Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-411/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(103)-254/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı il ə Cavabdeh arasında 2015-ci il 26 oktyabr tarixli, B001/15 saylı borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 5.000.000 manat məbləğində borc pul verilmişdir.
2. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2016-cı il 12 aprel tarixli, 2016-cı il 1 iyul tarixli, 2017-ci il 6 fevral tarixli, 2017-ci il 16 iyun tarixli və 2017-ci il 8 dekabr tarixli pretenziya məktublarından görünür ki, iddiaçı cavabdehdən 5.000.000 manat məbləğində borc pulun və 475.000 manat məbləğində faiz borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdeh tərəfindən məktuba cavab verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - “iddiaçı”) 2018-ci il 23 yanvar tarixində Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı cavabdehdən 5.000.000 manat məbləğində borc pulun, 475.000 manat faiz borcunun, 500.000 manat əldən çıxmış fayda pulunun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2015-ci il 26 oktyabr tarixli, B001/15 saylı borc müqaviləsinə (bundan sonra - “borc müqaviləsi”) əsasən, iddiaçı cavabdehə 5.000.000 manat məbləğində borc pul vermişdir. Sözügedən müqavilənin 1.3-cü bəndinə əsasən, borcun illik 6 faiz üzrə verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, borc alan borc məbləğinin 2016-cı il 1 may tarixinədək tam həcmdə geri qaytarılmasını üzərinə öhdəlik götürmüşdür.
5. Lakin həmin tarixdən bu günə kimi cavabdeh müqavilə öhdəliyi üzrə vəzifələrini kobud şəkildə pozaraq ödəməli olduğu pulun ödənilməsinə dair öhdəliyi yerinə yetirməmiş, qeyd edilən borc məbləğini və hesablanmış faiz borcunu ödəməmişdir. İddiaçı müqavilədə nəzərdə tutulmuş pretenziya qaydasına əməl edərək, 2016-cı il 12 aprel tarixində, 2016-cı il 1 iyul tarixində, 2017-ci il 6 ferval taixində, 2017-ci il 16 iyun tarixində və 2017-ci il 8 dekabr tarixində məktublarla cavabdehə müraciət edərək, 5.000.000 manat məbləğində borc pul və 475.000 manat faiz borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının rəsmi məktublarına heç bir cavab verilməmişdir. Eyni zamanda cavabd eh 5.000.000 manat məbləğində pulu 2016-cı il 1 may tarixindən indiyə kimi ödəmədiyindən, iddiaçının mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, yəni əldən çıxmış fayda 500.000 manat təşkil edir.
6. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21, 385.1, 386.1, 389.1, 442, 445.1, 445.2, 448.1, 449.1, 449.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 35.2-ci maddələrinə istinad edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 mart tarixli, 2(81)-379/2018 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir (hakim - M.Əkbərov).
8. Cavabdehin vəkili və nümayəndəsi 2022-ci il 25 oktyabr tarixində ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsi ni və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 noyabr tarixli 2-2(81)-379/2022 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və işin mahiyyəti üzrə baxılması təzələnmişdir (hakim - Z.Pirverdiyev).
10. Sonra iddiaçı 2022-ci il 21 noyabr tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5.000.000 manat məbləğində əsas borcun, 475.000 manat faiz borcunun, 500.000 manat əldən çıxmış faydanın, 1.625.000 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qismən etira f etmiş, izahatında bildirmişdir ki, cavabdeh əldən çıxmış fayda və cərimə faizi ilə razı deyildir, 5.000.000 manat bağlı hissəni qəbul edir, qalan məbləğlərə etiraz edir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın qismən, 5.000.000 manat hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 noyabr tarixli 2-2(113)-6645/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 5.000.000 manat məbləğində borc və 1.625.000 manat 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 31 manat dövlət rüsumunun 27,02 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 3,98 manat məbləğinin iddiaçıya aid edilməsi qət edilmişdir ( hakim-Z.Pirverdiyev). 1
3. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında Borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı 5.000.000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə verməyi, cavabdeh isə borcu müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya geri qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı tərəfindən cavabdehdən 2016-cı il 12 aprel tarixli, 2016-cı il 1 iyul tarixli, 2017-ci il 6 fevral tarixli, 2017-ci il 16 iyun tarixli və 2017-ci il 8 dekabr tarixli pretenziya məktubları ilə 5.000.000 manat məbləğində borc pulun və 475.000 manat məbləğində faiz borcunun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdeh tərəfindən məktuba cavab verilməmişdir.
14. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad etmişdir.
15. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya olan Borc müqaviləsi üzrə 5.000.000 manat məbləğində əsas kredit borcu iş materialları ilə təsdiq olunduğundan, eyni zamanda cavabdeh tərəfindən həmin borc məbləği mübahisələndirilmədiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. İddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal h əqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
17. İddiaçı həmin əsasa görə cavabdehdən 500.000 manat pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi göstərilən hissədə əsaslı olmadığından təmin oluna bilməz.
18. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir.Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
19. İddiaçı iddia tələbinin 475.000 manat faiz borcunun tutulması hissəsi üzrə tələbin əsası kimi tərəflər arasında bağlanmış borc müqaviləsinin 1.3-cü bəndinə istinad etmişdir. Həmin bəndə əsasən borcun illik 6 faiz üzrə verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, borc, yəni kredit verilmiş pul vəsaitindən faizlərin tutulması “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank fə aliyyətinə aid olmaqla xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilən fəaliyyətdir. Buna görə də iddiaçının fəaliyyəti bank fəaliyyəti olmadığından, onun tərəfindən verilmiş borca görə hesablanmış faiz tələb edə bilməz və odur ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun(bundan sonra“KMP”) “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
21. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.
22. Göründüyü kimi, KMP-nin qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə ol ma müddəti fərqləndirilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.
23. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.
24. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-in 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqaviləni n həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.
25. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müdd əti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallard a həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
26. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.
27. Şərh olunanlara əsasən MM-in 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
28. Göstərilən faizin məbləği ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin 2.2. 1-ci bəndinə əsasən borc məbləğini 2016-cı il 1 may tarixinədək tam həcmdə geri qaytarmağı cavabdeh üzərinə öhdəlik götürmüşdür. Yəni cavabdehin borcu tam qaytarmaq öhdəliyi 2016-cı il 1 may tarixindən yaranmışdır ki, bu halda gecikdirilmiş vaxt üçün illik beş faizin hesablanması həmin tarixdən başlanmalı, iddia tələbinin həcminin artırıldığı noyabr ayınadək hesablanmalıdır. Beləliklə, cavabdehin iddiaçıya ödəməli olduğu gecikdirilmiş vaxt üçün illik beş faizin məbləği 1.625.000 manat (5.000.000 x 5%: 12 ay x 78 ay = 1.625.000 manat) təşkil edir.
29. İşin həmin hallarına və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 5.000.000 manat məbləğində borc və ******* manat 5% dərəcəsi ilə hesablanmış faiz borcu tutularaq iddiaçıya öd ənilməli və iddia qalan hissədə rədd edilməlidir.
30. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 442, 448.1, 739.1, 739.2, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 3.1-ci, MPM-in 76.1, 76.2, 77.1, 80, 119.1, 217.3 217.4-cü maddələrinə, KMP-nin “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında qərarına istinad etməklə əsaslandırmışdır.
31. Cavabdeh tərəf apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 2-2(103)-254/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, bir inci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ( bax yuxarı § 11 və §§ 27-29) ilə mübahisələndirilən hissədə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, faiz borcunun tutulması hissəsində iddia rədd edilmiş, lakin iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə də, iddianın təmin edilməyən həmin hissəsi hazırki apellyasiya baxışının predmeti deyildir. Bu baxımdan cavabdehin həmin dəlillərinə qiymət verilməsinə də zərurət yoxdur. Bundan əlavə işdən görünür ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə (faktiki olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə) verərək, həm də MM-in 445.7-ci maddəsinə əsasən 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Mülki prosessual qanunvericilikdə isə iddia tələbinin həcminin artırılması zamanı bununla bağlı pretenziya qaydasına əməl edilməli olması ilə bağlı hər hansı tələb mövcud deyildir. Bundan əlavə məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi ümumiyyətlə apellyasiya şikayətinin dəlilləri üzrə izahat verməmiş və borcun ödənilməsinə möhlət verilməsini xahiş etmişdir. Bununla bağlı qeyd olunur ki, MPM-in 231.1-ci maddəsinə əsasən həmin məsələ qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir.
34. Beləliklə birinci instansiya məhkəməs inin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Məhkəmə öz qətnaməsini MM-in 445.7 və 739.1-ci maddələrinə, MPM-in 231.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
36. Qətnamə 2023-cü il 7 aprel tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
37. Cavabdehin nümayəndəsi və vəkili 2023-cü il 1 iyun tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
38. MM-in 443.7- ci maddəsi üzrə: Məhkəmə tərəfindən verilmiş borc ilə yanaşı, gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış 1.625.000 manat məbləğinin də tutulması qət edilmişdir. MM-in 445.7-ci maddəsində nəzərdə tutulan faiz dərəcəsi öhdəliyin pozulmasına görə məsuliyyət tədbiridir. Məsuliyyət tədbiri borcluya o halda tətbiq olunur ki, bu pozuntuda borclunun təqsiri sübuta yetirilmiş olsun. Borclu tərəfindən borcun ödənilməsi onun qəsdi ilə və ya ehtiyatsızlığı ilə ehtiva olunmur. Borclu ödəmə qabiliyyətinin olmamasına görə bu məbləği geri qaytarmaq imkanında olmamışdır. Məhkəmə tərəfindən təqsirinin nədən ibarət olması qətnamədə əsaslandırılmamışdır və buna görə əlavə məsuliyyət tədbirinin qoyulmasını qeyd edilən maddənin tələbləri baxımdan əsassız hesab edirik.
39. MPM-in 217.1, 217.2, 21 7.3-cü maddələri üzrə: İşə baxılarkən cavabdeh ilə iddiaçı arasında bağlanmış borc müqaviləsinin 1.3-cü maddəsində iddiaçı tərəfindən verilmiş borc məbləğinə görə hər hansı faizin ödənilməsi nəzərdə tutulmadığı qeyd olunsa da, iş materialları ilə tanış olarkən iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş cavabdeh ilə iddiaçı arasında bağlanmış B001/15 nömrəsi ilə qeyd olunmuş müqavilənin 1.3-cü maddəsi “Bu müqavilənin şərtlərinə əsasən borcun illik 6 faiz üzrə verilməsi nəzərdə tutulur.” kimi göstərilmişdir. Eyni müqavilənin tərəflərdə olan nüsxələrində 1.3-cü maddəsinin bir-birinə zidd olan fərqli məzmunlarda göstərilməsinin araşdırılması üçün iş üzrə məhkəmə texniki ekspertizası keçirilməsinə dair vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Məhkəmənin iddia tələbinin faizlərlə bağlı hissəsini təmin etməməsi iş üzrə obyektiv, hərtərəfli araşdırma aparmaq hüququnu təmin etməməyə səbəb ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin təqdim etdikləri sübutların mötəbərliyi məhkəmə tərəfindən yoxlanılmalı və məhkəmə tərəfindən tərəflərdən hər hansı birinin məhkəməyə saxta sübut təqdim etdiyinə dair şübhə yaranarsa, həmin sübutun həqiqiliyinin müəyyən edilməsi üçün ekspertiza keçirilməli və ekspertizanın nəticələrinə uyğun olaraq müvafiq qətnamə və ya xüsusi qərardad qəbul edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.
1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddə aları gözləməlidirlər. 45. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1.Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir; (2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.1-ci, 2.2-ci, 2.3-cü, 14.1.3-cü (birinci halda), 14.1.13-cü, 16.1.9-cu, 16.1.15-ci, 16.1.16-cı, 16.1.17-ci, 16.1.18-ci, 16.2.7-ci, 22.5.7-ci, 25.1.12-ci, 30.5.4-cü, 31.1-ci, 35.1-ci, 35.3-cü, 38.1-ci, 38.2-ci, 41.2-ci, 44.2-ci, 87.4-cü, 91.2-ci, 92-ci maddələr və 89-cu maddənin adı istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.)...” “Maddə
3. Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar 3.1. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. (2023-cü il 6 iyul tarixli 935-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3.1ci maddədən “banklar və bank olmayan” sözləri çıxarılmışdır və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilmişdir.)...”
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
47. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(103)254/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
48. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq cavabdehin kassasiya şikayətinin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış məbləğin tutulması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, aşağı instansiya məhkəmələri həmin məbləğin cavabdehdən tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşlar.
49. Göstərilən faizin məbləği ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin 2.2.1-ci bəndinə əsasən, borc məbləğini 2016-cı il 1 may tarixinədək tam həcmdə geri qaytarmağı cavabdeh üzərinə öhdəlik götürmüş və buna görə də cavabdehin borcu tam qaytarmaq öhdəliyi 2016-cı il 1 may tarixindən yaranmışdır ki, bu halda gecikdirilmiş vaxt üçün illik beş faizin hesablanması həmin tarixdən başlanmalı, iddia tələbinin həcminin artırıldığı noyabr ayınadək hesablanmalıdır. Cavabdehin iddiaçıya ödəməli olduğu gecikdirilmiş vaxt üçün illik beş faizin məbləğinin 1.625.000 manat (5.000.000 x 5%: 12 ay x 78 ay = 1.625.000 manat) təşkil etdiyini nəzərə alan birinci və apellyasiya instan siyası məhkəmələri haqlı olaraq iddianın göstərilən hissədə əsaslı olması qənaətinə gəlmişdir.
50. Belə ki, KMP-nin “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-in 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.
51. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Şərh olunanlara əsasən, MM-in 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir və kassasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
52. Kassasiya şikayətinin iddia tələbindəki illik altı faiz borcu ilə bağlı dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin borcun tutulması hissəsində iddia rədd edilmiş və iddiaçı qə tnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməyən həmin hissəsini apellyasiya baxışının predmeti hesab etməmiş və cavabdehin həmin dəlillərinə qiymət verilməsinə də zərurət görməmişdir. Məhkəmə kollegiyası həmin mövqedən çıxış edərək qeyd edir ki, kassasiya şikayətində bununla bağlı cavabdehin dəlilləri əsassızdır.
53. Belə ki, iddia sözügedən hissədə rədd edildiyindən hazırda cavabdehin dəlilləri üzrə borc müqaviləsinin illik altı faiz borcu ilə bağlı 1.3-cü bəndinin mübahisə predmeti olması üçün əsas müəyyən olunmur. Bu baxımdan iddiaçının təqdim etdiyi və sübut kimi qəbul olunmuş müqavilənin cavabdehdəki müqavilənin müvafiq bəndi ilə eynilik təşkil etməməsinə dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə k ollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillərin hazırda mübahisənin predmetini təşkil etməsi üçün məntiqi və hüquqi əsas yoxdur. Digər tərəfdən sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə doğru qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
54. Ümumiyyətlə iddiaçının təqdim etdiyi borc müqaviləsinin mötəbərliyi ilə bağlı şikayətin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri kifayət qədər qanuni əsas müəyyən etdiyindən və tərəflərin iradələrinin ifadə etməsi ilə bağlı hər hansı hüquq pozuntusunu aşkar etmədiyindən həmin müqaviləni sübut kimi qəbul etmişdir. Məhkəmə nin ekspertiza təyin etməməsinə və sübutları əlaqələndirməməsinə dair dəlillərə münasibətdə isə qeyd olunmalıdır ki, kassasiya şikayətində bununla bağlı dəlillər də əsassız olmaqla apellyasiya məhkəməsinin qanuni qətnaməsinin ləğv olunması üçün əsas təşkil etmir. İş üzrə ekspertizanın təyin edilməsi isə MPM-in 97.1-ci maddəsinə əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmələr həmin hüquqdan istifadə olunmasına lüzum görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verilməmişdir.
55. Kassasiya şikayətinin digər dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıd ır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
56. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasın ın 2023-cü il 28 mart tarixli 2-2(103)-254/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 22(103)-254/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.