Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-41/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcu, iddia məbləği, kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)-72/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yaz ılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC-nin (hazırda ləğv prosesindədir) (bundan sonra – iddiaçı) Yevlax filialı ilə Cavabdeh2 (bundan sonra - Cavabdeh2) arasında bağlanmış 2015-ci il 6 mart tarixli 2318 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödən iş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % faiz ödəyir. Müqavilənin 5.11-ci bəndində isə göstərilmişdir ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Müqavilə üzrə kredit, ona hesablanmış faiz borcu, cərimə faizləri və dəbbə pulu tam ödənildikdən sonra öz qüvvəsini itirir. 3. 2015-ci il 6 mart tarixli 2318 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 (bundan sonra Cavabdeh4) və Cavabdeh1 (bundan sonra – Cavabdeh1) bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.
4. Həmin zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən bu müqavilə borcalanın bank qarşısında öhdəlikləri ni tam yerinə yetirdikdən sonra qüvvədən düşür. 4.7-ci bəndində isə göstərilmişdir ki, bu müqavilənin müddətinin bitməsi tərəfləri müqavilə üzrə yaranmış öhdəliklərin icrasından azad etmir. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edildikdən sonra bu müqavilə öz qüvvəsini itirir.
5. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 2015-ci il 13 mart tarixli 2318/i nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 (bundan sonraa – Cavabdeh3) mülkiyyətində olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur.
6. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instan siya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı 8956,81 manat əsas borc, 766,60 manat faiz borcu, 725,07 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1305,72 manat faiz məbləği, 40 manat tutmanın qeydiyyata alınmas üçün istifadə olunan vəsait və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh4 və C.Məhərrəmovdan tutularaq ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2, Cav abdeh4 və C.Məhərrəmovdan tutularaq ödənilməsi və əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Yevlax rayon filialı ilə Cavabdeh2 arasında bağlanmış 2015-ci il 6 mart tarixli 2318 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14.500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2014-cü il 23 dekabr tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Yevlax rayonu, Yuxarı Qarxun kəndində, 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,38 kv.m. yaşayış, 179,99 kv.m. kömə kçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Yevlax rayonu, Yuxarı Qarxun kəndində, 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 99,38 kv.m. yaşayış, 179,99 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh3 arasında 2015-ci il 13 mart tarixli, 2318/İ saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit verilərkən Cavabdeh4 və Cavabdeh1 ilə iddiaçı arasında 2015-ci il 6 mart tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.3-cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 2021-ci il 22 yanvar tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 11.754,20 manat təşkil edir. Bundan 8956,81 manat əsas, 766,60 manat faiz, 725,07 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına (bundan sonra – Qərar) əsasən hesablanmış 1305,72 manat faiz borcu təşkil edir.
9. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 28000 manat müəyyən edilmişdir.
10. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 27 may tarixli, 2-2(117)-269/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 8956,81 manat əsas borc, 40 manat ipoteka predmetinə tutmanın yönəldilməsinin qeydiyyata alınması üçün vəsait və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödəni lməsi, borc məbləğinin Cavabdeh3 mülkiyyətində olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Yevlax rayonu Yuxarı Qarxun kəndində 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 28000 manat məbləğində müəyyən edilərək həmin əmlak açıq hərraclar vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdeh N.Abdullayeiv iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatının iddiaçıdan və 75 manatının cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim – Rüfət Məcidov).
11. Məhk əmə göstərmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 8956,81 manat borcu qalmış və cavabdeh həmin məbləğində borcunun olmasını məhkəmə iclasında etiraf etmişdir.
12. Eyni zamanda məhkəmə Qərara, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmana (bundan sonra – Fərman) istinad edərək və həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq qeyd etmişdir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılması nın qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fə rmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı Fərmanının tələblərinə riayət etməsini və bununla bağlı cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Fərmanın tələblərini yerinə yetirməmiş və hərəkəsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləyərk məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddia tələbi müqavilə müddəti üçün hesablanmış 766,60 manat faiz borcu, 725,07 manat cərimə borcu, müqavilənin müddəti bitdikdən sonra hesablanmış 1305,72 manat faiz məbləğinin ödənilməsi hissəsində rədd edilməlidir.
13. Bundan başqa məhkəmə iddia tələbinin borcun zaminlərdən də tutularaq ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı əsas borcludan borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı olmamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 477.0.4-cü maddəsində nəzərdə tutulmuş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarında əks olunmuş kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Mübahisənin məhkəmə araşdırması zamanı kredit müqaviləsinin 2.1-ci və 5.11-ci bəndi (bax §§1-2), zaminlik müqaviləsinin 4.2-ci və 4.7-ci bəndindən (bax §§3-4) göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında 2015-ci il 6 mart tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. 2015-ci il 6 mart tarixdən etibarən kredit müqaviləsinin müddəti 2018-ci il 6 mart tarixdə bitmişdir. Eyni zamanda 2015-ci il 6 mart tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmiş və onun 4.2-ci bəndində müqavilənin borcalanın bank qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşməsinə dair müqavilə şərti qeyri-müəyyən olmaqla zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcəllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin mövcud olduğu halda hazırki mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən edilməməsi zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə götürdükləri öhdəliyin üzərlərində daşımasına xidmət edir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti 2018-ci il 6 mart tarixdə bitmiş və qanunvericiliyin t ələbi baxımından zaminlik müqaviləsində konkret müddət nəzərdə tutulmadığından əsas öhdəliyin icrası müddətinin bitməsində ötən bir il keçdikdən sonra zaminlik müqaviləsinin müddəti 2019-cu il 6 mart tarixdə bitmişdir. İddiaçı əsas borcluya qarşı iddia tələbi ilə 2021-ci il 19 aprel tarixdə məhkəməyə müraciət edərək zaminlərə qarşı iddia tələbini irəli sürmüşdür ki, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
14. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə göstərmişdir ki, Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddaçıya borcu yaranmış və bu səbəbdən iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ilə bağlı məhkəmə araşdırm ası zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti 28.000 manat müəyyən edildiyindən fərdi yaşayış evinin ilkin satış dəyəri 28.000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir.
15. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur və belə olduğu təqdirdə icra qurumu məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Bu isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab etmişdir ki, iddia tələbi “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ödənilməsi” hissəsində rədd edilməlidir.
16. İddia tələbinin tutma yönəldikdə və satışdan sonra evin boşaldılması hissəsinə münasibətdə məhkəmə ilk öncə hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçı bankın evin boşaldılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, ipoteka predmeti olan fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir və kredit müqaviləsi üzrə borc ödənilməyəcəyi təqdirdə daşınmaz əmlak açıq hərrac vasitəsilə satılacaq və əldə edilmiş vəsait kredit borcuna yönəldiləcəkdir. Belə olan halda daşınmaz əmlak hərrac vasitəsilə satılacağı təqdirdə mülkiyyətçi tərəfindən evin boşaldılması tələbi irəl i sürülə bilər. Hazırki vəziyyətdə iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə istinad edərək göstərmişdir ki, məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir.
17. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385.1, 372.2, 386.1, 445.7, 449.1, 470.1, 472.1, 477.0.4, 739.2-ci maddələrinə, Fərmanın 3, 5, 6, 7.1-ci bəndlərinə, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 47.5, 59.1, 59.3, 59.4-cü maddələrinə, Qərara, MPM-in 115.0.1, 116.2, 117.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış dır.
18. Birinci instansiya məhkəməsinin qətnaməsi 2021-ci il 27 may tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmin qətnamədən iddiaçı 2021-ci il 4 iyun tarixində apellyasiya şikayəti verərək onun təmin olunmayan faiz, cərimə və Qərara əsasən hesablanmış məbləğ hissəsində nəticənin ləğv edilməsi və iddiaçının iddia tələbinin bu hissədə tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)-72/2021saylı qətnaməsi ilə (sədrlik edən Ayaz Mahmudov, hakimlər Ələddin Məcidov və Mahir Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instans iyası məhkəməsi öz qətnaməsini iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normaları, həmçinin Mülki Məcəllənin 14.2.1, 21, 307.6, 317.1, 319.1, 442, 445.1, 445.2.1, 448.2, 460.1, 739.1, 742.1-ci maddələri ilə əsaslandırmış, həmin məhkəmənin gəldiyi nəticələrlə razılaşmışdır.
21. Apellyasiya instansiyası məhkəmənin qətnaməsi 2021-ci il 16 sentyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş, iddiaçı qətnamənin surətini 2021-ci il 20 sentyabr tarixdə almışdır.
22. Həmin qətnamədən iddiaçı 2021-ci il 16 noyabr tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi, şikayətin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
23. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunan hüquqdan istifadə edərək iddiaçı tərəfindən əsas və faiz borcundan başqa kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonra hesablanan borcun tutulması məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir.
24. Fərmanın icrasını təmin etmək məqsədi ilə ləğvedici (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 2 may tarixli, 2-1(103)-30 5/2019 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiya şərtləri tətbiq edilməklə əlavə razılaşmaların bağlanmasına icazə verilməsi qərara alınmışdır. Bundan sonra ləğvedici bütün banklar üzrə, LPO İddiaçı ASC daxil olmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə həmin Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsinin araşdırmasına başlamışdır və fərmanın təsirinə düşüb-düşməyən kreditlərin siyahısının hazırlanmasına ba şlamışdır. Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan şəxslərin adlarınımüəyyən etmək məqsədi ilə, onlarla yeni müqavilələrin bağlanması üçün ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir. Razılıq alınandan sonra Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı 2019-cu il 27 may tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. Cavabdeh 2015-ci il 6 ma rt tarixli, 2316 saylı kredit müqaviləsi restrukturizasiya olunması üçün Fərmanın təsir dairəsinə düşməmişdir. Lakin, Şəki Apellyasiya Məhkəməsi kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşmədiyini nəzərə almamışdır. Nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur.
25. Həmçinin oxşar mübahisə üzrə iddiaçının cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 22 oktyabr tarixli 2(106)2546/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və həmin məhkəmə tərəfindən 2(102)-1472/2021 saylı, 2021ci il 14 aprel tarixli qərar qəbul olunaraq, iddiaçının kassasiya şikayətinə münasibətdə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz borcu hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmış və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2347/2021 saylı, 2021-ci il 25 avqust tarixli qətnaməsi ilə iddiaçının şikayəti illik 5% borcu hissəsində təmin edilmişdir.
26. Bundan başqa digər oxşar mübahisə üzrə iddiaçının cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 5 noyabr tarixli 2(106)2391/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, həmin məhkəmə tərəfindən 2(102)-2765/2021 saylı, 2021-ci il 25 may tarixli qərar qəbu l olunaraq, iddiaçının kassasiya şikayətinə münasibətdə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz borcu hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2409/2021 saylı, 2021-ci il 14 iyul tarixli qətnaməsi ilə iddiaçının şikayəti illik 5% borcu hissəsində təmin edilmişdir.
27. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün. Yuxarıda qeyd olunanlar və məhk əmə təcrübəsinin vahidliyinin formalaşdıılması tələbləri nəzərə alınaraq kassasiya şikayəti təmin olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
29. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələri nin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz və bu halda apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş hesab edilməlidir.
32. Hazırkı halda, iddiaçı tələbinin həcmi ümumilikdə 11.754,20 manat təşkil etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi 9026,81 manat hissəsində təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, iddia tələbinin təmin olunmayan və kassasiya qaydasında iddiaçı tərəfindən mübahi sələndirilən məbləği 2.727,39 manat (11.754,20-9.026,81) təşkil etmiş, yəni prosessual qanunvericiliklə kassasiya qaydasında mübahisələndirilə bilən məbləğdən daha aşağı olmuşdur.
33. Bu isə, kommersiya mübahisələri üzrə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilə bilməsi üçün nəzərdə tutulmuş iddia qiymətindən daha az məbləği təşkil edir.
34. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti mümkün hesab edilə bilməz.
35. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin kassasiya icraatına qəbul edilməsi haqqında 2021-ci il 3 dekabr tarixli, 2-2(102)678/2021 saylı qərardad ləğv edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 21-ci il 14 sentyabr tarixli, 2-2(107)-72/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti cavabdehə qaytarılmaq üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.