Məhkəmə qərarları › İş №2-2(102)-406/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-406/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-406/2022 22.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 8 fevral tarixli 2-2(103)-210/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında b axılmışdır. İ. İŞİN HALLARİ 1. 2019-cu il 5 mart tarixli AZTX/438 saylı icarə müqaviləsinə (bundan sonra – “İcarə Müqaviləsi”) əsasən “İcarəyə verən” ("xxxx" MMC”) müqavilənin əlavələrində qeyd olunmuş “İcarə obyektini” (ağır texnikalar, yük maşınları və digər nəqliyyat vasitələri) bu müqavilə şərtləri çərçivəsində istifadə üçün “İcarəçi”yə (Cavabdeh MMC,) verməyi, İcarəçi isə həmin icarə obyektini bu müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında Əlavələrdə götərilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin şərtlərinə görə icarə haqqı aylıq ödənilir (4.1-ci bənd); icarəyə verən icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların da eyni günlərində bir aylıq icarə məbləğinə ƏDV əlavə edərək hesab faktura tərtib e dir, həmin hesab-faktura icarəçi tərəfindən təsdiq edildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçirilir (4.3 və 4.4-cü bəndlər); faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənilmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01 % gecikmə faizi hesablanır (4.10-cu bənd). 3. 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə icarəyə verilmiş nəqliyyat vasitəsinə görə borc 23.933,41 manat, 2019-cu il 10 may tarixli, EAAU seriyalı, 249010 saylı elektron qaiməyə əsasən 63.001,53 manat, 2019-cu il 20 iyun tarixli, EAAW seriyalı, 063660 saylı saylı elektron qaiməyə əsasən 84.682,80 manat, 2019-cu il 23 avqust tarixli, EAAY seriyalı, 875309 saylı elektron qaiməyə əsasən 72.846,48 manat, 2019-cu il 12 noyabr tarixli EBAC seriyalı, 326721 saylı elektron qaiməyə əsasən 73.636,86 manat, 2019-cu il 12 noyabr tarixli, EBAC seriyalı, 332281 saylı elektron qaiməyə əsasən 69.929,54 manat, 2019-cu il 12 noyabr tarixli, EBAC seriyalı, 334657 saylı elektron qaiməyə əsasən 68.005,14 manat, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 103079 saylı elektron qaiməyə əsasən 42.647,41 manat, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 101558 saylı elektron qaiməyə əsasən 2.522,01 manat və 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı, 493268 saylı elektron qaiməyə əsasən 68.193,75 manat təşkil edir. 4. 2019-cu il 6 may tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 63.001,55 manat, 2019-cu il 4 iyun tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 84.682,81 manat, 2019-cu il 3 iyul tarixli görülmü ş işlərin təhviltəslim aktına əsasən ümumi məbləğ 72.846,49 manat, 2019-cu il 5 avqust tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 73.636,87 manat, 2019-cu il 5 sentyabr tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 69.929,54 manat və 2019-cu il 7 oktyabr tarixli görülmüş işlərin təhvil-təslim aktına əsasən ümumi məbləğ 68.005,13 manat təşkl etmişdir. 5. "xxxx" MMC 2020-ci il 30 yanvar tarixli Pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, borc məbləğinin müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə, aralarında bağlanmış icarə müqaviləsinə və qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən həmin pulun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəklərini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəm əsindəki icraat 6. "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) 2020-ci il 16 mart tarixində ilə Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İcarə Müqaviləsinə əsasən istifadə üçün təhvil verilmiş icarə obyektlərinə görə 272.391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4.221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276.612,53 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İcarə Müqaviləsi və onun əlavələrinə əsasən icarəçinin istifadəsinə verilmiş icarə obyektlərinin istifadəsinə görə göndərilmiş aylıq hesab-fakturaların bir çoxu bu günə qədər icarəçi tərəfindən tam ödənilməmişdir. Belə ki, müqavilə bağlanıldıqdan sonra 4-cü ayda yəni, 2019-cu il 3 iyul tarixində AHC-004 saylı e-qaimə göndərilməsinə baxmayaraq icarə haqqı tam ödənilməmiş və 21.093,60 manat borc ödənilməmiş qalmışdır. Bundan əlavə, 2019-cu il 6 sentyabr tarixindən 69.929,54 manat, 2019-cu il 7 oktyabr tarixindən 68.005,13 manat, 2019-cu il 7 noyabr tarixindən 68.193,76 manat, 2019-cu il 30 noyabr tarixindən 42.647,41 manat, 2019-cu il 30 dekabr tarixindən isə 2.521,97 manat borc ödənilməmiş qalır. Beləliklə, cavabdehin İcarə müqaviləsi əsasında istifadə üçün təhvil aldığı icarə obyektlərinə görə 272.391,41 manat əsas borc və gecikdirilmiş günlər üzrə 4.221,12 manat məbləğində cərimə olmaqla, ümumilikdə 276.612,53 manat məbləğində ödənilməmiş borcu var (İcarə Müqaviləsin in 4.1, 4.3, 4.4, 4.10-cu bəndlərinə əsasən – bax yuxarıda § 2).

8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.1, 373, 389.1, 390.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 26.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

9. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, müqavilənin 3.1 və 3.2-ci bəndlərində icarə obyektlərinin aktlar vasitəsilə təhvil verilməsi göstərilsə də, bu barədə heç bir sənəd təqdim olunmamışdır. Bundan başqa müqavilənin əlavəsində qeyd olunan icarə obyektləri ilə təhvil-təslim aktlarında göstərilən icarə obyektləri arasında əlaqə yoxdur. Həmçinin borc məbləği və cərimə də dəqiq hesablanmamışdır.

10. Bakı Kommers iya Məhkəməsinin 2020-ci il 30 noyabr tarixli e-2-2(113)1185/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 272.391,41 manat məbləğində əsas borc və 2.000 manat cərimə olmaqla ümumilikdə 274.391,41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməmiəsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29,7 manat məbləğində pul vəsaitinin Akkord-dan tutularaq Aztexnika-ya ödənilməsi qət edilmişdir (hakim F.Qasımov).

11. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına (bax yuxarıda § 1-5) istinad edərək, həmin hallara MM-nin 675, 684.1, 700.1, 700.3-cü maddələrinin tələbləri baxımından qiymət vermiş və gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdeh iddiaya etirazını 2 xüsusat la əsaslandırmışdır: icarə obyektlərinin aktlar vasitəsilə təhvil verilməsi və müqavilənin əlavəsində qeyd olunan icarə obyektləri ilə təhviltəslim aktlarında göstərilən icarə obyektləri arasında əlaqənin olmaması.

12. Lakin Müqaviləyə əlavələrdə qeyd olunan icarə obyektləri təhvil-təslim aktlarında da əksini tapmışdır və obyektlərin aktlar vasitəsilə təqdim olunması barədə sənəd təqdim olunmasa da, təhvil-təslim aktları onu təsdiq edir ki, icarə obyektləri təhvil verilmişdir. Yəni, qeyd olunan xüsusatlar iddianın rədd edilməsi üçün əsas ola bilməz.

13. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 272.391,41 manat borcu yaranmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddi anın icarə haqqı üzrə yaranmış borcun ödənilməsi hissəsi təmin edilməlidir.

14. Məhkəmə 272.391,41 manat əsas borca 4.221,12 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etməmiş, MM-nin 467-ci maddəsinə istinad edərək, tutulacaq dəbbə pulunun miqdarını azaldaraq 2.000 manat miqdarında müəyyən etmişdir.

15. Cavabdeh həmin qətnamədən 2020-ci il 28 dekabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 25 may tarixli 2-2(103)-282/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 noyabr tarixli e-2-2(113)-1 185/2020 saylı qətnaməsinin qismən-272.391,41 manat əsas borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehdən 267.391,40 manatın tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), A.Nuriyeva və V.Məmmədov).

17. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə 10 elektron qaimə göndərilmiş, həmçinin tərəflər arasında görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təsliminə dair 6 akt tərtib edilmişdir.

18. Cavabdeh təhvil-təslim aktlarına əsasən müəyyən edilən 432.102,39 manat borcu qəbul edir və qeyd edir ki, ödəniş t apşırıqlarına əsasən 302.007,53 manat ödəniş həyata keçirilmiş və 130.094.86 manat borcu qalmışdır. Yəni tərəflər arasında əsas borca dair olan mübahisə 4 elektron qaimə ilə bağlıdır. Bunlar 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 103079 saylı, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 101558 saylı və 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı, 493268 saylı elektron qaimələrdir.

19. Ödənişlərə nəzər yetirdikdə görünür ki, ödənişlərin əksəriyyəti cavabhehin qəbul etdiyi elektron qaimələr üzrə olsa da, iki ödəniş cavabdehin qəbul etmədiyi və aktlardan əvvəl aprel ayında göndərilmiş elektron qaimə üzrə olmuşdur.

20. Belə ki, 2019-cu il 12 aprel tarixdə 7.349,76 manat EAAT seriyalı, 044941 saylı elektron qaiməyə əsasən ödənilmiş dir. Bundan başqa 2019-cu il 16 aprel tarixdə 3.650,86 manat ƏDV məbləği ödənilmişdir. 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaimə üzrə cəmi 23.933,41 manat (20.282,55 manat, 3.650,86 manat ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən isə əsas borc üzrə qismən, ƏDV borcu üzrə isə tam ödəniş həyata keçirilmişdir. 2021-ci il 20 may tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 həmin ödənişləri araşdıracağını, texniki səhv ola biləcəyini, aprel ayında olan ödənişi dəqiqləşdirəcəyini bildirmiş, lakin sonuncu məhkəmə iclasında iştirak etməmişdir.

21. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.4-cü bəndində qeyd edilir ki, xidmətlərə görə ödəmələr İcarəyə verənin təqdim etdiyi düzgün və əsaslandırılmış hesabfak turanın İcarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 iş günü ərzində həyata keçirilir.

22. İşin materiallarında olan elektron qaimələrdən də görünür ki, iddiaçı tərəfindən cavabdehə əsaslandırılmış formada elektron qaimələr göndərilmiş, sonra borcun ödənilməməsi səbəbindən 2020-ci il 30 yanvar tarixli pretenziya məktubu ünvanlanmış, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən nə elektron qaimələrə, nə də pretenziya məktubuna hər hansı etiraz edilməmiş, cavabdehin qəbul etmədiyi elektron qaimələr üzrə isə qismən ödəniş edilmişdir.

23. Birinci instansiya məhkəməsi əsas məbləğin hesablanması ilə bağlı hər hansı hesablama aparmadan iddia tələbini həmin hissədə tam təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.

24. Belə ki, elektron qaimə fakturalar üzrə ümumi borc məbləği 569.398,93 manat təşkil edir. Ödəniş tapşırıqları üzrə isə ödənilmiş məbləğ 302.094,86 manat təşkil edir. Ödənilməmiş borc məbləği isə 267.391,4 manat (569.398,93 manat - 302.094,86 manat) təşkil edir.

25. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qətnamə icarə haqqı üzrə əsas borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən 267.391,4 manat tutularaq iddiaçıya ödənilməlidir.

26. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə həmin dəlilləri borcun ödənilməsindən yayınmaq kimi qiymətləndirmiş və göstərmişdir ki, yuxarıda da qeyd edildiyi kimi, Akkord elektron qaimələrin qəbulundan imtina etməmiş, əsaslı olmadığını iddia etdiyi elektron qaimələrin bəziləri üzrə ödəniş həyata keçirmişdir. Sonradan məhkəmə prosesində əsas və cərimə borcunun hesablanması üçün ekspertiza keçirilməsini tələb etməsi (hazırkı halda xüsusi bilik tələb olunan hər hansı hesablama mövcud deyil), cərimə məbləğlərinin səhv tarixlərdən hesablanması barədə dəlilləri əsaslı deyil.

27. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi cərimə məbləğinin tutulması hissəsində düzgün nəticəyə gəldiyindən həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Belə ki, Aztexnika tərəfindən cərimə məbləği düzgün hesablanmamış olsa belə, birinci instansiya məhkəməsi cərimə borcunu kifayət qədər a zaltmışdır ki, bu isə müqavilə üzrə nəzərdə tutulmuş ümumi borc məbləğinin 5 faizindən aşağıdır.

28. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini MM-in 385, 386, 427.3, 429.1.3, 442, 448.1, 700-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Cavabdeh həmin qətnamədən 2021-ci il 9 avqust tarixində kassasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və yeni qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 noyabr tarixli 2-2(102)-520/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi-2020-ci il 16 yanvar tarixli EBAF seriyalı, 103079 və 101558 saylı və 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı 493268 saylı elektron qaimələr üzrə yarandığı bildirilən cəmi 113.363,17 manat borc hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (hakimlər B.Məmmədli (sədrlik edən və məruzəçi) İ.Dadaşov və B.Qəribov).

31. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 6 ədəd təhvil-təslim aktı tərtib edilmişdir. Həmin aktlar üzrə borc 432.102,39 manat təşkil edir. Cavabdeh həmin borcu qəbul edir və qeyd edir ki, ödəniş tapşırıqlarına əsasən 302.007,53 manat ödəniş həyata keçirmiş və 130.094,86 manat borcu qalmışdır.

32. İddiaçı tərəfindən cavabdehə 10 elektron qaimə göndərilmişdir. Həmin elektron qaimələr üzrə üm umi borc məbləği 569.398,93 manat təşkil edir.

33. Beləliklə, Aztexnika tərəfindən Akkord-a təhvil-təslim aktlarından kənar 4 elektron qaimə üzrə ümumilikdə 137.296,54 (569.398,93 – 432.102,39) manat borc hesablanmışdır.

34. O cümlədən, 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaimə üzrə 23.933,41 manat, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 103079 saylı elektron qaimə üzrə 42.647,41 manat, 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 101558 saylı elektron qaimə üzrə 2.522,01 manat və 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı, 493268 saylı elektron qaimə üzrə 68.193,75 manat hesablanmışdır.

35. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əsas borca dair olan mübahisə məhz həmin 4 elektron qaim ə ilə bağlıdır.

36. Kassasiya instansiyası məhkəməsi sözügedən 4 elektron qaimədən biri olan 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaimə (23.933,41 manat) üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin elektron qaimə üzrə cavabdeh tərəfindən 2019-cu il 12 aprel tarixində 7.349,76 manat, 2019-cu il 16 aprel tarixində isə 3.650,86 manat ƏDV məbləği ödənilmişdir. Yəni, həmin elektron qaimə üzrə cavabdeh tərəfindən əsas borc üzrə qismən, ƏDV borcu üzrə isə tam ödəniş həyata keçirilmişdir.

37. Cavabdeh apellyasiya icraatı zamanı, habelə kassasiya şikayətində həmin ödənişləri (7.349,76 manat və 3.650,86 manat) texniki səhvlə əlaqələndirsə də, nə apellyasiya baxışında, nə də kassasiya şikayətində bunu təsdiq edən mötəbər dəli llər gətirə bilmişdir. Halbuki həmin halın sübut olunması vəzifəsi, MPM-in 77.1-ci maddəsinə uyğun olaraq, məhz cavabdehin üzərinə düşürdü. Lakin cavabdeh həmin vəzifəni yerinə yetirə bilməmişdir.

38. Beləliklə, cavabdehin 2019-cu il 12 aprel tarixli, EAAT seriyalı, 044941 saylı elektron qaimə üzrə qismən də olsa, müəyyən ödənişlər etməsi və həmin qaiməyə etiraz etməməsi bu qaimə əsasında hesablanmış borcun faktiki etirafı kimi qəbul olunmalıdır.

39. Bununla belə, cavabdehin heç bir ödəniş aparmadığı və mübahisələndirdiyi digər 3 elektron qaimə (o cümlədən 42.647,41 manat dəyərində işlərlə bağlı göndərilmiş 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 103079 saylı, 2.522,01 manat dəyərində işlərlə bağlı göndərilmiş 2020-ci il 16 yanvar tarixli, EBAF seriyalı, 101558 saylı və 68.193,75 ma nat dəyərində işlərlə bağlı göndərilmiş 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı, 493268 saylı elektron qaimələr – cəmi borc 42.647,41 + 2.522,01 + 68.193,75 = 113.363,17 manat) üzrə apellyasiya instansiyası məhkəməsinin isə mövqeyini məhkəmə kollegiyası aşağıdakı səbəblərdən əsaslı hesab etməmişdir;

40. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 24 may tarixli iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki: “cavabdehin sonuncu aktı imzalamaqdan imtina etməsi səbəbindən sonuncu akt imzalanmamışdır. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi həmin ifadə sonuncu təhvil-təslim aktının imzalanmasının əslində məhkəmə icraatı başlamamışdan əvvəl tərəflər arasında müzakirə predmeti olduğuna, cavabdeh tərəfin bu aktın imzalanmasından şüurlu şəkildə imtina etdiyinə dəlalə t edir.

41. Cavabdehin hazırda mübahisə predmeti olan 3 təhvil-təslim aktı ilə əlaqədar heç bir ödəniş aparmaması nəzərə alındıqda, cavabdeh tərəfin mövqeyi daha da əsaslı görünür.

42. İstənilən halda tərəflər görülmüş işlərin böyük hissəsini təhvil-təslim aktları ilə rəsmiləşdirildikləri halda, işlərin digər qisminə münasibətdə belə aktların imzalanmaması həmin işlərin görülməsinin həqiqiliyinə əsaslı şübhələr yaradır.

43. Məhkəmənin mövqeyinə görə, ilkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, işə baxan məhkəmələr hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalıdır. Yəni, qanunvericiliyin tələb lərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və cavabdeh tərəfindən lazımi qaydada etiraz olunmamış elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir.

44. Hazırkı halda müqavilə bağlandıqdan sonra tərəflər öz aralarındakı rəsmi əməkdaşlığı təhvil-təslim aktları əsasında qurmuşlar. Ona görə də həmin aktlar onlar arasında yaranmış mübahisənin həllində öz əhəmiyyətinə görə heç də müqavilədən, eləcə də elektron qaimələrdən az rol oynamır.

45. Nəzərə alınmayan mühüm hallardan biri də ondan ibarət olmuşdur ki, tərəflərin bağladıqları müqavilə icarə müqaviləsi adlansa da, onların arasındakı münasibətlər faktiki və hüquqi baxımdan qarışıq xarakterə malikdir. Belə ki, icarəyə verən tərəf icarəyə götürən tərəfə faktiki olaraq xidmət göstərmiş, “Görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim akt”ları ilə işlər qəbul olunmuşdur.

46. Beləliklə, hazırkı halda tərəflər arasındakı işgüzar münasibətlər bir tərəfdən, icarə müqaviləsi, digər tərəfdən isə, MM-in 752.1-ci maddəsinə görə, faktiki olaraq podrat müqaviləsinin əlamətləri ilə xarakterizə olunmaqdadır.

47. Odur ki, sözügedən təhvil-təslim aktlarının mövcudluğu həm də MM-in podrat müqavilələrinə dair müddəaları, xüsusilə də 770-ci maddəsinin (“Yerinə yetirilmiş işin qəbul edilməsi”) tələbləri baxımından mübahisənin düzgün həlli üçün müh üm əhəmiyyət kəsb edir.

48. Hazırkı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisə predmeti olan üç elektron qaiməyə münasibətdə qüvvədə saxlanılması mümkün deyildir.

49. Yeni apellyasiya baxışı zamanı məhkəmə tərəflərin işgüzar münasibətlərinin müqavilə və təhvil-təslim aktları əsasında qurulduğunu, cavabdehin qəbul etdiyi borcdan fərqli olaraq, hazırda mübahisələndirdiyi 3 elektron qaimədə əks etdirilmiş borc məbləğini ehtiva edən təhvil-təslim aktını imzalamaqdan imtina etdiyini, borcun bir hissəsinin təhviltəslim aktları və elektron qaimələr əsasında, bir hissəsinin isə yalnız cavabdehin etiraz etmədiyi elektron qaimələr əsasında müəyyən olunmasının ədalətli və əsaslı olmadığını nəzərə almalı, habelə MM-in podrat müqaviləsinə dair müddəalarının hazırkı mübahis əyə tətbiqi imkanlarını dəyərləndirməli, nəticəsinə uyğun olaraq və iş üzrə toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək iddia tələbini müvafiq hissədə qiymətləndirməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

50. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 8 fevral tarixli 2-2(103)-210/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi 2020-ci il 16 yanvar tarixli EBAF seriyalı, 103079 və 101558 saylı və 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı 493268 saylı elektron qaimələr üzrə cəmi 113.363,17 manat borc hissəsində dəyişdirilmədən saxlanılmışdır (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.Baxışova)

51. Apellyasiya instansiya məhkəməsi yeni apellyasiya baxışının həddi ndə iddianı əsaslı hesab edərək göstərmişdir ki, icarə haqqının ödənlməsi barədə iddia tələblərinin qanuni əsasını MM-nin 700.1-ci maddəsi təşkil edir. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir.

52. Belə ki, 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı 493268 saylı elektron qaimədə və 2020-ci il 16 yanvar tarixli EBAF seriyalı 103079 və 101558 saylı elektron qaimələrdə VOLVO markalı 90-T-578, 90-T-829, 90-T-831, 90-T-832, 90-T-834, 90-T-837, 90-T-839, 90-L175, 90-L-157, 10-Z-594, 10-Z-578, 10-Z-579, 10-Z-591, 1645568, ******* dövlət qeydiyyat nişanlı ekskavator və mini yükləyicilərin 2019-cu ilin oktyabr, noyabr və dekabr ayları üzrə icarə haqlarının ödənilməsi tələb edilmişdir.

53. İşin materiallarında olan və cavabdeh tərəfindən mübahisələndirilməyən 2019-cu il 12 aprel, 2019-cu il 10 may, 2019-cu il 20 iyun, 2019-cu il 23 avqust, 2019-cu il 12 noyabr tarixli elektron qaimələrdən isə görünür ki, yuxarıda qeyd olunan texnikaların 2019-cu ilin mart, aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə icarə haqlarının ödənilməsi tələb edilmişdir.

54. Göründüyü kimi cavabdehin mübahisələndirdiyi 3 elektron qaimədə göstərilən texnikaların həmin qaimələrdə göstərilən tarixlərdən daha əvvəlki tarixlərdə cavabdehin icarəsində olması işin mübahisəsiz halını təşkil edir.

55. Ona görə də, cavabdeh tərəfindən icarə obyektlərinin təhvil verilmədiyinə istinad etməsi əsassızdır.

56. Bundan əlavə i şin materiallarına əsasən müəyyən olunur ki, cavabdeh 2019cu il 21 noyabr tarixli məktubla iddiaçıya müraciət edərək, icarə müqaviləsinə əsasən siyahısı aşağıda göstərilən texnikaların 2019-cu il 18 noyabr tarixindən günün ikinci yarısından etibarən istifadə olunmadığını bildirmiş və həmin texnikaların müqaviləsinə xitam verilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir (VOLVO markalı 10-Z-579, 90-T829, 90-T-831 və 90-T-839 dövlət qeydiyyat nişanlı ekskavator).

57. Həmçinin cavabdeh 2019-cu il 17 dekabr tarixli məktubla iddiaçıya müraciət edərək, icarə müqaviləsinə əsasən siyahısı aşağıda göstərilən texnikaların 2019-cu il 3 dekabr tarixindən günün ikinci yarısından etibarən istifadə olunmadığını bildirmiş və həmin texnikaların müqaviləsinə xitam verilməsi üçün göstəriş verilməsi xahiş ed ilmişdir (VOLVO markalı 10-Z-578 dövlət qeydiyyat nişanlı ekskavator EC240B, VOLVO markalı 90-T-837 dövlət qeydiyyat nişanlı ekskavator EC300DL, VOLVO markalı 90-L-175 dövlət qeydiyyat nişanlı mini yükləyici MC115C, VOLVO markalı 10-Z-594 dövlət qeydiyyat nişanlı mini yükləyici MC115C, VOLVO markalı ******* dövlət qeydiyyat nişanlı mini yükləyici MC70C, VOLVO markalı ******* dövlət qeydiyyat nişanlı mini yükləyici MC70C).

58. İddiaçı tərəfindən cavabdehə göndərilən 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı 493268 saylı elektron qaimədə və 2020-ci il 16 yanvar tarixli EBAF seriyalı 103079 saylı və 101558 saylı elektron qaimələrdə yuxarıda geri götürülməsi xahiş edilən texnikaların istifadə olunduğu müddət üçün icarə haqqı (2019-cu ilin oktyabr, noyabr və dekabr ayları üçün) tələb edilmiş dir.

59. Göründüyü kimi cavabdeh 2019-cu il 21 noyabr tarixli məktubu göndərməklə faktiki olaraq həmin məktubda sadalanan 4 ədəd texnikanı ən azı 2019-cu il 21 noyabr tarixinədək icarə obyekti kimi istifadə etdiyini etiraf etmişdir.

60. Habelə, cavabdehə 2019-cu il 17 dekabr tarixli məktubu göndərməklə faktiki olaraq həmin məktubda sadalanan 7 ədəd texnikanı ən azı 2019-cu il 17 dekabr tarixinədək icarə obyekti kimi istifadə etdiyini etiraf etmişdir.

61. Eyni zamanda, 2019-cu ilin dekabr ayının icarə haqqına dair 2020-ci il 16 yanvar tarixli EBAF seriyalı 101558 saylı elektron qaimədən görünür ki, cavabdehin 2019cu il 21 noyabr tarixli məktubunda göstərilən 4 ədəd texnikaya görə icarə haqqı tələb edilməmiş və yalnız cavabdehin 2019-cu il 17 dekabr tarixli məktubunda göstərilən 7 ədəd texni kaların icarəsinə görə cəmi 2522,01 manat icarə haqqı tələb edilmişdir.

62. Qeyd olunan hallar tam təsdiq edir ki, iddiaçı yalnız cavabdehin icarəsində olan texnikaların icarə haqqının tutulmasını tələb etmişdir.

63. Həmçinin cavabdeh digər 6 ədəd elektron qaiməni mübahisələndirməmiş və bununla da, cəmi 11 ədəd texnikanın onun icarəsinə verildiyini etiraf etmişdir. Bununla yanaşı, o, son 3 qaiməni mübahisələndirməklə faktiki olaraq texnikaları daha tez qaytardığına istinad edir. Ona görə də, həmin halı sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Lakin o, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

64. Eyni zamanda, cavabdeh 2020-ci il 16 yan var tarixli EBAF seriyalı 103079 saylı və 101558 saylı, habelə 2020-cu il 27 yanvar tarixli EBAF seriyalı 493268 saylı elektron qaimələri qəbul etmiş və hər hansı etirazını bildirməmişdir. İşin materiallarından da görünür ki, həmin elektron qaimələr elektron qaydada oxunmuş, iddiaçıya qaytarılmamış, dolayısı ilə elektron qaimələr bəyənilməklə həmin dəyərdə icarə haqqının ödənilməsi qəbul edilmişdir. Əgər cavabdehin bildirdiyi kimi həqiqətən də texnikalar cavabdehə təhvil verilməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

65. Bu hal isə cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi texnikaların bəyə nilməsi və həmin texnikaların icarə haqqının ödənilməsini qəbul etməsi mənasına gəlir.

66. Bu baxımdan iddiaçı 2020-ci il 16 yanvar tarixli EBAF seriyalı 103079 və 101558 saylı, habelə 2020-ci il 27 yanvar tarixli EBAF seriyalı 493268 saylı elektron qaimələr üzrə ödənilməli olan, lakin ödənilməyən cəmi 113363,17 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.

67. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında əks olunan göstərişlərə dair həmin məhkəmə qeyd etmişdir ki, MPM-də çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikl əri sübutlar əsasında müəyyən edilir.

68. Tərəflər arasındakı münasibətlərin faktiki və hüquqi baxımdan qarışıq xarakterə malik olması və icarə münasibətlərindən əlavə podrat münasibətlərinin də mövcud olması qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Çünki nə iddiaçı, nə də cavabdeh tərəf bu hala istinad etməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlanır, onun məzmununda yalnız icarə hüquq münasibətlərinə istinad edilib və podrat müqaviləsinin hər hansı əlamətləri mövcud deyildir.

69. Həmçinin bu hal hazırki məhkəmə iclasında bir daha dəqiqləşdirilmiş və iddiaçı tərəf onlar arasında yalnız icarə hüquq münasibətlərinin olduğunu, podrat müqaviləsi ilə əlaqədar hər hansı münasibətlərin olmadığını bildirmişlər.Bu baxımdan hazırki mübahisəyə yalnız icarə müqaviləsini tənzimləyən maddi hüquq normaları tətbiq olunmalıdır.

70. Yuxarıda qeyd olunan 3 ədəd elektron qaimələr üzrə təhvil-təslim aktlarının tərtib olunmamasına dair məhkəmənin mövqeyi isə aşağıdakılardan ibarət olmuşdur.

71. Belə ki, əvvəla işin mübahisəsiz halı ondan ibarətdir ki, cəmi 4 ədəd elektron qaimə üzrə təhvil-təslim aktları mövcud deyildir və cavabdeh də onlardan biri üzrə borcunu ödəmişdir. Göründüyü kimi tərəflər arasında olan işgüzar münasibətlərdə təhvil-təslim aktları tərtib edilmədən elektron qaimələrin göndərilməsi halı olmuş və cavabdeh də borcunu ödəməklə bu halla razılaşmışdır.

72. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.5-ci bəndinə əsasən icarəyə verən icarə obyektini müqavilədə qeyd olunmuş iş yeri və tətbiqinə uyğun işlərdə günlük 10 saat (1 saat nahar fasiləsi daxil olmaqla), aylıq 252 saat (nahar fasilələri daxil deyil) olmaqla icarəyə verir. Həmin müqavilənin 4.6-cı bəndində isə göstərilmişdir ki, icarəçi icarə obyektini gün ərzində 10 saatdan (nahar fasiləsi daxil olmaqla) artıq istifadə etdiyi təqdirdə GPRS sisteminə əsasən artıq iş saatları müəyyən olunaraq aylıq icarə haqqına əlavə olunur: aylıq icarə haqqı / 252 saat * əlavə iş saatı.

73. İşin materiallarında olan digər qaimələrə aid təhvil-təslim aktlarına əsasən də müəyyən olunur ki, həmin aktlar müqavilə şərtlərinə uyğun olaraq texnikaların dəqiq işləmə saatlarının və buna uyğun olaraq ödənilməli olan icarə haqqının müəyyən edilməsi məqsədilə tərtib edilmişdir.

74. Göründüyü kimi təhvil-təslim aktlarının tərtib olunmasının məqsədi texnikaların icarəyə verili b-verilməməsini müəyyən etmək deyil, onların dəqiq iş saatlarını və buna uyğun olaraq da ödənilməli olan icarə haqqının müəyyən etməkdən ibarətdir.Bu baxımdan yuxarıda qeyd olunan 3 ədəd elektron qaimələr üzrə təhvil-təslim aktlarının mövcud olmaması mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.

75. MPM-nin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə hesab etmişdir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur.

76. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi (hazı rki apellyasiya baxışının həddində) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

77. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

78. MPM-nin 81 və 88-ci maddələrinin tələbi pozulmuşdur-işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər (borc məbləğinin düzgün qeyd olunmadığı və s.) araşdırılmamışdır. Nəticədə, məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir ki, bu da düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir.

79. Apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi səhv nəticələr aşağıdakılardan ibarətdir: Qətnamədən də görünür ki, İddiaçı tərəfindən görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təsliminə dair 6 ədəd akt təqdim edilsə də, cavabdehə 10 elektron qaimə göndərilmişdir. Təhvil-təslim aktlarına əsasən ümumi məbləğ 432.102,39 manat, elektron qaimələrə əsasən isə 569.398,93 manat təşkil edir. Cavabdeh tərəfindən 302.007,53 manat ödəniş həyata keçirilmişdir. Həmin ödənişlər təhvil təslim aktlarına əsasən həyata keçirilmişdir. Lakin 2019-cu il 12 aprel tarixdə texniki səhv nəticəsində ödəniş tapşırığının təyinatında EAAT seriyalı, 044941 saylı elektron qaimə göstərilmiş v ə ödəniş həyata keçirilmişdir. Eyni zamanda 2019-cu il 16 aprel tarixində 3.650,86 manat ƏDV məbləği ödənilmişdir. Həmin məbləğ də eyni qaimə üzrə nəzərdə tutulmuş ƏDV ödənişinin məbləğidir.

80. Məhkəmə məhz qeyd olunan halı, digər qaimələr üzrə də xidmətin göstərilməsi kimi hesab edərək apellyasiya şikayətini həmin hissədə təmin etməmişdir. Halbuki bu hal İddiaçını öz iddiasını sübutetmə yükündən azad etmir. Belə ki, İddiaçı faktiki olaraq işlərin görülməsini təhvil təslim aktlarının təqdim etməklə sübut etməli idi. Məhz tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndində qeyd edilir ki, xidmətlərə görə ödəmələr İcarəyə verənin təqdim etdiyi düzgün və əsaslandırılmış hesab-fakturanın İcarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 iş günü ərzində həyata keçirilir. Göründüyü kimi faktik i olaraq müqavilə üzrə qeyd edilən hesab fakturalar təqdim edilməmişdir. Hesab etsək ki, elektron qaimələr hesab faktura əvəzi təqdim edilib o halda onun Cavabdeh tərəfindən təsdiq edilməsinə dair İddiaçı tərəfdən hər hansı sübut təqdim edilməmişdir.

81. Bütün bunlar bir daha göstərir ki, istər birinci instansiya məhkəməsi, istərsə də həmin məhkəmənin toxunduğu hallara istinad etməklə işini tamamlamış apellyasiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən pozuntulara yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan bütün faktiki halları aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış,əsassız qətnamə çıxarmış və nəticədə məhkəmə qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün prosessual əsaslar yaranmışdır.

82. Mülki Prosessual Məcəllən in 97.1-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdehin İddiaçıya 2019-cu il 5 mart tarixli, AZTX/438 saylı müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi. İş üzrə ekspertiza təyin edilmiş olsaydı, məhkəmə obyektiv və ədalətli qətnamə qəbul etmiş olardı.

83. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələbi pozulmuşdur. Məhkəmə Cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbuledilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

84. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

85. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

86. Akkord apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

87. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instan siyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

88. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməy i öhdəsinə götürür....” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

89. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....”

90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qə rarında göstəilmişdir ki, “... mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir....”

91. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki “... MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməs inin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

93. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılark ən maddi hüquq normalarının pozulmasına dair hər hansı dəlil irəli sürülməmişdir.

94. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə ə saslandırılmışdır (bax yuxarıda §51-76).

95. Kassasiya şikayətinin § 82-də göstərilən digər dəlili apellyasiya məhkəməsinin cavabdehin iddiaçıya müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməməsi, bununla da MPM-nin 97.1ci maddəsinin pozulması ilə bağlıdır.

96. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mül ahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.

97. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, işə mahiyyəti üzrə baxılarkən, cavabdeh tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə dair əsaslandırılmış vəsatət verilməmişdir.

98. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmaması nəticəsində çəkişmə prinsipinin pozulmasına gəldikdə (bах § 83), qeyd olunmalıdır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillər lə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-nin 9.3-cü maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPMnin 77.1-ci maddəsi). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.

99. Baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə həm poçt vasitəsilə, həm də «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclaslarında təmsil olunmamışdır.

100. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

101. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kom mersiya Kollegiyasının 2022-ci il 8 fevral tarixli, 2-2(103)-210/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: A.Q.Hüseynov Z.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar