Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-41/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə müəssisəsinin Cavabdeh İB-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-41/19) Bakı şəhəri 16 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə müəssisəsinin Cavabdeh İB-yə qarşı borc məbləğinin silinməsi və qaz göstəricisinin yenidən hesablanma sı tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 13 sentyabr 2018-ci il tarixli 2-2(103)-445/2018 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Böyükşor dayanacağında yerləşən 15 saylı Cəzaçəkmə müəssisəsinin qaz təchizatı göstəricisini sayğac quraşdırılmadığından metodik hesablama yolu ilə hesablayır. Metodik hesablama isə müqavilə və aktda qeyd olunan qaz qurğularına əsasən aparılmamışdır. Belə ki, 2013-cü ilin yanvar ayında sərfiyyat 242285 m3 və ƏDV ilə dəyəri 24228,5 manat olduğu halda, 2017-ci ilin yanvar ayında sərfiyyat əs assız olaraq 0 m3, dəyəri isə ƏDV ilə 48055,61 manat məbləğ hesablanmışdır. Yəni 23827,11 manat artıq məbləğ tələb edilmişdir. 2013-cü ilin fevral ayında sərfiyyat 218837 m3 dəyəri ƏDV ilə 21883,7 manat olduğu halda, 2017-ci ilin fevral ayında 337570 m3, ƏDV ilə dəyəri 67514,01 manat məbləğ hesablanmışdır. Yəni 118733 m3, dəyəri isə 45630.3 manat artıq tələb edilmişdir. 2013-cü ilin aprel ayında sərfiyyat 117234 m3, ƏDV ilə dəyəri 17755,5 manat olduğu halda, 2017-ci ilin aprel ayında sərfiyyat əsassız olaraq 168676 m3, 33735,2 manat məbləğhesablanmışdır. Yəni real sərfiyyatdan 51442 m3, dəyəri isə 15979,70 manat artıq məbləğ tələb edilmişdir. Hətta yay rejimində qaz sərfiyyatı may 2017-də 10872,40 manat, iyun 2017-də 21655,60 manat və iyul 2017-də isə 20657,40 manat məbləğində hesablanmamı şdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçıdan 2017-ci ildən etibarən qaz sərfiyyatına görə real olmayan ödəniş tələb edilir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən edilən qanunsuz hərəkətdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsinin Cavabdehnə qarşı 15 saylı Cəzaçəkmə müəssisəsində 2017-ci il və 2018-ci ilin yanvar, fevral və mart ayları üzrə Cavabdeh İB tərəfindən hesablanmış borc məbləğinin silinməsi və qeyd edilən dövrlər üzrəbarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 20 aprel 2018-ci il tarixli iş № 2-2(82)-220/2018, (sədrlik edən hakim Z.Tağıyev) qətnaməsi ilə iddianın təmin edilməsi qət edil mişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 13 sentyabr 2018-ci il tarixli iş № 2-2(103)445/2018 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsiqət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhk əmə belə nəticəyə gəlmişdir ki, sayğacsız hesablaşma zamanı 2014-cü ilə aid sayğac göstəricilərinin əsas götürülməsi yanlışdır. Belə ki, həmin sayğac 19 fevral 2015-ci il tarixində laborator müayinə zamanı elektron hissədə mövcud olan qüsur səbəbindən yararsız hesab edilmişdir və bununla bağlı olaraq həmin sayğacın təbii qaz sərfiyyatını mövcud olduğundan daha artıq qeyd etmə ehtimalı vardır. Bununla razılaşmayaraq bildiririk ki, həmin sayğacın təbii qaz sərfiyyatını artıq qeyd etməsi ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Nəticə olaraq məhkəmə yalnız ehtimal əsasında qərara gəlmişdir. Bundan əlavə hesablaşma üçün əsas olaraq nə səbəbdən məhz 2011-ci ilin əsas götürüldüyü də aydın deyil. İddiaçının həmin dövrün üzərində dayanma səbəbi məlumdur, belə ki, son illərdə ən az təbii qaz sərfiyyatı 2011-ci ilə təsadüf edir. Məhkəmə isə həmin ilə “düzgünlüyü mübahisələndirilməyən dövr” olaraq istinad etmişdir. Halbuki, 2012-ci ilə aid sərfiyyat barədə də tərəflər arasında mübahisə yoxdur və həmin dövrdə yararsızlığı səbəbindən sərfiyyatı artıq qeyd etdiyi iddia edilən sayğac da istifadəyə yararlı idi, 15 aprel 2013-cü il tarixli dövlət yoxlaması bu faktı təsdiq edir. Bundan əlavə 2012-ci il günümüzə 2011-ci ilə nisbətdə tarix baxımından daha yaxın olduğu üçün ən azı həmin dövrün əsas götürülməsi daha ədalətli olardı. Lakin məhkəmə iddiaçının seçiminə uyğun olaraq mövcud dövrlərdən ən az sərfiyyat qeydə alınanı əsas olaraq qəbul etmiş və bununla da qanunsuz, ədalətsiz nəticəyə gəlmişdir. 2011-ci ildən 2018-ci ilə qədər 7 il müddət keçdiyini nəzərə alsaq həmin dövr ərzind ə müəssisənin təbii qaz sərfiyyatında əsaslı dəyişiklik olmasında qeyri-adi heç nə yoxdur. Məhkəmə qərarını əsaslandırarkən “X1”nın 5.4-cü bəndinə istinad etsə də özü həmin qaydaya zidd nəticəyə gəlmişdir. Belə ki, həmin bəndin tələbinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Göründüyü kimi, qaydalarda da sayğac çıxarıldığı tarixə ən yaxın olan dövrün göstəricilərinin əsas götürülməsi məqsədəmüvafiq hesab edilmişdir. Lakin məhkəmə bu bəndə istinad edərək hazırkı dövrə aid qaz sərfiyyatı barədə 2011-ci ilə aid göstəricilərin əsas götürülməsi nəticəsinə gəlmişdir. Bütün yuxar ıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli, 2-2(103)-445/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2-2(103)-445/2018 saylı qətnaməsinin ləğv edilm əsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Elşən Məmmədzadə məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehinkasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməl i, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən i şin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə, Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2-2(82)-220/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3, 4.2, 4.9, 5.4-cü bəndlərinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, həqiqətən də cavabdeh in kasasiya şikayətində yazıldığı kimi apelyasiya məhkəməsinin hesablaşma üçün əsas olaraq nə səbəbdən məhz 2011-ci ili əsas götürdüyü aydın deyildir. Belə ki, apelyasiya instansiyası məhkəməsi 13 sentyabr 2018-ci il tarixli qətnaməsində göstərir ki, iddia tələbindən görünür ki, iddiaçı 2017 və 2018-ci illər üzrə müəssisənin qaz sərfiyyatı göstərilənlərin 2011-ci ilin göstəricilərinə uyğun yenidən hesablanmasını tələb edir. Lakin iddiaçı ilə razılaşmayan cavabdehin apelyasiya şikayətinin dəlillərindən görünür ki, müəssisənin qaz sərfiyyatının müəssisədə qaz sayğacının işlək vəziyyətdə olduğu 2014-cü ilin göstəricilərinə uyğun hesablandığını mübahisələndirərək iddiaçının tələbini rədd edir. Məhkəmə kollegiyası cavabdehin sözügedən mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçı tələbində h aqlıdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1nın” 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İşdə olan tərəflər arasındakı 05 yanvar 2017-ci il tarixdə bağlanmış qazdan istifadə barədə müqavilənin 1-ci bəndinə əsasən paylayıcı istehlakçının keyfiyyətlə qazla təmin edir, istehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq ona təqdim olunmuş hesaba əsasən ödəyır. İş materiallarında olan, habelə hazırkı mərhələdə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı müəssisənin abonent saldo vərəqinə əsasən müəyyən olunur ki, müəssisədə qaz sərfiyyatı aşağıdakı kimidır: 2011-ci ildə ******* kub metr (1–3-cü aylar üzrə: 84127 kub metr, 84127 kub metr, 75986 kub metr); 2012-ci ildə ******* kub metr (1–3-cü aylar üzrə: 158470 kub metr, 170651 kub metr, 148123 kub metr); 2013-cü ildə ******* kub metr (1–3-cü aylar üzrə: 242285 kub metr, 218837 kub metr, 242283 kub metr); 2014-cü ildə ******* kub metr (1–3-cü aylar üzrə: 279302 kub metr, 337570 kub metr, 188586 kub metr); 2015-cü ildə ******* kub metr (1–3-cü aylar üzrə: 240278 kub metr, 164384 kub metr, 175720 kub metr); 2016-cı ildə ******* kub metr (1–3-cü aylar üzrə: 207716 kub metr, 267720 kub metr, 188586 kub metr); 2017-ci ildə ******* kub metr (1–3-cü aylar üzrə: 240278 kub metr, 337570 kub metr, 188586 kub metr); 2018-ci ildə 766435 kub metr (06 aprel 2018 tarixinə, yəni, 1–3-cü ayların ümumi göstərici). Gör ündüyü kimi, 2011-ci ilə münasibətdə sonrakı illərdə müəssisəyə hesablanan qaz sərfiyyatı hər il getdikcə artmış, 2017-ci il vəziyyətinə bu artım təxminən, 1,8 dəfə çox, o cümlədən, 1855573,00 kub metr 2018-ci ilin yalnız 06 aprel 2018-cü il tarixinə isə 766435,00 kub metr olmuş və həmin sərfiyyatın əsas hissəsini birinci üç ay, yəni, yanvar, fevral və mart ayları təşkil etmişdir. İş materiallarına və cavabdehin tədqiq olunan apelyasiya şikayətinin dəlillərinə əsasən isə məlum olur ki, mübahisələndirilən 2017-2018-ci illərin yanvar, fevral və mart ayları üzrə müəssisəsinin cavabdeh tərəfindən qaz sərfiyyatı qaz sayğacının göstəricisinə görə deyil, birtərəfli qaydada öz mülahizəsi ilə, deməsinə görə “sayğacsız normativlə” 2014-cü ilin sayğac göstəricilərinə uyğun hesablanmışdır. Lakin məhkə mə kollegiyası hesab edir ki, 2014-cü ilin sayğac göstəricilərini əsas tutularaq cavabdeh tərəfindən bundan sonrakı, o cümlədən, 2017–2018-ci illərin qış mövsümü üzrə - yanvar, fevral mart aylarında müəssisənin qaz sərfiyyatını 2014-cü ilin müvafiq aylarının qaz sərfiyyatına görə hesablaması iddiaçının real sərfiyyatı əks etdirən göstərici kimi qəbul edilə bilməz. Belə ki, cavabdehin apelyasiya şikayətinin dəlillərinə və işə əlavə olunmuş İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən verilmiş SS-29/10-02-0554-4 akta əsasən müəyyən olunur ki, Cavabdeh İB-nin X2 sahəsinin xidməti ərazisində yerləşən 15 saylı Cəzaçəkmə müəssisəsinin qaz xətti üzərinə quraşdırılan (əvvəlki dövlət yoxlaması 15 aprel 2013-cü il) G250 markalı ******* nömrəli “Romet” qaz sayğacı 09 fevral 2015-ci il tar ixdə xətdən çıxarılmış (Forma 2, 04304) və onun 19 fevral 2015-ci il tarixində (forma 3, 012912) laborator müayinə zamanı elektron hissəsinin yararsız olduğu (qarışıq əks olunduğu) müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin istinad etdiyi, elektron hissəsi istifadəyə yararsız olan qaz sayğacının 2014-cü ilin göstəricilərinə uyğun qaydada iddiaçı müəssisəyə 2017–2018ci ilin qış mövsümünün əsasını təşkil edən birinci üç ay üzrə hesabladığı qaz sərfiyyatı müəssisənin istifadə etdiyi real qaz sərfiyyatını əks etdirən göstərici kimi qəbul oluna bilməz. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qaz sərfiyyatının məhz 2011-ci ilin göstəricilərinə uyğun yenidən hesablanmasının doğru olduğunu ümumiyyətlə tam və hərtərəfli araşdırmaql a və aydınlaşdırmaqla əsaslandırmamışdır. Sözügedən 2011-ci ilin qaz sərfiyyatında göstəricilərinin nümunəsi və etalonu kimi apelyasiya məhkəməsi tərəfindən nədən qəbul edilməsi hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamış, formal olaraq “X1nın” ümumi xarakter daşıyan 1.3-cü bəndinə istinad edilmişdir. Həmçinin Qaydaların 4.2, 4.9, 5.4-cü bəndlərinə də toxunulmuşdur. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən qaydaların 5.4-cü bəndinə istinad etsə də, özü həmin bənddə göstərilmiş müddəaya uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaş malar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Beləliklə, Qaydalarda da sayğac çıxarıldığı tarixə ən yaxın olan dövrün göstəricilərinin əsas götürülməsi məqsədəmüvafiq hesab edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən işin yuxarıda göstərilən hallarını Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından araşdırmamış və nəticə etibarı ilə iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bütün yux arıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. İşə apelyasiya instansiyası məhkəməsinə yenidən baxıldığı zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməli və bunun nəticəsində iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İB-nin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli, 2-2(103)-445/18 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-2(102)-41/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-41/2019
16.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver