Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-411/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Sığortalanması Fondu) Cavabdeh MMC-yə qarşı iş üzrə (ləğvedicisi Əmanətlərin QƏRAR Açar sözlər: kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının vəkili Vəkil iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh MMC-yə qarşı “kredit müq avilələri üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-2(103)13/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC-i ilə Cavabdeh MMC arasında bağlanmış 298/2 saylı, 27 mart 2013-cü il tarixli kredit müqaviləsinə görə, borcverən MMC-nin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə borcalana 1 600 000 (bir milyon altı yüz min) AZN məbləğində kredit ayırmağı, borc alan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC-i ilə Cavabdeh MMC arası nda bağlanmış 289/1 saylı, 27 mart 2013-cü il tarixli ipoteka müqaviləsinə görə, ipoteka saxlayanla borcalan arasında bağlanmış 27 mart 2013-cü il tarixdə 289/1 saylı kredit müqaviləsinə əsasən 1 600 000 AZN (bir milyon altı yüz min manat) məbləğində 27.03.2016-cı il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. İpoteka predmetini daşınar əmlak təşkil etmişdir. 3. 27.03.2013-cü il tarixli, 006898 saylı çekə görə, 1.600.000 (bir milyon altı yüz min manat) AZN Kroun LTD MMC-yə verilmişdir.
4. İddiaçı ASC-i ilə Cavabdeh MMC arasında bağlanmış 298/3KX saylı, 23 avqust 2013-cü il tarixli kredit xətti müqaviləsinə görə, borcverən əsas vəsaitin alınması məqsədilə b orcalana 2 000 000 (iki milyon) AZN məbləğində kredit xətti açmağı, borc alan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
5. İddiaçı ASC-i ilə Cavabdeh MMC arasında bağlanmış 289/3 saylı, 23 avqust 2013cü il tarixli girov müqaviləsinə görə, girov saxlayanla girov qoyan arasında bağlanmış 23 avqust 2013-cü il tarixli 289/3 saylı kredit xətti müqaviləsinə əsasən 2 000 000 (iki milyon) AZN məbləğində 36 (otuz altı) ay müddətinə açılan kredit və ona hesablanmış faizin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. 6. 23.08.2013-cü il tarixli, 023876 saylı çekə görə, 2.000.000 (iki milyon manat) AZN Kroun LTD MMC-yə verilmişdir.
7. İddiaçı ASC-i ilə Cavabdeh MMC arasında bağlanmış 298/4 saylı, 23 dekabr 2013cü il tarixli kredit müqaviləsinə görə, borcverən avadanlıq alınması məqsədilə borcalana 2 000 000 (iki milyon) AZN məbləğində kredit ayırmağı, borc alan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
8. İddiaçı ASC-i ilə Cavabdeh MMC arasında bağlanmış 289/4 saylı, 23 dekabr 2013cü il tarixli ipoteka müqaviləsinə görə, ipoteka saxlayanla borcalan arasında bağlanmış 23 dekabr 2013-cü il tarixdə 289/4 saylı kredit müqaviləsinə əsasən 2 000 000 AZN (iki milyon manat) məbləğində 23.12.2016-cı il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı k imi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. İpoteka predmetini daşınar əmlak təşkil etmişdir. 9. 23.12.2013-cü il tarixli, 023879 saylı çekə görə, 2.000.000 (iki milyon manat) AZN Kroun LTD MMC-yə verilmişdir. 10. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 28.09.2015-ci il tarixli, 298/5 saylı kredit müqaviləsinə əsasən borc verən əsas vəsaitin alınması məqsədilə borcalan (Kroun LTD) MMC-yə 2.300.000 (iki milyon üç yüz min) AZN məbləğində kredit ayırmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 8 (səkkiz) % hesablandığı və 6.2-ci bəndinə əsasən isə kredit faizlər və kredit üzrə faiz ödənişi hər rübün axırıncı ayın 28-i, əsas borcun ödənişi isə 28.09.2018-ci il tarixinə qədər tam şəkildə borcalan tərəfindən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcverənə ödənilir. 11. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 28.09.2015-ci il tarixli, 289/6 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borc alan arasında bağlanmış 28 sentyabr 2015-ci il tarixdə 289/6 saylı kredit müqaviləsinə əsasən 2.300.000 AZN (iki milyon üç yüz min manat) məbləğində 28.09.2018-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. İpoteka predmeti isə daşınmaz əmlak qeyd olunmuşdur. Müqavilənin 6.2.3-cü bəndinə əsasən borcalan ipoteka saxla yan ilə bağladığı 28 sentyabr 2015-ci il tarixdə 289/6 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməyi, borcun əsas məbləğinin qaytarılmasının, faizlərin ödənilməsini. Dəbbə pulunu, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanları ipoteka saxlayan ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 10.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulmuş dig ər hallardadır. 12. 28.09.2015-ci il tarixli, 023886 saylı çekə görə, 7.600.000 (yeddi milyon altı yüz min manat) AZN Kroun LTD MMC-yə verilmişdir.
13. İddiaçı ASC-i ilə Cavabdeh MMC arasında bağlanmış 110 saylı, 14 iyun 2016-cı il tarixli kredit müqaviləsinə görə, borcverən xaricdə turizmin inkişafı məqsədi ilə borcalana 2.500.000 (iki milyon beş yüz min) AZN məbləğində kredit ayırmağı, borc alan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 14. 27 mart 2016-cı il tarixli kredit müqaviləsinə əlavəyə görə, borc alanın Banka təqdim etdiyi ərizə nəzərə alınaraq 27 mart 2013-cü il tarixdə bankla borcalan arasında bağlanmış 298/2 saylı kredit müqaviləsinə əsasən borcalana verilmiş və əlavənin imzalanma tarixinə qalan ******* AZN (bir milyon altı yüz min manat) məbləğində kredit qalığının ödənilmə vaxtı kredit müqaviləsinin 6.3 bəndini əsas tutaraq kredit üzrə faizlər hər rübün axırıncı iş günü və əsas borcun ödənişi isə 27.03.2019-cu il tarixinə qədər tam şəkildə ödənildiyi və kreditdən istifadəyə görə illik 8% hesablanmaqla 36 ay müddətinə yəni 27 mart 2016-cı il tarixdən 27 mart 2019-cu il tarixinədək uzadılır. 15. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 20.04.2016-cı il tarixli, 298/6 saylı müqaviləyə əsasən borcverən əsas vəsaitin alınması və təmir məqsədilə borcalana 4.000.000 (dörd milyon manat) AZ məbləğində kredit ayırmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən kredit vəsaitindən istifadə müddəti 20 aprel 2019-cu il tarixində s aat 17:00-da bitdiyi və həmin müqavilənin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 6 (altı) % hesablandığı və 6.2-ci bəndinə əsasən isə kredit faizlər və kredit üzrə faiz ödənişi hər rübün axırıncı ayın 20-i, əsas borcun ödənişi isə 20.04.2019-cu il tarixinə qədər tam şəkildə borcalan tərəfindən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcverənə ödənilir. 16. 20.04.2016-cı il tarixli, 023893 saylı çekə görə, 4.000.000 (dörd milyon manat) AZN Cavabdeh MMC-yə verilmişdir. 17. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 22.06.2016-cı il tarixli, 2-1(81)3619/2016 saylı qərarına əsasən, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilərək, İddiaçı ASC məcburi ləğv edilmiş və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. 18. 22.02.2018-ci il tarixli, **********225 saylı xəbərdarlıqda borc məbləği göstərilən müddətdə könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı və məhkəməyə müraciət olunduğu zaman əsas borc və faiz borcu ilə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün cərimələr də hesablanmaqla dəbbə pulunun ödənilməsinin tələb olunacağı qeyd olunmuşdur.
19. Ləğv prosesində olan İddiaçı ASC-nin 29 mart 2018-ci il tarixli, **********308 saylı maliyyə arayışına əsas ən borclu Cavabdeh MMC-nin 110 saylı kredit müqaviləsinə əsasən 27.03.2018-ci il tarixinə kredit öhdəliyi üzrə əsas borc 2 500 000 AZN, faiz borcu 383.106.20 AZN, cərimə borcu 242.52 AZN olmaqla, cəmi 2.883.348.72 AZN, 05 aprel 2018-ci il tarixli, **********407 saylı maliyyə arayışına əsasən borclu Cavabdeh MMC-nin 298/5 saylı kredit müqaviləsinə əsasən 27.05.2018-ci il tarixinə kredit öhdəliyi üzrə əsas borc 2.300.000 AZN, faiz borcu 320.977.65 AZN olmaqla, cəmi məbləğ 2.620.977.65 AZN, 05 aprel 2018-ci il tarixli, **********408 saylı maliyyə arayışına əsasən 298/4 saylı kredit müqaviləsinə əsasən 27.03.2018-ci il tarixinə kredit öhdəliyi üzrə əsas borc 2.000.000 AZN, faiz borcu 244.222.28 AZN, cərimə borcu 13 611.12 Azn olmaqla, cəmi 2 257 833.40 AZN, 05 aprel 2018-ci il tarixli, ******* ***410 saylı maliyyə arayışına əsasən 298/4 saylı kredit müqaviləsinə əsasən 27.03.2018-ci il tarixinə kredit öhdəliyi əsas borc üzrə 2.000.000 AZN, faiz borcu 240.594.31 AZN, cərimə borcu 56.649.83 AZN olmaqla, cəmi məbləğ 2.297.244.14 AZN, 05 aprel 2018-ci il tarixli, **********411 saylı maliyyə arayışına əsasən 298/6 saylı kredit müqaviləsinə əsasən 27.03.2018-ci il tarixinə kredit öhdəliyi üzrə əsas borc 4.000.000 AZN, faiz borcu 418.666.71 AZN və cəmi məbləğ 4 418 666.71 AZN qeyd olunmuşdur. 20. "Kredit öhdəliyi üzrə əsas, faiz və cərimə borcunun məbləğinə dair” 05 aprel 2018ci il tarixli maliyyə arayışına görə, borclu Cavabdeh MMC-nin 289/2 saylı kredit müqaviləsinə əsasən 27.03.2018-ci il tarixinə kredit öhdəliyi üzrə əsas borc 1.600.000 (bir milyon altı yüz min), faiz borcu 223.289.05 (iki yüz iyirmi üç min iki yüz səksən doqquz) manat 5 qəpik, cəmi 1.823.289.05 (bir milyon səkkiz yüz iyirmi üç min iki yüz səksən doqquz) manat 5 qəpik təşkil etmişdir.
21. İddiaçı ASC tərəfindən 21 may 2018-ci il tarixdə "xxxx" MMC-yə borcun ödənilməsi barədə pretenziya qaydasında müraciət olunaraq, tərəflər arasında bağlanmış 27.03.2013-cü il tarixli, 23.08.2013-cü il tarixli, 23.12.2013-cü il tarixli, 28.09.2015-ci il tarixli, 14.06.2016-cı il tarixli və 20.04.2016-cı il tarixli müqavilələr üzrə yaranmış borc öhdəliklərinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC -yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27.03.2013cü il tarixli, 298/2 saylı kredit müqaviləsi üzrə 1.600.000 manat əsas, 223.289,05 manat faiz, cəmi 1.823.289,05 manat borcun; 23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsi 2.000.000 manat əsas, 240.540.594,31 manat faiz, 56.649,83 manat cərimə, cəmi 2.297.244,14 manat məbləğində borcun; 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsi üzrə 2.000.000 manat əsas borc 244.222,28 manat faiz, 13.611,12 manat cərimə, cəmi 2.257.833,40 manat borcun; 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsi üzrə 2.300.000 manat əsas, 320.977,65 manat faiz borcu, cəmi 2.620.977,65 manat borcun; 20.04.2016-cı il tarixli 298/6 saylı kr edit müqaviləsi üzrə 4.000.000 manat əsas, 418.666,71 faiz, cəmi, 4.418.666,71 manat borcun; ödənilmiş 30 manat dövlət rüsumunun – tutulması; tutmanın 27.03.2013-cü il tarixli 298/2 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli və 289/1 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş daşınar əmlaklara (avadanlıqlara); 23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli, 289/3 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş əsas vəsaitlərə, - 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli 289/4 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş daşınar əmlaka, 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsinin təminatı kimi, eyni tarixli 289/6 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmu ş daşınar əmlaka yönəldilməsi; həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)- 3619 / 2016 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 27 mart 2013-cü il tarixli 298/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 8% dərəcəsi olmaqla 1.600.000 (bir milyon altı yüz min) manat, (27.03.2016-cı il tarixli əlavəyə müvafiq olaraq kredit müqaviləsinin müddəti 27.03.2019-cu il tarixinə qədər uzadılmışdır) 23 avqust 2013-cü il tarixli, 298/3 KX saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 7 % olmaqla 2.000.000 (iki milyon) manat, 23 dekabr 2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 7% olmaqla, 2.000.000 (iki milyon) manat, 28 sentyabr 2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 8 % olmaqla 2 300 000 (iki milyon üç yüz min) manat, 14 iyun 2016-cı il tarixli 110 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 9 faiz olmaqla 2.500.000 (iki milyon beş yüz min) manat, 20 aprel 2016-cı il tarixli 298/6 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 6 % olmaqla 4 000 000 (dörd milyon) manat kredit verilmişdir. 27 mart 2013-cü il tarixli 298/2/saylı kredit müqaviləsinin təminatı olaraq eyni tarixli 289/1 saylı i poteka müqaviləsi bağlanmış, daşınar əmlak (avadanlıqlar) ipoteka predmeti kimi təqdim olunmuşdur. 23 avqust 2013-cü il tarixli 298/3 KX saylı kredit müqaviləsinin təminatı olaraq eyni tarixli 289/3 saylı ipoteka müqaviləsi bağlanmış, əsas vəsaitlər ipoteka predmeti kimi təqdim olunmuşdur. 23 dekabr 2013-cü il tarixli, 298/4 saylı kredit müqaviləsinin təminatı olaraq eyni tarixli 289/4 saylı ipoteka müqaviləsi bağlanmış, daşınar əmlak ipoteka predmeti kimi təqdim olunmuşdur. 28 sentyabr 2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsinin təminatı olaraq eyni tarixli 289/6 saylı ipoteka müqaviləsi bağlanmış, daşınar əmlak ipoteka predmeti kimi təqdim olunmuşdur. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən cavabdehə müraciətlər edilmiş, la kin cavabdeh verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Cavabdeh sözügedən kreditdən qismən ödəniş etmişdir. Bunun nəticəsi olaraq cavabdehin 27 mart 2013-cü il tarixli 298/2 saylı kredit müqaviləsi üzrə 1.600.000 (bir milyon altı yüz min) manat əsas borc, 223.289,05 (iki yüz iyirmi üç min iki yüz səksən doqquz) manat 05 qəpik faiz borcu, cəmi 1.823.289,05 (bir milyon səkkiz yüz iyirmi üç min iki yüz səksən doqquz) manat 05 qəpik, 23 avqust 2013-cü il tarixli 298/3 KX saylı kredit müqaviləsi üzrə 2 000 000 (iki milyon) manat əsas borc, 240.594,31 (iki yüz qırx min beş yüz doxsan dörd) manat 31 qəpik faiz borcu, 56.649, 83 (əlli altı min altı yüz qırx doqquz) manat 83 qəpik cərimə borcu, cəmi 2. 297.244,14 (iki milyon iki yüz doxsan yeddi min iki yüz qırx dörd) manat 14 qəpik, 23 dekabr 2013-cü il tarixli 298/4 saylı kredit müqavilə üzrə 2.000.000 (iki milyon) manat əsas borc, 244.222,28 (iki yüz qırx dörd min iki yüz iyirmi iki) manat 28 qəpik faiz borcu, 13.611,12 (on üç min altı yüz on bir) manat 12 qəpik cərimə borcu, cəmi 2.257. 833,40 (iki milyon iki yüz əlli yeddi min səkkiz yüz otuz üç) manat 40 qəpik, 28 sentyabr 2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsi üzrə 2.300.000 (iki milyon üç yüz min) manat əsas borc, 320.977,65 (üç yüz iyirmi min doqquz yüz yetmiş yeddi) manat 65 qəpik faiz borcu, cəmi 2.620.977,65 (iki milyon altı yüz iyirmi min doqquz yüz yetmiş yeddi) manat 65 qəpik, 14 iyun 2016-cı il tarixli 110 saylı kredit müqaviləsi üzrə 2.500.000 (iki milyon beş yüz min) manat əsas borc, 383.106,20 (üç yüz səksən üç min yüz altı) manat 20 qəpik faiz borcu, 242,52 (iki yüz qırx iki) manat 52 qəpik dəbbə pulu, cəmi 2.883.348,72 (iki milyon səkkiz yüz səksən üç min üç yüz qırx səkkiz) manat 72 qəpik, 20 aprel 2016-cı il tarixli 298/6 saylı kredit müqaviləsi üzrə 4.000.000 (dörd milyon) manat əsas borc, 418.666, 71 (dörd yüz on səkkiz min altı yüz altmış altı) manat 71 qəpik faiz borcu, cəmi 4.418.666,71 (dörd milyon dörd yüz on səkkiz min altı yüz altmış altı) manat 71 qəpik məbləğində borcu mövcuddur. 24. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 oktyabr tarixli, 2-2(82)60/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 27.03.2013-cü il tarixli, 298/2 saylı kredit müqaviləsi üzrə 1.600.000 manat əsas borc, 223.289,05 manat faiz borcu, cəmi 1.823.289,0 5 manat məbləğində borcun, 23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsi üzrə 2.000.000 manat əsas borc, 240.594,31 manat faiz borcu, 5700 manat cərimə, cəmi 2.246294,31 manat məbləğində borcun, 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsi üzrə 2.000.000 manat əsas borc, 244.222,28 manat faiz, 1400 manat cərimə borcu, cəmi 2.245622,28 manat məbləğində borcun, 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsi üzrə 2.300.000 manat əsas borc, 320.977,65 manat faiz borcu, cəmi 2.620.977,65 manat məbləğində borcun, 20.04.2016-cı il tarixli 298/6 saylı kredit müqaviləsi üzrə 4.000.000 manat əsas borc, 418.66,71 manat faiz borcu olmaqla cəmi 4.418.666,71 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdehdən tutularaq iddiaçının ləğvedicisi X1 ödənilməsi, tutmanın 27.03.2013-cü il tarixli 298/2 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli 289/1 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyulmuş daşınar əmlaklara (avadanlıqlara), 23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli 289/3 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyulmuş əsas vəsaitlərə, 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli 289/4 saylı ipoteka müqaviləsinə əsasən, ipotekaya qoyulmuş daşınar əmlaka, 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsinin təminatı kimi eyni tarixli 289/6 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş daşınar əmlaka yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq, satışdan əldə edilmiş vəsaitin hesabına borcun təmin edilm əsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 manatı cavabdehdən tutularaq, X1 ödənilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim – Z.Tağıyev).
25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən kredit müqavilələri ilə üzərinə düşən öhdəliklər lazımınca yerinə yetirməmiş, nəticədə ödənilməmiş borcları yaranmışdır.
26. Hazırda iddiaçı iddia tələbində tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə yuxarıda qeyd edilən borc məbləğinin tutulmasını və ödəmənin ipoteka predmeti olan əmlaklara yönəldilməsini xahiş etmişdir.
27. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əm lak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
28. Beləliklə, dəbbə pulunun məbləği azaldılaraq, 23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsi üzrə cərimə 5700 manat, 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsi üzrə cərimə borcu 1400 manat məbləğində müəyyən edilməlidir.
29. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 269.1, 269.4, 295, 296.1, 319.1, 319.5, 319.6, 385.1, 386, 442, 445.2, 465.2, 470, 472, 739-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3-cü (bundan sonra – “İpoteka haqqında qanun”) maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Cavabdeh həmin qətnamədən apelyasiya şika yəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbi üzrə əsas və faiz borcu hissələrində mühasibatlıq ekspertizası keçirilməklə borcun düzgün müəyyən edilməsi, əsassız hesablanmış borcun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
31. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-2(103)-13/2021 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 oktyabr tarixli, 2-2(82)-60/2019 saylı qətnaməsi qismən, borcun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 27.03.2013-cü il tarix li 298/2 №-li kredit müqaviləsinə görə əsas borc üzrə 1.599.615,02 manat, faiz borcu üzrə 30.925,89 manat, cəmi 1.630.540,91 manat; 23.08.2013-cü il tarixli 298/3 №-li kredit müqaviləsinə görə əsas borc üzrə 1.999.999,98 manat, faiz borcu üzrə 26.833,25 manat, cərimə borcu üzrə 5.700,00 manat, cəmi, 2.032.533,23 manat; 23.12.2013-cü il tarixli 298/4 №-li kredit müqaviləsinə görə 1.999.999,98 manat əsas borc 68.055,46 manat faiz, 1400 manat cərimə, cəmi, 2.069.455,44 manat borcun; 28.09.2015-ci il tarixli 298/5 №-li kredit müqaviləsi üzrə 2.229.986,92 manat əsas, 320.977,65 manat faiz borcu, cəmi 2.550.964,57 manat; 20.04.2016-cı il tarixli 298/6 №-li kredit müqaviləsi üzrə 3.999,999,97 manat əsas, 418.666,71 faiz, cəmi 4.418.666,68 manat məbləğində borcun tutulması, həmin borc tələbləri üzrə qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
32. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə 27.03.2013-cü il tarixli, 298/2 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 8 faizlə, 1.600.000 manat; 23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 7 faizlə, 2.000.000,00 manat; 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 7 faizlə, 2.000.000 manat; 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 8 faizlə, 2.300.000 manat, 20.04.2016-cı il tarixli 298/6 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faizlə, 4.000.000 manat məbləğində təminatlı kredit verilmişdir.
33. İddiaçı tərəfindən müqavilə öhdəliklərini yeri nə yetirildiyi, lakin cavabdeh müqavilələrdə nəzərdə tutulan əsas və faiz borcunun qaytarılmadığı, bununla da müqavilə öhdəliyinin yerinə yetirilmədiyi bildirilir. 34. 15 mart 2021-ci il tarixli, 9/2287 saylı ekspert rəyinə görə, hesabdan çıxarış məlumatları, maliyyə arayışı və kredit müqavilələrinin şərtləri tədqiq olunmaqla, cavabdehin müqavilələrin müddəti çərçivəsində əsas və faiz borcları müəyyən olunmuşdur: 27 mart 2013-cü il tarixli 298/2 saylı müqavilə üzrə əsas borc 1.599.615,02 manat; faiz borcu 30.925,89 manat; 23 avqust 2013-cü il tarixli 298/3KX saylı müqavilə üzrə əsas borc 1.999.999,98 manat, faiz borcu 26833,25 manat; 23 dekabr 2013-cü il tarixli 298/4 saylı müqavilə üzrə əsas borc 1.999.999,98 manat, faiz borcu 68.055,46 manat; 28 sentyabr 2015-ci il tarixli, 298/5 saylı k redit müqaviləsi üzrə əsas borc 2.229.986,92 manat, faiz borcu 413.486,82 manat; 20 aprel 2016-cı il tarixli 298/6 saylı müqavilə üzrə əsas borc – 3.999,999,97 manat, faiz borcu 673.999,99 manat.
35. Rəyin tədqiqat hissəsinə görə, ekspert qarşısında qoyulmuş suallar üzrə konkret araşdırma aparılmış, hər kredit müqaviləsi üzrə qrafik şəklində, tarixi göstərilməklə, borcalanın ödənişlər nəzərə alınmaqla, müqavilə müddətlərində ayrı-ayrılıqda əsas və faiz borcuna aylar üzrə aydınlıq gətirilmişdir.
36. Ekspert rəyi ilə müəyyən olunan həmin nəticələr, birinci instansiya məhkəməsinin qətnaməsindəki nəticələrlə müqayisəli təhlil olunduqda isə qeyd olunan müqavilə ardıcıllığı üzrə borc məbləğləri arasında fərqlər müəyyən edilir.
37. Müvafiq rəy üzrə əsas borc məbləğlərində azalma ilə, cüzi fərqlər mövcuddur, faiz borclarına münasibətdə isə nəticələr əhəmiyyətli dərəcədə fərqlidir.
38. Birinci üç müqavilə üzrə ekspert rəyində cavabdehin faiz borcları - iddia tələbinə və qətnamədə göstərilmiş nəticələrə münasibətdə xeyli aşağı məbləğlərdə müəyyən edilsə də, sonrakı iki müqaviləyə münasibətdə faiz borcunun məbləği iddia tələbi həddini aşır.
39. Birinci instansiya məhkəməsinin qətnaməsində borcun tutulması hissəsində gəldiyi nəticələr - qeyd olunan ardıcıllıqla, birinci üç müqavilə üzrə əsas və faiz borclarına, sonrakı iki müqavilə üzrə isə əsas borca - münasibətdə hissələrində uyğunluq təşkil etmir. Sonuncu iki müqavilə üzrə isə ekspert rəyində aşkar olunan faiz məbləğləri iddia tələbinin həddini aşır.
41. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 739.1, 739.2, 427.3, 432.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
42. İddiaçının ləğvedicisi X2 həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
43. Bank tərəfindən dəfələrlə kredit və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə cavabdehə müraciətlər edilmiş, lakin cavabdeh tərəfindən kredit öhdəliklərinin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir.
44. Eyni zamanda bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövc ud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı və digər zəruri sənədlər təqdim olunmasına baxmayaraq, məhkəmə cavabdeh tərəfindən çıxış edərək təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə düzgün hüquqi qiymət verməmiş, səhv nəticəyə gəlmişdir.
45. Əsas borc məbləğləri arasında cüzi fərq olmasına baxmayaraq, faiz borcları arasında olan ciddi məbləğ fərqləri ekspert rəyinin düzgünlüyünü şübhə altına qoyur.
46. Həmçinin cavabdehin ödəniş etməməsi faktını özündə əks etdirən hesabdan çıxarış olsa da, iş üzrə yalnız bir ekspert rəyinin əsas götürülməsi məhkəmə qətnaməsinin kifayət qədər əsaslanmadığının göstəricisidir.
47. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 102.2, 103.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib e dilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
49. İddiaçının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
50. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
51. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
52. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi q aydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
54. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlan ılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
56. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik o nun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Maddə
432. Öhdəliyin hissə-hissə icrası 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır”. "Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır...”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-2(103)-13/2021 saylı qətnaməsi saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
59. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iş materiallarına əsasən id diaçı tərəfindən cavabdehə 27.03.2013-cü il tarixli, 298/2 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 8 faizlə, 1.600.000 manat; 23.08.2013-cü il tarixli 298/3 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 7 faizlə, 2.000.000,00 manat; 23.12.2013-cü il tarixli 298/4 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 7 faizlə, 2.000.000 manat; 28.09.2015-ci il tarixli 298/5 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 8 faizlə, 2.300.000 manat, 20.04.2016-cı il tarixli 298/6 saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 6 faizlə, 4.000.000 manat məbləğində təminatlı kredit verilmişdir.
60. Apelyasiya məhkəməsi iş materiallarındakı sübutları qiymətləndirərək qeyd etmişdir ki, 15 mart 2021-ci il tarixli, 9/2287 saylı ekspert rəyinə əsasən, ekspert qarşısında qoy ulmuş suallar üzrə konkret araşdırma aparılmış, hər kredit müqaviləsi üzrə qrafik şəklində, tarixi göstərilməklə, borcalanın apardığı ödənişlər nəzərə alınmaqla, müqavilə müddətlərində ayrı-ayrılıqda əsas və faiz borcuna aylar üzrə aydınlıq gətirilmiş, ekspert rəyi ilə müəyyən olunan həmin nəticələr, birinci instansiya məhkəməsinin qətnaməsindəki nəticələrlə müqayisəli təhlil olunduqda isə qeyd olunan müqavilə ardıcıllığı üzrə borc məbləğləri arasında fərqlər müəyyən edilmişdir. Müvafiq rəy üzrə əsas borc məbləğlərində azalma ilə cüzi fərqlər mövcuddur, faiz borclarına münasibətdə isə nəticələr əhəmiyyətli dərəcədə fərqlidir. Birinci üç müqavilə üzrə ekspert rəyində cavabdehin faiz borcları - iddia tələbinə və qətnamədə göstərilmiş nəticələrə münasibətdə xeyli aşağı məbləğlərdə müəyyən edi lsə də, sonrakı iki müqaviləyə münasibətdə faiz borcunun məbləği iddia tələbi həddini aşır, borcun tutulması hissəsində gəldiyi nəticələr - qeyd olunan ardıcıllıqla, birinci üç müqavilə üzrə əsas və faiz borclarına, sonrakı iki müqavilə üzrə isə əsas borca - münasibətdə hissələrində uyğunluq təşkil etmir.
61. Ekspert rəyi ilə razılaşıb-razılaşmamaq məhkəmənin səlahiyyətidir, ekspert rəyi sübut növlərindən biri olmaqla digər sübutlarla məcmu halında qiymətləndirilməlidir. Hazırkı iş üzrə də Apelyasiya Məhkəməsi kredit müqavilələri üzrə əsas və faiz borclarının məbləğlərini aparılmış ödənişlər və kredit müqavilələrindəki faiz dərəcələri və müddətlər nəzərə alınmaqla müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertiza təyin etmiş, təqdim edilmiş ekspertiza rəyinin nəticələri işin faktiki halların a uyğun hesab edilmiş, bu rəy kredit müqavilələrindəki faizlər, həyata keçirilmiş ödənişlər müqavilələrdəki müddətlər həddində düzgün hesablanaraq müəyyən edildiyindən, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin bununla bağlı qeyd edilən dəlillərini əsassız hesab edir.
62. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, həmçinin bankın tələblərinin tamamilə əsaslı olması barədə məhkəməyə kifayət qədər sübutlar, o cümlədən ciddi hesabat sənədi sayılan və mövcud borcun hesablanma qaydasını özündə əks etdirən maliyyə arayışı və digər zəruri sənədlər təqdim olunmasına baxmayaraq, apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə düzgün hüquqi qiymət verməməsi barədə iddiaçının kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşmaqla, hesab edir ki, bu dəlillər apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
63. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-2(103)-13/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
65. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-2(103)- 13/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.