Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-413/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Əliyev Zaur Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 aprel tarixli 2-2(103)-383/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Sənaye qaz qurğusu ist ifadəçisi İddiaçı MMC ilə qaz paylayıcı Cavabdeh İB arasında 2017-ci il 26 iyul tarixində ilə arasında qazın alqı-satqısı barədə 2636-07-17 nömrəli müqavilə bağlanmışdır. 2. 2023-cü il 27 yanvar tarixində Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 09471 nömrəli aktda “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə əsasən 6-650 markalı qaz sayğacının dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı qeyd edilmişdir. Həmin akt əsasında Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə 2023-cü ilin aprel ayında 22.430 manat borc hesablanmışdır. 3. 2023-cü il 30 may tarixində həmin məbləğ İddiaçı MMC tərəfindən ödənilmişdir.
4. İnzibati tənbeh vermə haqqında 2023-cü il 30 avqust tari xli qərar ilə İddiaçı MMCyə məxsus sayğaca baxış keçirilərkən ona əsassız olaraq 22.430 manat borc hesablandığına görə Cavabdeh İB-nin işçisi X4 70 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmin cərimə ödəniş sənədinə əsasən 2023-cü il 19 oktyabr tarixində X4 tərəfindən ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 11 dekabr tarixində Cavabdeh İB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 22.430 manat, 560 manat faiz və 210 manat mediasiya xərci olmaqla, cəmi 23.200 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il 27 yanvar tarixli 09471 n ömrəli akt və əlavə sənədlər hər hansı yoxlama aparılmadan, sayğaca baxış keçirilmədən, iddiaçının əməkdaşlarının iştirakı təmin olunmadan tərtib edildiyindən və hesablama qanunazidd aparıldığından, iddiaçı müvafiq faktın araşdırılması ilə bağlı Azərbaycan Respublikası Enerji X1 müraciət etmişdir. Müraciət araşdırılan müddətdə cavabdeh tərəfindən 22.430 manat məbləğində hesabat aparılaraq iddiaçının abonent hesabına işlənmiş və qaz təchizatının dayandırılacağı bildirilərək qaza görə borcun ödənilməsi tələb edilmişdir. İddiaçının fəaliyyəti qaz təchizatı olmadan mümkünsüz olduğundan 2023-cü il 30 may tarixində 22.430 manat vəsait cavabdehə ödənilmişdir. X2 Agentliyi tərəfindən aparılmış araşdırma ilə cavabdeh tərəfindən aparılmış 22.430 manat hesabatın qanunazidd olduğu müəyyən edilmiş və t əqsirkar şəxslərə qarşı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Yol verilmiş qanun pozuntusu nəticəsində iddiaçıya 22.430 manat maddi ziyan vurulmuşdur.
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, onun içərisi, rotor, turbin və süzgəc hissələri yuyulmuş, sayğac təmizlənmişdir. Sənaye qaz istifadəçilərinə sayğac tərəfindən uçotu aparılmayan qazın həcminin hesablanması məqsədəuyğun hesab olunur. İddiaçı tərəfindən istehlak edilmiş qaz həcmi yenidən hesablanmaqla, iddiaçıya əlavə olaraq 22.430 manat borc hesablanmışdır. Həmin əlavə sərfiyyat “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yazılmışdır.
8. Cavabdehin nümayəndəsi məhkəm ə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, mütəmadi olaraq sayğaca cavabdehin nümayəndələri tərəfindən baxış keçirilir. Bu səbəbdən aparılan baxış yoxlama olmadığı üçün onun reyestrdə qeydiyyata alınmasına zəruri olmamışdır. Aktda göstərilən borc iddiaçıya 1 il üçün hesablanmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 yanvar tarixli e-2-2(113)-723/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 22.430 manat pul və ödənilmiş 210 manat dövlət rüsumu olmaqla, ümumilikdə 22.640 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – Ü.Həsənova).
10. Məhkəmə qeyd etmişdir ki, aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişd ir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə və tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 3.3-cü bəndinin tələblərinə zidd olmuşdur.
11. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Qazdan istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş qaza görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən, iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassız olmuşdur.
12. Qaz təchizatı sahəsində təbii inhisarçı ola n cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması - yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.
13. Mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qey diyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır. Bu səbəbdən, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 22.430 manat borc hesablamaqla haqlı olmamışdır.
14. İddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib olunmuş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən, məhkəmə həmin akta görə iddiaçı tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması hissəsində iddianın əsaslı olması qənaətinə gəlmişdir.
15. İddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş illik be ş faiz hesablanmaqla 560 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 560 manat faiz borcu tutması mümkün deyil. Bu səbəbdən, məhkəmə tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 443.7-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxla maların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci bəndlərinə, “Qazdan istifadə qaydaları”nın 2.10 və 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Ba kı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 aprel tarixli 2-2(103)-383/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər ki, hazırkı işdə də bu əsaslar müəyyən edilmişdir.
20. İddiaçıya hesablanmış və onun tərəfindən ödənilmiş 22.430 manat borcun hesablanmasına əsas olmuş 2023-cü il 27 yanvar tarixli 09471 nömrəli akt sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda isə həmin akt əsa sında hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb edilə bilməzdi.
21. Bundan əlavə, 2023-cü il 27 yanvar tarixli 09471 nömrəli aktda qeyd olunan faktların faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməzdi. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazlıqların (sayğac göstəricilərinin xətasının normaya uyğun olmaması) iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, qazın dəyəri yanlış hesablanmışdır. Eyni zamanda, həmin yoxlama keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıdan tələb edilmiş 22.430 manat borcun hesablanması həm tərəflər arasında bağlanmış müqavilə şərtlərinə zidd, həm də qanunsuz olmuşdur. İddiaçı həmin məbləği ödəməklə ona zərər dəymişdir. Ona görə də o, dəymiş 22.430 manat zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
22. Cavabdeh tərəfindən iddiaçıya məxsus qaz sayğacında yaranmış nasazlığın istehlakçının təqsiri nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Qanunvericilikdə istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması nəzərdə tutulmamış və yenidən hesablanmanın aparılması qadağan edilmişdir.
23. Bundan əlavə, iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman ona əsassız olaraq 22.430 manat borc hesabladığı üçün cavabdehin işçisi X4 70 manat inzibati qaydada cərimə edilmiş və həmin cərimə Kənan Hüseynov tərəfind ən ödənilmişdir.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2 və 443.1-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 3.2, 13.1, 13.2, 13.3, 17.1 və 20.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 2.11-1, 2.11-2 və 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-ci bəndlərinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MPM-in 9.1-ci maddəsi üzrə - məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikasının Qanununun tələblərinin cavabdeh tərəfindən pozulması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, onun içərisi, rotor, turbin və süzgəc hissələri yuyulmuş, sayğac təmizlənmiş, həmin vaxtı cavabdehin əməkdaşları tərəfindən istehlak olunmuş qaz həcmi yenidən hesablanmış, hesablama nəti cəsində qeydə alınmayan 89.719,90 m qaz sərfi olduğu müəyyən edilmiş və dəyəri 22.430 manat məbləğində aparılaraq abonentin hesabına işlənilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus müəssisədə heç bir yoxlama keçirilməmiş, sayğacda yaranmış nasazlıqla bağlı sayğaca texniki xidmət göstərilərək sayğac istismara yararlı vəziyyətə gətirilmiş və sayğacda yaranmış nasazlıq nəticəsində qeydə alınmayan qaz sərfi hesablanaraq abonentin hesabına qeydə alınmışdır. Lakin məhkəmə qeyd olunanları nəzərə almadan, sayğaca texniki xidməti yoxlama kimi qiymətləndirərək apellyasiya şikayətini təmin etməmişdir.
27. Cavabdeh tərəfindən qaz sayğaclarının göstəricisi oxunan zaman sayğacın mexaniki və elektron hissəsindən keçən qaz sərfi qeydə alınır. Sayğacda yaranmış texn iki nasazlıq səbəbindən qeydə alınmayan qaz sərfi arxiv məlumatlarına əsasən hesablanır ki, arxiv məlumatlarının oxunması isə xüsusi vasitələrlə təmin edilir. Yəni nümayəndənin arxiv məlumatı hər ay oxumaq imkanları məhduddur. Arxiv məlumatın yoxlanılması sayğacda nasazlıq yarandıqda həyata keçirilir.
28. İddiaçı hüquqi şəxs statusunda olduğu üçün qaz sayğacı öz vəsaitləri hesabına alınaraq quraşdırılmışdır və iddiaçı müəssisəsində istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özü daşıyır. İddiaçı istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq qaz sayğacına texniki qulluğun göstərilməsini təmin etməli olduğu halda, həmin vəzifəni yerinə yetirməmiş, nəticədə sayğacın işləmə prinsipində nasazlıqlar yaranmış, bu da sayğacın keçən qaz sərfini düzgün qeydə almamasına səbəb olmuşdur.
29. Həmçinin, məhkəmə iddiaçı tərəfindən 22.430 manat ödəniş edilməsini nəzərə almamışdır. Halbuki, iddiaçı həmin pulu ödəməklə qaz sayğacının qaz sərfini düzgün qeydə almamasını təsdiq etmişdir.
30. Cavabdehin nümayəndələri sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə daxil olmadan, yalnız “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə uyğun olaraq balans mənsubiyyəti sərhədində quraşdırılmış qaz sayğaclarına baxış keçirir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq olunmuş “ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair tələblər”in 2.13-cü bəndinə əsasən, ölçmə vasitələrinin dövri yoxlaması, həmçinin sifariş əsasında yoxlama nişanı zədələndik də, yoxlama haqqında şəhadətnamə qüvvədən düşdükdə, uzunmüddətli saxlamadan sonra ölçmə vasitəsi istismara buraxıldıqda (yoxlama arası interval bir dəfədən çox olduqda), təkrar tənzimləmə (yustirləmə) və ya sazlamanın aparılması, ölçmə vasitəsinə məlum və ya ehtimal edilən zərbə təsiri zamanı, həmçinin cihazın qeyri-məqbul işləməsi zamanı həyata keçirilir.
31. Kassator həmçinin MPM-in 386-cı maddəsinin tələblərinin də pozulduğuna istinad edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
34. Kassa siya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....” 36. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublika sının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-c i, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. (2021-ci il 2 aprel tarixli 288-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.3-cü maddəsinə “fəaliyyətinə” sözündən sonra “(elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla)” sözləri əlavə edilmişdir. 2022-ci il 17 iyun tarixli 547-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.3-cü maddəsinə “su” sözündən sonra “, istilik” sözü əlavə edilmişdir).” “Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.” “Maddə
13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə m əlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.” “Maddə
17. Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır....” “Maddə
20. Yoxlamanın aparılması 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir (2023-cü il 9 iyun tarixli 903-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.1-ci maddəyə “vəsiqəsini” sözündən sonra “(şəxsiyyət vəsiqəsi ilə birlikdə)” sözləri əlavə edilmişdir)....”
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Qaz qurğularının istismarı... 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bənddə “ sənaye qaz qurğularına” sözləri “qaz qurğularının müayinəsi və ona nəzarət” sözləri ilə, “texniki bахış” sözləri “həyata” sözü ilə əvəz edilmişdir).... 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir (2022-ci il 16 fevral tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”na yeni məzmunda 2.11-1-ci və 2.11-2-ci bəndlər əlavə edilmişdir). 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subye ktlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bənddə “sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma)” sözləri “qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma)” sözləri ilə əvəz edilmişdir)....” “5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tə ləb edilə bilməz (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb ed ə bilməz)....”
38. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış v ə digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər (2023-cü il 7 iyul tarixli 2201 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bənddə “sahibkarlıq fəaliyyəti subyektlərində” sözləri “yoxlama obyektlərində” sözləri ilə əvəz edilmişdir). 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur... 1.7. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxi lində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır...” “V. Reyestrdən məlumatların verilməsi qaydası... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır...”
39. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə bundan ibarətdir ki, cavabdeh tərəfindən yalnız iddiaçıya məxsus müəssisədə quraşdırılmış sayğaca texniki xidmət göstərilmiş, cavabdeh tərəfindən müəssisədə yoxlama keçirilməmiş, iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq qaz sayğacına texniki qulluğun göstərilməsini təmin etməli olduğu halda, bunu etməmiş, nəticədə sayğacda nasazlıqlar yaranmışdır.
42. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlillərini apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, “Qazdan istifadə Qayd aları”nın 4.3-cü bəndində qaz sayğaclarının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçıya 22.430 manat məbləğində borc hesablanmasına əsas olmuş 2023cü il 27 yanvar tarixli 09471 nömrəli aktda da qeyd edilmişdir ki, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq G 25 markalı 83047657 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının normalara uyğun olmadığı müəyyən edilmişdir. 43. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxla maların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəaları ilə isə yalnız elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması ilə bağlı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gedilməsi istisna hal kimi nəzərdə tutulmuşdur. Digər bütün hallarda yoxlayıcı orqanların sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalı olması müəyyənləşdirilmişdir.
44. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halına görə isə 2023-cü il 27 yanvar tarixli 09471 nömrəli aktın əsasında dayanan yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli aktın tərtib edilməsinə əsas olmuş yoxlama qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından, həmin yoxlamanın hüquqi nəticəsinin olmamasına dair aşağı instansiya məhkəmələrinin mövqeyi əsaslı olmuşdur.
46. Digər tərəfdən Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyinin Xaçmaz Filialının 2023-cü il 18 avqust tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının abonent koduna sayğacın sərfiyyat göstəricilərindən əlavə olaraq itirilmiş təbii qaza görə hesabat aparılarkən Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9, 5.2 və 6.5-ci bəndlərinin tələblərinə əməl edilməmişdir. Qeyd edilən qurum tərəfindən tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” Qərarla iddiaçının qaz sayğacına yerində baxış keçirilməsi nəticəsində əsassız olaraq 22.430 manat borcun hesabatının aparılmasına görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə olunmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi sədrlik edənin suallarını cavablandırarkən yoxlama zamanı qanunsuzluğa yol verildiyini bildirmişdir.
47. Cavabdeh tərəfindən isə sayğacdakı nasazlıqların iddiaçının təqsiri nətic əsində baş verməsini təsdiq edən sübutlar aşağı instansiya məhkəmələrinə təqdim edilməmişdir. Bundan başqa təbii qazın paylanması və təchizatı sahəsində təbii inhisar subyekti olan cavabdehə iddiaçı tərəfindən tələb edilən borcun ödənilməsi qaz sayğacında iddiaçının təqsiri səbəbindən qaz sərfiyyatının düzgün qeydə alınmamasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz.
48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
49. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 aprel tarixli 22(103)-383/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.