Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-412/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-412/2023 Açar sözlər: kredit borcunun tutulması, eskpert rəyi ilə əsas və faiz borcunun olmadığının müəyyənləşməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X3 ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli, 22(105)-20/2023 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı A SC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2009-cu il 17 mart tarixli, 133 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən borc alana 2.500.000 manat məbləğində 12 ay müddətinə, 2010-cu il 17 mart tarixinədək qaytarılmaqla, illik 4 faiz ödənilmək şərti ilə kredit verir.
2. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2010-cu il 18 noyabr tarixli, 113/1 saylı kredit müqaviləsinin (133 saylı kredit müqaviləsinə əlavə) 1.1-ci bəndinə əsasən 2011-ci il 14 noyabr tarixinədək qaytarılmaq şərti ilə borc verən tərəfindən borc alana 2.500.000 manat məbləğində kredit verilmişdir. 2010-cu il 16 noyabr tarixindən etibarən verilmiş kreditin illik faiz dərəcəsi 4 faizdən 6,5 faizə ar tırılır.
3. Həmin müqavilələrin 2.4-cü bəndlərinə əsasən, kreditdən istifadəyə görə faizlər borc alanın ssuda hesabı üzrə borcun yarandığı gündən başlayaraq hər təqvim günü üçün borcun tam ödənildiyi tarixə qədər hesablanır (əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür) və hər ayın axırıncı iş günündən gec olmayaraq “borc alan” tərəfindən ödənilməlidir.
4. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin 2022-ci il 30 iyun tarixli arayışında Cavabdeh MMC-nin 2009-cu il 31 mart tarixindən 2017-ci il 20 iyul tarixədək əsas borc üzrə 2.411.443 manat və faiz borcu üzrə 768.609,89 manat olmaqla, ümumilikdə 3.180.052,89 manat ödəniş etdiyi göstərilmişdir.
5. İş materiallarında olan 2021-ci il 30 iyun tarixli mal iyyə arayışında Cavabdeh MMCnin 2021-ci il 24 iyun tarixinə əsas borc üzrə 88.557 manat, faiz borcu üzrə 64.174,99 manat, cərimə borcu üzrə 15.309,32 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu üzrə 50.639,10 manat olmaqla, cəmi 218.680,41 manat məbləğində borcunun olduğu qeyd edilmişdir. II. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “iddiaçı”) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 2022-ci il 8 fevral tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 88.557 manat əsas, 64.174,99 manat faiz, 15.309,32 manat cərimə, 50.639,10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 218.680,41 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 109 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İd dia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2009-cu il 17 mart tarixli, 133 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 4% ödənilmək şərtilə 2.500.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 88.557 manat əsas, 64.174,99 manat faiz, 15.309,32 manat cərimə, 50.639,10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi nin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 218.680,41 manat borcu mövcuddur. Cavabdehə 2009-cu il 17 sentyabr tarixli, 113 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir.
8. Tələbin maddi hüquqi əsası kimi Azər baycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 472.1, 472.2, 739.1-ci; X2 3.4, 36.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 4.1-ci maddələrinə istinad edilmişdir.
9. Cavabdeh 2022-ci il 18 aprel tarixində vəsatət ilə məhkəməyə müraciət edərək məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 27 aprel tarixli, e-2-2(119)274/2022 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair kommersiya iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim – X.Tağıyev).
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 22 iyul tarixli 9/3581 nömrəli ekspert rəyinin tədqiqat hissəsində g östərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və təqdim edilmiş maliyyə arayışı məlumatları 2009-cu il 17 mart tarixli, 133 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin müqavilə müddətinin bitdiyi 2010-cu il 17 mart tarixə iddiaçıya olan borcu 2.512.390,44 manat məbləğində müəyyən edilmişdir, o cümlədən əsas borcu 2.500.000 manat; faiz borcu 12.390,44 manat təşkil etmişdir.
12. Müqavilə müddətinin bitdiyi 2010-cu il 17 mart tarixindən 2021-ci il 24 iyun tarixədək olan dövr üzrə illik 4% ilə hesablanan faiz borcu 427.884,71 manat məbləğində təşkil etmişdir. Borcalan tərəfindən 2010-cu il 17 mart tarixindən son ödənişina parıldığı 2017-ci il 20 iyul tarixədək 3.223.744,49 manat məbləğində ödəniş aparıldığı müəyyən edilmişdir. Aparılmış ödəniş in 12.390,44 manatı müqavilə müddəti bitən tarixə olan faiz borcu üzrə, 2.500.000, manatı əsas borc üzrə, 427.884,71 manatının isə 2010-cu il 17 mart tarixindən 2021-ci il 24 iyun tarixədək olan dövr üzrə illik 4% ilə hesablanan faiz borcundan silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə cavabdehin iddiaçıya olan borcu müəyyən edilməmiş, 283.469,35 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır.
13. Cavabdeh 2022-ci il 9 avqust tarixində vəsatət ilə məhkəməyə müraciət edərək iddiaçının cavabdehə qarşı "kredit müqaviləsi üzrə borc t ələbinə dair" iddiasının iddia tələbinin əsassız olması, eyni zamanda iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə verildiyindən iddia müddətinin tətbiq edilməsi əsasları ilə rədd edilməsini xahiş etmişdir.
14. Vəsatət belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sübutlardan, eyni zamanda Məhkəmə Ekspertiza tərəfindən aparılan tədqiqat nəticəsində verilən ekspert rəyinə əsasən, iddia ərizəsi tamamilə əsassız olması ilə yanaşı həm də iddia müddətinin ötürülməsi ilə verilmişdir. Belə ki, borcalanın müqavilə üzrə son ödəniş tarixi 2017-ci il 20 iyul tarixi olduğu halda, iddia ərizəsi 4 il 8 ay sonra, yəni 3 illik iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə verilmişdir.
15. İddiaçı 2022-ci il 12 avqust tarixində ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək iş üzrə tək rar ekspertiza təyin edilməsi ilə bağlı müvafiq qərardadın qəbul edilməsini xahiş etmişdir.
16. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 16 avqust tarixli, e-2-2(119)274/2022 saylı qərardadı ilə vəsatət təmin edilərək iş üzrə əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir (hakim - H.Alıyeva).
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 8 sentyabr tarixli 9/6396 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və təqdim edilmiş maliyyə arayışı məlumatları 2009-cu il 17 mart tarixli, 133 saylı nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin müqavilə müddətinin bitdiyi 2010-cu il 17 mart tarixə iddiaçıya olan borcu 2.512.390,44 manat məbləğində müəyyən edilmişdir, o,cümlədən əsas borcu 2.500.000 manat, faiz borcu 12.390,44 manat təşkil etmişdir.
18. Qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı əsas borc üzrə faiz məbləği 2009-cu il 17 mart tarixindən müqavilə müddətinin bitdiyi 2010-cu il 17 mart tarixədək illik faiz dərəcəsi 4% ilə, 2010-cu il 16 noyabr tarixindən kredit müqaviləsinə əlavənin müddətinin bitdiyi 2021-ci il 14 noyabr tarixədək illik faiz dərəcəsi 6,5% ilə faiz borcu, 2011-ci il 14 noyabr tarixindən 2021-ci il 24 iyun tarixədək 5% dərəcəsi ilə faizlər hesablanmışdır. Borcalan tərəfindən 2009-cu il 31 mart tarixindən son ödəniş aparıldığı 2017-ci il 20 iyul tarixədək 3.311.632 manat məbləğində ödəniş aparıldığı müəyyən edilmişdir. Aparılmış ödənişin 100.277,78 manatı müqavilə müddəti bitən tarixə olan faiz borcu üzrə, 2.500.000 manatı əsas borc üzrə, 157.621,76 manatı, 2010-cu il 16 noyabr tarixindən 2011-ci 14 noyabr tarixədək illik 6,5% ilə hesablanmış faiz borcundan və 2011-ci il 14 noyabr tarixindən 2021-ci il 24 iyun tarixədək olan müddət üzrə illik 5% dərəcəsi ilə hesablanmış 371.032,21 manat faiz borcundan silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə cavabdehin iddiaçıya olan borcu müəyyən edilməmişdir, 182.700,08 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamıışdır.
19. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli, 2- 2(119)274/2022 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “borcun tutulması” barədə iddia tələbi rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə-mühasibat və əlavə məhkəmə-mühasibat ekspertizaları tədqiqatının dəyəri olan cəmi 250 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim - H.Alıyeva).
20. Beləliklə, 2022-ci il 22 iyul tarixli, 9/3581 nömrəli və 2022-ci il 8 sentyabr tarixli, 9/6396 nömrəli ekspert rəylərinə əsasən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya əsas və faiz borcu yoxdur, hətta artıq ödənişlər edilmişdir. Cavabdehin cərimə borcu ilə bağlı hər iki ekspert rəyində bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borc alana həmin kred it müqaviləsi üzrə cərimə hesablanmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və göstərilən kredit müqaviləsi üzrə cavabdehin borcunun olması sübuta yetməmişdir.
21. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı “borcun tutulması” barədə iddia tələbi rədd edilməlidir.
22. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizası və əlavə məhkəmə-mühasibat ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 250 manat məbləğində pul vəsaiti iddiaçıdan dövlət nəfinə tutularaq X1 ödənilməlidir. 23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublika sının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
24. Məhkəmə öz mövqeyini “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci; MPM-in 14.2, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. İddiaçı 2022-ci il 29 noyabr tarixində apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli, e-2-2(119)-274/2022 saylı qətnaməsini ləğv edərək cavabdehdən 88.557,00 manat əsas, 64.174,99 manat faiz, 15.309,32 manat cərimə, 50.639,10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği, cəmi 218.680,41 manat məbləğində pulun tutulması barədə iddia tələbinin tam təmin olunaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı vəsatət ilə 2023-cü il 20 fevral tarixində məhkəməyə müraciət edərək məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 fevral tarixli, 2-2(105)-20/2023 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə əlavə məhkəmə-mühasibatlıq e kspertizası təyin edilmişdir (sədrlik edən – İ.Dəmirov, hakimlər – Ş.Abbasov və Z.Məmmədov).
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023cü il 10 mart tarixli, 9/1581 nömrəli rəyi ilə iş materiallarında olan hesabdan çıxarış və təqdim edilmiş maliyyə arayışı məlumatları 2009-cu il 17 mart tarixli, 133 saylı nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdehin müqavilə müddətinin bitdiyi 2010-cu il 17 mart tarixə iddiaçıya olan borcu 2.512.390,44 manat məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcu 2.500.000 manat, faiz borcu 12.390,44 manat, hazırki ekspertiza tədqiqatı zamanı əsas borc üzrə faiz məbləği 2009-cu il 17 mart tarixindən müqavilə müddətinin bitdiyi 2010-cu il 17 mart tarixədək illik faiz dərəcəsi 4% ilə, 2010-cu il 16 noyabr tarixindən kredit müqaviləsinə əlavənin müddətinin bitdiyi 2011-ci il 14 noyabr tarixədək illik faiz dərəcəsi 6,5% ilə faiz borcu, 2011-ci il 14 noyabr tarixindən 2021-ci il 24 iyun tarixədək 5% dərəcəsi ilə faizlər hesablanmış, 2011-ci il 14 noyabr tarixə cavabdehin iddiaçıya olan borcu 2.436.926,08 manat məbləğində müəyyən edilmiş, o cümlədən əsas borcu 2.430.781,6 manat, faiz borcu 6.144,48 manat, 2011-ci il 14 noyabr tarixindən 2021-ci il 24 iyun tarixədək olan müddət üzrə əsas borca illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 371.032,21 manat təşkil etmişdir. Borcalan tərəfindən 2009-cu il 31 mart tarixindən son ödənişin aparıldığı 2017-ci il 20 iyul tarixədək 3.311.632 manat məbləğində ödəniş aparıldığı müəyyən edilmiş, aparılmış ödənişin 100.277,78 manatı müqavilə müdd əti bitən 2010-cu il 17 mart tarixədək illik 4% dərəcəsi ilə hesablanan faiz borcu üzrə, 2.500.000 manatı əsas borc üzrə, 157.621,76 manatı 2010-cu il 16 noyabr tarixindən 2011-ci il 14 noyabr tarixədək illik 6,5% ilə hesablanmış faiz borcundan və 2011-ci il 14 noyabr tarixindən 2021-ci il 24 iyun tarixədək olan müddət üzrə illik 5% dərəcəsi ilə hesablanmış 371.032,21 manat faiz borcundan silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə cavabdehin iddiaçıya olan borcunun olmadığı, 182.700,08 manat məbləğində artıq ödəniş aparıldığı, Bank tərəfindən kredit müqaviləsi üzrə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadığı müəyyən edilmişdir.
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli, 2-2(105)-20/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 21 oktyabr tarixli, e-22(119)- 274/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması, iş üzrə kecirilmiş əlavə məhkəmə-mühasibatlıq eksprtizasının dəyəri olaraq 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən – İ.Dəmirov, hakimlər – F.Məmmədov və Z.Məmmədov).
30. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya əsas və faiz borcu yoxdur, hətta artıq ödənişlər edilmişdir. Cavabdehin cərimə borcu ilə bağlı hər üç ekspert rəyində bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlu matları təqdim edilmədiyindən ekspertiza zamanı borc alana həmin kredit müqaviləsi üzrə cərimə hesablanmadığı qeyd edilmişdir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 22 iyul tarixli, 9/3581 nömrəli, 2022-ci il 8 sentyabr tarixli, 9/6396 nömrəli və 2023-cü il 10 mart tarixli, 9/1581 nömrəli rəyləri qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir.
32. Məhkəmə kolegiyası həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi münasibət bildirilməsini zəzruri hesab etmişdir. Belə ki, ümumi qəbul olunmuş hüquq nəzəriyyəsinə əsasən iddia müddətinin tətbiqi barədə ərizə verildikdə iddia müddətinin keçməsi təsdiq olunarsa, hər hansı hüquqi araşdırma aparılmadan iddia tələbi təmin olunmamalıdır. Lakin birinci instansiya məhkəməsində müvafiq hüquqi araşdırma aparılaraq Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 22 iyul tarixli, 9/3581 nömrəli ekspert rəyi alındıqdan sonra, həmçinin iddia müddətinin tətbiqinə dair cavabdehin nümayəndəsi tərəfindən ərizə verilmişdir. İşin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən qaldırılmış hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, borcalanın müqavilə üzrə son ödəniş tarixi 2017-ci il 20 iyul olduğu halda, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 8 fevral tarixində müraciət etmişdir. Lakin bununla belə bu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Belə ki, MPMnin 385.2-ci maddəsinə əsasən birinc i instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 14.2, 77.1, 88, 101.3, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 8 may tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
35. İddiaçı 2023-cü il 7 iyun tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 27 aprel tarixli, 2-2(105)-20/2023 saylı qətnaməsini ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
36. MM-nin 442-ci maddəsinin tələ bi pozulmuşdur – məhkəmə qərar qəbul edərkən, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 10 mart tarixli, 9/1581 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Qeyd edilən rəyin ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olubolmaması müəyyən edilməmişdir, iddiaçı rəydən narazı olduğu üçün məhkəmədən iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət təmin edilməmişdir. Bununla da apellyasiya məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. Bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Eyni iş üzrə verilmiş üç ekspert rəyi qalıq borcun və ödənilmiş məbləğlərin hesablanması baxımından bir-birindən tamamilə fərqlənir.
37. İddiaçı 2023-cü il 10 mart tarixli, 9/1581 saylı ekspert rəy i ilə razı olmadığını və rəydə göstərilən nəticəyə gəlməsinin aydın olmaması ilə əlaqədar yeni ekspertizanın keçirilməsini xahiş etmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il 27 aprel tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasına dair ərizə təmin olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılan və məhkəməyə təqdim edilən eskpert rəyində kifayət qədər səhvlər olduğu üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Kredit müqaviləsi üzrə edilmiş ödənişlər qanunvericiliyə və kredit müqavilələrinə əsasən ilkin olaraq ödəniş tarixinə mövcud olan faizlərə, sonra isə əsas borca silindiyi halda borc məbləğləri mütləq dəyişəcəkdir. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilm əli olduğu halda məhkəmə tərəfindən belə qərar qəbul edilməmişdir. Bu baxımdan mühasibatlıq ekspertizasının keçirilməsi mütləqdir. Bundan başqa, cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini gecikdirsə, hər gecikdirilmiş gün üçün kreditin ödənilməmiş hissəsinə görə ikiqat cərimə ödəyir. Bu müqavilələrə əsasən cavabdehə haqlı olaraq cərimə hesablanmışdır və bu hissədə də iddia tələbi haqlıdır və iddia tələbi bu hissədə tam təmin olunmalıdır. Cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə cərimələr cavabdehden tam şəkildə tutulmalıdır. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsi ekspert rəyinə düzgün qiymət verməmiş və ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış qərara gəlmi şdir.
38. MPM-nin 77-ci maddəsinin tələbi pozulmuşdur – Məhkəmə cavabdehin hüquqi şəxs olmasını nəzərə almamışdır. Belə ki, cavabdehin ifadələrində yer alan hallar yəni pulun banka təqdim edilməsinə dair kassa mədaxil qəbzi və köçürmə sənədi onun tərəfindən təqdim edilmədiyi üçün sübuta yetirilməmişdir. Cavabdeh pul vəsaitləri ilə bağlı tədiyyə balansını, vergi hesabatlarını məhkəməyə təqdim etməmiş, məhkəmə isə öz növbəsində həmin sübutları tələb etməmişdir. Həmin sənədlər ekspert tərəfindən araşdırılsa və üzləşdirilsə bu zaman cavabdeh tərəfindən kredit üzrə ödənişlərlə bağlı vəziyyətin nə yerdə olması açıq-aydın görünərdi. Lakin məhkəmə bu hissəyə əhəmiyyət verməmiş, təkrar ekspertizanın keçirilməsi ilə bağlı təqdim olunmuş vəsatəti etməmişdir. Bununla da cavabdehin verdiyi izahatları v ə mülahizələri təsdiq edən sübut və dəlillər təqdim olunmamasını nəzərə alaraq həmin sənədlərin tələb edilməsi zəruri hesab edilmişdir.
39. MPM-nin 88-ci maddəsinin tələbi pozulmuşdur – Sumqayıt Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
40. MPM-nin 103.1-ci maddəsinin tələbi pozulmuşdur – ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin məhkəmə tərəfindən ekspert rəyi yeganə sübut kimi qəbul olunmuş və yalnız ona istinad olunmuşdur.
41. MPM-nin 217-ci maddəsinin tələbi pozulmuşdur – Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol verilmişdir. İddiaçı qeyd etmişdir ki, kassasiya şikayəti təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. IV. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrin ə uyğun olaraq yoxlanılacaqdır.
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüquq una müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır...” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır...” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir...” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafi q olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür...” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “M addə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
101. Ekspert rəyi... 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Maddə
420. Kassasiya m əhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli, 2-2(105)20/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
49. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, məhkəmə tərəfindən ek spert rəyinin düzgün olub-olmaması müəyyən edilməmiş, həmçinin hüquqi şəxs olan cavabdehdən tədiyyə balansı, vergi hesabatları və s. sənədlər tələb olunmamışdır.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, MPM-in 101.3-cü maddəsinə əsasən, ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırkı halda, məhkəmələr tərəfindən üç dəfə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş, ekspert rəyləri ilə cavabdehin iddiaçıya əsas və faiz borcunun olmadığı, hətta artıq ödənişlər olunduğu müəyyən edilmiş, cavabdehin cərimə borcu ilə bağlı hər üç eskpert rəyində bank tərəfindən cərimənin hesablanması ilə bağlı hesabdan çıxarışların təqdim olunmaması səbəbindən cavabdehə mübahisəli kredit müqavilələri üzrə cərimənin hesabla nmasının mümkün olmadığı öz əksini tapmışdır.
51. Bundan başqa, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılan hallarından müəyyən olunmuşdur ki, borcalanın müqavilə üzrə son ödəniş tarixi 2017-ci il 20 iyul olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 8 fevral tarixdə müraciət etmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
53. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
54. Bununla belə, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (MPM-in 184.1-ci maddəsi).
55. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işi n gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
56. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Hazırkı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları mülki prosessua l qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirildiyindən, iddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri də əsaslı hesab edilmir. Beləliklə, işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
57. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli, 2-2(105)-20/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
58. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 aprel tarixli, 2-2(105)-20/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.