Məhkəmə qərarları › İş №2-2(102)-41/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-41/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-41/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı XXX cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı XXX cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2-2(103)-838/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən baxılmışdır. verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında İşin halları 1. 2014-cü il 26 noyabr tarixində ”XXX ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 171/02/39/14 saylı kredit müqaviləsinə əsasən, “Bak Standard” KB tərəfindən "xxxx" MMC-yə 84 ay müddətinə illik 6 faiz olmaqla 912.000 manat məbləğində kredit verilmişdir. 2. 2014-cü il 26 noyabr tarixində XXX ilə "xxxx" MMC arasında bağlanmış 161/02/29/11-1xx/xx/2903/13-171/02/39/14 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ip oteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, ipoteka predmetinin likvid dəyəri “X2” qiymətləndirmə şirkətinin 2014-cü il 20 noyabr tarixli, CEG-377 saylı aktına əsasən 1.730.000 manat məbləğində müəyyən edilmişdir. 3. “X1” qiymətləndirmə şirkəti tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında 2016-cı ildə əmlakın yenidən qiymtləndirilməsi həyata keçirilmiş, 2016-cı il 12 yanvar tarixdə Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri 3.400.000 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. XXX (bundan sonra – “iddiaçı”) "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 (birlikdə işlədi kdə “cavabdehlər”, ayrı – ayrılıqda “cavabdeh”, “zamin 1”, “zamin 2”) qarşı 2021-ci il 8 may tarixində iddia ərizəsi ilə (daha sonra 2022-ci il 12 oktyabr tarixində iddia ərizəsinin dəyişdirilməsi barədə) Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh, zamin 1 və zamin 2-dən 912.000 manat əsas, 212.384,65 manat faiz, 17.631 manat cərimə borcu, 39.014,36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan faiz borcu olmaqla, cəmi 1.181.030,17 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin 1.730.000 manat müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin əmlak kompleksinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2014-cü il 26 noyabr tarixli 171/02/39/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 84 ay mü ddətinə illik 6 faiz dərəcəsi ilə 912.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2014-cü il 1 dekabr tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipotekaya qoyulmuşdur. Əmlak kompleksinin ipoteka qoyulması barədə iddiaçı ilə cavabdeh arasında 2014-cü il 26 noyabr tarixində 171/02/39/14 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra Əmlak kompleksinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2014-cü il 1 dekabr tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Zamin 1 və zamin 2 ilə də, zaminlik müqavilələri bağlanmışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş olsa da, cavabdehlər həmin müqavilə üzrə düşən öhdəlikləri yerinə yetirməmişlər və nəticə etibarı ilə borc yaranmışdır.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 449.4, 465, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.3, 39.3-cü maddələrinə istinad etmişdir.

7. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, iddia tələbinin cərimə hissəsində rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən öhdəliklərin icra olunmaması onların iradəsindən asılı olmayan hallarla bağlı olmuşdur. Belə ki, yumurtanın qiymətində kəskin azalma baş vermişdir. Bazarın digər iri iştirakçıları tərəfindən süni şəkildə qiymətlər kəskin surətdə aşağı salınmışdır. Bu baxımdan yumurta istehsal olunarkən yumurtalar maya dəyərindən xeyli aşağı qiymətə satılmışdır. bazarın kifayət qədər böyük paya malik iri iştirakçısının dempinq xarakterli hərəkətləri nəticəsində bazara yenidən daxil olmaq istəyi ilə əlaqədar olaraq qiymətlər süni şəkildə azalmışdır. Bununla əlaqədar olaraq cavabdehin fəaliyyəti iflic vəziyyətə düşmüşdür. Bir neçə ay zərərlə işləyərək təsərrüfatda olan toyuqları hissə-hissə sataraq, cavabdeh zərəri ödəm əyə çalışmışdır. Lakin sonra cavabdehin fəaliyyəti tamamilə dayandırılmışdır.

8. Cavabdehin nümayəndəsi 2022-ci il 21 fevral tarixli məhkəmə iclasında əmlakın qiymətləndirməsi ilə bağlı ekspertizanın təyin edilməsini xahiş etmişdir.

9. Məhkəmə tərəfindən təyin olunmuş əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 2022-ci il 7 sentyabr tarixli, 184/BS/22 ekspert rəyinə əsasən, Abşeron rayonu, Pirəkeşkül kəndində olan 1.20 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin orta bazar qiyməti 3.480.000 manat, orta likvid qiyməti isə 3.300.000 manat məbləğində müəyyən olunmuşdur.

10. Məhkəmə tərəfindən təyin olunmuş təkrar məhkəmə - əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 202 3-cü il 12 iyun tarixli, 10/1369-9/1417 saylı rəyinə əsasən, cavabdehə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində olan 1.20 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri təqribən 3.400.000 manat məbləğində müəyyən edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 7 may tarixli e-2-2(113)23/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 2014-cü il 26 noyabr tarixli 171/02/39/14 nömrəli kredit müqaviləsi üzrə 912.000 manat əsas, 212.384,65 manat faiz, 17.631 manat məbləğində cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmaqla 38.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 2014-cü il 26 noyabr tarixli 171 /02/39/14 nömrəli kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 3.300.000 manat müəyyən edilməklə cavabdehdə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilərək açıq hərracdan satılması, cavabdehə məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan cavabdeh tərəfindən boşaldılması və alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – K.Hüseynov).

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bağlanmış olan 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsi 84 ay müddətinə yəni 7 il müddətinə bağlanmış, yəni müqavilənin müddətinin bitmə tarixi 2021-ci il 26 noyabr tarixi olmuşdur. Müqavilənin müddətinin bitmə tarixi olan 2021-ci il 26 noyabr tarixdən iddiaçı tərəfindən verilmiş maliyyə arayışında tələb edilən tarix olan 2022-ci il 30 sentyabr tarixədək əsas borca illik 5 faiz hesablanmaqla pul tutulmalıdır. 2021-ci il 26 noyabr tarixdən 2022-ci il 30 sentyabr tarixədək 10 ay vaxt keçmişdir. Belə olan halda, əsas borca illik 5 faiz hesablanmaqla cavabdehlərdən müştərək qaydada tutulmalı olan məbləğ 38.000 (912.000x5/100=45.600 (1 il üçün), 45.600/12=3.800 (1 ay üçün) 3800x10=38.000 (10 ay üçün)) manat təşkil etmişdir. "xxxx" MMC həm də, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə əmlakın likvid q iyməti müvafiq olaraq 3.300.000 və 3.400.000 manat məbləğlərində müəyyən olunmuşdur. Həmin rəylər bir biri ilə eynilik təşkil etmişdir.

13. İddiaçı tərəf “əmlak kompleksinin boşaldılaraq, ləğv prosesində olan LPO QSC “Bank Standard” KB-ya təhvil verilməsi” ifadəsindən istifadə etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf qeyd olunmuş halın texniki səhv olduğunu və “QSC “Bank Standard” KB-ya təhvil verilməsi” ifadəsinin “alıcıya təhvil verilsin” ifadəsi kimi qəbul edilməsini xahiş etmişdir. 2014-cü il 26 noyabr tarixli 171/02/39/14 nömrəli kredit müqaviləsi üzrə tutma ipoteka predmeti olan cavabdehə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 3.300.000 manat müəyy ən edilməklə açıq hərracda satılmalı və satıldıqdan sonra ipoteka qoyan cavabdeh tərəfindən boşaldılaraq və alıcıya təhvil verilməsi qeyd olunmuşdur.

14. Məhkəmə öz mövqeyini MM-in 269.5, 317.1, 445.7, 447.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 741, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv olunmasını, mübahisələndirilən hissələrdə iddiaçının iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2-2(103)-838/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

17. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iki qiymətləndirmə şirkəti ("xxxx" MMC və “X1” qiymətləndirmə şirkəti) və əmlakın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyləri ilə ipoteka predmetinin likvid qiymətinin 3.000.000 manatdan yuxarı olduğu təsdiq edildiyindən, yalnız "xxxx" MMC-nin qiymətləndirmə rəyində əmlakın likvid dəyəri 2014-cü ildə ipoteka müqaviləsi bağlanarkən müəyyən edilmiş qiymətdən daha aşağı göstərildiyindən məhkəmə düzgün olaraq q eyd edilən rəyi əmlakın qiyməti müəyyənləşdirilərkən əsas götürməmişdir. Belə ki, Azərbaycan Respublikasında daşınmaz əmlak bazarında qiymətlər hər il əvvəlki ilə nisbətdə artmış, qiymətlərdə azalma olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün üç dəfə ekspertiza təyin olunduğundan, eyni zamanda işdə ipoteka müqaviləsi bağlanarkən əmlakın qiymətləndirilməsini həyata keçirmiş “X1” qiymətləndirmə şirkətinin rəyi olduğundan məhkəmə apellyasiya instansiyası mərhələsində əmlakın yenidən qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin olunmasını zəruri hesab etməmişdir. Əmlakın ilkin satış qiymətinin 3.300.000 manat müəyyən olunması ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək qətnamən in dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır.

18. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını, ipoteka predmetinin qiymətinin dəyişdirilməsi üçün işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3-cü maddələrinin tələbləri pozulmuşdur. İpoteka predmetinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağı olmuş və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən, əmlakın bazar qiymətinin 3.480.000 manat, likvid dəyərini isə 3.300.000 manat məbləğində müəyyən edilməsi anlaşılan olmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyləri natamam olmuşdur. Sonuncu keçirilmiş ekspert rəyində əmlak Salyan, Siyəzən rayonlarında yerləşən digər əmlaklarla müqayisə olunmuş və fərqli ərazilərdə yerləşən əmlakların bazar dəyərinin müqayisə edilməsi ilə əsaslandırılmışdır. Həmçinin 3 dəfə ekspertiza keçirilməsinə baxmayaraq, hər bir ekspert rəyində əmlakın dəyəri fərqli müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən əmlakın real dəyərinin müəyyən olunması üçün yenidən qiymətləndirmə ekspertizasının keçirilməsini və ekspertizanın Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməsi barədə vəsatət verilmiş olsa da, məhkəmə tərəfindən həmin vəsatətə heç bir münasibət bildirilməmişdir. 21. 2014-cü il 26 noyabr tarixində tərəflər arasında bağlanmış 171/02/39/14 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, əmlakın qiyməti 1.730.000 manat məbləğində müəyyən edilmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən "xxxx" MMC tərəfindən verilmiş rəy əsas götürülmüş və müqavilədə qeyd olunan məbləğlə olan kəskin fərqi nəzərə almamışdır. Belə ki, 2014- cü ildə müqavilə bağlanılan zaman “X1” qiymətləndirmə şirkəti həmin əmlakın yuxarıda qeyd olunduğu kimi 1.730.000 manat məbləğində qiymətləndirmişdir. Apellyasiya məhkəməsi tərəfindən əsas götürülmüş qiymətləndirmə rəyi ilə bu qiymət arasındakı fərq 1.600.000 manat təşkil etmişdir. 9 il ərzində əmlakın dəyərinin bu həcmdə fərq etməsi ağlabatan olmamışdır. Bundan başqa “X1” tərəfindən qiymətləndirmə aparılarkən əmlakın texniki göstəriciləri, xarakteristikası nəzərə alınmış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən olunmuş, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün analoji əmlakların bazar dəyəri təhlil olunmuş, uyğun əmlakların müqayisəli təhlili aparılmış və əmlakın bazar dəyəri obyektiv təyin edilmiş, qiymətin müəyyən edilməsi meyarları əsasında ev qiy mətləndirilmişdir. 22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilən tələblər pozulmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul olunarkən, Plenumda göstərilən hüquqi mövqeyin tələbin pozmuşdur.

23. MPM-in 88, 103.1, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası tərəfindən "xxxx" MMC-nin 2022-ci il 7 sentyabr tarixli qiymətləndirmə rəyini qeyd olunan meyarlara əsasən düzgün qiymətləndirməmiş, rəydə olan uyğunsuzluqlara baxmayaraq, apellyasiya məhkəməsi natamam olan "xxxx" MMC-nin 2022-ci il 7 sentyabr tarixli qiymətləndirmə rəyini əsas sübut kimi qəbul etmiş və mülki iş üzrə tam araşdırma aparmadan qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi mülki iş materiallarında olan sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətdə olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə 3 dəfə ekspertiza keçirilməklə və 2 dəfə qiymətləndirmə aparılmaqla əmlakın məbləği müəyyən olunmuşdur. Belə ki, ilkin qoyulan qiymət 2014-cü il 20 noyabr tarixində CEG-377 nömrəli akt əsasında 1.730.000 manat məbləğində müəyyən edilmişdir. Daha sonra götürülmüş kredit, əlavə cəlb olunmuş pullarla müəssisədə yenidənqurma işləri aparılmış, yeni tik ililər tikilmiş, avadanlıqlar alınmış, ümumiyyətlə əmlak kompleksi xeyli yaxşılaşdırılmış və yeni dəyər əldə etmişdir. 2015-ci ildə ABŞ dollarının manata olan məzənnəsi kəskin şəkildə dəyişdikdən sonra, iddiaçının təşəbbüsü ilə girov qoyulmuş əmlakın yenidən qiymətləndirilməsi həyata keçirilmişdir. “X2” tərəfindən 2016-cı il 12 yanvar tarixində qiymətləndirmə həyata keçirilmiş və əmlakın 3.400.000 manat məbləğində likvid dəyəri müəyyən olunmuşdur. 2022-ci il 7 sentyabr tarixində "xxxx" MMC tərəfindən keçirilmiş ekspertiza nəticəsində əmlakın qiyməti 3.300.000 manat məbləğində təşkil etmişdir. Həmin əmlakın obyektiv qiyməti 2022-ci il 7 sentyabr və 2023-cü il 12 iyun tarixlərində keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizalarında öz əksini tapmışdır. Kassasiya baxışının hədləri

25. Hazırkı kassasiya şikayətində kassastor qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərinə əsasən apellyasiya intansiyası məhkəməsinin qətnaməsi – ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxl anılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

269. Girov və ipoteka hüququ anlayışı... 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur....” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” 28. “İpoteka haqqında” Azərbaycan Respublikası 2005-ci il 15 aprel tarixli 883-İİQ nömrəli Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...”

29. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müv afiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğ vinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2-2(103)-838/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, kassasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən qarşı tərəfə 84 ay müddətində illik 6 faiz olmaqla 912.000 manat məbləğində kredit verilmiş, Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində olan 1.20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilərək dəyəri 1.730.000 manat məbləğində müəyyən edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iki qiymətləndirmə şirkəti ("xxxx" MMC və “X1” qiymətləndirmə şirkəti) və əmlakın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyləri ilə ipoteka predmetinin likvid qiymətinin 3.000.000 manatdan yuxarı olduğu təsdiq edildiyindən, yalnız "xxxx" MMC-nin qiymətləndirmə rəyində isə əmlakın likvid dəyəri 2014-cü ildə ipoteka müqaviləsi bağlanarkən müəyyən edilmiş qiym ətdən daha aşağı göstərildiyindən, məhkəmələr düzgün olaraq qeyd edilən rəyi əmlakın qiyməti müəyyənləşdirilərkən əsas götürməmişdir.

33. Belə ki, "xxxx" MMC tərəfindən 2022-ci il 7 sentyabr tarixində keçirilmiş 184/BS/22 nömrəli ekspert rəyinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Pirəkeşkül kəndində olan 1.20 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 4.336 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin orta bazar qiyməti 3.480.000 manat, orta likvid qiyməti isə 3.300.000 manat məbləğində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 12 iyun tarixli 10/1369-9/1417 nömrəli rəyinə əsasən qeyd olunan ipoteka predmetinin likvid dəyəri 3.400.000 manat məbləğində müəyyən edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkə məsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddiaçının kassasiya şikayətinin dəlilləri isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

35. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, iddiaçı kassasiya şikayətində, işə baxılarkən Ali Məhkəmənin Plenum qərarının tələbinin pozulduğunu qeyd etsə də, bu pozuntuların konkret olaraq nədən ibarət olduğunu göstərməmişdir.

36. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düz gün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2-2(103)-838/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar