Məhkəmə qərarları › İş №2-2(102)-402/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-402/2024

12.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-402/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" şirkəti və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta fəaliyyətindən irəli gələn mübahisə,subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X3 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" şirkəti və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(106)-25/2024 nömrəli qət naməsindən cavabdeh "xxxx" şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2015-ci il 18 oktyabr tarixli yanğın haqqında ilkin aktına əsasən 2015-ci il 18 oktyabr tarixində Saatlı şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir.

2. X6 məxsus Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır (icbari sığortası şəhadətnaməsi).

3. X6 məxsus Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi 2015-ci il 18 oktyabr tarixində baş vermiş yanğın nəticəsində zədələnmişdir və müəyyən olunmuş zərərin məbləği 500 manat azadolma məbləği çıxılaraq cəmi 2.423 manat təşkil etmişdir (4027/FŞ/CFİ-031 1/2016 nömrəli sığorta aktı). 4. 2017-ci il 6 mart tarixli 1537 nömrəli ödəniş tapşırığına əsasən 2.423 manat pul "xxxx" ASC tərəfindən “X27 Klubu” MMC-yə ödənilmişdir və işdəki sənədlərdən aşkar olur ki, həmin MMC-nin rəhbəri X7r.

5. Yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsinə görə, X13 məxsus daşınar əşyalar "xxxx" ASC tərəfindən sığortalanmışdır. 6. 1360/FŞ/Fİ-080/2015-2016 nömrəli sığorta aktına görə X13 məxsus Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən ticarət obyektində olan sənaye malları 2015-ci il 18 oktyabr tarixində baş vermiş yanğın nəticəsində zədələnmiş və müəyyən olunmuş zərərin məbləği 29.700 manat təşkil etmişdir. 7. 2016-cı il 21 noyabr tarixli 6844 nömrəli ödəniş tapşırığına əsasən 29.700 manat pul "xxxx" ASC tərəfindən X13 ödənilmişdir.

8. X1 məxs us Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır (daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi).

9. X1 məxsus Saatlı şəhəri Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi 2015-ci il 18 oktyabr tarixində baş vermiş yanğın nəticəsində zədələnmişdir və müəyyən olunmuş zərərin məbləği 9.073 manat təşkil etmişdir (1398/FŞ/CFİ-0262/2016 nömrəli sığorta aktı). 10. 9.073,35 manat pul "xxxx" ASC tərəfindən X1 ödənilmişdir (2016-cı il 21 noyabr tarixli 6821 nömrəli ödəniş tapşırığı).

11. Saatlı rayon Məhkəməsinin 2016-cı il 22 sentyabr tarixli 1(055)-46/2016 nömrəli hökmü ilə vətəndaş Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həm in maddə ilə o, 2 il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 30 noyabr tarixli 1(102)-1525/2017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Cavabdeh2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 31 may tarixli qərarından iş üzrə zərərçəkmiş şəxslər X10 və X18 tərəfindən verilmiş kassasiya şikayətlərindən imtina etmələrinə dair ərizələri təmin olunmuş və kassasiya şikayətlərinə baxılmasına xitam verilmişdir.

13. X11 "xxxx" şirkətində elektrik montyor u işləmişdir. Şirkətin nümayəndələri X11 ilə 2009-cu il 1 aprel tarixində müqavilə bağlamış, bundan sonra o, həmin şirkətdə xidmət etmişdir. Bununla yanaşı, X11 2015-ci il 20 oktyabr və 2016-cı il 25 noyabr tarixlərdə istintaqa verdiyi ifadələrdə bazarda müqavilə əsasında elektrik montyoru işlədiyini və Cavabdeh2 məxsus piştaxtaya elektrik naqillərini özünün çəkdiyini etiraf etmişdir (Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin 2015-ci il 18 oktyabr tarixli baxış protokolu və istintaq ifadələri). 14. "xxxx" şirkəti ilə 2016-cı il 8 dekabr tarixində nəzarətçi-elektrik X11 arasında əmək müqaviləsi bağlanmışdır (X15 Xidmətinin 2023-cü il 3 noyabr tarixli məktubu). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) c avabdehlər "xxxx" şirkətinə və Cavabdeh2 (bundan sonra birlikdə -“cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq-"xxxx" şirkəti və “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 41.196 manat pul, 200 manat mediasiya xərci və 13,59 manat dövlət rüsumu olmaqla, ümumilikdə 41.409,59 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 18 oktyabr tarixində Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində sığorta təminatı almış və ticarət mərkəzinin yaxınlığında yerləşən daşınmaz əmlaklara zərər vurulmuşdur. Yanğın hadisəsi ilə bağlı sığorta olunmuş əmlaklar üzrə X6 məxsus daşınma z əmlaka görə 2.423 manat, X13 məxsus daşınar əmlaka görə 29.700 manat, X2 məxsus daşınmaz əmlaka 9.073 manat olmaqla, ümumilikdə 41.196 manat sığorta ödənişi həyata keçirilmişdir. Yanğın hadisəsi ilə bağlı Saatlı rayon Məhkəməsinin 2016-cı il 22 sentyabr tarixli 1(055)-46/2016 nömrəli hökmünə əsasən, Cavabdeh2 Saatlı şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yerləşən 29 nömrəli piştaxtanın istifadəçisi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 6.1, 6.2, 6.4 və 6.5-ci, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndlərinin tələbləri kobud sur ətdə pozulmuşdur. Yanğın təhlükəsizliyinə riayət edilməmiş, istifadədə olan piştaxtaya elektrik şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisinin verilməsi üçün alüminium kabellə çəkilmiş elektrik xətti qaydalara uyğun istismar olunmamışdır. Ticarət mərkəzinin ərazisində digər sahibkarlar tərəfindən istifadə olunan ticarət sahələrinin elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə alüminium kabelə mis naqillərin “soyuq burma” üsulu ilə birləşməsi və həmin xətlərin digər obyektlərin yanar materiallarının üzəri ilə çəkilməsinin qarşısı alınmamış, mülkiyyətində olan xətlərin elektrik yükünə görə düzgün seçilməsi və elektrik təbiətli qəza hallarından mühafizə olunması təmin edilməmişdir. Hadisənin şəxslərə ziyan vurmaqla ağır nəticələrə səbəb olması məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Məhkəmə hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

17. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəmə yanğıntexniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 4 avqust tarixli 10/4974 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - "xxxx" şirkətinə məxsus ticarət mərkəzində ticarətlə məşğul olan Cavabdeh2 istifadəsində olan ticarət obyektinə (piştaxtaya) elektrik şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisi verilməsi üçün alyümin kabellə çəkilmiş elektrik xəttini “Elektrik qurğularının quraşdırma qaydaları”na uyğun quraşdırıb istismar etməyərək, ticarət mərk əzinin ərazisində yerləşən digər ticarət sahələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə ona məxsus alyümin kabelə “soyuq burma” üsulu ilə mis naqillərlə elektrik xətlərinin birləşməsinə, həmin xətlərin yanar materiallardan olan digər ticarət obyektlərinin üzəri ilə çəkilməsinə icazə verdiyinə, eləcə həmin xətlərin elektrik yükünə görə düzgün seçilməsini və elektrik təbiətli qəza hallarından mühafizə olunmasını təmin etmədiyinə görə, onun tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 6.1, 6.2, 6.4 və 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndlərinin tələbləri pozulmuşdur. - "xxxx" şirkətinə məxsus ticarət mərkəzində Cavabdeh2 istifadəsində olan ticarət ob yektinə elektrik xəttini yolverilməz üsulla, yəni yanar materialların üzəri ilə çəkdiyinə və həmin xəttin çəkilməsi zamanı naqillərin birləşmə yerlərini sıxaclama üsulu ilə birləşdirmədiyinə görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.4, 6.5-ci bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin tələbləri qərardadın təsviri hissəsində göstərildiyi kimi həmin xəttin çəkilməsini həyata keçirmiş elektrik montyoru X11 (bundan sonra – “**”) tərəfindən pozulmuşdur. - Qərardadın təsviri hissəsində göstərildiyi kimi, elektrik montyoru ** tərəfindən Cavabdeh2 istifadəsində olan ticarət obyektinə elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini və bu barədə rəhbərliyin xəbərinin olmasını nəzərə aldıqda, "xxxx" şirkəti nə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparılmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2 və 1.9-cu bəndlərinin tələbləri "xxxx" şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 6.1, 6.2, 6.4 və 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21-ci bəndinin və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1-ci bəndinin tələblərinə riayət olunmaması yanğın hadisəsinin baş verməsinə gətirib çıxarmışdır.

18. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli e-2-2(121)334/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh2 subroqasiya qaydasında vurulmuş zər ərin əvəzi olaraq 41.196 manat pul, 200 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat olmaqla, ümumilikdə 41.409,59 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim E.Abdullayev).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 təqsirli əməli nəticəsində iddiaçı şirkəti tərəfindən sığortalanmış əmlaklara ziyan dəymişdir. İddiaçı sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək sığorta hadisəsi nəticəsində əmlaklara dəyən ziyanın əvəzini ödədiyindən, haqlı olaraq ödənilmiş əvəz miqdarının geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir.

20. Göründüyü kimi, işin materiallarında olan sənədlərlə hadisənin Cavabdeh2 istifadəsində olan ticarət obyektinə elektrik şəbəkəsi ilə bağlanmış müqaviləyə əsasən elektrik enerjisi verilməsi üçün alyümin kabellə çəkilmiş elektrik xəttini “Elektrik qurğularının quraşdırma qaydaları”na uyğun quraşdırıb istismar etməməsi öz təsdiqini tapmışdır. Cavabdeh2 ticarət mərkəzinin ərazisində yerləşən digər ticarət sahələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə ona məxsus alyümin kabelə “soyuq burma” üsulu ilə mis naqillərlə elektrik xətlərinin birləşməsinə, həmin xətlərin yanar materiallardan olan digər ticarət obyektlərinin üzəri ilə çəkilməsinə icazə vermiş, eləcə də həmin xətlərin elektrik yükünə görə düzgün seçilməsini və elek trik təbiətli qəza hallarından mühafizə olunmasını təmin etmədiyinə görə elektrik təbiətli qəza halının təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından baş vermiş, hadisə ilə əlaqədar yanğın təhlükəsizlik qaydalarının tələbləri pozulmuşdur.

21. Cavabdeh2 yanğının baş verməsində təqsirli olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin hallar cinayət xarakterli əməlləri ehtiva edir və yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq oluna bilər. Həmin hallarla bağlı da Saatlı rayon Məhkəməsinin 2016-cı il 22 sentyabr tarixli 1(055)-46/2016 nömrəli qanuni qüvvəyə minmiş hökmü mövcud olmuşdur. Hökmdən görünür ki, Cavabdeh2 2015-ci il 18 oktyabr tarixində Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş ya nğın hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin maddə ilə o, 2 il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

22. Məhkəmə "xxxx" şirkətinin mülki məsuliyyətinə qiymət verərək göstərmişdir ki, işin hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti-zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmamışdır. Bu səbəbdən, məhkəmə iddianın "xxxx" şirkətinə münasibətdə təmin olunmaması qənaətinə gəlmişdir.

23. Bununla yanaşı, ekspert rəyində (bax yuxarıda § 17 ) "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparılmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9-cu bəndlərinin tələbləri "xxxx" şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulduğu qeyd edilsə də, elektrik montyoru **un yanğın hadisəsi baş verdiyi zaman, yəni 2015-ci il 18 oktyabr tarixində "xxxx" şirkətinin işçisi olduğu işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, Saatlı rayon Məhkəməsinin 2016-cı il 22 sentyabr tarixli 1(055)-46/2016 nömrəli hökmündən görünür ki, məhkəmə istintaqında şahid kimi dindirilmiş ** ifadəsində 2009-cu il 1 aprel tarixindən 2013-cü il 30 dekabr tarixinə kimi Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkət inə məxsus ticarət mərkəzində elektrik mantyoru işlədiyini göstərmişdir. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birgə tədqiq edərək, onun kifayət qədər əsaslandırılmaması səbəbilə hazırki işdə sübut növü kimi qəbul edilməməsi qənaətinə gəlmişdir.

24. Zərər yalnız hüquqi şəxsin işçisi tərəfindən vurulduğu halda hüquqi şəxs məsuliyyət daşıyır. Lakin hazırki işdə isə bu hal mövcud olmamışdır.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21, 922.1, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1097.3 və 1099-cu maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.6, 25.1.3, 35.1 və 36.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 6 iyun tarixli Qərarına, Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 81, 82.4 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(106)-25/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə-iddianın cavabdeh "xxxx" şirkətinə qarşı təmin edilməyən hissəsində ləğv olunmaqla, həmin hissədə iddia tələbi təmin edilərək, cavabdehlərdən subroqasiya qaydasında ödənilmiş pulun əvəzi olaraq 41.196 ma nat, mediasiya xərcinin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,59 manat, ümumilikdə 41.409,59 manat pulun tutularaq iddiaçıya ödənilməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 107 manat pulun "xxxx" şirkətindən iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim P.Əhmədov, hakimlər T.Kərimov və C.İmanov).

28. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlməmiş, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edən işin bütün faktiki hallarını araşdırmamışdır.

29. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2015-ci il 8 oktyabr tarixind ə Saatlı şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsində Cavabdeh2 ilə yanaşı bilavasitə "xxxx" şirkəti də məsuliyyət daşımışdır.

30. Belə ki, işin hallarına əsasən X11 “ArazŞöhrət” şirkətində elektrik montyoru işləmişdir. Belə ki, işdə olan FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2015-ci il tarixli baxış protokolundan müəyyən edilir ki, X11 "xxxx" şirkətində elektrik montyoru işləmişdir. Habelə yuxarıda qeyd edilən yanğın hadisəsi üzrə araşdırma zamanı əldə edilmiş istintaq ifadələrindən aşkar olur ki, şirkətin nümayəndələri X11 ilə 01 aprel 2009-cu il tarixdə müqavilə bağlamış, bundan sonra o, həmin şirkətdə xidmət etmişdir. Bununla yanaşı, X11 20 oktyabr 2015-ci il və 25 noyabr 2016-cı il tarixlərdə istintaqa ver diyi ifadələrdə bazarda müqavilə əsasında elektrik montyoru işlədiyini və Cavabdeh2 məxsus piştaxtaya elektrik naqillərini özünün çəkdiyini etiraf etmişdir.

31. Həmçinin iddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 03 noyabr 2023-cü il tarixli 317-5/2-44188/2023 saylı məktubundan da müəyyən edilmişdir ki, "xxxx" şirkəti ilə 08 dekabr 2016-cı il tarixdə nəzarətçi-elektrik X11 arasında əmək müqaviləsi bağlanmışdır.

32. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazıs ının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bu baxımdan, Şirvan Kommersiya Məhkəməsinin 23 may 2023-cü il tarixli məhkəmə iclasının videoyazısından müəyyən edilmişdir ki, cavabdeh "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, X4 əsas iş yeri elektrik şəbəkəsi olmuşdur. Bazarda isə mülkihüquqi müqavilə əsasında işləmişdir. O, verilən suallara cavab olaraq **un müqaviləni "xxxx" şirkətilə bağlamasını bildirmiş və həmin müqavilənin növbəti məhkəmə iclasında gətirib məhkəməyə təqdim edəcəyini qeyd etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən belə qənaətə gəlmişdi r ki, X11 və "xxxx" şirkətini arasında əvvəllər, yəni məlum yanğın hadisəsi baş verdiyi vaxt mülki-hüquqi müqavilə (tapşırıq müqaviləsi) mövcud olmuş, sonrakı tarixlərdə isə o, şirkətin əmək müqaviləsi əsasında işçisi olmuşdur. Baş vermiş yanğın hadisəsində məsuliyyəti Cavabdeh2 əlavə bilavasitə Ə.Qubadov yox, onun çalışdığı şirkət, yəni işə götürən "xxxx" şirkəti də daşıyır.

34. Məhkəmə həmçinin nəticəyə gələrkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Həmin qərarda göstərilmişdir ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozunt usu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının - işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmət lərindən) yararlanan şəxslərin işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.

35. Məhkəmə cavabdeh "xxxx" şirkətinin təqdim etdiyi sübutlara münasibətdə qeyd etmişdir ki, «Sübutların qiymətləndirilməsi barədə qərarda X5 haqqında cinay ət təqibinin istisna edilməsi, onun mülki-hüquqi məsuliyyətdən azad edilməsini şərtləndirmir.

36. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 922.1, 936.1, 936.2, 1096, 1097.1, 1099 və 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.6, 35.1 və 36.1.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 aprel tarixli Qərarına, MPM-in 14.2, 77.1 və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. Cavabdeh "xxxx" şirkəti tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. MM-in 1097-ci maddəsi üzrə - Məhkəmə araşdırması zamanı "xxxx" şirkətinin təqsirli və hüquqazidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu təsdiqini tapmamışdır. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci hissəsi üzrə ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur.

39. MPM-in 82.4-cü maddəsi üzrə - iş üzrə qanuni qüvvəyə minmiş Saatlı rayon məhkəməsinin Cavabdeh2 barəsində olan 2016-cı il 22 sentyabr tarixli 1(055)-46/2016 nömrəli hökmünün kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olmasına baxmayaraq, məhkəmə qeyd olunan mad dənin tələbini pozmuşdur.

40. MPM-in 101.7-ci maddəsi üzrə - Məhkəmə Cavabdeh2 barəsində olan və cinayət işinin məhkəmə baxışı zamanı tədqiq olunaraq digər sübutlarla yanaşı qiymətləndirilmiş 2016-cı il 8 yanvar tarixli 21945 nömrəli ekspert rəyinə istinad etməli olduğu halda, digər sübutlarla yanaşı qiymətləndirilməyən 2023-cü il 4 avqust tarixli 10/4974 nömrəli ekspert rəyini sübut kimi qəbul etmişdir.

41. MM-nin 936.1-936.5-ci maddəsi üzrə - qanunvericiliyin tələbinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsə və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İşdən də görünür ki, zərərvuran şəxs Cavabdeh2dir. Belə ki, 2015-ci il 18 oktyabr tarixində baş vermiş yanğına (sığorta hadisəsinə) görə Saatlı rayon Məhkəməsinin 2016 -cı il 22 sentyabr tarixli 1(055)46/2016 nömrəli hökmü ilə vətəndaş Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin maddə ilə o, 2 il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum olunmaqla, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, yanğın hadisəsinə görə təqsirli şəxs, yəni sığorta hadisəsi üzrə zərərvuran şəxs Cavabdeh2dir. **un sığorta hadisəsi üzrə təqsirli bilinməsinə dair iş materiallarında hər hansı sübut olmadığı halda, məhkəmə yalnız ekspert rəyinə istinad edərək **un fəaliyyəti zamanı yanğın təhlükəsizliyi qaydalarını pozması və yanğın hadisəsində təqsirli olmasını nə zərə alaraq iddianı təmin etmişdir. Əgər sözügedən yanğın hadisəsi eyni zamanda **un da yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi nəticəsində baş vermiş olsaydı, o da məsuliyyətə cəlb edilərdi. Lakin işdən göründüyü kimi, o, məsuliyyətə cəlb olunmamışdır. Belə olan halda isə o, zərərvuran şəxs kimi qəbul edilə bilməz. ** zərərvuran olmadığı halda isə "xxxx" şirkətinə qarşı tələb təmin oluna bilməz.

42. Bundan əlavə, yanğın hadisəsi ilə bağlı başlanmış cinayət işi üzrə də ekspertiza təyin edilmiş və məhz həmin iş üzrə toplanmış sübutlar, o cümlədən ekspertiza rəyi əsasında hadisə ilə bağlı yalnız Cavabdeh2 təqsirli bilinmişdir. Belə olan halda, zərərvuran şəxslərin dairəsini müəyyən edərkən, apellyasiya məhkəməsinin hansı səbəbdən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünü deyil, hadisənin baş verməsindən 7 il keçdikdən sonra aparılan ekspertiza tədqiqatının nəticəsini əsas götürməsi və digər sübutlarla, xüsusilə də hökmlə müqayisədə bu ekspert rəyinə üstünlük verməsini açıqlamamış və mövqeyini əsaslandırmamışdır. Apellyasiya məhkəməsi ekspert rəyinin şəxsin təqsirli olmasını müəyyən edən, şəxs barəsində hər hansı hüquqi nəticə yaradan akt növü olmadığını nəzərə almamışdır.

43. MM-nin 1114-cü maddəsi və MPM-in 418.4.6-cı maddəsi üzrə - Apellyasiya məhkəməsi **u işdə iştirak etməyə cəlb etməmiş və hazırkı iddiaya münasibətini öyrənməmişdir. Halbuki, işdən də göründüyü kimi, məhkəmə iddia tələbini "xxxx" şirkətinə münasibətdə təmin edərkən **un yanğın hadisəsində zərərvuran olmasını və onun "xxxx" şirkətinin işçisi olmasını nəzərə almışdır. MM-nin 1114-cü mad dəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən işçiyə qarşı reqres tələb hüququna malikdir. Yəni, əgər iş üzrə "xxxx" şirkətinə qarşı təmin olunan tələb qüvvədə qaldığı halda, şirkətin **a qarşı reqres qaydada tələb irəli sürmə hüququ yaranacaq. İş üzrə iddia tələbində zərər məbləği "xxxx" şirkətindən tutulması tələb olunsa da, əslində bu tələb eyni zamanda **a qarşı da yönəlmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi **un maraq və mənafeyinə toxunduğu halda, o, işə cəlb edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmaması və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

45. Etiraz onunla əsaslandırılmışdır ki, 2015-ci il 18 oktyabr tarix ində Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində sığorta təminatı almış və ticarət mərkəzinin yaxınlığında fəaliyyət göstərən sığortalıların əmlaklarına zərər vurulmuşdur. Yanğın hadisəsi ilə bağlı sığorta olunmuş əmlaklar üzrə ümumilikdə 41.196 manat sığorta ödənişi həyata keçirilmişdir. Bununla da iddiaçı sığorta şirkətinin yanğın hadisəsi ilə bağlı təqsirli şəxslərdən subroqasiya qaydasında ödənilmiş pulun geri tələb edilməsi hüququ yaranmışdır.

46. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 4 avqust tarixli 10/4974 nömrəli ekspert rəyində müvafiq qaydaların elektrik xəttinin çəkilməsini həyata keçirmiş elektrik montyoru ** tərəfind ən pozulduğu qeyd edilmişdir. Ekspert rəyində montyor ** ilə yanaşı "xxxx" şirkətinin vəzifəli şəxslərinin də mülki hüquq pozuntusu törədildiyi qeyd edilmişdir. Yanğın hadisəsinin baş verməsinə gətirib çıxaran hüquqazidd əməl 2010-cu il tarixində törədilmişdir. Yəni, həmin əməl elektrik montyoru ** ilə 2009-cu il 1 aprel tarixində bağlanılmış 2013-cü il 30 dekabr tarixinədək mülki hüquqi müqavilənin qüvvədə olduğu zaman törədilmişdir. Bundan başqa, ekspert rəyində qeyd olunmuşdur ki, elektrik montyoru ilə yanaşı, "xxxx" şirkətinin digər vəzifəli şəxslərinin də məsuliyyəti olmuşdur. İş materiallarında olan sənədlərə əsasən, elektrik xətləri çəkilən (2010-cu il) və yanğın hadisəsi baş verən (2015-ci il) dövrdə "xxxx" şirkətinin direktoru X12 olmuş, xəzinədar X8 isə ticarət mərkəzi üzrə yanğı n təhlükəsizliyinə və elektrik təsərrüfatına cavabdeh şəxs kimi təyin olunmuşdur. 47. ** tərəfindən Cavabdeh2 istifadəsində olan ticarət obyektinə elektrik xəttinin ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkildiyini və bu barədə rəhbərliyin xəbərinin olmasını nəzərə aldıqda, "xxxx" şirkətinə məxsus ticarət mərkəzində yerləşən ticarət obyektinə elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparıİmadığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2 və 1.9-cu bəndlərinin tələbləri "xxxx" şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulmuşdur. 48. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 1.2, 1.9, 6.1, 6.2, 6.4 və 6.5-ci bəndlərinin, “Elektrik qurğularının quraşdırma qaydaları”nın 2.1.21 bəndinin və “Elektrik enerjisindən istifa də qaydaları”nın 9.1-ci bəndinin tələblərinə riayət olunmaması yanğın hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. 49. "xxxx" şirkətinin 2024-cü il 29 fevral tarixli 401 nömrəli məktubuna cavab olaraq, X23 Xidməti Muğan regional X23 İdarəsinin iddiaçıya ünvanladığı 2024-cü il 5 aprel tarixli 3-18-75/2-1293/2024 nömrəli məktubuna əsasən, Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" şirkətinə məxsus Ticarət Mərkəzinə Muğan regional X23 İdarəsinin əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi barədə 2010-cu il 15 aprel tarixində 85 nömrəli, 2011-ci il 14 mart tarixində 116 nömrəli, 2012-ci il 27 iyun tarixində 178 nömrəli, 2013-cü il 8 may tarixində 668 nömrəli, 2015-ci il 7 sentyabr tarixində 529 nömrəli və 2015-ci il 8 dekabr tarixində 600 nömrəli göstər iş məktubları verilmişdir. Kassasiya baxışının hədləri

50. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

52. Azərbaycan Respublikas ının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır....” “Maddə

936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delik t) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.” “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizm lərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur....” 53. “İcbari sığortalar haqqında” Azərba ycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

23. Sığortaçının hüquq və vəzifələri 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır:... 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;...” “Maddə

35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir....” “Maddə

36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.1. Daşınmaz əmlakın aşağıda kı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi;...” 54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.... Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, ha belə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstər ilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görül ən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.”

55. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndiril məsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” Kassasiya instan siya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası cavabdeh "xxxx" Şirkətinin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı m ühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

58. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, 2015-ci il 18 oktyabr tarixində Saatlı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən "xxxx" Şirkətinə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində iddiaçıdan sığorta təminatı almış və ticarət mərkəzinin yaxınlığında fəaliyyət göstərən sığ ortalıların əmlaklarına zərər vurulmuşdur. Hazırda iddiaçı subroqasiya qaydasında, cavabdehlərdən 41.196 manat pul vəsaitinin tutularaq ona ödənilməsini tələb etmişdir.

59. Məhkəmə kollegiyası Cavabdeh "xxxx" Şirkətinin kassasiya şikayətinin məhkəmənin yalnız ekspert rəyinə istinad edərək Şirkətin iddia tələbi üzrə cavabdehliyini müəyyən etməsinin düzgün olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən təkcə ekspert rəyini əsas götürməmiş, həmin rəyi işdə olan digər sübutlarla, o cümlədən işə mahiyyəti üzrə baxılarkən məhkəmə iclasında verilmiş izahatlarla birgə qiymətləndirmişdir. Belə ki, cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə tərəfindən **un yanğın ərəfəsində həmin şirkətdə elektrik montyoru işlədiyi bildirilmiş, Cavabdeh2 isə həmin məhkəmə iclasında elektrik sayğacının ** tərəfindən çəkildiyi ilə bağlı izahat vermişdir. Həmçinin, **un istintaqa verdiyi ifadələrdə elektrik montyoru işlədiyi və Cavabdeh2 məxsus piştaxtaya elektrik naqillərini özünün çəkdiyi etiraf edilmişdir.

60. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan izahatları MPM-nin 106.3-cü maddəsinin tələbləri baxımından qiymətləndirmiş və müəyyən etmişdir ki, X11 və "xxxx" şirkətini arasında əvvəllər, yəni məlum yanğın hadisəsi baş verdiyi vaxt mülki-hüquqi müqavilə (tapşırıq müqaviləsi) mövcud olmuş, sonrakı tarixlərdə isə o, şirkətin əmək müqaviləsi əsasında işçisi olmuşdur. Odur ki, baş vermiş yanğın hadisəsində məsuliyyəti Cavabdeh2 əlavə, "xxxx" şirkəti də daşıyır.

61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərə findən müəyyən edilən həmin halların kassasiya şikayətində tutarlı dəlillərlə təkzib olunmamasını nəzərə alaraq hesab edir ki, işdə olan sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən MPM-nin 88-ci maddəsinin, eləcə də mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri pozulmamış, gəlinən nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

62. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən verilən hüquqi qiymətləndirmə ilə razılaşaraq, MPM-nin 82.4-cü maddəsinin tələblərinin pozulmasına dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, Cavabdeh2 sözügedən yanğın hadisəsinə görə cinayət məsuliyyətinə cəlb ediməsi, həmin hadisənin baş verdiyi ticarət m ərkəzinin sahibi olan "xxxx" Şirkətinin mülki məsuliyyətini istisna etmir.

63. «Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məl umatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mə nbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur ( Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı).

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının po zuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

65. Məhkəmə kollegiyası MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, Qərara alır: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(106)-25/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar