Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-414/2019 03.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin cavabdeh X4 qarşı iş üzrə QƏRAR Açar söz: müqavilənin ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı müqavilənin ləğv edilməsi, nəqliyyat vasitələrinin saz vəziyyətdə geri qaytarılması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 02 may 2019cu il tarixli 2-2(103)-151/2019 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 oktyabr 2019-cu il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X5 arasında 29 noyabr 2016-cı il tarixli 21/TR nömrəli “Nəqliyyat vasitələrinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC ona məxsus olan DAEWOO BC MA markalı 10TF562, 10TF593, 10TF599, 10TF634, 10TF 636, 10TF665, 10TF753, 10TF842, 10TF844, 10TF851, 10TF6689, 10TF882 dövlət nömrə nişanlı avtobusları X3 icarəyə vermiş, qarşı tərəf (X5) də bunun müqabilində İddiaçı MMC-yə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin icarəçi tərəfindən müqavilə üzrə öhdəliklər dəfələrlə vaxtında və lazımınca icra edilməmişdir. Odur ki, həmin nəqliyyat vasitələrinin cavabdeh X1 alınaraq mülkiyyətçi kimi İddiaçı MMC-yə təhvil verilməsi zərurəti yaranmışdır. İddiaçı MMC tərəfindən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qarşı tərəfə yazılı şəkildə bildiriş təqdim edilsə də, X5 qeyri-qanuni olaraq həmin nəqliyyat vasitələrinin mülkiyyətçiyə qaytarılmasından imtina edir və hal-hazırda da həmin nəqliyyat vasitələrinin istismarını həyata keçirərək mənfəət əldə edir. İddiaçı MMC ilə X5 arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli 21/TR nömrəli icarə müqaviləsi belə hal nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri mühüm dərəcədə pozulduğu və bu barədə təqsirkar tərəf yazılı surətdə xəbərdar olunduğu gündən 10 gün ərzində bu müqavilə ləğv edilir. Birinci instansiya məhkəməsinin 05.07.2018-ci il tarixli iş № 2-2(82)-438/2018, (sədrlik edən hakim R.Kərimli) qətnaməsi iləiddianın təmin edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 02.05.2019-cu il tarixli iş № 2-2(103)-151/2019 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tagızadə vəK.Abiyeva) qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qi smən təmin edilməsi, İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli 21/TR nömrəli “Nəqliyyat vasitələrinin icarə müqaviləsi”nin ləğv edilməsi, cavabdeh X1 2017-ci ilin aprel–noyabr ayları üçün 29760 manat icarə haqqı və 30 manat dövlət rüsumu İddiaçı MMC-yə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrinin tələblərinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Bildirmək istəyir ki, qeyd edilən icarə haqqının müəyyən hissəsini o iddiaçıya ödəmişdir. Lakin apelyasiya məhkəməsində proses zamanı o həmin qəbzləri tapa bilməmişdir. İndi həmi ödəmə qəbzlərini məhkəməyə təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Deməli, belə bir araşdırma tam aparılmadan qeyd olunan hala apelyasiya instansiyası məhkəməsinin verdiyi qiymət obyektiv, qanuni və əsaslı sayıla bilməz. Bununla da məhkəmə qarşı tərəfin mənafeyinə uyğun olan, onun arzuladığı formada qətnamə çıxarılmasına nail olmuşdur. Lakin mülki-prosessual qanunvericiliyin (Azərbaycan Respublikası Mülki Prosessual M əcəllənin 14.1-ci maddəsi) tələblərinə görə isə işdə iştirak edən tərəflərə onların hüquqlarını izah etməklə yanaşı, həmin hüquqların həyata keçirilməsinə şərait yaratmaq məhkəmənin vəzifəsidir və heç bir hal onu bu vəzifənin icrasından azad etmir. Buna görə də hesab edir ki, hazırkı iş təkrar baxışa qaytarılmalı, iş üzrə bütün məlumatlar, sübutlar hərtərəfli, tam araşdırılmalı, obyektiv qiymətləndirilməlidirlər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işə baxılmasında yol verilmiş yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, bununla da bu pozuntu apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələndiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-c ı maddələrinin tələblərinə əsasən ləğv edilməli, iş apelyasiya instansiyası məhkəməsinə təkrar baxışa qaytarılması və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-151/2019 nömrəli iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və onun iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh xxx məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olm adan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 02 may 2019-cu il tarixli, 2-2(103)-151/2019 saylı qətnamə ilə, cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə cavabdeh X5 arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli 21/TR nömrəli “Nəqliyyat vasitələrinin icarə müqaviləsi”nin ləğv edilməsi, cavabdeh X1 2017-ci ilin aprel–noyabr ayları üçün 29760 manat icarə haqqı və 30 manat dövlət rüsumu İddiaçı MMC-yə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qənaətinə gələrkən Mülki Məcəllənin 385.1, 389, 421, 427, 430, 442, 443, 445, 448-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80, 81, 88, 217.4, 372.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfındən hazırkı işə baxılarkən və iddianın təmin olunması barədə qətnamə çıxarılması nəticəsinə gələrkən, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfındən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir və qə tnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayətindəki Ali Məhkəmədən olan xahişi “Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-151/2019 nömrəli iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsini ləğv edəsiniz və iddianın təmin edilməsi barədə qərar qəbul edəsiniz” kimi ifadə edilmişdir, lakin xatırlatmaq lazımdır ki, hazırkı iş üzrə məhkəmə icraatında cavabdehin nə ilk, nə də qarşılıqlı iddiası yoxdur ki, cavabdehin iddiasının təmin edilməsi barədə qərar qəbul edilsin. Digər tərəfdən cavabdehin kasasiya şikayətində, cavabdehin qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinin tələblərinin pozulması barədə dəlili sırf deklarativ və formal xarakter daşıyır, belə ki, bu dəlili təsdiq edən faktlar kasasiya şikayətində konkret şəkildə öz əksini tapmamışdır. Eyni zamanda cavabdeh kasasiya şikayətində bildirir ki, “qeyd edilən icarə haqqının müəyyən hissəsini mən iddiaçıya ödəmişəm. Lakin apelyasiya məhkəməsində proses zamanı mən həmin qəbzləri tapa bilmədim. İndi həmin ödəmə qəbzlərini məhkəməyə təqdim edirəm”. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, məlum olduğu kimi Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bununla yanaşı həmin Məcəllənin “kasasiya instansiyasında işə baxmanın hədləri” adlanan 416-cı maddəsinə müvafiq olaraq kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 oktyabr 2017-ci tarixli 2(005)-3628/2017 saylı qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən avtobusların əsaslı təmirinə xərclədiyi 60000 manat və icarə haqqı kimi artıq ödədiyi 26280 manat pulun qaytarılmasını tələb etmiş v ə məhkəmənin sözügedən qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı MMC-dən avtobusların təmir xərci üçün 40000 (qırx min) manat məbləğində maddi ziyan, avtobusların icarəsi üçün artıq ödənilmiş 26280 (iyirmi altı min iki yüz səksən) manat, cəmi 66280 (altmış altı min iki yüz səksən) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı X2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-3628/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Qanuni qüvvəyə minmiş həmin qətnamədən görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh İddiaçı ilə iddiaçı arasında 29 noyabr 2016-cı il tarixli 21/TR nömrəli icarə müqaviləsi bağla nmışdır. Müqaviləyə əsasən iddiaçı xxx cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan istifadə üçün tam yararsız 12 iritutumlu avtobusları yığdırmağı və marşrut xəttə buraxmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlanmazdan əvvəl, iddiaçı 2016-cı ilin sentyabr ayından, 2016-cı ilin noyabr ayının 29-dək avtobusları əsaslı təmir etdirmiş, istifadə üçün yararlı vəziyyətə gətirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin 25 noyabr 2016-cı il tarixli 26/m nömrəli Sərəncamı ilə 28 noyabr 2016-cı il tarixdən 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi iddiaçıya həvalə edilmişdir. 2016-cı ilin dekabr ayının əvvəlində avtobusları iddiaçı marşrut xəttinə buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-3628/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə X5 tərəfindən İddiaçı MMC-yə 2016-cı ilin dekabr ayı və 2017-ci ilin yanvar–mart ayları üzrə icarə haqlarının ödənildiyi müəyyən edildiyindən, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi həmin dövr üzrə icarə haqqının tələb edilməsi hissəsində əsassız olduğundan təmin edilə bilməz. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli 2(010)-6748/2017 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Suraxanı rayonu İcra Şöbəsinin icra məmurları tərəfindən 08 dekabr 2017-ci il tarixdə “Akt” tərtib edərək borclu X1 12 ədəd DAEWOO BC 212 MA markalı 10TF562, 10TF593, 10TF599, 10TF634, 10TF636, 10TF665, 10TF753, 10TF842, 10TF844, 10TF851, 10TF689, 10TF882 dövlət nömrə nişanlı avtobuslar alınaraq tələbkar İddiaçı MMC-nin qanuni təmsilçisinə təhvil verilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə İddiaçı MMC-nin iddia tələbləri cavabdeh X2 istifadəsində olan nəqliyyat vasitələrinin geri qaytarılması və 2017-ci ilin dekabr ayından sonrakı dövr üzrə icarə haqqının tələb olunması hissəsində əsassızdır və təmin oluna bilməz. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh X5 verdiyi izahatlarında 2017-ci ilin aprel ayı da daxil olmaqla bundan sonra icarəyə verilmiş avtobuslar ondan alınaraq iddiaçıya verilənədək icarə haqqı üzrə ödənişlər etdiyini bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi 2017-ci ilin aprel ayından həmin ilin noyabr ayına kimi (8 ay) dövr ərzində hər nəqliyyat vasitəsi üçün aylıq 310 manat icarə haqqı olmaqla tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdeh X1 cəmi 29760 manat (310 manat x 12 avtobus x 8 ay = 29.760) icarə haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli 21/TR nömrəli “Nəqliyyat vasitələrinin icarə müqaviləsi” üzrə cavabdeh X3 verilmiş 12 ədəd DAEWOO BC 212 MA markalı 10TF562, 10TF593, 10TF599, 10TF634, 10TF636, 10TF665, 10TF753, 10TF842, 10TF844, 10TF851, 10TF689, 10TF882 dövlət nömrə nişanlı avtobuslar alınaraq İddiaçı MMC-yə verildiyindən və həmin avtobusların cavabdehin istifadəsində olduğu dövr ərzində icarə haqqı üzrə məsələlər həm Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-3628/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə, həm də hazırkı iş üzrə iddiaya əsasən həll edildiyindən 29 noyabr 2016-cı il tarixli 21/TR nömrəli müqavilə öz əhəmiyyətini itirmişdir, ona görə də tərəflər arasında bağlanmış 29 noyabr 2016-cı il tarixli 21/TR nömrəli “Nəqliyyat vasitələrinin icarə müqaviləsi” ləğv edilməlidir. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli, 2-2(103)151/2019 saylı qətnaməsi də yişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-414/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-414/2019
03.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver