Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-406/2023 23.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-2(105)-48/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra –“iddiaçı”) 04 ok tyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə (bundan sonra-“MMC”) və Cavabdeh1 (bundan sonraCavabdeh1) qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər MMC-dən və Cavabdeh1 25 noyabr 2020-ci il tarixli C00287376-01 saylı kredit üzrə 16604,91 manat əsas borc, 791,46 manat faiz borcu və 127,05 manat cərimə borcu olmaqla, cəmi 17523,42 manat borcun, 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı kredit üzrə 58158,01 manat əsas borc, 2795,19 manat faiz borcu və 290,62 manat cərimə borcu olmaqla, cəmi 61243,82 manat borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmi şdir. Sumqayıt Kommersiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, e-2-2(119)32/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 (on altı min altı yüz dörd manat 91 qəpik) manat əsas borc, 2420,12 (iki min dörd yüz iyirmi manat 12 qəpik) manat faiz borcu və 923,62 (doqquz yüz iyirmi üç manat 62 qəpik) manat cərimə, 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 58158,01 (əlli səkkiz min yüz əlli səkkiz manat 01 qəpik) manat əsas borc, 9018,08 (doqquz min on səkkiz manat 08 qəpik) manat faiz borcu və 2591,05 (iki min beş yüz doxsan bir manat 05 qəpik) manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləği ndə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 90145,79 (doxsan min yüz qırx beş manat 79 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun qalığı kimi 329,14 (üç yüz iyirmi doqquz manat 14 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 20 dekabr tarixli, 2(119)-32/2022 saylı qətnaməsinin qismən, “25 noyabr 2020-ci il tarixli DC00287376- 01 nömrəli kredit üzrə 2420,12 (iki min dörd yüz iyirmi manat 12 qəpik) manat faiz borcu və 923,62 (doqquz yüz iyirmi üç manat 62 qəpik) manat cərimə, 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 9018,08 (doqquz min on səkkiz manat 08 qəpik) manat faiz borcu və 2591,05 (iki min beş yüz doxsan bir manat 05 qəpik) manat cərimənin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-2(105)-48/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin e-2-2(119)-32/2022 nömrəli, 20 dekabr 2022-ci il tarix li qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər A.Süleymanova və Z.Məmmədov). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 12 aprel tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh1 tərəfindən həmin qətnamədən 2023-cü il 12 iyun tarixində verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-2(105)-48/2023 saylı qətnaməsinin qismən, “25 noyabr 2020ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 2420,12 (iki min dörd yüz iyirmi manat 12 qəpik) manat faiz borcu və 923,62 (doqquz yüz iyirmi üç manat 62 qəpik) manat cərimə, 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 9018,08 (doqquz min on səkkiz manat 08 qəpi k) manat faiz borcu və 2591,05 (iki min beş yüz doxsan bir manat 05 qəpik) manat cərimənin cavabdehlər MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulm uş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda Cavabdeh1 kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-nə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmas ına dair dəlillər» hissəsində yalnız müvafiq maddələr sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbi q edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli, 2-2(105)-48/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılm ası məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov A.Q.Hüseynov
Məhkəmə qərarları › İş №2-2(102)-406/2023
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-406/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver