Məhkəmə qərarları › İş №2-2(102)-408/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-408/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-408/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun gecikdirilməsinə görə əlavə faiz formasında ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 mart tarixli, 22(103)-203/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan R espublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2014-cü il 24 oktyabr tarixdə "xxxx" ASC (hazırda İddiaçı ASC) və Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, sonradan həmin müqavilədən irəli gələn öhdəlikləri borcalan tərəfindən lazımi qaydada icra edilmədiyindən, son nəticədə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan 2018-ci il 22 fevral tarixli qətnaməsi ilə Cavabdeh2 88408,4 ABŞ dolları əsas, 15389,26 ABŞ dolları faiz, 1500 ABŞ dolları cərimə borcunun tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2014-cü il 24 oktyabr tarixli kre dit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün 2018-ci il 26 fevral tarixindən 2023-cü il 3 avqust tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28557 ABŞ dolları əldən çıxmış fayda üzrə borcun və 200 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə cavabdehdən tutulan borcun ümumi məbləği 105.297,66 ABŞ dolları təşkil etmişdir. Lakin, 2023-cü il 7 sentyabr tarixli maliyyə arayışına əsasən cavabdehin həmin kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə 2018-ci il 26 fevral tarixindən 2023-cü il 3 avqust tarixinədək illik 5 faizlə hesablanmış 28557 ABŞ dolları əldən çıxmış fayda borcu vardır.

4. Cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, qətnamənin icrasının gecikdirilməsindən söhbət getmir. Qətnamənin icrası ilə bağlı məsələlər “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati xətaya dair 2019-cu il 28 yanvar tarixli qərarı ilə məhkəmə qətnaməsinin icrasının cavabdehin təqsiri üzündən baş vermədiyi müəyyən edilmiş, icraata xitam verilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli, e-2-2(113)-4841/2023 nömrəli qətnaməsi ilə (hakim K.H.Hüseynov) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbi məhkəmənin qan uni qüvvəyə minmiş qətnaməsinin icra olunmamasının nəticəsi ilə bağlıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək, bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul olunduqdan sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri dava m etmir.

7. Belə olan halda iddiaçı tərəfin Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz.

8. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli qərarına əsasən, cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 22 fevral tarixli qətnaməsi üzrə icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilməmiş, inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.7-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsas landırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 mart tarixli, 22(103)-203/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovdan və A.Ə.Hüseyndən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 noyabr tarixli, e-2-2(113)-4841/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, qətnamə qəbul olunduqdan sonr a kreditorun qətnaməni icra etməmiş borcludan MM-nin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın tutulması tələbi o zaman təmin edilə bilər ki, borclunun təqsirli olduğu müəyyən edilmiş olsun. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2019-cu il 28 yanvar tarixli 3(007)-149/2019 nömrəli qərarına əsasən, Nizami rayon İcra və Probasiya Şöbəsi cavabdeh barəsində məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməyə görə inzibati xəta törədilməsi barədə protokol tərtib etmiş, məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 22 fevral tarixli qətnaməsi üzrə icra sənədinin hər hansı üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilməmiş, inzibati xəta haqqında iş üzə icraata xitam verilmişdir. Məhkəmə Mülki Məcəllənin 445.5-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, qətnamənin i cra edilməməsinə görə cavabdehin təqsiri sübut olunmadığından iddianın rədd olunması barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. İddiaçı ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 mart tarixli, 2-2(103)-203/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 14.1. Mülki Məcəllənin 442, 445.7, 449.3-cü maddələri üzrə - cavabdeh tərəfindən 2014cü il 24 oktyabr tarixli kredit müqaviləsi üzrə kreditin ödənilməsi lazımınca icra edilməmişdir. Lakin istər birin ci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Kreditin məbləği kifayət qədər çox olduğundan, müqavilənin uzun müddət icra olunmaması, öhdəliyin lazımınca icra edilməməsi iddiaçının cavabdehdən ona dəymiş zərəri və gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüquqlarını yaradır. 14.2. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - iddiaçı tərəfindən məhkəmə qətnaməsinin icra olunmadığına dair kifayət qədər sübutlar təqdim edilmiş, lakin məhkəmə təqdim olunmuş sübutlara obyektiv yanaşmamışdır. Nəticədə isə iddiaçının hüquqları kobud surətdə pozulmuşdur.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmas ına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasl ar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşü lür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsas landırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

23. Belə ki, iş materiallarınd an müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmadığı üçün iddiaçı əsas borcun və hesablanmış faizlərin tutulması ilə əlaqədar məhkəməyə müraciət etmiş, son nəticədə Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 22 fevral tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə həmin dövr üçün tələb olunan əsas, faiz və cərimə borcu tutulmuşdur.

24. Qeyd olunan qətnamənin tam icrası barədə məlumat iş materiallarında mövcud deyildir. Lakin, iddiaçı, kredit müqaviləsi əsasında pulun tutulması barədə əvvəlki məhkəmə aktında göstərilənlərdən əlavə 2023-cü ilin 03 avqust tarixədək olan dövr üçün əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir.

25. İddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini ilk olaraq belə əsasland ırmışdır ki, məhkəmə qətnaməsinin qəbulu ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verildiyindən, məhkəmə qətnaməsinin icra olunmaması isə Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olmadığından, iddia təmin oluna bilməz. Digər tərəfdən, birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə aktının icra olunmaması ilə bağlı cavabdeh barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə istinad etməklə, hesab etmişdir ki, cavabdehin təqsiri müəyyən olunmadığı üçün də iddia təmin oluna bilməz.

26. Apellyasiya məhkəməsi mövqeyini yalnız cavabdehin öhdəliyinin icra etməməsinə görə təqsirinin müəyyən olunmaması ilə əsaslandırmışdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda aşağı instansiya məhkəmələri Mülki Məcəllənin 44 5.7-ci maddəsinə istinad etsələr də, həmin maddi hüquq normasını düzgün tətbiq etməmişlər.

28. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki,... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə t ənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əs asən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

30. Beləliklə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.

31. Hazırkı tələbdən müəyyən olunur ki, iddiaçı öz iddia ərizəsində tələbini Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırmışdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddi hüquq normasının mübahisəyə tətbiq edilməsinin qeyri-mümkünlüyünə dair birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan borc məhz müqavilədən irəli gəlmiş və həmin müqavilə üzrə qətnamədə göstərilən tarixə borcun məbləğini təsbit etmişdir. Qətnamə ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilsə də, bu cavabdehin sonrakı dövrdə də öhdəliyini icra etməməsinə görə iddiaçını qanunla müəyyən olunan minimal faiz formasında zərəri tələb etmək hüququndan məhrum etməmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, əks mövqe borclunun öhdəliklərini icra etməməklə, hüquqdan sui-istifadə etməsinə şərait yaratmış olur.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ təl əb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.

34. Bununla yanaşı, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə qətnaməsinin icra olunmamasında təqsirin kimin üzərinə düşməsi Mülki Məcəllənin 445.7ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı 5 faizin tutulması üçün əsas məhkəmə qətnaməsinin icra edilməməsi deyil, pul öhdəliyinin icra etməməsi təşkil edir. Hazırkı halda isə, cavabdehin öhdəliyini tələbdə qeyd olunan dövrdə icra etməməsi işin mübahisəsiz halıdır.

35. Məhz bu nöqteyi-nəzərdən məhkəmə kollegiyası iddianın rədd olunması üçün məhkəmələrin istinad etdikləri ikinci dəlili – cavabd ehin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarının mövcudluğunu mübahisənin həlli üçün əhəmiyyətli hesab etmir. Belə ki, həmin qərarla cavabdehin əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması nəticəsinə gəlinmişdir. Həmin maddənin dispozisiyasına görə (məhkəmə qərarı qəbul edilən dövrdəki redaksiyasında) məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazı rkı halda isə, iddia müqavilə üzrə öhdəliyin icra etməməsinə görə zərər tələbidir. Buna görə məsuliyyətin əsası Mülki Məcəllənin 445.1 və 448.1-ci maddələrində nəzərdə tutulmuşdur.

36. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etsə də, həmin normanı düzgün tətbiq etməmiş, bu maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamış və bununla Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur.

37. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

38. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əldən çıxmış fayda olaraq 28557 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etsə də, iddia ərizəsində həmin məbləğin hansı qaydada hesablanmasını konkret olaraq göstərməmişdir. İddianın məzmunundan belə nəticəyə gəlmək olar ki, həmin borc məhkəmə qətnaməsi ilə müəyyən bütün məbləğə - 105297,66 ABŞ dollarına uyğun 2018-ci ilin 26 fevral tarixindən 2023-cü ilin 03 avqust tarixədək hesablanmışdır.

39. Halbuki, qeyd olunan məbləğə əsas borcla yanaşı, faiz və cərimə borcu da daxil olmuşdur. İddianın əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsinin ikinci cümləsinə görə isə faizdən faiz ödənilməsi yolverilməzdir.

40. Odur ki, işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunan əsas borca Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən faizin hesablanmasına da ir sübutların təqdim edilməsini iddiaçıya təklif etməli, zəruri bilindiyi halda, həmin faizin hesablanması üçün müvafiq ekspertizanın keçirilməsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 mart tarixli, 2-2(103)-203/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar