Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-412/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdehlər "X” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər "X” MMC-yə və Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əvvəlki qeydin bərpa edilməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)467/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2015-ci il 19 avqust tarixli 2(043)3165/2015 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cəlilabad rayon filialı X1 borcun girov qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi tələbinə dair mülki işlə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2009-cu il 25 avqust tarixli qətnaməsi ilə X2 İddiaçı ASC Cəlilabad rayon filialına olan 9500 manat məbləğində kr edit borcunun həmin kreditin təminatı olan ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməklə icra edilməsi, dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun İddiaçı ASC Cəlilabad rayon filialına verilməsi qət edilmişdir.
2. İddiaçı ASC Cəlilabad rayon şöbəsinin X3 və qeyrilərinə qarşı həyətdən, evdən çıxarılma və pasport qeydiyyatından çıxarılmaları barədə iddia tələbi üzrə Biləsuvar Rayon Məhkəməsinin 2010-cu il 27 avqust tarixli qətnaməsi ilə X4 və ailə üzvləri ünvan 1 həyətdən və evdən və pasport qeydiyyatından çıxarılmaları qət edilmişdir.
3. Biləsuvar Rayon Məhkəməsinin 2009-cu il 25 avqust tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Biləsuvar Rayon Məhkəmə İcraçıları Qrupuna göndərilmişdir.
4. X3 məxsus ünvan 1 ünvanda yerləşən fərdi ya şayış evinin satışının təşkil edilməsi üçün hərrac mərkəzinə məktub ünvanlanmışdır.
5. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlər tərəflərə göndərilmiş, hərrac təşkil edilmiş və hərracın nəticəsi olaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin Cəlilabad rayon filialına satılmış və bundan sonra qeyd edilən əmlak İddiaçı ASC-nin Cəlilabad rayon filialının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməklə 2010-cu il 19 oktyabr tarixli MA ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC (bundan sonra mətndə-iddiaçı) cavabdehlər "xxxx" MMC-yə (bundan sonra mətndə MMC) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə (bundan sonra mətndə 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-273/2009 saylı, 2009-cu il 25 avqust tarixli icra sənədinin icrası ilə əlaqədar MMC tərəfindən tərtib edilmiş № 31/02 saylı, 2010-cu il 5 iyul tarixli hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 fərdi yaşayış evinə dair iddiaçının Cəlilabad rayon filialının adına verilmiş 2010-cu il 19 oktyabr tarixli, MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilərək əvvəlki qeydin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, işin yuxarıda göstərilmiş hallarına əsasən (bax yuxarıda mətndə 1-6-cı bəndlər) icra vərəqəsinin icrası ilə əlaqədar keçirilmiş hərrac qanun tələblərinə zidd olaraq keçirildiyindən etibarsız hesab edilməlidir. Hərrac Mərkəzi MMC tərəfindən X3 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satışı üçün açıq hərracın keçirilməsi barədə bildirişlər iddiaçıya göndərilmişdir. Daha sonra MMC tərəfindən 2010-cu il 25 may tarixli 01/806 saylı məktubu ilə iddiaçıya müraciət edilərək ipoteka predmeti olan fərdi yaşayış evini 30 təqvim günü ərzində əldə etmək təklif edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinin əldə edilməsinə razılıq verilməsinə dair Hərrac Mərkəzi MMC-yə heç bir məktub ünvanlanmamışdır.
8. Hərrac təşkilatçısı tərəfindən təklif iddiaçının Cəlilabad rayon filialına deyil, ASC-yə ünvanlanmışdır. İddiaçının Cəlilabad rayon filialı X3 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, Biləsuvar Rayon Məhkəməsinin 2009-cu il 25 avqust tarixli qətnaməsinin icrası ilə əlaqədar hərrac təşkilatçısı tərəfindən tərtib edilmiş hərracın yekunlarına dair №70/02 saylı 2010-cu il 5 iyul tarixli protokolu imza etmək səlahiyyəti olmamışdır. Belə ki, filial hüquqi şəxs olmadığından və yalnız əsasnamə əsasında fəaliyyət göstərdiyinə görə hərracda alıcı qismində iştirak edə bilməz, hərrac protokolunun imzalanması iddiaçı tərəfindən həyata keçirilməmişdir. Hərrac protokolunun imzalanması və çıxarışın alınması ilə bağlı filiala hər hansı bir səlahiyyət verilməmişdir.”
9. İddiaçı tələbinin hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətn də MM) 53.2, 53.3, 416.1, 416.2, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 2 sentyabr tarixli, e-2-2(113)1148/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Leyla Əliyeva).
12. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı iddia ərizəsində mübahisəli hərracın keçirilməsi zamanı qanunla müəyyən edilmiş hansı qaydaların pozulduğunu dəqiqləşdirməmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar isə hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi üçün əsas vermir. Bununla yanaşı işin hallarından göründüyü kimi iddiaçı hazırkı iddianı hərracın yekunları barədə 2010-cu il 5 iyul tarixli mübahisəli protokolun və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsinin imzalanmasından 10 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır.
13. MM-in 415.5-ci maddəsinin məzmunundan göründüyü kimi hərracın nəticələri üzrə yekun protokol hüquqi mahiyyətinə görə alıcı, satıcı (sifarişçi) və hərrac təşkilatçısı üçün mülki hüquq və öhdəliklər yaradan əqddir. Belə olan halda əqdin etibarsız hesab edilməsi ilə bağlı MM-in 354-cü maddəsində müəyyən edilmiş müddətlər hərracın nəticələri haqqında protokola münasibətdə də tətbiq edilməlidir. MM-in 354.2-ci maddəsinin məzmunundan göründüyü kimi qanunverici əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən hesablanan həmin müddət keçdikdən sonra əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir.
14. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. İddiaçının mübahisəli hərracın yekunlarına dair protokolun imzalandığı və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlandığı vaxtdan protokolun etibarsız hesab edilməsinə dair əsas kimi istinad etdiyi halları bilməli olduğu halda, hazırkı iddianı 10 ilə yaxın müddət keçdikdən sonra qaldırdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia MM-in 354.2-ci maddəsində nəzərdə tutul muş kəsici müddət buraxılmaqla, yəni iddiaçı əqdi mübahisələndirmək hüququnu itirdikdən sonra verilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 354, 415.5, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)467/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova ).
18. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına isti nad edərək göstərmişdir ki, qanunvericiliyə görə borclunun ipotekaya qoyulmuş əmlakların satılması icra məmurunun sifarişi əsasında ixtisaslaşdırılmış müəssisələr tərəfindən açıq hərrac təşkil edilməklə həyata keçirilir. Hərrac baş tutmadıqda isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanına malikdir. Baxmayaraq ki, MM-in 53.3-cü maddəsinin tələbi baxımından, iddiaçının Cəlilabad rayon filialı hüquqi şəxs deyil, hər bir halda, həmin filial Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2009-cu il 25 avqust tarixli, 2(022)-273/2009 saylı qətnaməsinə əsasən verilmiş icra (vərəqi) sənədi üzrə tələbkardır. Biləsuvar rayon Məhkəməsinin həmin qətnamənin icrası qaydasında icra məmurunun sifarişinə uyğun olaraq, cavabdeh hərrac tə şkilatçısı kimi ipoteka haqqında qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirmiş və onun hərəkətlərində hər hansı bir qanunsuzluq hallarına yol verilməmişdir. Belə olan halda, hərrac təşkilatçısının həmin hərracın nəticələri haqqında 31/02 saylı, 2010-cu il 5 iyul tarixli yekun protokoluna müvafiq olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında hərrac obyektinin cavabdeh 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində iddiaçının Cəlilabad filialının adına mülkiyyət hüququ ilə qeydiyyata alınaraq bu barədə ona çıxarış verilməsi də qanunsuz hesab edilə bilməz. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən mənzillərin açıq hərracdan əldə olunması daşınmaz əmlakın dövlət reyestrində hüququn qeyd alınmasına əsas verir. Beləliklə, hərrac təşkilatçısı cavabdehlərin iddiaçı bank qarşısında mülki qanunvericiliyin tələblərinin pozulması ilə müşayət olunan məsuliyyətini müəyyən edən əsasların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmir.
19. Eyni zamanda, iddiaçı tərəfindən cavabdeh hərrac təşkilatçısı tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 31/02 saylı yekun protokolun etibarsız hesab edilməsini mübahisələndirmək üçün qanunla müəyyən edilən iddia müddətini (kəsici müddəti) ötürmüşdür. İddia ərizəsindən görünür ki, iddiaçı hərrac təşkilatçısı tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlərin ona da ona göndərildiyini təsdiq edir. Deməli, hərracın 2010-cu ilin iyul ayında keçirildiyini bilmişdir. Digər tərəfdən bankın Cəlilabad şöbəsi ASC-nin filialı olduğu halda, hərracın nəticələri ni bilməli idi. İddiaçı isə MM-nin 354.2-ci maddəsinin qeyd olunan tələbi baxımından, hərrac təşkilatçısı tərəfində keçirilmiş hərracın nəticələrinin etibarsızlığını mübahisələndirmək üçün müəyyən edilən bir illik iddia müddətin qarşılığında, 10 ilə yaxın müddət keçdikdən sonra yalnız bununla bağlı məhkəmədə iddia qaldırmış, qanunla müəyyən kəsici müddəti buraxmışdır.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 53.3, 354.2, 415.5, 416.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1, 42.6, 43.1, 43.5, 43.7, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2, 61.1, 61.2, 62.1, 62.2, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci 20 may tarixdə iddiaçıya məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. 22. 2021-ci il 8 iyul tarixdə həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
23. Hərrac Mərkəzi tərəfindən X3 məxsus fərdi yaşayış evinin satışı üçün bildirişləri iddiaçıya ünvanlanmış, daha sonra hərrac mərkəzi tərəfindən 2010-cu il 25 may tarixli 01/806 saylı məktub ilə iddiaçıya müraciət edilərək fərdi yaşayış evini əldə etmək təklif edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinin əldə edilməsinə razılıq verilməsinə dair MMC-yə heç bir məktub ünvanlanmamışdır. İddiaçı tərəfindən əmlakın al ınmasına razılıq verilməməsi, nəticədə, hərrac protokolunun iddiaçının Cəlilabad rayon filialının adına rəsmiləşdirilməsi hərracın qanunun tələblərinə zidd olaraq keçirilməsinin əyani sübutudur. Hər bir halda Cəlilabad rayon filialının əsasnamə əsasında fəaliyyət göstərdiyinə görə hərracda alıcı qismində iştirak etmək, 2010-cu il 5 iyul tarixli protokolu imza etmək, əmlaka dair mülkiyyət çıxarışı alınması üçün daşınmaz əmlakın dövlət reyestrinə müraciət etmək səlahiyyətinin olmaması və nəticədə hərrac mərkəzi, eləcə də daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən müvafiq qurum tərəfindən filialın adına rəsmiləşdirmə işlərinin yerinə yetirilməsi tamamilə qanunsuz və əsassız hesab edilməlidir.
24. Apellyasiya məhkəməsini gəldiyi digər nəticə ondan ibarətdir ki, iddiaçı hərrac təşkilatçı sı tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlərin ona göndərildiyini təsdiq edir. Digər tərəfdən Cəlilabad filialı Bankın filialı olduğu halda hərracın nəticələrini bilməli idi. Məhkəmə bu mövqeyə düzgün araşdırma aparmadan əsassız olaraq gəlmişdir. Belə ki, hərracın nəticəsi Banka daha əvvəl məlum olmamışdır. Borclu tərəfindən ipoteka predmetinin ona qaytarılması ilə bağlı 2020-ci ilin fevral ayında iddiaçıya müraciət edildikdən sonra hərracın nəticələri Banka məlum olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə" dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilməli idi ki, daşınmaz əmlaka dair mülkiyyət hüququnun filialın adına qeydə alınması əsassızdır. Qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququnun subyekti hüquqi şəxsdir. Hazırki vəziyyətdə isə filial hüquqi şəxs olmadığı üçün əmlak üzərində filialın adına əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tamamilə əsassızdır.
26. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 53, 153, 154, “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanunun 17, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləs inin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə" dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarına istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
28. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər.
29. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakları olmadan baxılmasını m ümkün hesab etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlay arkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
33. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
53. Nümayəndəliklər və filiallar 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşki latlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.” “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdl ər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.... 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya gö stərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.... 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlama ğa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.http://www.e-qanun.az/framework/46944 3 39.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.” “Maddə
351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti... 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....” “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş z orakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər....” “Maddə
367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir....” Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası... 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaq dan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar....” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri.. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” 34. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “M a d d ə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək ü çün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.... 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur....” “M a d d ə
43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir:... 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 f aiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun...." 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;...”
36. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhk əmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.”
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “… mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-n əzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itiri lməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.” IV. Kassasiya insatnsiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə Biləsuvar Rayon Məhkəməsinin 2009-cu il 25 avqust tarixli qətnaməsinin icra edilməsi üçün, verilmiş icra vərəqəsi əsasında X3 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satışının təşkil edilməsi üçün hərrac keçirilmişdir. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlər tərəflərə göndərilmiş, hərrac təşkil edilmiş və hərracın nəticəsi olaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin Cəlilabad rayon filialına satılmış və bundan sonra qeyd edilən əmlak İddiaçı ASC-nin Cəlilabad rayon filialının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməklə 2010-cu il 19 oktyabr tarixli MA ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
40. İddiaçı hazırki tələbində ona istinad etmişdir ki, icra vərəqəsinin icrası ilə əlaqədar keçirilmiş hərrac qanun tələblərinə zidd olaraq keçirilmişdir. Həmçinin, filialın hərracda alıcı qismində iştirak etmək, hərrac protokolunu imzalamaq və çıxarış almaq kimi hüquqları olmamışdır.
41. İşə baxmış məhkəmələr tərəfindən iddia tələbi əsassız hesab edilərək göstərilmişdir ki, iddiaçı tərəfindən mübahisəli hərracın keçirilməsi zamanı qanunla müəyyən edi lmiş hansı qaydaların pozulduğu dəqiqləşdirməmişdir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar isə hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi üçün əsas vermir. Bundan əlavə, iddiaçı cavabdeh hərrac təşkilatçısı tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında № 31/02 saylı yekun protokolun etibarsız hesab edilməsini mübahisələndirmək üçün qanunla müəyyən edilən iddia müddətini (kəsici müddəti) ötürmüşdür.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu, apellyasiya şikayətinin dəlillərinə (bax yuxarıda §§23-25) apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tələbinə uyğun qiymət verilmişdir
43. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilmişdir ki, baxmayaraq ki, MM-in 53.3-cü maddəsinin tələbi baxımından, iddiaçının Cəlilabad rayon filialı hüquqi şəxs deyil, hər bir halda, həmin filial Biləsuvar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2009-cu il 25 avqust tarixli, 2(022)-273/2009 saylı qətnaməsinə əsasən verilmiş icra (vərəqi) sənədi üzrə tələbkardır. Biləsuvar Rayon Məhkəməsinin həmin qətnamənin icrası qaydasında icra məmurunun sifarişinə uyğun olaraq, cavabdeh hərrac təşkilatçısı kimi “İpoteka haqqında” qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirmiş və onun hərəkətlərində hər hansı bir qanunsuzluq hallarına yol verilməmişdir. Belə olan halda, hərrac təşkilatçısının həmin hərracın nəticələri haqqında 31/02 saylı, 2010-cu il 5 iyul tarixli yekun protokoluna müvafiq olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında hərrac obyektinin cavabdeh 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində iddiaçının Cəlilabad filialının adına mülkiyyət hüququ ilə qeydiyyata alınaraq bu barədə ona çıxarış verilməsi də qanunsuz hesab edilə bilməz. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən mənzillərin açıq hərracdan əldə olunması daşınmaz əmlakın dövlət reyestrində hüququn qeyd alınmasına əsas verir. Beləliklə, hərrac təşkilatçısı cavabdehlərin iddiaçı bank qarşısında mülki qanunvericiliyin tələblərinin pozulması ilə müşayət olunan məsuliyyətini müəyyən edən əsasların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmir.
44. Məhkəmə həmçinin onu nəzərə almışdır ki, iddiaçı tərəfindən cavabdeh hərrac təşkilatçısı tərəfindən tərtib edilmiş hərracın nəticələri h aqqında №31/02 saylı yekun protokolun etibarsız hesab edilməsini mübahisələndirmək üçün qanunla müəyyən edilən iddia müddətini (kəsici müddəti) ötürmüşdür. İddia ərizəsindən görünür ki, iddiaçı hərrac təşkilatçısı tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlərin ona da ona göndərildiyini təsdiq edir. Deməli, hərracın 2010-cu ilin iyul ayında keçirildiyini bilmişdir. Digər tərəfdən bankın Cəlilabad şöbəsi ASC-nin filialı olduğu halda, hərracın nəticələrini bilməli idi. İddiaçı isə MM-nin 354.2-ci maddəsinin qeyd olunan tələbi baxımından, hərrac təşkilatçısı tərəfində keçirilmiş hərracın nəticələrinin etibarsızlığını mübahisələndirmək üçün müəyyən edilən bir illik iddia müddətin qarşılığında, 10 ilə yaxın müddət keçdikdən sonra yalnız bununla bağlı məhkəmədə iddia qaldırmış, qanunla müəyyən kəsici müddəti buraxmışdır.
45. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, MM-in “etibarsız əqdlər üzrə müddətlər” adlanan 354-cü maddəsində əqdlərin mübahisələndirilməsi üçün konkret müddət müəyyən edilmişdir. Həmin müddət, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir ildir (bax yuxarıda §33).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
47. Kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz h üququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur (bax yuxarıda §37).
48. Məhkəmə kollegiyası MM-in 354-cü maddəsinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddətin ötürülməsi barədə düzgün nəticəyə gəl mişdir.
49. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 50.Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli, 2-2(103)-467/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov