Məhkəmə qərarları › İş №2-2(102)-413/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-413/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-413/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı LPO "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(103)-15/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC “kredit verən” "xxxx" MMC “kredit alan” olmaqla imzalanmış 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsinə əsasən kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib ondan 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri “kredit verən”ə ödəməyi öhdəsinə götürür. “Kredit alan” kreditdən dövriyyə vəsaitlərinin artırılması üçün istifadə edəcəkdir.

2. Müqavilənin şərtlərinə görə: - Bu müqavilə üzrə “kredit alan”a 19.680.909 ABŞ dolları məbləğində kredit verilir (3.1ci bənd). - Müqavilənin 2.4.12 yarımbəndində göstərilən vəzifə “kredit alan” tərəfindən icra edildikdən sonra, kredit “kredit verən” tərəfindən bankda onun üçün açılan ssuda hesabına köçürülməsi yolu ilə verilir (3.2-ci bənd). - Kredit məbləği kreditin “kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq müddətin sonunadək “kredit alan” tərəfindən “kredit verən”in hesabına nağd va ya köçürülmə yolu ilə 4.1 bəndi ilə müəyyən olunan müddət ərzində ödənilməlidir (3.3-cü bənd). - “Kredit alan” kreditdən istifadəyə göyə “kredit verən”ə illik 6% ödəyir (3.4-cü bənd). - Müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti “kredit alan” tərəfindən gecikdirildiyi halda, o hər gecikdirilən gün üçün müqavilənin 3.4 bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir (5.2-ci bənd). - Müqavilənin 3.6 bəndində göstərilən vəzifənin icra müddəti “kredit alan” tərəfindən gecikdirildiyi h alda o, “kredit verən”ə 3.4 bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödəyir (5.3-cü bənd). - Müqavilənin 2.4.3 yarmbəndində göstərilən vəzifəsini icra etməyən va ya lazımınca icra etmayən “kredit alan” “kredit verən”ə kredit məbləğinin 5 faizi miqdarında cərimə ödəyir (5.4-cü bənd). - “Kredit alan” tərəfindən müqavilənin 3.3. və 3.6 bəndləri ilə müəyyənləşdirilən vəzifələr tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiqlənən ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir (7.4-cü bənd).

3. Məhkəməyə təqdim olunan və Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərə iş idarəsinin rəisi tərəfindən imzalanan 2021-ci il 3 fevral tarixli **********295 nömrəli maliyyə arayışına əsasən, 2021-ci il 25 yanvar tarixə müqavilə üzrə 19.680.909 ABŞ dolları əsas borc, 1.184.134,69 ABŞ dolları tələb olunan faiz, 967.644,69 ABŞ dolları məbləğində hesablanmış cərimə, 806.370,70 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə müqavilə tələbləri əsasında yaranmış 22.639.059,08 ABŞ dolları məbləğində ümumi borc olması qeyd edilmişdir. 4. "xxxx" MMC-nin adına açılan 2019-cu il 29 mart – 2021-ci il 6 sentyabr dövrlərini əhatə edən cari hesabdan çıxarışa əsasən, 19.680.909 ABŞ dolları məbləğində vəsait "xxxx" MMC-nin cari hesabına köçürülmüşdür.

5. LPO İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanan pretenziya məktubunda tərəflər arasında olan münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə 22.639.059,08 ABŞ dolları məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin edil məsi tələb olunmuş əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. LPO "xxxx" ASC (bundan sonra – “iddiaçı”) "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 7 iyun tarixində kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cəmi 22.639.059,08 ABŞ dolları – bundan 19.680.909 ABŞ dolları əsas, 1.184.134,69 ABŞ dolları faiz, 967.644,69 ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı filialı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 19.680.909 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4.4-cü bəndinə əsasən, cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.1.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələ rin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 2021-ci il 2 fevral tarixli **********260 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etmişdir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

8. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi nin (bundan sonra - “MM”) 385.1, 442, 445, 449.1, 449.4, 465, 739.1-ci maddələrinə istinad edilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 sentyabr tarixli 2-2(113)-3028/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 19.680.909 ABŞ dolları əsas, 1.184.134,69 ABŞ dolları faiz, 967.644,69 ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən hesablanmış 806.370,70 ABŞ dolları faiz borcu məbləğində pul vəsaiti ödəniş gününə rəsmi məzənnə nisbəti olmaqla və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim - A.Əliyeva).

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı göstərilən müqavilə üzrə üzə rinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya müqavilənin bitdiyi tarixə 19.680.909 ABŞ dolları əsas və 1.184.134,69 ABŞ dolları faiz borcu yaranmışdır.

11. Məhkəmə cavabdehin 2019-cu il 29 mart tarixli, 026 BFHŞ saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması tələbinə dair hissədə iddiaçının iddiası əsaslı olmaqla təmin edilməlidir.

12. Mübahisəli kredit müqavilələrinin müddəti bitdikdən sonrakı dövr üçün MM-in 445.7ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış 806.370 ABŞ dolları məbləğində faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə isə qətnamədə qeyd edilmişdir ki, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan həmin hissədə də iddia təmin edilməlidir.

13. Bununla yanaşı iş materiallarına əsasən, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 967.644,69 ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə olan halda tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alınaraq, tələb olunan məbləğ əsaslı olduğundan təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 385.1, 386, 442, 443.1, 445.2, 445.7, 448.1, 462.1, 739-cu maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına; Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh 2021-ci il 21 oktyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 mart tarixli, 2-2(103)-157/2022 saylı, qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Sadıqov).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023cü il 15 fevral tarixli 9/8041 nömrəli ekspert rəyinin birinci-üçüncü sual üzrə nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiq at hissəsində göstərilənlərə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 29 sentyabr tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə 2019-cu il 29 mart tarixindən 2020-ci il 29 mart tarixinədək illik 6% dərəcəsi ilə faiz borcunun hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə, cavabdehin 2020-ci il 29 mart tarixinə banka olan borcu 20.861.763,54 ABŞ dolları məbləğində müəyyən edilmişdir, o cümlədən: əsas kredit borcu üzrə 19.680.909 ABŞ dolları, faiz borcu üzrə 1.180.855 ABŞ dolları. Müqavilə müddətinin bitdiyi 2020-ci il 29 mart tarixindən 2021-ci il 25 yanvar tarixinədək 19.680.909 ABŞ dolları təşkil etmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazır kı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İş materiallarında iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış, müqavilənin 7.2 bəndində qeyd edildiyi kimi, tərəflərin imzaları və möhürü olan, tərəfin möhürü ilə təsdiqlənən ödəniş cədvəli mövcud deyildir.

18. Həmçinin ekspert rəyinin dördüncü sual üzrə nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən tərəflər arasında rəsmiləşdirilmiş 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit sazişi üzrə 19.680.909 ABŞ dolları məbləğində vəsait məxaric edilməmişdir. Bundan başqa, kredit müqaviləsinin 3.9-cu bəndində “Kredit verən” krediti, faizləri və “Kredit alan”a qarşı d igər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmişdir. Lakin iş materiallarında belə bir məlumat, tələbnamə öz əksini tapmamışdır. Göstərilən hallara əsasən (kredit vəsaitinin təyinatı üzrə xərclənməməsi, sərəncam, ödəniş tapşırığı, tələbnamə olmadan digər kredit borcuna silindiyi nəzərə alınmaqla) hazırkı ekspertiza zamanı borcalana 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli saziş üzrə ayrılmış 19.680.909 ABŞ dolları məbləğində kredit məbləği üzrə faiz borcu hesablanıb-hesablanmamasına məhkəmə tərəfindən qiymət verilməlidir. İş materiallarında iddiaçı tərəfindən tərtib edilmiş 2022-ci il 18 oktyabr tarixli arayış məlumatlarında iddiaçı ilə cavabdeh arasında rəsmiləşdirilmiş müqavilələr (rəyin tədqiqat hissəsində həmin müq avilələr dəqiq göstərilmişdir) öz əksini tapmışdır. Tədqiqat zamanı qeyd edilən müqavilələrin bir neçəsinin iş materiallarında mövcud olmadığı müəyyən edilmiş, o cümlədən tərəflər arasında rəsmiləşdirilmiş 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsi. Həmin kredit müqaviləsi üzrə borcalana verilməli olan kredit məbləğinin 19.343.149 ABŞ dolları olması qeyd edilmişdir. Hesabdan çıxarış məlumatlarında o, cümlədən iddiaçı tərəfindən tərtib edilmiş 2022-ci il 18 oktyabr tarixli arayış məlumatlarında iddiaçı ilə cavabdeh arasında rəsmiləşdirilmiş 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə ayrılmış 19.680.909 ABŞ dolları məbləğində vəsaitin həmin, iş materiallarında mövcud olmayan 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edi lmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 2-2(103)-15/2023 saylı qərardadı ilə iddiaçı ilə cavabdeh arasında imzalanmış 2019cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə cavabdehə verildiyi qeyd edilən 19.680.909 ABŞ dolları məbləğində vəsaitin mənimsənilməsi və ya israf edilməsi ilə bağlı ləğv prosesində olan iddiaçının əməkdaşlarının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumatın verilməsi qərara alınmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(103)-15/2023 saylı qətnaməsi ilə cava bdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti ləğv prosesində olan iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçı öz tələblərinin əsası kimi 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsinə istinad etmiş, lakin həmin müqavilədə göstərilən 19.680.909 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini əks etdirən sənədləri (kassa məxaric orderi, qəbz, ödəniş tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh də bildirmişdir ki, ona həmin müqavilədə göstərilən 19.680.909 ABŞ dolları məbləğində kredit verilməmişdir.

22. Göründüyü kimi, bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, 2019cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsinin bağlandığına istinad etdiyi üçün həmin müqavilədə göstərilən 19.680.909 ABŞ dolları məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməli idi.

23. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında, o cümlədən tərtib edilmiş 2022-ci il 18 oktyabr tarixli arayış məlumatlarında iddiaçı ilə cavabdeh arasında rəsmiləşdirilmiş 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə ayrılmış 19.680.909 ABŞ dolları məbləğində vəsaitin 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmiş dir (cild 2, i/v 57-58).

24. Cavabdeh isə bildirmişdir ki, tərəflər arasında 024 BFHŞ nömrəli kredit müqaviləsi bağlanmamış və belə müqavilə mövcud olmamışdır.

25. Göründüyü kimi, mübahisəli məqam 19.680.909 ABŞ dolları məbləğində vəsaitin ayrılıb-ayrılmaması, ayrıldığı təqdirdə həmin vəsaitin tərəflər arasında bağlanmış digər kredit müqaviləsi üzrə borca silinib-silinməməsi ilə bağlıdır.

26. İş materiallarında və məhkəmə ekspertizası rəyinə əsasən, tərəflər arasında rəsmiləşdirilmiş 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit sazişi üzrə 19.680.909 ABŞ dolları məbləğində vəsait məxaric edilməmişdir.

27. Eyni zamanda, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.9-cu bəndində “Kredit verən” krediti, faizləri və “Kredit alan”a qarşı digər pul tələblərini ödəmə tələbnaməsi əsası nda onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən belə bir məlumat, tələbnamə, sərəncam, ödəniş tapşırığı və s. təqdim edilməmişdir.

28. Ekspert rəyindən də göründüyü kimi, tədqiqat zamanı tərəflər arasında bağlandığı qeyd edilən müqavilələrin bir neçəsinin, o cümlədən 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsinin iş materiallarında mövcud olmadığı müəyyən edilmişdir.

29. Halbuki iddiaçı yuxarıda qeyd olunan arayışda hazırkı iddianın əsasını təşkil edən kredit müqaviləsi üzrə verilməli olan 19.680.909 ABŞ dolları məbləğində vəsaitin məhz 024 BFHŞ nömrəli kredit müqaviləsi üzrə yaranmış borca silindiyi qeyd edilmişdir.

30. Lakin iddiaçı tərəfə dəfələrlə təklif edilməsinə baxmayaraq, onun tərəfindən 024 BFHŞ nömrəli kr edit müqaviləsinin mövcüd olmasını və həmin müqavilənin real icra olunaraq cavabdehə kredit verilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

31. Yalnız sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsinin əslini deyil, kserosurətini məhkəməyə təqdim etmiş və həmin müqavilənin əslinin əldə edə bilmədiklərini bildirmişdir.

32. Həmin kserosurət mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki cavabdeh 2018ci il 28 dekabr tarixli 024 BFHŞ nömrəli kredit müqaviləsinin mövcüdluğunu mübahisələndirir və təqdim edilmiş kserosurətə etiraz edərək, müqavilənin əslinin təqdim edilməsini tələb edir, iddiaçı isə həmin müqavilənin əslini təqdim edə bilmir.

33. Qeyd olunan hallar nəzərə alınaraq və MPM-in 89.3-cü maddəsinə əsaslanılaraq, h əmin kserosurət sübut qismində qəbul edilə bilməz.

34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, iddiaçı hazırk iş üzrə iddianın əsasını təşkil edən 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsində nəzərdə tutulmuş pul vəsaitinin cavabdehə verildiyini və ya onun mövcüd olan əvvəlki kredit müqaviləsi üzrə borcunun silinməsinə yönəldiyini, ümumiyyətlə həmin pul vəsaitinin cavabdehin sərəncamına verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

35. Bu baxımdan, tərəflər arasında imzalanmış 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə iddiaçının öz öhdəliklərini icra etməsi, yəni kredit məbləğinin cavbdehə verilməsi sübut olunmadığı na görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 386.1, 445.7, 462.1, 739.1, 741-ci; MPM-in 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

37. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 7 aprel tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

38. İddiaçı 2023-cü il 2 iyun tarixində kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək həmin qətnamənin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

39. MM-nin 385.1-ci maddəsi üzrə – İddiaçı dəfələrlə məhkəməyə bildirmişdir ki, iddia tələbinin əsasını təşkil edən 026 BFHŞ saylı kredit müqaviləsinə görə ayrılmış kredit məbləği nağd şəkildə məxaric olunmamış və cavabdehin iddiaçı bankla əvvəllər bağladığı 2019-cu il 1 aprel tarixli 024 BFHŞ saylı və 2016-cı il 30 dekabr tarixli 48 BFKX saylı kredit müqaviləsi üzrə borclarının ödənilməsinə yönəldilmişdir. Məhkəmənin mövqeyinə görə, sözügedən 026 BFHŞ saylı kredit müqaviləsi üzrə pulun verildiyini təsdiq edən, yaxud etirafedici heç bir sənəd mövcud deyildir. Məhkəmə iş üzrə ətraflı araşdırma aparmamışdır. Halbuki məhkəmə vergi orqanına sorğu göndərməklə cavabdehin müvafiq dövr üçün vergi bəyannaməsini, orada qeyd edilmiş mövcud kredit öhdəliklə ri ilə bağlı məlumatları əldə edə bilərdi. Eləcə də Mərkəzi Kredit Reyestrindən cavabdehin kredit tarixçəsi ilə bağlı məlumatların verilməsi yalnız məhkəmənin sorğusu əsasında mümkün olsa da, məhkəmə bu imkanından da istifadə etməmişdir.

40. Bundan başqa, məhkəmə cavabdehin, eləcə də onun təsisçisi olan "xxxx" MMC-nin vəzifəli şəxslərini məhkəmə iclasına çağırıb işin halları ilə bağlı izahatlarını almaq səlahiyyətinə malik olsa da, yenə də öz səlahiyyətindən istifadə etməmişdir. Halbuki kassasiya şikayətinə əlavə edilən Azərbaycan Kredit Bürosunun kredit reyestrindən çıxarışına əsasən, cavabdehin bağlanmış kredit öhdəliklərinin siyahısında həm 2019-cu il 1 aprel tarixli 024 BFHŞ saylı, həm də 2016-cı il 30 dekabr tarixli 48 BFKX saylı kredit müqavilələri mövcuddur. Həmin kredit müqaviləl əri üzrə borc bağlanmışdır. Eləcə də kassasiya şikayətinə əlavə edilən cavabdehin 2016-cı il vergi dövrü üzrə vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əlavə №1-in 2.2.1.1 bəndindən (bank kreditləri) açıq şəkildə görünmüşdür ki, hesabat dövrünün əvvəlinə cəmiyyətin kredit öhdəlikləri üzrə qalığı 61.615.316,83 manat, dövr ərzində cəlb edilmiş ümumi kredit məbləği 61.717.470,06 manat, dövr ərzində kredit öhdəliklərinin icrasına yönəldilmiş ümumi məbləği isə 92.219.268,58 manat təşkil etmişdir və dövrün sonuna kredit borcları üzrə qalıq öhdəliklərinin cəmi 31.113.518,31 manat olmuşdur. Göründüyü kimi, cavabdeh vergi orqanına kredit vəsaitlərinin cəlb edilməsini və istifadə edilməsini bəyan etməklə yanaşı, faiz gəlirlərini xərclərə salmış, eyni zamanda, iddiaçıdan aldığı kred it vəsaitini borc vəsaiti kimi göstərmişdir. Cavabdehin istinad etdiyi hal və bununla bağlı apellyasiya məhkəməsinin mövqeyi belə nəticəyə gətirib çıxarmışdır ki, cavabdehin əməlində vergidən yayınma halı mövcud olmuşdur. Beləliklə, vergi bəyannaməsindəki rəqəmlər məhkəmənin istinad etdiyi hallarla üst-üstə düşmür. Başqa sözlə, mövcudluğu şübhə doğuran 2019-cu il 1 aprel tarixli 024 BFHŞ saylı və 2016-cı il 30 dekabr tarixli 48 BFKX saylı kredit öhdəlikləri mövcud olmuş və 026 BFHŞ saylı kredit müqaviləsi üzrə ayrılmış məbləğ də həmin borc öhdəliklərinin bağlanılmasına yönəldilmişdir.

41. Eləcə də cavabdehin 537.02 nömrəli və 501.4 nömrəli hesab vərəqələrində də 2019-cu il 29 mart tarixli kredit müqaviləsi üzrə kredit məbləğinin təyinatı üzrə əvvəlki borc öhdəliklərindən silindiyi aydın gö rünmüşdür.

42. Bundan başqa, cavabdehin təsisçisi "xxxx" MMC-də 51% payı olan təsisçi X1 iddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevə ünvanladığı məktubunda cavabdehin iddiaçıya olan əvvəlki kredit borclarının mübahisəli 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi əsasında alınmış 19.680.909 ABŞ dolları məbləğində kredit hesabına bağlandığı etiraf olunur. X3 həmçinin onu da bəyan etmişdir ki, iddiaçı ilə cavabdeh arasında indiyə qədər 2014-cü il 24 iyul, 17 dekabr tarixli, 2015-ci il 18 fevral, 19 fevral (AZN valyutasında), 19 fevral (avro valyutasında), 24 fevral (AZN valyutasında), 24 fevral (avro valyutasında), 19 mart, 21 aprel, 24 iyul, 18 dekabr, 2016-cı il 7 mart tarixli, 28 dekabr, 2018-ci il 28 dekabr və 2019-cu il 29 m art tarixli, ümumilikdə 15 ədəd kredit müqaviləsi bağlanılmış, kredit müqavilələri əsasında kreditin alınmasına dair təsisçi qərarları verilmiş, cavabdehin direktoru X2 və bank yuxarıda qeyd edilmiş kredit müqavilələrini imzaladıqdan və təsdiq etdikdən sonra təsisçi qərarlarının icrası olaraq həmin müqavilələr və kreditin cari hesaba köçürülməsini təsdiq edən bank hesabından çıxarışlar X2 tərəfindən təsisçiyə təqdim edilmiş, mənfəət vergi bəyannaməsində, mərkəzi kredit reyestrində, şəxsi hesab vərəqəsində cavabdehin iddiaçıdan aldığı kredit vəsaitləri barədə məlumatlar əks olunmuş, cavabdehin iddiaçıya 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə 19.680.909 ABŞ dolları əsas kredit borcu və ona hesablanmış faiz borcu vardır və hazırki tarixədək ödənilməmişdir. Beləlikl ə, Bakı Apellyasiya Məhkəməsinin iddia tələbimizi rədd edərkən əsaslandığı hal yuxarıda qeyd edilən sübutlarla təkzib olunmuş və sübut olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə cavabdehə həqiqətən də 19.680.909 ABŞ dolları vəsait ayrılmış və həmin vəsait cavabdehin əvvəlki kredit müqavilələri üzrə borcunun silinməsinə sərf olunmuşdur.

43. İddia tələbinin əsasını təşkil edən 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə ayrılmış 19.680.909 ABŞ dolları kredit 2018-ci il 28 dekabr tarixli 024 BFHŞ saylı və 2015-ci il 18 dekabr tarixli 48 BFKX saylı kredit müqavilələri üzrə öhdəliklərin silinməsinə yönəldilmişdir. Təbii olaraq sual yaranır ki, əgər cavabdehin təkidlə qeyd etdiyi kimi, 2019-cu il 29 mart tarixli 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə ona heç bir vəsait ayrılmamışdırsa, onda 2018-ci il 28 dekabr tarixli, 024 BFHŞ və 2015-ci il 18 dekabr tarixli, 48 BFKX nömrəli kredit müqavilələrinə görə cavabdehin borcu hansı maliyyə resursu hesabına silinmişdir?! Cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və məhkəmə də qeyd olunan halı araşdırmaq üçün cavabdehdən heç bir sübut tələb etməmişdir. Kredit vəsaitlərinin bu formada realizə olunması 2014-cü ildən etibarən həyata keçirilmiş və hər bir halda bu kredit alanın razılığı ilə baş vermişdir.

44. MM-in 962.4-cü maddəsi üzrə - Məhkəmənin istinad etdiyi ikinci hal ondan ibarətdir ki, “tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.9-cu bəndində “Kredit verən” krediti, faizləri və “Kredit alan”a qarşı dig ər pul tələblərini ödəmə tələbnaməsi əsasında onun müvafiq hesabından akseptsiz qaydada silə bildiyi qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən belə bir məlumat, tələbnamə, sərəncam, ödəniş tapşırığı və s. təqdim edilməmişdir.” Əvvəla, onu qeyd edək ki, MM müştərinin bank hesabındakı pul vəsaitinin silinməsininin iki halını müəyyən edir: bunlardan biri pulun silinməsi ilə bağlı müştərinin sərəncamının mövcud olmasıdır. MM-in 964.2-ci maddəsində qeyd olunmaş ikinci hal isə müştərinin sərəncamı olmadığı halda hesabdakı pul vəsaitinin silinməsi ilə bağlıdır. Bununla bağlı MM-də qeyd edilir ki, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Belə bir hal isə iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2008-ci il 11 fevral tarixli “Bank hesabı müqaviləsinin 2.1.14-cü bəndində göstərilmişdir (ləğv prosesində olan İddiaçı ASC-yə aid sənədlərin arxivləşdirmə işi həyata keçirilərkən İddiaçı ASC-nin “Bakı” filialı ilə cavabdeh arasında 2008-ci 11 fevral ildə bağlanılmış bank hesabı müqaviləsi aşkar olunmuşdur. Müqavilə hüquqi analiz olunarkən müəyyən olunmuşdur ki, cavabdehin (bank hesabı sahibinin) bank hesabında mövcud olan vəsaitlərin silinməsi ilə bağlı qaydalar aydın şəkildə tənzimlənmişdi.). Həmin bənddə qeyd olunur ki, bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun bank hesabındakı pul vəsaitindən silə bilər. Yəni iddiaçı cavabdehin cari hesabına köçürülmüş kredit məbləğini əsaslı olaraq onun əvvəlki k redit öhdəliklərinə silmişdir. Beləliklə, Bakı Apellyasya Məhkəməsi qeyd olunmuş nəticəyə gələrkən MM-in 964.2-ci maddəsini nəzərə almamışdır.

45. MPM-in 14.1-ci maddəsi üzrə – Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işi hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisənin həlli ilə bağlı əvvəlcədən işin nəticəsini görmüş, lakin daha obyektiv qərarın çıxarılması üçün tərəflərə prosessual hüquqlarının həyata keçməsində köməklik göstərməmişdir. Halbuki köməklik göstərilsəydi hazırkı sübutlar apellyasiya instansiyası məhkəməsinə iddiaçı tərəfindən təqdim edilə bilərdi.

46. MPM-in 63.3-cü maddəsi üzrə – iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 15 fevral tarixli 9/8041 saylı ekspert rəyi ümumiyyətlə iş üzrə sübut qismində qəbul edilə bilməz. Belə ki, ekspert onun qarşısında qoyulmuş suallara konkret cavab verməmiş və bütün məsuliyyəti üzərindən atmışdır. İddiaçının nümayəndələri ekspertizaya təqdim edilmiş sənədlərin tədqiqində iştirak etmiş və hesabdan çıxarışlar vasitəsilə 2019-cu il 29 mart tarixli kredit müqaviləsi üzrə ayrılmış məbləğin hesablar üzrə hərəkətini dəqiqliklə göstərmişlər. Bununla bağlı hər hansı sual yarandığı halda ekspert məhkəmədən cavabdehin vergi bəyannamələrini, Mərkəzi Kredit Reyestrindən çıxarışları istəyə bilərdi. Əvəzində isə ekspert heç bir araşdırma aparmamış, tərəflər arasında heç bir mübahisə doğurmayan halları sadalamaqla kifayətlənmişdir. Məsələn, ekspert qeyd etmişdir ki, sonuncu kredit müqaviləsi üzrə kredit vəsaiti məxaric edilməmişdir. Bunu bank da təsdiq etmişdir ki, həmin vəsait nağd şəkildə məxaric edilməmiş və cavabdehin əvvəlki borclarının bağlanılmasına sərf edilmişdir, bu işin mübahisəsiz halıdır. Bu cür qeyri-peşəkar ekspert rəyinin iş üzrə sübut qismində məhkəmə tərəfindən nəzərə alınması yolverilməzdir.

47. MPM-in 88-ci maddəsi üzrə – Apellyasiya araşdırmasına təqdim edə bilmədiyimiz sübutları məhkəmə özü sorğu vasitəsilə əldə etmək imkanına malik olsa da, bu imkandan istifadə etməmiş və işin faktiki hallarının araşdırılmasına səthi yanaşmışdır.

48. MPM-in 418.2-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi iddiaçı bankın cavabdehin cari hesabından pul vəsaitinin onun kredit öhdəliyinə silinməsi ilə bağlı MM-in 964.2-ci maddəsini tətbiq etməli olsa da, tətbiq etməmisdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqd im etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələl ərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 53. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

35. Banklar arasında münasibətlər... 5.4. Banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir....” 54. “Kredit büroları haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:... 2.0.2. kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusu; 2.0.3. kredit tarixçəsinin subyekti - barəsində kredit tarix çəsi formalaşdırılan fiziki və ya hüquqi şəxs;... 2.0.8. məlumat istifadəçisi - kredit bürosundan kredit hesabatlarını almaq hüququ olan bu Qanunun 13.2-ci maddəsində göstərilən subyektlər;...” “Maddə

12. Məlumat təchizatçıları 12.1. Kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər....” “Maddə

6. Kredit bürosunun fəaliyyəti 6.1. Kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir....” “Maddə

13. Məlumat istifadəçiləri... 13.2. Kredit bürosundan kredit hesabatlarını almaq hüququna aşağıdakılar malikdir: 13.2.1. bu Qanunun 12.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş məlumat təchizatçıları; 13.2.2. kredit tarixçə sinin subyekti; 13.2.3. icraatlarında olan işlərlə əlaqədar məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, Mərkəzi Bank (kredit tarixçəsi subyektinin Mərkəzi Banka daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrinin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri)....”

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında müəyyən edilmişdir ki: “….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesin də iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Tərəflərlə aparılan belə müzakirələr məhkəmənin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməlidir.”

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. ” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəm ənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır. İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

57. İddiaçı 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə cəmi 22.639.059,08 ABŞ dollarının cavabdehdən tutulmasını xahiş etmiş, iddia təmin olunmuş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir.

58. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə ondan ibarət olmuşdur ki, iddiaçı sözügedən mübahisəli kredit müqaviləsində nəzərdə tutulmuş pul vəsaitinin cavabdehə verildiyini və ya onun mövcüd olan əvvəlki kredit müqaviləsi üzrə borcunun silinməsinə yönəldiyini, ümumiyyətlə həmin pul vəsaitinin cavabdehin sərəncamına verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bi lməmişdir. 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsi üzrə iddiaçının öz öhdəliklərini icra etməsi, yəni kredit məbləğinin cavbdehə verilməsi sübut olunmadığına görə tərəflər arasında öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır.

59. Məhkəmə kollegiyası aşağıdakı səbələrdən həmin nəticəni əsassız hesab edir.

60. Əvvəla, iş materiallarında olan mübahisəli 2019-cu il 29 mart tarixli 026 BFHŞ saylı kredit müqaviləsin 1.2-ci bəndindən görünür ki, sözügedən kredit cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə ayrılmışdır.

61. Göründüyü kimi, cavabdeh özünün biznes fəaliyyətinin yaxşılaşdırılması məqsədilə kredit üçün müraciət etmiş və onunla mübahisəli müavilə bağlanmışdır. Bununla belə, hazırkı iddia ərizəsi məhkəməyə verilənədək, yəni iki ildən artıq müddətdə, ayrılmış kreditdən hər hansı vəsaitin müvafiq məqsədlə istifadəsi mümkün olmasa da, cavabdehin banka bu barədə müraciət etməsi, eləcə də sözügedən kreditin onun razılığı olmadan bank tərəfindən digər kredit borcuna yönəldilməsinə hər hansı formada etiraz etməsi iş materiallarından görünmür.

62. Məhkəmə kollegiyası hesab edir ki, bütün bunlar öz biznesinin inkişafı üçün iri həcmli kreditə ehtiyacı olan cavabdehin hazırkı mövqeyinin əsaslılığına ciddi şübhələr yaradır. Belə ki, dövriyyə vəsaitinin artırılması məqsədilə cavabdehin iddiaçı bankdan faktiki ala bilmədiyi kredit həcmində digər banklardan kredit əldə etməsi iş materiallarından görünmür. Üstəlik, cavabdeh kreditin iddiaçı bank tərəfindən silindiyi bildirilən 024 BFHŞ nömrəli digər kredit müqaviləsinin bağlanmadığını məhkəməyə bild irsə də, cavabdehin vaxtında bankın bu cür hərəkətlərinin qarşısının alınmasını, tapşırıqsız (ödəmə tələbnaməsi olmadan) silinən vəsaitin bərpa olunaraq məhz 026 BFHŞ nömrəli kredit müqaviləsi üzrə ona verilməsini bankdan tələb etməməsi bu şübhələri daha da artırır.

63. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan məsələlərin, yəni cavabdehin ona ayrılmış kreditin alınması üçün hər hansı aktivlik göstərməməsinin səbəblərini öyrənməyə çalışmamışdır. Halbuki həmin xüsusatlar işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edə bilər.

64. Bundan başqa, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə (bax yuxarıda § 53) görə, banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verm əlidir. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 65. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.3, 6.1 və 12.1-ci maddələrinin (bax yuxarıda § 54) məzmunundan və qarşılıqlı təhlilindən aydın olur ki, kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatı (kredit tarixçəsi subyektinin, yəni barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin cari və ödənilmiş borcları və digər məsələlər barədə müvafiq məlumatların məcmusunu) fəaliyyətdə olan ən azı bir kredit bürosuna (kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hes abatlarını verən təşkilata) təqdim etməlidirlər.

66. Qeyd etmək lazımdır ki, “Kredit büroları haqqında” Qanunun 2.0.8, 13.2, 13.2.1, 13.2.2 və 13.2.3-cü maddələrinin (bax yuxarıda § 54) məzmunundan aydın olur ki, yalnız məlumat təchizatçıları, kredit tarixçəsinin subyekti deyil, icraatlarında olan işlərlə əlaqədar məhkəmələr də kredit bürosundan kredit hesabatlarını almaq hüququna malik subyektlər, yəni məlumat istifadəçisi hesab olunurlar.

67. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi nə cavabdehin kredit tarixçəsi ilə bağlı məlumatların təqdim edilməsini iddiaçıya təklif etmiş, nə də özü belə məlumatların alınması üçün təbir görmüş, mübahisənin həllinə formal yanaşmışdır.

68. Halbuki mülki məhkəmə icraatının çəkişmə prinsipi əsasında aparılması heç də məhkəmənin bütün hallarda passiv seyrçi mövqeyi tutmasını şərtləndirmir.

69. Nəzərə alınmalıdır ki, MPM-in 372.1-ci maddəsinə (bax yuxarıda § 56) görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

70. MPM-in 77.3-cü maddəsi (bax yuxarıda § 56) məhkəməyə imkan verir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etsin.

71. Eyni zamanda, MPM-in 14.1-ci maddəsinin (bax yuxarıda § 56) də tələbi ondan ibarətdir ki, məhkəmə tərəflərlə mübahisənin vəziyyətini müzakirə edir, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yax ud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

72. Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 55) görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən as ılı olmayaraq onlarla müzakirə etməlidir. Tərəflərlə aparılan belə müzakirələr məhkəmənin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməlidir.

73. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi sözügedən halların aydınlaşdırılması məqsədilə iddiaçıya müvafiq sübutların təqdim edilməsini təklif etməli, belə sübutların təqdim edilməməsinin nəticələrini izah etməli olduğu halda, bunları etməmişdir.

74. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 56) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

75. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasını n 2023-cü il 28 mart tarixli 2-2(103)-15/2023 saylı qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.

76. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

77. Həmçinin işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən 2023-cü il 28 mart tarixli e-2-2(113)-790/2022 saylı xüsusi qərardad qəbul edilərək, mübahisəli kredit müqaviləsi üzrə cavabdehə verildiyi qeyd edilən vəsaitin mənimsənilməsi və ya israf edilməsi ilə bağlı bankın əməkdaşlarının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin əlamətlərinin olması ehtimaı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

78. Bu baxımdan, yeni apellyasiya baxışında müvafiq cinayət işinin cari vəziyyəti və nəticələri üzrə hazırkı kommersiya mübahisəsi icraatının dayandırılması üçün hüquqi əsas(lar)ın mövcud olub-olmaması, habelə cinayət işinin materiallarının (cinayət işi çərçivəsində müvafiq şəxslərin verdikləri izahatlar, alınmış ekspert rəyləri və s.) hazırkı kommersiya mübahisəsində diqqətə alınması imkanları da nəzərdən keçirilməlidir.

79. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 22(103)-15/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar