Məhkəmə qərarları › İş №2-2(102)-406/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-406/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-406/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh MMC-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili, cavabdehin vəkilinin iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh MMC-nə qarşı 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 800.000 manat əsas borcun, 315.440,16 manat faiz borcunun, ümumilikdə 11.1 54.40,16 manat kredit borcunun, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 200.000 manat əsas borcun, 87.444,45 manat faiz borcunun, ümumilikdə 287.444,45 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 1.402.884,61 manat kredit borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərcinin və 30 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işi üzrə iddiaçı ASC və cavabdeh MMC tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Kommersiya q urumunun Dövlət reyestrindən Çıxarışa görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 dekabr 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə və Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışa görə, Cavabdeh 21 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. İddiaçı açıq səhmdar cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 17.04.2017-ci il tarixli, 04 saylı protokolundan çıxarışa görə, “X2 (CDB)” açıq səhmdar cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qoşulması şəklində İddiaçı açıq səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi, “X2 (CDB)” açıq səhmdar cəmiyyətinin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı Açıq Səhmdar Cəmiyyətin ə keçirilməsi qərara alınmışdır. 4. “X2 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, CBHK0023/04 saylı kredit müqaviləsinə görə, “X2 (CDB)” ASC cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. 5. “X2 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, CBHK0023/05 saylı kredit müqaviləsinə görə, “X2 (CDB)” ASC cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. 6. 06 may 2019-cu il tarixli, MD11-01069 saylı arayışa görə, cavabdehin 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan əsas borcu 800.000 manat, faiz borcu 315.440,16 manat, ümumilikdə 1.115.440,16 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan 200.000 əsas borcu, faiz borcu 87.444,45 manat, ümumilikdə kredit borcu 287.444,45 manat, hər iki kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə ümumi borc 1.402.884,61 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh MMC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nö mrəli kredit müqaviləsi üzrə 800.000 manat əsas borcun, 315.440,16 manat faiz borcunun, ümumilikdə 1.115.440,16 manat kredit borcunun, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 200.000 manat əsas borcun, 87.444,45 manat faiz borcunun, ümumilikdə 287.444,45 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 1.402.884,61 manat kredit borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 17.04.20 17-ci il tarixli, 04 saylı protokoluna əsasən, “X2 (CDB)” açıq səhmdar cəmiyyətinin iddiaçıya qoşulması şəklində iddiaçının yenidən təşkil edilməsi, “X2 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan iddiaçıya keçirilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 30.05.2017-ci il tarixli çıxarışa əsasən iddiaçı “X2 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “X2 (CDB)” açıq səhmdar cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz olmaqla 12 ay müddə tinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə “Kredit məbləğinin Borc alanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır.” Müqavilənin 2.6-cı bəndinə əsasən borc alan bu Müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Müqavilənin 3.4.3-cü bəndinə əsasən “Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək” borcalanın vəzifəsidir. 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsini n 2.3-cü bəndinə görə “Kredit məbləğinin Borc alanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır.” Müqavilənin 2.6-cı bəndində göstərilmişdir: Borcalan bu kreditdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Həmin müqavilənin 3.4.3-cü bəndində göstərilmişdir: “Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəmək” borcalanın vəzifəsidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan əsas borcu 800.000 manat, faiz borcu 315.440,16 manat, ümumilikdə 11.154.40,16 man at təşkil edir. 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan 200.000 əsas borcu, faiz borcu 87.444,45 manat, ümumilikdə kredit borcu 287.444,45 manat təşkil edir, hər iki kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə ümumi borc 1.402.884,61 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqavilələri» üzrə əsas və faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 08 may tarixli, e-2-2(085)225/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 800.000 manat əsas borc, 315.440,16 manat faiz borcu, ümumilikdə 1.115.440,16 manat kredit borcu, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 200.000 manat əsas borc, 87444,45 manat faiz borcu, ümumilikdə 287.444,45 manat kredit borcu, hər iki kredit müqaviləsi üzrə cəmi 1.402.884,61 manat kredit borcu, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərci və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumu tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X2 (CDB)” açıq səhmdar cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsinə əsasən “X2 (CDB)” ASC cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. 12. “X2 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsinə əsasən “X2 (CDB)” ASC cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. İddiaçının Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 17.04.2017-ci il tarixli, 04 saylı protokol qərarı ilə “X2 (CDB)” açıq səhmdar cəmiyyətinin İddiaçı ASC-nə qoşulması şəklində iddiaçının yenidən təşkil edilməsi, “X2 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan iddiaçıya keçirilməsi qərara alınmışdır. Cavabdehin 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan əsas borcu 800.000 manat, faiz borcu 315.440,16 manat, ümumilikdə 1.115.440,16 manat, 26 aprel 2017-ci il tarixli, CBHK0023/05 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan 200.000 əsas borcu, faiz borcu 87.444,45 manat, ümumilikdə kredit borcu 287.444,45 manat, hər iki kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il ta rixə ümumi borc 1.402.884,61 manat təşkil edir. 13. 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı və 26 aprel 2017-ci il tarixli, CBHK0023/05 saylı kredit müqavilələri üzrə əsas borcun cavabdehdən tutulması tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir.

14. Kredit müqavilələrinin 2.6-cı bəndlərinə əsasən cavabdeh kredit üzrə hesablanacaq faizləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış faiz borcları əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır.

15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Məcəllə”) 385.1, 386.1, 421.1, 421.2, 423.2, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətna mənin ləğv edilməsi və iddia tələbinin faiz məbləğinin hesablanması hissəsində tam rədd edilməsi, əsas borcun və faiz borcunun tutulması hissəsində isə banka ödənilmiş və bank tərəfindən cərimə faizi (penya) kimi silinmiş pulun əsas borcdan və faiz borcundan silinərək yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

17. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 saylı qətnaməsi ilə (hakimlər S.İ.Bəktaşi (sədrlik edən), T.O.Quliyev və G.F.Tağızadə) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 08 may tarixli, 2-2(85)225/2019 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, iddiaçının xeyrinə cavabdehdən tutulması qət edilən faiz borcun məbləği azaldılaraq 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 208.773,74 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 62.888,93 manat həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi əsas borcun tutulmasını tam təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, faiz borcunun məbləği ilə bağlı hissədə səhvə yol vermişdir (bax yuxarıda §§ 11-14).

19. Məhkəmə Ekspertiza M ərkəzinin 04.02.2021-ci il tarixli, 9/4751 saylı rəyinə görə, iş materiallarındakı hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 05.04.2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsində və 26.04.2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdehin iddiaçıya maliyyə arayışının tarixinə olan borcu 05.04.2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 06.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) 800.000 manat əsas borc, 208.773,74 manat faiz borcu, ümumilikdə 1.008.773,74 manat kredit borcu, 26.04.2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 06.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) 200.000 manat əsas borc, 62.888,93 manat faiz borcu, ümumilikdə 262.888,93 manat kredit bo rcu müəyyən edilmişdir.

20. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 741, 742.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin faiz borcunun təmin edilməyən hissəsində ləğv edib, iddia tələbinin həmin hissədə tam təmin edilməsi və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

23. İddiaçı kassasiy a şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04.02.2021-ci il tarixli, 9/4751 nömrəli ekspert rəyinə görə, ekspert tərəfindən iş materialları üzrə tədqiqat aparılarkən ümumiyyətlə kredit müqavilələrinin bəndləri, cari hesabdan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş əsas və faiz borcunu əks etdirən 06 may 2019-cu il tarixli, MD1101069 nömrəli maliyyə arayışı və iş üçün zəruri olan digər sənədlər nəzərə alınmamışdır.

24. Apelyasiya instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, müqavilənin şərtlərinə nəzər yetirmədən, əsaslığı şübhə doğuran ekspert rəyini sübut kimi qəbul edərək, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmi şdir. İşə baxılarkən iddiaçının nümayəndəsi ekspert rəyləri ilə razılaşmayaraq iş üzrə komission məhkəmə-ekspertizası keçirilməsi barədə şifahi vəsatət versə də, məhkəmə buna əhəmiyyət verməmiş, nə protokolda, nədə ki, qətnamədə bununla bağlı hər hansısa bir hüquqi mövqe bildirməmişdir.

25. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual 88, 102.3, 218.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir.

27. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki müvafiq kredit müqavilələrində kifayət qədər böyük rəqəmlər və qarışıq faiz hesablama normaları qeyd edilmişdir. Məhkəmə tərəfindən böyük məbləğdə olan bu kredit müqavilələri üzrə mübahisələr üzrə icraat ayrılmalı və hər kredit müqaviləsi üzrə ayrı-ayrılıqda araşdırılma aparılmalı idi. Bu həmin işin obyektiv araşdırılmasına, həm də tərəflərin hüquqlarının qorunmasına şərait yaradacaqdı. Bu hal məhkəmələr tərəfindən nəzərə alınmamış, nəticədə hər iki müqavilə üzrə vahid və qarışıq bir məhkəmə aktı qəbul edilmişdir.

28. Bundan əlavə, iddia tələblərində borcun məbləği əsassız olaraq şişirdilərək, cavabdeh tərəfindən banka edilmiş ödənişlərin bir hissəsi cərimə faizi kimi bank tərəfindən hesablanaraq silinmişdir. 2017-2018-ci illər ərzində cavabdeh tərəfindən sözügedən kredit müqavilələri üzr ə ümumilikdə 143.226,22 manat məbləğində ödəniş edilmişdir ki, həmin ödənişlər bank tərəfindən faiz borcu kimi silinmişdir. Kredit müqavilələrindən görünür ki, kredit məbləğləri illik 20% olmaqla 12 ay müddətinə verilmişdir. Belə olan halda, CBHK0023/04 saylı kredit müqaviləsi üzrə illik 20% olmaqla, 12 ay müddətinə verilmiş 800.000 manat pulun faizi 160.000 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsi üzrə illik 20 % olmaqla 12 ay müddətinə verilmiş 200.000 manat kredit məbləğinin faizi 40.000 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən həmin faizlər əsassız şəkildə müvafiq olaraq 315.440,16 manat və 87.444,45 manat kimi hesablanmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işlə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert qarşısınd a düzgün sual qoyulmamışdır. Belə ki, məhkəmə ekspert qarşısında iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarında qeyd edilmiş tarixə qədər olan məbləğin müəyyənləşdirilməsi barədə sual qoymuşdur. Bu isə qeyri-qanunidir. Çünki, hər bir müqavilənin qüvvədə olma müddəti fərqlidir və faiz borcu yalnız müqavilə müddətinin sonunadək hesablana bilər. Müqavilə müddətindən sonra iddiaçı tərəfindən hesablanmış məbləğ cərimə, penya, ziyan və s. formada məhkəmədə mübahisələndirilə bilərdi.

29. Həmçinin məhkəmə gedişi dövründə iddiaçının lisenziyası ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmiş, yəni iş üzrə tərəflərdən biri ləğv edilmişdir. Lakin məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla iş üzrə araşdırma davam etdirilmişdir. Bu Mülk i Prosessual Məcəllənin 254-cü maddələrinin tələblərindən əlavə, həm də iddiaçı və cavabdehin hüquqlarını da pozmuşdur. Məhkəmə tərəfindən çəkişmə prinsipi təmin edilməmiş, tərəflərin məhkəmə iclaslarında iştirakı üçün şərait yaradılmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçısının izahatı

31. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

32. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. II. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. İş üzrə iddiaçı qətnamənin faiz borcunun təmin edilməyən hissəsində ləğv edib, iddia tələbinin həmin hissədə tam təmin edilməsi və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyindən, cavabdeh isə apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da a pelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Maddə

416. K assasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”.

37. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı “ 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları “ 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq “ 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı “ Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti “ 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. "Maddə

739. Borc müqaviləsi “ 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iş tirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. III.ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 saylı qətnaməsi 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli və 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqavi lələri üzrə faiz borcu hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.

39. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarındakı hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 05.04.2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsində və 26.04.2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdehin iddiaçıya maliyyə arayışının tarixinə olan borcu 05.04.2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 06.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə ) 800.000 manat əsas borc, 208.773,74 manat faiz borcu, ümumilikdə 1.008.773,74 manat kredit borcu, 26.04.2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 06.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) 200.000 manat əsas borc, 62.888,93 manat faiz borcu, ümumilikdə 262.888,93 manat kredit borcu təşkil etməsi 04.02.2021-ci il tarixli, 9/4751 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir və ekspert rəyi digər sübutlarla birlikdə qiymətləndirilərək apelyasiya məhkəməsi tərəfindən əsaslı hesab edilmişdir.

40. Apelyasiya instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmadığı barədə dəlil isə MPM-ni 407.2-ci maddəsinin tələblərinə əsasən uğurlu hesab edilə bilməz. İş materialları üzrə tədqiqat aparılarkən ümumiyyətlə kredit müqavilələrinin bəndlə ri, cari hesabdan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş əsas və faiz borcunu əks etdirən 06 may 2019-cu il tarixli, MD11-01069 nömrəli maliyyə arayışı və iş üçün zəruri olan digər sənədlərin nəzərə alınmadığı barədə dəlil isə qiymətləndirmə ilə bağlı olmaqla məhkəmə və ekspert tərəfindən cavabdehin kredit borcu müəyyən edilərkən həmin sənədlərə də istinad edildiyindən əsaslı hesab edilə bilməz.

41. Cavabdehin kassasiya şikayətinin, məhkəmə tərəfindən böyük məbləğdə olan bu kredit müqavilələri üzrə mübahisələrin ayrı icraata ayrılmalı və hər kredit müqaviləsi üzrə ayrı-ayrılıqda araşdırılma aparılmalı olduğu barədə dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, həmin kredit müqavilələri üzrə tərəflər eyni olduğundan həmin işlərin ayrı icraatlara ayrılmasına MPM-nin 169-cu maddəsini n müddəaları baxımından prosessual zərurət olmamışdır.

42. Cavabdehin kassasiya şikayətinin kredit müqavilələri üzrə faiz borcları ilə bağlı dəlilləri işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilir. Belə ki, kredit müqavilələrindən də göründüyü kimi, kredit məbləğləri illik 20% olmaqla 12 ay müddətinə verilmişdir və 05 aprel 2017-ci il tarixli,CBHK-0023/04 saylı kredit müqaviləsi üzrə illik 20% olmaqla, 12 ay müddətinə verilmiş 800.000 manat pulun bir il üçün hesablanmalı faizi bir illik müqavilə müddəti ərzində 160.000 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsi üzrə illik 20 % olmaqla 12 ay müddətinə verilmiş 200.000 manat kredit məbləğinin faizi bir illik müqavilə müddəti ərzində 40.000 manat təşkil edir. İddiaçı ASC iddi a ərizəsində yalnız əsas borc və həmin borca müqavilə şərtlərinə uyğun olaraq razılaşdırılmış 20% faiz borcu tələb edildiyi, bu zaman başqa tələblər irəli sürülmədiyi nəzərə alınarsa, iddiaçının cavabdehdən 05 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə 800.000 manat əsas borcun müqabilində 315.440,16 manat faiz borcunun, 26 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə isə 200.000 manat əsas borcun qarşılığında 87.444,45 manat faiz borcunun tələb edilməsi məhkəmə tərəfindən adekvat qiymətləndirilməmişdir.

43. Apelyasiya məhkəməsi həmçinin 04.02.2021-ci il tarixli, 9/4751 saylı ekspert rəyini MPM-nin 88-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasın a“ dair” 09 iyul 2009-cu il tarixli,“"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair“ 24 dekabr 2014-cü il tarixli qərarlarında vurğulanmış hüquqi mövqelər baxımından düzgün qiymətləndirməmişdir.

44. Belə ki, ekspert tərəfindən cavabdehin bu müddətdə apardığı ödənişlər də nəzərə alınmaqla, 05 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə 800.000,0 manat kredit məbləğinə 208.773,74 manat, 26 aprel 2017-ci il tarixli digər kredit müqaviləsi üzrə 200.000,0 manat kredit məbləğinə 62.888,93 manat məbləğində faiz borcları hesablanmışdır ki, bu hal da işdəki kredit müqavilələrinin şərtlərinə uyğun deyildir.

45. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən kredit müqavilələri üzrə hesablanmış faiz borcu hissəsində maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 saylı qətnaməsi 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli və 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqavilələri üzrə faiz borcu hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 41 7-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

47. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 saylı qətnaməsi 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli və 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqavilələri üzrə faiz borcu hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. İddiaçının kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar