Məhkəmə qərarları › İş №2-2(102)-403/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-403/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-403/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müddəti, mülkiyyət hüququnun müdafiəsinə dair tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi, cavabdehin mağazadan çıxarılması və mağazanın iddiaçının istifadəsinə qaytarılması tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(104)-71/2024 nömrəli qətnaməsindən İddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 1 oktyabr tarixli icarə müqaviləsi ilə icarəyə verən “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi orada yerləşən uzunluğu 6 metr, eni 4 metr, ölçüsü 24 m2 mağazanı icarəçi İddiaçı 5 il müddətinə icarəyə vermişdir.

2. Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2019cu il 6 fevral tarixli nizamnamə kapitalındakı payın alqı-satqısı müqaviləsinə görə, satıcı X2 “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzinin nizamnamə kapitalındakı 46.000 manat məbləğində (100%) payını alıcı X1.

3. Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2019cu il 14 fevral tarixli nizamnamə kapitalındakı payın alqı-satqı müqaviləsinə əsasən, satıcı X6 “Gəncə-Abad” İs tehsalat Ticarət Mərkəzinin nizamnamə kapitalındakı 46.000 manat məbləğində (100%) payını alıcı Cavabdeh satmışdır. 4. “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzinin nizamnamə kapitalındakı 46.000 manat məbləğində pay Cavabdeh məxsusdur (Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış). 5. ünvan 1 ünvanında dövlət mülkiyyətində olan 4 ha torpaq sahəsi üzərində yerləşən 7826,5 m2 əmlak kompleksi kimi müəssisəyə “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzi”nin icarə hüququ 2022-ci il 26 oktyabr tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 10 oktyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ca vabdehin onun icarəsində olan mağazanı ondan xəbərsiz zəbt etməsi, mağazanın dağıdılması ilə ona dəymiş 15.800 manatın və keçən müddət ərzində əldən çıxmış fayda kimi 5.000 manatın cavabdehdən alınması, icarə müqaviləsi ilə istifadəsinə verilmiş mağazadan cavabdehin çıxarılması və mağazanın istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzində (bundan sonra – “ticarət mərkəzi”) mağaza tikdirmək üçün yer almış və orada bir mağaza inşa etdirmişdir. Ona mülkiyyət hüququnu təsdiq edən sənədlər verilməsə də, həmin mağazanın onun mülkiyyətində olduğunu və sənədləşdirmə çətin olduğundan onunla icarə müqaviləsi bağlanacağını bildirmişlər. İddiaçı həmin mağazanın tikintisi üçün cavabdehin ailəsindən yer almaq üçün onlara 8.000 ABŞ dolları pul ödəmişdir. Mağazada iddiaçının anası Kərimova Xoşqədəm (bundan sonra "X.Kərimova”) işləmiş, daha sonra X.Kərimova 2021-ci ilin sentyabr ayından Covid-19 virusuna yoluxmuş və bir müddət işə gedə bilməmişdir. İşə qayıdanda isə mağazanın cavabdeh tərəfindən zəbt edildiyini və bütün malların, o cümlədən xəzinədə olan 2.000 manat pulun mənimsədildiyini bilmişdir. Mağazanın ərsəyə gəlməsi üçün o 2005-ci ildə 20.000 ABŞ dolları məbləğində pul xərcləmiş və mağaza təmir edilmişdir. Dəymiş ziyan əldən çıxmış 400 manatlıq kassa aparatı, otaqda olan 400 manat dəyərində stol-stul dəsti, 3.000 manatlıq videokamera, 10.000 manatlıq satış üçün nəzərdə tutulmuş mallar və kassadakı 2.000 manat pul olmaqla cəmi 15.800 manatdır. Həmçinin iddiaçı işsiz qaldığına görə 5.000 manat da ziyana düşmüşdür.

8. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, icarə müqaviləsində tərəf kimi ticarət mərkəzi olmuş, icarə müqaviləsinin vaxtı bitmiş və mübahisəli obyektə görə hər hansı bir ödəniş edilməmişdir. Həmçinin iddiaçı tərəfindən vurulmuş ziyan barədə polisə şikayət olunmuş, müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində iddiaçının qeyd etdiyi faktların heç biri öz təsdiqini tapmamışdır.

9. Məhkəmə iclasında şahid X3 (bundan sonra – “G.Cəfərova”) ifadəsində iddiaçının ticarət mərkəzində paltar mağazası işlətdiyini bildirmişdir. Pandemiya vaxtı onlar ailəliklə xəstəxanada müalicə olunmuş, daha sonra X.Kərimova mağazanın onların əlindən alınaraq başqa şəxsə icarəyə verildiyini bildirmişdir. Həmin bazara gələndə də həqiqətən mağazanın başqa şəxs tərəfindən istifadə olunduğunu görmüşdür. X.Kərimova mağazanın səkkiz min dollara aldığını ona demiş, lakin G.Cəfərova pulun verilməsini görməmişdir.

10. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 28 dekabr tarixli e-2-2(115)1589/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – K.Vəliyev).

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində mağaza binasını öz vəsaiti hesabına əldə etdiyini bildirsə də, bu hal sübutlarla təsdiqini tapmamışdır. Ticarət mərkəzi ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin 1.2-ci bəndinin məzmununda mağazanın iddiaçıya aid olması və mağazanın sahibinin şəxsi vəsaiti hesabına tikilməsi barədə ifadələr yer alsa da, yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsir deyil, həmin söz və ifadələr müqavilənin bütövlükdə olan mənası ilə müqayisə olunmalıdır. Bu müqayisə nəticəsində müqavilənin ümumi məzmunu iddiaçının mağazanın sahibi deyil, icarəçisi olmasını aşkara çıxarmışdır.

12. Məhkəmə iddia tələbinin mağazanın zəbt edilməsi, dağıdılması və iddiaçının mağazada olan daşınar əşyalardan məhrum olması və oradan istifadə edə bilməməsi nəticəsində zərərə məruz qalması hissəsi ilə bağlı bu halların da sübutlarla təsdiqini tapmadığını bildirmişdir.

13. Məhkəmə iddia tələbinin cavabdehin mağazadan çıxarılması hissəsinə münasibətdə bildirmişdir ki, ticarət mərkəzi ilə iddiaçı arasında bağlanmış 2018-ci il 1 oktyabr tarixli icarə müqaviləsinə görə, bu müqavilə 5 il müddətinə bağlanmış və icarə müddəti 2023-cü il 1 oktyabr tarixinədək müəyyən edilmişdir. Hazırkı vəziyyətdə müqavilənin qüvvədə olması müddəti bit mişdir. Müqavilənin qüvvədə olduğu müddət başa çatmaqla müqavilə tərəfləri arasında icarə hüquq münasibətləri davam etdirilmədiyindən və müqavilə üzrə hüquqlara xitam verildiyindən iddiaçı hazırda həmin binada fəaliyyət göstərən şəxsin çıxarılmasını tələb etmək hüququna malik olmamışdır. Digər tərəfdən zəbt olunma faktının sübutlarla təsdiqinin tapmaması çıxarılma tələbinin də əsassızlığına gətirib çıxarmışdır.

14. Məhkəmə iddia tələbinin mağaza binasının iddiaçının istifadəsinə qaytarılması hissəsinə münasibətdə iddiaçının həmin oyektin yeni müqavilənin bağlanması yolu ilə onun istifadəsinə verilməsini tələb etmədiyini və bu məsələdə ticarət mərkəzinin mübahisə tərəfi hesab olunmadığını qeyd etmişdir. İddiaçı isə tələbində cavabdeh tərəfindən obyektin zəbt olunduğunu və həmin şəxsin hərək ətləri nəticəsində mağazanın istifadəsindən çıxdığını bildirmiş və həmin şəxsi obyektdən çıxarmaqla, yəni yaranmış maneəni aradan qaldırmaqla mağazanın istifadəsinə qaytarılmasını tələb etmişdir. Cavabdeh tərəfindən obyektin zəbt olunması və həmin şəxsin hərəkətləri nəticəsində obyektin istifadədən çıxması isə sübutlarla təsdiqini tapmamışdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 146.1, 146.2, 157.2, 178.2, 404.1, 700.1 və 1096.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 14.2, 39.1 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(104)-71/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, iddiaçı qeyd olunan mağazanın sahibinin özü olması və həmin mağazanın onun vəsaiti hesabına inşa edilməsi, həmçinin cavabdeh tərəfindən mağazanın zəbt edilməsi, dağıdılması və iddiaçının mağazada olan daşınar əşyalardan məhrum olmasını irəli sürməsinə baxmayaraq həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. D igər tərəfdən iddiaçı iddia tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarına və əlavə olaraq MM-in 52.1, 52.2, 139.1, 140.1, 421.1 və 421.2-ci maddələrinə; MPM-in 14.2, 77.1, 54.1 və 54.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələri üzrə - iddiaçının şəxsi hesabına tikilmiş obyektin icarə müqaviləsi ilə onun istifadəsinə verilməsinə baxmayaraq onun əlindən alınmasına, icarə müqaviləsi başa çatmamışdan xeyli əvvəl obyektə buraxılmamasına heç bir hüquqi qiymət verməmiş, bir cümlə ilə, yəni ona dəyən ziyanla bağlı sübutu məhkəməyə təqdim etmədiyi əsası ilə şikayətini rədd etmişdir. Halbuki qətnamədə göstərilən halların heç bir hüquqi əsası yoxdur. İddiaçının obyektə buraxılmaması nəticəsində bütün əmlakı məhv edildiyi üçün ona ziyan dəymişdir.

22. MM-in 421.1, 421.2-ci maddələri üzrə - məhkəmə icarə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada iddiaçının razılığı olmadan müqavilə müddəti başa çatmamış ləğv etməsinə və müqavilə müddəti başa çatmadan obyekti başqasına icarə verməsinə heç bir hüquqi qiymət vermədən qətnamə çıxarmışdır.

23. MPM-in 54.1 və 54.2-ci maddəsi üzrə - iddiaçı müqaviləni ticarət mərkəzi ilə bağlamış, məhkəmə isə iddianın ona cavab verməli olmayan ş əxsə qarşı qaldırıldığını bildirmişdir. Halbuki, hazırkı iş üzrə cavabdeh həmin ticarət mərkəzinin təsisçisidir.

24. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə iddianı rədd edərkən onun məhkəməyə təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, bununla da düzgün olmayan qətnamə qət etmişdir.

25. Digər məsələlərdə qeyd edilmişdir ki, icarə müqaviləsinin vaxtı 2023-cü il 4 oktyabr tarixdə bitsə də, icarə müqaviləsinin 5.2-ci bəndinə əsasən, ona rəsmi qaydada müqavilənin xitam edilməsi ilə bağlı müraciət olunmadığı üçün onunla bağlanılmış icarə müqaviləsinə xitam verilə bilməzdi. İddiaçının mağazası cavabdeh tərəfindən zəbt edilərək mağazasında olan əşyalar oradan götürülərkən heç bir rəsmi akt tərtib edilməmişdir. Həmin aktın mövcud olmaması da məhkəmə araşdırmasının obyektiv aparılmadığının sübut udur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, icarə müqaviləsinin müddəti 5 il, yəni 2023-cü ilin oktyabr ayına qədər müəyyənləşdirilmiş, lakin müqavilə cavabdeh “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzi tərəfindən vaxtından əvvəl ləğv edilmişdir. Hazırda müqavilənin müddəti də artıq başa çatmışdır. İddiaçının qeyd olunan mağazanın sahibinin özü olması və həmin mağazanın onun vəsaiti hesabına inşa edilməsi, həmçinin cavabdeh tərəfindən mağazanın zəbt edilməsi, dağıdılması və iddaiaçının mağazada olan daşınar əşyalardan məhrum olmasını irəli sürməsinə baxmayaraq həmin halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı iddia tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı qald ırmışdır. Ona görə də iddia ərizəsi və məhkəmə qətnamələrindən verilmiş müvafiq şikayətlər əsassız olmuşdur. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırı lması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında ”Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağ lı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Maddə

52. Hüquqi şəxsin məsuliyyəti 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə

140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüquq u onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir....” “Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə

178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi... 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədə ki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər n əticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”....” “Maddə

690. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu... 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir”....” “Maddə

700. İcarə müqaviləsi... 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər”....” ”Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlər indən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, iddiaçı kassasiya şikayətinin hazırkı qərarın 21-ci bəndində qeyd edilən dəlillərini apellyasiya şikayətində də bildirmiş, apellyasiya instansiyası məhkəməsi icarə müqaviləsi ilə icarəyə verilmiş mağazanın sahibinin iddiaçı olması, həmin mağazanın onun vəsaiti hesabına inşa edilməsi, həmçinin mağazanın cavabdeh tərəfindən zəbt edilməsi, dağıdılması və iddiaçının mağazada olan daşınar əşyalardan məhrum olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyinə istinadən iddiaçının qeyd edilən dəlillərini əsassız hesab etmişdir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı iddia tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırmışdır.

33. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası MPM-in 77-ci maddəsinin tələbləri baxımından hazırkı halda sübutetmə yükünün ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşdüyünü nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşır və kassasiya şikayətinin hazırkı qərarın 21-ci bəndində qeyd edilən dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparmır.

34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırılması ilə bağlı gəldiyi nəticə ilə də razılaşır və iddiaçının mübahisəli icarə müqaviləsini hazırkı cavabdehlə deyil, “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi ilə bağladığını, hazırkı cavabdehin müqavilə tərəfi olmadığını, icarə müqaviləsinin “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi tərəfindən vaxtından əvvəl ləğv edildiyini nəzərə alaraq, kassasiya şikayətinin MM-in 421-ci maddəsinin tələblərinin pozulmasına dair dəlillərini də əsaslı hesab etmir.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına m ünasibətdə düzgün tətbiq etmiş, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

36. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 fevral tarixli 2-2(104)-71/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar