə münasibətdə qiymətləndirmə aparmaqla nəticəyə gəlmişdirlər. Eyni Cavabdeh1, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz. Lakin apellyasiya məhkəməsinin tətbiq etdiyi və ya tətbiq edilməli olduğu prosessual hüquq normasının yoxlanılması üçün müvafiq halların müəyyən edilməsi zəruri olduğundan, məhkəmə kollegiyası bu qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir. Əks olunmuş prosessual vəziyyətlə bağlı İnsan Hüquqiları üzrə Avropa Məhkəməsi 11 dekabr 2008-ci il tarixli “Kolovanqinanın Rusiya Federasiyasına qarşı” işi (76593/01 saylı ərizə) üzrə qərarında bildirmişdir ki, ədalət mühakiməsi hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə sıx bağlı olub, məhkəmə müdafiəsi hüququnun aspektlərindən biridir. Məhkəmə müdafiəsi hüququ mütləq olmayıb, məhdudlaşdırıla bilər. Lakin bu məhdudiyyətin tətbiqi şəxsin ədalət mühakiməsinə hüququnun mahiyyətinə xələl gətirməklə məhdudiyyətə səbəb olmamalıdır. Onlar qanuni məqsədə xidmət etməli, tətbiq edilən vasitə və qüdülən məqsəd arasında proporsionallığın ağlabatan əlaqəsi movcud olmalıdır (20-ci bənd). Məhdudiyyətin məqsədi ilə əlaqədar Avropa Məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin imzalanması və verilməsi səlahiyyətlərinin etibarnamədə göstərilməsi nümayəndə tərəfindən sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır, ədalət mühakiməsinin layiqincə həyata keçirilməsi marağına cavab vermiş olur (25-ci bənd). İddia ərizəsinin imzalamaq və vermək hüququ öz təbiətinə görə və mümkün nəticələrinə görə iddiadan imtina etmək, iddia tələbini dəyişdirmək və yaxud iddianı etiraf etmək kimi prosessual hərəkətlərlə eynilik təşkil edir (24-cü bənd). Azərbaycan Respublikası MPM-nin: - 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; - 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin; - 419.2.11-ci maddəsinə əsasə n, iş yeni məhkəmə baxışına verilərsə, yerinə yetirilməli olan hərəkətlər kassasiya instansiyası məhkəməsinin qərarında göstərilməlidir. Bu maddələrə əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iddiaçının adından iddia qaldırmış şəxsin buna hüququnun olub-olmamasının yoxlanılması üçün yuxarıda əks olunmuş məsələlər araşdırmalı və mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq qiymət verilərək, qərar qəbul edilməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətləri qətnamənin ləğv olunması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin vəkili Vəkil və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli, 2-2(107)-25/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar