Məhkəmə qərarları › İş №2-2(102)-409/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-409/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-409/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 mart tarixli 2-2(105)-17/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında tərtib edilmiş 2021-ci il 16 mart tarixli 1791 nömrəli Sazişə əsasən alıcı Cavabdeh 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alğı-satqı müqaviləsi üzrə 2021-ci il 15 mart tarixinə satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 315.204 manat məbləğində borcu olduğunu təsdiq etmiş, yaranmış borcu 2021-ci ilin 20 aprel tarixindən 2022-ci ilin 20 mart tarixinədək 12 ay müddətində hər ay 26.267 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 3. 2021-ci il 29 aprel, 2021-ci il 8 iyun və 2021-c i il 9 avqust tarixli ödəniş tapşırıqlarına əsasən Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına müvafiq olaraq 10.000 manat, 8.000 manat və 4.000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “iddiaçı”) Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2023-cü il 3 mart tarixində məhkəməyə müraciət edərək, cavabdehdən 293.204 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 183,2 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 293.787,2 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasınd a 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı tərəfindən mal və materiallar cavabdehin mülkiyyətinə verilmişdir. Həmin alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 315.204 manat ödənilməmiş borcu qalmışdır. Daha sonra tərəflər arasında 2021-ci il 16 mart tarixində 1791 nömrəli Saziş imzalanaraq, cavabdeh tərəfindən ödənilməmiş 315.204 manat borc etiraf edilmiş və tərəflər borcun Sazişdə müəyyən edilmiş qrafik üzrə ödənilməsi barədə razılığa gəlmişlər. Lakin bu günədək cavabdeh Saziş üzrə öhdəsinə götürdüyü borcdan cəmi 22.000 manat ödəniş etmişdir. Saziş üzrə sonuncu ödəniş 2021-ci il 10 avqust tarixində 4.000 manat olmaqla həyata keçirilmişdir. Hal-hazırda cavabdehin Saziş üzrə 293.204 manat məbləğində ödənilməmiş b orcu qalmışdır.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş, cavabdehin həmin müqavilə üzrə ödənilməmiş borcu qalmamışdır. Sonradan tərəflər arasında yeni mal və məhsulların verilməsi barədə razılıq əldə olunmuş və bu məqsədlə cavabdeh tərəfindən 27.000 manat məbləğində pul ödənilmişdir. Lakin ödənilmiş pulun müqabilində iddiaçı tərəfindən cavabdehə heç bir mal və material verilməmişdir. Cavabdeh iddiaçı ilə olan işgüzar əlaqələrini pozmamaq məqsədi ilə bir müddət gözləmişdir. Bir müddət sonra iddiaçı tərəfindən 2021-ci il 16 mart tarixli 1791 nömrəli yeni Saziş tərtib edildiyi, həmin müqavilə üzrə guya cavabdehin borcu ol duğu və həmin borcu ödəmək barədə öhdəlik götürdüyü bildirilmişdir. Qeyd olunan müqavilə üzrə borc ödəmək öhdəliyinin olmasından cavabdeh xəbərsiz olmuşdur. Sonradan iddiaçı mal və materiallar vermək adı ilə qeyd edilən məbləğdə pulun cavabdeh tərəfindən ödənilməsini təmin etmiş, cavabdehin iradəsi əleyhinə və hansı şəraitdə tərtib olunması məlum olmayan yeni Sazişin olduğunu bildirərək, cavabdehə formal olaraq borc öhdəliyi yaratmışdır. Həmçinin cavabdeh bildirmişdir ki, 2021-ci il 16 mart tarixli 1791 nömrəli Saziş 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsinin davamı olaraq tərtib edildiyindən, həmin borcun olması əvvəlki müqavilə ilə müəyyən olunmalıdır. Lakin borcun mövcud olmasını təsdiq edəcək heç bir sənəd və sübut yoxdur.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2023-cü il 22 iyun tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış 2021-ci il 16 mart tarixli 1791 nömrəli Sazişə əsasən cavabdehin 315.204 manat məbləğində borcu olmuş və cavabdeh tərəfindən qeyd olunan Saziş üzrə cəmi 22.000 manat məbləğində ödəniş edilmişdir. Hazırda cavabdehin qeyd edilən Saziş üzrə ödənilməmiş 293.204 manat məbləğində borcu qalmışdır.

8. Cavabdeh 2021-ci il 16 mart tarixli 1791 nömrəli Sazişdə olan imzaların ona məxsus olmadığını bildirdiyi üçün Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 11 iyul tarixli e-2-2(119)-383/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 2023-cü il 1 sentyabr tarixli 4/1300 nömrəli rəyində qeyd edilmişdir ki, işin 86-93-cü vərəqələrində olan 2018-ci il 14 may tarixli 180514/08-093 n ömrəli alqı-satqı müqaviləsinin sonuncu vərəqəsində “Alıcı” adından “Fiziki şəxs Cavabdeh” qrafasındakı imza, işin 77-78-ci vərəqələrində olan 2021-ci il 16 mart tarixli 1791 nömrəli Sazişin 1-ci və 2-ci vərəqələrinin sonunda "C.İ.A" hərflərinin qarşısındakı imzalar və həmin Sazişin 2-ci vərəqəsində "Cavabdeh" qrafasındakı imza eyni şəxs - Cavabdeh tərəfindən icra olunmuşdur.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 12 oktyabr tarixli e-2-2(119)383/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 293.204 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 183,2 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 293.787,2 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Sadiqov).

10. Birinci instansiya məhkəməsi gəld iyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alğı-satqı müqaviləsi üzrə cavabdehin ödənilməmiş cəmi 315.204 manat məbləğində borcunun etirafı və həmin borcun hissə-hissə, yəni hər ay 26.267 manat olmaqla ödənilməsi (sonuncu ödəniş 2022ci il 20 fevral tarixinədək ödənilməli idi) ilə əlaqədar həmin tərəflər arasında 2021-ci il 16 mart tarixli 1791 nömrəli Saziş imzalanmışdır. Lakin cavabdeh tərəfindən həmin Sazişlə müəyyən edilmiş qaydada və məbləğlərdə ödənişlər edilməmiş və o, 2021-ci il 3 may tarixində 10.000 manat, 2021-ci il 9 iyun tarixində 8.000 manat və 2021-ci il 10 avqust tarixində 4.000 manat məbləğində ödəniş olmaqla, cəmi 22.000 manat məbləğində ödəniş etdikdən sonra Saziş üzrə ödənişlərini tam dayandırmışdır. Bununla da məlum Saziş üzrə 2022-ci il 20 fevral tarixinədək ödənilməli olan 315.204 manat məbləğində borcun cəmi 293.204 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.

11. Cavabdeh iddiaçı ilə bağlanmış 2021-ci il 16 mart tarixli 1791 nömrəli Saziş üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də həmin Saziş üzrə ödənilməmiş 293.204 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı iddianı qəbul etməyərək, öz mövqeyini “2021-ci il 16 mart tarixli 1791 nömrəli Sazişdə ona aid edilən imzanın ona aid olmaması”, “ödədiyi pulları Saziş üzrə deyil, mal almaq üçün ödəməsi” və s. bu kimi dəlillərlə əsaslandırmış olsa da, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, o cümlədən də işin konkret halları, cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 2023cü il 1 sentyabr tarixli 4/1300 nömrəli rəyi və digər mötəbər sübutlarla cavabdehin iddia tələbinə etirazının dəlilləri təkzib olunmuşdur.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 390.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 567, 600.1, 600.4, 882.1, 882.2, 882.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ma hmudov Rusiya Federasiyasına qarşı”, “Qavazov Bolqarıstana qarşı” işlər üzrə qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 mart tarixli 2-2(105)-17/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – Z.Məmmədov və G.Cabbarova).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətləndirmə və gəlinmiş nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması və bu konteksdən hüquqi dəyərləndirmə aparılmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur. İddianın əsasını təşkil edən Sazişin bağlanması tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğuna, həmin alqı-satqı müqaviləsi əsasında satıcının (iddiaçı) alıcıya (cavabdeh) mallar satdığına və nəticədə qeyd olunan məbləğdə borcun yarandığına dəlalət edən və inkar olunmayan haldır. Bu baxımdan malların təhvil verilməsinə dair qaimələrin təqdim edilə bilməməsi (iddiaçı, tərəflər arasında borcun təsdiqinə dair 2021-ci il 16 mart tarixli 1791 nömrə li Saziş imzalandığı üçün sənədlərin saxlanılmadığını bildirmişdir) malların təhvil verilməsini və borcun yaranmasını şübhə altına alan hal kimi qəbul edilə bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

18. MM-in 385.1, 390.1, 425, 442, 567, 598, 600 və 882-ci maddələri üzrə - İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış əmək m üqaviləsinə əsasən iddiaçı 2015-ci il 3 dekabr tarixli 100-KŞ/t nömrəli əmrlə iddiaçının satış şöbəsində işə qəbul olunmuş və 2016-cı il 1 fevral tarixli 14- KŞ/K nömrəli əmrlə Xaçmaz rayonu üzrə pərakəndə satış müdiri vəzifəsində işləmişdir. İddiaçının 2017-ci il 8 dekabr tarixli 118-KŞ/X nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Yəni cavabdehin işi iddiaçının istehsal etdiyi məhsulların nümayəndə kimi satışını təşkil etmək olmuşdur. İddiaçı cavabdehlə əmək müqaviləsinə son haqq-hesab kağızını imzalamaqla xitam vermişdir. Cavabdehin iddiaçıya heç bir borcu olmamışdır. Sonradan iddiaçı ilə cavabdeh arasında 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı istehsal etdiyi malları cavabdehə t əhvil-təslim aktına əsasən təhvil vermək, cavabdeh isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyi götürmüşdür. Lakin müqavilə bağlanmasına baxmayaraq heç bir mal verilməmişdir. Cavabdehə mal verilməsi və buna görə borcunun olması barədə üç il ərzində bir dəfə də olsun iddiaçı tərəfindən məktub göndərilməmişdir. Bundan sonra iddiaçı öhdəlik yaratmaq məqsədi ilə formal olaraq cavabdeh ilə 2021-ci il 16 mart tarixli 1791 nömrəli Saziş bağlandığını qeyd edərək, guya cavabdehin həmin Saziş üzrə üzərinə borc öhdəliyi götürdüyünü, həmin borcun 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsi əsasında yarandığını və yaranmış borc üzrə ödəniş etdiyini bildirmişdir. İş birinci instansiya məhkəməsinin icraatında olarkən cavabdeh tərəfindən məhkəməyə sənədlər təqdim edilərək bildirilmişdir ki, 2021-ci ilin ilk aylarında iddiaçının nümayəndələri istehsal etdikləri bəzi məhsulları satmağı cavabdehə təklif etmişlər. Bunun üçün iddiaçı cavabdehə əvvəlki illərdən, yəni əmək müqaviləsi ilə Xaçmaz rayonu üzrə pərakəndə satış müdiri vəzifəsində işlədiyi dövrdən 5000 manat borcunun qaldığını və əlavə avans olaraq müəyyən məbləğdə ödəniş müqabilində mal və materiallar veriləcəyini cavabdehə bildirmişdir. Bu məqsədlə cavabdeh 2021-ci il 16 mart tarixli 1791 nömrəli Sazişdən əvvəl 2021-ci il 26 fevral tarixində 5000 manat, həmin Sazişdən sonra isə 22.000 manat olmaqla, ümumilikdə 27.000 manat məbləğində pulu iddiaçının hesabına köçürmüşdür. Lakin ödəniş müqabilində cavabdehə heç bir mal verilməmişdir. Cavabdeh vaxtı ilə iddiaçı MMC-də əmək müqaviləsi ilə işlədiyi üçün i şgüzar münasibətləri pozmamaq üçün iddiaçıya mal almaq məqsədilə ödədiyi pulu geri tələb etməmiş və bir müddət gözləmişdir. Tərəflər arasında bağlanmış 2021-ci il 16 mart tarixli 1791 nömrəli Saziş mövcud olsa da, cavabdeh həmin Saziş üzrə heç bir borc öhdəliyinin olmadığını, qeyd edilən Sazişin yeni mal verilməsi məqsədi ilə aldadılaraq bağlandığını ilk gündən iş həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən bildirmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə borcunun olması barədə məktub göndərmiş, cavabdeh 2023-cü il 29 mart tarixində onlayn vergi kargüzarlığı vasitəsilə borcunun olmadığı barədə iddiaçıya məktub göndərmişdir. Həmçinin 2023-cü il 12 aprel tarixində daha bir məktub göndərərək iddiaçıya mal və materialların verilməsi adı ilə ödə nilmiş 27.000 manat məbləğində pulun geri qaytarılmasını tələb etmişdir.

19. İddiaçı 2021-ci il 16 mart tarixli 1791 nömrəli Saziş üzrə borcun cavabdehdən tutulmasını tələb etsə də, həmin Sazişin predmeti cavabdeh ilə bağlanmış 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Mübahisəli Sazişin predmeti olan 2018-ci il 14 may tarixli alqı-satqı müqaviləsinə istinad edildiyi üçün alqısatqı müqaviləsini təsdiq edən vergi kargüzarlığı qaydasında aparılmış əməliyyatlar, yəni elektron qaimələr və malların verilməsini təsdiq edən yük nəqliyyat qaimələrinin məhkəməyə təqdim edilməsi zəruridir. Lakin həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Çünki cavabdehə heç bir mal satılmamış və təhvil verilməmişdir. 2018-ci il 14 may tarixli alqı-satqı müqaviləsinin 3.3-cü b əndinə əsasən mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən mallar üzərində mülkiyyət hüquqları həmin mallar təhvil-təslim aktı ilə alıcıya təhvil verildikdən sonra alıcıya keçir. Göründüyü kimi tərəflər arasında bağlanmış həm 2018-ci il 14 may tarixli alqı-satqı müqaviləsi, həm də 2021-ci il 16 mart tarixli 1791 nömrəli Saziş cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra öhdəlik yaratmaq məqdəsi ilə formal olaraq bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi bu xüsusatlara nəzər yetirməmiş, həqiqətən də müqavilə üzrə malların verilib-verilməməsi və borcun olub-olmamasını aydınlaşdırmamışdır.

20. Kassasi ya şikayətində həmçinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarına dəyişiklik edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarın tələblərinin, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 17 iyul tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il ta rixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərin nəzərə alınmamasına istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh kassasiya şikayətində apellyasiya şikayətinin dəlillərini təkrarlamış, əlavə olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2023-cü il 17 iyul tarixli qərarına istinad etmişdir. Lakin qeyd edilən Ple num qərarının hazırkı iş ilə əlaqəsi yoxdur. Bundan əlavə cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci ii tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinad edərək, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə elektron qaimələr, yük nəqliyyat qaimələrinin məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Lakin Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarından fərqli olaraq hazırkı iş üzrə iddianın predmeti cavabdeh tərəfindən borcun etiraf edilməsi barədə Sazişdir və Sazişə əsasən cavabdehə nəyinsə təhvil verilməsi nəzərdə tutulmur, əksin ə pul öhdəliyinin hissə-hissə icra edilməsi müəyyən olunmuş, cavabdeh Sazişi imzalamaqla borcunun olduğunu təsdiq etmiş və həmin Saziş üzrə qismən ödənişlər etmişdir. Üstəlik hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülən iddianın predmeti 2021-ci il 16 mart tarixli 1791 saylı Sazişə (borcun etiraf edilməsinə) əsaslanır və qanunun tələbinə əsasən cavabdeh başlıca (alqı-satqı) müqaviləyə qarşı etiraz irəli sürə bilməz. Buna görə də cavabdehin şikayətində istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 20 aprel tarixli qərarı üzrə alqı-satqı müqaviləsinə dair müəyyən olunan müddəalarını baxılan işin halları ilə eyniləşdirmək olmaz. Çünki həmin qərarda qeyd olunan hallar və əsaslar alqı-satqı müqaviləsi barəsində, hazırkı işin halları və əsasları isə borcun etirafı haqqında S aziş olduğu üçün bu münasibətlər bir-birindən fərqli maddi hüquq normaları ilə tənzimlənir. Daha sonra cavabdeh şikayətini əvvəllər iddiaçı MMC-də işlədiyi və 2017-ci il 8 dekabr tarixində onunla son haqq-hesab kitabı imzalanmaqla əmək müqaviləsinə xitam verildiyinə görə onun iddiaçıya heç bir borcu olmaması ilə əsaslandırmışdır. Cavabdehlə əmək müqaviləsinə 2017-ci il 8 dekabr tarixində xitam verilmiş, alqı-satqı müqaviləsi 2018-ci il 14 may, Saziş isə 2021-ci il 16 mart tarixində bağlanılmışdır ki, mülki müqavilədən əvvəl xitam verilmiş əmək münasibəti sonuncunu götürdüyü öhdəliyi icra etməkdən azad etmir. Ona görə də cavabdehin bu dəlilinin heç bir əhəmiyyəti yoxdur. Kassasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazı rkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş d igər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan mü ddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. … 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. …” “Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik müna sibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.”

25. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 17 iyul tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsi pləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, cavabdeh iddiaçı ilə 2021-ci il 16 mart tarixli 1791 nömrəli Saziş imz alayaraq 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alğı-satqı müqaviləsi üzrə 315.204 manat məbləğində borcu olduğunu təsdiq etmiş, yaranmış borcu hissə-hissə ödəmək öhdəliyi götürmüşdür. Sonradan cavabdeh qeyd edilən sazişdən xəbərsiz olduğu, sazişin onun iradəsini ifadə etmədiyinə dair dəlillər irəli sürsə də, iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmış, həmin rəylə 2018-ci il 14 may tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsində və 2021-ci il 16 mart tarixli 1791 nömrəli Sazişdəki imzaların cavabdehə məxsus olduğu təsdiq olunmuşdur.

29. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdeh “alqı-satqı müqaviləsi üzrə elektron qaimələr və malların verilməsini təsdiq edən yük nəqliyyat qaimələrinin təqdim edilməməsi” ilə bağlı dəlillərini apell yasiya məhkəməsində də bildirmiş, bu məhkəmə həmin dəlilləri cavablandırmış və gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır. Kassator isə hazırkı şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 15-ci bəndində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşaraq, kassasiya şikayətinin qeyd edilən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etmir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin k assasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

31. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 mart tarixli 2-2(105)-17/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar