Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-414/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: ödənilmiş pul vəsaitinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər X4, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 2-2(103)-54/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ
1. Enerji təchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli 2022-ci il 5 yanvar tarixli müqaviləsinə əsasən, "xxxx" ASC ilə abonent kodu **********1 olan "Azneftemaş” ASC arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. 2. "Azneftemaş” ASC tərəfindən təqdim olunmuş, İddiaçı ASC-yə illər üzrə hesablanmış aktiv və reaktiv enerji haqqında” arayışda 2015-2021-ci illər üzrə 1.699.361 manat məbləğində pul vəsaitinin aktiv, 204.244 manat məbləğində pul vəsaitinin reaktiv enerjiyə görə ödənilməsi qeyd olunmuşdur.
3. İddiaçı ASC tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış 2022-ci il 27 yanvar tarixli preten ziya məktubunda ödənilmiş pul vəsaitinin geri qaytarılması xahiş edilmişdir. 4. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 28 mart tarixli arayışdan görünür ki, cavabdeh "xxxx" ASC sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 204.243,90 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95 manat pul vəsaitinin və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci il 5 yanvar tarixli “Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akta (elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinə əlavə) əsasən, tərəflər arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi “Elektrik enerjisindən istifadə qaydaları”nın 5-ci fəslinə uyğun olaraq aşağıdakı kimi müəyyən edilmişdir: 35/6 kv-luq “Karxana-601” y/st-da 6 kv.luq “Elaqaz açarının xətt ayırıcısının ucluqlarında (6 kv.luq 25-26-29 saylı h/x-nin). Müəssisənin enerji ilə təmin olunmasına xidmət edən sayğac Karxana yarımstansiyasında yerləşir və sayğac, sayğacın yerləşdiyi TM yarımstansiya cavabdehin balansındadır. Müəssisə tərəfindən istehlak olunmuş enerjinin dəyərinin hər ay gecikdirilmədən ödənilməsi təmin olunmuşdur. Lakin 7 ildən artıq müddətdir ki, cavabdehin X3 və Satışı İdarəsi tərəfindən iddiaçıdan qanunsuz və əsassız olaraq reaktiv enerji və texniki itkilər adı altında əlavə olaraq reaktiv enerji istehlakı hesablanmışdır. Həmin enerjinin dəyəri iddiaçıdan tələb edilmiş və məcburi cavabdehə ödənilmişdir.
7. İddiaçı tərəfindən 2022-ci il 27 yanvar tarixli pretenziya məktubuna cavabdehin 2022-ci il 3 mart tarixli, 7-xx/xx/1427 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Mingəçevir şəhəri, Gəncə şossesi ünvanında yerləşən iddiaçının 35/6 kv-luq karxana y/stda olan elektrik sayğac hesab dəstlərinə müvafiq komissiyanın və nümayəndə Vəzir Məmmədovun iştirakı ilə baxış keçirilmiş, sayğacın qeyd etdiyi parametrlər qarşılıqlı olaraq aktlaşdırılmışdır. Aktda qeyd olunmuş parametrlər onu deməyə əsas vermişdir ki, müəssisədə işlədicilərin texniki xüsusiyyətlərindən asılı olaraq reaktiv enerji tələbatı çox böyük olan avadanlıqlar vardır. Bu avadanlıqlar tələb etdiyi reaktiv gücü iddiaçıya məxsus şəbəkədən aldığı üçün şəbəkə yüklənir və şəbəkədə elektrik enerjisinin keyfiyyət göstəricilərini aşağı salır, aktiv güc itkilərini artırır.
8. İddia tələbinin maddi hüquqi əsası kimi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə, “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Ele ktrik enerjisindən istifadə Qaydaları”nın 3.5, 8.2, 8.4, 8.13, 9.1-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinə istinad olunmuşdur.
9. Cavabdeh tərəfindən 2022-ci il 28 iyun tarixində məhkəməyə ərizə təqdim edilərək, iddia müddətinin tətbiq olunması xahiş edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 iyul tarixli, e-2-2(113)-1972/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F. Qasımov).
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə reaktiv enerjiyə görə hesablanma aparılmasını təsdiq edən sənəd kimi Mərkəzi Aran RETSİ Mingəçevir EŞ tərəfindən tərtib olunmuş sərfiyyat vərəqləri təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya etirazın əsası kimi hesab fakturalar, hesab ödəniş vərə qləri və abunə haqqında məlumatlar təqdim olunmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri baxımından ödəniş enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesab əsasında aparılmalıdır, yəni ödənişin aparılması üçün əsas bu sənəddir. Qeyd olunan normanın tələbinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya hər bir dövr üçün hesab təqdim olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş hər 3 sənəd (hesab fakturalar, hesab ödəniş vərəqləri və abunə haqqında məlumatlar) nəzərdən keçirilərkən görünür ki, iddiaçıya reaktiv enerjiyə görə hesablama aparılmamışdır. Hesablamalarda sayğacların əvvəlki və sonrakı göstəriciləri, həmin göstəricilərin tarifə (0,08 manat) vurularaq yekun sərfiyyat, üzərinə gəlinən ƏDV məbləği qeyd olunmuş, reaktiv enerjiyə görə isə heç bir hesablama aparılmadığı qeyd edilmişdir. 12. 2020-ci il 27 yanvar tarixindən 2020-ci il 25 fevral tarixinə qədər olan dövrü əks etdirən hesab vərəqəsində ümumi sərfiyyatın məbləği 22.123,22 manat, ƏDV məbləği 3.982,18 manat əlavə olunmaqla ümumilikdə 26.105,4 manat məbləğində pul vəsaitinin ödənilməli olduğu qeyd olunmuşdur. Eyni dövrü əks etdirən, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Mərkəzi Aran RETSİ Mingəçevir EŞ tərəfindən tərtib olunmuş sərfiyyat vərəqində isə sayğac göstəriciləri həm aktiv, həm reaktiv enerjiyə görə göstərilmiş və yekun məbləğ 26.105,4 manat göstərilmişdir.
13. Lakin həmin sənəddə göstərilən məlumatları təhlil edərkən görünür ki, 22.497,38 manat (6.470,28+4.814,64+11.212,56) aktiv enerjiyə görə, 3.607,65 manat (1.088,19+13.245,62+1.194,84) isə reaktiv ene rji üzrə hesablama aparılmışdır. Bu göstəricilər əsas götürüldüyü təqdirdə məbləğlərin cəmi (22.497,38+3.607,65) 26.105,03 manat təşkil etmişdir ki, qeyd olunan məbləğ də enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesabla təxminən eynilik təşkil etmişdir. Belə olduğu təqdirdə isə ƏDV hesablanmamış olur ki, bu hal da vergi qanunvericiliyinin tələbinə ziddir. 14. “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri baxımından ödəniş enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesab əsasında aparılmalı olduğundan həmin sənəddə göstərilən məlumatlar əsas götürülməlidir.
15. İddianın tam və ya qismən təmin olunması üçün iddiaçı tərəfindən məhkəməyə sayğacdan kənar olaraq hesablanmış pul vəsaitinin ödənilməsi barədə sübutlar təqdim olunmalı idi. Lakin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Əksinə təqdim olunmuş sübutların müqayisəli təhlilindən görünür ki, iddiaçıya reaktiv enerjiyə görə heç bir əlavə sərfiyyat hesablanmamışdır. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış müqavilə təqdim olunmasa da, tərəflərin müqavilə münasibətlərində olması işin mübahisələndirilməyən halıdır.
16. Lakin iddianın mahiyyətini iddiaçı tərəfindən heç bir əsas olmadan cavabdehə aparılmış ödənişlərin geri qaytarılması təşkil etdiyindən hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) əsassız varlanma ilə bağlı müddəaları tətbiq olunmalıdır. İddiaçı tərəfindən cavabdehə aparılmış ödənişlər sayğac göstəricilərinə əsasən və ƏDV məbləği də hesablanmaqla “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri baxımından ödəniş enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesab əsasında ödənildiyindən həmin pul vəsaitinin əsassız ödənilməsi qənaətinə gəlmək mümkün deyildir.
17. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. İşin hallarından görünür ki, hər bir dövr üçün iddiaçıya hesab – faktura təqdim olunaraq bu sənəd əsasında ödəniş aparıldığından təqdim olunma anında, ən geci ödəniş anı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün kimi qiymətləndirilməlidir. MM-in 1095-ci maddəsinə əsasən, müddət 2 il müəyyən olunduğundan və məhkəməyə 2022-ci il 6 aprel tarixində müraciət olunduğundan 2020-ci il 6 aprel tarixinə qədər olan dövrə münasibətdə iddia müddəti də ötürül müşdür.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 372.2, 375.2, 377.1, 1091.1, 1091.2, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2 və 8.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarına, MPM-in 14.2, 77.1, 78.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 6 dekabr tarixli, 2-2(103)-996/2022 saylı qərardadı ilə məhkəmə kompleks məhkəmə-texniki və məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibat ekspertizasının 2023-cü il 22 fevral tarixli, 9/9237 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - ekspertiza tədqiqatına təqdim edilmiş 2023-cü il 15 fevral tarixli mütəxəssis rəyi məlumatlarına, iş materiallarında olan Abunə haqqında cədvəldə “Metodik hesablama”, Hesab ödəniş vərəqlərində “Əlavə sərfiyyat”, Mərkəzi Aran RETSİ-nin təqdim etdiyi aylıq sərfiyyat vərəqələrində isə “Reaktiv enerji”yə görə hesablanmış məbləğlər nəzərə alınmaqla 2015-2022-ci illər üzrə hər 3 xətt üzrə (25, 26 və 29) quraşdırılmış elektrik sayğaclarına cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 204.574,86 manat məbləğində artıq hesablama aparıldığı müəyyən edilmişdir. 21. 2023-cü il 14 fevral tarixli protokoldan görünür ki, tədqiqat zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyinin X2 Agentliyinin mütəxəssisləri Rəşad İmanov və Rəşad Süleymanov bildirmişlər ki, iş materiallarında olan “Abunə haqqında” cədvəldə “metodiki hesablama”, Hesab ödəniş vərəqində “əlavə sərfiyyat” kimi Mərkəzi Aran RETSİnin təqdim etdiyi aylı q sərfiyyat vərəqələrində isə “reaktiv enerji”yə görə hesablanmış məbləğlər öz əksini tapmışdır. Həmin rəqəmlər adıçəkilən sənədlərdə eyni tarix, eyni məbləğ olaraq göstərilmişdir.
22. X2 Agentliyinin Bakı filialının böyük müfəttişi Rəşad Süleymanov tərəfindən təqdim olunmuş 2023-cü il 15 fevral tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, güc əmsalının aşağı olması adıyla zavoda hesablanmış 204.574,86 manat məbləğin heç bir hüquqi əsası yoxdur və belə hesablanma aparıla bilməz.
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 2-2(103)-54/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilmiş, iddiaçıya aid **********1 saylı abonentə hesab lanmış və ödənilmiş 204.243,90 manat məbləğində pul, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində cəmi 344 manat pul vəsaitinin və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh hesab-faktura və abonent haqqında məlumatda reaktiv enerjiyə görə heç bir hesablama aparılmadığını bildirsə də, qeyd olunan ekspert rəyi ilə cavabdeh tərəfindən məhz reaktiv enerjiyə görə iddiaçıya ümumilikdə 204.574,86 manat məbləğində artıq hesablama aparıldığı müəyyən olunmuşdur. 2
5. Həmin rəyə tənqidi yanaşılması üçün isə əsaslar müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə ekspertizasının aparılması zamanı Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinin mütəxəssisləri cəlb edilərək onların rəyi alınmış, habelə ekspertiza tədqiqatı zamanı cavabdehin Mərkəzi Aran RETSİ-nin təqdim etdiyi aylıq sərfiyyat vərəqələrində olan məlumatlardan istifadə olunmuşdur. Həmin məlumatlarda isə reaktiv enerjiyə görə əlavə sərfiyyatın hesablanması qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçıya reaktiv enerjiyə görə artıq sərfiyyat hesablamaqla cavabdeh iddiaçının hesabına 204.574,86 manat məbləğində əsassız varlanmışdır. Bu baxımdan, iddiaçı artıq ödənilən həmin məbləğdə pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
26. İddia müddətinin ötürülməsi ilə ba ğlı cavabdehin dəlilləri isə əsassız olmuşdur. Belə ki, MM-in 1095 və 377.1-ci maddələrinə görə, iddia müddətinin axımı hüququn pozulduğu bildiyi (məlum olduğu) və ya bilməli olduğu gündən başlanır. Hesab-faktura və abonent haqqında məlumatda isə reaktiv enerjiyə görə sərfiyyatın olmadığı qeyd olunmuşdur. Cavabdeh də həmin hallara istinad etmişdir. Göründüyü kimi, iddiaçı hazırda mübahisələndirilən borc məbləğinin cavabdeh tərəfindən təqdim olunan hesab-faktura və abonent haqqında məlumata görə məhz reaktiv enerjiyə görə yarandığını bilə bilməzdi. İddiaçı da bildirmişdir ki, bu barədə məlumat aldıqdan sonra cavabdehə müraciət etmiş və sonuncu tərəfindən iddiaçıya ünvanlanan 2022-ci il 3 mart tarixli məktubda iddiaçıya məxsus müəssisədə işlədicilərin texniki xüsusiyyətlərindən asılı olaraq reaktiv enerji tələbatı çox böyük olan avadanlıqların olduğu qeyd olunmuşdur. Hazırki iddia isə 2022-ci il 6 aprel tarixində qaldırılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iki illik iddia müddəti ötürülməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 377.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır.
28. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 11 aprel tarixində cavabdehə məxsus elektron kabinetdə yerləşdirilmişdir.
29. Cavabdeh həmin qətnamədən 2023-ci il 18 may tarixində kassasiya şikayəti verərək onun ləğv olunmasını, iddia tələbinin tam təmin edi lməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. MM-in 1095-ci maddəsinin tələbi pozulmuşdur. İşin hallarından görünür ki, hər bir dövr üçün iddiaçıya hesab – faktura təqdim olunaraq bu sənəd əsasında ödəniş aparıldığından təqdim olunma anında, ən geci ödəniş anı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün kimi qiymətləndirilməlidir. Belə ki, MM-in 1095-ci maddəsinə əsasən, müddət 2 il müəyyən olunduğundan və iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə 2022-ci il 6 aprel tarixində müraciət olunduğundan 2020-ci il 6 aprel tarixinə qədər olan dövrə münasibətdə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevr al tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci və 8.3-cü bəndlərinin tələbləri pozulmuşdur. 07/17/247 saylı abunə haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya hər bir dövr üçün hesab təqdim olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş hər 3 sənədi (hesab fakturalar, hesab ödəniş vərəqləri və abunə haqqında məlumatlar) nəzərdən keçirərkən görünür ki, iddiaçıya reaktiv enerjiyə görə hesablama aparılmamışdır.
32. Hesablamalarda sayğacların əvvəlki və sonrakı göstəriciləri, həmin göstəricilərin tarifə (0,08 manat) vurularaq yekun sərfiyyat, üzərinə gəlinən ƏDV məbləği qeyd olunmuş, reaktiv enerjiyə görə isə heç bir hesablama aparılmadığı qeyd edilmişdir. Belə ki, 2020-ci il 27 yanvar tarixindən 2020-ci il 25 fevral tarixin ə qədər olan dövrü əks etdirən hesab vərəqəsində ümumi sərfiyyatın məbləği 22.123,22 manat, ƏDV məbləği 3.982,18 manat əlavə olunmaqla ümumilikdə 26.105,4 manat məbləğində pul vəsaitinin ödənilməli olduğu qeyd olunmuşdur. Eyni dövrü əks etdirən, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Mərkəzi Aran RETSİ Mingəçevir EŞ tərəfindən tərtib olunmuş sərfiyyat vərəqində isə sayğac göstəriciləri həm aktiv, həm reaktiv enerjiyə görə göstərilmiş və yekun məbləğ 26.105,4 manat göstərilmişdir.
33. Lakin həmin sənəddə göstərilən məlumatları təhlil edərkən görünür ki, 22.497,38 manat (6.470,28+4.814,64+11.212,56) aktiv enerjiyə görə, 3.607,65 manat (1.088,19+13.245,62+1.194,84) isə reaktiv enerji üzrə hesablama aparılmışdır. Bu göstəricilər əsas götürüldüyü təqdirdə məbləğlərin cəmi (22.497,38+3.607, 65) 26.105,03 manat məbləğindən ibarət olur ki, qeyd olunan məbləğ də enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya təqdim olunmuş hesabla təxminən eynilik təşkil edir.
34. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu hal nəticə etibarilə əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki “Maddə
377. İddia müddətinin başlanması Məcəlləsinin müvafiq müddəalarında 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyat a keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır....” “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi 1095.1. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir....”
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulmuşdur: “8. Elektrik enerjisindən (aktiv və rea ktiv) istifadəyə görə hesablaşmalar... 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəli llərindən asılı olmayaraq yoxlanılmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 2-2(103)54/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
43. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara, tətbiq edilmiş maddi və prosessual hüquq normalarına və iş üzrə gəlinmiş qanuni nəticəyə əsaslanaraq c avabdehin kassasiya şikayətinin “iddiaçıya reaktiv enerjiyə görə hesablama aparılmaması”na dəlilləri ilə razılaşmır.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən iş üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2023-cü il 22 fevral tarixli, 9/9237 saylı rəyini, həmin rəylə bağlı ekspertiza tədqiqatına cəlb edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyinin X2 Agentliyinin mütəxəssisləri Rəşad İmanov və Rəşad Süleymanovun izahatlarını məcmu şəkildə qiymətləndirərək müəyyən etmişdir ki, cavabdeh hesab-faktura və abonent haqqında məlumatda reaktiv enerjiyə görə heç bir hesablama aparılmadığını bildirsə də, qeyd olunan ekspert rəyi ilə cavabdeh tərəfindən məhz reaktiv enerjiyə görə iddiaçıya ümumilikdə 204.574,86 manat məbləğində artıq hesablama aparılmışdır.
45. Eyni zamanda, məhkəmə ekspertizasının aparılması zamanı Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinin mütəxəssisləri cəlb edilərək onların rəyi alınmış, habelə ekspertiza tədqiqatı zamanı cavabdehin Mərkəzi Aran RETSİ-nin təqdim etdiyi aylıq sərfiyyat vərəqələrində olan məlumatlardan istifadə olunmuşdur. Həmin məlumatlarda isə reaktiv enerjiyə görə əlavə sərfiyyatın hesablanması qeyd olunmuşdur.
46. Cavabdehin kassasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinin əsaslandığı hallarla bağlı apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası həmin dəlilləri də əsaslı hesab etmir.
47. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, MM-in 1095 və 377.1-ci maddələrinə görə, iddia müddətinin axımı hüququn pozulduğu bildiyi (məlum olduğu) və ya bilməli olduğu gündən başlanır. Hesab-faktura və abonent haqqında məlumatda isə reaktiv enerjiyə görə sərfiyyatın olmadığı qeyd olunmuşdur. Cavabdeh də həmin hallara istinad etmişdir. İddiaçı hazırda mübahisələndirilən borc məbləğinin cavabdeh tərəfindən təqdim olunan hesab-faktura və abonent haqqında məlumata görə məhz reaktiv enerjiyə görə yarandığını bilə bilməzdi. İddiaçı da bildirmişdir ki, bu barədə məlumat aldıqdan sonra cavabdehə müraciət etmiş və sonuncu tərəfindən iddiaçıya ünvanlanan 2022-ci il 3 mart tarixli məktubda iddiaçıya məxsus müəssisədə işlədicilərin texniki xüsusiyyətlərindən asılı olaraq re aktiv enerji tələbatı çox böyük olan avadanlıqların olduğu qeyd olunmuş, hazırkı iddia isə 2022-ci il 6 aprel tarixində qaldırıldığından, iddiaçı tərəfindən iki illik iddia müddəti ötürülməmişdir.
48. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli, 2-2(103)54/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı:
50. Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 28 mart tarixli, 2-2(103)-54/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.